Press "Enter" to skip to content

Azərbaycan dilinin morfoloji quruluşu

Bu bölünmə (şaxələnmə) milli dillər yaranana qədər davam edir. Dil şaxələrinə dil qrupları da deyilir. Yəni Azərbaycan dili, türkmən dili qaqauz dili, Türkiyə türkcəsi oğuz qrupunu təşkil edir.

Azərbaycan dilinin morfoloji quruluşu

Azərbaycan dili dərsi

AZƏRBAYcAN DİLİNİN QURULUŞU VƏ TARİXİ

1. AZƏRBAYCAN DILI. Bu dil Azərbaycan Respubli-ka-sın-da və cənubi Azərbaycanda yaşayan (İran İslam Res-pub-likası) azər-baycanlıların ana dilidir. Bu dildə dünyanın müxtəlif yerlərində yaşayan təxminən 50 (əlli) milyona qədər əhali danışır.
Dilimiz tarixən türk dili, türkcə adı isə tanınmış, Şimali Azərbaycan Rusiyanın tərkibinə ilhaq edildikdən sonra (1813, 1828) dilimizi tatar dil, türk-tatar dili, Azərbaycan-tatar dili, tatar dilinin Qafqaz ləhcəsi, türk-Azərbaycan dili adlandırmağa başlamışlar. 1919-cu ildən (Azərbaycan Demokratik Respublikasının qurulmasından sonra) dilimizin əvvəlki adı bərpa edilmiş və dilimiz türk dili adlandırılmışdır.
1936-cı ildə qəbul olunmuş SSRİ Konstitusiyası ilə xalqımız azərbaycanlı, dilimiz isə Azərbaycan dili adlandırıldı.
1993-cü ilin yanvarında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə dilimiz yenidən türk dili adlandırıldı.
1995-cı il 12 noyabr səsverməsi ilə konstitusiyada dilimizin adı Azərbaycan dili kimi qəbul olundu.
2. TÜRK DILLƏRI AILƏSI. Bir kökdən törəyən dillər qo-hum dillər sayılır. Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.
Türk dilləri ailəsinə daxil olan dillər, əsasən, üç qrupa bölünür:
1) Oğuz qrupu (budağı). Bu qrupa türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi daxildir.
2) Qıpçaq qrupu (budağı). Bu qrupa qazax, qırğız, tatar, başqırd, qumuq və s. dilləri daxildir.
3) Qarluq qrupu (budağı). Bu qrupa özbək, uyğur, salur və s. dillər daxildir.
Oğuz qrupuna daxil olan dillərin, o cümlədən Azərbaycan dilinin formalaşması eramızın birinci minilliyində başa çatır. Bu günkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu artıq ilk orta əsrlərdə (birinci minillikdə) təşəkkül tapmışdı. Bu, Azərbaycan xalqının varlığı demək idi.
3. AZƏRBAYCAN DILININ MORFOLOJI QURULU-ŞU. Dillərin qohumluq prinsiplərindən başqa, bir də tipoloji bölgüsü var. Bu bölgüdə dildəki sözlərin morfoloji quruluşu əsas götürülür.
Morfoloji quruluşuna görə dünya dilləri, əsasən, aşağıdakı qruplara ayrılır:
1) Kök dillər. Bu dillərdə, ümumiyyətlə şəkilçi yoxdur və sözün kökü dəyişmir. Belə dillərə kök dillər deyilir.
2) Flektiv dillər. Elə dillər var ki, bu dillərdə sözün kökü həm içəridən dəyişir, həm də şəkilçi sözün müxtəlif yerlərində (əvvəlində, axırında) gəlir. Belə dillər flektiv dillər adlanır.
3) İltisaqi (aqqlütinativ) dillər. Azərbaycan dilində (həmçinin bütün türk dillərində) sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi mə’nası olur. Şəkilçilər bir qayda olaraq söz kökündən sonra gəlir. Belə dillər iltisaqi dillər adlanır.
Dilimizdə iltisaqilik tələbini bir qanun kim yalnız türk mənşəli sözlər yerinə yetirir. Dilimizdə çoxlu alınma sözlər var və bu sözlər artıq dilimizdə vətəndaşlıq hüququ qazanmışdır. Belə sözlərin əksəriyyətində iltisaqilik prinsipi pozulur. Bunlar aşağıdakı hallarda baş verir:
– Sözün əvvəlinə şəkilçi artırılır. Məs: la-qeyd, bi-vəfa, ba-məzə (ərəb və fars mənşəli sözlər); anti-faşist, anormal (rus-Avropa sözləri) və s.
– Belə sözlərdə bə’zən şəkilçini ayırarkən kök mə’na vermir. Məs: bioloji, frazeologiya (rus-Avropa sözləri), mə’nəvi, lüğəvi (ərəb-fars sözləri) sözlərində –loji, -logiya və -vi hissələri şəkilçidir. Həmin şəkilçiləri kökdən ayırdıqda kök mə’na vermir. Bio, frazeo, mə’nə, lüğə hissələri dilimizdə müstəqil söz kimi işlənə bilmir.
– Dilimizə məxsus bir neçə söz bu baxımdan istisna təşkil edir, yə’ni onlara ön şəkilçi artırmaq olur. Məs: dinc – na-dinc, kişi – na-kişi və s. Yaxud alçal, alçaq, kiçik, kiçil sözlərində –l, -q və –k şəkilçidir. Lakin dilimizdə «alça» (meyvə adı olan «alça»-nın bu sözə dəxli yoxdur), «kiçi» adda müstəqil sözlər olmadı-ğın-dan alçal, alçaq, kiçik, kiçil sözləri düzəltmə söz deyil, sadə söz he-sab olunur. Dilimizdə bu tipli sözlər həddindən artıq az ol-duğu üçün, belə istisnalar dilimizin iltisaqilik prinsipini pozmur.
Qeyd: Ahəng qanunu, bu qanunun morfonoloji hadisə kimi olması barədə «Fonetika» bəhsində ətraflı mə’lumat verilmişdir.
4. DILIMIZIN INKIŞAF MƏRHƏLƏLƏRI. Azərbaycan dilinin (Azər-bay-can türkcəsi) inkişaf tarixini iki mərhələyə ayırmaq olar:
