Press "Enter" to skip to content

Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı mədəni-ictimai nəşr kimi maraqla oxunur

Rektor qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verməklə rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində lazımi şəraitin yaradılmasına nail olub. Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə ölkəmizdə rusistika sahəsində çoxlu sayda layihələr həyata keçirilir, orta və ali məktəblərdə səmərəli tədris üçün yeni nəsil dərs vəsaitləri hazırlanır, rus dilinin aktual problemləri üzrə elmi simpoziumlar, beynəlxalq konfranslar təşkil olunur. Hazırda Bakı məktəblərində rus bölmələrinin sayı demək olar ki, Sovet İttifaqı dövrünün sonları ilə müqayisədə eynidir – paytaxtdakı orta məktəblərin təqribən yarısında – 324 məktəbin 155-də rus bölməsi var. Bundan əlavə, ölkəmizdə rus dilində onlarla qəzet, jurnal çıxır, elektron versiyada yayımlanır.

Azerbaycan Dili Ve Edebiyyat Tedrisi Jurnal – Wikipedia

Azərbaycan dili və ədəbiyyat tədrisi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir.

Azərbaycan dili və ədəbiyyat tədrisi_logo
Teaching of Azerbaijani Language and Literature

Jurnal Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 may 1997-ci il tarixli Nizamnaməsi ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Seriya AB № 022436, Qeydiyyat № B236

Print ISSN 2790-0738

1954-cü il iyun ayının 15-i “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq “Ana sözu” adı ilə dərc edilməyə başladı və 1997-ci il aprel ayının 2-dən etibarən yenidən “Azərbaycan dili və ədəbiyyat tədrisi” adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir.

Mündəricat

  • 1 Tarixi
  • 2 Fəaliyyəti
  • 3 Rubrikalar
  • 4 Xülasələndirmə və İndeksləmə
  • 5 Baş redaktorlar
  • 6 Jurnalla əməkdaşlıq edən məşhurlar
  • 7 Redaksiya şurasının üzvləri
  • 8 Redaksiya heyətinin üzvləri
  • 9 Redaksiya
  • 10 Əlaqə
  • 11 Həmçinin bax
  • 12 Xarici keçidlər
  • 13 İstinadlar

1950-ci illərin əvvəllərində respublikada elmi-pedaqoji fikirin geniş ifadəsi üçün yeni çap imkanları axtarılırdı. Belə bir vaxtda elmi-pedaqoji prosesin keyfiyyətini yüksəltmək məqsədilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına ciddi ehtiyac duyulurdu. Həmin dövrə kimi ana dilimizin və ədəbiyyatın tədrisi, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca jurnalın nəşrinə zərurət var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə “Azərbaycan məktəbi” jurnalına əlavə olaraq “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı çap olunmağa başladı. Jurnalın ilk nömrəsi 1954-cü il iyun ayının 15-i işıq üzü gördü. 5,23 çap vərəqi həcmində olan və ildə 4 dəfə dərc edilən məcmuənin ilk baş redaktoru filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə oldu. Jurnalın ilk nömrəsi baş redaktorun “Müasir Azərbaycan dilinin əsas lüğət fondu” adlı 10 səhifəlik məqaləsi ilə açılırdı. Jurnalın 2-ci nömrəsində müəllimlərə kömək məqsədilə ölkəmizdə ilk dəfə olaraq 1954-1955-ci tədris ilini əhatə edən Azərbaycan dili, ədəbi qiraət və ədəbiyyat proqramının I-X sinifər üzrə dərs bölgüsü də verilmişdir. 1989-cu il avqustun 18-i Azərbaycan KP Mərkəzi Komitəsi “Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək haqqında” qərar qəbul etdi. Bu qərara əsasən, həmin ilin sonlarında Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin xüsusi əmrinə müvafiq olaraq əlavə kimi buraxılan “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının adı dəyişdirildi, əvəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq fəaliyyət göstərən və 6,5 çap vərəqi həcimində dərc edilən elmi-kütləvi, pedaqoji jurnal olan “Ana sözü” çap edilməyə başladı. Jurnal bu adla 1990-cı ildən 1996-cı ilədək yüksək tirajla nəşr edildi. 1997-ci il aprel ayının 2-i “Ana sözü” jurnalının çapı dayandırıldı və həmin tarixdən etibarən jurnal fəaliyyətini “Azərbaycan dili və ədəbiyyat tədrisi” adı ilə davam etdirir.

