Press "Enter" to skip to content

Azərbaycan dilində sözlərin leksik semantik inkişafı

Qərbi sarmışdı dumanlar, sislər,
Acılar duydu içindən Azər.
Özləyib Şərqi, həmən çıxdı yola,
Bəlkə bir düşgünə yardımcı ola.

Azərbaycan dilində sözlərin leksik semantik inkişafı

SAYALI SADIQOVA

Terminologiya Komissiyasının sədr

müavini, filologiya elmləri doktoru

AZƏRBAYCAN DİLİNİN LÜĞƏT TƏRKİBİNİN

ZƏNGİNLƏŞMƏSİNDƏ TƏRCÜMƏNİN ROLU

Azərbaycan ədəbi dilinin lüğət tərkibinin inkişafında ictimai-siyasi hadisələrin təsiri böyükdür. Belə ki, cəmiyyətin iqtisadi, siyasi, ictimai-mədəni həyatındakı inkişafla əlaqədar olaraq dilin leksik-terminoloji potensialının zənginləşməsinə real zəmin yaranır. Dilin yeni sözlərlə zənginləşməsi və mövcud mənalarının dəyişilməsi ictimai həyatda və ictimai fikirdə yaranan yeni inkişafla əlaqədardır. Yəni dilin lüğət tərkibi tələbatla bağlı müxtəlif dəyişikliklərə məruz qalır. Odur ki, ədəbi dilin lüğət tərkibinin tərcümə hesabına zənginləşməsi milli dil əlaqələri zəminində mühüm istiqamətlərdən biri hesab olunur. Zənginləşmə elə bir prosesdir ki, burada lüğət tərkibinin diaxron mənzərəsi açılır, tarixi-mədəni inkişafın dildə faktlaşma üsulları meydana çıxır. Ona görə də dilin lüğət tərkibinin zənginləşməsində əsas mənbə dilin daxili imkanlarıdır. K.M.Musayev yazır: «Türk dillərinin leksik tərkibinin zənginləşməsi məsələləri haqqında nəzəri tədqiqatlar lazımdır. Məlumdur ki, türk dilləri leksikasının zənginləşməsi həm daxili imkanlardan, materiallardan, vasitələrdən və yollardan istifadə yolu ilə sözdüzəltmə hesabına, həm də dünyanın başqa dillərindən sözalma hesabına olur. Sözdüzəltmə və onun müxtəlif yollarının (sintetik, analitik, fonetik, leksik) mahiyyətini aydınlaşdırma və alınmalara nəzəri və praktiki qiymət – onları daha da dərindən öyrənmək üçün geniş imkanlar açır» [1] .

Dilin lüğət tərkibinin zənginləşməsinin əsasında dildə olan sözlərin semantik mənasının genişlənməsi, söz yaradıcılığı üsulları, başqa dillərdən tərcümə prosesi (kalkaetmə) və alınmalar durur. Ümumiyyətlə, söz yaradıcılığında əsas yeri leksik-semantik və qrammatik üsullar, həmçinin başqa dillərdən kalkalar tutur. Kalka üsulu ilə söz yaradıcılığı müasir Azərbaycan dilinin leksik-qrammatik sisteminin inkişafının əsas yollarından biri olaraq leksika və söz yaradıcılığını, semantika və tərcüməşünaslıq məsələlərini özündə əks etdirir. Tərcümə dilin lüğət tərkibinin leksik-semantik potensialını zənginləşdirən mühüm mənbələrdən biridir. Tərcümə dilində işlədilən bir çox leksik vahidlər lüğət tərkibinin bir elementi olsa da, çox zaman ümumişlək səciyyə daşımır, müəyyən sahələrdə, bu və ya digər situativ şəraitdə işlədilir. Xüsusilə, müasir dövrdə ingilis və rus dilindəki elmi-kütləvi ədəbiyyatın təsiri altında müxtəlif materialların Azərbaycan dilinə tərcüməsi ilə əlaqədar dilimizə bir çox söz və terminlər keçmiş və bunların quruluşu kimi formalaşan yeni söz və ifadələr yaranmağa başlamışdı: Belə ki, ictimai-iqtisadi, siyasi inkişaf dilin söz yaradıcılığı sistemində də özünü göstərir, dildə kalkalar kimi yeni növlü leksik-qrammatik vahidlərin yaranmasına səbəb olur. Buna görə də elmi-texniki tərəqqi ilə bağlı olan anlayışları ifadə etmək üçün yeni məzmun Azərbaycan dilinin özündə mövcud olan modellərlə verilir.

Bu yolla yeni termin yaradılarkən tərcümə olunan bu və ya digər söz, termin həmin dilə (tərcümə edilən dildə) eyni mənanı verən sözlərlə, sözdüzəldici şəkilçilərlə ifadə olunmalıdır. Buna görə də tərcümə olunan terminin, termin-söz birləşmələrinin tam qarşılığı göstərilməlidir. Ə ks halda onu kalka adland ı rmaq olmaz . T ə biidir ki , h ə rfi t ə rc ü m ə ( kalka ü sulu b ə z ə n h ə rfi t ə rc ü m ə d ə adland ı r ı l ı r ) prosesind ə qar şı l ı ql ı t ə sird ə olan dill ə rin qurulu ş unun yax ı nl ı q d ə r ə c ə si , dilin l üğə t t ə rkibinin , kalka edil ə n dild ə ki s ö z yarad ı c ı l ığı yollar ı n ı n inki ş af d ə r ə c ə si , kalkaetm ə nin ba ş verdiyi tarixi şə rait v ə s . amill ə r m ü h ü m rol oynay ı r .

Dem ə k , yeni yaranan h ə r bir kalka ə laq ə dar oldu ğ u dilin uy ğ un s ö zl ə ri il ə m ü qayis ə d ə ö z funksiyas ı n ı d ü zg ü n yerin ə yetirm ə li v ə dild ə i ş l ə klik qazanmal ı d ı r . Buna g ö r ə d ə t ə rc ü m ə d ə qiq olmal ı, n ə z ə rd ə tutulan anlay ışı n ə sas mahiyy ə tini ifad ə etm ə lidir . M ə s ə l ə n , « qruzopod ğ emnik » s ö z ü n ü n « y ü kqald ı ran » kalkas ı ndak ı birinci komponent « qruz – y ü k » s ö zl ə ri ikinci komponent « qald ı ran » qar şı l ığı na qism ə n uy ğ un g ə l ə r ə k yeni anlay ış bildirmi ş dir . El ə c ə d ə, zakonomern ı y – qanunauy ğ un , « zemlemer – yer ö l çə n »; nadstroyka -ü stqurum ; vodoo ç istitel ğ- sut ə mizl ə y ə n v ə s . terminl ə r dilin daxili imkanlar ı ə sas ı nda , y ə ni dilin s ö zyarad ı c ı v ə s ö zd ü z ə ldici qanunlar ı ə sas ı nda yaranm ış d ı r . G ö r ü nd ü y ü kimi bu prosesd ə dilin daxili material ı h ə lledici rol oynay ı r , s ö zl ə r dilin daxili imkanlar ı ə sas ı nda yaran ı r v ə ba ş qa dil ə m ə xsus s ö zl ə rin qurulu ş u kimi formala ş mas ı n ə tic ə sind ə yeni s ö z v ə yeni s ö z modeli yaran ı r . Lakin dil ç ilikd ə m ü bahis ə li m ə s ə l ə l ə rd ə n biri d ə kalka yolu il ə yaranan termin s ö zl ə rin al ı nma hesab olunmas ı d ı r . V . V .İ vanov yaz ı r : « Yeni s ö z ü n ba ş qa dild ə m ö vcud olan s ö z ü n t ə siri alt ı nda yaranmas ı fakt ı kalkaetm ə ni al ı nman ı n x ü susi n ö v ü kimi qiym ə tl ə ndirm ə y ə imkan ver ə n ə lam ə tl ə rd ə n biridir » [3] . D . S . Lotte is ə yaz ı r : «Ə cn ə bi s ö z ü n leksik c ə h ə td ə n m ə nims ə nilm ə sinin daha tam formas ı n ı t ə rc ü m ə ü sulu il ə al ı nmalar ( kalkalar ) t əş kil edir . T ə rc ü m ə ü sulu il ə s ö z al ı nan zaman ana dili materiallar ı n ı n k ö m ə yi il ə ə cn ə bi s ö z ü n m ə nas ı s ö zyaratma prinsipl ə ri , semantik qurulu ş u (« daxili formas ı») m ə nims ə nilir » [4] .

N . Xudiyev yaz ı r : « Kalkalar dilin ö z daxili imkanlar ı hesab ı na ( h ə m s ö z v ə şə kil ç il ə r , h ə m d ə struktur milli olur ) yaransa da , onlar ı n meydana çı xmas ı üçü n bilavasit ə etimon dilin t ə siri olur . Bel ə ki , etimon dilin t ə siri il ə ə vv ə la s ö z ü n v ə ya ifad ə nin b ü t ü n komponentl ə ri m ü vafiq kalka olunur . Dig ə r t ə r ə fd ə n is ə b ə zi istisnalar n ə z ə r ə al ı nmazsa , struktur eyniliyi saxlan ı r , daha do ğ rusu , s ö z birl əş m ə si s ö z birl əş m ə sin ə, s ö z s ö z ə kalka edilir » [5] .

