Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər selim ceferov
Və bənzər, oxşar mənalarını da demişlər. Necə ki şahvəş (şah kimi) və mahvəş (ay kimi). M.Müin də vəş morfeminin bənzər, oxşar anlamlarında ayinəvəş (ayna kimi), kəjdomvəş (əqrəb kimi) nümunələrində işləndiyini qeydə almışdır (12,IV,5029).
Leksik və qrammatik şəkilçilər
Bəzi şəkilçilər kökə qoşulduqda sözün yalnız forması dəyişir, mənası isə dəyişmir. Belə şəkilçilər sözdəyişdirici və yaqrammatik şəkilçilər adlanır. Qrammatik şəkilçilər ∩ işarəsi ilə göstərilir. İsimlərdə cəm şəkilçisi, hal şəkilçiləri; feilərdə zaman şəkilçiləri, şəxs şəkilçiləri və s. qrammatik şəkilçilərdir. Başqa nitq hissələri (sifət, say, zərf, felin xüsusi formaları olan məsdər, feli sifət) isimləşdikdə ismə aid olan hal, mənsııbiyyət, cəm şəkilçiləri qəbul edə bilər. Məsələn: kitab- lar, oxu-yur-am, dəftər-in, dəniz-də, ağıllı-yam, tez-dir və s. Qrammatik şəkilçilər söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət edir. Qrammatik şəkilçilər öz şəkilçilərimizdir, yəni bunların içərisində alınma olanı yoxdur. Bu şəkilçilər ahəngə tabe olduğu üçün içərilərində birvariantlıları yoxdur. Bəzi şəkilçilər isə qoşulduğu sözün həm formasım, həm də mənasını dəyişdirir və yeni mənalı söz əmələ gətirir. Belə şəkilçilər sözdüzəldici və ya leksik şəkilçilər adlanır. Leksik şəkilçilər ∧ işarəsi ilə göstərilir. Məsələn, dəniz-çi, gör-üş, göz-lük, sın-ıq və s. Əvəzlikdən başqa (bəzi istisnalar var), bütün əsas nitq hissələrinin özünəməxsus leksik şəkilçiləri var.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçilər selim ceferov
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİ YANINDA
TERMİNOLOGİYA KOMİSSİYASI
TERMİNOLOGİYA
MƏSƏLƏLƏRİ
№2
Toplu Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə daxil edilmişdir. Reyestr №3362
Bakı – «Elm» – 2018
BAŞ REDAKTOR: akademik AKİF ƏLİZADƏ
REDAKTOR: professor SAYALI SADIQOVA
REDAKSİYA HEYƏTİ: akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, akademik Kamal Abdullayev, akademik Tofiq Nağıyev, akademik Rasim Əliquliyev, akademik Dilqəm Tağıyev, akademik Əhliman Əmiraslanov, akademik Teymur Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, akademik Vasim Məmmədəliyev, akademik Rəfael Hüseynov, akademik Nailə Vəlixanlı, akademik Ramiz Məmmədov, akademik Möhsün Nağısoylu, akademik Nizami Cəfərov, akademik Muxtar İmanov, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə (məsul katib S.Quliyeva)
Terminologiya məsələləri. Bakı, Elm, 2018, 276 səh.
ISBN 5-8066-1711-4
460200000
655(07)-2018
Ünvan: Bakı şəh., H.Cavid prospekti 115, 5-ci mərtəbə,
Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik
İnstitutu, “Terminologiya məsələləri”. əlaqə: (012)510-20-56;
http://www.terminologiya.org, e-mail sayalisadıgova@ yahoo.com.
© «Elm» nəşriyyatı, 2018
ÖN SÖZ
Elm sahələrinin inteqrasiyası, elmi biliklərin müxtəlif istiqamətlərdə inkişafı, xarici dövlətlərlə yaradılan ictimai-siyasi əlaqələrin güclənməsi terminoloji bazanın zənginləşməsinə təsir göstərir. Bu proses Azərbaycan dilində işlənən, o cümlədən yeni yaranan terminlərin toplanmasını, aprobasiyası və tətbiqinin sürətləndirilməsini, dilimizdəki elmi-texniki anlayışların vahid sistem əsasında təkmilləşdirilməsini tələb edir. Lakin, terminologiyada terminlərin müxtəlif şəkildə tədqiqi zamanı meydana çıxan fərqli fikirlər onun obyektini, məqsəd və vəzifələrini müəyyənləşdirərkən fikir ayrılıqlarının yaranmasına səbəb olur. Çünki dilin ümumi leksik sisteminin müəyyən funksiya daşıyan söz qruplarına bölünməsi zamanı dəqiq və aydın olunmuş meyarlar, onların qruplaşdırılmasında vahid prinsiplər hələ də tam və qəti şəkildə müəyyənləşdirilməmişdir. Terminoloji leksika