Alınma sözlər
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
Bölmə I
§9. Dil və mədəniyyət. Dil və xalqın tarixi. Hissə 1.
Test ID – 51719
Müəllif: Admin (Əlavə edilib: 27.10.2011)
Azərbaycan dilində ərəb və fars sözlərinin işlənməsi nə ilə bağlıdır?
Səfəvilərin hakimiyyətə gəlməsi ilə |
Azərbaycanda elmə marağın artması ilə |
Azərbaycanda islam dinin qəbul olunması ilə |
Azərbaycan dilinin təsir dairəsinin genişlənməsi ilə |
CAVAB DÜZDÜR!
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin
Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.
Bu tip dillərdə sözün kökü dəyişmir və sözdəyişdirici şəkilçi olmur:
Kök dillər
Həm kök dillər, həm flektiv
Dilçilik elminin praktik sahəsi:
Etimologiya
Dialektologiya
Lüğətçilik
Morfologiya
Dilçilik elmi nəyi öyrənir?
Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənir
Lüğətlərin tərtibi, yaranma qaydalarını
Dilin qayda – qanunlarını, xüsusiyyətlərini
Sözün kökünü, onun başqa sözlərlə bağlılığını
Türkologiyada ilk lüğət kimə aiddir?
Mirzə Kazım bəyə
Hüsam Təbriziyə
Mahmud Kaşğariyə
Hinduşah Naxçıvaniyə
Yazı ilə bağlı fikirlərdən hansı düzgündür?
Şəkli və fikri yazılardan bu gün istifadə olunmur
Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir
Yazının ən qədim forması ideoqrafik yazıdır
Yazının ən mükəmməl, ən çevik forması sillabik yazıdır
Kimya dərslərində istifadə olunan işarələr hansı yazı formasıdır?
İdeoqrafik
Piktoqrafik
Fotoqrafik
Rəsmi müraciət etiketi hansıdır?
Biri müraciət etiketlərinə aid deyil:
Bağışlayın
Frazeoloji vahidlər haqqında aşağıdakılardan biri səhvdir:
Frazeoloji birləşmələr sintaktik baxımdan parçalanır
Frazeoloji birləşmələr bir cümlə üzvü olur
Frazeoloji birləşmələr omonimlik, sinonimlik, antonimlik yarada bilir
“Nənəsinin nəsihəti Arifin bir qulağından girib, o biri qulağından çıxdı” cümləsi frazeoloji birləşməyə bir nümunədir.
“ Dil – dil ötmək ” Frazeoloji birləşməsinin sinonimini tapın:
Ağzına su almaq
Dilotu yemək
Ağzını qıfıllamaq
Ürəyi axmaq
“ Qapını çalmaq ” ifadəsində ədəbi dilin hansı norması pozulmuşdur?
Leksik və fonetik
Bu nitq normalarından hansında dəyişkənlik daha tez olur?
Həm fonetik, həm leksik
Bu fikirlərdən hansı səhvdir?
Nitq mədəniyyətinin ən mühüm şərti, ədəbi dilin normalarına əməl etməkdir
Nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır
Nitqin dəqiqliyi dedikdə üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi nəzərdə tutulur
Nitq mədəniyyəti nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur
Nitq mədəniyyətinin əsas şərtlərindən biri deyil:
Sərbəstlik
Nitq haqqında fikirlərdən biri düzgündür:
Nitq mədəniyyətinin ən mühüm şərti nitqin ifadəliliyinə əməl etməkdir
Nitq mədəniyyəti dilçiliyin nəzəri sahəsi sayılır
Nitqin ifadəliliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur
Nitq mədəniyyətinin konkret predmeti yoxdur.
Özləşmə meyli haqqında aşağıdakılardan biri səhvdir:
Dili tərk etmiş bir sıra türk mənşəli sözlərin yenidən qayıtması da özləşmə prosesinin təsiri ilə baş verir
Özləşmə üç yolla gedir
Azərbaycanda milli türk sözlərinin yaranması prosesi əvvəllər baş verməmişdir
Son zamanlar da bir sıra leksik vahidlər meydana çıxmışdır
Aşağıdakılardan biri Azərbaycan xalqının varlığı üçün əsas amillərdəndir:
Azərbaycan dili
Dövlət rəmzləri
Azərbaycan nefti
Azərbaycan əlifbası
Azərbaycan – türk milli dili nə zaman formalaşmışdır?
XVI əsrin sonlarından
XIV əsrin axırlarında
XXəsrin əvvəllərində
Eramızdan əvvəl I minillikdə
Nitqin ahəngliyi, ritmi, nitqin tempi və ya surəti, intensivliyi, məntiqi vurğusu, tembri kimi hadisələrin məcmuyundan ibarət mürəkkəb dil hadisəsi adlanır:
Ahəng qanunu
İntonasiya
Nitqdə zərb – məsəllərdən, frazeoloji vahidlərdən istifadə edilməsi nə ilə bağlıdır?