1. Birinci mərhələ. Bu XI əsrdə yazıya alınmış «Kitabi – Dədə Qorqud»dan XVI əsr Füzuli dilinə qədər olan mərhələdir. Bu zaman kəsiyində doğma ana dilimizdə saysız-hesabsız bədii əsər-lər («Kitabi – Dədə Qorqud», «Dastani – Əhməd Hərami», Hə-sənoğlu, Nəsimi, Kişvəri, Xətayi, Füzuli və s. şairlərin irsi) yaranır, Şah İsmayıl Xətayi doğma dilimizi dövlət dili səviyyəsilə qaldırır.
2. İkinci mərhələ. Bu mərhələ XVI əsrin sonu, XVII əsrin əvvəllərindən başlayaraq bu günə qədər davam etməkdədir.
Bu dövrlərdən müasir dilimizin əsas lüğət fondu, qrammatik quruluşu və fonetik tələffüz norması müəyyənləşir.
Müasir norma ilə, bugünkü qrammatik quruluşla müəy-yən-ləşən dil həm də milli dil adlanır. Deməli, Azərbaycan milli dili XVI əsrin sonlarından formalaşıb.
5. ƏDƏBI DILIN XƏLQILƏŞMƏSI. XVII əsrdən ictimai-siyasi vəziy-yətlə, Azərbaycanın xanlıqlara parçalanması və yazılı ədəbiy-yatın sarayların himayəsindən uzaqlaşması ilə əlaqədar olaraq yazılı ədəbiyyatda xalq şe’ri formaları – qoşma, gəraylı, bayatı və s. geniş yayılmağa başlayır. Yazılı ədəbiyyatda heca vəznli xalq şe’ri şəkillərinin geniş şəkildə yayılması ədəbiyyatı getdikcə canlı xalq dilinə yaxınlaşdırır, beləliklə Füzulinin şe’r dili ilə Vaqifin şe’r dili arasında (Füzuliyə qədərki poeziyanın dili ilə Füzulidən sonrakı ədəbi dil mə`nasında başa düşməli) fərqlər meydana çıxır. Ədəbi dil getdikcə ərəb-fars mənşəli sözlərdən, tərkiblərdən təmizlənərək sadələşir, həmin sözlər öz yerini türk mənşəli sözlərə verməyə başlayırlar.
6. ƏDƏBI DILIN FƏALIYYƏT DAIRƏSININ GENIŞ-LƏN-MƏSI (XIX-XX ƏSRLƏR) XIX əsrdən sadə dilli, kütləvi anlaşıqlı nəsr əsərləri – hekayə və povest yazılması daha geniş miqyas alır və bu zamandan başlayaraq nəsr dili kamillik səviyyəsinə çatır. Xəlqiləşmə tədricən poeziyadan nəsrə, nəsrdən isə dramaturgiyaya keçir. Əsrin 30-40-cı illərindən tənqidi məzmunlu poeziya – satira və həcvlər yaranır. 70-ci illərin ortalarında Azərbaycan dilində qəzetlər çıx-mağa başlayır (“Əkinçi”, “Ziya”, “Kəşkül” və s.), XX əsrin əvvəl-lə-rindən isə ana dilli mətbuat daha da inkişaf edir və beləliklə ədə-bi dilin fəaliyyət dairəsi genişlənir.
7. AZƏRBAYCAN DILININ ŞIMAL VƏ CƏNUB NOR-MA-LARI. Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə Azərbaycan iki hissəyə bölündü. Beləliklə Şimali və cənubi Azərbaycan coğrafi terminləri, həm də siyasi-inzibati əraziləri meydana gəldi. İki əsrə qədər davam edən bu ayrılıq ictimai-siyasi mühitdə olduğu kimi, ədəbi mühitdə də bir ayrılıq yaratdı. Rusiyanın tərkibinə qatılan Şimali Azərbaycan Qərbi Avropa mədəniyyəti, ədəbiyyatı ilə tanışlıq imkanı qazanmaqla bərabər, rus və Qərbi Avropa dillərindən dilimizə müəyyən sözlər də keçməyə başladı Zaman keçdikcə Şimali Azərbaycan ədəbi dili ilə cənubi Azərbaycandakı ədəbi dil arasında hiss olunacaq fərqlər meydana gəldi.
Şimali Azərbaycanda ümumxalq danışıq dili, ümumişlək sözlərin bazası əsasında möhkəm qayda-qanunlara, artıq stabilləşmiş formaya malik olan ədəbi dil formalaşmış, bu dilin quruluşu, qrammatikası, tarixi, söz tərkibi və s. barədə fundamental əsərlər yazılmış, dilçilik problemləri ilə bağlı yüzlərlə kitablar çap olunmuş, orfoqrafiya, orfoepiya qaydaları dövlət səviyyəsində təsdiq edilmişdir.
cənubi Azərbaycanda isə bu məsələ indinin özündə belə həll olunmamışdır. Bu səbəbdəndir ki, cənubi Azərbaycanda yaşayıb-yaradan yazıçı və şairlərimiz hələ də İran ərazisindəki dialektlərimizi ədəbi norma kimi qəbul edirlər. Diolekt,şivə, yazılış və tələffüzün çox variantlılığı Şimali Azərbaycandakı ədəbi dilin normalarından kənar hesab edildiyi halda, cənubdakı Azərbaycan dili üçün hələ ki, məqbul hesab edilir.
8. AZƏBAYCAN RESPUBLIKASININ DÖVLƏT DILI. Dövlətin dövlətçilik əlamətlərindən (atributlarından) biri dildir. Ölkə və dövlət daxilində dil vahidliyi aşağıdan yuxarıya dövlət quruculuğunda və idarəçiliyində ünsiyyəti asanlaşdırır, dövlətin mənsub olduğu bütün ərazidə anlaşmanı maksimum tə`min edir. Bu əlaqələndirmə və ünsiyyət vasitəsinə dövlət dili deyilir.
Konstitusiyamızın 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını tə`min edir.”
Respublikamızda dövlət dili ilə bağlı müxtəlif fərmanlar olub. 1919-1920-ci illərdə dilimiz öz ən`ənəvi və qanuni adı ilə türk dili adlandırılıb və 1936-cı ilə qədər bu adla tanınıb. 1936-cı ildən dilimiz Azərbaycan dili adlandırılıb. 1993-cü ilin yanvarında Milli Məclisin qərarı ilə dilimizin keçmiş adı – türk dili bərpa edilsə də, 1995-ci il 12 noyabr ümümxalq səsverməsi ilə dilimizin adı Azərbaycan dili kimi qəbul olunmuşdur.