N . K . Dmitriyev d ə al ı nmalar ı v ə kalkalar ı bir – birind ə n f ə rql ə ndir ə r ə k g ö st ə rirdi ki , onlar m ü xt ə lif t ə tbiq ü sullar ı na malikdir . Bel ə ki , t ə k – t ə k leksik vahidl ə r al ı n ı r , iki v ə daha art ı q s ö z ü n birl əş m ə si il ə kalka edilir .

Dem ə li , kalkalar s ö z yarad ı c ı l ığı n ı n bir formas ı olub , dilin daxili imkanlar ı hesab ı na k ə nar dil elementl ə rinin t ə siri il ə yaranan dil vahidl ə ridir .

G ö r ü nd ü y ü kimi bu fikirl ə rin ü mumi c ə h ə ti ondan ibar ə tdir ki , kalkalar ba ş qa bir dil ə m ə xsus s ö zl ə rin , yaxud s ö z birl əş m ə l ə rinin ana dilinin m ü vafiq s ö zl ə ri v ə s ö z birl əş m ə l ə ri il ə d ə qiq t ə rc ü m ə etm ə k üçü n h ə min s ö zl ə rin modell ə ri ə sas ı nda qurulmu ş s ö zl ə r , yaxud ifad ə l ə rdir .

Son d ö vrl ə rd ə Az ə rbaycan dilind ə ç oxlu miqdarda kalkalar ı n yaranmas ı ingilis v ə rus dilind ə n Az ə rbaycan dilin ə elmi , texniki , ictimai – siyasi , b ə dii ə d ə biyyat ı n t ə rc ü m ə si il ə ə laq ə dard ı r . Bel ə t ə rc ü m ə l ə r zaman ı yeni anlay ış lar ı, fikirl ə ri , prosesl ə ri ifad ə etm ə k üçü n yeni terminl ə r , s ö zl ə r dil ə daxil olur . Bu zaman qar şı l ı ql ı t ə sird ə olan dill ə rin l üğə t t ə rkibinin z ə nginliyi , dild ə ki s ö z yarad ı c ı l ığı ü sullar ı n ı n inki ş af d ə r ə c ə si v ə s . amill ə r m ü h ü m rol oynay ı r .

Çü nki yeni – yeni elm v ə texnika sah ə l ə rinin yaranmas ı onunla ba ğ l ı yaranan anlay ış lar ı n adland ı r ı lmas ı n ı z ə ruri edir . Bel ə ki , elmin inki ş af ı il ə ba ğ l ı m ü vafiq s ö z v ə terminl ə r , ifad ə l ə r yarand ı qca , Az ə rbaycan dilind ə, el ə c ə d ə m ü xt ə lif dill ə rd ə onlar ı n kalkalar ı formala şı r . X ü sus ə n ö n şə kil ç ili s ö zl ə rin Az ə rbaycan dilin ə kalka edilm ə sind ə bir s ı ra x ü susiyy ə tl ə r ö z ü n ü g ö st ə rir : a ) s ö z b ü t ü nl ü kl ə kalka edilir v ə bu zaman ö n şə kil ç i v ə s ö z ü n k ö k ü Az ə rbaycan dilind ə ki m ü vafiq s ö zl ə rl ə ə v ə z edilir . M ə s ə l ə n , podvodn ı y – sualt ı, peredv ı born ı y – se ç kiqaba ğı, podmnocestva – alt ç oxluq ; b ) ö n şə kil ç i oldu ğ u kimi qal ı r , amma s ö z dilimiz ə m ə xsus uy ğ un s ö zl ə ə v ə z edilir ; ultrazvuk – ultras ə s ; ultrakoretka ə volna – ultraq ı sa dal ğ a v ə s . q ) el ə terminl ə r d ə vard ı r ki , onlar ı n t ə rc ü m ə sind ə rus dilind ə ki model , y ə ni komponentl ə rin s ı ras ı eynil ə qal ı r . M ə s ə l ə n , podqruppa – altqrup , podkol ğü o – althalqa , nadkr ı l ğə-ü stqanadlar , nadstroyka -ü stqurum v ə s .

Elmi – texniki inki ş afla ba ğ l ı ə s ə rl ə rin Az ə rbaycan dilin ə t ə rc ü m ə si prosesind ə el ə terminl ə r , termin birl əş m ə l ə r vard ı r ki , rus v ə ingilis dilind ə oldu ğ u kimi i ş l ə dilir . Çü nki t ə rc ü m ə d ə h ə min terminl ə ri d ə qiq ifad ə ed ə n qar şı l ı q m üə yy ə nl əş dirm ə k m ü mk ü n olmur . Məsələn, radiooçerk, radioqraf, kilovat, monorels, monoplan, fotoelektrod, kinokasset, kinoseans, elektroterm və s.

Göründüyü kimi kalkalardan fərqli olaraq alınmalar başqa dildə olduğu kimi alınıb, mənimsəyən dilin fonetik quruluşuna uyğunlaşdırılaraq işlədilir. Deməli, tərcümə prosesində alınma o zaman dilə daxil olur ki, dilin daxili imkanları əsasında, özünəməxsus söz yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq termin, söz yaratmaq mümkün olmur. Bu zaman başqa dildən anlayışı ifadə edən söz hazır alınıb işlədilir. Hazırda kompüter texnikasının inkişafı ilə bağlı tərcümə prosesində dilimizdə display, prosessor, monitor, interfeys, terminal, konvektor, kompilyator, drayver və s. minlərlə yeni sözlər daxil olmuşdur. Məsələn, displey- verilənləri klaviaturadan daxil etmək və onları ekranla idarə etmək üçün qurğu; interfays iki təhliledici komponentlər arasındakı əlaqə; interpretator verilənləri təhlil etmək üçün qurğudur. Son dövrlərdə proqramlaşdırma ilə bağlı tərcümə prosesində dilimizə yüzlərlə söz və terminlər daxil olmuşdur: Alqams, Alqol, Ambit, Amtron, Beysik, Bliss, Qat, Formaq, Setl, Rapira və s. Bu adlar Avropa dillərindən dilimizə keçmiş və hər birisinin öz mənası, mahiyyəti vardır. İnformasiyaların toplanılması saxlanılması, təhlil edilməsi, ötürülməsi və onların proqram təminatı ilə bağlı vasitələr yeni terminlərin yaranmasına səbəb olur. Ona görə də yeni terminlər elmlərin inkişafı ilə bağlıdır və texnikanın inkişafı dilləri zənginləşdirir.

Tərcümə ədəbiyyatında işlənən və ədəbi dilin lüğət tərkibinin leksik-semantik potensialını zənginləşdirən terminlər üc cəhətdən-elmi, tərcümə nəzəriyyəsi və bədii dil baxımından əhəmiyyətlidir. Tərcümə edilən terminlər də elmin bu və ya digər sahəsinə aid olub konkret məna, məzmun ifadə edir. Lakin terminlər üslubi cəhətdən neytral olduğuna görə istər bədii, istərsə də elmi üslubda elmi mənanı ifadə edir. Odur ki, tərcümə prosesində terminlər çox vaxt olduğu kimi saxlanılır. Lakin bədii dildə terminlərin verilməsi, işlədilməsi və onların bədii dilin digər elementləri ilə qrammatik-semantik əlaqəsi müəyyənləşir. Deməli, tərcümə prosesində terminlərin tərcümə olunub-olunmaması prinsipləri müəyyənləşdirilməlidir.

Tərcümə zamanı dillərin qarşılıqlı zənginləşməsi millətlərin mədəniyyətlərinin qarşılıqlı əlaqəsinin qanunauyğunluqlarından doğur. Məsələn, marksizm-leninizm klassiklərinin əsərlərinin Azərbaycan dilinə tərcüməsində işlədilən beynəlmiləl mahiyyətli – proqram, kapital, demokrat, kompaniya, statisitika, taktika, renta kimi terminoloji vahidlər dildə ümumişləklik qazanmışdır. Bu terminlər Azərbaycan dilinə tərcümə prosesində bilavasitə rus dilində olduğu kimi işlədilmişdir. Elmi əsərlərin tərcüməsindən fərqli olaraq bədii tərcümədə bir xalqın adət və ənənəsinə, həyat tərzinə, sosial və regional xüsusiyyətlərinə, məişətinə aid olan bir sıra sözlərin ifadə etdiyi məna başqa xalqların milli təfəkkürü üçün yad olduğuna görə onların ifadə etdiyi semantik xüsusiyyətlər ekzotik xarakterlidir. Buna görə də tərcümə dili hesabına həmin anlayışları ifadə edən sözlər dili leksik-semantik cəhətdən zənginləşdirir və lüğətlərdə öz əksini tapır. Lakin bunlar ədəbi dil faktı olmayıb, xüsusi anlayış bildirdiyinə görə, ancaq başqa dillərdə onların motivasiya xüsusiyyətləri mövcud olmadığına görə tərcümə edilə bilmirlər. Məsələn, bədii tərcümə prosesində işlədilən viqvam (hindu), lira (ital), yunan (rin), iena (yan) və s. sözlər ekzotik leksikaya daxildir. Bunların olduğu kimi işlədilməsi milli koloriti qorumaq məqsədi daşıyır. Tərcümə əsərlərinin dilinin leksik tərkibinin müəyyən bir hissəsini ekzotik leksika təşkil edir. Buraya müəyyən bir xalqın həyat və məişət tərzinə, onlara aid əşya və hadisələrin adlarının orijinal forması saxlanılır, bununla yanaşı daxil olduğu dilin fonetik-qrammatik qayda-qanunlarına uyğunlaşır.

