Məqsədimiz öyrənmək və bildiklərimizi paylaşmaqdır
-sıxlaşdırılmış (iç-içə yerləşdirilmiş) inteqrasiya.
Azerbaycan Dili Ve Edebiyyati Tedrisi – Wikipedia
Azərbaycan dili və ədəbiyyat tədrisi — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-metodik nəşridir.
Azərbaycan dili və ədəbiyyat tədrisi_logo
Teaching of Azerbaijani Language and Literature
Jurnal Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 may 1997-ci il tarixli Nizamnaməsi ilə təsdiq edilmiş, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Seriya AB № 022436, Qeydiyyat № B236
Print ISSN 2790-0738
1954-cü il iyun ayının 15-i “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq “Ana sözu” adı ilə dərc edilməyə başladı və 1997-ci il aprel ayının 2-dən etibarən yenidən “Azərbaycan dili və ədəbiyyat tədrisi” adı ilə dərcini davam etdirir. Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən nəşrlər sırasına daxildir.
Mündəricat
- 1 Tarixi
- 2 Fəaliyyəti
- 3 Rubrikalar
- 4 Xülasələndirmə və İndeksləmə
- 5 Baş redaktorlar
- 6 Jurnalla əməkdaşlıq edən məşhurlar
- 7 Redaksiya şurasının üzvləri
- 8 Redaksiya heyətinin üzvləri
- 9 Redaksiya
- 10 Əlaqə
- 11 Həmçinin bax
- 12 Xarici keçidlər
- 13 İstinadlar
1950-ci illərin əvvəllərində respublikada elmi-pedaqoji fikirin geniş ifadəsi üçün yeni çap imkanları axtarılırdı. Belə bir vaxtda elmi-pedaqoji prosesin keyfiyyətini yüksəltmək məqsədilə ayrı-ayrı fənlər üzrə yeni məcmuələrin yaranmasına ciddi ehtiyac duyulurdu. Həmin dövrə kimi ana dilimizin və ədəbiyyatın tədrisi, bu sahədəki problemlərlə bağlı yazılar ancaq müvafiq kitab, qəzet və ədəbi-bədii jurnallarda çap olunduğundan, ayrıca jurnalın nəşrinə zərurət var idi. Ona görə də Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə “Azərbaycan məktəbi” jurnalına əlavə olaraq “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı çap olunmağa başladı. Jurnalın ilk nömrəsi 1954-cü il iyun ayının 15-i işıq üzü gördü. 5,23 çap vərəqi həcmində olan və ildə 4 dəfə dərc edilən məcmuənin ilk baş redaktoru filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə oldu. Jurnalın ilk nömrəsi baş redaktorun “Müasir Azərbaycan dilinin əsas lüğət fondu” adlı 10 səhifəlik məqaləsi ilə açılırdı. Jurnalın 2-ci nömrəsində müəllimlərə kömək məqsədilə ölkəmizdə ilk dəfə olaraq 1954-1955-ci tədris ilini əhatə edən Azərbaycan dili, ədəbi qiraət və ədəbiyyat proqramının I-X sinifər üzrə dərs bölgüsü də verilmişdir. 1989-cu il avqustun 18-i Azərbaycan KP Mərkəzi Komitəsi “Azərbaycan SSR-də Azərbaycan dilinin dövlət dili kimi daha fəal işlədilməsini təmin etmək haqqında” qərar qəbul etdi. Bu qərara əsasən, həmin ilin sonlarında Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin xüsusi əmrinə müvafiq olaraq əlavə kimi buraxılan “Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının adı dəyişdirildi, əvəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq fəaliyyət göstərən və 6,5 çap vərəqi həcimində dərc edilən elmi-kütləvi, pedaqoji jurnal olan “Ana sözü” çap edilməyə başladı. Jurnal bu adla 1990-cı ildən 1996-cı ilədək yüksək tirajla nəşr edildi. 1997-ci il aprel ayının 2-i “Ana sözü” jurnalının çapı dayandırıldı və həmin tarixdən etibarən jurnal fəaliyyətini “Azərbaycan dili və ədəbiyyat tədrisi” adı ilə davam etdirir.
