Press "Enter" to skip to content

AZƏRBAYCAN DİLİ

Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların çoxunu bir sözlə əvəz etmək olar. Məsələn: ürəyinə xal düşmək – şübhələnmək, qulaq asmaq – dinləmək, ağzına su aləb oturmaq – susmaq və s.

Azərbaycan dilinin leksikası

Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 2007-ci il (protokol № ) qərarı ilə çap olunur.

Azərbaycan dialektologiyası – 10
Redaksiya heyəti: A.A.Axundov , akademik, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor;
Q.Ş.Kazımov , filologiya elmləri doktoru, professor;
M.Ə.Mahmudov , filologiya elmləri doktoru;
S.M.Behbudov , filologiya elmləri namizədi
Redaktor: R əhilə Məhərrəmova , filologiya elmləri doktoru, prof.
Rəyçilər: Elbrus Əzizov , filologiya elmləri doktoru, professor
sefi behbudov, filologiya elmləri namizədi
Azərbaycan dilinin Yardımlı rayon şivələri. Bakı, « Təhsil»,2007,

Monoqrafiyada Yardımlı rayon şivələri Azərbaycan dilçiliyində ilk dəfə olaraq fonetik, leksik və qrammatik səviyyələrdə tədqiqata cəlb edilmiş və maraqlı şivə faktları aşkar edilmişdir. Zəngin materiallar əsasında yazılmış Yardımlı rayon şivələri Azərbaycan dilinin cənub qrupuna aid edilmişdir. Əsərdən dilçilər, etnoqrafilar, dil-ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri, eləcə də digər şəxslər faydalana bilərlər.

Ş________________Qrifli nəşr
© Şahlar Məmmədov (Göytürk), 2007
MÜNDƏRİCAT
FONETİK TRANSKRİPSİYA
GİRİŞ . ……….5
I FƏSİL. FONETİKA
1.1. Saitlər və onların variantları. 16
1.2. Diftonqlar. 18
1.3. Saitlərin əvəzlənməsi. 19
1.4. Saitlərin artımı. …. 30
1.5. Saitlərin düşümü . …. 30
1.6. Ahəng qanunu. 31
1.7. Samitlər və onların variantları. 35
1.8. Samitlərin əvəzlənməsi. 37
1.9. Samitlərin artımı…. 41
1.10. Samitlərin düşümü. 42
1.11. Assimilyasiya. ….. 45
1.12. Dissimilyasiya . 49
1.13. Yerdəyişmə. … 49
1.14. Söz köklərində samitlərin qoşalaşması . … 51
II FƏSİL. QRAMMATİKA
2.1. Morfologiya
2.1.1. İsim. …. ……. . 52
2.1.2. Sifət. …. ……63
2.1.3. Say. …. …….…. . 66
2.1.4. Əvəzlik. . 67
2.1.5. Fel. . 70
2.1.6. Zərf. …… . 92
2.1.7. Qoşma. …. . 93
2.1.8. Bağlayıcı. ……. . 96
2.1.9. Ədat. ………. . 98
2.1.10. Modal sözlər. ……… .. 100
2.1.11. Nida. …….. . 102
2.2. Sintaksis. ….. . 103
2.2.1. Xəbər. …. . 104
2.2.2. Xəbərin mübtəda ilə uzlaşması. 104
2.2.3. İsmi birləşmələr……. ……………. ..105
2.2.4. İdarə əlaqəsi. ……. 107
2.2.5. Cümlədə sözlərin sırası. 108
2.2.6. Cümlə tipləri. …… . 109
III FƏSİL. LEKSİKA
3.1.Lüğət tərkibində tarixi dövrlərin izləri. 119
3.2. Yardımlı rayonu şivələrinin leksik tərkibi. . 123
3.2.1. Termin səciyyəsi daşıyan sözlər. ….. . 123
3.2.2. Termin səciyyəsi daşımayan sözlər. .. 133
NƏTİCƏ . …. …..138
ƏLAVƏLƏR
Yardımlı rayon şivələrinə aid mətn və folklor nümunələri. 140
Sözlük. …..147
İxtisar olunmuş kənd adlarının siyahısı
ƏDƏBİYYAT .……………..…………………………………163
FONETİK TRANSKRİPSİYA
k — dilarxası partlayan kar səsi göstərir. Məs.: k ‘ ıf, k ‘ ış.

­: — sait səsdən sonra qoyulur və saitin uzun (davamlı) tələffüz olunduğunu göstərir. Məs.: şü:t (şüyüt), i:nə (iynə), sə:r (səhər)

v — qapalı sait səsin üstündə qoyulur və saitin qısa tələffüz olunduğunu gösətirir. Məs.: oximağ, duhar, piçax.

È ­ — iki sait səsin altında qoyulur və səsin diftonq təşkil etdiyini göstərir.
Məs.: toux, douz, youğ\ ® yoxun ® yaxın

// — sözdən sonra qoyulur və sözün fonetik variantlarının müxtəlifliyini göstərir. Məs.: Qız, //qız,//ğiz; so:rə,//so:ra,//sohra.

® — iki samit hərf arasında qoyulur və səsin yerdəyişməsini göstərir. Məs.: r ® l = partal
l sonun l səsinin yumşaq variantını göstərir. Məs.: pıl ‘ //pül ‘ , xıl ‘ , çül ‘ , qıl ‘ ığ.

Yardımlı rayonu müstəqil bir inzibati bölgü kimi 1930-cu il avqustun 8-də təşkil olunmuşdur (8, s.81). Əvvəllər mərkəzi Vərgədüz, sonradan isə Sırıq kəndi olmaqla 1938-ci il iyulun 19-dək Vərgədüz rayonu adı ilə tanınmışdır.

Yardımlı rayonu 667 kvadrat kilometrlik dağlıq və dağətəyi əraziləri əhatə edir.

1939-cu ildən başlayaraq, sovet rejimi Yardımlı bölgəsində də öz məkrli siyasətini həyata keçirmiş, nəticədə rayonun 33 kəndi başqa ərazilərə köçürülmüşdür.

