Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub
Bildirilib ki, frazeolojiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib, bu sahədə bəzi uğurlar da olub. Ancaq ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən nükəmməl sözlük ərsəyə gəlib. Burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb.
“Azərbaycan dilinin frazeologiya lüğəti” təqdim olundu
“Ana dilimizin frazeologiya lüğətini hazırlamaq üçün indiyədək ciddi cəhdlər edilib, böyük alimlərimiz bu sahədə samballı işlər görüblər, leksikologiyanın bu sahəsindəki mübahisəli məsələləri həll etmək üçün axtarışlar aparıblar. Hazırda ictimaiyyətə təqdim olunan “Azərbaycan dilinin frazeologiya lüğəti” həmin axtarışların məntiqi davamı olduğu üçün mükəmməldir”- bu sözləri AMEA-nın müxbir üzvü, professor, Nizami Cəfərov adı çəkilən lüğətin dünən Atatürk mərkəzində keçirilən təqdimat mərasimində deyib.
Lüğətin elmi redaktoru olan millət vəkili tədbiri giriş sözü ilə açaraq, frazelogiya sözlüyünün işıq üzü görməsini dilçiliyimizdə mühüm hadisə adlandırıb. O qeyd edib ki, dilçiliyimiz ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən dürüst əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlük əldə etmişdir. N.Cəfərovun sözlərinə görə, yeddi minə yaxın birləşmənin izahını verən lüğətin ən yaxşı cəhəti odur ki, burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilmiş, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi feillər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılmışdır.
Təqdimat mərasimində çıxış edən elm, mədəniyyət və incəsənət xadimləri, həmçinin mətbuat nümayəndələri frazeologiya lüğətinin ərsəyə gəlməsini dilçiliyimizin və Azərbaycan leksiqoqrafiyasının mühüm nailiyyəti kimi səciyyələndirmişlər. Bu barədə danışan AMEA-nın Dilçilik institutunun əməkdaşları, filologiya elmləri doktoru, professor İlham Tahirov, professor Nəriman Seyidəliyev, BDU-nun professor Nəsir Əhmədli, dosent Sevinc Əliyeva və başqaları təqdim edilən lüğətin dilçiliyimiz üçün böyük əhəmiyyətini qeyd etmişlər. Natiqlər bu lüğətin meydana gəlməsini ana dilimizin elektron resurslarının yaradılması işinə də ciddi töhfə olduğunu vurğulamışlar.
Sonda lüğətin müəllifləri, professor Qulu Məhərrəmli və filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılov çıxış etmişlər. Onlar sözlük üzərində uzun illər apardıqları yaradıcılıq işindən, qarşıya çıxan çətinliklərdən, mübahisəli məsələlərin həlli qaydalarından, lüğətin tərtibi prinsiplərindən danışmışlar.
Xatırladaq ki, AMEA Dilçilik institutunun Elmi Şurasında müzakirə edilərək bəyənilmiş “Azərbaycan dilinin frazeologiya lüğəti” ötən ilin dekabrında “Altun kitab” nəşriyyatında kütləvi tirajla çap olunmuşdur.
“Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub
Fevralın 9-da Bakıdakı Atatürk Mərkəzində “Azərbaycan dilinin frazeologiya lügəti”nin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə lüğətin elmi redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Nizami Cəfərov yeni nəşr barədə məlumat verib. Frazeologiya sözlüyünün nəşr olunmasını dilçiliyimizdə mühüm hadisə adlandıran N.Cəfərov lüğəti hazırlayan Qulu Məhərrəmliyə, Rafiq İsmayılova və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşlarına minnətdarlığını bildirib.
Bildirilib ki, frazeolojiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib, bu sahədə bəzi uğurlar da olub. Ancaq ilk dəfədir ki, aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən nükəmməl sözlük ərsəyə gəlib. Burada frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb.
Yeddi minədək frazeoloji ifadənin izahının verildiyi lüğət “Altun kitab” nəşriyyatında çap olunub.
Tədbirdə çıxış edənlər frazeologiya lüğətini Azərbaycan dilçilik elminin mühüm nailiyyəti kimi səciyyələndirib, nəşrin məziyyətlərindən danışıblar. Vurğulanıb ki, lüğət ana dilimizin elektron resurslarının yaradılması işinə də böyük töhfə verəcək.
Comments are closed, but trackbacks and pingbacks are open.