ilə bağlı müxtəlif baxışlar mövcud olsa da, dilçilikdə daha çox qəbul edilən aparıcı fikir və əsas prinsip odur ki, termin dilin ümumi lüğət tərkibinin xüsusi bir hissəsi olmaqla onun qanunlarına əsaslanaraq formalaşan və inkişaf edən leksik qatını təşkil edir. Leksikanın mühüm bir hissəsini təşkil edən bu qat bəzən xüsusi (ayrıca) leksika da adlandırılır. Çünki dilin leksikasına daxil olan hər bir sahə terminologiyası özünəməxsus vahidlərə malikdir və onların mənası da bilavasitə aid olduqları sahələrdə müəyyən edilir. Bu sahə terminləri də bütövlükdə dilin terminoloji sistemini təşkil edir. Terminoloji sistemə daxil olan terminlər bilavasitə həmin sahələrə aid olan anlayışları ifadə edir və onların mənası sahə mütəxəssislərinə daha çox aydın olur. İstənilən elmi, texniki sahələr ilk növbədə anlayışlar sistemidir və bu anlayışları dil vahidləri ilə – terminlərlə işarə etmədən, yəni adlandırmadan həmin anlayışları müəyyənləşdirmək, izah etmək, mahiyyətini anlamaq sadəcə olaraq mümkün deyildir. Bu da onunla nəticələnir ki, bu və ya digər bilik, elm, texnika sahələrinə nüfuz etmək, onun mahiyyətini anlamaq üçün bu sahələrlə bağlı anlayış və məfhumların işarələri – terminləri yaranır. Bu leksik qat öz mahiyyətinə, işlənmə sahələrinə və xüsusiyyətlərinə görə ümumi lüğət tərkibinə daxil olan söz qruplarından, xüsusilə ümumişlək dil vahidlərindən öz xüsusi mövqeyinə, funksiyasına, mahiyyətinə və roluna görə fərqlənir. Bu fərqli xüsusiyyətlər, ümumdil hadisəsi olması, məfhumları və anlayışları adlandırması və s. termini məntiq, psixologiya, dilçilik və digər bilik sahələri ilə əlaqələndirir. Lakin terminlərdə daha çox iki cəhət anlayış və onun dil işarəsi əsas götürülür, hansı forma, məzmun və quruluşa malik olmasından asılı olmayaraq onlar leksik dil elementi kimi özünü göstərir. Leksikanın bu xüsusi qatı bir çox məqamlarda özünəməxsus semantikası, sistemliliyi, strukturu və qanunları ilə ümumişlək leksikadan xeyli dərəcədə fərqlənir.
Dilin terminoloji sisteminin formalaşması qanunauyğunluqları, terminyaratmanın forma və üsulları, mənbələri haqqında nəzəri ümumiləşdirmə xüsusi terminologiya üçün ümumi – nəzəri əsasları müəyyənləşdirir. Məhz bununla da ayrı-ayrı dillərin terminoloji sistemində, eləcə də sahə terminologiyalarında baş verən müxtəlif proses və hadisələrin nəzəri şəkildə öyrənilməsi ən aktual problemlərdəndir. Çünki terminlər adlandırdığı anlayışlarla bağlı olduğu kimi, anlayışlar da təfəkkürlə, cəmiyyətin inkişaf xüsusiyyətləri ilə bağlıdır. Ona görə də terminologiya, onun nəzəri və praktik problemləri oxşar dil hadisələri olmaqla cəmiyyətin inkişaf tempi ilə sıx şəkildə əlaqədardır. Bu baxımdan termin və terminologiya problemi ümumi dilçilik nəzəriyyəsinə daxildir. Bütün hallarda terminlər elmi dilin vahidləri olmaqla terminologiyada öyrənilir. Ona görə də terminoloqların tədqiqatında bu məsələlərin kompleks şəkildə araşdırılması dilçiliyin aktual problemlərindəndir. Ayrı-ayrı terminoloji məktəblərin təcrübəsinin ümumiləşdirilməsi, onların həll yollarının müəyyənləşdirilməsi terminologiyanın ümumi nəzəri əsaslarını təşkil edir. Bu məsələlərə həm də ayrı-ayrı dillərin müxtəlif sahə terminologiyalarının formalaşması və onların termin yaradıcılıq prosesi də daxildir. Bu zaman dillərarası əlaqələrin məntiqi nəticəsi və tədqiqat obyektinin düzgün təhlili dil konstruksiyalarının işarə olunma imkanlarını üzə çıxarır.
REDAKTORDAN
Möhsün Nağısoylu
AMEA-nın həqiqi üzvü,
dr_mohsun@yahoo.com
ŞƏKİLÇİLƏŞMİŞ QOŞMA OLAN -VARI // -VARİ
MORFEMİNƏ BİR BAXIŞ[*]
Açar sözlər: –varı, vəş, morfem, şəkilçi, qoşma
Ключевые слова: –вари,ваш, морфем, окончание, предлог
Key words: –vari, vash, morphem, suffix, preposition.