Beləliklə, Azərbaycan ədəbi dili lüğət tərkibinin zənginləşməsi mürəkkəb bir proses olaraq davam edir. Çünki elmi terminologiya müxtəlif dillərin, müxtəlif təfəkkür formalarının dünya sivilizasiyasına qovuşmasıdır.

[1] К.М.Мусаев. Основные проблемы изучения лексики трюкских языков. СТ, 1978, №3, стр.35.

Azərbaycan dilində işlənən söz qrupları

Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa, dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s.

Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümumişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, terminlər, dialektizmlər, loru sözlər, vulqar sözlər.

Ümumişlək sözlər

Cəmiyyət və kainata aid əşya, hadisə, əlamət və s. anlayışların adını bildirib dildə çox işlənən sözlərə ümumişlək sözlər deyilir. Bunlar hamı tərəfindən eyni dərəcədə və eyni mənada başa düşülür; Məsələn:

Yenə də yamyaşıl geyinir dağlar, Göz kimi durulur qaynar bulaqlar. Əriyir güneylər döşündəki qar, Yağış da isladır o göy çəməni, Təbiət ilhama çağırır məni!

Bu misralardakı sözlərin hamısı ümumişləkdir. Çünki bunlar və bu qəbildən olan digər sözlər Azərbaycan dilində danışanlar üçün eyni dərəcədə aydındır.

Ümumişlək sözlər dilin leksik tərkibinin başlıca olaraq, əsas hissəsini təşkil edir və ən zəruri, həyati anlayışları əks etdirir. Belə sözlər maddi varlığa və eləcə də insan fəaliyyətinin bütün sahələrinə aid olur; məsələn:

  • ad bildirənlər: ata, ana, ev, ot, ət, yağ, bal, baş;
  • əlamət və keyfiyyət bildirənlər: yaxşı, pis, ağ, qırmızı, acı, şirin;
  • miqdar və kəmiyyət bildirənlər: beş, on, yüz, az, çox;
  • hal və hərəkət bildirənlər: yatmaq, oxumaq, yemək, gəlmək, getmək.

Ümumişlək sözlər dilin hər bir üslubunda, yəni bədii, elmi, ictimai, rəsmi üslublarında işlənə bilir və işləndiyi nitqdə fikrin bütün dərinliyi ilə sadə və təbii ifadə olunmasına imkan verir.

Poetik sözlər

Yüksək obrazlılığa, emosianallığa və ifadəliliyə malik olan sözlərə poetik sözlər deyilir. Poetik söz nitqə incəlik verir və onu bədiiləşdirir; məsələn:

Ey əzəli can ilə cananımız!
Eşqi-ruxundur əbədi şanımız!
(Nəsimi)

Hə, balam, doğrusu, ay dadaş mən dəxi
Məsləhət ondan o yana bilmərəm.
(M.Ə.Sabir)

Bu misralardakı canan və dadaş sözləri poetik sözlərdir. Bunlar ümumişlək və digər sözlərdən öz xüsusiyyətlərinə görə fərqlənir.

Ədəbi dildə poetik sözlər müxtəlif yollarla meydana gəlir. Bunlardan bir neçəsinə nəzər yetirək.

1)Bəzi poetik sözlər xalq poeziyasından gəlir; məsələn:

Düşüb can dara, yerdə,
Qalıb qanara yerdə
Öldürdü canan məni,
Getdi can ara yerdə.

Tarixən folklor poeziyası üçün xarakterik olan canan sözü öz poetikliyini saxlayaraq ədəbi dilə keçmişdir.

2) Bəzi poetik sözlər ədəbi dilin yeni söz yaratmaq imkanları əsasında əmələ gəlir; məsələn:

Kürün qırağında, Muğan düzündə,
Zəmisi, tarlası suyun gözündə,
Salmanlı adlanan bir kəndciyəz var
(S.Vurğun)

Bu misralardakı kənd sözü şəkilçi vasitəsi ilə kəndciyəz formasında poetikləşdirilmişdir.

3) Başqa dillərdən keçmiş bəzi sözlər poetik xarakter almışdır. Məsələn; mənşəcə başqa dillərə məxsus olan əlvida, səma, sayə, əfsus, acaba, mavi və s. Kimi sözlər dilimizdə əsasən fikrin obrazlı ifadə olunmasına xidmət etdiyi üçün poetikləşmiş vahidlərdir.

Dildə poetik sözlər olduğu kimi poetik ifadələr də vardır; məsələn:

Mən qartalam, qıy vuranda havada
Düşmənlərim tir-tir əsir yuvada.
(Ə.Qasımov)

Bu misaldakı qıy vurmaq tir-tir əsmək ifadələri poetik xarakter daşıyır. Dildəki poetik söz və ifadələrin hamısı poetizm adlanır. Poetizmlər əsasən ədəbi dilin bədii üslubunda işlənir.

Köhnəlmiş sözlər

Fəal şəkildə istifadədən qalan sözlərə köhnəlmiş söz deyilir. Azərbaycan dilinin lüğət tərkibində müəyyən miqdar köhnəlmiş söz vardır. Bunlara aşağıdakıları misal göstərmək olar: ağa, nökər, bəy, girvənkə, çuxa, arxalıq, qul, cüt və s.

Dildə bu və ya başqa bir sözün köhnəlməsi olduqca mürəkkəb bir prosesin nəticəsidir. Buna görə də bu və ya digər sözün köhnəlməsi süni olaraq sərhəd qoymaq mümkün deyildir. Söz dildə ya uzun illər fəal vahid kimi ömür sürür, ya da bəzi səbəblərlə əlaqədar olaraq müəyyən dövrdən sonra köhnələ bilir. Hər bir sözün taleyi onun ifadə etdiyi məna ilə və xidmət etdiyi xalqın düşüncəsi ilə bağlı olur.Bütün bunlara əsasən də sözün köhnəlməsi obyektiv qanunauyğunluq əsasında meydana çıxır.

Bəs köhnəlmiş sözlər necə müəyyən edilir? Bu qrup sözlərin müəyyənləşdirilməsi üçün əsas meyar dilin müasir vəziyyətidir. Köhnəlmiş hər bir söz dilin bugünkü vəziyyəti ilə yoxlanılır, onun nə dərəcədə işlənib-işlənmədiyi aydınlaşdırılır. Köhnəlmiş söz müəyyənləşdirilərkən tarixilik prinsipi əsas götürülür. Yəni hər bir fakta tarixilik cəhətdən yanaşılır; məsələn: XIX əsrdə M.F.Axundov əsərlərində yüzbaşı, murov, yasavul və s. kimi sözlər işlənilmişdir. Bu sözlər hazırkı dövr üçün köhnəlmişdir. Lakin XIX əsrdə bunlar fəal istifadə olunan adi sözlər idi. Deməli bu və ya başqa bir söz bir dövr üçün adi, digər dövr üçün arxaik ola bilir.

Dildə köhnəlmiş sözlərin köhnəlmə dərəcəsi eyni olmur. Belə ki, bəzi sözlər az, bəzi sözlər isə çox köhnəlir. Bu nöqteyi-nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qismə bölmək olar:

1) Ancaq müasir ədəbi dil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə ədəbi dildə də olub, hazırda ümumxalq Azərbaycan dilinin yalnız dialekt və şivələrində işlənir; məsələn:

Səndən neçə min can ayrı düşdü,
Tən ya çürüdü, ya sayru düşdü.
(Xətayi)

Can mey andırdı əhl mövbəyə məkrar gül
(M.Füzuli)

Ünümdən titrədi tamam vilayət
Elə sandılar ki, qopdu qiyamət.

Bu misralardakı sayru sözü xəstə mənasında, andırmaq sözü yada salmaq, xatırlamaq mənasında dilimizin bir sıra dialekt və şivələrində işlənməkdədir. Səs mənasında olan ün sözü isə bəzi dialekt və şivələrdə hələ də yaşayaraq səs sözü ilə qoşalaşmış şəkildə işlənir.