Fəaliyyəti
“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı fəaliyyətinin 68 ili ərzində Azərbaycan dili və ədəbiyyatın tədrisi metodikasını, Azərbaycan dilinin təbliği və tədqiqi problemlərini araşdırmış, müəllimlərin bilik səviyyələri və elmi-metodik təcrübələrinin artırılmasında müstəsna rol oynamışdır. Jurnal “Azərbaycan məktəbi”nin əlavələri arasında əhatə dairəsi və həcminə görə digər məcmuələrdən hər zaman fərqlənmişdir. Burada mütəmadi olaraq Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə dair müasir metodikanı, qabaqcıl müəllimlərin iş təcrübələrini ümumiləşdirən yazılar dərc olunmuşdur.
Hazırda Azərbaycan, türk, ingilis və rus dillərində il ərzində 4 dəfə (mart, iyun, sentyabr, dekabr) olmaqla məqalə dərcini həyata keçirən jurnal humanitar elmlər istiqaməti üzrə dilçiliyin və ədəbiyyatşünaslığın bütün sahələrinə aid orijinal, yüksək keyfiyyətli elmi məqalələr dərc edir, Azərbaycan dili, həmçinin ədəbiyyatın tədrisi metodikasını, onun tədqiqi və təbliği problemlərini araşdırır, tədris prosesində Azərbaycan dili və ədəbiyyat müəllimlərinə elmi-metodik köməklik göstərir. Jurnalda Azərbaycan ədəbiyyatı ilə yanaşı, həmçinin dünya ədəbiyyatının da tədqiqi və tədrisi ilə bağlı məqalələrə yer verilir.
Jurnalın əsas məqsədi ― Azərbaycan dili və ədəbiyyatın (həmçinin xarici ədəbiyyatın) tədrisi metodikasını araşdırmaq, Azərbaycan dili və ədəbiyyatın (həmçinin xarici ədəbiyyatın) tədqiqi və təbliği problemlərini araşdıraraq onların həlli yollarını müəyyən etmək, ana dilinin saflığı və işləkliyini qorumaq, müəllimlərə elmi-metodik köməklik göstərməkdir.
Rubrikalar
- Dilçilik məsələləri
- Metodika
- Qrammatika
- Dialektologiya
- Azərbaycan ədəbiyyatı
- Türk dili və ədəbiyyatı
- Xarici ədəbiyyat
- Uşaq ədəbiyyatı
- Xalq yaradıcılığı
- Nəşrlər
Xülasələndirmə və İndeksləmə
- Idealonline
- DRJI
- International Standard Serial Number (ISSN)
- ASOS İndeks
- International Scientific Indexing (ISI)
- Advanced Sciences Index
- Calameo.com
- Academia.edu
- Archive.org
- Истина
- Issuu
- ReadEra.org
- Yumpu.com
- Scribd.com
Baş redaktorlar
- 1954-1959 − Əbdüləzəl Dəmirçizadə
- 1959-1975 − Ağamməd Abdullayev
- 1975-1991 − Əziz Əfəndizadə
- 1991-1994 − Mirabbas Aslanov
- 1994-2003 − Bahəddin Yunusov
- 2003-2007 − Vaqif Alkərəmov (əvəzedici)
- 2007-2019 − Məhəmməd Baharlı
Hazırda (2021-ci ildən) jurnalın baş redaktoru Sehran Səfərovdur.
