Azərbaycan dilinə tərcümə olunmuş kitablar
3. “sovet tərcümələri yaxşı idi” şablonu ilə başlamayacam. başladım.
sən təsəvvür elə ki, fransızca ya almanca yazılmış bir əsərin içinə “ruscadan tərcümə edən filankəs” yazırsan.
əlbətdəki yaxşı olmayacaq tərcümə. bir də tərcüməçini də sıxışdırırlar tez bitir deyə. tərcüməçi dostlarım var bakıda. az məbləğə və az vaxta məcbur tərcümə edirsən, başından etdiyin də olur.
mən umimiyyətlə çoxdandı azərbaycanca heçnə oxumurdum, bu yaxınlarda oxumağa başladım babat 5-10 kitabım var artıq. oxuyuram hamısını eyni vaxtda. tərcümə problemindən başqa nəsə problem yoxdu.
öz dilində kitab oxumağın müsbət tərəfləri var. normalda türkcə oxuyurdum ya da ingiliscə. ancaq ingiliscə yavaş gedir, bir də tam anlamayada bilirsən. azərbaycanca, dili daha da yaxşı öyrənmək üçün oxumağa başlamışdım əslində, çünki zəif bilirəm. ama bundan əlavə öz dilində, ya da elə türkçə oxumağın ən yaxşı tərəfi sürətli formada oxuyub bitirə bilirsən və başa düşürsən. ama işte di gəl gör ki bəzən sanki google translate tərcüməsi ilə üz-üzəsən kimi gəlir adama. bu barədə bir müzakirə var: kitabı tərcüməçimi tərcümə etməlidir yoxsa ədəbiyyatçımı. yəqin ki tərcüməçi və ədəbiyyatçı. elə adam tapmaq da asan deyil.
tərcüməçi əksikliyi var, daha doğrusu yoxdu. pul yoxdu o adama tərcümə etdirmək. 1000 tiraj satır yazıq kitab evi. hardan pul qazansın? ruscadan tərcümə edirlər çox kitabı. qolu qanadı qırılır. ruscaya tərcümə edərkən onsuz da əsərin forması bir dəfə itmişdi, bir də itir.
ama yenə də aralarında yaxşı tərcümələr də var. yaşlı nəslin tərcümələri və.s
“Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis dilində nəşrinin təqdimatı olub – FOTOLAR
Azərbaycan Dillər Universitetində Bakı Şəhər İcra Hakimiyyəti və universitetin birgə təşkilatçılığı ilə “Vətən müharibəsi tarixi. Şəxsiyyət faktoru” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib.
Pravda.az xəbər verir ki, tədbirdə BŞİH-nin məsul əməkdaşları, universitetin müəllim, magistr və tələbələri iştirak ediblər.
Tədbirin əvvəlində vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Vətən mühariəsindəki Şanlı Qələbəyə həsr edilən video-çarx nümayiş etdirilib.
Tədbiri açan Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Vətən müharibəsindən qısa müddət keçməsinə baxmayaraq, artıq möhtəşəm zəfərə kitablar, salnamələr həsr olunduğunu qeyd edib və təqdim edilən kitabın bu baxımdan önəmini vurğulayıb. 44 günlük Vətən müharibəsinin tarixinə həsr olunan kitab Azərbaycan, rus və türk dillərində çap edilib və bu gün artıq kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilir.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov bildirib ki, kitab Bakı Şəhər İcra Hakimiyyəti və Tarix İnstitunun birgə layihəsidir. O, qeyd edib ki, Vətən müharibəsində qazanılan Şanlı Qələbə ölkə başçısı İlham Əliyevin dahi intellekti və müdrik sərkərdəlik qabiliyyəti sayəsində əldə olunub. Bu da tarixdə şəxsiiyət faktoru amilini bir daha sübut edir. Kitab Qarabağda baş verən hadisələri diqqətlə izləyən oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan ingilis dilində də nəşr edilib və hazırda isə kitabın ərəb və fars dillərində çapı ilə bağlı işlərə başlanılıb. Kitabda həmçinin Heydər Əliyev Fondu və onun rəhbəri, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın azad edilən torpaqların bərpası və inkişafı istiqamətində gördüyü işlər xüsusi yer alıb.