Fəaliyyəti

“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı fəaliyyətinin 68 ili ərzində Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikasını, Azərbaycan dilinin təbliği və tədqiqi problemlərini araşdırmış, müəllimlərin bilik səviyyələri və elmi-metodik təcrübələrinin artırılmasında müstəsna rol oynamışdır. Jurnal “Azərbaycan məktəbi”nin əlavələri arasında əhatə dairəsi və həcminə görə digər məcmuələrdən hər zaman fərqlənmişdir. Burada mütəmadi olaraq Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə dair müasir metodikanı, qabaqcıl müəllimlərin iş təcrübələrini ümumiləşdirən yazılar dərc olunmuşdur.

Hazırda Azərbaycan, türk, ingilis və rus dillərində il ərzində 4 dəfə (mart, iyun, sentyabr, dekabr) olmaqla məqalə dərcini həyata keçirən jurnal humanitar elmlər istiqaməti üzrə dilçiliyin və ədəbiyyatşünaslığın bütün sahələrinə aid orijinal, yüksək keyfiyyətli elmi məqalələr dərc edir, Azərbaycan dili, həmçinin ədəbiyyatın tədrisi metodikasını, onun tədqiqi və təbliği problemlərini araşdırır, tədris prosesində Azərbaycan dili və ədəbiyyat müəllimlərinə elmi-metodik köməklik göstərir. Jurnalda Azərbaycan ədəbiyyatı ilə yanaşı, həmçinin dünya ədəbiyyatının da tədqiqi və tədrisi ilə bağlı məqalələrə yer verilir.

Jurnalın əsas məqsədi ― Azərbaycan dili və ədəbiyyatın (həmçinin xarici ədəbiyyatın) tədrisi metodikasını araşdırmaq, Azərbaycan dili və ədəbiyyatın (həmçinin xarici ədəbiyyatın) tədqiqi və təbliği problemlərini araşdıraraq onların həlli yollarını müəyyən etmək, ana dilinin saflığı və işləkliyini qorumaq, müəllimlərə elmi-metodik köməklik göstərməkdir.

Rubrikalar

  • Dilçilik məsələləri
  • Metodika
  • Qrammatika
  • Dialektologiya
  • Azərbaycan ədəbiyyatı
  • Türk dili və ədəbiyyatı
  • Xarici ədəbiyyat
  • Uşaq ədəbiyyatı
  • Xalq yaradıcılığı
  • Nəşrlər

Xülasələndirmə və İndeksləmə

  • Idealonline
  • DRJI
  • International Standard Serial Number (ISSN)
  • ASOS İndeks
  • International Scientific Indexing (ISI)
  • Advanced Sciences Index
  • Calameo.com
  • Academia.edu
  • Archive.org
  • Истина
  • Issuu
  • ReadEra.org
  • Yumpu.com
  • Scribd.com

Baş redaktorlar

  • 1954-1959 − Əbdüləzəl Dəmirçizadə
  • 1959-1975 − Ağamməd Abdullayev
  • 1975-1991 − Əziz Əfəndizadə
  • 1991-1994 − Mirabbas Aslanov
  • 1994-2003 − Bahəddin Yunusov
  • 2003-2007 − Vaqif Alkərəmov (əvəzedici)
  • 2007-2019 − Məhəmməd Baharlı

Hazırda (2021-ci ildən) jurnalın baş redaktoru Sehran Səfərovdur.

