Azərbaycan dilinin frazeologiya lüğəti
– Qarşıdan Ramazan ayı gəlir. Bu ay haqqında nə deyə bilərsiniz? Bu aydan müsəlmanlar necə bəhrələnə bilərlər?
Azərbaycan dilinin frazeologiya lüğəti
(Yazı “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb)
Bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21-22-si Ramazan bayramı qeyd ediləcək.
Bəs İslam dininin beş vacib şərtlərindən biri olan oruc tutmaq nədir? İslam dini niyə oruc tutmağı vacib buyurur? Ümumiyyətlə Ramazan ayı və onun fərzləri nədir, bu ayda kimlər oruc tuta bilər, necə qidalanmaq lazımdır və s. məsələləri araşdırmaçı jurnalist Rəsul Mirhəşimli ilə müzakirə etdik.
Həmin müsahibəni təqdim edirik:
– Qarşıdan Ramazan ayı gəlir. Bu ay haqqında nə deyə bilərsiniz? Bu aydan müsəlmanlar necə bəhrələnə bilərlər?
– Ramazan ayı İslam inancında mühüm yer tutan mübarək aydır. Bu ayın hikməti Qurani-Kərimin Ramazan ayında nazil olması, orucun insanlara vacib olması ilə bağlıdır. Allah-Təala Qurani-Kərimdə Ramazan ayına yetişənlərin oruc tutmasını buyurur. Bu da insanlara ilahi əmrdir. Əmri alanın borcu bu əmri yerinə gətirməkdir.
Oruc təkcə günün bəlli vaxtlarında ac və susuz qalmaqdan ibarət deyil. Ramazan ayında oruc tutanlar yaxşı əməllər işlətməli, qeybətdən, dedi-qodudan uzaq durmalı, əllərini harama uzatmamalı, insanları rahatsız edəcək hər şeydən kənar durmalıdırlar.
İnsanlar fərqli olduqları üçün hər kəsin tutduğu oruc bu insanların məqamlarına görə fərqli olur. Ramazan ayı insanın həyata baxışlarını müsbətə doğru dəyişdirən aydır. Yetər ki, insanlar bu ayın hikmətini dərk edə bilsinlər.
Həyatın mənası eşqlə anlaşılır. Eşq də mərifətlə gerçəkləşir. Ramazan ayı Aşiqin Məşuqu qarşısında imtahanıdır bu baxımdan. Eşqlə mərifət bir-birinə sarılarsa, birlikdə yüksələr. Mərifət artıqca eşq artar, eşq yüksəldikcə mərifət yüksələr.
Hz.Mövlanə eşqi mərifətin mərkəzinə qoyaraq, mərifətə yetişməklə ibadətin önəminə diqqət çəkir. Xüsusilə, orucu mərifətə yetişdirən özəlliyi üzərində durur və deyir:
“Oruc tutaraq, pis xasiyyətlərdən təmizlənər, ərmiş (yetkin) insanların ardınca düşər, göylərə yüksələrsən. Orucun məna atəşiylə şam kimi yanar, nur olarsan”.
Ariflərə görə, oruc üç cürdür:
1. Xalqın orucu: Bəlli zaman çərçivəsində yemək-içmək və cinsi münasibəti tərk edən ibadətdir.
2. Xasların orucu: Əl, ayaq, göz, qulaq, dodaq və bədənin bütün əzalarının orucudur.
3. Xaslar xasının orucu: Allahdan başqa hər şeyi tərk etmək anlamına gələn batini könül orucudur.
Hz.Mövlanə “Divani-kəbir”də Ramazan ayını dəyərləndirərkən bu ifadələrə yer verir:
“Ramazan gəldi, eşq və iman padşahının bayrağı yetişdi. Artıq maddi ruzilərdən əlini çək, çünki göylərdən mənəvi ruzilər gəldi. Can süfrəsi quruldu. Təbiətimizin istəklərinin əl-qolu bağlandı. Eşq və iman ordusu gəldi.
Madam ki, könül evinə müsafir olaraq can gəldi, onun uğruna bütün bədənimizi qurban edək. Səbr xoş bir buluddur. Ondan hikmət və mənəvi lütf yağar. Bu səbəbdəndir ki, Qurani-Kərim səbr ayında nazil olmuşdur. Bizi günahlar işləməyə təşviq edən nəfsimiz arınmağa möhtacdır. Ramazan gəlincə günah zindanının qapısı qırıldı. Can nəfsin əsarətindən xilas oldu. Meraca çıxdı, Sevgiliyə qovuşdu. Bu mübarək ayda könül də boş durmadı, ümidsizliyin qaranlıq pərdəsini yırtdı, göylərə uçdu. Can zatən bu kirli dünyaya mənsub deyildi. Mələklərdəndi, onlara yetişdi”.