2. Ümumdil üçün köhnəlmiş sözlər. Bu qrup sözlər vaxtı ilə dildə işlənib, indi isə nə ədəbi dildə, nə danışıq dilində istifadə olunmayan sözlərdir. Belə sözlərə əsasən qədim abidələrin dilində təsadüf olunur; məsələn:

Oğlun sağdır əsəndir avdadır.(Kitabi Dədə Qorqud)
Bu misaldakı əsən sözü X-XI əsrlərdə salamat mənasında işlənmiş, indi isə demək olar ki, tamamilə köhnəlmişdir.

Dildə istər az, istərsə də çox dərəcədə köhnəlmiş olan hər hansı bir söz bu və ya digər qohum dillərdə fəal söz kimi işlənə bilir. Bunu başqa şəkildə desək qohum dillər üçün ortaqlı olan sözlərin bir dildə köhnəlməsi həmin sözün digər dillərdə də köhnəlməsi üçün şərt ola bilmir və ola da bilməz.

Köhnəlmiş sözlərin hamısı eyni əlamətə malik olmayıb, bir qrupu digərindən bu və ya başqa xüsusiyyətləri ilə fərqlənir. Bunlardan bəziləri ifadə etdikləri məfhumdan ayrılaraq, bəziləri isə məfhumla bərabər köhnəlmişdir. Bu nöqteyi-nəzərdən Azərbaycan dilindəki köhnəlmiş sözlər iki qrupa bölünür: tarixizmlər və arxaizmlər.

TARİXİZMLƏR

İfadə etdikləri əşya və hadisə ilə birlikdə köhnəlmiş sözləri şərti olaraq tarixizm adlandırmaq olar; məsələn: yasavul, darğa, qazı və s.

Tarixizmlər əsasən dövlət quruluşu, ictimai vasitə və münasibətlərlə bağlı meydana çıxan köhnəlmiş sözlərdir. Buna görə də tarixizmlərin ifadə etdikləri anlayışların köhnəlməsi başlıca olaraq cəmiyyətin və ictimai quruluşun yüksək tərəqqisi və inkişafı ilə əlaqədardır. Bu qrup sözlər müxtəlif dövrlərdə meydana çıxdığı üçün bunların bəzisi qısa, bəzisi isə uzun tarixə malikdir. Məsələn: qolçomaq, rəncbər, mədrəsə, mollaxana və s. Kimi sözlər təxminən 40 il bundan əvvəl köhnəlməyə başlamışdır. Lakin bəzi sözlər, hətta lap yaxın zamanlarda köhnəlmiş, yaxud da köhnəlməkdədir. Hazırda dilimizdəki patefon sözü belə bir prosesi keçirməkdədir.

Tarixizmlər müxtəlif sahələrə aid ola bilir; məsələn:

  • Vəzifə adı bildirənlər: koxa, darğa, onbaşı, kəndxuda
  • Silah adı bildirənlər: qalxan, şeşpər
  • Ölçü adı bildirənlər: misqal, batman, girvənkə
  • Geyim adı bildirənlər: çuxa, əba, arxalıq
  • Alət adı bildirənlər: xış, cüt
  • Dini anlayış bildirənlər: falçı, şeyx, zəkat, dərviş
  • Müəssisə adı bildirənlər: qazamat, mədrəsə, mollaxana

Deməli, köhnəlmiş sözlərdən tarixizmləri müəyyən edən əsas meyar həm sözün, həm də onun ifadə etdiyi anlayışın fəal istifadədən qalmasıdır; bunların hər ikisinin köhnəlməsidir. Arxa-izm geniş anlayışdır. Dilin bütün sahələrində, yəni səs sistemində, lüğət tərkibində, qrammatik quruluşunda, orfoqrafiyasında, orfoepiyasında arxaizm hadisəsi vardır. Buna əsasən arxaizmlər bir neçə növə bölünür: fonetik, lüğəvi və qrammatik arxaizmlər. Bunlardan lüğəvi arxaizmlər leksikologiya bəhsində öyrənilir.

LÜĞƏVİ ARXAİZMLƏR

Sözün ifadə etdiyi anlayışla bağlı olan əşya və hadisənin qalması lakin ya sözün özünün, ya da onun ancaq mənasının köhnəlməsinə lüğəvi arxaizm deyilir. Dildə lüğəvi arxaizmlər əsasən bu və ya başqa anlayışı ifadə edən sözlə bərabər ikinci bir sözün əmələ gəlməsi və bunların bir-birini sıxışdırması əsasında yaranır. Məsələn; hələ lap qədim zamanlarda çalıb-oxuyan şəxs mənasını bildirmək üçün dilimizdə ozan sözü işlənmişdir: Qolça qopuz götürüb eldən-elə, bəydən-bəyə ozan gəzər. Lakin müəyyən bir vaxtdan sonra bu və ya digər səbəblərlə əlaqədar olaraq aşıq sözü meydana çıxmış və bu söz ozan sözünü istifadədən salmışdır. Beləliklə ozan sözü arxaikləşmişdir.

Dilimizdə sözlərin arxaikləşməsinin müxtəlif təzahürləri vardır. Belə ki, bəzi sözlərin özü, bəzi sözlərin isə mənası köhnəlir. Buna görə də arxaik sözlər bir-birinin eyni olmayıb müxtəlif növlüdür.

Azərbaycan dilində lüğəvi arxaizmlərin iki növü vardır: leksik arxaizmlər və semantik arxaizmlər.

LEKSİK ARXAİZMLƏR

Əşya və hadisəni ifadə etməkdən ayrılıb tamamilə arxaik plana keçən sözlər leksik arxaizmlər adlanır; məsələn: ayıtmaq, əsrük, iraq və s.

Bu sözlər dilin lüğət tərkibinin passiv hissəsinə keçmişdir və müasir ədəbi dilimizdə fəal işlənmə iqtidarı olan leksik vahidlər hüququna malik deyildir. Bunlar unudulmuş, ya da unudulmaq prosesini keçirən sözlərdir.

SEMANTİK ARXAİZMLƏR

Öz əvvəlki formasını saxlayıb ancaq, mənası köhnəlmiş sözə semantik arxaizm deyilir. Məsələn; keçmişdə kişi sözü adam insan mənasında işlənmişdi;

Həm səbru qəraru taqətim yox,
Dəxi kişi ilə ülfətim yox.
(Xətai)

Bu söz insan, adam sözlərinin meydana çıxması ilə əlaqədar olaraq öz mənasından uzaqlaşmış, onun əvvəlki mənası arxaikləşmişdir. Hazırda bu söz əsasən cins mənasında işlədilir. Beləcə də ər sözü qədimdə kişi mənasını bildirmiş, sonradan ailə üzvü mənasında işlədilmişdir.

Deməli, semantik arxaizmin leksik arxaizmdən əsas fərqlərindən biri odur ki, semantik arxaizmə uğramış söz başqa mənada yenə də dilin lüğət tərkibində işlənir. Lakin leksik arxaizm istifadədən düşür.

Köhnəlmiş sözlər xüsusi üslubi imkanlara malikdir. Bunlardan həm tarixə aid elmi əsərlərdə, həm də bədii yaradıcılıqda istifadə edilir. Köhnəlmiş sözlər müasir Azərbaycan ədəbi dilində başlıca olaraq aşağıdakı üslubi məqsədlər üçün istifadə edilir.

1) Təsvir və tədqiq olunan dövrün tarixi xüsusiyyətlərinin real əks etdirmək üçün. Elmi üslubda — tarixə aid əsərlərdə tarixizm və arxaizmlər keçmiş hadisə və anlayışların dəqiq və olduğu kimi ifadə edilməsinə xidmət edir. Lakin bədii üslubda-bədii əsərlərin dilimdə isə daha çox bədii vəzifə daşıyır.

Bədii yaradıcılıqda tarixi mövzular işlənərkən bunlardan zəruri ifadə və təsvir vasitəsi kimi istifadə olunur; məsələn: Bahar bir müddət rəncbərə nökərçilik etdi. Onu gah xırman sürməkdə, gah da cütə minməkdə işlədirdilər. Töylə səkisində Bahara yer vermişdilər. O, gecəni 3-4 saat burada şirin yuxuya gedərdi. Gizildəyən dizlərini bükər, arxalığını üstünə çəkər, axur süpürgəsini başı altına qoyub yatardı.
Göründüyü kimi yazıçı bu parçada təsvir etdiyi dövrün ictimai bərabərsizliyini, kənd təsərrüfatının və mədəniyyətin zəifliyini ifadə etməkdə rəncbər, nökərçilik, cüt və arxalıq sözlərindən istifadə etmişdir. Demək, bədii əsərdə köhnəlmiş sözlərdən istifadə etmək ehtiyacı əsərin tələblərindən irəli gəlir.

