Azerbaycan Dilinin Izahli Lugeti – Wikipedia
Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur.
Ədəbi dil. Müasir Azərbaycan ədəbi dilinin normaları.
Ədəbi dil tarixən müəyyənləşmiş möhkəm qayda -qanunlara tabe olub, xalqın, millətin ümumi, nümunəvi ünsiyyətinə xidmət edir. Ədəbi dilin iki forması vardır: şifahi ədəbi dil və yazılı ədəbi dil. Şifahi ədəbi dil (səsli dil) çox qədimdir,o, yazılı ədəbi dil hələ mövcud olmadığı uzun dövr ərzində xalq yaradıcılığının ifadə vasitəsi kimi işlənmişdir. Nitqlər, çıxışlar,mühazirələr şifahi nitqə aiddir. Şifahi ədəbi dil orfoepik normalara tabe olur və səslənən dildir. Yazılı dilin ilkin nümunələri rəsmi sənədlərin, dövlət başçılarının məktublarının, bədii əsərlərin, həmçinin dini mətnlərin dili olmuşdur. Cəmiyyət inkişaf etdikcə yazılı ədəbi dilin meydanı genişlənmişdir. Yazılı dil orfoqrafik normalara tabe olur, yazılan dildir. Dünyanın inkişaf etmiş ədəbi dilləri kimi Müasir Azərbaycan ədəbi dili də mükəmməl, sabit normalara malikdir. Həmin normalar müəyyən tarixi təkamülün məhsuludur. Ədəbi dilin (nitqin) tabe olduğu qayda -qanunların sisteminə ədəbi dilin normaları deyilir. Norma – müəyyən bir dövrdə sözün fonetik tərkibi və leksik mənasının, cümlənin qrammatik quruluşunun hər hansısa bir dil kollektivində obyektiv şəkildə fəaliyyətidir. Təbiidir ki, Azərbaycan ədəbi dilinin normaları dilimizin dialekt və şivələrindəki, xalq danışıq dilindəki qeyrimükəmməl, qeyri-sabit normalardan fərqlənir. Bu cür normalılıq, yəni normativlik ədəbi dilin nisbi sabitliyindən, əhatəliliyindən və dilin quruluşunu əks etdirməsindən irəli gəlir. Ədəbi dilin normaları bir sistem şəklində olsa da, onlarda müstəqillik də vardır. Nitq mədəniyyətinin əsas şərtlərindən biri ədəbi dilin normalarına riayət olunmasıdır. Dilin daxili quruluşunu onun səs tərkibi leksikası və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bu quruluşa uyğundur: fonetik norma; leksik yaxud leksik- semantik norma; qrammatik norma.
Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.
Azerbaycan Dilinin Izahli Lugeti – Wikipedia
“Azərbaycan dilinin izahlı lüğəti” XX əsrin 40-cı illərindən hazırlanmağa başlansa da, birinci cildi 1966-cı ildə işıq üzü görmüşdür. Həmin cildi görkəmli leksikoqraf və lüğətçi alim, Dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmələri doktoru, professor Əliheydər Orucov tərtib etmişdir. Lüğətin redaktoru Əkrəm Cəfərdir. Redaksiya heyətinə isə Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Məmməd Arif Dadaşzadə və Məmmədağa Şirəliyev, o cümlədən Əliheydər Orucov və Rəsul Rüstəmov daxildirlər.
“Azərbaycan dilinin izahlı lüğəti”
Lüğətdə Azərbaycan ədəbi dilinin lüğət tərkibində mövcud olan və Azərbaycan dilinə daxil olmuş yeni sözlərin mənaları və məna incəlikləri anadilli ədəbiyyat tarixinin görkəmli nümayəndələrindən gətirilən sitat nümunələrilə və digər misallarla izah olunur.
Lüğət Əliheydər Orucovun rəhbərliyi və ümumi redaktəsi ilə “Azərbaycan dilinin izahlı lüğəti” I cild (Bakı, Azərbaycan Elmlər Akademiyası nəşriyyatı, 1966), II cild (Bakı, Elm, 1980), III cild (Bakı, Elm, 1983) və IV cild (Bakı, Elm, 1987) nəşrləri əsasında 2006-cı ildə Ağamusa Axundovun rəhbərliyi ilə Əliheydər Orucov, Bəhruz Abdullayev, Nərgiz Rəhimzadə tərəfindən təkmilləşdirilərik “Şərq-qərb” mətbəəsində yenidən nəşr edilmişdir.
Kitabın seriyaları
- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. I cild (ABCÇD). Bakı: Şərq-Qərb, 2006, 744 s. Mətn; yüklə
- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild (EƏFGHXİJK). Bakı: Şərq-Qərb, 2006, 792 s. Mətn; yüklə
- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. III cild (QLMNOÖPR). Bakı: Şərq-Qərb, 2006, 672 s. Mətn; yüklə
- Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. IV cild (SŞTUÜVYZ). Bakı: Şərq-Qərb, 2006, 712 s. Mətn; yüklə
Xarici keçidlər
- Azərbaycan dilinin izahlı lüğəti (online)
- Obastan. Azərbaycan dilinin lüğətləri (online)Arxivləşdirilib 2013-03-31 at the Wayback Machine
- Azərbaycan dilinin izahlı lüğəti — Android platformalı telefonlar üçün (offline)
- “Azərbaycan dilinin böyük izahlı lüğəti” və yeni orfoqrafiya lüğəti hazırlanır
Həmçinin bax
- Azərbaycan dilinin orfoqrafiya lüğəti
- Azərbaycan Tarixi (Yeddi cilddə)
Comments are closed, but trackbacks and pingbacks are open.