Nitqin elmiliyi ilə
Nitqin zənginliyi ilə
Nitqin ardıcıllığı ilə
Nitqin konkretliyi ilə
Nitqə aid əlamətlərdən biri səhvdir:
Dəyişkəndir
Ünsiyyət vasitəsidir
Dilin lüğət fonduna daxil olan sözlərin hamısı sayılır:
Fəal leksika
Qeyri – fəal leksika
Köhnəlmiş sözlər
Neologizmlər
Biri natiqliyin sahəsi deyil:
Bədii natiqlik
Siyasi natiqlik
İşgüzar natiqlik
Publisistik natiqlik
Verilənlərdən hansının intonasiyası fərqlənir?
1)ara sözlər
2) xitablar
3) cümlə üzvləri
4) ara cümlələr
5) əvəzlik qəliblər
Bir hərfə görə fərqlənən sözlər adlanır:
Verilənlərdən biri arxaizmdir:
Sözlərin mənşəyini dilçiliyin hansı sahəsi öyrənir
Morfologiya
Etimologiya
Leksikologiya
Hansı qarşılıq düzgün verilməyib?
neologizm-yeni söz
arxaizm-köhnəlmiş sözdür
etiket-yarlıq
leksikoqrafiya-nitq hissələri
dialektizm bədii əsərdə işlənmiş məhəlli söz
Ən birinci yaranmış yazı növü hansıdır?
Şəkli yazı
Əşyəvi yazı
Heca yazısı
Hərfi yazı
“Azərbaycan qədim tarixə malikdir. Hətta milyon illər əvvəl bu ərazidə zəngin təbii sərvətlər olmuşdur. Burada yaşıl meşələr bitir, nəhəng heyvanlar yaşayırmış.” Verilmiş mətndə ədəbi dilin hansı norması pozulmuşdur
leksik və qrammatik
fonetik və leksik
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Alınma sözlər
Alınma sözlərin çoxu dilimizin qayda-qanunlarına uyğunlaşmamış, özünəməxsus xüsusiyyətlərini qoruyub saxlamışdır. Bunlara aşağıdakılar daxildir:
- Əvvəlində qoşa samit işlənmiş sözlər alınma sözlərdir. Məsələn, kran, stansiya, briqada, flora, traktor, ssenari, qrafık, plaş, qrafın, şkaf tramplin, stəkan və s. Bu cür sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Qeyd: Srağagün əsl Azərbaycan sözüdür.
- Tərkibində yanaşı saitlərin işləndiyi sözlər əsl Azərbaycan sözləri deyil. Məsələn, saat, maaş, əmtəə, ailə, sə- adət, zəif, müəllim, sual, bədii, təbii, mətbəə, şair, müavin, şair, maneə və s.
- Sözdə uzun tələffüz olunan saitin işlənməsi də alınma sözlərə xas xüsusiyyətdir. Məsələn, arif şölə, tacir, nadir, məna, xəzinə, şöbə, xüsusi, musiqi, sufi, həqiqət, etibar və s.
- Sonunda qoşa samit yanaşı gələn sözlər. Məsələn, fənn, həll, bənd, stend, dərd, cəld, fərd və s.
Qeyd: Dörd, qazanc, gülünc, inanc, dinc, qırx, sevinc, yurd kimi sözlər əsl Azərbaycan sözləridir.
- Dilimizdə bəzi sözlər (ilan, ilğım, ildırım, işıq, ilıq, inam, inanc, inanmaq, iraq, işarmaq, işartı, işüdamaq, quzey və s.) istisna olmaqla, ahəng qanununa tabe olmayan sözlər almma sözlərdir. Məsələn, mehriban, yadigar, səadət, mərifət, mahir, əlifba, siyasət və s.
- Tərkibində j samiti olan sözlər alınma sözlərdir. Məsələn, Jalə, jurnal, masaj, mesaj, müjdə, əjdaha, janr, qaraj, jaket, Əjdər, montaj və s.
- Tərkibində r samiti olan sözlər alınma sözlərdir. Məsələn, reyhan, rels, relyef, rəhmət, rəqs, rəsm, rəhm, real, rezin, rota, ruhani, rəvan, rahat, razı, rəssam, rəf, rütbə, rəndə və s.
- Vurğusu son hecaya düşməyən sözlər alınma sözlərdir. Məsələn, opera, poeziya, ofıs, leksika, fırma, norma, klinika və s.
Qeyd: Bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır.
- Qoşa yy samitli sözlərin hamısı alınma sözlərdir. Mosələn, xasiyyət, ədəbiyyat, riyaziyyat, hədiyyə, cəmiyyət, məsuliyyət və s.
- q ilə yazılıb k’ ilə tələffüz olunan sözlərin çoxu alınma sözlərdir. Məsələn, üfüq, şəfəq, hüquq, əxlaq, eşq, uşiq, vərəq, ittifaq, müstəntiq, natiq və s.