Narazılığa səbəb olan “köçürmə siyasəti” əhalinin demoqrafik vəziyyətinə çox ciddi təsir göstərmişdir.

1939-cu ildə Təzəkənd, Sipronu, Alili, Abili, Birəmətə,1950-ci ildə Abasallı, Köhnəqışlaq, Ovra, Ləceyir, Pirdodan, nəhayət, 1953-cü ildə Arvana, Qarovuldağ, Deman, Avaş, Binələr, Perinbel, Ərvərəz, Oncakələ, Peştəsər, Şatıker, Niyazonu, Nığlə, Fındıqlıqışlaq, Vəlişli, Xanbulaq, Avaraq Məceyir, Şələ, Ləzran, Eçara, Əliabad kəndləri boşaldılır və köçürmə zamanı 5 sovetlik, 17 kolxoz və 33 kənd ləğv edilir. (134s.26)

Deportasiya edilmiş sakinlər Şirvan (Əli Bayramlı), Salyan, Göyçay, Bakı, Sabirabad, Cəlilabad, Göytəpə, Sumqayıt, Neftçala kimi şəhər və rayonlarda yerləşdirilmişdir. Hazırda ölkədə Yardımlıəsilli vətəndaşlarımızın sayı 200 mindən çoxdur.

1961-ci ildə nəşr edilmiş “Azərbaycan SSR inzibati-ərazi bölgüsü“ kitabında royonun 77 yaşayış məntəqəsi göstərilmişdir [8, s.81].Hazırda rayonun 92 kəndindən (Abasallı, basabad, Abdinli,(Yeni Abdinli), Alçabulaq, Alar, Anzov, rus, Arvana, Astanlı (Aşağı və Yuxarı Astanlı k.) , Avaş, Avun, Avur, Bərcan, Bilnə, Bozayran, Bürzünbül, Cirimbel, Çanaxbulaq, Çay Üzü, Dağ Üzü, Daşkənd, Dəlləkli, Deman, Dəryavar, Eçara, Əfçədulan, Əngəvül, Ərsilə, Ərvərəz, Əsədabad, Gavran, Gendərə, Gərsəva, Gilar, Gölyeri, Gügavar, Hamarkənd, Honuba, Honuba-Şıxlar, Horavar, Horonu, Jiy, Keçələkəran, Köhnə Qışlaq, Köryədi (Çuxurkənd), Kürəkçi, Ləzir, Ləzran, Mamılğan, Məceyir, Məlikli, Mirimli, Mişkireyn (Muxuş), Nisəqala, Odurağaran, Osnağaran, Ostayır, Ökü, Perimbel, Peştəsər (Təpəbaşı), Porsova, Qabaqdibi, Qaraqaya, Qarovuldaş, Separadi, Sırıq, Solqard, Şəfəqli, Şıxhüseynli, Şıxlar, Şiləvəngə, Şovut, Tahirli, Telavar, Teşkan, Tiləkənd,Təzəkənd, Urağaran, Ünəç, Vəlişli, Vəlixanlı, Vərgədüz, Vərov, Xanbulaq, Yolocaq, Yardımlı qəsəbəsi, Zəngələ, Zenqaran, Zeynaləzir, Zevin) 85-də yaşayış mövcuddur.

Əhalisi 60 min olan rayon əhalisinin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik, qismən də xalçaçılıq, arıçılıq və quşçuluqdur.

Yardımlı ərazisi qədim oğuzların yaşayış məskənlərindən biridir. Bunu, arxeoloqlar tərəfindən aşkar olunmuş (F.Osmanov, İ.Əzimbəyov, T.Əzizov, Q.Qoşqarlı,T.Əliyev, Ə.İskəndərov və başqaları) qədim və orta əsr arxeoloji, memarlıq abidələri, qədim onomastik vahidlər, zəngin etnoqrafik nümunələr və Yardımlı şivələrində mühavizə olunan qədim türk tayfa-dil xüsusiyyətləri də sübut edir.

Türk mənşəli adlar içərisində Yardımlı toponiminin izahı da diqqəti cəlb edir.Yardımlı toponiminin mənşəyi ilə məşğul olmuş tədqiqatçılar bu adın tarixini daha qədim dövrlərə bağlayırlar.

Tədqiqatçı-alim Q.Qeybullayev haqlı olaraq Yardımlı toponimini yurdumuzun qədim sakinlərindən sayılan peçeneq tayfalarından “ertim“lə bağlayır. S.Rüstəmxanlı yazır: “Yartım qədim türk yozumunda xalqın bir hissəsi, ulusun bir qolu deməkdir. Ertim sözü ertəm, ərdəm, ərdəmli (cəngavər) sözlərini də yada salır“ [66, s.352]

Aparılan elmi-tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, öz zəngin fauna-florası ilə seçilən Yardımlı ərazisi Paleogenin Pliosen və Eosen dövrlərinə qədər su ilə örtülü olmuşdur. Sonralar Eosen dövründə burada güclü vulkan püskürmələri fəaliyyətə başlamışdır. Miosenin ikinci yarısından Pliosenin əvvəllərinədək Yardımlı ərazisi tektonik hərəkətlərə məruz qalmışdır. Yüksəklik qalxdıqca dağ yamaclarının mailliyi və çay dərələri də artaraq inkişaf etmişdir. Oliqosenin axırında isə iqlimin soyuması nəticəsində bütün Qafqaz dağ silsilələrində buzlaşma əmələ gəldiyi halda, Talışda, o cümlədən Yardımlıda buzlaşma olmamışdır. XIX əsrdə Yardımlı ərazisinin geomorfoloji xüsusiyyətlərini araşdıran Q.B.Abix, F.Radde, XX əsrdə isə F.K.Osvald, B.P.Renqarten, Mirəli Qaşqay kimi görkəmli alimlər bütün ərazi boyu Paleogenin vulkanogen və vulkanogen-çöküntü fasiyalarının yayıldığını göstərmişlər [37, s.64].

