Press "Enter" to skip to content

Türk dilləri ailəsi. Azərbaycan dilinin morfoloji quruluşu

Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin köməyi ilə çatdırılır. Lakin piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir. Məsələn, piktoqrafik yazıda günəş şəkli günəşin özünü bildirir, ideoqrafik yazıda isə bu şəkil işıq anlayışını ifadə edir.

Dil və dilçilik.

Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır.
Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə – insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. Insan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Belə ki, yeni doğulan uşaq insanlarla ünsiyyət saxlamasa, yəni insan yaşamayan mühitdə böyüsə (və ya lal adamlar arasında tərbiyə olunsa), o danışa bilməz.

Dil ancaq insana məxsusdur, heyvanlar yalnız münasibəti duya bilirlər.

Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Buna sübut olaraq, belə bir nümunə göstərmək olar: bir zənci balası körpəlik çağından valideynlərindən ayrı düşərək Azərbaycan ailəsində böyüyərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq.

Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.

Dil haqqında kəlamlar: “İnsan öz dilinin altında gizlənmişdir, danışmağa başlayandan sonra ağıllı və ya ağılsız olduğu bilinir. (Hz. Əli əleyhissəlam). “Dil fikri açmaq üçün yox, gizlətmək üçündür. (Taleyran).

Yazı haqqında

İnsanlar şifahi dilin köməyi ilə yalnız müəyyən yaxın məsafədə, bir-birləri ilə ünsiyyət saxlaya bilmişlər. Zaman keçdikcə insanlar səsin çatmadığı yerlərlə də əlaqə saxlamağa ehtiyac duymuşlar. Bu ehtiyacın nəticəsi olaraq yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.

Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdur. İnsanlar uzaq yerlərə öz fikirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyavi yazı adlanır.

Bir sıra nağıllarımızda əşyavi yazı ilə bağlı maraqlı epizodlar vardır. Məsələn: “Daşdəmirin nağılı”nda Mirzə Möhsün Nardana “məktub” – daş, dəmir, əl dəyirmanı, armud və gavalı göndərir. Nardan daşla dəmirin Daşdəmir, əl dəyirmanının isə ovdan olduğunu bilir. Daşdəmir isə armudun Abasbəyi armudu adlandığına görə şahın qoşun başçısı Abas bəyə, gavalının isə vəzir Alı adlandığına görə vəzirə işarə edildiyini oxuyur.

Müasir həyatımızda da əşyavi yazının izlərinə rast gəlmək mümkündür. Məsələn, yas saxlayan şəxsin qara paltar geyməsi onun yaxın bir adamının vəfat etdiyini bildirir.

Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr də bugünkü həyatımızda öz varlığını qoruyub saxlamışdır. Məsələn, ayaqqabı dükanının şüşəsində ayaqqabı şəklinin çəkilməsi piktoqrafik yazı nümunəsidir.

Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin köməyi ilə çatdırılır. Lakin piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir. Məsələn, piktoqrafik yazıda günəş şəkli günəşin özünü bildirir, ideoqrafik yazıda isə bu şəkil işıq anlayışını ifadə edir.

Nəqliyyat yolunda qoyulmuş nida işarəsi və ya maşınların hərəkətini tənzimləyən qırmızı, sarı, yaşıl işıq ideoqrafik yazıya nümunə ola bilər.

Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə olunmusdur Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərflə ifadə olunur.

Hazırda istifadə etdiyimiz latın əlifbası fonoqrafik yazıya əsaslanır.

Dilçiliyin sahələri

Dilçilik elmi dilin qayda-qanunlarını, xüsusiyyətlərini, quruluşunu öyrənir. Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin fonetika, leksikologiya, morfologiya və sintaksis kimi bölmələrindən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi sahələri də vardır.

Etimologiya. Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimologiya deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu halda etimologiya elminə üz tutmaq lazım gəlir. Sözün kökünü üzə çıxarmaq, onun başqa sözlərlə bağlılığım öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlili deyilir.