2) Nitqdə istehza kinayə, məsxərə, zarafat çalarlığı yaratmaq üçün. Köhnəlmiş sözlər satira və yumor üçün müvafiq vasitə-lərdəndir. Bunların vasitəsi ilə nitqdə kinayə və istehza, məsxərə və zarafat çalarlığı daha aydın ifadə oluna bilir; məsələn:

Sən ağa, mən ağa
İnəkləri kim sağa.

Bu misradakı ağa sözü vasitəsi ilə bütün ifadələrin məzmununa kinayə, istehza tonu verilmişdir.

3)Nitqdə təntənə çalarlığı yaratmaq üçün. Bədii üslubda təntənəli nitq yaratmaqda da köhnəlmiş sözlər xüsusi rola malikdir; məsələn:

Dostun dar günündə dost üz çevirməz, Ey könül! Bir quş ol, ellər dolan, gəz. De ki: yağılardan öc almayınca, Qisas qılıncımız qınına girməz!

Bu misradakı öc sözü qisas mənasını bildirir, şeirə bədii zərurət əsasında gətirilmişdir.Təntənə çalarlığı üçün köhnəlmiş sözlərdən ən çox nəzm əsərlərində istifadə olunur.

Neologizmlər və terminlər

Dildə təzəcə yaranan, yaxud da dilə yenicə daxil olan sözlərə neologizmlər deyilir. Neologizm-iki yunan sözündən, yəni neos və logos sözlərindən əmələ gəlmişdir. Neologizm hadisəsi arxaiz-min tam əksini təşkil edir.

Dilin lüğət tərkibinə müxtəlif dövrlərdən başlayaraq daxil olan yeni sözlər həmişə neologizm olaraq qalmır. Bunlar zaman keçdikcə işlənmə məqamından, nə vaxt meydana çıxmasından, anlaşılma dərəcəsindən asılı olaraq get-gedə dəyişilir. Buna görə də yeni söz, təzə söz anlayışları nisbi və şərti götürülərək dövrlərlə əlaqədar olan hadisə kimi başa düşülür. Dilin lüğət tərkibinin passiv hissəsinə keçən bu və ya başqa bir söz təşəkkül tapdığı dövr üçün neologizm, özündən sonrakı dövr üçün isə neologizm kateqoriyasından çıxıb lüğət tərkibinin fəal hissəsinə keçərək işlək sözlərə çevrilə bilir. Məsələn, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra ilk dövrlərdə kolxoz, traktor, komsomol, pioner, maqazin, muzey, vaqon, telefon, kino, avtomobil, aqronom, mexanik, ton, rayon, raykom, əməkgünü, zərbəçi və s. kimi sözlər dilimiz üçün neologizm hesab edilirdi. Lakin hal-hazırda bunlar demək olar ki, neologizm deyildir. Çünki bu sözlər dilimizin lüğət tərkibinin fəal hissəsinə keçmişdir, orada özünə müəyyən mövqe tutaraq digər işlək sözlərdən fərqlənmir. Eyni zamanda bunlar danışıq prosesində ciddi üslubi rəngarəngliyə malik olan təzə söz kimi də təsəvvür edilmir.

Bütün bu qeyd olunan xüsusiyyətlərə əsəsən, demək olar ki, dildə yeni sözün neologizm hesab edilməsinin əsas meyarı onun daxil olduğu dövrdəki işlək sözlərdən fərqlənməsi, təzəlik əlamətlərini saxlaması yenilik çalarlılığını əks etdirən üslubi keyfiyyətini mühafizə etməsidir.

Müasir Azərbaycan dilində yenilik ruhunu mühafizə edən kibernetika, kosmodrom və s. kimi sözlər yuxarıda deyilən digər cəhətlərə görə də ümumişlək sözlərdən fərqləndiyi üçün hal-hazırda əsl neologizmlər hesab edilir.

Neologizmlərin əmələ gəlməsi. Neologizmlər istehsalatın, elmin, mədəniyyətin, inkişafı üçün əlaqədar olaraq yeni yaranmış anlayış, hadisə və keyfiyyətləri bildirmək üçün əmələ gəlir. Neologizmlərin yaranmasında elmin rolu xüsusilə böyükdür.

Müxtəlif sahələrə dair zəngin neologizmlərin əmələ gəlməsi sosializm cəmiyyəti üçün daha xarakterik olan hadisədir. Çünki sosializm əlamətdar hadisələr, böyük kəşflər dövrüdür. Burada yaranan bütün yeniliklər, bütün ixtiralar isə söz vasitəs ilə öz əksini dildə tapır. Elə buna görə də, müasir dövrdə də Azərbaycan ədəbi dilinin lüğət tərkibinə müxtəlif sahələrə dair yüzlərlə neologizm daxil olmuşdur. Bu neologizmlər iki mənbədən-birinci, öz dilimizin daxili imkanları əsasında (azadlıq, yeddiillik, solçuluq, bərabərlik və s.) ikincisi, başqa dillərdən söz almaq əsasında (sosializm, marşal, kapitan, direktor və s.) yaranmışdır.

Neologizmlərin tipləri. Neologizmlərin əmələgəlmə mənbələri müxtəlif olduğu kimi, əmələgəlmə səbəb və məqsədləri də müxtəlifdir. Bunlardan bəziləri yeni anlayış və hadisələri adlandırmaq üçün yaranır, bəziləri isə üslubi məqsəd üçün əmələ gəlir. Buna görə də, neologizmlər iki yerə bölünür: ümumi neologizm-lər, fərdi-üslubi neologizmlər.

Ümumi neologizmlər. Müəyyən tələbata müvafiq olaraq ümumxalq dilində meydana çıxan neologizmlər ümumi neo-logizmlər adlanır. Məsələn, marksizm, kommunist, təyyarəçi, radio, televizor, kino, teatr, sülhsevər, aktyor, arxiv, aptek, bayraqdar, bayramqabağı, balet, opera, respublika, qənaətləndirici, kollektivçilik, demokratikləşdirmə, elektrikləşmə və s. Dilimizin lüğət tərkibinə tarixən külli miqdarda bu qəbildən olan neolo-gizmlər daxil olmuşdur.

Fərdi-üslubi neologizmlər. Şair və yazıçıların, alim və mətbuat işçilərinin müəyyən məqsədlərlə əlaqədar yaratdıqları neologizmlər fərdi-üslubineologizmlər adlanır. Bu qrup neo-logizmlər iki cür olur; birincisi, müstəqil neologizmlər, ikincisi, kontekst neologizmləri. Bu ikinci forma neologizmlər sırf bədii sənətkarlıqla bağlıdır.

Şair və yazıçıların üslubunun söz yaradıcılığı cəhəti ilə bağlı olaraq yaranan sözlərin bəziləri ümumi neologizmlər sırasına daxil olur, bəziləri isə belə bir əlamət və keyfiyyyət kəsb edə bilmir. Məsələn,

Qərbi sarmışdı dumanlar, sislər,
Acılar duydu içindən Azər.
Özləyib Şərqi, həmən çıxdı yola,
Bəlkə bir düşgünə yardımcı ola.

Bu misradakı özləmək şairin fərdi üslubu ilə bağlı sözdür. Ümumiləşmədiyi üçün ədəbi dilin fəal tərkibinə keçə bilməmişdir.

Neologizmlərin növləri. Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan neologizmlər məna və formalarına görə müxtəlif şəkillidir.Bunlar təxminən üç növə bölünür.

  • Leksik-semantik neologizmlər. Dildə həm məna, həm də forması yeni olan neologizmlər leksik-semantik neologizmlər adlanır; məsələn, artel, proletar, diktatura, feodalizm, kommunizm və s.
  • Leksik neologizmlər. Ancaq formaca yeni olan neolo-gizmlər leksik neologizmlər adlanır. Məsələn: şura (hökumət) -sovet (hökuməti), darülfünun — universitet və s.
    Bu misallardakı sovet və universitet sözləri dilimizdə sonradan meydana çıxmışdır.
  • Semantik neologizmlər.Yalnız mənası təzə olan neolo-gizmlər semantik neologizmlər adlanır. Məsələn: müqəddəs, yoldaş və s.

Bunlardan müqəddəs sözü keçmişdə dini anlayışla bağlı olaraq toxunulmaz mənasını ifadə edirdi; hazırda isə hər şeydən üstün, əziz mənasında (müqəddəs ana, müqəddəs vətən) işlənilir. Həmçinin yoldaş sözü əvvəllər birgə səfərə çıxan, yol gedən mənasını bildirdiyi halda, indi həyat yoldaşı, həmfikir və s. mənaları ifadə edir.

Azərbaycan dilində neologizmlərin birinci tipinə-leksik se-mantik neologizmlərə aid sözlər daha çoxdur.

