Press "Enter" to skip to content

Frazeoloji birləşmələr

Azəri sözü Cənubi və Şimali Azərbaycanda yaşayan türklərin adı olmuşdur. M.F.Köprülü yazır: Cənubi və Şimali Azərbaycan (Arran və Şirvan) əraziləri XII-XV əsrlərdə tamamilə türkləşdikdən sonra azəri sözü buralarda yaşayan türklərin ləhcəsi kimi ifadə edilmişdir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Bu söz görünür ki, Azərbaycan türklərinin adı kimi qədim dövrlərdə işlənmişdir. Türk sözü ilə paralel olaraq azəri sözü dil adı kimi başa düşülmüşdür. Lakin türk sözü ümumiləşdirici söz olduğu halda, azəri sözü isə Cənubi və Şimali Azərbaycanda yaşayan Azərbaycan türklərinin adı olmuşdur. Bu barədə M.F.Köprülünün fikri maraqlıdır: “XIX əsr İran və Avropa müəlliflərindən bəziləri sözün əski məfhumunu bilmədikləri üçün azəri sözünü sadəcə “Azərbaycanın əski Türk ləhcəsi” mənasını bildirdiyini qeyd etmişdilər” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Azəri sözü bəzən “azərbi” və “türkcə” kəlməsi ilə də işlənmişdir. Bu barədə M.F.Köprülü yazır: “. Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı bir hekayədə adı çəkilən azəri kəlməsi şübhəsiz səhv olaraq “zəbani türkan”, yəni “türkcə” tərcümə edilmişdir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Əslində isə Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı söhbətdən məlum olur ki, onların danışdığı dil azərbi dili olmuşdur. Azərbi və azəri sözləri eyni dilin adlarıdır.

Azrbaycan dilinin frazeologiya lüğti qulu mhrrmov

filologiya üzrə elmlər doktoru, professor

Müasir türk dövlətlərinin – Türkiyənin, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın və digərlərinin dili ölkə və ulus ayrılığı, coğrafi ərazilərin təbiəti ayrılığı, sosial və siyasi ayrılıq, nəsillər arasında dövrün, zamanın yaratdığı ayrılıq fonunda təşəkkül edərək bugünkü mərhələyə gəlib çatmışdır. İndi də bu dillər əski tükcənin fonetik, leksik və qrammatik quruluşunu saxlamaqla həm də özəlliklərini, özünəməxsusluqlarını yaradır və inkişaf etdirirlər. Çox təbii qəbul olunan bu proses yuxarıda qeyd etdiyimiz ayrılıqlar fonunda türk dillərini təbii bir qanunauyğunluq kimi həmişə izləyir.

Türk dilləri ailəsinə mənsub olan dillər bir kökdən təşəkkül tapmışdır. Nəticədə türk dilləri anlayışı yaranmışdır. Bu, onu göstərir ki, Azərbaycan, türk, türkmən, qazax, qırğız və s. dillər türk dillərinə mənsubdur. Həmin dillərin hər biri müstəqil dil olsa da, birlikdə türk dillərinə – türk dil ailəsinə daxildirlər. Onların hər birinin müstəqil dil olması türk dil ailəsinə daxil olmalarını qətiyyən inkar etmir. Necə ki, rus, belorus, polyak, çex, serb və s. dillər slavyan dillərinə daxil olmaqla, hər biri müstəqil dil kimi fəaliyyət göstərir. Ancaq konkret olaraq slavyan dili anlayışı yoxdur, slavyan dilləri anlayışı vardır. Bu mənada türk dilləri anlayışı olsa da, türk dili anlayışı yoxdur. Türk dili anlayışı dedikdə Türkiyə Cümhuriyyətinin dövlət dili nəzərdə tutulur. Bu da ümumiləşdirici etnik və dil adı kimi nəzərdə tutulmur. Başqa sözlə, türk dili anlayışı ümumiləşdirici etnik və dil adı kimi başa düşülməməlidir. Əksinə, türk dilləri anlayışının ümumiləşdirici etnik ad olmasını nəzərdən qaçırmaq olmaz. Deməli, hal-hazırda türk dili ilə türk dilləri anlayışları bir-birindən fərqlənir. Bu fərqlərin mahiyyətinə, məzmununa varmaq vacibdir.

