Logo position: relative;. icon position: absolute; width: 50px; top: 0; left: 185px; ->
İndi Azərbaycanda kifayət qədər imkanlı şəxslər var. Onlar layihələrə sponsorluq edirlər. Hesab edirəm ki, maraqlı və arqumentli bir kitab yazılsa onu maliyyələşdirən adam tapmaq elə də çətin olmaz. Kitab formasında olmasa da saytlarda yaymaq olar. Əsas materialın xalqa çatdırılmasdır. Formanın fərqi yoxdur. Əgər maliyyə dəstəyi varsa tarixi və vətəpərvərlik mövzusunda olan kitabları satmağa ehtiyac yoxdur. Təbliğatı həm də kitabla aparmaq lazımdır. Pulsuz paylanılsa onu hamı əldə edəcək. Bütün kitabı oxumasa da ən azından səhifələyəcək. Maraqlanacaq və nə isə yadında saxlayacaq.
Azərbaycan nəşrləri kitab mağazalarımızda
Bu dəfə 1905.az portalının “Diskussiya klubu”da biz kitab və nəşrlərimizdə vətənpərvərlik mövzusunu “Prezidentin İşlər İdarəsinin Kitab Evi”nin əmtəəşünası Elxan Vəliyev, “Kitab klubu”nun reklam meneceri Rafiq Məmmədli, “Rus kitab evi”nin müdiri İsrafil İsmayılov, “Şərq-Qərb” nəşriyyatı, nəşr üzrə direktor müavini, nəşriyyat departamentinin müdiri Sevil İsmayılova, “CBS” mətbəəsinin texniki redaktoru Cəsarət Qasımov ilə müzakirə etdik.
Fuad Babayev: Hər birinizi salamlayıram, xoş gəlmisiniz!
Kitablar və nəşrlərimizdə vətənpərvərlik mövzusuna keçməzdən əvvəl iki detalı nəzərinizə çatdırmaq istərdim. Bu yaxınlarda Sankt-Peterburq şəhərində kitab mağazalarının birindən kitab alırdım. Mağazada mənə endirim kartı almağı təklif etdilər. Bundan əlavə qəzetlərin birində oxudum ki, Sankt Peterburq şəhərində kitab mağazalarının nüsabiqəi keçirilir. Elə burdan başlayaq. Ümumiyyətlə, bizim kitab mağazaları arasında müsabiqələr keçirilirmi? Və ya kitab mağazalarımız öz müştərilərinə endirim kartları və s. təqdim edə bilirlərmi?
Elxan Vəliyev: Yox. Burada çox amil göstərə bilərik. Mağazanın işi kitabı satmaqdır. İstənilən kitab mağazası kitablarının satılmasını və oxucunun qaçmamasını istəyir. Məncə kitab satışında əsas yük nəşriyyatların üzərinə düşür. Onlar keyfiyyətli iş ortaya qoymalıdırlar ki, oxucuda da maraq yarada bilsinlər. Onu da mütləq qeyd etməliyəm ki, son illər nəşriyyatlarımız çox keyfiyyətli kitablar nəşr edir. Siz dediyiniz simvolik təqdimatlara gəldikdə isə əsas səbəb oxucu kütləsinin azlığıdır. Oxucu kütləsi kifayət qdər olsa mağazalar da rəqabət yaranar.
Fuad Babayev: Belə çıxır ki, bizdə endirim kartlar və ya mağazalar arasında həvəsləndirici xarakter daşıyan müsabiqələrin keçirilməməsinin əsas səbəbi alıcı marağının olmamasıdır.
Elxan Vəliyev: Bəli. Mağazalarda kifayət qədər maraqlı kitablar var. Təəssüf ki, alıcılıq qabiliyyəti çox aşağıdır. İnsanlar sanki kitab oxumaqdan qaçırlar.
Rafiq Məmmədli: Alıcılıq qabiliyyətinin aşağı düşməsi birmənalıdır. Amma son illər Azərbaycanda həm də bir kitab bumu yaşanır. Bu bum böyük kitab mağazalarında deyil, daha çox səyyar kitab satışlarında hiss edilir. Kiçik formatda kitab nəşr edən nəşriyyatlarımızın da kitab satışı qənaətbəxş səviyyədədir. Əgər bu vəziyyət davam etsə məncə gələcəyə nikbin baxmaq olar. Hesab edirəm ki, bizim əsas problemimiz marketinq sahəsinin zəif inkişaf etməsi ilə bağlıdır. Bizdə PR çox zəifdir. Olanımızı da düzgün təqdim edə bilmirik. Kitab mağazalarımız şəhərin mərkəzində yerləşir. Buna sözümüz yoxdur. Ancaq kitab mağazalarını uzaqdan da görmək üçün plakatlar və s olmalıdır. Kitab mağazaları digər mağazalardan seçilmir. İnsanların gözü görmür. Mağazalarımız elə tərtibat qurmalıdır ki, 10 metr uzaqdan da bilinsin ki, filan yerdə kitab mağazası yerləşir.