Lüğəvi neologizmlərin taleyi. Dildə meydana çıxan neolo-gizmlər bütün fəaliyyətləri boyu neologizm olaraq qala bilmədikləri üçün iki istiqamətdə dəyişilir:

  • bunların bir qrupu dilin lüğət tərkibinin fəal hissəsinə keçərək ümumişlək xarakter alır. Müxtəlif dövrlərdə əmələ gəlmiş və yarandığı dövrlərdə neologizm kimi tanınan həmin sözlərin əksəriyyəti bu yolu keçmişdir.
  • neologizmlərin digər qrupu az müddətdən sonra köhnəlir, arxaikləşir. Bunlardan bəziləri əvvəl dilin lüğət tərkibinin fəal hissəsinə keçir, sonradan köhnəlir. Bəziləri isə passiv lüğətdə olduğu zamandan arxaikləşir.

Terminlər

Dilin lüğət tərkibini təşkil edən söz və ifadələr öz təbiətlərinə görə eyni xarakterə malik deyildir. Belə ki, bəzi sözlər xüsusiləşmiş məna kəsb edərək, xüsusi sahələrlə əlaqədar müəyyən anlayışı bildirirsə (sait, samit, isim, fel və s.), bəzi sözlər isə kainat və məişətə aid əşya adını, yaxud da insanın və digər canlıların bu və ya başqa cəhətinə məxsus əlamət, keyfiyyət, hal, hərəkət və sairi (gözəl, yaxşı, görmək, baxmaq, bilmək və s.) bildirərək işlənir. Bu cəhətdən sözlər ümumi şəkildə iki cür qruplaşdırılır: adi sözlər və terminlər.

Adi sözlər nəyə deyilir? Dilimizdəki ot, su, adam, torpaq, sarı, yaşıl, boz, beş, on, iyirmi, mən, sən, gəlmək, getmək, söyləmək, baxmaq və s. adi sözlərdir.

Adi sözlərin hamısı nitq prosesində ancaq adi söz kimi qalmır. Bunlardan bəzisi dildə həm adi söz, həm də termin şəklində işlənir. Məsələn:

  • Sifət (dilçilik termini)
  • Turşu (kimya termini)
  • Əyri (riyaziyyat termini)

Bu cəhəti nəzərə almaqla sözləri, daha konkret olaraq üç yerə bölmək olar:

a) ancaq adi söz: danışmaq, gülmək, yerimək və s.

b) həm adi söz, həm də termin: səs, say, dil və s.

c) yalnız termin: fonetika, orfoepiya, qrafika və s. olan sözlər qrupuna da bölmək olar.

Bəs termin nədir? Bu suala təxminən belə cavab vermək olar: termin-elm, texnika, siyasət və mədəniyyətə aid xüsusiləşmiş mənalı söz və ifadələrdir.

Terminlərə aid aşağıdakı söz və ifadələri misal göstərmək olar:

  • Dilşünaslığa dair terminlər: abzas, arqo, arxaizm, tabelik, səba, ikihecalı, dialekt, idiom, inversiya, birləşmə, intonasiya, təsnif, monoftonq, diftonq, qoşma, turizm, semasioloq, sintaksis, uzlaşma, tire, frazeologiya, etimoloq, nitq hissəsi, sözdüzəldici şəkilçi və s.
  • Ədəbiyyatşünaslığa dair terminlər: antiteza, ballada, variant, dialoq, disput, dram, dramaturgiya, janr, klassik, kuplet, lirika, lirik, monoloq, novella, oçerk, pafos, povest, portret, poema, proloq, pyes, replika, roman, simvol, sujet, tin, traktat, folklor, şarj, epizod, epopeya və s.
  • Pedaqogika və psixologiyaya dair terminlər: abituriyent, attestasiya, ikiilci, dalmanizm, dekan, didaktika, direktor, dis-serta-siya, dominant, dosent, instinkt, inteqrasiya, laborant, metod, metodika, metodist, pedaqogika, professor, dərs ili, ali məktəb, əmək tərbiyəsi, giriş müsahibəsi, körpələr evi və s.

Müasir dilimizdə bütün elm sahələrinə aid bu kimi çoxlu miqdarda termin vardır.

Hər bir elmi termin elmi anlayışı əks etdirir. Elmi anlayışları bildirən bütün terminlər aid olduğu elmin yaranmasında, formalaşması və inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir. Elə buna görə də terminlərə elmi münasibət bəsləməmək, onları qarışdırmaq kimi hallar elmin tərəqqisinə mənfi təsir göstərir.

Terminlər quruluşlarına görə iki cür olur:

  • Bir sözdən ibarət terminlər. Məsələn: fonem, cümlə, zərf, tamamlıq, təyin, sintaksis, qrammatika, üslub, fənn, dekanlıq, dahilik, fərziyyə, intizam, məşğələ, əzbərçilik, yayılma, həqiqilik, hafizə, irsiyyət, təkrar, məşq, ədəb və s.
  • Bir neçə sözdən ibarət terminlər. Məsələn:ahəng qanunu, budaq cümlə, vasitəli nitq, ismin halları, dilin lüğət tərkibi, sözün məna quruluşu, dərs planı, uşaq bağçası, evristik müsahibə, məhsuldar təxəyyül, əxlaqi tərbiyə, kamal attestatı, təbii əyanilik, psixi fəaliyyət, təbii nəticələr üsulu, hissələrin qeyri-sabitliyi və s.

Terminlər, adətən, təkmənalı (monosemantik) olur və hər hansı bir məfhumu dəqiq ifadə edir. Buna görə də terminlər işləndiyi mətndən, əhatə edildiyi sözlərdən və sairdən asılı olmayaraq, hər yerdə eyni mənada başa düşülür. Məsələn;

Əlindədir səadətlər sarayının açarı,
Baharına çata bilməz min illərin baharı,
Könüllərin baharıdır kommunistlər ordusu!
Yerin, göyün vüqarıdır, kommunistlər ordusu!
(Süleyman Rüstəm)

Partiyadan gün aldı fikrimiz, ifadəmiz
Onun tunc vəhdətini
Saxladıq şərəflə biz
Məhv edir düşmənlərin min qara niyyətini,
Qoruduq proletariatın biz hakimiyyətin.
(Rəsul Rza)

Üzünün buğlanan tərini sildi.
Kəskin nəzərləri bizə dikildi: Komsomolçu dostlar! El qabağında Biabır oluruq… Bir qulaq asın, Olarmı maşınlar boş bekar qalsın İşin gücün belə qızğın çağında? Axşamlar yığışıb öyrənirdiniz-Sürə bilərsiniz traktoru siz.
(Osman Sarıvəlli)

Göründüyü kimi, bu şeir parçalarındakı kommunist, partiya, proletariat, komsomolçu, maşın, traktor sözləri şifahi danışıqda, siyasətdə hansı mənada işlənirsə, bədii üslubda yazılmış əsərlərdə də həmin mənadadır.

Terminlər işlənmə dairəsinə görə iki yerə bölünür:

  1. Ümumişlək terminlər; sovet, kolxoz, sovxoz, kommunizm, partiya, komsomol, pioner və s.
  2. Xüsusi terminlər. Məsələn: semantika, fonologiya, tembr, akustika.

Terminlər emosional və obrazlılıq cəhətə malik deyildir. Eyni zamanda bu qrup sözlərdə nəvazişlik çalarlığı da olmur. Məsələn:

Odur… odur… Qəhrəmanım toz içində nəfəs alır,
Ekskavator boz dağlara haray çəkir, nərə salır.

Ekskavator tənələri lay-lay açıb, lay-lay qazır,
Qoca alim saxsı yığıb yer altında tariz yazır.
(Səməd Vurğun)

Bu misallardakı ekskavator sözü öz mənasında işlənilərək maşının bir növünün adını bildirir və bundan əlavə heç bir emosionallıq və sair xüsusiyyətə malik deyildir.

Lakin terminlər ədəbi dilin bədii üslubundan başqa digər üslubları üçün, xüsusən elmi üslub üçün xarakterik dil vahidləridir. Ümumiyyətlə, terminlər elmi üslubu şərtləndirən ən başlıca ünsürlərdir. Bunlarsız elmi üslub təsəvvür edilə bilməz.

Termin necə yaranır? Bu suala ətraflı cavab vermək üçün hər şeydən əvvəl qeyd edilməlidir ki, dildəki terminlərin hər biri müəyyən tələbat əsasında əmələ gəlir. Zərurət olmadan, özbaşına heç bir termin yaranmır.

Termin yaradıcılığında iki mənbədən istifadə olunur. Bun-laradan birinci və başlıcası dilin öz daxili imkanları, ikincisi isə başqa dillərin vasitələridir. Hazırda termin tətbiqi işində, başqa dillərdən ən çox rus və Avropa dillərinə müraciət edilir.

Yuxarıda göstərilən hər iki mənbə əsasında termin yaradıcılığının bir neçə prinsipi vardır. Termin tərtib edilərkən dilimizin öz xüsusiyyətləri nəzərə alınmır, onun qayda və qanunlarına əsaslanırlar.

