Azərbaycan dilinin orfoqrafiya lüğəti
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olunub – ednews.net
You are using an outdated browser. Please upgrade your browser to improve your experience.
11 Mart, Şənbə
Günün xəbərləri
Xəbər xətti
11.03.2023
10.03.2023
Ən çox oxunan xəbərlər
Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti nəşr olunub
05.08.2020 11:23 Фото: 9 Канал–> Cəmiyyət A- A A+
Bu ilin iyun ayında ölkəmizdə çox vacib bir kitab gün üzü görüb. Söhbət “Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndən gedir. Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin daha yaxşı təşkili istiqamətində mühüm addım sayılan nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən araya-ərsəyə gətirilib. Bu iş gərgin zəhmət tələb edən, məsuliyyətli, şərəfli bir işdir və mən lüğətin hazırlanmasında, nəşrində əməyi keçən hər kəsə könül dolusu təşəkkürümü yetirirəm. Hər bir dilin söz ehtiyatının (lüğət tərkibinin) zənginliyi və saflığı ilə yanaşı, orfoqrafiya qaydalarının səlisliyi, bu qaydalara əməl olunmanı özündə ehtiva edən uyğun vəsaitlərin (başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin) mövcudluğu, onun inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlardandır. Mənə görə, bu lüğət bizlərin işgüzar Azərbaycan dilindən istifadə edən hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir. Doğrudur, bununçün nəşrin tirajı önəm ərz edir; lakin “e-kitabxana”lara, Tərcümə Mərkəzinin özünün elektron orqanına pdf formatında yüklənməsi ilə (yaxud sifarişlərin qəbulu, satışının təşkili və s. üsul və vasitələrlə) bu məsələni (kütləviliyin təmini problemini) çözmək olar. Redaksiya heyətinə AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, professorlar – Vilayət Quliyev, Qulu Məhərrəmli, Rüstəm Kamal, Cahangir Məmmədli, Cəlil Nağıyev, dosent İsmayıl Məmmədov kimi görkəmli filoloq-alimlərin daxil olduğu lüğətin tərtibçisi və “ön söz” müəllifi Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yazıçısı Afaq Məsuddur. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin öncəki orfoqrafiya lüğətlərindən başlıca fərqi nədədir? 1) Yazılış qaydası öncəki lüğətlərdə qüsurlu yaxud iki (bəzən üç) variantda verilmiş minlərlə (!) söz və termin vahid düzgün yazılış qaydasında verilib; 2) Minlərlə (ümumilikdə 54 minə yaxın!) söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən təmizlənib; 3) Öncəki orfoqrafiya lüğətlərində yer almamış 8000-dən (!) çox saf Azərbaycan sözünü, eləcə də, elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri əhatə edib. Lüğət, əlbəttə, elmi prinsiplər əsasında hazırlanıb – hər nə qədər daha öncələr də, eyni adlı, eyni məzmunlu nəşrlər olsa da, bu nəşr, dövrün (dilin özünün), inkişaf və tərəqqinin, deyərdim, hu-manitar təfəkkürün (elmin) çağırışlarına diqqət edilərək, hazırlanıb. Bu yerdə, ədalət adına deməliyəm ki, dilimizin inkişafında (elə bu lüğətin hazırlanmasında əmək sərf edən alimlərin özünün yetişməsində) danılmaz rolu olmuş dilçilərimizin zəhmətini unutmuruq; bütün qüsurları ilə yanaşı, indiyədək istifadədə olmuş lüğətlər də, hazırkı mükəmməl nəşrin meydana çıxmasında rol oynayıb.Necə deyərlər, yanlışı-doğrusu ilə (imtina edilmiş metodologiya, imtina edilmiş sözlər daxil) hər araşdırma (kitab), özündən sonrakı araşdırma (kitab) üçün faydalıdır. Biz bu sözləri deyərkən, elə məhz klassik dilçilərimizin