- Sonu o, ö, e saitləri ilə bitən sözlər alınma sözlərdir. Məsələn, büro, təvazökar, sənaye, mane, qane, forte, retro, metro, piano, mürtəce və s.
- Ön şəkilçili sözlər alınma sözlərdir. Məsələn, laməkan, laqeyd, naməlum, naşükür, bikef, baməzə, narahat, basəfa, anormal, bivəfa, nalayiq, nanəcib, bisavad, biədəb və s.
Qeyd: Nacins və nakişi sözləri istisnadır. Çünki bu sözlərin kökləri öz sözlərimizdir. Lakin ön şəkilçilər alınmadır.
- Sonu eynicinsli qoşa samitlə bitən təkhecalı sözlər alınma sözlərdir. Məsələn, həll, sədd, haqq, həzz, qəşş, küll, rədd, həcc, xətt, şəkk, zidd və s.
- Sonu at, ət şəkilçisi ilə bitən bütün sözlər alınma sözlərdir. Məsələn, məlumat, təbliğat, tələbat, təşkilat, heyvanat, hesabat, mühasibat və s.
- Fleksiyaya uğrayan sözlər (kökü içəridən dəyişən) alınma sözlərdir. Məsələn, şeir – şair, elm – alim – üləma, şəkil – təşkil – mütəşəkkil, eşq – aşiq – məşuq – məşuqə, nəsr – nasir – mənsur, şərik – iştirak – müştərək və s.
- Vaxtilə apastrofla yazılmış sözlər alınma sözlərdir. Məsələn, bəzən, şölə, mötəbər, etibar, tətil, mədən, bəzi, əla, məna, elan, etiraz və s.
- Elm, təhsil, din, ilahiyyat, şəriətlə bağlı sözlərin çoxu ərəb və fars dilindən alınma sözlərdir. Məsələn, alim, elm, zəka, təlim, tədris, məktəb, məktub, savad, qələm, kitab, katib, dəftər, tabaşir, lövhə, mədrəsə, sinif, dərs, müəllim, həcc, zəkat, müsəlman, molla, imam, azan, məscid, axirət, peyğəmbər, rəbb, Allah, ilahi, oruc, tövbə, zülm, zalım, ibadət, zəkat, behişt, cəhənnəm, cənnət, mələk, şeytan, dəstəmaz, səcdə, nizam, nəsr, təcrübə, tarix, fəlsəfə, fikir, təfəkkür, ruhani, rəhmət, dua, məşədi, axund və s. Bu sözlər içərisində dilimizin qayda-qanunlanna uyğunlaşan, ahəng qanununu pozmayan sözlər vardır ki, onları fərqləndirmək çətin olsa da, lakin bunlar əslən ərəb-fars mənşəli alınma sözlərdir.
Fars dilindən alınma elə sözlər var ki, onlar dilimizdə düzəltmə sözlər kimi işlənsə də, əslində, bunların şəkilçiləri fars dilində müstəqil leksik mənası olan sözlərdir. Məsələn, kitabxana, sənətkar, əməkdar, zəhmətkeş, saatsaz sözlərində fars dilində kar – «iş», xana – «ev», keş – «sərin», dar – «malik olmaq», saz – «düzəldən» mənalarını bildirir.
Dilimizdə elə alınma sözlər var ki, sözün yarısı bir dilə, yarısı başqa dilə məxsusdur. Məsələn, qanunpərəst sözündə qanun – ərəb, pərəst – fars; çayxana sözündə çay – çin, xana – fars dilindən alınmadır.
Alınma sözlərin bir çoxu dilimizin ümumişlək sözləriııə çevrilmişdir və onları öz sözlərimizdən fərqləndirmək çətindir. Məsələn: kitab, şagird, qələm, məscid, namaz, çay, teatr, din, xoruz və s.
Alınma sözlərin bir qismi dünya xalqlarının çoxunun dilində işlədilir. Belə sözlər beynəlmiləl sözlər adlanır. Məsələn, firma, biznesmen, parlament, deputat və s.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Похожие статьи
-
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı Qərbi sarmışdı dumanlar, sislər, Acılar duydu içindən Azər. Özləyib Şərqi, həmən çıxdı yola, Bəlkə…
-
Azərbaycan dilində söz yaradıcılığı kitabı
Azərbaycan dilində söz yaradıcılığı kitabı Leksik şəkilçilər ahəng qanununa uyğun olaraq, əsasən, iki və dörd cür yazılır. Lakin belə şəkilçilər…
-
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı məmmədov
Leksika: anlayışı, xüsusiyyətləri, növləri, nümunələri Bəzi mütəxəssislərin sahələrindən asılı olaraq sahib olduqları texniki sözlər də leksikon sayılır….
-
Azərbaycan dilində kitablar Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L. N….
-
Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər selim ceferov
Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər selim ceferov Və bənzər, oxşar mənalarını da demişlər. Necə ki şahvəş (şah kimi) və mahvəş…
Comments are closed, but trackbacks and pingbacks are open.