Termin yaradıcılığında aşağıda qeyd olunan üç əlamət hökmən diqqət mərkəzində durmalıdır:

  • Terminin təkmənalılığı. Təkmənalılıq termin üçün ən başlıca əlamətlərdən biridir. Termin çoxmənalı olduqda onun elmi əhəmiyyəti nisbətən azalır, çünki çoxmənalı terminlər elmi anlayışların aydın əks olunmasına lazımi imkan yaratmır.
    Dilimizdəki terminlərin, o cümlədən dilçiliyə dair terminlərin bəziləri çoxmənalıdır. Məsələn, frazeologiya termini iki mənada — birincisi, dildə olan ifadə və ibarələrin məcmusu (fra-zeoloji tərkib), ikincisi isə frazeoloji tərkib haqqında elm mənasında işlənilir. Eləcə də ifadə və ibarə terminləri dilçilik ədəbiyyatında ayrı-ayrı dilçilər tərəfindən çox müxtəlif mənada işlədilir. Bəzi dilçilər ifadə termini altında iki və daha artıq sözdən ibarət olan hər cür birləşmələri nəzərdə tutur, bəzi dilçilər isə, əksinə, həmin mənada ibarə terminindən istifadə edir və s. Dilimizdə bu kimi çoxmənalı terminlər bəzən anlaşılmazlıq və dolaşıqlıq yaradır. Lakin bu, keçici xarakter daşıyan haldır; gec-tez belə terminlərin dəqiqləşdiriləcəyinə şübhə etmək olmaz.
  • Terminin az komponentliyi. Terminlərin az komponentli olması da onun yaxşı əlamətlərindəndir. Məlumdur ki, müəyyən anlayış bir sözlə əks olunanda onu mənimsəmək, yadda saxlamaq və ondan istifadə etmək də asan olur: məsələn, nida, neologizm, həmcins, xitab, sadalama, lüğət, filoloq, dodaqlanma, məsdər, tarixizm, şəkilçi, əlifba və s. Termin tətbiqində bu və ya digər anlayışın, imkan daxilində, bir sözlə əks etdirilməsi vacibdir.
  • Terminin sinonimsizliyi. Terminlərin əsas əlamətlərindən biri də onların sinonimlərinin olmaması ilə əlaqədardır. Bu əlamətə əsasən dildə hər bir anlayış ancaq bir terminlə əks olunmalıdır. Bir anlayışa dair bir neçə terminin, yəni terminoloji dublet-lərin olması elmi anlayışların mənimsənilməsini müəyyən dərəcədə çətinləşdirir.

Müasir dilimizdə bir anlayışın müxtəlif terminlərlə ifadə edilməsi halları vardır; məsələn: Lüğətçi — leksikoqraf, lüğətçilik – leksikoqrafiya, lüğətşünas — leksikoloq, lüğətşünaslıq — leksi-kologiya, mənaşünaslıq — semasilogiya, mənşəşünaslıq — etimologiya, fəal — aktiv və s.

Geniş şəkildə müvazi işlənən bu terminlərin və həmin qəbildən olan digər terminlərin birini müəyyənləşdirib istifadə etmək, şübhəsiz ki, daha məqsədə müvafiq hesab edilməlidir.

Hər bir elm sahəsinə aid terminlər sistem təşkil edir. Lakin bu sistem həmişə stabil olaraq qalmır, müəyyən dövrlər ərzində onda bəzi dəyişikliklər etmək dürüstləşdirilmə, dəqiqləşdirilmə aparmaq ehtiyacı doğrudur ki, bunun da nəticəsində terminlər sistemi daha da təkmilləşir.

Terminlər sistemindəki dəyişiklik bir neçə səbəbdən baş verə bilir. Həmin səbəblərdən ən başlıcaları bunlardır:

  • a) Terminin ifadə etdiyi anlayışın xarakterinin, yaxud həmçinin dəyişilməsi əsasında.
  • b) Terminin aid olduğu elmin inkişaf etməsi nəticəsində.

Bu səbəblərə görə terminlər sistemindəki bir sıra termin tamamilə köhnələ bilir. Azərbaycan dilçiliyində vaxtilə işlənən bəzi terminlərin köhnələrək yeni terminlərlə əvəz olunmasını buna misal göstərmək olar:

  • Sövtiyyat-fonetika
  • Sərf- morfologiya
  • Nəhv- sintaksis
  • Sərf-nəhv- qrammatika
  • İzafət- yiyəlik hal
  • Məfulu ileyh — yönlük hal
  • Məfulu beh- təsirlik hal
  • Məfulu fih- yerlik hal
  • Məfulu ənh- çıxışlıq hal
  • Zəmir-əvəzlik

Nəhayət, yeri gəlmişkən qeyd etməliyik ki, vaxtı ilə terminin düzgün tərtib edilməməsi və ya ayrı-ayrı müəlliflərin bu və ya digər terminlə razılaşmaması əsasında mövcud terminlərdə müəyyən dəyişikliklər baş verir. Məsələn, dildə hecayazısı əvəzinə hecayi yazı, səsyazısı əvəzinə səsli yazı terminləri də işlənilir. Belə hal bəzən ümumiləşərək nəticədə terminlərin qoşalaşmasına səbəb olur, yaxud da məntiqsizliyə gətirib çıxarır ki, bu da elmdə xoşagəlməz bir vəziyyət yaradır.

Dialektizmlər

Dildə dialektizm də çox geniş anlayışdır. Dialektizm, əsasən qeyri — ədəbi dil ünsürləri hesab edilən söz, ifadə, səs xüsusiyyəti və qrammatik formalarıdır. Adətən, dialektizmlər ədəbi zəmin əsasında qurulmuş nitqdə yaxud bu və ya digər bədii əsərin dilində nəzərə çarpa bilir.

Dialektizmlərdə şivə və ləhcələrin müxtəlif xüsusiyyətləri, yəni həm səslərə, həm sözlərə, həm də qrammatik quruluşa aid xüsusiyyətlər əks olunduğu üçün bunların aşağıdakı növləri vardır: a) fonetik dialektizmlər, b) qrammatik dilaektizmlər, c) lüğə-vi dialektizmlər

Fonetik dialektizmlərdə bu və ya başqa şivənin ədəbi dildən fərqli olan müəyyən fonetik xüsusiyyəti əks etdirilir; məsələn:

Dahilər yaradan ey böyük ana,
Şerimin hər sözü alqışdır sana!
(S.Vurğun)

Burada sənə əvəzinə sana işlənmişdir. Belə bir vəziyyət, yəni şəxs əvəzliklərindən II şəxsin təki yönlük halda işlənərkən qərb qrupu dialekt və şivələrində sana formasında tələffüz edilir.

Qrammatik dialektizmlərdə ayrı-ayrı dialekt və şivəyə məxsus olan morfoloji və sintaktik xüsusiyyət ifadə edilir. Belə bir cəhət M.İbrahimovun —Kəndçi qızı” adlı əsərindəki bəzi surətlərin dilində aydın müşahidə olunur.

Lüğəvi dialektizmlərdə isə müxtəlif şivəyə aid olan lüğəvi dialekt xüsusiyyətləri əks olunur. Buna görə də bu və ya başqa dialekt və şivəyə məxsus olub, ədəbi dildə işlənmiş sözlərə, ifadələrə lüğəvi dialektizm deyilir.

Ədəbi dildə dialektizm kimi tanınan vahidlərin çoxu elə dialektizm olaraq qalır, bəziləri isə dialektizm çərçivəsindən kənara çıxa bilir; məsələn:

Ulduzlar sayrışır mavi göylərdə,
İnsanlar çalışır, yaradır yerdə
(S.Vurğun)

Misaldakı sayrışmaq sözü öz tarixinə görə lüğəvi dialektizmdir. Şair tərəfindən işlənilmiş bu söz hazırda ədəbi hüquq qazanaraq ədəbi dilin lüğət tərkibinə daxil olmuşdur.

Lüğəvi dialektizmlər xarakterlərinə görə, əsasən dörd cür olur: leksik, leksik — semantik, semantik və frazeoloji dialek-tizmlər.

Leksik dialektizmlər. Ədəbi dildə qarşılığı olan dialektizm-lər leksik dialektizm adlanır; məsələn: qəlbi (uca), becit (tez) və sair.

Bu qrup dialektizmlərə dilçilik ədəbiyyatında xüsusi dialek-tizmlər də deyilir. Lakin, əslində bunlar sinonim dialektizmlərdir. Ona görə ki, bu cür dialektizmlərin ifadə etdiyi mənaların özünəməxsus ədəbi şəkildə ifadə forması — yəni sözü olur. Bu dialektizmlər isə öz dialekt çalarlığını saxlayaraq həmin sözlə qoşalaşır və beləliklə də, sinonimik vahidlər meydana çıxır. Əgər bu qrup dialektizmlərin ədəbi dildə dialekt çalarlığı nəzərə alınmasa, onlar sadəcə dublet dialektizm olar.

