Press "Enter" to skip to content

TQDK rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək

İmtahanda 2 min 259 (Bakıda 2246, Naxçıvanda 13 nəfər) abituriyentin iştirakı nəzərdə tutulmuşdur.

TQDK rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan keçirmişdir

Bakı, 23 iyun (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə iyunun 23-də növbəti imtahan keçirmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 19- da keçirilmişdir. Həmin imtahanda 8 min 407 abituriyent iştirak etmiş, onlardan 7 min 233 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti almışdır.

Qəbul qaydalarına əsasən, mayın 19- da aparılmış imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 23-də keçirilən “Azərbaycan dili” fənni üzrə imtahanda təkrarən iştirak etmək imkanı verilmişdir.

İmtahanın idarə olunmasına 17 imtahan rəhbəri, 182 nəzarətçi-müəllim cəlb olunmuşdur.

İmtahanda 2 min 259 (Bakıda 2246, Naxçıvanda 13 nəfər) abituriyentin iştirakı nəzərdə tutulmuşdur.

İmtahan saat 11.00-da başlanmış və 45 dəqiqə ərzində aparılmışdır.

Abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilmişdir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.

”Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcəkdir. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər müvafiq qəbul imtahanlarına buraxılacaqlar.

TQDK rus bölməsinin abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 12-də rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək. Komissiyadan “Report”a verilən xəbərə görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00-da başlayacaq. Xatırladaq ki, bu il “Azərbaycan dili” fənni üzrə birinci imtahan mayın 1-də keçirilib. Həmin imtahanda 7 696 abituriyent iştirak edib, onlardan 6 476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiymət alıb. Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilən imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək “Azərbaycan dili” imtahanında iştirak etmək imkanı verilir. İmtahanda 1 486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb. Abituriyentlərin “İmtahana buraxılış vərəqəsi” TQDK-nın internet saytında yerləşdirilib. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana gələrkən “İmtahana buraxılış vərəqəsi”ni və şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirməlidirlər. Göstərilən sənədlər arasında uyğunsuzluq olarsa, yaxud həmin sənədlərdən biri olmazsa, abituriyentlər imtahana buraxılmayacaq. Qeyd edək ki, abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Похожие статьи

  • Azərbaycan dili dim

    Azərbaycan dili dim Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən,…

  • Azərbaycan dili ali təhsil üçün

    Azərbaycan dili ali təhsil üçün Dövlət İmtahan Mərkəzi (DİM) mayın 26-da ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydalarına əsasən…

  • Azərbaycan dili 9 müəllim üçün metodik vəsait

    Azərbaycan dili fənni üzrə 9-cu sinif üçün metodik vəsait – PDF Hörmətli müəllimlər! Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün Azərbaycan dili dərslik…

  • Azərbaycan dili qayda kitabı

    Güvən nəşriyyat Azərbaycan dili qayda kitabı İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir: Azerbaycan Danışıq Dili – f.m.Ağayeva – baki -1987…

  • Azərbaycan dili kurikulum

    Kurikulum və Azərbaycan dili hazırlığı DİM Direktorlar Şurasının sədri M. Abbaszadənin vəsaitdə yer alan “Ön söz”ünü də təqdim edirik: Kurikulum üzrə…

Comments are closed, but trackbacks and pingbacks are open.