Bazar ucuzluq tələb edir. Bazarla işləmək üçün isə ilk növbədə hər bir nəşriyyat və mağazanın marketinqlə məşğul olan işçisi olmalıdır. Sosial şəbəkələrdə kitab reklamlarını artırmaq lazımdır. Etiraf etmək lazımdır ki, son illər oxucuların böyük kütləsi məhz sosial şəbəkələrdən gəlir.
İsmayıl İsrafilov: Biz 5 ildir fəaliyyət göstəririk. Gəncədə, Sumqayıtda mağazanın filialını açmağı düşünürük, amma hələki buna maddi baxımdan imkan yoxdur. Təəssüf ki, bu gün Bakıda kitab mağazalarının sayı çox azdır. Tiflislə müqayisə etsək Tiflisdə kitab mağazasının sayı Bakıdan 4-5 dəfə çoxdur.
Fuad Babayev: Nəzərə alsaq ki, Tiflisin əhalisinin sayı da Bakıdan 2-3 dəfə azdır. Onu da qeyd edək ki, Tiflis dünyanın ən çox kitab mağazası olan şəhəri də deyil. Cəsarət müəllim, necə düşünürsüz müharibə şəraitində yaşayan bir xalqın kitablarında Qarabağ mövzusuna nə dərəcədə yer ayrılır?
Cəsarət Qasımov: Dinamika zəif, müraciət çox azdır. Bəzən müraciət olur, amma həmin kitab oxunaqlı olmur. Bunun da səbəbləri var. Məsələn, kitabın çəki məsələsi. Çox vaxt tarixi mövzuda olan kitabların formatı düzgün seçilmir. İnsanlar tarixi mövzuda kitabı əlinə götürməkdən qorxur. Çünki çox qalın və ağır olur bu kitablar. Sarı kağız formatı son aylar ən çox istifadə edilən və yüngül çəkiyə malik formatdır. Biz daha çox sarı kağız formatından istifadəyə üstünlük veririk. Bu həm də mətnin qavranılmasına kömək edir.
Bilirsiniz, tarixi mövzuda kitablara tələbat yoxdur demək düzgün deyil. Bəzən bir tarixi mövzuda kitabı minlərlə nüsxə çap edirik. Bir neçə ay sonra həmin kitabdan bir neçə nüsxə almaq istəyirik, maraqlanırıq, bazarda tapa bilmirik. Hamısı satılmış olur. Və ya hədiyyə kimi paylanır. İstənilən halda tələbat var. Sadəcə kitabı oxunaqlı etmək lazımdır. Bundan sonra mətbəələr, müəllif onun format məsələsinə diqqətlə yanaşmalıdır.
Sevil İsmayılova: Ümumiyyətlə, bizim bütün işlərimizdə Qarabağ məsələsini bu və ya digər formada öz əksini tapır. Biz Azərbaycanda ən çox tirajı olan məktəbli kitabçasını həm nəşr etmişik, həm də çapa hazırlamışıq. Bu kitabçada tariximizin əsas məqamları son 4 səhifədə yaddaş formasında çap edilib. Kitabçalar 1 milyon 200 min tirajla nəşr edilib. “Qan yaddaşı”, “Unutmayaq” başlıqları altında tariximizi unudulmaması istiqamətində qeydlər yerləşdirmişik.
Tarixi mövzuda nəşr etdiyimiz kitablar arasında Çingiz Qacarın “Старая Шуша” kitabının adını çəkmək istəyirəm. Bu kitab həm rus, həm ingilis dilində çap olunub. “Старая Шуша” çox böyük auditoriya kütləsi qazanıb. Bu yaxınlarda biz həm də “Muğam ensiklopediyası” kitabını nəşr etdik. Rus dilində. “Muğam ensiklopediyası”kitabında 90% Qarabağ muğamlarından söhbət gedir. Hazırda kitabın ingilis dili versiyası hazırlanır. Moskvada kitabın təqdimatı keçirildi. “Muğam ensiklopediyası” ilə bağlı hədsiz çox müraciətlər olur. Kitabı biz Qazaxıstana, Moskvaya, Özbəkistana göndərmişik.
Son nəşr edilən kitablarımızdan isə “Üzeyir dünyası”nı qeyd etmək istərdim. Bu kitab da həm rus, həm Azərbaycan dilində böyük tirajla çap edilib.
Rafiq Məmmədli: Sevil xanım, sizin nəşriyyatın nəşr etdiyi kitabların keyfiyyətinə heç bir sözüm yoxdur. Ancaq burada bazarı da nəzərə almaq lazımdır. Çünki bazar daha ucuz kitablar tələb edir.