webmaster:CahidKaz ı mov

Используются технологии uCoz

Morfologiya

“Dil nədir, necə yaranıb, dilsiz cəmiyyət yaşaya bilərmi?” sualları ta qədimdən insanları düşündürmüşdür. Çox qədimlərdən, insanlar bu qənaətə gəliblər ki, dilsiz cəmiyyət ola bilmədiyi kimi, cəmiyyət olmadan da dil yarana bilməzdi.

Dil ünsiyyət vasitəsidir. İnsanlar bir-birini dilin vasitəsilə başa düşür, məhz dillə əlaqə saxlayırlar. İnsanlar bir-biri ilə əlaqə saxlamaq üçün müəyyən kollektiv şəklində, toplu halında yaşamalıdırlar. Artıq bu, cəmiyyət deməkdir. Bir halda ki, dil insan cəmiyyətində meydana gəlir, ona görə də ictimai hadisə sayılır.

Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə, bugünkü vəziyyətdə formalaşması da vacib şərtlərdəndir.

İnsan orqanizminin məhz gördüyümüz şaquli şəklə düşməsi ilə danışıq üzvləri, səs aparatı formalaşır, səslərin tələffüzü üçün tənəffüzü ağciyər müntəzəm təmin edir. Həmçinin başın (sifət quruluşu, çənə və s.) və onun içində yerləşən, dil üçün çox vacib sayılan, şüurun-təfəkkürün akkumulyatoru rolunu oynayan beyinin bu biçimdə müəyyənləşməsi də bədənin şaquli quruluşu ilə bağlıdır. Beləliklə insan bədənin şaquli vəziyyətə keçməsi insanın əməklə məşğul olmasının buna təsiri, eyni zamanda dilin və şüurun yaranması bütöv halda vahid bir ictimai prosesdir.

Dili bioloji hadisə sayanlar var. Bu fikrin tərəfdarları onu nəzərə alırlar ki, insanın orqanizmində başqa üzvlər kimi danışıq üzvləri də mövcuddur. Həmin üzvlərin vasitəsilə hava axını danışıq səslərini yaradır. Ancaq nəzərə alınmır ki, insanın tənəffüs üçün alıb-verdiyi hava axını yalnız beyindən gələn siqnallarla idarə olunub, danışıq səsinə çevrilir. Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir. Halbuki başqa bioloji təzahürlər, məsələn, yemək, içmək, tənəffüs etmək, yerimək, yatıb-durmaq və s. vərdişlər insan və heyvanlarda eyni siqnalla baş verir. Yaxud irqi əlamətlər (üzün, saçın rəngi və forması, gözün, sifətin quruluşu və başqa zahiri antropoloji cizgilər) kimi dil irsi xarakter daşımır. Bioloji varlıq kimi uşaq öz valideynlərinə bənzəyir, ancaq valideynlərinin dilində danışmaya bilər: doğulan uşağı ata-anasından ayırıb başqa milli-irqi şəraitdə böyütsən, öz əhatəsindəki dildə danışacaqdır. Deməli, dil bioloji yox, ictimai hadisədir, bilavasitə cəmiyyətdə formalaşır və məhz cəmiyyətə xidmət edir.

