Press "Enter" to skip to content

Ali riyaziyyat (II hissə)

Məsələ burasındadır ki, bu kitabın da müəllifi dərsliklərdəki problemlərlə tez-tez gündəmə gələn Nayma Qəhrəmanovadır. Səhhətindəki problemlə əlaqədar olaraq şifahi məlumat verən müəllif, kitabdakı digər məsələlər kimi bu səhifədəki 5-ci misalda da səhvin olmadığını iddia edir.

2-ci sinfin Riyaziyyat dərsliyindəki məsələ çaşqınlıq yaradıb – VİDEO

2-ci sinif üçün Riyaziyyat kitabında yazılan bir məsələ valideynləri çaş-baş salıb.

Kitabın 49-cu səhifəsində yerləşən 5-ci məsələdə dibçəkdəki gülün 15 manata satıldığı verilib. Ödənilən kağız pulların sayı isə 6 olub. Kağız pulları müəyyən etmək və bunu eyni kağız pulla ödəmək şərt kimi qoyulub. İş burasındadır ki, 15 manatı eyni 6 kağız pulla ödəmək mümkün deyil. Sayın 6 olması üçün bir 10 və 5 ədəd manatlıq lazımdır. Amma kağız pullar eyni olmadığından bu zaman da şərtdəki qayda pozulur.

Məsələ burasındadır ki, bu kitabın da müəllifi dərsliklərdəki problemlərlə tez-tez gündəmə gələn Nayma Qəhrəmanovadır. Səhhətindəki problemlə əlaqədar olaraq şifahi məlumat verən müəllif, kitabdakı digər məsələlər kimi bu səhifədəki 5-ci misalda da səhvin olmadığını iddia edir.

Onun sözlərinə görə, burada məsələni iki üsulla həll etmək tələb olunur. Birincidə, kağız pulları müəyyən etmək lazımdır. Burada pulların eyni olması məcburi deyil. Bir 10, 5 isə manatlıq tələb olunur. İkincidə isə bu məbləği eyni kağız pulla ödəmək lazımdır. Burada isə eyni kağız pulların yuxarıda göstərilən 6 rəqəmi ilə aidiyyəti yoxdur. Dibçək üçün 3 ədəd 5 manatlıq vermək kifayyətdir.

Nayma Qəhrəmanovanın sözlərinə görə, ifadə səhvliyi olduğundan anlaşılmazlıq baş verib. Ancaq ikinci sinif şagirdinin bu anlaşmazlığı necə anlayacağını isə o da bilmir.

Milli.Az “Xəzər Xəbər”ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ali riyaziyyat (II hissə)

Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-cu ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış bu dərsvəsaitinin II hissəsində matrislər, determinantlar, vektorlar cəbri, düz xətlər və müstəvilər, xətti fəzalar, təsadüfi hadisələr və onların paylanma funksiyaları, çoxölçülü funksiyanın xassələri, riyazi statistikanın və s. bu kimi məsələləri şərh olunmuşdur. Dərs vəsaitindən digər ali və orta məktəblərinin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.

Elmi texniki tərəqqinin müasir mərhələsində digər humanitar və texniki elmlərlə yanaşı Ali riyaziyyatın da rolu artmışdır. Bununla əlaqədar tələbələrdən möhkəm riyazi biliyə malik olma, riyaziyyatı müxtəlif məsələlərin həllinə tətbiq etmək bacarığı tələb olunur. Tələbələrin riyazi təfəkkürünü inkişaf etdirmək , qazandıqları riyazi bilikləri öz ixtisaslarına aid olan nəzəri və praktiki məsələlərin həllində tətbiq etmə və alınan nəticələri analiz etmə bacarığını inkişaf etdirmək üçün “Ali riyaziyyat” kursu mühüm əhəmiyyətə malikdir. Bakı Biznes Universitetinin tələbələri üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 08.04.2010-cu ildə təsdiq olunmuş “Ali riyaziyyat” proqramı əsasında yazılmış dərs vəsaitinin II hissəsində matrislər, determinantlar, determinantların hesablanması üçün Kramer və Qauss qaydaları, vektorlar cəbri, düz xətlər və müstəvilər, xətti fəzalar və çevirmələr, məxsusi və tərs çevirmələr, xətti çevirmənin matris şəkli, ortoqonal matrislər, qabarıq çoxluqlar və xətti bərabərsizliklər sistemi, təsadüfi hadisələr, hadisələr cəbri, ehtimal, sadə xassələri, şərti ehtimal, hadisələr, təsadüfi kəmiyyətlər, paylanma funksiyaları, xassələri, çoxölçülü funksiyanın xassələri, riyazi gözləmə, baş yığım və seçmə anlayışı şərh olunmuşdur. Dərs vəsaitindən iqtisadi yönümlü Universitetlərin professor-müəllim və tələbələri də istifadə edə bilərlər.

Yükləməyə Keç [2,92 Mb] [ : 6888] –>

Comments are closed, but trackbacks and pingbacks are open.