Jurnalla əməkdaşlıq edən məşhurlar
“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalının səhifələrində respublikanın görkəmli elm xadimləri, təhsil işçiləri, metodist-alimlər, tanınmış müəllimlər cıxış etmiş, fikir mübadiləsi aparmışlar. Jurnalda akademiklərdən M.Şirəliyev, M.C.Cəfərov, Ə.Mirəhmədov, T.Hacıyev, A.Axundov, B.Nəbiyev, İ.Həbibbəyli, N.Cəfərov, professorlardan C.Xəndan, A.Abdullayev, S.Cəfərov, Ə.Qarabağlı, Ə.Əfəndizadə, B.Əhmədov, C.Əhmədov, Q.Kazımov, Y.Seyidov, Ş.Mikayılov, X.Məmmədov, H.Balıyev, Ə.Ağayev, A.Paşayev, S.Həsənova, V.Qurbanov, Y.Babayev, pedaqoji elmlər namizədləri A.Babayev, Ə.Kəlbəliyev, B.Muradov, D.Məmmədov, Ə.Abbasov, S.Hüseynoğlu, B.Həsənli, Q.Əmircanova, filologiya elmləri namizədi Ə.Quliyev və başqaları maraqlı yazılarla müntəzəm olaraq çıxış etmişlər. Jurnalda rus alimlərindən L.İ.Timofeyevin “Ədəbiyyat nəzəriyyəsinin əsas anlayışlarının sistemləşdirilməsi haqqında”, A.S.Çikobavanın “Dilçiliyə giriş”, A.Revyakinin “Ədəbiyyat və həyat”, İ.Y.Lernerin “Təlim metodlarının sistemi (didaktik aspektdə)” adlı məqalələri dərc edilmişdir.
Redaksiya şurasının üzvləri
- İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyası
- Elnur Nəsibov, Azərbaycan Respublikası Təhsil Nazirliyi
- Rüfət Əzizov, Azərbaycan Respublikası Təhsil İnstitutu
- Nadir Məmmədli, AMEA Nəsimi adına Dilçilik İnstitutu
- Mahirə Nağıyeva, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Qəzənfər Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutu
- Yaqub Babayev, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Mahmud Allahmanlı, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Özcan Bayrak, Fırat Universiteti, Türkiyə Cümhuriyyəti
- İrfan Erdoğan, Atılım Universiteti,Türkiyə Cumhuriyyəti
- Vaqif Qurbanov, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Ənvər Abbasov, Azərbaycan Respublikası Təhsil İnstitutu
- Piralı Əliyev, Azərbaycan Respublikası Təhsil İnstitutu
Redaksiya heyətinin üzvləri
- Gülnar Əliyeva, Məsul katib
- İsmayıl Kazımov, AMEA Nəsimi adına Dilçilik İnstitutu
- Sədaqət Həsənova, Naxçıvan Dövlət Universiteti
- Bilal Həsənli, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Soltan Hüseynoğlu, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Sevinc Rəsulova, Bakı Şəhəri üzrə Təhsil İdarəsi
- Fəxrəddin Yusifov, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Sevda Abbasova, Azərbaycan Dövlət Pedaqoji Universiteti
- Nuray Əliyeva, AMEA Naxçıvan bölməsi
- Könül Yadigarova, Zibeydə Səfərli, Nərmin Əliyeva, Xatirə Məmmədova, Nazlı Səmədzadə, Fəridə Əhmədova, Cəvahir Quluzadə, Ramilə İsmayılova
- Bakı şəh., Nəsimi küç. 37
- Telefon: (012) 520 18 65
- Telefon: (012) 520 08 52
- E-mail: tall@edu.gov.az
Həmçinin bax
- Təhsil (jurnal)
- Azərbaycan məktəbi (jurnal)
- Fizika, riyaziyyat və informatika tədrisi (jurnal)
- Məktəbəqədər və ibtidai təhsil (jurnal)
- “Kurikulum” elmi-metodik jurnalı
Tarixin təlimində fənlərarası və fəndaxili əlaqələrdən istifadə
«Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulumu)» sənədi və onun əsasında hazırlanmaqda olan Azərbaycan tarixi kurikulumu fəndaxili və fənlərarası əlaqələrin geniş tətbiqini nəzərdə tutur. Ənənəvi təlimdə şagirdlərə faktlar toplusu verilir və onları əzbərləmək tələb olunur. Nəticədə isə şagirdlər həyatda onlara lazım olmayan məsələləri də öyrənməli olurlar. Onlar çox vaxt cəmiyyətdə və öz kollektivlərində baş verən proseslərdən baş çıxara bilmirlər. İnteqrativ kurikulum isə fənn sahələrinin kombinasiyasını özündə əks etdirməklə şagirdi obeyktə deyil, subyektə çevirir. Burada təhsilin məqsədinə hadisə və təzahürləri yalnız öyrənmək və bilmək deyil, həm də əldə olunmuş bilik, bacarıq və dəyərlərdən müxtəlif situasiyalarda istifadə etmək, araşdırmaları təkmilləşdirmək, anlama, birbaşa şəxsi iştirak daxildir. Belə kurrikulum şagirdlərə öyrənmə zamanı müxtəlif fənlər arasında bilik, vərdiş və konsepsiya səviyyəsində dəyərli əlaqələr yaratmaqda köməklik göstərir.