Azərbaycan dilinin orfoqrafiya lüğətinin son nəşrlərində (1975, 2004, 2013-cü illər) birvariantlı sözdüzəldici şəkilçi kimi qeyd olunmuş morfemlərdən biri –varı xüsusi olaraq diqqəti çəkir. Belə ki, sözügedən lüğətin 1975-2013-cü il nəşrlərində bu morfem ahəng qanununa uyğun olaraq yuxarıdakı kimi, yəni –varı şəklində qeyd olunmuşdur (3,15; 5,14). Orfoqrafiya qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş lüğətin 2004-cü il nəşrində isə bu morfem –vari şəklində təqdim olunmuşdur (4,8). Bununla belə, lüğətin içində şəkilçinin işləndiyi nümunələrdə ona əvvəlki illərin lüğətlərində olduğu formada, yəni varı şəklində rast gəlirik: buynuzvarı (4,106), halqavarı (4,259), qalxanvarı (4,366), üzükvarı (4,666), yüngülvarı (4,711) və s.
Maraqlıdır ki, birinci cildi 1966-cı ildə nəşr olunmuş “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu şəkilçi –varı kimi təqdim olunaraq onun “sifətlərin axırına gətirilərək oxşarlıq, bənzərlik bildirdiyi” göstərilmişdir (1,348). Qeyd edək ki, bu izahda qeyri-dəqiqliyə yol verilmişdir. Belə ki, verilən nümunələr (dalğavarı, xaçvarı, halqavarı) göstərir ki, –varı sifətlərə yox, isimlərə qoşularaq düzəltmə sifət yaradır. Lüğətdə o da diqqətə çatdırılır ki, –varı eyni mənada bəzən adam adlarına da əlavə edilir: Füzulivarı, Vaqifvarı və s (1,348). Azərbaycan dilinin izahlı lüğətinin 2006-cı il nəşrində bu səhv düzəldilmişdir, yəni sözügedən şəkilçi ilə düzələn sözlərin sifət olduğu göstərilmişdir. Məsələn: buynuzvari – sifət. Görünüşcə buynuza oxşayan, buynuz kimi (2,I,366), halqavari – sifət. Halqa, çənbər, çevrə şəklində; dairəvi, halqaşəkilli (2,II,326), yüngülvari – sifət. 1. Bir qədər yüngül. Əl çamadanı boyda: yüngülvari bağlama əlimə aldım (M.Cəlal). 2. Çətin olmayan, çox mürəkkəb olmayan, çox zəhmət, bilik, bacarıq tələb etməyən; asantəhər: Yüngülvari bir iş (2,IV,364). Nümunələrdən göründüyü kimi, izahlı lüğətin yeni nəşrində bu morfem –vari şəklində qeyd olunmuşdur. Qeyd edək ki, sözügedən morfemin –vari şəklinə ilk dəfə Ervand Vladimiroviç Sevortyanın kitabında (18) rast gəlirik. Bu əsərdə -vari şəkilçisinin fars dilindən alınma olduğu qeyd edilərək onun Azərbaycan dilinin söz yaradıcılığında məhsuldar olduğunu, hətta bir sıra neologizmlərin tərkibində də (məsələn: vintvari) iştirak etdiyi diqqətə çatdırılır (18,183-184). Kitabda -vari morfemi ilə bağlı müəllifin qısa açıqlamasında bir ziddiyyətli məqama da toxunmaq yerinə düşər. Belə ki, E.V.Sevortyan -vari morfemini əvvəlcə sözdüzəldici şəkilçi (kitabda: аффикс) kimi təqdim edir, onun haqqındakı qısaca açıqlamasında isə Mirzə Abdulla Qafarovun tərtib etdiyi “Farsca-rusca lüğət”ə (Moskva, II cild, 1927) əsaslanaraq, morfemin fars dilinə məxsus sifət (“подобный” – oxşar, bənzər) olduğunu göstərir. Görünür, bu məsələdə -vari morfeminin rusca qarşılığı olan “подобный” sözünün qrammatik mənaca sifət olması öz işini görmüş, lakin müəllif bu incə məsələyə diqqət yetirməmişdir. E.V.Sevortyanın -vari morfemi ilə bağlı qeydlərində bu şəkilçinin qoşulduğu sözlərə bənzərlik – kiçiltmə anlamını verdiyini və onların qrammatik mənaca sifət olduğunu da diqqətə çatdırır (17,18,183-184).
D.A.Maqazanakin 1945-ci ildə Moskvada nəşr olunmuş “Турецко-русский словарь” kitabında da bu morfem –vari kimidir. Lüğətdə bu sözün qrammatik mənaca pristavka (şəkilçi) olması və mənaca bənzərlik çaları bildirməsi göstərilir (19,650). Nəhayət, 1977-ci ildə Moskvada SSRİ EA Şərqşnaslıq İnstitutunun nəşrə hazırladığı sanballı “Türkçə-rusça sözlük”də də sözügedən morfem -vari şəklində verilmiş, onun fars mənşəli olması göstərilməklə yanaşı, mürəkkəb sözlərin ikinci tərəfi olaraq kimi, oxşar mənalarında işlənməsi göstərilir: -vari fars mürəkkəb sözün ikinci hissəsi: kimi, oxşar; artistvari – artist kimi, haçvari – xaç kimi, makinevari – mexaniki (20,894).