– Ramazan ayı niyə vacib buyrulub?
– Yuxarıda qeyd etdiyim kimi, Ramazan ayının özəlliklərindən biri bu ayda oruc tutmağın vacib olmasındadır. Ramazan ayının orucu ilə İslam dini bir çox hikməti meydan qoyur. Qurani-Kərimin Ramazan ayının orucu ilə bağlı ayəsi bizə bu ibadətin yalnız müsəlmanlarda deyil, İslamdan əvvəlki dinlərin daşıyıcılarına xas ibadət olduğunu öyrədir. “Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, siz pis əməllərdən çəkinəsiniz!” (“Bəqərə” surəsi, 183)”. Bu ayəyə baxdıqda hər şeyin aşkar göründüyünün şahidi oluruq.
İnsanın üzərinə düşən vəzifə əmrlərin səbəbini araşdırmaq deyil, bu əmrlərə tabe olmaqdır. Lakin kimlərsə bu ayın hikmətini anlamaq üçün araşdırmaya çıxacaqsa, belə bir müqayisə aparmaq olar. Əgər birini sidq ürəkdən sevən insan sevdiyinin bütün istəklərini yerinə yetirmək üçün çalışırsa, bizi ən gözəl biçimdə yaradan, ruzisini verən, hər aldığı nəfəsində yanında olan, şah damarından belə yaxın olan Rəbbinin əmrlərini yerinə yetirməlidir.
Bəzən insanlar Allahda qorxmağı deyil, ona sevginin öndə olduğu fikrini irəli sürülər. Sevgi isə insan həyatında ən böyük iddiaya düşməkdir. Madam ki, insan belə böyül iddiaya düşür, o zaman həmin sevginin də haqqını verməlidir.
– Ramazan ayının qədr gecələrində gecəni səhərə qədər oyaq qalmalı, zikr etməlisən deyilir. Bu nə qədər doğrudur?
– Ramazan ayında ən önəmli hadisələrdən biri Qədr gecələrinin varlığıdır. Bu gecənin varlığını bir qədər obrazlı ifadə etsək, fiziki baxımdan qaranlıq olan zamanın insan həyatının aydınlanmasına vəsilə olan gecənin varlığından danışa bilərik. Çünki qaranlıqda insan çaşqındır. Hara gedəcəyini görmür, büdrəyir, ora-bura dəyir, yıxılır. Və birdən bu qaranlıq gecəyə qərq olmuş bəşəriyyət üçün bir nur açılır, işıq yanır. Onun nuru bu zülməti yarır. Qurani-Kərimə iman gətirənlərin, ona sarılanların qaranlıq qəlbində İlahi İşıq parlayır. Allaha imanla şölələnən sönməz bir işıq! Bununla insanın qarşısındakı yol aydınlaşır, artıq o, büdrəmir, ora-bura dəymir, yıxılmır. Artıq o, bu Kitabın nuruyla işıqlanan aydın yolun başında Allahını görür və Ona doğru yola çıxır. Bütün bunlar Quranın insana endiyi bu nurlu gecədən başlanır. Qiymətsiz, əvəzsiz, bənzərsiz bir gecədən.
Allah-Təala ayələrinin birində “heç kimi gücünün yetdiyindən yükləmədiyini” buyurur. Yəni hər kəsə daşıya biləcəyi qədər yük verilib. Allah ibadəti insanlar üçün asanlaşdıran lütf sahibidir. Onun üçün də Qədr gecələrində insanlar gücləri yetdiyi qədər ibadət edərlər. Bu ibadətin formaları ölkə insanlarının çoxuna bəllidir. Onun üçün bu məsələnin detalları üzərində geniş dayanmaq istəmirəm. Lakin onu deyə bilərəm ki, bütün ibadətlər insanla Yaradan arasında rabitənin qırılmadığı ən böyük qulluq məqamıdır. Elə ibadət sözünün lüğəti anlamı da qulluq etməkdir. İbadətin hikməti isə insanın Allahdan başqa heç kimə qul olmamağın fəlsəfəsini öyrədir. İnsan yalnız Allahın qarşısında əyildikcə ucalır. Allahdan başqasının qarşısında əyilən insan özünü alçaldır.
– Deyirlər Rəcəb və Şaban ayları Ramazan ayına doğru hazırlıq aylarıdır, bu fikir doğrudurmu?