Q.Qeybullayev “Azərbaycan xalqının təşəkkülü tarixindən” əsərində XIX əsrdə Peştəsər dağ silsiləsinin cənub-qərb hissəsində Albani adlı kəndin mövcud olduğunu qeyd edir. Müəllif yaxınlıqdakı Arvana yaşayış məntəqəsini Alvana şəklində göstərir və qeyd edir ki, qədim türk dilləri üçün v səciyyəvi səs deyil (b>v). Alvana //Arvana toponiminin ərəb dilindəki ”erkək cinsli dəvə” ilə əlaqəsi inandırıcı görünmür. Q.Qeybullayev yazır: “Cənubi Azərbaycanda əhalisi azərbaycanlılardan ibarət Alvan və Alvanaq adlı yaşayış məntəqələri vardır. Türk albanlarının bir hissəsi talışların ulu əcdadları sayılan kaduslarla bir ərazidə yaşayırdı.Bu ərazi Atropatenaya məxsus idi.”

Bədnam Türkmənçay müqaviləsindən sonra (1828-1831) qacarların köməyi ilə Zuvand nahiyəsinin bir hissəsi Mir Mustafa xanın (oğlu Həsən xanın) tabeliyinə verilir. “1867-ci ilin sonunda “Qafqaz və Zaqafqaziya ölkəsinin idarə olunmasının dəyişdirilməsi haqqında” fərman verildi.Fərmana əsasən,Yelizavetpol və Bakı quberniyaları yaradıldı.Bakı quberniyası isə Bakı, Quba, Şamaxı və Lənkəran qəzalarından ibarət idi. X1X əsrin ll yarısında Bakı quberniyasına tabe olan Lənkəran qəzasının təşkilindən sonra Zuvand nahiyəsi tərkibində Yardımlı, Lənkəran qəzasının tərkibinə qatılır. Lakin yenə də Ərdəbil şəhəri ilə ictimai-iqtisadi əlaqələr saxlanılırdı. Yardımlı Vərgədüz dairəsi kimi 1921-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının tərkibində olmaqla Azərbaycan SSR-nin inzibati-iqtisadi ərazisi olmuşdur.(137 s.39)

XIX əsrin II yarısında Yardımlı Zuvand nahiyəsi tərkibində Lənkəran qəzasının tabeliyində olmuşdur. Rayonun Təklə və Sivdaş bölgələrindən fərqli olaraq Pornayım adlanan arealında rast gəlinən bəzi irandilli mikrotoponimlər Lənkəran xanlığının yaranmasından sonrakı dövrə təsadüf edir.

XVIII-XIX əsrlərdə Lənkəran qəzasından Yardımlı ərazisinə təhkim olunmuş nümayəndələr: darğalar, mirzələr, töycü yığanlar əkin sahələrini, yer adlarını asan olsun deyə öz ana dilində – talış dilində yazmağa çalışmış, beləliklə, bəzi talışdilli yer adlarının Yardımlı ərazisində yaranma prosesi baş vermişdir. Hələ indiyədək həm Çuxurkənd kimi qocaların yaddaşında qalan, həm də əhali tərəfindən Körgədi kimi deyilən Köryədi toponimi və buna bənzər bir çox coğrafi adların izahı məhz belə qənaətə gəlməyə əsas verir. [37, s.54].

Yardımlı şivələrinin tədqiqi dilimizin tarixini, tarixi qrammatikasını, dilimizin qədim leksik qatlarını, eləcə də qohum türk dillərinin bir sıra mühüm məsələlərini aydınlaşdırmaqda maraqlı faktlar verir.

Azərbaycan dilinin bir sıra qədim xüsusiyyətlərini və qrammatik formalarını özündə mühafizə edən Yardımlı şivələri indiyə kimi ayrıca tədqiqat obyekti olmamış, sistemli şəkildə araşdırılmamışdır.

Yardımlı rayon şivələri ilə əlaqədar T.B.Həmzəyev Azərbaycan dialektologiyasına aid materiallar adı altında, “Yardımlı rayonu şivəsinin fonetikası“ (1983,76 s.) və “Yardımlı rayonu şivəsinin leksikası”nı (1985,61s.) araşdırmışdır. Müəllif Yardımlı şivələri üçün səciyyəvi olan bir çox fonetik və leksik xüsusiyyətləri üzə çıxarmış, onun dialekt və şivələrimiz içərisində yerini göstərməyə çalışmışdır.

Buna baxmayaraq, bu şivələrə həsr olunmuş araşdırmaları yetərli saymaq olmaz, çünki müəllifin tədqiq etdiyi fonetik və leksik xüsusiyyətlər, xüsusən də sözlük hissəsi Yardımlı şivələrini tam əhatə etmir. Bundan başqa, morfoloji və sintaktik xüsusiyyətlər də bu vaxta kimi tədqiqat mövzusu olmamışdır.

Dialektoloji ədəbiyyatda Yardımlı şivələrinin şərq qrupuna aid edilməsi ilə bağlı müxtəlif fikirlər mövcuddur.

Akademik M.Şirəliyevin məlum bölgüsündə Yardımlı şivələri (Lənkəran şivələri adı altında) şərq qrupuna aid edilmişdir.

Dialektoloq E.İ.Əzizov bir sıra fonetik xüsusiyyətlərdən (o>à, e>ə, h>x, ç>k) çıxış edərək Yardımlı şivələrini Azərbaycan dilinin cə­nub ləhcəsinə aid edir. Bu şivələrin Azərbaycan dili şivələrinin şərq qrupuna aid edilməsini qəbul etmir [28, s.318].

