Press "Enter" to skip to content

Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi – Gürcülərin reaksiyası sərt olacaq

Simonyan da bir çox kremlyönlü təbliğatçılar kimi Gürcüstanda “xarici agent” qanununa qarşı bir neçə gündür davam edən izdihamlı etirazların guya xaricdən təsirləndiyini, məqsədin Gürcüstanı Rusiya ilə müharibəyə çəkmək olduğunu iddia edir. Simonyanın şərh etdiyi videoda etirazçılar Gürcüstanın separatçı bölgəsi – Abxaziyanın mərkəzi şəhəri Suxuminin adını xorla səsləndirirlər. Gürcüstan haqlı olaraq Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir. 2008-ci ilin avqustunda qısa, amma qanlı müharibədə Rusiya ordusu Gürcüstan qüvvələrini məğlub edib. Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb. Bu bölgələrdə Rusiya öz qoşunlarını saxladığına görə Gürcüstan və əksər ölkələr Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş ərazilər hesab edir. Simonyansa bildirib ki, əgər Gürcüstan bir də bu ərazilər üzərində nəzarəti qaytarmağa çalışarsa, “bu dəfə onun nazı ilə oynanmayacaq, ora heç qoşun da göndərilməyəcək, sadəcə olaraq heç nəyə məhəl qoymadan Tbilisiyə zərbə endiriləcək”.

Xankəndi

Bu gün Azərbaycanda həm kompüter elmləri, həm də dilçilik sahəsində ciddi tədqiqatlar aparılır, mühüm nailiyyətlər əldə olunur. Lakin dilçilik və kompüter elmləri arasında körpü yarada biləcək yüksəkixtisaslı kadrların olmaması ciddi problemlər yaradır. Hər iki elm sahəsinin alim və mütəxəssisləri Azərbaycan dilinin inkişafı istiqamətində səylərini birləşdirməli, mövcud problemlərin həlli üçün təcili addımlar atmalıdır. Çünki dilin qorunması və inkişafı təkcə milli mənəviyyat yox, həm də milli identiklik və təhlükəsizlik məsələsidir.

AzVision.az xəbər verir ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev “Azərbaycan dilinin İKT problemləri, İKT-nin Azərbaycan dili problemləri” adlı respublika elmi-praktiki konfransında çıxışı zamanı Azərbaycanın milli dil korpusunun yaradılmasının zəruriliyindən danışarkən bu fikirləri səsləndirib.

“Bu texnolinqvstik ideologiya insanlara kompüter, robot, dron və digər müasir qurğularla Azərbaycan dilində ünsiyyət qurmağa imkan verəcək. Söhbət nitqin tanınması və süni nitqin sintezindən, eləcə də təbii dilin qavranılması, anlaşılması və emalından gedir” – deyən akademik milli dil korpusunun yaradılmasının vacibliyini izah edib. Bu istiqamətdə fəaliyyət planının hazırlanmasının, təşkilati qurumların yaradılmasının, eyni zamanda maliyyə və qrant dəstəyinin göstərilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

AMEA-nın vitse-prezidenti dövlət başçısı İlham Əliyevin Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi ilə bağlı müvafiq qurumlarının qarşısına konkret, ciddi vəzifələr qoyduğunu xatırladaraq, bu vəzifələrin həyata keçirilməsində alim və ziyalılarımızı birgə fəaliyyət göstərməyə çağırıb.

Bütün texnoloji transformasiyalar kontekstində dilimizlə bağlı ciddi tədbirlərin görülməsinin zəruri olduğunu qeyd edən akademik bildirib ki, fundamental elm sahəsində çalışan alimlər dilçi alimlərlə birgə təbii dili emal etməyə imkan verən milli, korporativ və fərdi dil korpusları, müxtəlif təyinatlı tezlik lüğətləri hazırlamalıdırlar. İnternet mühitdə digər dillərin Azərbaycan dilini sıxışıdırmaması, dilimizin təhlükəsizliyinin qorunması və ona olan müxtəlif növ təhdidlərin qarşısının alınması üçün süni intellekt texnologiyalarından istifadə əsasında xüsusi linqvistik sistemlər və robotlar yaradılmalıdır.

Rusiyanın erməni üzü Tbilisini bombalamaqla təhdid etdi – Gürcülərin reaksiyası sərt olacaq

Rusiyanın “RT” dövlət telekanalının baş redaktoru Marqarita Simonyan yenə qalmaqallı açıqlaması ilə gündəm olub. Kremlin baş təbliğat ruporlarından biri Tbilisidə keçirilən etiraz aksiyalarından birinin videosunu şərh edərkən, 2008-ci ilin avqustu təkrar olunarsa Gürcüstan paytaxtına zərbə endiriləcəyi ilə hədələyib.

Simonyan da bir çox kremlyönlü təbliğatçılar kimi Gürcüstanda “xarici agent” qanununa qarşı bir neçə gündür davam edən izdihamlı etirazların guya xaricdən təsirləndiyini, məqsədin Gürcüstanı Rusiya ilə müharibəyə çəkmək olduğunu iddia edir. Simonyanın şərh etdiyi videoda etirazçılar Gürcüstanın separatçı bölgəsi – Abxaziyanın mərkəzi şəhəri Suxuminin adını xorla səsləndirirlər. Gürcüstan haqlı olaraq Abxaziyanı Rusiya tərəfindən işğal olunmuş ərazisi hesab edir. 2008-ci ilin avqustunda qısa, amma qanlı müharibədə Rusiya ordusu Gürcüstan qüvvələrini məğlub edib. Moskva Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini tanıyıb. Bu bölgələrdə Rusiya öz qoşunlarını saxladığına görə Gürcüstan və əksər ölkələr Abxaziya və Cənubi Osetiyanı işğal olunmuş ərazilər hesab edir. Simonyansa bildirib ki, əgər Gürcüstan bir də bu ərazilər üzərində nəzarəti qaytarmağa çalışarsa, “bu dəfə onun nazı ilə oynanmayacaq, ora heç qoşun da göndərilməyəcək, sadəcə olaraq heç nəyə məhəl qoymadan Tbilisiyə zərbə endiriləcək”.

Simonyanın iddiasına görə Tbilisiyə zərbəni ən azı ona görə endirəcəklər ki, orada “Kiyev-Peçora lavrası” yoxdur və “heç kəs özünü gürcülərlə bir millət hesab etmir və Rusiya Federasiyası heç vaxt Tbilisi Rus dövləti olmayıb”.

Belə götürəndə Simonyan başqa cür davrana bilməzdi. Axı ona bunun üçün yüz milyonlarla rubl ödənilir ki, o, Kremlin səsləndirə bilmədiklərini açıq şəkildə səsləndirsin. Rusiya iqtisadiyyatı Ukrayna ilə müharibə fonunda çökür. Artıq dövlət işçilərinin maaşlarının gecikdirilməsi ilə bağlı məlumatlar var. Ehtiyatların “yeyilməsi” uzun müddət kifayət etməyəcək. Bütün bunların fonunda Simonyana çoxdan öyrədildiyi “vur” əmri verildi. Nəzərə alaq ki, müasir Rusiyanın sülh proqramı, keçmiş SSRİ ölkələri üçün cəlbedici proqramı yoxdur. Yalnız şantaj, ancaq təhdid. Bu, təbii ki, mümkün olan yerlərdə anti-Rusiya əhval-ruhiyyəsinin artmasına gətirib çıxarır.

Azər Nuriyev
Milli.Az

Comments are closed, but trackbacks and pingbacks are open.