Jurnalla əməkdaşlıq edən məşhurlar

“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının səhifələrində respublikanın görkəmli elm xadimləri, təhsil işçiləri, metodist-alimlər, tanınmış müəllimlər cıxış etmiş, fikir mübadiləsi aparmışlar. Jurnalda akademiklərdən M.Şirəliyev, M.C.Cəfərov, Ə.Mirəhmədov, T.Hacıyev, A.Axundov, B.Nəbiyev, İ.Həbibbəyli, N.Cəfərov, professorlardan C.Xəndan, A.Abdullayev, S.Cəfərov, Ə.Qarabağlı, Ə.Əfəndizadə, B.Əhmədov, C.Əhmədov, Q.Kazımov, Y.Seyidov, Ş.Mikayılov, X.Məmmədov, H.Balıyev, Ə.Ağayev, A.Paşayev, S.Həsənova, V.Qurbanov, Y.Babayev, pedaqoji elmlər namizədləri A.Babayev, Ə.Kəlbəliyev, B.Muradov, D.Məmmədov, Ə.Abbasov, S.Hüseynoğlu, B.Həsənli, Q.Əmircanova, filologiya elmləri namizədi Ə.Quliyev və başqaları maraqlı yazılarla müntəzəm olaraq çıxış etmişlər. Jurnalda rus alimlərindən L.İ.Timofeyevin “Ədəbiyyat nəzəriyyəsinin əsas anlayışlarının sistemləşdirilməsi haqqında”, A.S.Çikobavanın “Dilçiliyə giriş”, A.Revyakinin “Ədəbiyyat və həyat”, İ.Y.Lernerin “Təlim metodlarının sistemi (didaktik aspektdə)” adlı məqalələri dərc edilmişdir.

Redaksiya şurasının üzvləri

  • İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası
  • Elnur Nəsibov, Azərbaycan Respublikası Təhsil Nazirliyi
  • Rüfət Əzizov, Azərbaycan Respublikası Təhsil İnstitutu
  • Nadir Məmmədli, AMEA Nəsimi adına Dilçilik İnstitutu
  • Mahirə Nağıyeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutu
  • Yaqub Babayev, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Mahmud Allahmanlı, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Özcan Bayrak, Fırat Universiteti, Türkiyə Cümhuriyyəti
  • İrfan Erdoğan, Atılım Universiteti,Türkiyə Cumhuriyyəti
  • Vaqif Qurbanov, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Ənvər Abbasov, Azərbaycan Respublikası Təhsil İnstitutu
  • Piralı Əliyev, Azərbaycan Respublikası Təhsil İnstitutu

Redaksiya heyətinin üzvləri

  • Gülnar Əliyeva, Məsul katib
  • İsmayıl Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutu
  • Sədaqət Həsənova, Naxçıvan Dövlət Universiteti
  • Bilal Həsənli, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Soltan Hüseynoğlu, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Sevinc Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
  • Fəxrəddin Yusifov, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Sevda Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Nuray Əliyeva, AMEA Naxçıvan bölməsi
  • Könül Yadigarova, Zibeydə Səfərli, Nərmin Əliyeva, Xatirə Məmmədova, Nazlı Səmədzadə, Fəridə Əhmədova, Cəvahir Quluzadə, Ramilə İsmayılova
  • Bakı şəh., Nəsimi küç. 37
  • Telefon: (012) 520 18 65
  • Telefon: (012) 520 08 52
  • E-mail: tall@edu.gov.az

Həmçinin bax

  • Təhsil (jurnal)
  • Azərbaycan məktəbi (jurnal)
  • Fizika, riyaziyyat və informatika tədrisi (jurnal)
  • Məktəbəqədər və ibtidai təhsil (jurnal)
  • “Kurikulum” elmi-metodik jurnalı

“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı mədəni-ictimai nəşr kimi maraqla oxunur

Dekabrın 28-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan-Rusiya münasibətlərindən danışıb. Bildirilib ki, Rusiya ilə Azərbaycan arasında tarixən formalaşmış münasibətlər zaman keçdikcə bir çox ortaq dəyərlərin yaranmasına gətirib çıxarıb və bu gün də həmin dəyərlər müstəqil Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə münasibətlərinin tənzimlənməsində, iki ölkə arasında əlaqələrin qarşılıqlı inam və etimad üzərində yüksəlib inkişaf etməsində mühüm rol oynayır.