A.H.Vəliyev isə Yardımlı şivələrini keçid şivələr sırasına daxil edir [90,s.27]. Müəllif yazır: “Azərbaycan dialekt və şivələri mövcud təsnifə əsasən dörd qrupa ayrılmışdır. Bu qruplar arasında isə müxtəlif səciyyə daşıyan keçid şivələr yerləşmişdir. Şərq qrupu ilə qərb qrupu arasında Göyçay keçid şivələri, qərblə şimal arasında Ağdaş keçid şivələri, qərblə cənub arasında Cəbrayıl, şərqlə cənub arasında isə Cəlilabad (Astarxanbazar) – Yardımlı keçid şivələri mövcuddur [78, s.3]. Yardımlı şivələrinin Azərbaycan dilinin dialekt bölgüsündəki yerinə nəzər salmaq üçün şərq və cənub qrupunun xüsusiyyətlərilə müqayisələr aparaq. Bu şivələrdə şərq qrupunun, əsasən aşağıdakı xüsusiy­yət­ləri müşahidə edilir:

Ön cərgəli saitlərin arxa cərgəli saitlərlə əvəzlənməsi (ərəbə, qərə, quat). Dodaq saitlərindən sonra damaq saitlərinin gəlməsi (quzi, quti, ucə, onunci). Sağır n (n ‚ ) səsinin işlənməməsi, burun səslərinin olmaması; şəkilçilərin çox vaxt ikivariantlı olması, söz ortasında və sonunda g səsinin inkişafı (bəg, dügi, dəgirman, igirmi), v səsinin möhkəm olmaması (yalo, tö:lə, do:şən); şəkilçilərin dodaq variantının işlənməsi (kitabun, əlun); diftonq səciyyəvi səslərin inkişafı (nöüt, söüt, douz); söz axırında şimal və qərb qrupu dialektlərində kar samitlər (x, x, ‘ k, f) olduğu halda, şərq qrupunda, o cümlədən Yardımlı şivələrində cin­gil­tili samit səslərin (ğ, g, b) geniş yayılması (boxşab, hisab, gedəg, alağ); İntonasiyaya görə sual cümlələrinin daha çox inkişaf etməsi.

Bununla yanaşı, Yardımlı şivələrini Güney qrupuna yaxınlaşdıran aşağıdakı xüsusiyyətlər mövcuddur:

a səsinin ə səsi ilə əvəzlənməsi (qərə, əyax, kərvan, səxsi, Əslan); sözün birinci və ikinci hecasında i səsinin ü səsi ilə əvəzlənməsi (şəkül, büldür); sözün birinci hecasında o səsinin a səsi ilə əvəzlənməsi (av, dav­şan, qavmağ, qavğa, navrız), eləcə də ö>o (növbə>nobat, tövbə>to:ba, köhnə>kohna), ö>u (xurək, xunçə), u>ı (pıl, xurcın, odın, noğıl, mıncığ), ı>u (pambux, qabuğ, sanduğ). o>ö (öyün//ögün, kösə, köl, töyüx, söyüx), u>ü (yün, üşəx, yürd, yümax, üci (qiz, qəyiş, piçax, qalin, aci), ə>i (xiyal, çimən, şikil, zincir), e>ə (ləş, əv), ü>i (düzgin, düyin, sümik, gümiş, binö:rə, şivid<şüyüd), ı>a (kağaz, boğ ä rsağ, ça­ğart­mağ, xarman), a>o (yoxunö (çöür­mağh (horuz, hurcin, harman) və s.

Böyük bəy Rəsuloğlu Marağa ləhcəsi barədə yazır:“. Danışıq ləhcəsi nə Təbriz ləhcəsi kimi çox uzanır, nə də Qaradağ ləhcəsi kimi çox sərt və kəskindir, o ikisinin arasında bir yer tutur. –r səsi yox deyilənə qədər az işlənir. İstər sözün əvvəlində, istər sonunda “y“ səsi ilə əvəz olunar. Belə ki, “Rəhim“ yerinə “Rəyim“, “gəlirəm“ yerinə “gəliyəm“, “ara“ yerinə “aya“ işlənər.” Müəllif Ərdəbil ləhcəsindən danışarkən haqlı olaraq belə qənaətə gəlir:“. Şimali Azərbaycanın cənub bəyliklərində (rayonlarında), xüsusilə Yardımlıya çox yaxın bir ləhcədir. (Yardımlıdakı qocalar daha çox ona yaxın danışırlar).

Şimali Azərbaycanın hətta Bakı ləhcəsində Ərdəbil ləhcəsinin izlərini görmək mümkündür. Bu yaxınlığı çox təbii görmək lazımdır, zira son 200 ildə Bakının bir neft şəhəri kimi inkişafından sonra şimala, xüsusilə Bakıya üz çevirən cənub işçiləri bəlkə də öz təsirini müxtəlif sahələrdə göstərdiyi kimi dil sahəsində də göstərmişdir. Bu müddətdə buraya gələn cənubluların əksəriyyəti də Ərdəbil bölgəsindəndir.

Ərdəbil ləhcəsindəki xüsusiyyətləri aşağıdakı şəkildə özətləmək mümkündür. Bu ləhcələrin ən böyük xüsusiyyəti İstanbul türkcəsində olan “yo“ ortalığına bənzəyən cəhətin var oluşudur. “Gəlirəm“ yerinə İstanbulda “gəliyorum“ dedikləri kimi, Ərdəbil ləhcəsində “gəleyirəm“ şəkili işlənir. Çox hallarda “r“ səsi atılarsa, xüsusilə kənd ağzında söyləniş yuxarıda qeyd etdiyim formadadır (gəleyəm – Ş.M.).

Bu ləhcənin bir başqa özəlliyi, daha doğrusu, Təbriz ləhcəsi ilə fərqi ikinci şəxs mənsubiyyət felin düzəltmə şəkilçilərində son səsin incə və qalınlığından asılı olmayaraq Təbrizdə “yux“la düzəldiyi halda, Ərdəbil ləhcəsində səs uyuşum qaydasına tabe olaraq “yük“ və ya “yık“ ilə düzəlir“ [64, №1-2 (15), s.33].

Yardımlı şivələri üçün səciyyəvi olan -minci, -iminci sıra sayının şəkilçisi Təbriz dialektində də [99, s.102] geniş yayılmışdır. Yardımlı şivələrində işlənən dadaş (böyük qardaş), abduğ//avduğ (ayran), girdəkan (qoz) və s. sözlər eyni mənalarda Güney Azərbaycanın dialekt və şivələrində də işlənir. Ümumiyyətlə, bu yaxınlıq dilin bütün səviyyələrində özünü göstərir. Bunu C. Karininin “Erdebil ili ağızları” əsəridəki zəngin dil faktları da sübut edir.