Türk tayfalarının və tayfa birliklərinin sayı müasir türk millətlərinin sayından qat-qat çox olmuşdur. Heç ən qədim və qədim türk dövrünü nəzərə almadan, təkcə V.V.Radlovun “Опыт словаря тюркских наречий” kitabındakı türk dillərini müqayisəyə cəlb etməli olsaq, bu deyilənlərin düzgün olduğunu görə bilərik. Belə ki, V.V.Radlovun lüğətindəki türk dillərinin adlarını (düzdür, V.V.Radlov o dövrün terminologiyasına uyğun olaraq türk dili yox, türk ləhcələri ifadəsini işlətmişdir) nəzərdən keçirsək fərqləri görə bilərik.

Abakan ləhcəsi Kumandin ləhcəsi

Azərbaycan ləhcəsi Koybol ləhcəsi

Altay ləhcəsi Koman ləhcəsi

Barabin ləhcəsi Krım ləhcəsi

Başqırd ləhcəsi Kaçin ləhcəsi

Cığatay ləhcəsi Çulım ləhcəsi

Yakut ləhcəsi Kızıl ləhcəsi

Krım karaimlərinin ləhcəsi Lebedin ləhcəsi

Türk karaimlərinin ləhcəsi Saqay ləhcəsi

Luzk karaimlərinin ləhcəsi Şor ləhcəsi

Karakas ləhcəsi Simbir ləhcəsi

Kazan ləhcəsi Sayan ləhcəsi

Qırğız ləhcəsi Tarançin ləhcəsi

Qara qırğız ləhcəsi Teleut ləhcəsi

Tobol ləhcəsi

Qara tatar ləhcəsi

Tümen tatarlarının ləhcəsi

Uyğur ləhcəsi

XIX əsrdəki türk dillərini // ləhcələrini əks etdirən bu adlarla müasir dövrümüzdəki türk dillərinin adlarında olan fərqləri aydınca görmək mümkündür. Deməli, V.V.Radlovun verdiyi türk dillərinin //ləhcələrinin bəzilərinin tarix səhnəsindən çıxdığını, bəzilərinin assimilyasiya olunduğunu, bəzilərinin isə müasir türk millətlərinin yaranmasında tarixən iştirak etməli olduqlarını görürük. Əgər V.V.Radlov dövründən indiyə qədər türk dilinin // ləhcələrinin sayı, miqdarı arasında fərqlər varsa, onda ən qədim və qədim dövrlərdən başlayaraq XIX əsrə qədərki vəziyyəti də bu istiqamətdə müqayisə etməli olsaq, nə qədər fərqin olduğunu da söyləmək məcburiyyətində qalarıq. Bu mənada az, xəzər, oğuz. etnonimlərinin azərbaycanlıların formalaşmasında oynadığı rolu nəzərdən qaçırmamalıyıq. Yəni bu etnonimlər də tarixin müəyyən dövrlərində işlənsə də, sonralar Azərbaycan türklərinin tərkib hissəsinə çevrilmişdir.

Orta türk dövründə oğuz sözü ümumiləşdirici etnik ad kimi daha geniş işlənmişdir. Oğuz sözü ilə az, xəzər, uyğur və s. sözlər də əlaqəli olmuşdur.

Az sözünün “az xalqı” mənası haqqında birbaşa və dolayısı yolla qiymətli mülahizələr yürüdülmüşdür. (M.Seyidov. Azərbaycan xalqının soykökünü düşünərkən. “Yazıçı”, Bakı, 1989, s.13; R.Qurban. “Azəri”, “Atropaten”, “Azərbaycan” sözləri haqqında. Azərb.SSR EA xəbərləri (Ədəbiyyat, dil və incəsənət seriyası), 1968, N3, s.85; Играр Алиев. “Несколъко слов о скифо-сакской проблеме”. Известия АН Азерб. ССР, серия истории, философии и права. 1986, N 1, c.129 və s.). Bu sözün “az xalqı” kimi işləndikdə hansı anlamda olduğunu aydınlaşdırmaq üçün məsələyə türk məfkurəsindən diqqət yetirmək daha məqsədəuyğundur. Yeri gəlmişkən onu da qeyd edək ki, az morfemi “az xalqı” mənasında VII əsr yazılı abidələrində işlənmişdir. (С.Е.Малов. Памятник древнетюркской писъменности. М.-Л., 1951, с.362.). Bizə belə gəlir ki, az morfeminin “az xalqı” mənası azıq//azıx//azık variantlarında asemantikləşmişdir. Çox güman ki, azıq//azıx//azık variantlarının tarixən azı forması da olmuşdur. Doğrudan da akademik V.V.Bartold azı formasının mövcud olmasından bəhs etmiş və belə hesab etmişdir ki, İli, Çu çayları ərazisində azılar yaşamışdır. (В.В.Бартолъд. Сочинения. II т., I ч., М., 1963, с.485.). Onun fikrincə, azı sözü ilə bərabər azax sözünün də mövcudluğu ehtimal oluna bilər. (V.V.Bartold. Soçinenie. II t., I c., M., 1963, s.485.). Maraqlıdır ki, V.V.Bartold həm də bu sözlərin az tayfası ilə olan əlaqəsini diqqətdən qaçırmamışdır.