Lüğətçilik. Dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarını öyrənir. Lüğətçilik Azərbaycan – türk dilçiliyinin qədim sahəsidir. Mahmud Kaşğarinin məşhur “Divanu lüğətit – türk u (XI əsr) buna nümunə ola bilər. Hüsam Təbrizi (XIII əsr) Hinduşah Naxçivani (XIV əsr) kimi Azərbaycan alimləri də lüğət tərtib etmişlər. XX əsrin əvvəllərində Sultan Məcid Qənizadə, Üzeyir bəy Həcıbəyov, Əliağa Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər. 1964-1987-ci illərdə Əliheydər Orucovun müəllifliyi və rəhb ərliyi ilə nəşr olunmuş 4 cildlik “Azərbaycan dilinin izahlı lüğəti” son 50 ildə lüğətçilik sahəsində görülmüş ən böyük iş sayılır. Lüğətlərin bir neçə növü var: izahlı lüğətlər, tərcümə lüğətləri (məsələn, azərbaycanca – ərəbcə və ya ingiliscə -azərbaycanca lüğətlər və s.) və terminoloji lüğətlər (məsələn, dilçilik terminləri lüğəti).

Dialektologiya. Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Yerli -məhəlli danışığa dialekt və ya şivə deyilir. Bir çox şivələrimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş, lakin indi unudulmuşdur. Bu baxımdan dialektlər dilimizin tarixini, onun inkişaf mərhələrini öyrənmək üçün çox əhəmiyyətlidir. Ayrı-ayrı ərazilərdə işlənən yerli – məhəlli söz və ifadələrə dialektizm deyilir. Bədii əsərlərin dilində dialektizmlərə rast gəlmək olur.

Azərbaycan dilinin morfoloji quruluşu

Dillər qohumluq xüsusiyyəti ilə yanaşı, morfoloji quruluşuna görə də müəyyən qruplara ayrılır. Morfoloji quruluşuna görə dünya dilləri kök dillər, flektiv dillər və iltisaqi dillər kimi qruplara bölünür. Kök (amorf) dillərdə sözün kökü dəyişmir və sözdəyişdirici (leksik) şəkilçi olmur (məsələn, Çin dili) . Flektiv dillərdə sözün kökü içəridən dəyişir və şəkilçi sözün əvvəlində, axırında gəlir (məsələn, ərəb dilində).

Azərbaycan dili morfoloji quruluşuna görə iltisaqi (aqqlütinativ) dillərə daxildir. Bu tip dillərdə sözün kökü dəyişmir və həmişə müstəqil leksik məna bildirir. Şəkilçilərin (həm leksik, həm də qrammatik), bir qayda olaraq, söz kökündən sonra gəlməsi üə iltisaqi dillərin əsas xüsusiyyətlərindən biridir. Bu xüsusiyyət dilimizdəki əsl Azərbaycan sözlərinə (türk mənşəli sözlərə) aiddir. Alınma sözlərdə isə bu qaydanın pozulması halları özünü göstərir, yəni şəkilçi söz kökündən əvvəl işlənir. Məsələn: na-insaf, na-məlum, bi-vəfa, bi-şüur, la-qeyd, ba-məzə və s. (Əsl Azərbaycan sözləri olan kişi və dinc sözləri də na şəkilçisi ilə işlənir: na-kişi, na-dinc).