Apardığımız təhlil və müqayisələrdən belə nəticəyə gəlmək olar:

Bütöv Azərbaycanın mərkəzində yerləşən Yardımlı rayonu vaxtilə Ərdəbil vilayətinin tərkibində olmuş, 1747-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Zuvand nahiyəsi tərkibinə olmuşdur. Keçən iki əsrə yaxın dövr ərzində Yardımlı (1921-1930-cu illərdəki adı Vərgədüz) ərazisindəki bəzi qədim yaşayış məntəqələr talış adları ilə əvəzlənmişdir. Qeyd edək ki, xalq əvvəlki türkmənşəli kənd adlarını bu günə qədər qoruyub saxlamışdır.

Peştəsər (Təpəbaşı), Bozayran, Alar, Arus, Ostayır kəndlərindən e.ə.V-IV əsrlərə aid tapılmış daş qutu qəbirləri, Hamarkənd, Televar, Alar, Arus, Şəfəqli, Sırıq, Gölyeri, Ostayır, Horavar, Xanbulaq, Jiy, Yolocaq və digər qədim yaşayış məntəqələrindən aşkar edilmiş xeyda sayda küp qəbir nümunələri (136 s.16-37) rayonun tarixini daha qədim dövrlərə bağlayır.

Yardımlı ərazisində İlk Orta əsrlərə aid Qız qalası, Cüzünqala, Moran qala (Moran bürcü), Qalabaşı (136 s.43-51) kimi onlarla qala və bürclər, o cümlədən haqqında əfsanələr dolaşan Baba Pirəli (Alar k.), Abu-Zərə // Abidərzə (Arus k.yaxınlığında), Seyyid Xurram,(Ünəç k.), Çiləxana (Horonu k.), Pir Məkkə (Yolocaq k.), Şeyx Sultan Seyyid Məhəmməd (Mişkireyn k.) (əvvəlki adı Muxuş k), Piraşğa (Ostayır k.), Seyyid Məhəmməd//Top-türbə (Bürzünbül k.), Piyə Piruzə //(Pir Əprüz) (Anzov k.) kimi xeyli sayda inanc yerləri-pir, ocaq və türbələr mövcuddur. Yardımlı bölgəsi qədim oğuzların yaşayış yerlərindən biridir : Yardımlı, Ərus, Gügavar, Anzov, Pirembel, Alpan, Alvanaq, Avun, Gilar, Bolqarçay, Ocaqkənd, Ökü və s. toponimlərin mənşəyi, yüzlərlə onomastik vahidlər (Tiydaş, Köçlər, Dibyurd, Haçayurd, Alar, Dəvəboynu, Ənbüs, Sarıbulaq, Çiçəkli, Mərzlər, Baldırğanlı dərə, Ləpəylər, İldırımvuran, Çobançağıran, Sarılıq, Fındıqlıqışlaq, Savalan, Gədiklər, Xoca döngə, Qızılyurd, Daşkənd, Güneylər, Quzeylər, Tala, Yastan, Diblər, Təpəbaşı, İldırımvuran, Dirsək, Yastan, Diblər, Təpəbaşı, İldırımvuran, Dirsək, Çur-çur, Xan bulağı, Qara bulaq, Şahnişin, Daşbulaq və s.), Yardımlı şivələrində işlənən qədim türk sözləri, eləcə də qədim tarixi abidələr bu bölgə haqqında zəngin faktlar verir.

Ərdəbil şivələri ilə eyniyyət təşkil etdiyini nəzərə alsaq, o zaman Yardımlı şivələrinin qədim Azərbaycan dilinin Cənub qrupuna aid edilməsi daha məqsədəuyğundur.

Yardımlı rayon şivələrinin Naxçıvan qrupu dialekt və şivələri ilə yaxınlığı da bu fikri təsdiqləyi r.

AZƏRBAYCAN DİLİ

Dildəki sözlərin hamısı birlikdə dilin leksikasını (lüğət tərkibini)təşkil edir.
Leksikanı öyrənən dilçilik bölməsi leksikologiya adlanır.


Leksikologiyada sözlərin mahiyyəti, onların formaca və məzmunca əmələ gətirdiyi qruplar, sözlərin mənşəyi və işlənmə dairəsi öyrənilir.
Dilimizdəki sözlərin çoxunun həm leksik, həm də qrammatik mənası vardır.
Sözün birbaşa ifadə etdiyi mənaya onun leksik mənası deyilir.Başqa sözlə dəsək, sözün leksik mənası onun məzmununu bildirməsi, hər hansı bir anlayışı ifadə etməsidir. Məsələn: “qələm” sözünün leksik mənası “yazı alətidir”. Sözün leksik mənasini bir neçə yolla izah etmək olar:
1.Verilən sözə yaxın mənalı söz seçməklə. Məsələn: azadlıq -müstəqillik – sərbəstlik.
2. Əşyanın, hərəkətin əlamətlərini izah etməklə. Məsələn: dəmirçi – metaldan müxtəlif alətlər hazırlayan pesə sahibi.
3. Sözün hissələrinin mənasını açmaqla. Məsələn: mürəkkəbqabı – içində yazı üçün mürəkkəb saxlanılan qab.
Sözün leksik mənası ilə yanası, onun qrammatik mənası da olur. Sözün qrammatik mənası onun hər hansı bir əşyanın adını, əlamətini, miqdarını və s. bildirməsidir.Məsələn: “qələm” sözü əşyanın adını, “qırmızı” əlamətini, “bir” isə miqdarını bildirir. Buna görə də bu sözlərdən birincisi isim, ikincisi sifət, üçüncüsü isə saydır. Deməli, sözün qrammatik mənası onun hansı nitq hissəsi olması deməkdir.