Az morfemi saqay dilində azık//azuq//ozuq//azıq (V.V.Radlov. Opıt slovarya tyurskix nareçiy. I t., I c., SPb., 1893, s.564.) variantlarında asemantik kök kimi işlənir. Bunlardan azık variantı krım tatarlarının dilində “azuqə” “ehtiyat (azuqə ehtiyatı olan)”, “əlverişli” mənalarını bildirir. (V.V.Radlov. Opıt slovarya tyurskix nareçiy. I t., I c., SPb., 1893, s.564.). Deməli, azık sözü türk dillərində tarixən “ruzusu olan” “ehtiyatı olan”, “azuqəsi olan” və s. anlamlarda olmuşdur. Nəzərə alsaq ki, azık//azuq//azıq variantlarının hamısında az sözü asemantik morfemdir, onda belə bir nəticəyə gəlirik ki, az morfemi tarixən “az xalqı” mənasında “ruzulu”, “ehtiyatlı”, “azuqəli” (ruzusunu, ehtiyatını, azuqəsini tanrı yetirən – B.X.) anlamında işlənmişdir. Yəqin ki, az sözü “ehtiyat”, “azuqə”, “ruzu” tanrısının adıdır. Bizcə, həmin tanrı məhz günəşlə bağlı olmuşdur. Daha doğrusu, əski dövrlərdə türk tayfalarının günəşə – oda inamı elə həmin tanrının varlığı kimi dərk edilmişdir. Eyni zamanda tanrının (günəşin – odun) adı az olmuşdur. Az adında olan tanrı türk qəbilə və tayfa birliklərinin bir qismi üçün mifonimləşmişdir. Ona görə də türk qəbilə və tayfa birliklərinin bir qismi özlərini Az xalqı adlandırmışdır. Bu xalqın isə azərbaycanlıların etnogenezində dayanan türk qəbilə və tayfa birliklərindən ən əsası olduğu heç də şübhə doğurmur. Maraqlıdır ki, bir çox türk xalqları kimi Azərbaycan türklərinin xarakterində də yaşayışı, gələcəyi üçün azuqə, ehtiyat toplamaq psixologiyası vardır. Eyni zamanda axirət azuqəsini, axirət gününü fikirləşmək bir daha buna misaldır. Allah (tanrı), ruzu, azuqə ilə bağlı atalar sözləri, alqışlar, qarğışlar da fikrimizi təsdiq edir: Arzun varsa, ruzun da var; Arzu olmayan yerdə ruzu da olmaz; Allah ruzunu yetirsin; Allah birini min eləsin; Ruzun göyə uçsun; Urvatın artıq olmasın və s. Real həyat hadisələrinin sınağından çıxmış və xalqımızın milli xəzinəsinə çevrilmiş bu tipli deyimlər – duyumlar minlərlədir.

Yeri gəlmişkən Azərbaycandakı Azıx mağarasının adı maraq doğurur və azık//azuq//ozuq//azıq variantları ilə nə dərəcədə ilişgəli olduğu bizi düşündürür. Azıx (mağara adı kimi) sözündəki az morfemi azık//azuq//ozuq//azıq variantlarında olduğu kimi asemantikləşmişdir. Belə ki, Az morfeminin “azuqə”, “ruzu”, “ehtiyat” mənaları (tanrı-günəş-od) mağara adı kimi işlənən Azıx sözündə də asemantik kökdür.