Burada bir məqam xüsusi olaraq diqqəti çəkir ki, lüğət müəllifləri –vari morfeminin qoşulduğu sözləri mürəkkəb söz kimi təqdim edirlər. Deməli, onlar –vari morfemini şəkilçi kimi qəbul etmirlər, belə olsaydı, onda həmin sözlər quruluşca mürəkkəb, yox, düzəltmə olardı. Təəssüf ki, sözügedən lüğətdə –vari morfeminin qrammatik funksiyası aydın şəkildə qeyd olunmamışdır. Yuxarıda göstərildiyi kimi, D.A.Maqazanik isə –vari morfemini “pristavka” (ön şəkilçi) adlandırır. Burada bir maraqlı məqamı da qeyd etmək lazımdır. Professor Məmməd Tağıyevin rəhbərliyi ilə tərtib edilmiş dördcildlik “Azərbaycanca-rusca lüğət”in I cildində -varı morfeminin kimi, oxşar mənasında mürəkkəb sifətlərin tərkib hissəsi kimi işlənməsi qeyd olunur və nümunə kimi dalğavarı (волнообразный), xaçvarı (крестообразный) sözləri göstərilir (7,351). Deməli, faktiki olaraq bu lüğətdə də –varı morfemi şəkilçi kimi qəbul edilmir, çünki belə olsaydı, onun qoşulduğu sözlər quruluşca mürəkkəb yox, düzəltmə sayılardı.
Qeyd edək ki, istər E.V.Sevortyan, istərsə də “Türkçe-rusça sözlük” müəllifləri bir məsələdə həmfikirdirlər: bu morfem –varı yox –vari şəklindədir və fars mənşəlidir. Təəssüf ki, “Azərbaycan dilinin izahlı lüğəti”ndə bu morfemin mənşəyi məsələsinə, ümumiyyətlə, toxunulmamışdır, halbuki bu qəbildən olan lüğətlərdə sözügedən məqamın qeyd olunması vacib şərtlərdən biridir.
-Vari morfeminin farsmənşəli olması, həm də məhz bu fonetik variantda işlənməsi (fars dilində ı saiti, ümumiyyətlə, yoxdur) bu dilə aid istər izahlı lüğətlərdə, istərsə də Farsca-türkcə lüğət nümunələrində də (həm klassik, həm də müasir) qeydə alınmışdır.
Öncə qeyd edək ki, Farsca-türkcə ilk klassik lüğətlərdən sayılan və tanınmış Azərbaycan alimi Hinduşah Naxçıvaninin qələmindən çıxan “Sihahül-əcəmiyyə” sözlüyündə bu morfemə yalnız – var şəklində rast gəlirik: var – kibi (12,61). Qeyd edək ki, H.Naxçıvaninin lüğətində var morfeminin ayrıca bir maddədə yer alması, eləcə də onun türkcə qarşılığı (kibi) bizdə bu ünsürün Azərbaycan dilçiliyində şəkilçi kimi təqdim edilməsi məsələsinə şübhə ilə yanaşmağımıza və əslində onun qrammatik mənaca, qoşma olması haqqında fikrimizin ortaya çıxmasına gətirib çıxardı. İlk növbədə ona görə ki, istər adı çəkilən lüğətdə, istərsə də sonrakı dövrə aid lüğətlərdə fars dilinə məxsus olan və dilimizdə vətəndaşlıq hüququ qazanmış bir sıra şəkilçilər, o cümlədən -baz (sözbaz, hoqqabaz, qumarbaz və s.), -gər (hiyləgər, zərgər və s.), -kar (tamahkar, peşəkar, sənətkar və s.), -şünas (şərqşünas, musiqişünas, hüquqşünas və s.), -xor (rüşvətxor, müffəxor və s.) yer almamışdır. Yeri gəlmişkən onu da qeyd edək ki, tanınmış Azərbaycan alimi Səlim Cəfərovun “Azərbaycan dilində söz yaradıcılığı” adlı kitabında adı çəkilən şəkilçilər haqqında kifayət qədər məlumat verilmişdir (8,70,188-194). Bu mötəbər mənbədə isə varı adlı şəkilçiyə, ümumiyyətlə, rast gəlmirik.
H.Naxçıvani “Sihahül-əcəmiyyə” lüğətində farsmənşəli -vəş morfeminin var ünsürünün sinonimi olmasını, daha doğrusu, eyni mənanı daşımasını (kibi) diqqətə çatdırır (12,79). XVII əsrin ən məşhur və sanballı farsca izahlı lüğətlərindən olan “Bürhan-e qate” adlı leksikoqrafik əsərdə isə bu morfemə üç şəkildə rast gəlirik: var, vare və vari (11,2245,2247). Görkəmli Azərbaycan alimi Bürhan təxəllüslü Məhəmməd Hüseyn bin Xələf Təbrizinin Hindistanda ərsəyə gətirdiyi bu dəyərli lüğətdə adı çəkilən üç morfemin bir sıra mənaları ilə yanaşı, oxşar, bənzər anlamları da qeyd olunur. Maraqlıdır ki, lüğət müəllifi var morfeminin mənalarını açıqladıqdan sonra onun türkcədə vardır anlamında işləndiyini də xüsusi olaraq qeyd edir. M.H.Təbrizi onu da əlavə edir ki, var türkcədə getmək feilinin əmr şəkli kimi də işlənir: Və əmr be rəftən həm həst, yəni boro.+(11,2246). Qeyd edək ki, lüğət müəllifi var morfeminin işlənmə məqamlarına dair heç bir nümunə vermir. “Bürhan-e qate”ni nəşrə hazırlayan görkəmli İran alimi Məhəmməd Müin isə kitabın izahlar bölməsində “var”ın aşağıdakı sözlərin tərkibində işləndiyini qeyd edir: “divanevar” dəli kimi, “məcnunvar” dəli kimi, “şirvar” aslan kimi, “dayerevar” dairə kimi, “sufivar” sufi kimi (11,2245).