Dilimizin morfoloji quruluşu və ahəng qanunu

Məlum olduğu kimi, ahəng qanunu sözdə qalın və incə saitlərin bir-birini izləməsi deməkdir. Dilimizin əsas fonetik qanunu kimi, ahəng qanunu fonetikada öyrənilir. Lakin ahəng qanunu dilimizin morfoloji quruluşu ilə də birbaşa bağlıdır. Belə ki, dilimizdəki milli sözlərdə ahəng qanunu, əsasən, gözlənilsə də, bir çox alınma sözlərdə pozulur. Məsələn: kitab, alim, dünya, vəfa, radio və s. Bununla belə, bu kimi sözlərə öz dilimizə məxsus hər hansı bir şəkilçi artırdıqda həmin şəkilçi söz kökündəki son hecanın ahənginə mütləq uyuşmalıdır. Məsələn: kitab-lar, alim-lər-imiz, dünya-da, vəfa-lı, radio-ya və s. Deməli, ahəng qanunu köklə şəkilçi arasında daha möhkəm və dəyişməz olur. Köklə şəkilçi sözün morfoloji quruluşunu müəyyən edir. Ahəng qanunu isə köklə şəkilçi arasında nizamlayıcı amil rolunu oynayır. Deməli, ahəng qanunu fonetik hadisə olmaqla yanaşı, həm də morfoloji hadisədir. Məhz bu xüsusiyyətinə görə ahəng qanunu dilçilikdə morfonoloji (morfologiya və fonetikanı birləşdirən) hadisə sayılır. Morfonologiya iki sözdən ibarətdir: morfologiya, fonetika.

Türk dilləri ailəsi. Azərbaycan dilinin morfoloji quruluşu

İnsan cəmiyyətinin yarandığı dövrlərdə dünya dilləri az sayda olmuşdur. Daha sonra isə bir dil arasında bölünmə baş vermiş, bir dildən onlarla dillər əmələ gəlmişdir. Təbii haldır ki, dillərin yaranma prosesi zamanı da onlarla dil ölmüşdür. Beliklə, dünyada 3500-dən çox dil meydana gəlmişdir. Bir kökdən yaranan dillər qohum dillər hesab olunur. Qohum dillərin isə hamısına birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə daxildir. Qohum dillərin yaranması ağacın qol-budağa ayrılmasına bənzəyir. Məsələn, qədim ulu türk dili bu dillərə ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Sonra isə bu dillər də öz növbəsində ayrı-ayrı dillərə ayrılır. Oğuz dilindən türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi yaranır. Qıpçaq dilindən qazax qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır. Qarluq dilindən özbək, uyğur, salur və s. dillər yaranır. Dil şaxələrinə dil qrupları da deyilir. Azərbaycan dili, Türkiyə türkcəsi, türkmən dili, qaqauz dili oğuz qrupunu təşkil edir. Ayrılma zamanı eyni budaqdan olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə yaxın olur. Bunun üçün də eyni dil qrupuna mənsub insanlar bir-birilərini daha yaxşı anlayır. Bugünkü Azərbaycan dilinin fonetik sistemi, lügət fondu və qrammatik quruluşu artıq birinci minillikdə təşəkkül tapmışdı. Bu isə Azərbaycan xalqının varlığından, mövcud olmasından xəbər verir. Dillərin bir-biri ilə qohum olması ilə yanaşı, həm də onların tipoloji bölgüsü var. Tipoloji bölgüdə sözlərin morfoloji quruluşu əsas götürülür. Buna görə də dünya dilləri bir neçə qrupa bölünür. Bəzi dillər vardır ki, onlarda, ümumiyyətlə, şəkilçi olmur, sözün kökü dəyişmir. Belə dillərə kök dillər (amorf dillər)deyilir. Vyetnam və Çin dilləri amorf dillər qrupuna aiddir. Bəzi dillər də vardır ki, onlarda sözün kökü həm içəridən dəyişir, həm də şəkilçi sözün müxtəlif yerlərində, yəni əvvəlində,axırında işlənir. Sözün müxtəlif yerlərində işlənməsinə görə şəkilçinin bir neçə növü metdana çıxır: prefiks (ön şəkilçi ), infiks (ortada gələn şəkilçi), suffiks (son şəkilçi). Şəkilçi sözün müxtəlif yerlərində yerlərində gəldiyi üçün söz dəyişir, fleksiyaya uğrayır. Ərəb dilindəki sözlərin çoxu fleksiyaya uğrayır. Məsələn, n əzər – nazir- mənzərə; nəsr -nair – mənsur; hökm- hakim-məhkəmə-məhkum- mühakimə və s. Bu sözlər fleksiyaya uğramışdır, yəni daxildən dəyişilmişdir. Belə dillərə flektiv dillər deyilir. Bütün türk dillərində, eləcə də Azərbaycan dilində sözün kökü həmişə dəyişməz olaraq qalır. Sözün kökü həmişə müstəqil mənalı olur. Dilmizdəki şəkilçilər – istər sözdüzəldici olsun, istər sözdəyişdirici söz kökündən sonra gəlir. Belə dillər isə iltisaqi (aqlütinativ) dillər adlanır. «Aqlütinasiya» yapışma deməkdir, buradan da göründüyü kimi, yəni şəkilçi sözə yapışır. Təbiidir ki, iltisaqilik prinsipinə uyğun gələn, onun tələblərini yerinə yetirən türk mənşəli sözlərdir. Dilimizdə alınma sözlərin də çoxluq təşkil etməsi danılmazdır. Sözlər dilimizə ya ərəb və fars dillərindən, ya da rus və avropa dillərindən keçmişdir. Həmin sözlər alınma olduqları üçün bəzən iltisaqilik prinsipindən kənara çıxır. Məsələn, sözün əvvəlinə şəkilçi artırılır: ərəb- fars mənşəli sözlər – naməlum, laməlan, baməzə; Rus -Avropa mənşəli sözlər – antifaşist, a normal. Bəzi sözlər vardır ki, şəkilçini ayırdıqda kök məna vermir. Məsələn, Rus-Avropa mənşəli sözlərdə-bioloji, frazeologiya sözlərində – loji, logiya şəkilçidir, bunları kökdən ayırdıqda kök məna vermir. Ərəb -fars mənşəli sözlərdə mənəvi, lüğəvi sözlərində – vi şəkilçidir, ancaq mənə və lüğə sözləri dilmizdə yoxdur. Lakin öz dilimizə məxsus olan nadinc və nakişi sözlərindəki – na ön şəkilçisi türk mənşəli olan dinc və kişi sözlərindəki- na ön şəkilçisi türk mənşəli olan dinc və kişi sözlərinə artırılmışdır. Və yaxud da dilimizdə olan alçaq, alçal sözlərində – q-l, kiçik, kiçil sözlərindəki -k,-l çəkilçidir. Lakin bunları kökdən ayırsaq, kök məna verməyəcək, müstəqil kök olmayacaq. Ona görə də belə sözlər sadə sözlər hesab olunur, bunlarda hələ morfoloji sabitlik yaranmayıb.