Az morfemi “az xalqı” mənasında öz izini azər (az-ər), xəzər (xəz-ər) etnonimlərində yaşadır. Bizə belə gəlir ki, Kaspi etnonimində kas– hissəsi də az etnonimi ilə bağlıdır. Həm də Kaspi və Xəzər sözləri eyni bir etnonimin paralel işlənmiş variantlarıdır. Akademik V.V.Bartoldun fikrincə, Xəzər dənizinin kənarında yaşayanları yunanlar Xəzərlər adlandırılmışdır (V.V.Bartold. Soçinenie. II t., I c., M., 1963, s.654.). Beyləqan şəhəri, Araz və Kür ərazilərində məskunlaşmış xalqlar isə özlərinə Kaspilər demişlər (V.V.Bartold. Soçinenie. II t., I c., M., 1963, s.654.). Biz yunanların adlandırdıqları Xəzərlərlə Beyləqan şəhəri, Araz və Kür ərazilərindəki Kaspilər arasında heç bir fərq görmürük. Azər//Xəzər//Kaspi paralellərinin “az xalqı” mənasında olan az sözü ilə eyni kökdən təşəkkül tapdığına inanırıq. Bunu F.A. Cəlilovun araşdırmaları da təsdiq edir. Onun fikrincə, azər//xəzər paralelləri eyni yuvaya girir. Müəllif yazır: “. //k dialekt fərqi əsasında azər//xəzər paralelləri eyni yuvaya girir:

az//as – – az+ər (azər)

kaz//kas – – kaz+ər (xəzər)

Artıq bu yuvadan törəyən kaz//kas kökünün etnonim yaradan -pi, -it, -aq, -ər morfemləri ilə ortaya çıxan kaspi, kasit, kasaq, kazax, kazar//xəzər etnonimlərindəki formalarının izahı çətinlik törətmir” (F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.271).

Bizə belə gəlir ki, az xalqının formalaşmasında oğuz boylarının güclü mövqeyi olmuşdur. Belə olan təqdirdə Azərbaycan, türk, türkmən və qaqauzların az etnik termini ilə ilişgəliliyi fikrini də söyləməli oluruq. Həm də az etnik termininin oğuz qrupu türk dilləri içərisində Azərbaycan dilinin – azərbaycanlıların etnogenezində birbaşa dayandığını şəksiz-şübhəsiz qəbul edirik. Konkret desək, az etnik termini saf şəkildə azərbaycanlıların etnogenezində mühafizə olunmuşdur.

Azəri dili barədə


Azəri dili
barəsində yanlış fikirlər mövcuddur. Bəzən Azəri dili düzgün olmayaraq fars ləhcəsi kimi göstərilmişdir. Bu barədə M.F.Köprülü yazır: “Azərbaycanda əskidən bəri işlədilən yerli ləhcəyə X – XIII əsr islam müəllifləri – Məsudidən Yaqut Həməviyə qədər azəri adını verirlər. Onlar bu ləhcəni səhv olaraq fars ləhcələrindən biri kimi göstərirlər. Yalnız Yaqubi IX əsrdə azəri sözünü Azərbaycanda yaşayan iranlı xalqın adı olaraq işlədir. Ancaq, sonrakı müəlliflərdə sözün bu mənada işlədildiyini görmürük. Buna görə azəri sözünün ibtidai etnik bir anlatma mənasında işlədildiyi halda, dilə xas olan bir termin mahiyyəti aldığı təxmin edilməkdədir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Yeri gəlmişkən qeyd edək ki, Azəri fars ləhcəsi deyildir. Eyni zamanda bu söz Azərbaycanda yaşayan iranlı xalqın adı kimi də başa düşülməməlidir. Azərbaycanda iranlı tat xalqı yaşayır. Bu xalqın adı da göründüyü kimi tatdır. İranlı tat xalqı ilə azəri arasında heç bir genetik yaxınlıq yoxdur. Bunların tarixi kökləri, dil qaynaqları bir-birindən fərqlənir. Azəri türkləri ilk növbədə Oğuz mənşəlidir. Ona görə də azərilərin digər türk xalqları ilə tarixi kökləri bir olsa da, onların dili müstəqil bir dildir. Özü də M.Fuad Köprülünün qeyd etdiyi mənada ləhcə yox, məhz müstəqil dildir. Bu dilin özünün dialektləri və şivələri mövcuddur. Ədəbi dil kimi XIII əsrdən üzü bu yana zəngin yazılı abidələri vardır. Oğuz qrupuna daxil olan türk, türkmən, qaqauz dillərindən müəyyən dərəcədə fərqli xüsusiyyətlərə də malikdir.