Beləliklə, dilin birinci funksiyası (vəzifəsi) insanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vəzifəsi olmaqdır. Dilin ikinci vəzifəsi insanı əhatə edən əşya və hadisələri əks etdirmək, onların adlarını bildirməkdir. Bu baxımdan sözlər obyektiv-tarixi səciyyə daşıyır və subyektiv faktorlardan asılı deyil. Dilin üçüncü vəzifəsi isə fikir ifadə etməkdir, yəni o, insanın təfəkkür fəaliyyəti ilə bağlıdır. İnsanlar dilin vasitəsilə öz düşüncələrini, fikirlərini, arzu-istəklərini bildirirlər.

DİLÇİLİK VƏ ONUN DİGƏR ELMLƏR İÇƏRİSİNDƏ YERİ

Dil müxtəlif baxımlardan öyrənilir. Buna görə də dilçiliyin müxtəlif sahələri – şöbələri var. Bunlardan fonetika, leksikologiya, frazeologiya, morfologiya və sintaksisə bələdsiniz. Dilçiliyin gündəlik fəaliyyətdə ehtiyac duyulan daha bir neçə sahəsi haqqında da məlumat veriləcək: etimologiya, lüğətçilik, dialektologiya, ilə bağlı ümumi təsəvvür yaradılacaq, Azərbaycan dilinin tarixi barədə nisbətən geniş söhbət aparılacaq, gündəlik yazılı və şifahi ünsiyyətdə təcrübi baxımdan çox gərəkli olan nitq mədəniyyəti və üslubiyyat isə geniş öyrəniləcəkdir. Etimologiya. Etimologiya sözü yunanca etimon (əsl, həqiqət, sözün əsl mənası) və logos (təlim, elm) hissələrindən təşkil olunub. Dilçiliyin bu sahəsi sözün mənşəyini, nədən törəməsini öyrənir (etimologiya həm də mənşə sözünün sinonimi kimi işlənir). Elə sözlər var ki, çox qədimlərdə yaranıb, bu gün dildə işlənir, ancaq indiki halında onun ilkin lüğəvi məzmunu qavranmır, kökü izah oluna bilmir. Belə halda etimologiya elmi köməyə çatır. Ya elmi əsaslara söykənən elmi etimologiyanın, ya da xalqın məntiqinə əsaslanan xalq etimologiyasının (yalançı etimologiyanın) imkanlarından istifadə olunur.

Sözün əslini bərpa etmək, onun başqa söz və mənalarla əlaqəsini öyrənmək üçün aparılan dilçilik araşdırmasına etimoloji təhlil deyilir. Etimoloji təhlillərdə nəticə həmişə eyni dəqiqlikdə olmur. Ona görə də ayrı-ayrı sözlərin etimologiyası haqqında bəzən bir neçə fikir olur (yalançı, uydurma etimologiyanı elmi etimologiyadan fərqləndirmək vacibdir).

Bu baxımdan bəzi sözlərin etimoloji təhlilinə diqqət yetirək:

Arsak. İndiki Qarabağın qədim adı Arsakdır. Arsak sözü bugünkü dilimizdə işlənmir və lüğət tərkibimizin hazırkı materialı ilə onu şərh etmək mümkün deyil. Etimoloji təhlil aşkar edir ki, bu yer adı (toponim), iki sözdən – hissədən ibarətdir: ar və sak. Sak qədim türk tayfalarının birinin adıdır. Ar isə ər sözünün fonetik cəhətdən dəyişməsinin, ahəng qanunun tələbi ilə sak sözünə uyğunlaşmasının nəticəsidir. Ər sözü qədim dilimizdə igid, cəngavər, qoçaq mənalarında olub. Beləliklə, həmin ərazidə yerləşmiş sak tayfası öz cəngavərliyi ilə səciyyələndiyi üçün bu yer Ərsak-Arsak adlanmışdır. Maraqlıdır ki, yerin bugünkü adı Qarabağ da iki qədim sözdən ibarətdir: yenə bağ qədim türk tayfasıdır, qara isə dilimizin keçmişində “böyük” mənasında işlənib. Deməli, baqlar kəmiyyətcə çox və nüfuzca böyük olduğundan qara baqlar adlanmışlar. Görünür, bu ərazidə ərsaklarla qarabaqlar birləşmiş, qarabaqlar üstünlük təşkil etdiyi üçün yer onların adı ilə adlanmağa başlamışdır. Yəqin, burada o cəhətin də rolu olub ki, arsak sözü arxaikləşmiş, insanlar qarabaq sözünü bugünkü anlayışda mənalandırmış (qara – rəng və baq – bağ) və toponimi bildikləri məna ilə yaşatmışlar.

Lüğətçilik. Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir. Bu, lüğətlərin tərtib olunma, yaranma prinsiplərini öyrənir və öyrədir. Lüğətlərin yaradılması ilə məşğul olan mütəxəssis lüğətçi adlanır (ümumi dilçilikdə lüğətçiliyə leksikoqrafiya, lüğətçiyə leksikoqraf deyirlər).

Lüğətçilik türk dilçiliyinin qədim sahələrindəndir. Hələ XI əsrdə Mahmud Qaşğarlının yaratdığı nəhəng lüğət – “Divanü lüğatit-türk” (türk dillərinin divanı – toplusu) bu gün də dünya mədəniyyətinin qiymətli abidələrindən sayılır. Lüğətçilik sahəsində son ən böyük hadisələr 40-cı illərdə Heydər Hüseynovun rəhbərliyi ilə çıxmış dördcildlik “Rusca-azərbaycanca lüğət” və Əliheydər Orucovun müəllifliyi və rəhbərliyi – redaktəsi ilə 1964-1987-ci illərdə nəşr olunmuş “Azərbaycan dilinin izahlı lüğəti” (4 cilddə) kitablarıdır.

