Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib
6 Mart , 2023 14:12
Azrbaycan dilindn riz şikaytnam mövzuları neçnci sinifd keçirilmlidir
2020-05-26 12:20:00
Qəbul imtahanlarının ikinci mərhələsindən çıxarılan mövzular – FƏNLƏR ÜZRƏ SİYAHI
Məlum olduğu kimi, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub. Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb. AzEdu.az qəbul proqramından çıxarılan mövzuların tam siyahısını təqdim edir. Azərbaycan dili (III ixtisas qrupu) Durğu işarələri (üç nöqtə, dırnaqlar, qoĢa (iki) nöqtə, tire, vergül, nöqtə, sual, nida) bölməsindən -Üç nöqtə Ədəbiyyat (III ixtisas qrupu) Mircəlal həyat, yaradıcılıq yolu. “Açıq kitab” romanı. Mövzu və ideyası. Cəmiyyətdə saflığın, düzlüyün, həqiqətin bərqərar olmasının zəruriliyinin romanda bədii əksi. Əsərdə əsas obrazların səciyyəsi. İlyas Əfəndiyev İsmayıl Şıxlı, həyatı, yaradıcılıq yolu. Nəsr əsərləri. “Dəli Kür” romanı. Mövzu və ideyası. Romanda tarixə yeni baxış və milli kolorit. Cahandar ağa və digər obrazların səciyyəsi Bəxtiyar Vahabzadə, həyatı, yaradıcılıq yolu. Lirikası. Lirik şeirlərində Vətən mövzusu və ana dili məsələsi. Poemaları. Dramaturgiyası. “Şəhidlər” poeması. Mövzu və ideyası. Poemada milli azadlıq mübarizəsinin bədii əksi. Çingiz Aytmatov, həyatı, yaradıcılıq yolu. Povest və romanları. “Gün var əsrə bərabər” romanı. Mövzu və ideyası. Əsərdə qaldırılmış problemlər və onların bədii həlli. Əsas obrazların səciyyəsi. Sinekdoxa Tarix ( II və III ixtisas qrupları üzrə) Soyuq müharibə bölməsindən- Böyük İttifaqın dağılması. Sosialist blokunun yaranması. NATO və Varşava Müqavilə Təşkilatı hərbi bloklarının yaradılması. Süveyş, Berlin və Karib böhranları. Mülayimləşmə. XX əsrin sonu – XXI əsrin əvvəllərində dövlətlərarası münasibətlər tamamilə “21 Azər” hərəkatı. Coğrafiya ( II qrup) Beynəlxalq iqtisadi inteqrasiya, onun sahəvi və regional formaları. Transmilli banklar Beynəlxalq iqtisadi əlaqələr və onların formaları. “Ticarət balansı” və “Azad iqtisadi zona” anlayışları. Azərbaycanda nəqliyyatın inkişaf xüsusiyyətləri. Əsas ixrac neft və qaz kəmərləri. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri. Nəqliyyatın inkişaf perspektivləri: Avrasiya nəqliyyat dəhlizi (TRASEKA, Transqafqaz), Qədim “İpək yolu”nun bərpası. Bakı-Tbilisi-Qars dəmir yolu. Şimal-cənub nəqliyyat dəhlizi. Azərbaycanın beynəlxalq və regional təşkilatlarda iştirakı. Əsas idxal və ixrac məhsulları. Xidmət sahələrinin coğrafiyası və beynəlxalq maliyyə mərkəzləri. Dünyada sülh problemi. Dünyanın münaqişə regionları. “Qaynar nöqtələr”. Ərzaq problemi və onun həlli yolları. Ərzaq təhlükəsizliyi. Dünya ölkələrində əhalinin alıcılıq qabiliyyəti, gəlirləri və istehlak səbəti. Tullantıların idarə edilməsi. Riyaziyyat (I və II qruplar) Ölçmənin dispersiyası və orta kvadratik meyli (standart meyil). Triqonometrik tənliklər sisteminin həlli. Üstlü tənliklər sisteminin həlli. Loqarifmik tənliklər sisteminin həlli. Funksiyanın böhran və ekstremum nöqtələri, törəmənin köməyi ilə onların tapılması. Funksiyanın parçada ən böyük və ən kiçik qiymətləri. Funksiyanın tədqiqi sxemi. İbtidai funksiya və inteqral bölməsi tamamilə Fizika ( I və IV qruplar) Elektromaqnit dalğalarının eninə olması. İşığın polyarlaşması İşıq kvantları bölməsi tamamilə Bor postulatları. Hidrogen atomunun Bor modeli. İşığın atomlar tərəfindən buraxılması və udulması. İonlaşdırıcı şüalanmaların qeydə alınma üsulları: Heyger sayğacı, Vilson kamerası. Elementar zərrəciklərin təsnifatı. Antizərrəciklər. Kimya ( I qrup) Aminlər, aminturşular bölməsi tamamilə Təbii və sintetik kauçuklar. Liflər (lavsan, kapron, enant, neylon). Kimya (IV qrup) Aminlər, aminturşuları bölmələri tamamilə Zülalların təyini reaksiyaları. Fəza müntəzəmliyi. Təbii və sintetik kauçuklar. Təbii və kimyəvi (lavsan, kapron, enant və neylon) liflər. Biologiya (IV qrup) Amitoz. Hüceyrənin nəzarətsiz bölünməsi. Rüşeym təbəqələri: ektoderma, entoderma, mezoderma. Quru sahənin və okeanın biokütləsi. Biosfer və insan. Biomüxtəliflik və biosferin təkamülü. Qlobal ekoloji problemlər
Ayşə Müseyib
Bu bölməyə aid digər xəbərlər