Azəri sözü Cənubi və Şimali Azərbaycanda yaşayan türklərin adı olmuşdur. M.F.Köprülü yazır: Cənubi və Şimali Azərbaycan (Arran və Şirvan) əraziləri XII-XV əsrlərdə tamamilə türkləşdikdən sonra azəri sözü buralarda yaşayan türklərin ləhcəsi kimi ifadə edilmişdir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Bu söz görünür ki, Azərbaycan türklərinin adı kimi qədim dövrlərdə işlənmişdir. Türk sözü ilə paralel olaraq azəri sözü dil adı kimi başa düşülmüşdür. Lakin türk sözü ümumiləşdirici söz olduğu halda, azəri sözü isə Cənubi və Şimali Azərbaycanda yaşayan Azərbaycan türklərinin adı olmuşdur. Bu barədə M.F.Köprülünün fikri maraqlıdır: “XIX əsr İran və Avropa müəlliflərindən bəziləri sözün əski məfhumunu bilmədikləri üçün azəri sözünü sadəcə “Azərbaycanın əski Türk ləhcəsi” mənasını bildirdiyini qeyd etmişdilər” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Azəri sözü bəzən “azərbi” və “türkcə” kəlməsi ilə də işlənmişdir. Bu barədə M.F.Köprülü yazır: “. Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı bir hekayədə adı çəkilən azəri kəlməsi şübhəsiz səhv olaraq “zəbani türkan”, yəni “türkcə” tərcümə edilmişdir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.21). Əslində isə Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı söhbətdən məlum olur ki, onların danışdığı dil azərbi dili olmuşdur. Azərbi və azəri sözləri eyni dilin adlarıdır.

Xətib Təbrizi ilə Əbülüla Məərri arasındakı bir hekayənin məzmunu isə belədir: Xətib Təbrizi kor filosof şair Əbülüla Məərrinin dərsində əyləşmişdi. Birdən onun Təbrizli qonşularından bir neçə adam içəri girir. Bu zaman Xətib Təbrizinin onlara qanı qaynayır. Həmin bu adamlar Xətib Təbrizinin həmyerliləri olurlar. Ona görə də Xətib Təbrizi müəllimindən icazə alır və öz həmyerliləri ilə söhbət edir. Söhbət qurtardıqdan sonra Əbülüla Məərri Xətib Təbrizidən həmyerliləri ilə hansı dildə danışdığını soruşur. O isə cavab verir ki, Azərbi dilində danışırdım. Əbülüla Məərri deyir ki, mən sizin dilinizi bilməsəm də, danışığınızı çox məmnuniyyətlə dinlədim. Sonra Əbülüla Məərri azərbi dilində olan danışığı olduğu kimi təkrar edir.

M.F.Köprülü Azəri ləhcəsinin hökmran olduğu sahələr barəsində yazırdı: “Bu gün Azəri ləhcəsinin hökmran olduğu sahələr şudur: əvvəla cənubi Qafqasiya (yəni əski Aran) türklərinin məskun olduqları Qafqas Azərbaycanı ilə İran Azərbaycanı ki, Azəri türkləri burada pək mühüm bir kəsafətə (sıxlığa-B.X.) malikdirlər; saniyən dağınıq bir halda Həmədan həvalisi, Farsistan, Xorasan və Tehran vilayətləri, İraq və Şərqi Anadolu əhalisinin mühüm bir qismi üçün Azəri ləhcəsi bu gün sadəcə təkəllüm lisani mahiyyətində (danışıq dili mahiyyətində – B.X.) qalmış, osmanlı hakimiyyəti – siyasiyyəsi altında yaşadıqları cəhətlə mərkəziyyət təsirilə İstanbulun mənəvi və lisani nüfuzu ədəbi lisan üzərində hökmran olmuşdur” (Bax: Köprülüzadə Məhəmməd Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1996, s.12).