Lüğətçiliyin sürətli inkişafı elmi mədəni tərəqqi ilə, maarifin – məkbəbin genişlənməsi, həmçinin siyasi-diplomatik fəallaşma ilə bağlıdır. Lüğətlər, bir tərəfdən, müxtəlif dillərin öyrənilməsinə kömək edir (tərcümə lüğətləri), bir tərəfdən, dilin özündə mövcud olan sözləri qeydə alıb ümumiləşdirir, mənalarını dürüst şərh edib onların istifadəsində sistemlilik yaradır (izahlı lüğətlər), digər tərəfdən də, müxtəlif ixtisas sahələrində çalışanları professional vahidlərlə təmin edir və eyni sahənin mütəxəssislərini bir məxrəcə gətirir (terminoloji lüğətlər).

Dialektologiya. Ədəbi dildə, mətbuatda, radioteleviziyada işlənən nitqdən başqa, müəyyən ərazilərlə bağlı danışıq təzahürləri, müxtəlif regionlarda təsadüf olunan məhəlli dil xüsusiyyətləri də mövcuddur. Həmin yerli-məhəlli danışığa dialekt və ya şivə deyilir. Məsələn, ədəbi dilimizdə indiki zaman şəkilçisi –ır, -ir, -ur, -ür şəklində dörd variantda işlənir, ancaq Qazax dialektində -er, -or, -ör formalarında üç variantda söylənir. Ədəbi dildə: gəlir, alır, görür, qurur; Qazax dialektində: gəler, aler, görör, quror. Bundan başqa, şivələrdə – məhəlli danışıqlarda ədəbi dilimizdə işlənməyən xeyli söz vardır ki, onların bir qismi tarixən ana dilimizdə olub, sonra istifadədən çıxmışdır. Dialektlər həmin sözləri (hətta bəzən başqa türk dillərində indi də işlənənləri) qoruyub saxlayır. Dilimizin tarixini, onun keçdiyi inkişaf yolunu öyrənməkdə dialektlər ən etibarlı mənbədir.

Dialekt və şivəni öyrənən dilçilik sahəsi dialektologiya adlanır.

İnsanlar səsli dillə ancaq müəyyən məsafədə ünsiyyət saxlaya bilirlər. Səsin eşidilməz olduğu məsafədə dil öz əlaqə yaratmaq imkanını itirir. Şüur inkişaf etdikcə, cəmiyyətdə mədəni göstəricilər müəyyən səviyyəyə çatdıqca insanlar səsin-ünün yetmədiyi radiuslardan da danışmağa – əlaqə yaratmağa, hətta özlərindən sonra gələcək nəsillərlə də ünsiyyət saxlamağa ehtiyac hiss edirlər. Bu ehtiyac insanları ən böyük kəşflərindən birini etməyi – yazını yaratmağa gətirib çıxardı. Yazı bəşəriyyətin ən böyük mədəni dəyərlərindən biridir. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir. Bugünkü yazıda hər səs bir işarə ilə (hərflə) ifadə olunur. Ancaq ilk yazı hərflərdən ibarət olmayıb. İnsanların ilk yazılı əlaqəsi əşyalarla olub: məktub yerinə bir-birinə müəyyən şeylər göndəriblər. Məsələn, İran hökmdarı Dara ulu babalarımız olan iskitlərin üstünə hücum edərkən onlardan belə bir “məktub” alır: bir qabda (“zərfdə”) canlı quş, siçan, qurbağa və beş dənə ox. Farslar bu “məktub”u oxuya biliblər: “Ey farslar, siz quş kimi göydə, siçan kimi yerdə, qurbağa kimi suda gizlənə bilmirsinizsə, bu oxlardan da gizlənə, canınızı qurtara bilməyəcəksiniz”. Belə yazılardan bizim nağıllarımızda tez-tez istifadə olunur. Məsələn, “Qara vəzir” nağılında hind padşahı Mələk xanıma bir qarpız və bir bıçaq göndərir. Qarpızın kənarına kiçik bir nişan qoyulmuşdu. Mələk xanım bu “məktub”u belə oxuyur: “Bütün dünya mənim əlimdədir. Sənin dövlətin bu qarpızın (yəni dünyanın) üstündəki o kiçik nişan kimi bir şeydir. İstədiyim vaxt səni məhv edərəm”.

Əşyavi yazıdan sonra şəkli (piktoqrafik) yazı meydana çıxır: hansı əşyanı yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilir. Daha sonra fikri (ideoqrafik) yazıdan istifadə olunur. Bu yazı növlərində yaxınlıq çoxdur. Məsələn, şəkli yazıda göz şəkli gözü, baş şəkli başı, günəş şəkli günəşi, it şəkli iti bildirir. Fikri yazıda isə həmin şəkillər müvafiq olaraq, görmək, düşüncə, işıq və sədaqət anlayışlarını ifadə edir. Şəkli və fikri yazı hərfi yazıya doğru əhəmiyyətli addımlar idi.