– İnsan hər hansı işə başlayırsa, öncə o işə hazırlıqlarla başlayır. İnsan həyatında hər şeyin birdən-birə var olduğu iş, yaxud tədbir yoxdur. Evində süfrə açan insan bu işə hazırlıqla başlayır. Ramazan ayı ilahi süfrəyə qonaq olmaqdır. Onun üçün də bir çox İslam alimləri Rəcəb və Şaban ayını Ramazan ayı üçün hazırlıq olduğu fikrini söyləyirlər. Ümumiyyətlə, baş verəcək hər işə mənəvi dəyərlər prizmasından yanaşan insan hər işdə bir hikmət olduğunu anlayacaq.
Hikmətlərin anlaşılması isə hər insanın məqamına görə fərqlidir. Hz.Mövlanənin bir hekayəsi bu anlamın açılmasına yardım edə bilər, məncə.
Bir təkəbbürlü nəhv alimi (dilçi) qayıqla dəryanın bir sahilindən o biri sahilinə keçir. Yolda özündən razı halda qayıqçıdan soruşur:
Dasini
Dasini ( Duwasin ), die Religion der Jeziden.
Pierer’s Lexicon . 1857–1865 .
Schlagen Sie auch in anderen Wörterbüchern nach:
- daş — is. 1. Təbiətdə parçalar, yaxud böyük və kiçik kütlələr şəklində təsadüf olunan, suda həll olunmayan bərk cisim (süxur). Küçələrə daş döşəmək. – Bütün izdiham əlinə keçən daş, kəsək parçalarını alovun üstünə yağdırdı. . M. Hüs.. <Rübabə>… … Azərbaycan dilinin izahlı lüğəti
- Yazidi — Infobox Religious group group = Yazidi km. Êzidîtî caption = Yazidis on the mountain of Sinjar, Iraqi/Syrian border, 1920s. population = ca. 800,000 ndash;1,000,000cite web |first=Christine |last=Allison |date=2004 02 20 |accessdate=2008 03 31… … Wikipedia
- Yazidismo — Fundador Sheikh Adi ibn Musafir Deidad Máxima Dios … Wikipedia Español
- Jeziden — (Jesidäer), räuberisches Volk, kurdischer Abstammung, auf dem Gebirge Sindschar in Mosul (Asiatische Türkei); theilt sich in mehrere Stämme, redet einen türkischen Dialekt u. lebt in Dörfern; die im Lande der Kurden treiben mehr Ackerbau. Alle… … Pierer’s Universal-Lexikon
- Championnat d’Europe masculin de rink hockey des moins de 17 ans 2010 — Infobox compétition sportive Championnat d Europe masculin de rink hockey des moins de 17 ans 2010 Généralités Sport Rink hockey … Wikipédia en Français
- bist — (Culfa, Zəngilan) dəyirmanın üst daşını hərəkətə gətirən dəmir ox. – Bist də:rman daşının oxudu (Culfa) … Azərbaycan dilinin dialektoloji lüğəti
- hoza — I (Bərdə, Füzuli, Mingəçevir) dəyirman daşını qaldırmaq üçün alət. – Hozeynan də:rmanın daşın qaldırıv altına dirəg qoyullar (Bərdə); – Özgə yerin döyməncini hoza ilə döyəllər (Mingəçevir) II (Cəbrayıl) əlağacı. – İslam kişi hozeynan iti vurdu… … Azərbaycan dilinin dialektoloji lüğəti
- qurvağa — (Qazax) dəyirmanın üst daşını fırlatmaq üçün oxun ucuna keçirilən dəmir hissə. – Də:rman daşının ağırrığı qurvağıya tüşer … Azərbaycan dilinin dialektoloji lüğəti
- loğalax — I (Gəncə) arpa ununun xəmirindən düzəldilmiş kündə. – Dəviyə bu savağ üç loğalax vermişəm II (Gədəbəy, Tovuz) büküm, dəstə, paçka. – Civimdə bir loğalax pul var (Tovuz) III (Başkeçid) dəyirman daşını düşürüb qoymaq üçün yumru ağac … Azərbaycan dilinin dialektoloji lüğəti
- mağallax — I (Qəbələ) suyu çəltik zəmisindən kənara axıtmaq üçün arx. – Nəcməddin baba öz zəmisinnən Feyzulla babanın zəmisinə mağallaxnan su verir II (Ağdaş, Gəncə, Qazax) dəyirman daşını bir yerdən başqa yerə aparmaq üçün girdə ağac parçası. – Mağallağı… … Azərbaycan dilinin dialektoloji lüğəti
- Kontaktieren Sie uns: Unterstützung, Werbung
Wörterbücher Export, schritte mit PHP,
Comments are closed, but trackbacks and pingbacks are open.