Azəri türklərinin dili İran qrupuna daxil olan dil deyildir. Bu dilin fars ləhcəsi ilə də heç bir genetik əlaqəsi yoxdur. Buna baxmayaraq , bəzən siyasi məqsəd güdərək azəri dilini İran qrupuna daxil olan fars ləhcəsi hesab etmişlər. Azəri dilinə belə münasibət XX əsrin 60-cı illərində də mövcud olmuşdur. Belə ki, XX əsrin 60-cı illərində “Azərbaycan” sözü əvəzinə “azəri” sözündən daha çox istifadə olunmuşdur. Həmin dövrdə də azəri xalqı, azəri dili kəlmələri geniş yayılmışdır. Lakin XX əsrin 60-cı illərində o dövrün ideologiyası “azəri” kəlməsinin işlənməsinin qarşısını almışdır. Ona görə ki, siyasi rejim belə bir təbliğat aparmışdır ki, guya azərilər İran mənşəli xalqdır. Belə olduğu üçün bu addan imtina olunmuşdur. Halbuki, azəri dilinin İran dil qrupu, fars ləhcəsi ilə heç bir genetik əlaqəsi yoxdur. İkinci bir tərəfdən, əgər azərilərin dili İran qrupuna daxildirsə, bəs onların dili nə üçün fars dilindən kəskin şəkildə fərqlənir?! Deməli, XX əsrin 60-cı illərində bu məsələni ortalığa atmaqla Azərbaycan xalqına və dilinə qarşı bir repressiya aparılmışdır. Onu da qeyd edək ki, M.F.Köprülü də azəri dili ilə fars dilinin bir-birindən kəskin fərqləndiyini qeyd etmişdir. Onun fikrincə, “Azərbaycandakı yerli danışıq dilinin, yəni azəri ləhcəsinin İrandakı digər ləhcələrdən və xüsusilə yeni farsca dediyimiz ümumi ədəbi dildən çox fərqli olduğunu göstərən müxtəlif şahidlərə malikik: Hakim Naşiri Xosrov 438 (1046/1047)-ci ildə Təbrizdə məşhur şair Qətran ilə görüşdüyünü anladarkən onun fars dilini yaxşı bilmədiyini, hətta Mancik və Dəqiqi kimi bəzi şairlərin divanlarında başa düşmədiyi yerləri ondan soruşub öyrəndiyini qeyd edir. Qətran haqqındakı bu ifadəni azəri ləhcəsinin ədəbi farscadan çox fərqli olması ilə izah etmək lazım gəlir. Yenə bu dövrdə yaşamış Xətib Təbrizi ləqəbi ilə tanınan Əbu Zəkəriyyə Yəhya bəy Əliyə aid bir hekayədə Təbriz xalqının danışıq dilini azəri deyə adlandırır. (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.23).

Orta türk dövründə cığatay və osmanlı ləhcələri ilə yanaşı azəri ləhcəsi də mövcud olmuşdur. M.F.Köprülüyə görə, “. türkcənin iki ədəbi ləhcəsi olan cığatay və osmanlı ləhcələri ilə bərabər Xorasandan Anadoluya və Qazfqazdan Bağdada qədər geniş bir sahədə XIV əsrdən bəri hakim olan üçüncü bir ədəbi ləhcə də vardır. Bu da azəri ləhcəsidir” (M.Fuad Köprülü. Azəri (Türk dilindən Azərbaycan dilinə çevirənlər: Buludxan Xəlilov, Mirzə Ənsərli). “Elm”, Bakı, 2000, s.22). Sonralar cığatay ləhcəsi özbək dili, osmanlı ləhcəsi türk dili (Türkiyə Cümhuriyyətinin dili), azəri ləhcəsi Azərbaycan dili adlanmışdır. Daha doğrusu, bu ləhcələr özbək, türk, Azərbaycan dillərini yaratmışdır.