Digər fənn kurrikulumları kimi Azərbaycan tarixi kurrikulumu da biliklərin fənlər vasitəsi ilə təşkil olunmuş konsepsiyasına əsaslanır. Bu yanaşmaya görə şagird məktəbdə tədris olunan fənlər vasitəsi ilə müxtəlif sahələr üzrə seçilmiş məzmunu öyrənməli və tətbiq etməyi bacarmalıdır. Azərbaycan tarixinin inteqrativ kurrikulumu aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir:
-təlimin fəal, cəlbedici və əyləncəli olması;
-çoxlu hissələrə bölünməməsi;
-məzmunun sadə, əhatəli və anlaşıqlı olması;
-fənlərinin sayının çox olmaması (iki, üç və dördə fənn);
-eyni konsepsiyanın iki müxtəlif fəndə öyrənilməsi;
-təlimin müxtəlif mərhələlərinin əlaqələndirilməsi (şaquli inteqrasiya);
-konsepsiyaların əlaqələndirilməsi (üfüqi inteqrasiya);
-yüksək nailiyyət səviyyəsinin və intellektual bacarığın inkişafının stimullaşdırılması.
Nəzərə almaq lazımdır ki, Azərbaycan tarixinin məzmunu yüksək dərəcədə inteqrativdir. Çünki hər növbəti tarixi mərhələnin hadisə və təzahürləri müəyyən dərəcədə əvvəlki hadisələrlə bağlıdır və onlardan asılıdır. Buna görə də şaquli inteqrasiya prinsipi gözlənilmədən tarixin gedişini anlamaq mümkün deyildir. Həmin prinsipin gözlənilməsi Azərbaycan tarixi fənninin əsas xüsusiyyətlərindən biridir. Digər tərəfdən, Azərbaycan tarixi ölkəmiz ərazisində yaşamış və yaşayan insanların həyatının bütün sahələrini və təzahürlərini əhatə etdiyi üçün onun başqa fənlərlə, başqa bilik sahələri ilə yüksək bağlılığı vadır. Buna görə də Azərbaycan tarixi fənninin hər mərhələsində üfqi inteqrasiya gözlənilməlidir. Bu şagirdlər tərəfindən fənnin məzmununun mənimsənilməsinin zəruri şərtlərindən biridir.
Azərbaycan tarixinin tədrisində iki tip inteqrasiya tətbiq etmək məqsədəuyğundur: Birinci tipə fənn daxilində (şaquli) inteqrasiya, ikinci tipə isə fənlərarası (üfqi) inteqrasiya daxildir. Birinci tip inteqrasiya özündə aşağıdakı modelləri birləşdirir:
-fraqmentlənmiş (hissələrə bölünmüş) inteqrasiya;
-sıxlaşdırılmış (iç-içə yerləşdirilmiş) inteqrasiya.