M.Müinin özü də məşhur “Fərhəng-e Farsi” (Farsca izahlı lüğət”) kitabının müəllifidir və bu kitabın da başlıca qaynaqlarından biri elə yuxarıda adını çəkdiyimiz “Bürhan-e qate”dir. M.Müin “Fərhəng-e Farsi” lüğətində “var” morfemini şəkilçi kimi qeyd edərək, onun həm ümumi isimlərə (“beheştvar”, “pələngvar”, “divanevar”, “şirvar”, “sufivar”, “məcnunvar”), həm də xüsusi isimlərə (“Rüstəmvar”, “İskəndərvar”, “Fironvar”) qoşulduğunu göstərir (14,IV,4937). Müəllif bu şəkilçinin sinonimi olaraq vare və var morfemlərini də qeyd edir (14, IV, 4942). Onu da qeyd etmək lazımdır ki, istər M.H.Təbrizinin, istərsə də M.Müinin lüğətində -var şəkilçisinin mənalarından biri də dilimizdəki sahib, malik olan sözünün, eləcə də -lı,-li şəkilçisinin daşıdığı anlama uyğun gəlir. Məsələn: ommidvar (ümidli, ümidvar), sugvar (yaşlı, matəmli), əyalvar (çoxlu övladı olan). Nümunələrdən göründüyü kimi, onlardan birincisi – ommidvar müasir Azərbaycan ədəbi dilində də eyni anlamda (ümidvar şəklində) işlənir.
Farsmənşəli –var, -vare və -vari şəkilçiləri fars dilinə dair yuxarıda adları çəkilən mötəbər qaynaqlarda “bənzər”, “oxşar” anlamlarında bir- biri ilə sinonim kimi təqdim olunsa da, bu morfem dilimizə –varı//vari şəklində daxil olmuş və istər ərəb mənşəli (halqavarı), istərsə də türk mənşəli (üzükvarı, qılıncvarı, buynuzvarı və s.) sözlərin tərkibində işlənir.
Həsən Əmidin müəllifi olduğu “Fərhəng-e Əmid” adlı farsca izahlı lüğətdə isə bu şəkilçinin “bənzər, “oxşar” anlamında yalnız iki variantı qeyd olunur: -var və -vare (13,1087). Qeyd edək ki, son dövrün məşhur farsca izahlı lüğətlərindən olan “Soxən” (“Söz”) kitabının qısa variantında -var şəkilçinin yuxarıdakı mənası qeyd olunmamışdır (bax: 15,2533).
Farsca-azərbaycanca müasir lüğətlərə gəldikdə isə, İran alimi Nəyyerzaman Səqəfinin (Hatəmi) tərtibçisi olduğu bu qəbildən olan irihəcmli sanballı lüğətdə sözügedən morfem yalnız -var şəklində oxşarlıq mənalı sözdüzəldici şəkilçi kimi qeyd olunmuşdur (16,II,792). Digər bir İran alimi Behzad Behzadinin “Farsca-azərbaycanca lüğəti”ndə isə bu şəkilçi iki variantda (-var və -vare) təqdim olunmuşdur (17,1467-1468).
İndi isə sözügedən morfemin şəkilçi olması və ya dilimizdə daşıdığı mənaya görə qoşma səciyyəsi daşıması ilə bağlı mülahizələrimizi təqdim edirik. Morfemin Azərbaycan dilində işlənən nümunələrdən (buynuzvarı, dalğavarı, xaçvarı, halqavarı, sünbülvarı və s.) də göründüyü kimi, bu sözlərin tərkibindəki şəkilçi bənzətmə, oxşarlıq bildirir və dilimizdəki kimi qoşmasının sinonimi kimi çıxış edir: buynuzvarı – buynuz kimi, dalğavarı – dalğa kimi və s. Yuxarıda qeyd etdiyimiz kimi, “Azərbaycan dilinin izahlı lüğəti”ndə də eyni fikir bildirilir. Maraqlıdır ki, bu mötəbər qaynaqda -varı morfeminin konkret olaraq şəkilçi olması haqqında bir qeydə rast gəlmirik. Burada yalnız –varı morfeminin sözlərin axırına gətirilərək oxşarlıq, bənzərlik bildirməsi qeyd olunur. Ümumiyyətlə, kitabda sözügedən morfemin sözdüzəldici şəkilçi, yoxsa digər bir ünsür olması məsələsi açıq qalır. Qeyd edək ki, bu məsələnin qaranlıq daha bir fakt sübut edir. Belə ki, adətən, bu tipli lüğətlərdə istər sözdüzəldici, istərsə də sözdəyişdirici şəkilçilər yer almır: bu, bir aksiomdur. Belə olduqda –varı morfeminin izahlı lüğətdə ayrıca bir maddədə qeyd olunması nə ilə bağlıdır? Axı lüğətdə digər sözdüzəldici şəkilçilər (istər milli, istərsə də alınma morfemlər) verilməmişdir. Maraqlıdır ki, məqalənin əvvəlində adını çəkdiyimiz “Türkçe-rusça sözlük”də də məsələ eynilə belədir. Burada da digər sözdüzəldici və sözdəyişdirici şəkilçilər verilməmişdir. Lüğətlərin tərtib qaydaları belədir. Bizcə bu məsələnin başlıca səbəbi -varı morfeminin məhz qoşma səciyyəli bir söz olmasıdır.