Səlcuq İmperiyasından çox-çox əvvəl Azərbaycan ərazisində, o cümlədən Qafqazda türk tayfaları yerli xalqlar kimi yaşamışdır. Sonralar türk tayfalarının bu ərazilərə axını genişlənmiş və səlcuqların dövründə bu proses daha da güclənmişdir. Lakin heç bir elmi əsası olmadan Sovet tarixşünaslığında və iranşünaslıqda türklərin Qafqazda, o cümlədən Azərbaycanda yaşamasının tarixini çox-çox sonraya – bizim eranın XI əsrinə gətirib çıxarırlar. Sovet tarixşünaslığında belə bir yanlış mövqe o dövrün ideologiyasına uyğun olan tələblərlə bağlı olmuşdur. İranşünaslığın saxtakarlığı isə bir sıra səbəblərlə bağlıdır. Birincisi, türklərin Azərbaycanda yaşamasını XI əsrə gətirməklə bu dövrə qədər mövcud olan Azərbaycan tarixini İran tarixi kimi təqdim etmişlər. İkincisi, XI əsrə qədər Azərbaycanda türk dilinin olmaması, işlənməməsi mövqeyindən çıxış edərək bu ərazidə yaranmış ədəbi-bədii nümunələri isə İran-fars ədəbiyyatı nümunələri kimi təqdim etməyə cəhd göstərmişlər. Üçüncüsü, İranşünaslıqda fikrə görə, XI əsrə qədər Azərbaycanda fars dilinin bir şivəsi, yaxud İran dili olmuşdur. Guya buna görə də Azərbaycandakı şairlər və alimlər fars dilində yazıb yaratmışlar. Halbuki Azərbaycandakı şair və alimlərin fars dilində yazıb yaratmalarının səbəbi o dövrdə fars dilinin Yaxın Şərq xalqları arasında poeziya, elm dili olması və bu dilin nəinki Azərbaycanda, hətta Orta Asiyanın, İranın feodal saraylarında rəsmi dövlət dili kimi möhkəmlənən nüfuzu ilə bağlıdır. Bundan başqa, səlcuqların gəlişinə qədər Qafqazda, o cümlədən Azərbaycanda yaşayan tayfaların, etnosların dilləri içərisində türk dili daha geniş yayılmış dil olmuşdur. Çox güman ki, bu ərazilərdə türk dili ümumi danışıq dili olmaqla yanaşı, həm də bu dilin yazısı da yaranmışdır. Ancaq o dövrdə türk dilində (azərbaycanca) yazılmış əsərlər bizim dövrümüzə gəlib çatmamışdır. Görünür ki, Azərbaycana olan basqınlar, qarətlər, talanlar bu əsərləri məhv etmiş, onların dövrümüzə gəlib çatmasına maneçilik göstərmişdir. Nəticədə o dövrümüzə aid yazılı abidələrimiz yoxa çıxmışdır. Bu isə əsas vermir ki, kimlərsə XI əsrdən qabaq Qafqazda, o cümlədən Azərbaycanda türklərin (azərbaycanlıların) yaşamasını inkar etsin, türkcə (azərbaycanca) yazılmış əsərlərin yoxluğunu təsdiq etsin. Əgər belə olsaydı, onda XI-XII əsrlərdə birdən-birə o dövrün ədəbi dil normalarının tələbinə tam şəkildə cavab verən “Kitabi-Dədə-Qorqud” dastanları yarana bilməzdi. “Kitabi-Dədə Qorqud” dastanlarının dili isə o dövrdə ümumxalq dili kimi mövcud olmuş Azərbaycan dilidir. Deməli, XI əsrə qədər mövcud olan türk dilinin (Azərbaycan dilinin) yazısı Azərbaycana olan qarət, istilalar, hücumlar zamanı dağıdılmışdır.

Azərbaycan yazılı ədəbi dilinin tarixi XIII əsrdən başlayaraq İ.Həsənoğlunun yaradıcılığı ilə götürülür. Halbuki, yazılı ədəbi dilə qədər Azərbaycan ədəbi dilinin təşəkkülü, əsasən, iki mərhələdən keçmişdir:

1. III-V əsrlərdən VII-VIII əsrlərə qədər;

2. VII-VIII əsrlərdən XI-XIII əsrlərə qədər.

Birinci mərhələ ümumxalq Azərbaycan dilinin mövcud olması ilə səciyyələnmişdir. İkinci mərhələ isə ümumxalq Azərbaycan dilinin oğuz-səlcuq xüsusiyyətləri ilə qaynayıb qarışması prosesi kimi seçilmişdir. Buradan belə bir sual meydana çıxır. Görəsən, ümumxalq Azərbaycan dili mərhələsinə qədər qəbilə, tayfa dili mövcud olmuşdurmu? Bu sualın cavabı dialektik baxımdan da təsdiq edir ki, ümumxalq Azərbaycan dilinə qədər qəbilə, tayfa dili də özünü göstərmişdir. Əgər belə olmasaydı, onda birdən-birə ümumxalq dili də yarana bilməzdi. Ona görə də Azərbaycan ədəbi dilinin təşəkkülü III-V əsrlərdən önə – bizim eradan əvvəlki dövrlərə doğru gedir.