Kurikulumun ənənəvi planlaşdırma və təşkili modeli olan fraqmentlənmiş (hissələrə bölünmüş) model ayrı-ayrı fənlərin olmasını tələb edir. Burada da digər fənnlərdə olduğu kimi, Azərbaycan tarixi də müstəqil tədris sahəsidir. Əsas və Orta təhsil pillələrində Azərbaycan tarixi ayrıca fənn kimi tədris olunur. Bu modeldə fraqmentlənmə olmasına baxmayaraq, Azərbaycan tarixi fənni daxilində tədris prioritetlərini sistemli təşkil etmək, üst-üstə düşmə və yüklənmə hallarını azaltmaq üçün inteqrasiya mövzuların, bacarıqların və konsepsiyaların sıra ilə qeyd olunması və dəyərləndirilməsi ilə başlana bilər. Məsələn, VII sinifdə “Albaniya Erkən Orta əsrlərdə” və “Atropatena Erkən Orta əsrlərdə” mövzuları bu qəbildəndir. Belə ki, Erkən Orta əsrlərdə Albaniya və Azərbaycan Sasanilər imperiyasının tərkibində olduğundan onların hər ikisində baş vermiş hadisə və təzahürlərdə oxşarlıq çoxdur. Bu mövzuların inteqrasiyası şagirdlərə Azərbaycan tarixinin həmin dövrünü tam halda dəyərləndirməklə yanaşı, hadisə və təzahürlər arasında oxşar və fərqli prosesləri müqayisə edərək səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək imkanı verir. Bu inteqrasiya modeli məzmun, konsepsiya və bacarıqların şaquli əlaqələndirilməsinin sadə forması da ola bilər. Məsələn, VII sinifdə Azərbaycan tarixindən “Ərəb xilafəti dövründə torpaq mülkiyyəti formaları” mövzusunda verilmiş məzmun, konsepsiya və bacarıqlar VIII-X siniflərdə iqtisadi məsələlərlə bağlı mövzuların tədrisi zamanı əlaqələndirilir. Əsas torpaq mülkiyyəti formaları kimi iqta, divan, mülk, vəqf və icma torpaq mülkiyyəti anlayışları bütün siniflərdə müvafiq mövzularda öyrənilir. Onlar haqqında əvvəllər əldə olunmuş bilik və bacarıqlara istinad etməklə şagirdlər daha ətraflı məzmun və bacarıq əldə etmək, müqayisələr aparmaqla torpaq mülkiyyəti formalarında baş vermiş dəyişiklikləri izləmək və onların səbəblərini müəyyənləşdirmək imkanı əldə edirlər.
Əlaqəli inteqrasiya modeli Azərbaycan tarixi fənni daxilində diqqəti mövzulara, bacarıqlara və konsepsiyalara yönəldir. Bu modeldə fənn daxilindəki mövzular, bacarıqlar və konsepsiyalar arasındakı əlaqələr aydın şəkildə qurulur. Məsələn, insanlar arasında bərabərsizlyin yaranmasının nəticəsi olaraq sosial qrup və təbəqələrin meydana çıxması ilk dövlət qurumlarının və dövlətlərin yaranması ilə, onlar da öz növbəsində xalqın fiziki və mənəvi varlığının qorunması üçün tariximizin bütün mərhələlərində müstəqil dövlətçiliyə malik olmaq, onu qorumaq və möhkəmləndirmək uğrunda mübarizə, son nəticədə isə dövlətçiliyin inkişafı, demokratik idarəetmə formalı dövlətin-Şərqdə, bütün türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə əlaqələndirilir. Bu modelin üstünlüyü ondadır ki, hər bir sinifdə, hər bir təhsil mərhələsində dövlətçlik və onun qorunması konsepsiyası əlaqələndirilir, sistemləşdirilir və genişləndirilir. Bu da öz növbəsində fənn daxilində mövzuların və bacarıqların əvvəlkilərə istinad olunaraq yenidən nəzərdən keçirilməsinə və mənimsənilməsinə gətirib çıxarır.