Qeyd edək ki, orta əsrlərə aid klassik ədəbiyyatı nümunələrində, o cümlədən İmadəddin Nəsimi və Məhəmməd Füzuli kimi böyük söz ustalarının dilində –varı morfeminə rast gəlmirik. Maraqlıdır ki, Füzulinin anadilli poetik əsərlərində yalnız bir neçə nümunədə var morfeminin işlənməsi qeydə alınmışdır:
Dürci – düri – şahvarım aŋag (10,292)
Ya Rəb, kərəm et ki, xarü zarəm,
Dərgahə bəsi ümidvarəm. (10,337)
Lakin nümunələrdən də göründüyü kimi buradakı -var oxşarlıq, bənzərlik mənalarını bildirmir: şahvar – şaha layiq, şahanə; ümidvar – ümidvar, ümidli. Bununla belə, Füzulinin adıçəkilən əsərlərində –varı morfeminin sinonimi olan yenə də farsmənşəli vəş morfemi nisbətən geniş şəkildə təmsil olunmuşdur. Bu morfem də eynilə oxşarlıq, bənzərlik anlamını daşıyır.
Leyliyi sən eylədin pərivəş
Kim, canə cəmali urdu atəş (10,227).
Ey Füzuli, kəsmə ol məhvəş vüsalından ümid,
Səbr qıl kim, dövr dövranı degil bihudə gərd. (10,206).
Nümunələrdən göründüyü kimi, Füzuli burada məhvəş sözünü ay kimi, aya bənzər mənasında, pərivəş sözünü isə pəri kimi anlamında işlətmişdir. Füzuli anadilli poetik əsərlərində tərkibində -vəş morfemi olan ləlvəş (ləl kimi), sayəvəş (kölgə kimi), səbzəvəş – yaşıllıq kimi və s. sözləri də çox uğurla işlətmişdir (9,197,239, 250).
Maraqlıdır ki, Füzuli vəş morfemini aşağıdakı nümunədə xüsusi ismə də artırmışdır:
Yetməyib vəslinə sən Leylivəşin bir ömrdür,
Mən kimi Məcnun olub səhrayə düşmüş afitab (10,195).
Bu fakt həmin dövrdə klassik Azərbaycan ədəbiyyatında –varı morfemi ilə müqayisədə onun sinonimi olan -vəş morfeminin daha işlək olduğunu açıq-aşkar şəkildə sübut edir. Onu da qeyd edək ki, Füzulinin işlətdiyi nümunələrin (ləlvəş, məhvəş, pərivəş, sayəvəş, səbzəvəş və s.) şəkilçi kimi deyil, bütövlükdə söz tərkibində fars dilindən keçməsi daha ağlabatan və inandırıcıdır. Belə ki, böyük şair həmin sözləri fars dilindən hazır şəkildə, yəni elə nümunələrdə işlətdiyi kimi alaraq ədəbi dilimizə gətirmişdir.
Fars dilinin izahlı lüğətləri üzərindəki müşahidələr göstərir ki, bu dildə vəş morfemi də oxşar, bənzər anlamlarında geniş şəkildə təmsil olunmuşdur. Məsələn, yuxarıda adını çəkdiyimiz “Bürhan-e qate” lüğətində vəş sözünün xoş mənası ilə yanaşı, bənzər, oxşar anlamlarında da işləndiyini qeyd edir:
“Və şebh və manəndra niz qofteənd.
Həmço: şahvəş və mahvəş”+ (11,22I83).
Və bənzər, oxşar mənalarını da demişlər. Necə ki şahvəş (şah kimi) və mahvəş (ay kimi). M.Müin də vəş morfeminin bənzər, oxşar anlamlarında ayinəvəş (ayna kimi), kəjdomvəş (əqrəb kimi) nümunələrində işləndiyini qeydə almışdır (12,IV,5029).
Həsən Əmidin lüğətində də -vəş bənzərlik və oxşarlıq bildirən şəkilçi kimi təqdim olunmuşdur (13,1097).