Sevil İsmayılova: Biz əsas keyfiyyətə fikir veririk. Məsələn, Nizaminin “Xəmsə”si 2 cilddə çox gözəl və keyfiyyətli tərbtibatda hazırlandı. Əvvəllər istədiyimiz formatda kitab çap etmək üçün biz kitabları Türkiyəyə göndərirdik. Ancaq indi şükürlər olsun ki, bu gün bizim nəşriyyatda istənilən formada kitab nəşri üçün materiral və aparatlar var. Nəşriyyat kitabı hazırlmaqla məşğuldur satış, bazar qiyməti və s kimi məslələri nəzarətdə saxlamaq nəşriyyatın işi deyil.
Dadaş Musayev:. Bəzən kitab mağazaları vətənpərvərlik və ya tarixi mövzuda kitablara baxır və belə demək mümkünsə həmin kitablara “yox” deyir. Səbəb olaraq göstərilir ki, bu mövzuda kitablar satılmır. Düşünürəm ki, satılmasa belə elə kitablar var ki, sırf vətənpərvərlik baxımından onları rəflərdə saxlamaq lazımdır. Alan olmasa da kimsə görəcək. Bu nə dərəcədə düzgündür?
Rafiq Məmmədli: Burada çox amil var. Kitab mağazalarını da qınamaq olmaz. Yer problemi ola bilər.
Dadaş Musayev: Bəs, online satışda vəziyyət necədir? Eyni problem online sferada da yaşanırmı?
Rafiq Məmmədli: Son illər vəziyyət müsbətə doğru dəyişir. Əvvəllər on-line kitab satışı sıfır idi. Biz statistikaya baxanda görürük gün ərində ən azı 2-3 on-line sifarişi olur. Hətta xaricdən də sifarişlər olur. Canlanma var. Bu gün sosial şəbəkələrin üzərinə böyük yük düşür. Yaxşı reklam yaxşı kitab satışına gətirib çıxarır. Bizim 2 minə yaxın abunəçimiz var. Doğrudur, onların hamısı aktiv istifadəçilər deyil. Amma yenə də bu yaxşı göstəricidir.
Fuad Babayev: Kitab mağazaları və nəşriyyatar müəlliflərlə daim ünsiyyətdədirlər. Necə düşünürsünüz, bu mövzuda kitab yazan müəllif azdır?
Sevil İsmayılova: Ümumiyyətlə, tarixi mövzuda yazan müəlliflər çox azdır. Bizdə satış yoxdur, bütün işlər sifarişlə görülür. Yəni biz satışdan gəlir əldə etmirik. Bütün nəşriyyatlar eyni qaydada işləyir. Əvvəllər müəllif nəşriyyata kitab təqdim edəndə nəşriyyat kitabı alır, müəllifə qonorarı verib qalan işlərlə özü məşğul olurdu. İndi bir az vəziyyət dəyişib. Hər şey gəlib bazara bağlanır. Müəllif də bunu nəzərə almalıdır.
Fuad Babayev: Belə çıxır ki, bu mövzuda hansısa formada canlanma yoxdur…
Sevil İsmayılova: Bəli. Yazarlarımız çox azdır.
İndi Azərbaycanda kifayət qədər imkanlı şəxslər var. Onlar layihələrə sponsorluq edirlər. Hesab edirəm ki, maraqlı və arqumentli bir kitab yazılsa onu maliyyələşdirən adam tapmaq elə də çətin olmaz. Kitab formasında olmasa da saytlarda yaymaq olar. Əsas materialın xalqa çatdırılmasdır. Formanın fərqi yoxdur. Əgər maliyyə dəstəyi varsa tarixi və vətəpərvərlik mövzusunda olan kitabları satmağa ehtiyac yoxdur. Təbliğatı həm də kitabla aparmaq lazımdır. Pulsuz paylanılsa onu hamı əldə edəcək. Bütün kitabı oxumasa da ən azından səhifələyəcək. Maraqlanacaq və nə isə yadında saxlayacaq.
Elxan Vəliyev: Təhsil nazirliyinin Qarabağ nəşri var. Çox gözəl kitabdır. Amma formatı çox böyük, çəkisi ağır olduğundan dəfələrlə qonaqlar kitabı özü ilə aparmaqdan imtina ediblər. Bayaq Rafiq müəllim də bunu qeyd etdi. Təbliğat xarakterli kitabların nəşrində kiçik formatlara üstünlük vermək lazımdır.