Əgər mətndə orfoqrafik səhv aşkar etmisinizsə, o zaman Ctrl+Enter düymələrini sıxaraq bizə göndərin.

Похожие статьи

  • Azərbaycan dilinin leksikası

    Azərbaycan dilinin leksikası 5) Sözün tərkibində «j» samitinin işlənməsi: Əjdər, ajan, hajər və s. Leksika Söz dilin əsas vahididir. Dildəki sözlərin…

  • Azərbaycan dilinin fonetikası

    My site -> Son səsi (x) və ya (ğ) kimi tələffüz olunan çoxhecalı sözlər “q” ilə yazılır. Həmin sözlərə saitlə başlanan şəkilçilər qoşulduqda “q” samiti…

  • Azərbaycan dilinin tarixi qrammatikası azizxan tanriverdi

    Tanrıverdi Əzizxan. Azərbaycan dilinin tarixi qrammatikası 1989-cu ildə Özbəkistan onomastikası konfransında iştirak edib. 7–10 oktyabr 2014-cü ildə…

  • Azərbaycan dilinin orfoepiya lugeti

    Azərbaycan dilinin orfoqrafiya lüğəti nin çapı koronavirusa görə təxirə düşdü 5.1.1. ixtisarlar yalnız sait və ya samit hərflərdən ibarət olduqda, onlar…

  • Azərbaycan ədəbi dilinin üslubları

    Sərbəst İşlər Elmi üslub bədii üslub qədər kütləvi xarakter daşımır. Belə ki, bədii üslubda yazılan hər bir parçanı hamı oxuyanda və ya eşidəndə başa…

Comments are closed, but trackbacks and pingbacks are open.