Nəhayət, yazının ən mükəmməl, ən çevik forması olan hərfi (fonoqrafik) yazı törədi. Bu yazıda yalnız bütöv söz yox, həm də sözün ayrı-ayrı səsləri ifadə olunur. Hərfi yazının da ilk mərhələsində bir neçə səsi bir neçə işarə ilə veriblər – buna heca yazısı (sillabik yazı) deyiblər. Məsələn, qədim misirlilər, assuriyalılar heca yazısından istifadə ediblər.

Dünyada ilk yazı daş, metal, ağac üstündə oyma şəklində olmuşdur.

Şəkli və fikri yazılardan bu gün də istifadə olunur. Məsələn, ayaqqabı dükanının vitrinlərində və ya qapısında ayaqqabı şəkli çəkilir. Yaxud lotereya təbliğ edən plakatda “2.500 manata udmaq olar” sözlərindən sonra maşın, fotoaparat və s. əşyaların şəkilləri verilir. Bunlar piktoqrafik yazı nümunələridir. Kimya dərslərində istifadə olunan işarələr isə ideoqrafik yazı nümunələridir. Çünki bunlar müəyyən sözlərlə ifadə olunur. Məsələn H – hidrogen, N2O – su, NaCl – xörək duzu sözlərini bildirir.

3. AZƏRBAYCAN DİLİ ANLAYIŞI. ONUN TÜRK DİLLƏRİ AİLƏSİNDƏ YERİ VƏ MORFOLOJİ QURULUŞU.

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublikamızda 8 milyona qədər, Cənubi Azərbaycanda 23 milyondan çox adam bu dildə danışır. Bundan başqa müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ana dili kimi bu dili işlədirlər. Bütövlükdə bu dil 35 milyondan çox azərbaycanlıya xidmət göstərir. Azərbaycan dili Azərbaycan Respublikasında yaşayan, bu torpağın qədim sakinlərindən sayılan talış, tat, ləzgi, kürd, udi, saxur və başqa azsaylı xalqların ümumi ünsiyyət vasitəsidir. Respublikamızda yaşayan rusların, gürcülərin də xeyli qismi bu dili bilir.

ABŞ-da “Amerikanın səsi”, Avropada “Azadlıq” radiosu azərbaycanca verilişlər aparır. Bu dil respublikamızda 12 boyabr 1996-cı il səsverməsi ilə konstitusiyada Azərbaycan dili kimi təsbit olunmuşdur.

Yarandığı ilk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanların da hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünyada 3.500-dən çox dil var (əlbəttə, bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür). Bir kökdən törəyən dillər qohu dillər sayılır. Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.

Qohum dillərin yaranması bir ağacın qol-budağa ayrılması kimidir. Məsələn, qədim ulu türk dili bu dillərə (şaxələrə) ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Növbəti mərhələdə bu budaqlar da cavan qollara (dillərə) ayrılır.

Oğuz dilindən (budağından) türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi törəyir; qıpçaq dilindən (budağından) qazax, qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır; qarluq dilindən (budağından) özbək, uyğur, salur və s. dillər meydana gəlir.

Bu bölünmə (şaxələnmə) milli dillər yaranana qədər davam edir. Dil şaxələrinə dil qrupları da deyilir. Yəni Azərbaycan dili, türkmən dili qaqauz dili, Türkiyə türkcəsi oğuz qrupunu təşkil edir.

Təbii ki, ayrılma vaxtı nisbətən yaxın olduğu üçün eyni budaqdan (qrupdan) olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə daha yaxın olur. Ona görə də bir qrupdan (budaqdan) olan dillərdə danışanlar bir-birlərini yaxşı başa düşürlər. Əlbəttə, bir qrupun dillərinin ayrılma vaxtının yaxınlığını çox müxtəsər düşünmək olmaz. Bu vaxt minilliklərlə ölçülür. Məsələn, oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır.

Yəni bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu artıq ilk orta əsrlərdə (birinci minillikdə) təşəkkül tapmışdı. Bu, Azərbaycan xalqının varlığı demək idi.

Dillərin qohumluq prinsipindən başqa, bir də tipoloji bölgüsü var. Bu bölgüdə dildəki sözlərin morfoloji quruluşu əsas götürülür.

Bu baxımdan dünya dilləri bir neçə qrupa ayrılır. Bəzilərində, ümumiyyətlə, şəkilçi yoxdur və sözün kökü dəyişmir – belə dillərə kök dillər deyirlər. Başqa qrup dillərdə həm sözün kökü içəridən dəyişir, həm də şəkilçi sözün müxtəlif yerlərində (əvvəlində, axırında) gəlir. Belə dillər flektiv dillər adlanır.

Azərbaycan dilində (həmçinin bütün türk dillərində) sözün kökü sabit qalır, həmişə müstəqil lüğəvi mənaya malik olur. Həm də dilimizdə şəkilçilər (istər sözdüzəldici, istərsə də sözdəyişdirici) bir qayda olaraq söz kökündən sonra gəlir. Belə dillər iltisaqi (aqqlütinativ) dillər adlanır.