Rafiq Məmmədli: İbrahim Bozyel və Cəfər Qiyasinin müəlllifi olduğu “Erməni mənəvi terroru” kitabını vaxtilə 3500 nüsxə ilə çap etdik və demək olar ki, Azərbaycanın hər yerində paylandı. 100-150 nüsxəsi isə satıldı. Kitabi ingilis dilində də çap etdik. Biz gəlir götürmədik. Amma inanın, pulsuz paylanan kitabın dəyəri olmur. 100 yerə baş çəkdik. Belə gözəl kitabdan istifadə edib daha böyük auditoriyaya çıxmağa çalışdıq. Amma istədiyimizə nail ola bilmədik. Çünki bunu etməyə maraqlı adamlar olmalıdı. Himayə olmalıdır. Başqa cür kitab yaratmaq mümkün deyil.
Gündüz Nəsibov: Yəqin siz də mənimlə razılaşarsınız ki, bizdə kitab bazarı 2 istiqamətdə inkişaf edir. Dərslik və bədii ədəbiyyat. Elmi-publististik kitabların bazarı demək olar yox səviyyəsindədir. Bəlkə həm də ona görə ki, bu kitablar 2 formada nəşr edilir. Çox qalın və çox bahalı və çox ucuz və keyfiyyətsiz formada…
İsrafil İsmayılov: Kitabla məşğul olan insanların birliyini yaratmaq lazımdır. Onlar daima bir-biri ilə ünsiyyətdə olmalıdır ki, problemlərdən xəbərləri olsun. Və ən önəmisi dərsliklərdə, kitabların mətnində diqqətli olmaq lazımdır. Bəzən kitabda gedən hər hansı kiçik səhv məlumat sabah bizim əlehimizə işləyir. Və ən əsası təbliğatı bağçadan başlamaq lazımdır. Bağçalarda uşaqlar üçün vətənpərvərlik mövzusundan kitab oxunmalı, kitab rəfləri olmalıdır.
Sevil İsmayılova: Dərsliklər ən böyük tirajla nəşr edilən kitablardır. Dərsliklərdə qan yaddaşı bölməsi var. Və o bölmədə şagirdlər tariximizlə qısa da olsa tanış ola bilərlər. Bu istiqamətdə işlər müsbətə doğru gedir.
Hazırladı: Aynur Hüseynova
1905.az
Material ilk dəfə 11 dekabr 2014-cü ildə dərc edilib
Urmiyada uşaqlara Azərbaycan dilində kitablar paylanıldı
Axar.az xəbər verir ki, mədəni aksiya 1946-cı il dekabrın 17-də Pəhləvi rejimi tərəfindən Azərbaycan türkcəsində nəşr olunan kitabların yandırılmasının ildönümü ilə bağlı keçirilib.
Xatırladaq ki, İran konstitusiyasının 15-ci maddəsinə əsasən, qeyri-fars dillərinin tədrisi və mediada istifadəsi azad olsa da, Tehran rejimi 40 ildən artıqdır ki, müxtəlif bəhanələrlə bu prinsipin həyata keçirilməsinə əngəl olur və 40 milyon türkü Ana dilində təhsil hüququndan məhrum edir.
2022.12.18 / 11:57
Cavidan Elbars
Digər xəbərlər
Azərbaycanlı alim vəfat etdi
Giləzidə külli miqdarda tank mərmisi tapıldı
Ağalıda ilk dəfə buraxılış imtahanı keçiriləcək
Təbrizdə güclü partlayış: ölü və yaralılar var
BDU tələbələri didərgin saldı
Bakı-Ağstafa marşrutu ilə bağlı yeni məlumat
Bakıda 17 avtobusun hərəkət sxemi dəyişdirildi
Rusiyada Azərbaycandan olan cinayətkar saxlanıldı
Son sutkada neçə nəfər koronaya yoluxub?
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru”. təqdim edildi
Похожие статьи
-
Azərbaycan dilində qrammatik sinonimlik bakı 1985
İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR İş vaxtı: Bazar ertəsi – Cumə: 9:00-18:00 Fasilə: 13:00-14:00 İstirahət günləri: Şənbə, Bazar…
-
Azərbaycan dilində kitablar Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L. N….
-
Azərbaycan dilində söz yaradıcılığı kitabı
Azərbaycan dilində söz yaradıcılığı kitabı Leksik şəkilçilər ahəng qanununa uyğun olaraq, əsasən, iki və dörd cür yazılır. Lakin belə şəkilçilər…
-
Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər selim ceferov
Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər selim ceferov Və bənzər, oxşar mənalarını da demişlər. Necə ki şahvəş (şah kimi) və mahvəş…
-
Azərbaycan dilində frazeoloji birləşmələr lüğəti
Frazeoloji birləşmələr Aşağıda daha çox tanınmış sabit ifadələr verilmişdir. Frazeoloji birləşmələr: nümunələr Frazeoloji dönüşlər xarici dil öyrənən hər…
Comments are closed, but trackbacks and pingbacks are open.