Sıxlaşdırpılmış (iç-içə yerəlşdirilmiş) modelə çox vaxt “yuva” modeli də deyirlər. Azərbaycan tarixinin inteqrativ kurikulumnda bu modeli açıq şəkildə əlaqələndirmələrin və ya kombinasiyaların qurulması yolu ilə tətbiq etmək mümkündür. Bu modelin tətbiqi əsas diqqətin fənnin daxilində çoxşaxəli bacarıqlara (sosial bacarıq, düşünmə bacarığı və məzmunyönümlü bacarıq) yönəldilməsinə şərait yaradır. Məslən, müəllim sasanilərin, ərəblərin və monqolların Azərbyacan torpaqlarına köçürmə siyasətini şagirdlərin diqqətində saxlamaqla yanaşı, Rusiya hakim dairələrinin erməniləri Azərbaycanın şimal torpaqlarına köçürməsi siyasətinin doğurduğu demoqrafik, siyasi və iqtisadi problemlərin onlar tərəfindən müəyyənləşdirilməsinə, o dövrə aid sənədlərin təhlili əsasında “Azərbaycan torpaqlarına köçürülmələr: nəticə və reallıqlar” mövzusunda esse yazılmasına nail ola bilər. Bu modelin tətbiqi eyni vaxtda müxtəlif sahələrə diqqətin yönəldilməsinə, əhatəli və nəticəyönümlü bilik əldə olunmasına şərait yaradır.
İnteqrasiyanın ikinci tipi fənlər arasında tətbiq olunur. Bu zaman Azərbaycan tarixinin əsas və orta təhsil pillələrində Ana dili, Oxu, Riyaziyyat, Ümumi tarix, Coğrafiya, Kimya, Biologiya, Həyat bilgisi, Musiqi və nəğmə, Təsviri incəsənət fənləri ilə inteqrasiyası mümkündür. Azərbaycan tarixinin inteqrativ kurrikulumunda fənlər arasında inteqrasiyanın aşağıdakı modellərini tətbiq etmək mümkündür:
-ardıcıl (sıralanmış) model;
-ümumi (ortaq) model;
-zəncirvari (hörülmüş) model;
-inteqrasiya olunmuş model.
Azərbaycan tarixinin inteqrativ kurikulumunda Ümumdünya tarixi ilə inteqrasiya daha çox ardıcıl (sıralanmış) modelin tətbiqi nəticəsində mümkündür. Bu fənlərdə çoxlu oxşar bölmələr və mövzular vardır ki, onlar ayrı-ayrılıqda tədris olunur. Lakin onları elə planlaşdırmaq olar ki, (bunun üstün cəhəti həmin fənlərin eyni müəllim tərəfindən tədris olunmasıdır) əlaqəli konsepsiyalar, biliklər və bacarıqlar eyni çərçivədə yaranır və eyni vaxtda öyrənilir. Bu cür inteqrasiyanın həyata keçirilməsi üçün kurrikuluma dair sənədlərdə məzmun hökmən balanslaşdırılmalıdır. Azərbaycan tarixi və Ümumdünya tarixi fənləri üzrə oxşar mövzular əsasən aşağıdakılardır: “İbtidai dövr”, “İlk dövlət qurumları”, “Manna dövlətinin xarici siyasəti (Urartu və Assuriya ilə münasibətlər)”, “Azəraycan ərazisində Sak-İskit padşahlığı”, “Azərbaycan torpaqları Midiya və Əhəməni imperiyalarının tərkibində”, “Atropatena və Albaniyanın Roma işğallarına qarşı mübarizəsi”, “Albaynia və Atropatena Erkən Orta əsrlərdə”, “Azərbaycan Ərəb xilafətinin tərkibində”, “Azərbyacan Böyük Səlcuq, Monqol və Hülakü imperatorluqlarının tərkibində”, “Əmir Teymurun və Toxtamışın Azərbaycana yürüşləri”, “Azərbaycan Əfşar və Qacar imperatorluqlarının tərkibində”, “Azərbaycan Birinci və İkinci Dünya müharibələri illərində”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində (1991-2006-cı illər)”, “Azərbaycanın neft strategiyası” və s. Bu zaman fənlər ayrı olsa da, biliklər, konsepsiyalar və bacarıqlar əlaqəli şəkildə öyrənilir.