Əlbəttə, iltisaqilik tələblərini bir qanun kimi türk mənşəli sözlər yerinə yetirir. Məlumdur ki, dilimizdə çoxlu alınma sözlər var. Bu sözlər ya ərəb və fars dillərindən, ya da rus və Avropa dillərindən alınmışdır. Həmin dillər morfoloji quruluşca başqa tipdən olduqlarına görə, onlardan alınan sözlər bəzən iltisaqilik prinsipindən kənara çıxır. Məsələn, sözünəvvəlinə də şəkilçi artırılır:

ərəb və fars mənşəli sözlərdə: la-qeyd, na-məlum, bi-vəfa, ba-məzə;

Rus-Avropa sözlərində: anti-faşist, a-normal.

Belə sözlərdə bəzən şəkilçini ayırarkən kök məna vermir: məsələn, Rus-Avropa mənşəli sözlərdə: bioloji, frazeologiya sözlərində -loji və -logiya hissələri şəkilçidir, onları götürəndə bio və frazeo sözləri dilimizdə müstəqil söz kimi işlənə bilmir.

Ərəb-fars mənşəli sözlərdə: mənəvi və lüğəvi sözlərində -vi şəkilçisi aşkarca seçilir, ancaq dilimizdə mənə və lüğə sözləri yoxdur.

Əslən öz dilimizə məxsus bir neçə söz də bu baxımdan istisna təşkil edir. Məsələn, dinc və kişi xalis türk mənşəli sözlərdir. Ancaq bunlara –na ön şəkilçisi artırıla bilir: na-dinc, na-kişi.

Yaxud alçal, alçaq sözündə -l və -q, kiçik, kiçil sözündə -k və -l şəkilçidir, ancaq dilimizdə alça və kişi adda müstəqil köklər olmadığından alçal-alçaq; kiçik-kiçil lüğəvi vahidləri sadə söz kimi qiymətləndirilir. Belə sözlərdə hələ morfoloji sabitlik yaranmayıb. Dilimizdə bu tipli sözlər olduqca azdır. Təbii ki, on minlərlə sözün tərkibindəki belə 3-5 istisna hal dilin ümumilikdə iltisaqilik prinsipini pozmur.
4. DİL VƏ MƏDƏNİYYƏT. DİL VƏ XALQIN TARİXİ. AZƏRBAYCAN DİLİ MİLLİ VƏ DÖVLƏT DİLİ KİMİ.

İctimai hadisə olan dil başqa ictimai hadisələrlə qarşılıqlı əlaqədə inkişaf edir. Dil müstəqil inkişaf qanunlarına malik olsa da, cəmiyyətin bütün sahələrindəki dəyişikliklərə, geriləmə və irəliləyişlərə reaksiya verir. Müəyyən köhnəliklərlə bağlı dilin lüğət tərkibində bir sıra sözlər arxaikləşir. İstehsalın, sənayenin, elmin, texnikanın, bütövlükdə mədəniyyətin inkişafı yeni anlayışların yaranmasına səbəb olur ki, bunlar da dil vasitəsilə ifadə olunur.

Mədəni inkişaf geniş anlayışdır, cəmiyyətin bütün sahələrini əhatə edir. İnsanların bütün yaradıcılıq və fəaliyyət sahələri özünəməxsus mədəni davranışla müşayiət olunur. Adi məişət və ailə səviyyəsində də, yüksək əqli-intellektual inkişafda da mədəniyyət nizamlayıcı bir faktordur. Təsadüfi deyil ki, dildə mədəniyyət anlayışı ilə bağlı çoxlu ifadələr var: əmək mədəniyyəti, iş mədəniyyəti, istirahət mədəniyyəti, məişət mədəniyyəti, siyasi mədəniyyət, dövlətçilik mədəniyyəti, dil mədəniyyəti, nitq mədəniyyəti, danışıq mədəniyyəti, yazı mədəniyyəti, musiqi mədəniyyəti, teatr mədəniyyəti, hərbi mədəniyyət, idman mədəniyyəti, demokratik mədəniyyət və s. Mədəni inkişaf dildə yeni terminlərin yaranmasını şərtləndirir. Bu, dilin lüğət tərkibinin zənginləşməsi deməkdir. Müasir radio-televiziyanın kütləviləşməsi xalqda nitq mədəniyyətinin yüksəlməsinə ciddi təsir göstərir. Cəmiyyətdə insanların mədəni səviyyəsinin qalxması ədəbi dilin sferasını, fəaliyyət dairəsini genişləndirir, ədəbi dilin orfoqrafik, orfoepik və qrammatik normalarını möhkəmləndirir. Nəticədə dialektin sosial işlənməsi məhdudlaşır. İnsanların ümumi mədəni səviyyəsinin inkişafı elmin genişlənməsini şərtləndirir. Bununla da ədəbi – kitab dili ilə xalq danışıq təzahürünün yaxınlaşması, özünəməxsus şəkildə sintezi gedir və bu prosesin nəticəsi kimi dilimizdə bu gün xüsusi elmi-kütləvi üslub deyilən nitq forması müəyyənləşir. Uluslararası mədəniyyətlərin yaxınlaşması ilə müasir dilimizdə alınma sözlərin yeni dalğası görünür – bu alınma lüğətdə elmi-texniki və idman terminləri xüsusi seçilir.