Leksik — semantik dialektizmlər. Müəyyən ərazidə, yaxud ərazilərdə yaşayan kütlə üçün xarakterik məfhumu bildirən sözlər leksik — semantik dialektizmdir. Bu cür dialektizmlərdə müəyyən ərazi ilə bağlı geyim adları, hadisə, əşya və sair adlarını misal göstərmək olar. Məsələn, dələmə sözünə fikir verək. Bu dialek-tizm Tovuz, Qazax, Borçalı, Zəngilan ərazisində pendir hazırlamaq üçün südün maya tutmuş formasına deyilir.
Belə dialektizmlər, eyni zamanda etnoqrafik dialektizm də adlanır. Bu, etnoqrafik adlanır ona görə ki, müəyyən yerlə, müəyyən qrup insanın işi, fəaliyyəti və sair ilə bağlıdır.
Deməli, etnoqrafik dialektizmlərdə həm məfhum, həm də onu ifadə edən söz dialektə aid olur.

Semantik dialektizmlər. Ədəbi dildə olan bu və ya digər bir sözün dialektdə başqa mənada işlənməsi nəticəsində semantik dialektizm əmələ gəlir. Məsələn, ədəbi dilimizdə işlənən qara sözü sözünün əksinə olan mənanı bildirir. Lakin həmin səs kompleksi dialekt və şivələrimizdə mürəkkəb, ey, yazı, on iki dərz və sair mənalarda işlənir. Bu mənaların heç biri ədəbi dil üçün səciyyəvi deyildir. Məhz elə buna görə də bunlar semantik dialektizmlərdir. Ədəbi dilə məxsus olmayan sabit ifadəibarələr isə frazeoloji dialektizm adlanır. Bunlardan da bədii əsərlərdə geniş istifadə olunur.

Hazırda Azərbaycan ədəbi dilindən fərqli olaraq, dialekt və şivələrdə çoxlu miqdarda səciyyəvi sözlər vardır; məsələn: cələf-siz (arıq), zağar (qısa boy), salaxana (avara), ətmək (əppək, çörək), taytamaq (axsamaq), cöyüz (qoz), zərdə (yerkökü), tüpü (qar boranı), şoqqax (qırıq, sınıq); cinqoy (əsəbi) və s.

Dialekt sözləri bədii üslub üçün yararlı ifadə və təsvir vasitələrindən sayılır. Buna baxmayaraq bədii əsərin dilinə hər cür dialekt sözünü gətirmək olmaz. Bədii ədəbiyyatda həmin sözlərdən başlıca olaraq, yerli kolorit yaratmaq, surətin nitqini fərdiləşdirmək, hadisəni real əks etdirmək üçün istifadə olunur.

Bu məqsədlər üçün bədii əsərin dilində dialektizmlərin işlədilməsi yazıçıdan olduqca böyük sənətkarlıq tələb edir. Çünki həddindən artıq dialekt sözü işlətdikdə yazıçının dili qəlizləşir və anlaşılmazlıq yaradır; bu isə əsərin bədii effektini azaldır, onun təsir gücünü zəiflədir.

Azərbaycan dilinin zəngin dialekt vəşivələri, demək olar ki, bütün dövrlərdə söz sənətkarlarının nəzər — diqqətini cəlb etmişdir. Klassik şair və yazıçılarımız bu vasitələrdən geniş istifadə etmişlər.

Dildə ifadə etdiyi mənasına görə nisbətən elvarı, saya xarakterli olan söz qrupu da vardır ki, bunlar loru sözlər adlanır; məsələn:

Nə deyim, Hacı Cəlalın pulu məndə olaydı, görərdin lələşinlələşdir. (Ə.Haqverdiyev)

. Vəqta ki, danışdız, vüzəra oldu xəbərdar, Mütləq görəcəklər ki, cibişdana zərər var. (M.Ə.Sabir)

Misallardakı lələş, cibişdana loru sözlərdir. Dilizdəki ləlimək (yalvarmaq), qanmaq (anlamaq), dartmaq (çəkmək), yollamaq (göndərmək), baldır (qıç) və s. kimi sözlər də saya, yəni loru xarakterlidir.

Loru sözlər, çox güman ki, öz yerlilik xüsusiyyətlərini get-gedə itirmiş olan dialekt ünsürləridir. Bunu keçid xarakterli bəzi sözlərdə görmək olur; məsələn:

Yaşıl otlar öpər dəqiqədə bir, Pənbə tombul lətif ayaqlarını, Axışıb ən kiçik sular xəndan, Ninni söylər o şux üçün hər an (H.Cavid)

Bu misaldakı tombulninni sözləri artıq məhdud dairədə mənimsənilmə çərçivəsindən çıxıb bir çox dialekt və şivələrdə eyni mənada işlənməkdədir.

Loru sözlə dialekt sözü arasındakı əsas fərq ondan ibarətdir ki, birinci qrup sözləri, yəni loru sözləri hamı başa düşür, leksik dialektizmlər isə ancaq müəyyən qrup yerli əhali tərəfindən işlədilir.

Loru sözlərdən də bədii əsərlərin dilində hadisəni real və canlı təsvir etmək, surət nitqini fərdiləşdirmək və s. məqsədlər üçün istifadə olunur.

Vulqar sözlər

Kobud və qeyri-adi sözlər vulqarizm, yaxud vulqar sözlər adlanır: məsələn: veyllənmək (gəzmək əvəzinə), goplamaq (danışmaq əvəzinə), kaftar, donquldanmaq, dəmdəmə, səksəkə və s.

Vulqar sözlər öz mənalarına görə iki qrupa bölünür: kobud sözlər, söyüş xarakterli sözlər:

1) Kobud sözlər. Bu qrup sözlər anlayışın az və ya çox dərəcədə kobud şəkildə ifadə olunmasına xidmət edir. Məsələn, yemək əvəzinə tıxmaq, gumbuldatmaq, çoxdanışan əvəzinə heyvərə sözləri işlədildikdə məna kobud ifadə edilmiş olur. Eyni zamanda bunların vasitəsi ilə haqqında danışılan əşya və ya şəxsə müraciət olunan şəxsə mənfi münasibət bəsləndiyi bildirilir: məsələn;

İndi, ey heyvərə, varınsa hünər, Söylə, təbirini bilirsən əgər ?! (S.Vurğun)

Misaldakı heyvərə sözü ilə müraciət olunan şəxsə qarşı təhqiramiz məna, mənfi münasibət ifadə edilmişdir.

2) Söyüş xarakterli sözlər. Vulqarizmlərdən bu qrup sözlərin ifadə etdikləri mənada söyüş çalarlığı mövcud olur; məsələn:

Görsən tanımazsan yarımsaqqalı,
Çıxıb əndazədən dövləti, malı.
Xandəmirov çaldı, çapdı mahalı,
O, ki var tutub özün keçəl qurumsaq.
(Q.Zakir)

İtil, cəhənnəm ol, nadürüst!
Mən səni tanıyıram, sən nə yuvanın quşusan.
(A.Səhhət).

Gəl bundan sonra nanəcibə yaxşılıq elə. Çörəyini belə adama yedirincə, itə tullasan bundan min dəfə yaxşıdır.

Bu misallardakı qurumsaq, nadürüst, nanəcib sözləri öz mənalarına görə söyüş xarakterli vulqarizmlərdir.

Bədii əsərlərdə vulqar sözlərin əsas üslubi vəzifələri surətin nitqini fərdiləşdirməyə, onun daxili aləmini açmağa, mədəni keyfiyyətini müəyyənləşdirməyə kömək etməkdən ibarətdir. Bu qrup sözlər də bədii üslubda müəyyən bədii zərurət və tələb əsasında işlənilir.

Bədii əsərlərin dilinə hər cür vulqar sözü gətirmək olmur. Çünki vulqarizmlər ehtiyatla işlənilmədikdə əsərin bədii keyfiyyətinə təsir edir, onu zəiflədir. Ədəbi janrlardan, xüsusən dramatik əsərlərin dilində vulqar sözlərin işlənilməsi müsbət hadisə deyildir. Belə ki, dram əsərləri kütləvi tamaşa əsəri olduğundan, hətta aktyorun ifadə edə bildiyi vulqar sözlər belə tamaşaçıya pis təsir göstərir. Buna görə də dramaturqlar bu qrup sözlərə daha ehtiyatla və daha məsuliyyətlə yanaşmalı olurlar.

Ümumiyyətlə, həddindən artıq şit və biədəb olan vulqar sözlərin ədəbi dildə işlənilməsinə qətiyyən yol verilmir.

Müasir dövrdə xalqımızın mədəni səviyyəsinin sürətlə inkişaf etdiyi bir zamanda yüksək nitq mədəniyyətinə nail olmaq üçün nitqdə vulqar sözlərə qarşı ciddi mübarizə aparmaq lazımdır.

Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti, ali məktəb tələbələri üçün dərs vəsaiti, Bakı 2015
Müəlliflər: Akif Bayramov, Ziyəddin Məhərrəmov, Mustafa isgəndərzadə

  • Teqlər:
  • Azərbaycan dili
  • , leksikologiya
  • , leksika
  • , söz yaradıcılğı

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.