Bu dəyərlərin formalaşmasında rus dilinin xüsusi rolunu və əhəmiyyətini qeyd edən rektor deyib: “Rus dili əsrlərboyu millətlərarası ünsiyyət vasitəsi rolunu oynayıb, xalqlar, nəsillər arasında mədəni və mənəvi körpü olub. Realist sənətkar, mütərəqqi filosof Mirzə Fətəli Axundzadədən tutmuş böyük maarifçi Seyid Əzim Şirvaniyə, görkəmli dövlət xadimi Nəriman Nərimanovadək əksər ziyalılarımız Azərbaycan xalqının müasir Avropa, Qərb dəyərlərinə yiyələnməsində rus dilinin əvəzolunmaz rolunu qeyd edib və bu dilin tədrisini tövsiyə ediblər”.

N.Əliyeva ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən danışıb. O deyib: “Ümummilli lider Heydər Əliyev ana dilinin önəmini, dəyərini vurğulamaqla yanaşı, müasir dünyada rus dilinin xüsusi əhəmiyyət daşıdığını daim qeyd edib. Dövlət müstəqilliyimizin bərpasının ilk illərində respublikada bəzi millətçi qüvvələr rus dilinə və rusdilli əhaliyə qarşı ifrat emosional çıxışlar edərkən Ulu Öndər dəqiq və düzgün dil siyasəti irəli sürüb. Hələ 1978-ci il sovet Konstitusiyasında ölkəmizdə rus dili ilə yanaşı, Azərbaycan dilinin işlədilməsinə dair maddənin salınmasına nail olan H.Əliyev bu dəfə millətlərarası ünsiyyət dili kimi rus dilinə ikinci həyat verib. Beləliklə, Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasının 25-ci maddəsi ilə “hər kəsin ana dilindən istifadə etmək hüququ”, “hər kəsin istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ” təsbit edilib”.

Rektor qeyd edib ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verməklə rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində lazımi şəraitin yaradılmasına nail olub. Bu gün Azərbaycan dövlətinin dəstəyi ilə ölkəmizdə rusistika sahəsində çoxlu sayda layihələr həyata keçirilir, orta və ali məktəblərdə səmərəli tədris üçün yeni nəsil dərs vəsaitləri hazırlanır, rus dilinin aktual problemləri üzrə elmi simpoziumlar, beynəlxalq konfranslar təşkil olunur. Hazırda Bakı məktəblərində rus bölmələrinin sayı demək olar ki, Sovet İttifaqı dövrünün sonları ilə müqayisədə eynidir – paytaxtdakı orta məktəblərin təqribən yarısında – 324 məktəbin 155-də rus bölməsi var. Bundan əlavə, ölkəmizdə rus dilində onlarla qəzet, jurnal çıxır, elektron versiyada yayımlanır.

Tədbirdə “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova, Rusiyanın ölkəmizdəki səfirliyinin müşaviri Artyom Barkov və digər çıxış edənlər jurnalın ötən illərdəki fəaliyyətini yüksək dəyərləndiriblər. Qeyd olunub ki, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı elmi-metodik əhəmiyyətini saxlamaqla, həm də mədəni-ictimai nəşr kimi böyük maraq doğurur.

Tədbir bədii proqramla davam etdirilib.

Похожие статьи

  • Azərbaycan dili və onun tədrisi metodikası

    Azərbaycan dili və onun tədrisi metodikası 1. Eminli Böyükxanım İbrahim – kafedra müdiri, fil.f.d., 0,5 şt. dosent Azərbaycan dili və onun tədrisi…

  • Azərbaycan dili tədrisi metodikası

    Azərbaycan dili və ədəbiyyat tədrisi elmi-metodik jurnalı. 2021 № 1 (267) «Azərbaycan dili və ədəbiyyat tədrisi» jurnalı Azərbaycan dili və ədəbiyyatın…

  • Azərbaycan dili hazır tqdk

    Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür Azərbaycan Respublikasında dövlət dili haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU Azərbaycan…

  • Azərbaycan respublikasında dövlət dili haqqında

    Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 10. Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi Dil və dilçilik.Azərbaycan dili…

  • Azərbaycan dili haqında tdbir

    Azərbaycan dili haqında tdbir Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Azərbaycan dili haqında tdbir Azərbaycan…

Comments are closed, but trackbacks and pingbacks are open.