Burada birbaşa məsələ ilə bağlı bir faktı da qeyd etmək yerinə düşər. Görkəmli Azərbaycan dilçisi professor, AMEA-nın müxbir üzvü Ə.Dəmirçizadə “Müasir Azərbaycan dili” kitabında bir cür yazılan şəkilçilər sırasında -dək qoşmasını da verir (9,295). –Varı morfeminə gəldikdə isə tanınmış alim şəkilçi kimi qəbul etdiyi bu ünsürü –varı formasında təqdim edərək ona nümunə olaraq qalxanvarı, yüngülvarı, üzükvarı sözlərini göstərmişdir (9,295). Ə.Dəmirçizadənin bir cür yazılan şəkilçilər sırasına -dək qoşmasını da daxil etməsi göstərir ki, bu məsələdə, yəni –varı morfeminin şəkilçi, yoxsa qoşma kimi qəbul edilməsində müəyyən mübahisəli məqamlar, sual və şübhələr hələ o zaman mövcud imiş.
Beləliklə, istər –vari, istərsə də onun sinonimi olan -vəş morfemi haqqında deyilənlər və onlara aid verilən nümunələr göstərir ki, bu morfemlərin hər ikisi müasir Azərbaycan ədəbi dilində əslində şəkilçi funksiyasını daşımır, əksinə bənzərlik, müqayisə bildirən kimi qoşmasının mütləq qarşılığı kimi çıxış edir. Bunu sübut edən ən başlıca dəlillərdən biri farsca klassik və müasir izahlı lüğətlərdə bu dilə məxsus digər sözdüzəldici şəkilçilərin yer almamasıdır. Eyni sözləri yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dilinin izahlı lüğətinə də şamil etmək lazım gəlir. Qeyd edək ki, sonuncu qaynaqda -vəş morfeminə, ümumiyyətlə, rast gəlmirik. Bununla belə Azərbaycan dilinin orfoqrafiya lüğətinin son nəşrində mahvəş və pərivəş sözləri qeydə alınmışdır (5, 446,546).
Sözügedən morfemin –vari, yoxsa –varı şəkillərindən hansına üstünlük verilməsinə gəldikdə isə qeyd etməliyik ki, bu ünsürə aid nümunələrdə onun –vari şəklində tələffüzünün aparıcı olduğu konkret olaraq təcrübə əsasında sübuta yetirilmişdir.
Aşağıda “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nda (2013) bir cür yazılan şəkilçi kimi təsbit olunmuş “-varı” hissəciyinin iki tələffüz variantında (-varı//vari) ossilloqramı və spektroqramı verilmişdir.
Təcrübə üçün tərkibində qalın saitlər olan “qalxanvarı//qalxanvari” və incə saitlər olan “üzükvarı//üzükvari” sözləri seçilmişdir.* Hər iki sözlə bağlı diqqəti cəlb edən məqam -varı//-vari hissəciyinin tərkibindəki “a” saitinin tələffüzü zamanı meydana çıxan fərqli göstəricilərin müşahidə olunmasıdır. Belə ki, incə saitli variantda (-vari) hər iki sözdə “a” saitinin davamlılığı qalın variantlı şəkilçi artırılan sözdə olduğundan artıqdır. Bu da öz növbəsində, ümumilikdə sözün tələffüzünə sərf olunan zamanın artıq olması deməkdir (qalxanvarı – 0,877034 s.; qalxanvari – o,922713 s.). Bu göstəricilər, təbii ki, sözün tələffüzü ilə bağlı intonasiyaya və nitq axınında ümumi prosodik mənzərənin dəyişilməsinə səbəb olur.
Bu şəkilçinin “vurğu” qəbul edən şəkilçi olduğunu və qeyd olunan sözlərdə “vurğu”nun hissəciyin (üzükvarı′//üzükvari′) son hecasındakı saitin üzərinə düşdüyünü diqqət mərkəzində saxlayaraq, dilimizdəki bir sıra “uzun” saitli alınmalarda analoji olaraq vurğulu hecadan əvvəlki saitin “uzun” tələffüz olunduğunu nəzərə alsaq norma kimi -vari variantını məqsədəuyğun saymaq olar.
Qeyd edək ki, dilimizdə tərkibində a və i saitləri olan ərəb mənşəli sözlərdə –vari morfemində olduğu kimi birinci sait (i) uzun tələffüz olunur. Məsələn: aciz, adil, aqil, daxil, hadi, hafiz, hasil, xaric, mahir, malik, nadir, nazım, nasir, sakit, sait, sakin, samit və s. Bu qəbildən olan fars mənşəli bəzi sözlərdə də birinci sait uzun tələffüz olunur. Məsələn, nazik, şagird, şaqul və s. Yeri gəlmişkən onu da qeyd edək ki, dilimizdə fars mənşəli daha bir neçə alınma şəkilçi vardır ki, onlarda da eynilə –vari morfeminin –varı variantında olduğu kimi ahəng qanununa uyğun olaraq səs dəyişməsi baş vermişdir. Məsələn, dilimizdə -xana kimi işlənən şəkilçinin mənbə dildəki yazılışı xane şəklindədir. Fars mənşəli –zadə şəkilçisində isə ahəng qanununa uyğunlaşma baş verməmiş, sadəcə olaraq e>ə əvəzlənməsi baş vermişdir.
Bütün bunları nəzərə alaraq düşünürük ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin yeni nəşrində bu morfemin -vari şəklində qeyd olunması məqsədəuyğundur.