Ümumi model iki müxtəlif fənni vahid istiqamət üzrə bir araya gətirir. Bu modelin də Azərbaycan tarixindən inteqrativ kurrikulumda tətbiqi imkanları genişdir. Ümumi model üzrə yanaşmaya əsasən inteqrasiya apara bilmək üçün fənn müəllimləri təlim prosesinə fənlərarası mövqelərdən yanaşaraq fənbirləşmə yığıncaqlarında əsas konsepsiyaları, bacarıq və dəyərləri müəyyənləşdirirlər. Bu daha çox Azərbaycan tarixi və ədəbiyyat fənlərinin tədrisində mümkündür. Məslən, ədəbiyyat müəllimi “Kitabi-Dədə Qorqud” dastanının təhlilini bir konsepsiya kimi seçə bilər. Bu yolla ədəbiyyat və tarix müəllimləri komanda formasında fəaliyyət göstərərək şagirdlərə ümumi cəhətləri göstərə və ümumi əlamətləri müəyyənləşdirmə prosesinə kömək edə bilərlər. Məsələn, VII sinifdə Azərbaycan tarixindən “Türk tayfalarının Azərbaycan xalqının təşəkkülündə rolu” mövzusunu tarix və ədəbiyyat müəllimləri komanda şəklində tədris edə bilərlər. Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış ikinci və üçüncü etnik axınlar tarix müəllimi tərəfindən şərh olunduqdan sonra ədəbiyyat müəlliminin istiqamətvericiliyi ilə şagirdlər belə bir nəticəyə gəlirlər ki, ikinci axın zamanı Azərbaycana gələn türk mənşəli hun tayfaları ilə yanaşı oğuz türkləri daha çox üstünlük təşkil etmişlər. Bu mühüm tarixi faktı təsdiq edən ən etibarlı yazılı mənbə isə “Kitabi-Dədə Qorqud” dastanıdır. Dastanın ayrı-ayrı boylarından məlum olur ki, xalqımızın soykökündə duran güclü və nüfuzlu Ağqoyunlu və Qaraqoyunlu tayfaları VI əsrin sonu-VII əsrin əvvəllərində Dərbənd keçidindən və Böyük Qafqaz sıra dağlarının ətəklərindən tutmuş Zəncanadək uzanan tarixi Azərbaycan torpaqlarının müxtəlif bölgələrində məskunlaşmışlar. “İslam dininin Azərbaycanda yayılması” mövzusunun tədrisi zamanı da ümumi modeldən istifadə etmək mümkündür.
İnteqrasiya olunmuş model Azərbaycan tarixinin inteqrativ kurrikulumunda fənlərarası mövzuların üst-üstə düşən konsepsiyaları və onların məlum olan xüsusiyyətləri əsasında tətbiq olunur. Bu model ortaq (ümumi) modellə oxşardır. Lakin fərqli cəhət ondan ibarətdir ki, buraya ikidən artıq fənn daxil edilir. İnteqrasiya olunmuş model elm sahələri üzrə üst-üstə düşən bacarıqlar, konsepsiyalar və dəyərlər üzərində qurulur. Bu model fənn sahələrini sinergetik birləşdirir, yəni bir fənn üzrə biliklər digər fənndən ayrılmır, bölünmə yalnız fərqləndirilən məzmunun və ya anlayışın tədrisində baş verir. Bu model inteqrasiya fənlərinin məzmunundan əlaqəli fikirləri seçib ayırmaq nəticəsində yaranır. Azərbaycan tarixindən inteqrasiya olunmuş modelə uyğun gələn müəyyən dərs nümunələri vardır. Onlara “Azərbyacanın neft strategiyası” (Azərbaycan tarixi, kimya və biologiya müəllimləri tərəfindən aparılır), və “Xəzər dənizi və onun problemləri” (Azərbaycan tarixi, coğrafiya və biologiya müəllimləri tərəfindən aparılır) mövzularını misal göstərmək olar.
Comments are closed, but trackbacks and pingbacks are open.