Deməli, XI əsrə qədər (səlcuqların gəlməsinə qədər) “Kitabi-Dədə-Qorqud” dastanları yaranana qədər, yazılı ədəbi dilimizin başlanğıcı kimi götürülən XIII əsrə qədər Azərbaycan dili uzun tarixi yol (qəbilə, tayfa, xalq mərhələsi yolu) keçmişdir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, XI əsrə qədərki yazı, ədəbi-bədii nümunələr məhv edildiyinə görə bu dövrə qədərki Azərbaycan dilini, tarixini, mədəniyyətini İranşünaslıq özününküləşdirməyə həmişə meyilli olmuşdur.

Frazeoloji birləşmələr

Dilimizdə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi, sabit söz birləşməsi. Sabit söz birləşməsinə frazeoloji birləşmələr də deyilir. Frazeoloji birləşmələr tərkibcə dəyişməz, bütövlükdə məcazi bir mənanı bildirən sabit söz birləşmələridir. Məsələn, dabanına tüpürmək (qaçmaq), dilini saxlamaq (susnıaq), yanıb tökülmək (heyifsilənmək), gözü su içməmək (inanmamaq), əldən düşmək (yorulmaq) və s. frazeoloji birləşmələrdir. Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların bəzilərini bir sözlə əvəz etmək mümkündür. Məsələn, ağzına su alıb oturmaq – susmaq, başa salmaq – anlatmaq, yada salmaq – xatırlamaq və s. Frazeoloji birləşmələri təşkil edən sözlər iki və daha artıq ola bilər. Məsələn, qanı qaralmaq (2 sözdən ibarət), ürəyi ağzına gəlmək (3 sözdən ibarət), gözüm səndən su içmir (4 sözdən ibarət) və s. Frazeoloji birləşmələr tərkib hissələrinə bölünmədən bütöv bir cümlənin üzvü olur. Məsələn, Müəllim dərsi uşaqlara başa saldı. Bu cümlədəki «başa saldı» birləşməsi cümlənin xəbəridir. Ağzına su alanlar (mübtəda) nəhayət dilləndilər. Frazeoloji birləşmələr dəniz havası, məktəbin həyəti, yük maşını və s. kimi sərbəst söz birləşmələrindən fərqlənir, belə ki, bunların tərkibinə daxil olan sözlər öz həqiqi mənalarında işləndiyi halda, frazeoloji birləşmələrin tərkibindəki ayrı-ayrı sözlər öz həqiqi mənalarını itirir, birlikdə müəyyən bir məcazi mənanı ifadə edir. Sərbəst söz birləşmələrindən fərqli olaraq sabit söz birləşmələrinin asılı və əsas tərəfı olmur. Onlar lüğətlərə daxil olur. Dilimizdə lüğətlərin növləri sırasmda frazeoloji lüğətlər də xüsusi yer tutur. Frazeoloji birləşmələr də omonimlik, sinonimlik və antonimlik xüsusiyyətinə malikdir. Frazeoloji omonimlərə misal olaraq aşağıdakıları göstərə bilərik: üz vermək, can vermək, işə düşmək, ürəyi yanmaq, söz vermək, cana gəlmək və s. Frazeoloji sinonimlər eyni və yaxın mənalı birləşmələrdir. Məsələn, qulaq asmaq – qulaq vermək, özündən çıxmaq – hirsi başına vurmaq, ürəyi ağzına gəlmək – tükləri ürpəşmək, qılığına girmək – qəlbinə yol tapmaq, burnunu sallamaq – qaş-qabağı yer süpürmək, dərd çəkmək – qəm dəryasına qərq olmaq, acığı gəlmək – zəhləsi getmək və s. Frazeoloji antonimlər isə bir-birinə əks olan birləşmələrdir. Məsələn, xoşu gəlmək – zəhləsi getmək, yada düşmək – yaddan çıxarmaq, dil-dil ötmək – ağzına su almaq, əlini ağdan qaraya vurmamaq — dəridən-qabıqdan çıxmaq və s.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Comments are closed, but trackbacks and pingbacks are open.