Son olaraq morfemlə bağlı bir incə məqamı da qeyd etmək istəyirik. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşrə hazırladığı “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bu morfem iki şəkildə qeyd olunmuşdur: “-varı, -vari şəkilçiləri ahəng qanunu üzrə işlədilib. Məsələn: çələngvari, çəlləkvari, çəngəlvari, daraqvarı, halqavarı, ilanvarı, qarmaqvarı və s” (6,117). Məlum olduğu kimi dilimizdəki alınma şəkilçilərin hamısı bir variantlıdır və onlar ahəng qanununa tabe olmur. Buna görə də sözügedən morfemin ahəng qanunu üzrə iki variantda (-varı, -vari) təqdim olunması elmi cəhətdən yanlışdır.
Ədəbiyyat siyahısı
1. Azərbaycan dilinin izahlı lüğəti. I cild, Bakı, 1966
2. Azərbaycan dilinin izahlı lüğəti. IV cild. Bakı, 2006
3. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, 1975
4. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Lider, 2004
5. Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, Şərq-Qərb, 2013
6. Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü. Tərtibçi: Afaq Məsud. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi. Bakı: 2017
7. Azərbaycanca-rusca lüğət. Tərtibçilər: M.T.Tağıyev, İ.M.Aydınov, O.M.Qocəliyev, İ.M.Kərimov, R.İ.Qurbanova, M.Z.Mövsümov. Bakı, 1989.
8. Cəfərov S. Azərbaycan dilində söz yaradıcılığı Bakı, 1960
9. Dəmirçizadə Ə. Müasir Azərbaycan dili I hissə (fonetika, orfoqrafiya, orfoepiya). Bakı: Maarif, 1984
10. Məhəmməd Füzulinin poetik əsərlərinin izahlı lüğəti. Bakı: Maarif, 1984
11. Borhan-e ğate. Tə’lif-e Mohəmməd Hoseyn bin Xələf Təbrizi motəxəlles be Borhan. Be ehtemam-e d-r Mohəmməd Moin, çap-e dovvom. Tehran. 1342 (fars dilində).
12. Hinduşah Naxçıvani. Əs-Sihah əl-əcəmiyyə. Bakı: Şərq-Qərb, 1993 (ərəb əlifbası ilə)
13. Fərhəng-e bərqozide-ye Əmid. Həsən Əmid. Tehran, 1347 (fars dilində)
14. Fərhəng-e Farsi (motəvəsset). Tə’lif-e d-r Mohəmməd Moin, celd-e çəharom. Tehran, 1347 (fars dilində).
15. Fərhəng-e feşorde-ye Soxən. Doktor Həsən Ənvəri. Tehran. Celdha-ye 1,2, 1382/2004.
16. Farsca-azərbaycanca lüğət. Nəyyerzaman Səqəfi (Hatəmi). Bakı, Naşer, 1999.
17. Fərhəng-e Farsi-Azerbaycani. Behzad Behzadi. Tehran, 1384/2006.
18. Севортян Е.В.Аффиксы именного словообразования в азербайджанском языке. Москва, 1966
19. Турецко-русский словарь. Составил Д.А.Магазаник. Издание II, Москва, 1945.
20. Турецко-русский словарь. Авторы: А.Н.Баскаков, Н.Р.Голуфева, А.А.Кямилова… Москва, 1977.
Мохсун Нагисойлу
К вопросу о морфеме суффиксированного
предлога –varı//vari
Резюме
В статье рассматривается аффикс vari/varı. В исследовании подчеркивается, что все заимствованные аффиксы в азербайджанском языке одноварианты и не подчиняются законам гармонии гласных. В связи с этим рассматриваемая морфема vari/varı научной точки зрения не может быть представлена в двух вариантах. Так морфема vari, и его синоним vəş, а также приведенные в стать примеры, показывают, что они не выполняют функцию аффиксов. Они обозначают сравнение или сходство.
Mokhsun Naghisoylu
Approach to marhem -var
Похожие статьи
-
Azərbaycan dilində qrammatik sinonimlik bakı 1985
İMADƏDDİN NƏSİMİNİN DİVANINDA QRAMMATİK ARXAİZMLƏR İş vaxtı: Bazar ertəsi – Cumə: 9:00-18:00 Fasilə: 13:00-14:00 İstirahət günləri: Şənbə, Bazar…
-
Azərbaycan tarixi akademik nəşr 1ci cild
Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….
-
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı məmmədov
Leksika: anlayışı, xüsusiyyətləri, növləri, nümunələri Bəzi mütəxəssislərin sahələrindən asılı olaraq sahib olduqları texniki sözlər də leksikon sayılır….
-
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı
Azərbaycan dilində sözlərin leksik semantik inkişafı Qərbi sarmışdı dumanlar, sislər, Acılar duydu içindən Azər. Özləyib Şərqi, həmən çıxdı yola, Bəlkə…
-
Azərbaycan dilində kitablar Yazıçı, filosof və mütəfəkkir şəxsiyyəti ilə cəmiyyətin aynasına çevrilən, dövrünün ən böyük qələm ustadlarından olan L. N….
Comments are closed, but trackbacks and pingbacks are open.