Daha sonra çıxış edən ADU-nin Beynəlxalq münasibət və Regionşünaslıq fakültəsinin müəllimi Ramin Quliyev, həmin fakultənin tələbəsi Sübhan Orucov, Xarici dilin tədrisi metodikası və metodologiyası ixtisasının magistri Habil Rzayev, Beynəlxalq münasibət kafedrasının doktorantı Aynur İsayeva, Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Universitetin prorektoru, Milli Məclisin deputatı Tamam Cəfərova, şöbə müdiri Fiyalə Abdullayeva və digərləri kitabın dünya ictimaiyyətinə çatdırılması üçün bir çox dillərdə çap edilməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, kitabda Ermənistanın Azərbaycana təcavüzü, Vətən müharibəsindəki Şanlı Qələbəmiz, qələbənin memarı olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyəti geniş və ətraflı işıqlandırılıb.
Qeyd edək ki, bu kitab müharibə tarixinin ilk ümumiləşdirilməsi cəhdlərindən biri olaraq Vətən müharibəsinin əvvəlindən hazırki dövrə kimi olan bütün mərhələləri əhatə edir və qazanılan Şanlı Qələbə müəlliflər tərəfindən ətraflı araşdırılıb. Kitaba tarixçi alimlərin, hərbiçilərin, Milli Məclisin deputatlarının, tanınmış jurnalistlərin Vətən müharibəsi ilə bağlı yazıları daxil edilib.
azərbaycan dilinə tərcümə olunmuş kitablar
3. “sovet tərcümələri yaxşı idi” şablonu ilə başlamayacam. başladım.
sən təsəvvür elə ki, fransızca ya almanca yazılmış bir əsərin içinə “ruscadan tərcümə edən filankəs” yazırsan.
əlbətdəki yaxşı olmayacaq tərcümə. bir də tərcüməçini də sıxışdırırlar tez bitir deyə. tərcüməçi dostlarım var bakıda. az məbləğə və az vaxta məcbur tərcümə edirsən, başından etdiyin də olur.
mən umimiyyətlə çoxdandı azərbaycanca heçnə oxumurdum, bu yaxınlarda oxumağa başladım babat 5-10 kitabım var artıq. oxuyuram hamısını eyni vaxtda. tərcümə problemindən başqa nəsə problem yoxdu.
öz dilində kitab oxumağın müsbət tərəfləri var. normalda türkcə oxuyurdum ya da ingiliscə. ancaq ingiliscə yavaş gedir, bir də tam anlamayada bilirsən. azərbaycanca, dili daha da yaxşı öyrənmək üçün oxumağa başlamışdım əslində, çünki zəif bilirəm. ama bundan əlavə öz dilində, ya da elə türkçə oxumağın ən yaxşı tərəfi sürətli formada oxuyub bitirə bilirsən və başa düşürsən. ama işte di gəl gör ki bəzən sanki google translate tərcüməsi ilə üz-üzəsən kimi gəlir adama. bu barədə bir müzakirə var: kitabı tərcüməçimi tərcümə etməlidir yoxsa ədəbiyyatçımı. yəqin ki tərcüməçi və ədəbiyyatçı. elə adam tapmaq da asan deyil.
tərcüməçi əksikliyi var, daha doğrusu yoxdu. pul yoxdu o adama tərcümə etdirmək. 1000 tiraj satır yazıq kitab evi. hardan pul qazansın? ruscadan tərcümə edirlər çox kitabı. qolu qanadı qırılır. ruscaya tərcümə edərkən onsuz da əsərin forması bir dəfə itmişdi, bir də itir.
ama yenə də aralarında yaxşı tərcümələr də var. yaşlı nəslin tərcümələri və.s
4. tərcümə olunmuş kitablar yaxşıdı demiyəcəm,hətta bərbaddı.təsəvvür eliyin kitabı oxuyursan yarısı bayılıyorum,oluyor tipli türk sözləriylə doludu.bunlar da əsasən müstəqil nəşriyyatların problemidi.əsər seçimlərin çoxaltsa da həqiqətən keyfiyyət aşağı olur.ona görə də şərq-qərb məncə ən proffesional nəşriyyatdı.əsəri orijinaldan oxuyurmuş kimi hiss edirsən
Comments are closed, but trackbacks and pingbacks are open.