Qəbul imtahanına hazırlaşanların ƏSAS problemi budur-Təhsil ekspertindən VACİB TÖVSİYƏ
2022-02-07 16:00:00
Açılan məktəblər, təhsil müəssisənə hücum-Ötən həftəyə baxış
2021-12-13 12:31:00
Bu gün 21 min nəfərdən çox doqquzuncu sinif şagirdi imtahan verəcək
2021-06-09 09:00:00
İmtahanlarla bağlı apellyasiyaya müraciət imkanı yaradılacaq?-DİM cavabladı
2021-04-29 14:51:00
Oğlan abituriyentlərin nəzərinə-Bu halda qəbul imtahanında iştirak edə bilməyəcəksiniz (RƏSMİ)
2021-04-01 09:47:00
Bu şagirdlər Dövlət Sərhəd Xidməti məktəbinə qəbul ola bilməyəcək-QƏBUL PROSEDURU
2021-01-18 10:04:00
Attestat qiymətləri “əla” olub, 200 baldan aşağı nəticə göstərən minlərlə şagird – Rayonlar üzrə…
2020-09-23 12:23:00
Qəbul imtahanlarının ikinci mərhələsindən çıxarılan mövzular – FƏNLƏR ÜZRƏ SİYAHI
2020-05-26 12:20:00
DİM qeyri-iş günlərində də abituriyentləri qəbul edir-Yalnız bir şərtlə
2020-05-26 11:22:00
DİM-in Sənəd Qəbul Komissiyaları qeyri-iş günlərində fəaliyyət göstərəcək?- TARİX
“Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib
“Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib “Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzetinin birgə təşkil etdiyi Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib.
6 Mart , 2023 14:12
https://static.report.az/photo/4b80e260-2ad5-3b21-9b09-086bf57e11eb.jpg
“Heydər Əliyev İli” çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti və “Azərbaycan” qəzetinin birgə təşkil etdiyi Ulu Öndərin əbədiyaşar xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan” mövzusunda konfrans keçirilib. BŞİH-dən “Report”a bildirilib ki, konfransfa Ulu Öndərin tarixi missiyası, dövlətçilik yolu, onun ideyalarının indi tam reallaşması barədə rəylər söylənildi, mövcud nailiyyətlərin əsaslarının yaradıcı olan Ümummilli Liderin fəaliyyətinin müxtəlif spektrləri mövzularında çıxışlar dinlənildi. Əvvəlcə tədbir iştirakşıları Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoydular. Tədbir Şəhidlərin və Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Konfransda giriş nitqi ilə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov bildirdi ki, hər bir vətənpərvər Azərbaycanlı üçün Heydər Əliyev və Azərbaycan müəyyən mənada eyni məna daşıyır. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini Azərbaycan tarixinin əlamətdar hadisəsi kimi qiymətləndirdi. Bu yubileyin mühüm cəhəti olaraq vurğuladı ki, biz Ulu Öndərimizin şəxsində həm də Azərbaycanın dünənini, bu gününü, ən əsası isə həm də sabahını bir daha təhlil edirik: Heydər Əliyevin yaratdıqları barədə minnətdarlıqla danışırıq, onun yolu əsasında bu gün əldə edilən nailiyyətlərdən fəxrlə söhbət açırıq və yenə də məhz onun sayəsində gələcəkdə qazanacağımız qələbələrin real hədəflərini inamla müəyyənləşdiririk. «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov Heydər Əliyevin Azərbaycanın bütün sahələrdə inkişaf və tərəqqisi üçün gördüyü işlər barədə ətraflı danışaraq bildirdi ki, Heydər Əliyev hər gün xatırlanır, hər gün anılır. Çünki daim bizimlədir, daim onun yaratdıqlarından bəhrələnir, qurduğu yeni Azərbaycanda yaşayır, müəyyən etdiyi siyasi kursla dönmədən irəliləyirik. Ulu Öndər Heydər Əliyev hansı ictimai-iqtisadi formasiyada yaşamasından, hansı vəzifə tutmasından asılı olmayaraq daim ölkəsi, xalqı üçün, Azərbaycanın indisi və gələcəyi üçün nəsə etməyi bacarıb və edib. Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü, professor hacı Surxay Məmmədli, Vətən Müharibəsi Qəhrəmanı, Qazi, Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Anar Mirzəyev, Milli Məclisin deputatı Azər Badamov, Dövlət İdarəçilik Akademiyasının dekanı, siyasi elmlər doktoru, professor Elçin Əhmədov, Azərbaycan Dillər Universitetinin müəllimi Elşən Məcidov, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nigar Hüseynzadə Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin müxtəlif sahələrinə həsr edilən mövzularla çıxış etdilər. Bildirildi ki, konfransda səsləndirilən bütün çıxışlar “Azərbaycan” qəzetinin növbəti çapında tam şəkildə dərc ediləcəkdir.
Comments are closed, but trackbacks and pingbacks are open.