Beləliklə, dilin inkişafı xalqın tarixi ilə bilavasitə bağlıdır. Bu bağlılığı iki istiqamətdə görmək mümkündür. Biri odur ki, bir dövlətin ərazisində qohum tayfaların birləşməsi nəticəsində xalq formalaşdığı kimi, bu tayfaların dili də (buna dialekt dili deyirlər, yəni dialekt tayfa dilinə bərabərdir) qarışaraq – sintezləşərək həmin xalqın dilinə çevrilir. Məsələnin başqa tərəfi odur ki, müəyyən mədəni-tarixi hadisələrin aydınlaşmasında dil faktları mühüm rol oynayır. Fransız dilçisi Vandriyes (1875-1960) belə bir fikri var ki, xalqın tarixinin öyrənilməsində dil faktı ən mötəbər tarixi sənəddən daha etibarlıdır. Məsələn, Midiyanın aparıcı tayfasının adı mak olmuşdur və bu söz qədim türkcədə ilan mənasını bildirir. İlan midiyalıların totemi olduğu üçün dövlətin baş tayfasına onun adı verilmişdir. Midiya dövlətinin Şərq mənbələrindəki adı Maktadır. Sözün şərhi belədir: mak (tayfanın adı) + ta (yer anlayışı ifadə edən qrammatik əlamət) – yəni makların yaşadığı yer Xalqın tarixini aydınlaşdıran belə sözlər çoxdur.

Dilimizdə ərəb və fars sözlərinin işlənməsi Azərbaycan xalqının tarixən həmin xalqlarla olmuş əlaqəsinin nəticəsidir. Məsələn, bu islam dinini qəbul etdikdən sonra türkcə uçmaq, damu, Tanrı, yalavac sözlərinin əvəzinə müvafiq olaraq cənnət, cəhənnəm, Allah, peyğəmbər isimləri işlənməyə başlamışdır. Yaxud rus imperiyasının işğalı ilə XIX əsrdən Azərbaycan dilində rus və Avropa dillərinin sözləri istifadə olunmuşdur.

Dil faktları xalqın mədəni-tarixi səviyyəsi haqqında aydın məlumat verir. Məsələn, XI əsr uyğur ədəbiyyatının kamil nümunələrindən biri “Qutadğu bilik” (“Xoşbəxtlik elmi”) poemasında hökmdara, yüksək rütbə sahibinə “sən” yerinə “siz” deyilir (uyğurlar türk xalqlarından biridir). Halbuki məşhur Roma imperatoru Sezara hər yerdə “sən” deyə müraciət olunur. XI əsrin böyük alimi Mahmud Qaşğarlı yazırdı ki, türk və ərəb dilləri atbaşı (yəni bərabər) gedir. Bu, türkcınin ərəbcə nazil olmuş Quranın dili ilə bir səviyyədə olmasını göstərir. Quranın İxlas surəsinin “Dədə Qorqud” kitabındakı Azərbaycan türkcəsinə tərcüməsi həmi fikri əyani təsdiqləyir. Konstitusiyanın 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. (Azərbaycan Respublikasının konstitusiyası. 1996, s.10). Bu o deməkdir ki, Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı və şifahi əlaqə işləri Azərbaycan dilində aparılacaqdır. Həmin prosesin ardıcıllığına dövlət təminat verir. Bu o deməkdir ki, dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz işlərini məhz Azərbaycan dilində icra edəcəklər. Yenə Konstitusiyada yazılır: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir” (yenə orada, s.11). Deməli, dövlət dilinin vahidliyi həm də öz demokratizmi ilə səciyyələnir. Belə ki, respublikamızda yaşayan azsaylı xalqların, etnik qrupların nümayəndələri öz aralarında, məişətdə, həyatlarının müxtəlif sahələrində öz ana dillərində ünsiyyət saxlamaq hüququna malikdirlər; öz dillərində və istənilən başqa dillərdə təhsil almaq hüquqları var.

5. AZƏRBAYCAN DİLİNİN QURULUŞU. FONETİKA. FONEM ANLAYIŞI.

Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.

Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.

Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:

Bəzi saitlərin uzun tələffüzü
Dilimizdə, əsasən, ərəb mənşəli bir sıra sözlər var ki, onlarda bəzi saitlər bir qədər uzun tələffüz olunur.
Məsələn: Arif, alim, Sabir, şikayət, əfsanə sözlərindəki [a:] səsi; Etibar, elan, nemət sözlərindəki [e:] səsi;möcüzə, , şölə, mötəbər sözlərindəki [ö:] səsi; məna, bəzi, tətil sözlərindəki [ə:] səsi uzun tələffüz olunur. Goründüyü kimi, [e], [e], [ö] saitlərinin uzun tələffüz edildiyini bildirmək üçün yazıda çox vaxt bu saitlərdən sonra apostrof(çixarılıb) isarəsi qoyulur.
Bezi sözlərdə [i], [u] və [o] saitləri də uzun tələffüz olunur. Məsələn: vəsiqə, həqiqət, zinət sözlərində [i] saiti;Füzuli, musiqi, xüsusi sözlərində [u] saiti uzun tələffüz olunur. Dovşan, sonra, dovğa, lovğa və s. kimi sözlərdə [o] saiti uzun tələffüz olunur. belə sözlərdə o hərfindən sonra gələn v samiti (bəzən də n samiti) tələffüzdə düşür [do:vşan], [so:ra], [lo:ğa] Eyni hal tövbə, lövbər, bənövşə və s. kimi sözlərin tələffüzündə də baş verir :[tö:bə], [l:.bər], [bə:növşə].
Dilimizdəki [1] və [ü] saitləri isə uzun tələffüz olunmur.

Comments are closed, but trackbacks and pingbacks are open.