Qulu Məhərrəmliyə yeni VƏZİFƏ VERİLDİ
Bildirilib ki, frazeolojiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib, bu sahədə bəzi uğurlar da olub. Ancaq ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən nükəmməl sözlük ərsəyə gəlib. Burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb.
“Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub
Fevralın 9-da Bakıdakı Atatürk Mərkəzində “Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə lüğətin elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov yeni nəşr barədə məlumat verib. Frazeologiya sözlüyünün nəşr olunmasını dilçiliyimizdə mühüm hadisə adlandıran N.Cəfərov lüğəti hazırlayan Qulu Məhərrəmliyə, Rafiq İsmayılova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına minnətdarlığını bildirib.
Bildirilib ki, frazeolojiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib, bu sahədə bəzi uğurlar da olub. Ancaq ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən nükəmməl sözlük ərsəyə gəlib. Burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb.
Yeddi minədək frazeoloji ifadənin izahının verildiyi lüğət “Altun kitab” nəşriyyatında çap olunub.
Tədbirdə çıxış edənlər frazeologiya lüğətini Azərbaycan dilçilik elminin mühüm nailiyyəti kimi səciyyələndirib, nəşrin məziyyətlərindən danışıblar. Vurğulanıb ki, lüğət ana dilimizin elektron resurslarının yaradılması işinə də böyük töhfə verəcək.
Qulu Məhərrəmliyə yeni VƏZİFƏ VERİLDİ
Tanınmış telejurnalist və publisist, professor Qulu Məhərrəmli BDU-nun Jurnalistika fakültəsinin kafedra müdiri vəzifəsinə seçilib.
Day.Az xəbər verir ki, Q.Məhərrəmli bundan sonra fakültənin “Multimedia və elektron kommunikasiya” (əvvəlki “Televiziya və radio jurnalistikası”) kafedrasına rəhbərlik edəcək. Professor 24 ildir ki, həmin kafedrada çalışır.
Qulu Məhərrəmli təkcə məşhur televiziya aparıcısı, “7 gün”, “Təfsilat”, “Gerçəklik”, “Səhər” (AzTV), “Dost məclisi”, “Gündəm” (Xəzər TV), “Mətbuat aynasında” (GünAz TV) kimi parlaq televerilişlərin yaradıcısı və müəllifi deyil, həm də jurnalistika elmi və dilçilik sahəsində tanınmış alimdir. Bakı Dövlət Universitetinin məzunu olan Q.Məhərrəmli 1978-ci ildə Azərbaycan Televiziyasının “Xəbərlər” baş redaksiyasında reportyor kimi fəaliyyətə başlayıb. 1991-ci ildən xəbər aparıcısı kimi müntəzəm efirə çıxan Q.Məhərrəmli daha çox 1993-1995-ci illərdə apardığı “7 gün” analitik informasiya proqramı ilə tanınıb, obyektivliyi və qərəzsizliyi, hadisələrə vicdanlı münasibəti və yüksək peşəkarlığı ilə fərqlənib. Mükəmməl analitik veriliş formatı olan “7 gün” teleməkanımızda jurnalistikanın yeni prinsiplərinin təsdiqində həlledici rol oynayıb.
1995-ci ildə Azərbaycan Televiziyasının ilk siyasi icmalçısı təyin olunmuş Q.Məhərrəmli, eyni zamanda qısa müddətdə “Xəbərlər” baş redaksiyasına rəhbərlik edib. O, həmin illərdə dövlət başçısını xarici səfərlərdə müşayiət edib, bu səfərlər haqqında silsilə verilişlər hazırlayıb. Q.Məhərrəmlinin yaratdığı və 12 il rəhbərlik etdiyi “Səhər” musiqi-informasiya proqramı 25 ildən çoxdur teleməkanımızın ən populyar verilişlərindən biri olaraq qalır.
Похожие статьи
-
Azərbaycan dilinin orfoqrafiya lüğəti 2013
Azərbaycan dilinin orfoqrafiya lüğəti 2013 Direktor lüğətin yeni nəşrinin hazır olma vaxtının nəşriyyatdan asılı olduğunu da söyləyib. Azərbaycan dilinin…
-
Azərbaycan dilinin frazeologiya lüğəti qulu məhərrəmov
Qulu Meherremov – Wikipedia 17. Televiziya və radio tamaşaları (dərs vəsaiti). Bakı, Təhsil, 1999 (Aydın Dadaşovla) Qulu Məhərrəmli Daha ətraflı məlumat…
-
Azərbaycan dilinin paronimlər lüğəti
Azərbaycan dilinin paronimlər lüğəti Sizə teleqram var Vaxtında, Aydın, Lazımlı! Xankəndi AMEA Nəsimi adına Dilçilik İnstitutundan AzVision.az -a verilən…
-
Azərbaycan dilinin frazeologiya lüğəti
Azərbaycanın yeni orfoqrafiya lüğətində bəzi sözlərin yazılış forması dəyişdirilib O, əvvəlki lüğətdə mürəkkəb söz kimi verilən bəzi birləşmələrin də…
-
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin orfoqrafiya lüğəti $a Axundov, Ağamusa Ağası oğlu. $c Əməkdar elm xadimi, ədəbiyyatşünas, dilçi, türkoloq, filol. e. d-ru, prof.,…
Comments are closed, but trackbacks and pingbacks are open.