Sözün həqiqi və məcazi mənası

Dilimizdəki sözlərin bır çoxu həm həqiqi, həm də məcazi mənada işlədılir. Sözün ilkin, əsas mənası onun həqiqi mənasıdır . Məsələn: “dəmir qapı”, “daş divar”, “yıımşaq çörək” və s. söz birləşmələrindəki birinci tərəflər həqiqi mənada işlənmişdir. Sözün sonradan qazandığı törəmə mənası isə onıın məcazi mənası adlanır . Məcazi məna çox vaxt bənzətmə vasitəsilə və ya insanlara məxsus hərəkətlərin cansız əşyalara aid edilməsi yolu ilə yaranır. Məsələn: “dəmir iradə”, “daş ürək”, “yıımşaq söz” və s. söz birləşmələrindəki birinci tərəflər – “dəmir”, “daş” və “ yumşaq” sözləri bənzətmə yolu ilə yaranmışdır. “Külək yatdı”, “Təbiət gülür”, “Təbiət oyanır”, “Günəş gizləndi” və s. cümlələrindəki xəbərlər isə insana aid hərəkətin cansız əşya üzərinə köçürülməsi yolu ilə ortaya çıxmış məcazi mənalı sözlərdir.

Təkmənalı və çoxmənalı sözlər

Yalnız bir leksik mənası olan sözlərə təkmənalı sözlər deyilir. Məsələn: dənizçi, səkkiz, yaraşıqlı, yadırğamaq, sığırçın və s. kimi sözlər bir leksikmənada işlənən təkmənalısözlərdir.
Bir neçə yaxın mənada işlənən sözlərə isə çoxmənalı sözlər deyilir. Çoxmənalı sözlər əsas məna ilə bağlı əlavə mənalar da bildirir. Məsələn: “ayaq”, “ağız”, “boğaz”, “almaq”, “çəkmək” və s. sözləri eyni leksik məna ilə bağlı bir neçə yaxın mənalarda işlənir:
Ayaq – uşağın ayağı, masanın ayağı, kəndin ayağı və s.
Ağız – quşun ağzı, qazanın agzı, baltanın ağzı və s.
Boğaz – uşağin boğazı, bardağın boğazı, çəkmənin boğazı və s.
Almaq – kitabı almaq, tərbiyə almaq, xəbər almaq və s.
Çəkmək – ipi çəkmək, yol çəkmək, sıxıntı çəkmək və s.
Tutmaq – topu tutmaq, üz tutmaq, fıkri tutmaq və s.
Acı – acı dərman, acı xatirə, acı söz və s.
Ağır – ağır yük, ağır itkı, ağır cəza, ağır xasiyyət və s.
Çoxmənalı sözlərdə sözün mənalarından biri əsas, qalanları isə məcazi mənada işlədilir. Məsələn: “adamın gözü” birləşməsındəki “göz” sözü həqiqimənada, “bulağın gözü” bırləşməsində isə bu söz məcazi mənada işlənmişdir. Yuxarıdakı nümunələrdə də sözlərin bırinci mənalari uşağın ayağı, quşun ağlı və s.) həqıqı mənada, sonrakı mənalari ısə məcazi mənada işlənmişdir.
Çoxmənalı sözlər daha çox isim, sifət və fellərdənibarət olur. Çoxmənalılığı təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur. Məsələn: uşağın dişi – darağın dişi – hər ikisi isimdir ; şirin meyvə – şirin söhbət – hər ikisi sifətdir.
Çoxmənalı sözlərdə əsas məna ilə bağlılıq zəruri şərtdir.Bu bağlılıq olmadıqda həmın sözlər çoxmənalılıq yox, omonimlik xüsusiyyətini daşıyır.

Antonimlər

Bir-birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir.

Məsəslən: yer – göy, sülh – müharibə, igid – qorxaq, gülmək – ağlamaq,oturmaq – qalxmaq, gecə – gündüz və s.

Antonimləri təşkil edən sözlər də eyni bir nitq hissəsinə aid olur.
-lı, -sız, -bi, li antonim şəkilçiləri ilə yaranan sözlər leksik antonim deyil. Məsələn: güclü sözünün antonimi gücsüz yox, zəif sözü sayılır.

Sinonimlər

Yazılışı və deyilişi müxtəlif olan, lakin eyni və ya yaxın mənalırı bildirən sözlərə sinonimlər deyilir.
Məsələn: ürək – könül – qəlb, böyük – iri – yekə, odlamaq – alıçdırmaq – yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın və sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə) , bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.

Sinonimləritəşkil edən sözlər eyni nitq hissəsinə aid olur.
-bi, -siz, -la, sinonim şəkilçiləri ilə yaranan sözlər də sinonim deyil. Məsələn: bivəfa – vəfasız; laməkan – məkansız.
Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur.Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.

Omonimlər

Deyilişi və yazılışı eyni olan, leksik mənası isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:

Bağ -meyvə ağacları əkilmiş sahə.
Bağ – bir şeyi bağlamaq üçün ip.

Şam – yandırmaq üçün cisim
Şam – ağac adı
Şam – axşam yeməyi

Fokus – linzanın fokusu
Fokus – sirkdə göstərilən nömrə

Bu nümunələrdəki bağ , şam və fokus sözlərinin deyilişi eyni olsa da, onların ayrı-ayrı anlayışları var. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, alışmaq, an, aş, aşıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bənd, boya, bulamaq, çat, çap, çay, çaxmaq, çən, dad, dağ, dan, dar, daş, din, don, dolu, divan, düz, en, əqrəb, əsər, göy, gül, hava, iç, inci, incitmək, it, keçinmək, kök, köç, kürək, qala, qat, qaş, qaz, qır, qız, qurd, qan, qol, qovaq, qoyun, ləpə, mürəkkəb, nəticə, rəng, ov, oxu, oxşamaq, saç, sal, şam, şor, tala, tək, top, tut, uçmaq, üz, var, yağ, yal, yan, yaş, yad, yay, yar, yara, yaz, yol və s.

Omonimıiyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bağ və şam omonimlərinin hər ikisi isimdir. Aşağıdakı omonimlər də eyni bir nitq hissəsinə aiddir:
Ay – yerin peyki.
Ay – 30 gün.
Bal – qatı şirin maddə.
Bal – zəlzələnin, küləyin gücünü bildirən ölçü vahidi.
Bal – rəqs gecəsi, şənlik
Əqrəb – saatın mili
Əqrəb – zəhərli həşarat;

Uçmaq – qanadlanmaq,
Uçmaq – dağılmaq.
Oxşamaq – bənzəmək,
Oxşamaq – əzizləmək
Alışmaq – öyrənmək, adət etmək.
Alışmaq – yanmaq.

Dilimizdə ayrı-ayrı nitq hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur.
İsim və sifət kimi işlənən omonimlər:
Yaş -insan ömrünün müəyyən dövrü.
Yaş – nəm, islanmış
Kök – tərəvəz,
Kök – dolu, yoğun, şişman.
Mürəkkəb – yazı üçün maye,
Mürəkkəb – çətin

Omonimlərin bir çoxu isim və feil kimi işlənə bilir:
Gül ətri (isim) – Ağlama, gül (feil).

Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: oynaq (bədəndə sümük) ismi ilə oynaq hava birləşməsindəki oynaq sifəti düzəltmə omonimdir.

Səslənməsinə görə bir-birinə oxşar olan ahəng – əhəng, atlaz – atlas, əsr – əsir, serviz – servis, sənəd – sənət və s. kimi sözlər omonim deyil, çünki yazılışları fərqlidir. Tırkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır.

Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Vəsələn: alma (isim) – alma (feil), əkin (isim) – əkin (feil), dimdik (isim) – dimdik (sifət) və s.

Bu gür sözlərin yazılışları eyni olsa da, tələffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır.

Qrammatik şəkilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.

Mehriban (şəxs adı_ – mehriban, çiçək – Çiçək (şəxs adı), yaqut – Yaqut (şəxs adı) kimi tərəflərindən biri xüsusi isim olan sözlər omonimlik yaratmır . Belə ki, bu vaxt məna-məfhum fərqi meyadana çıxmır, anlayış dəyiəmir. Bundan başqa, nərə, əyan, bəzən tipli sözlər də omonim sayılmır . Çünki nərə (qışqırtı), əyan (dövlət məmuru), bəzən (hərdən) sözlərində birinci hecadakı sait uzun tələffüz olunur. Eyni çür yazılan nərə (balıq), əyan (aşkar), bəzən (bəzənmək) sözlərində isə heç bir sait uzanmır. Omonimin tərifindən çıxış edərək, bu sözlərin yazılışı eyni olsa da, tələffüzünüm fərqi olması onların omonim olmadığını söyləməyə əsas verir.

Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimik xüsusiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlan və şirəli kök birləşmələrindəki kök sözü isə omonimdir. B oğaz, yar, qaş, qol, yol, daş, duz, dolu, dil, yay, üz, tut, bel sözləri də həmçoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.




Frazeoloji birləşmələr

Dildə iki cür söz birləşməsi mövcuddur: sərbəst söz birləşməsi və sabit söz birləşməsi. Sabit söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Frazeoloji birləşmələr tərkibcə dəyişməyən və məcazi mənada işlənən sabit söz birləşmələridir . Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək ( şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji söz birləşməlidir. Belə birləşmələrin tərkib hissələri olan sözlər öz həqiqi mənasından uzaqlaşır və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar cümləsindəki frazeoloji birləşmə nə edirlər? sualına cavab verir, deməli, cümlənin xəbəridir.

Frazeoloji birləşmələr dildə hazır şəkildə olur. Onların çoxunu bir sözlə əvəz etmək olar. Məsələn: ürəyinə xal düşmək – şübhələnmək, qulaq asmaq – dinləmək, ağzına su aləb oturmaq – susmaq və s.

Frazeoloji birləşmələr əsas və asılı tərəf olunur.
Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik xüsusiyyətlərinə malik olur.
Frazeoloji omonimliyə aid nümunələr: can vermək, üz vermək, ürəyi yanmaq, işə düşmək, başa vurmaq və s. Məsələn: Elə bil yağış susuz torpaqlara can verdi. – Döyüşçü yaralanaraq meydanda can verdi; Susuzluqdan ürəyi yanır. – Ananın qocaya ürəyi yanır; Əvvəllər də bədbəxt hadisələr üz verirmiş. – Üz verirsən, astar istəyir.

Frazeoloji sinonimlik dedikdə eyni və ya yaxın mənaları bildirən frazeoloji birləşmələr nəzərdə tutulur. Məsələn: qulaq asmaq – qulaq vermək, qılığına girmək – qəlbinə yol tapmaq və s.

Frazeoloji antonimlik dedikdə mənaca bir-birinə əks olan frazeoloji birləşmələr nəzərdə tutulur. Məsələn: xoşu gəlmək – zəhləsi getmək, ağzına su alib oturmaq – dilotu yemək və s. Frazeoloji birləşmələr omonimlik, sinonimlik və antonimlik xüsusiyyəti daşıyarkən hər iki tərəf mütləq Frazeoloji birləşmə olmalıdır.

Frazeoloji birləşmələrdə əsas və asılı tərəf olmadığı üçün onlara bir tərəfdən digər tərəfə sual vermək olmur.
Frazeoloji birləşmələr nitqə xüsusi ifadəlilik, canlılıq gətirir. Onlar daha çox bədii üslubda və məişət üslubunda işlənir

Alınma sözlər

Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər . Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlik və feillərin , demək olar ki, hamısı) milli mənşəli sözlərdir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:

1.Ərəb və fars dillərindən alınma sözlər.
2. Avropa dillərindən alınma sözlər.

Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s.
Alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan xüsusiyyətləri bilmək zəruridir:

1. Sözdə iki saitin yanaşı işlənməsi.
Məsələn: ailə, zəif, səadət, müəllim, sual, maaş, bədii, mətbəə və s.

2. Sözdə uzun tələffüz olunan saitin işlənməsi.
Məsələn: aləm, məna, elan, xüsusi, səliqə və s.
Avropa mənşəli sözlərdə uzun tələffüz olunan sait olmur.

3. sözün r samiti ilə başlanması.
Məsələn: rezin, rayon, rəssam, rəf, rəndə və s.

4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s. Qiji, qijilti kimi sözlər istisnadır .

5. Vurğusu son hecaya düşməyən sözlərin çoxu (bayaq, bildir, dünən, necə, ancaq, yalnız, sanki və s. kimi əsl Azərbaycan sözləri istisnadır).

6. Sözdə ahəng qanununun pozulması.
Məsələn: aşıq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).

7. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi – sirr, həll, hiss, xətt, tibb, hədd və s.
8. Qoşa yy samitli sözlərin hamısı.

9. Tərkibində q samitinin kar qarşılığı k səsi olan sözlərin çoxu – kolxoz, klub, tank, xalq, şəfəq, əxlaq və s.

10. Fleksiyaya uğrayan ( kökü içəridən dəyişən ) sözlər :
Məsələn: (ərəb mənşəli sözlər) nəsr-nasir-mənsur; şəkil-təşkil-mütəşəkkil; eşq-aşiq-məşuq-məşuqə və s.

11. Sonu -at şəkilçisi ilə bitən sözlər: məlumat, hesabat, mühasibat, tələbat və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdir.

Ərəb və fars dillərindən alınma sözlər isə la-, na-, bi-, ba- ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur.
Məsələn: laməkan, laqeyd, naşükür, naməlum və s.
Nadinc və nakişi sözləri istisna hal olaraq milli mənşəlidir.

Məktəb, təhsil, din və ilahiyyatla bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, məktub, kitab, katib, dərs, tədris, mədrəsə, sinif, elm, Allah, rəbb, islam, peyğəmbər, məscid, müsəlman, inam, namaz, səcdə, ilahi, oruc, həcc, molla, axirət, cənnət, şeytan, Əkbər, Zəhra, Ömər, Cəfər, Həsən, Əli, Fatma və s.

Sözün əvvəlində iki samitin yanaşı gəlməsi də əsl Azərbaycan sözləri üçün səciyyəvi xüsusiyyət deyil. Məsələn: plan, prospekt, şkaf, tramplin və s.
Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Dilimizdə fars dilindən keçən sözlərin əksəriyyəti poetik ifadələr və sözlərdir. Məsələn: gül, bülbül, bahar, payız, dilbər və s.
Rus dilindən keçmiş sözlər: samovar, paraxod, zavod, vedrə və s.
Latın dilindən keçən sözlər: direktor, respublika, konstitusiya və s.
Alman dilindən keçən sözlər: veksel, kurort, qalstuk, şayba və s.
İngilis dilindən keçən sözlər: klub, mitinq, trolleybus, keks, futbol, rels, basketbol və s.

Alınma sözlərin bir çoxunun dilimizdə qarşılığı vardır. Lakin bu, nitqdə alınma sözlərdən qaçmağa əsas vermir. Alınma sözlərdən elmi, qismən də, bədii və publisistik üslublarda termin kimi istifadə etmək mümkündür. Lakin danışıqda, məişət üslubunda onlardan istifadə olunmasına ehtiyac yoxdur.

Alınma sözlərin bir çoxu nitqimizi zənginləşdirir, onu dəqiq və ifadəli edir. Lakin onlardan yerli-yersiz istifadə etmək dili korlamağa gətirib çıxarır.

Dilimizə müxtəlif dillərdən söz keçdiyi kimi, başqa dillərə də Azərbaycan sözləri daxil olmuşdur. Məsələn, fars dilində ordu, bağ, boran, boşqab sözləri; rus dilində işlənən kərpic (ruscada kirpiç), karandaş, ütü (utyuq), s andıq (sunduk) və s. sözlər bizim dilimizdən keçmişdir.

Ümumişlək və ümumişlək olmayan sözlər

Dilimizdəki sözlər işlənmə dairəsinə görə 2 qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər .
Mənası hamı tərəfindən anlanılan sözlərə ümumişlək sözlər deyilir.

Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad və s.

ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR

Hamı tərəfindən istifadə olunmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər dörd qrupa bölünür:

1. dialekt sözlər
2. ixtisas sözləri
3. yeni sözlər
4. köhnəlmiş sözlər

DİALEKT SÖZLƏR

Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözlər deyilir.
Məsələn: döşəkçə ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü isə yalnız ayrı-ayrı bülgə və kəndlərdə yaşayanların işlətdiyi dialekt sözdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), gəvəzə (boşboğaz), əlardan (dəsmal), dənab (qaynadılmış su), qəməlti (bıçaq), siyəzi (kisə), zivə (paltar asmaq üçün ip) və s. sözlər dialekt sözlərdir.

TERMİNLƏR

Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər deyilir . Məsələn: frazeologoya, mübtəda, orfoepiya, tropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna və s.

Terminlər elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üsluba başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyətdir.

Terminlərin xarakterik xüsusiyyətləri yığcamlıq, yeni söz yaratmaq qabiliyyətinin, emosionallığın və məcaziliyin olmaması, çox vaxt da sinonimin olmamasıdır.

Qeyd: Dildə işlənən kobud ifadələr, nalayiq sözlər vulqar sözlər adlanır.

YENİ SÖZLƏR

İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.

Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, soyad, durum, dəstək, önəmli, gündəm, cangüdən və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yeni sözlərdir.
Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: mesaj, internet, bələdiyyə, investisiya, birja, kompüter, menecer və s.

KÖHNƏLMİŞ SÖZLƏR

Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişləkxüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı (ölçü və çəki vahidləri, geyim adları, rütbə adlarə, pul vahidləri və s.) köhnəlmiş sözlər tarixizm adlanır.
Məsələn: çarıq, daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), yasavul (polis), xurcun (torba), batma (çəki vahidi) və s.

Comments are closed, but trackbacks and pingbacks are open.