ruhunu şad etmək üçün də, gələcək nəsilləri bugünkü yanlışlıqlardan xilas etmək üçün də, yeni lüğətin hazırlanması təşəbbüsündən tutmuş, işin hazır olmasınadək görülmüş işlərin yüksək qiymətə layiq olduğunu ifadə etməliyik. Nə gizlədim, kim(lər)in məsuliyyətsizliyindən yaxud naşılığından irəli gəlib, deyə bilməsəm də, öncəki ilə yeni lüğəti müqayisə etdikdə açıq ara fərqi görməmək mümkün deyil. – Öncəki lüğət müəyyənlik, vahid norma yaratmaq imkanından yoxsulkən, qeyri-müəyyənliklərə, variantlılıqlara da rəvac vermiş olub. Deyək ki, məsələn, folklorda variantlılıq məqbul sayılsa da, həm şifahi, həm də yazılı abidələrimizin dilinin bugünkü səviyyəsi özündə məhz müəyyənlik, normativlik, elmi prinsiplərin tələblərinə cavab imkanları daşımalıdır. Daha doğrusu, dil o imkanları daşıyır, dilimiz istənilən fikir dərinliyini, istənilən məna üfüqünü ifadə etməyə qadirdir; yetər ki dilin özü haqqında yazılmış kitablar, lüğətlər də dilin özü səviyyəsində mükəmməl olsun. Bax, bu mənada, yeni orfoqrafiya lüğətimizi elmimiz, mədəniyyətimiz üçün mühüm hadisə hesab etməkdə haqlıyıq. Vurğuladığımız kimi, lüğətin hasırlanması zamanı elmi yanaşmalar, prinsiplər əsas götürülüb. Lüğət, özündə çağdaş və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimini ehtiva edərək tərtib olunub. Tərtib zamanı Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 saylı Qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları” əsas alınıb. Professor Vəli Xuluflunun 1929-cu ildə latın əlifbasında işıq üzü görmüş “İmla lüğəti” ilə başlayan peşəkar orfoqrafiya lüğətçiliyi tariximiz, dilimizin söz ehtiyatı və düzgün yazılış qaydalarının müəyyən edilməsi ilə bağlı enişli-yoxuşlu yol keçib. Proses milli irsimizə, mədəniyyətimizə, dilimizə, lüğətimizə (o cümlədən milli mövqeli ailimlərimizə) Stalin repressiyası dönəmində, sonrakı hakim ideologiya illərində və müstəqilliyin ilk təbəddülatlı illərindəki gərginliklərlə müşaiyət olunub. Professor Xuluflu özü repressiya qurbanı olub. Dilimizin saflığının qorunması və inkişafına hər zaman böyük önəm vermiş Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın dövlət dili siyasəti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uyğun sahənin yüksək tənzimləyici orqanı olan Dövlət Dil Komissiyasına cənab Prezidentin özünün başçılıq etməsi, eləcə də, dil və tərcümə sahəsinin təkmilləşdirilməsi işinə məsul qurumun – Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, dövlət başçısının dilin qorunması, inkişafı ilə bağlı tarixi çıxış və çağırışları, uğurun və inkişafın rəhnidir. Və “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin qüsurlardan arındırılmasının da, Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilməsi məntiqlidir. Əlbəttə, mən bir millət vəkili olaraq, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmdə olduğunu da deməliyəm. Dil, dövlət dil siyasəti, demək olar, hər kəsi əhatə edən, hər kəsin istifadə etdiyi, istinad etdiyi, faydalandığı strateji sahədir. Ölkə həyatının hərtərəfli islahatlarla təmin edildiyi, irəli aparıldığı günümüzdə, dilə münasibətin, dil siyasətinin də köklü şəkildə yenidən qurulması, öyrədilməsi, öyrənilməsi, dövlət dilimizin ölkə hüdudlarından qıraqda da təbliğ edilməsi vacibdir. Təsadüfi deyil ki bu məsələlərə tərtibçinin “ön söz”ündə də vurğu edilir. Yəqin o da təsadüfi deyil ki bugünlərdə fəal ictimaiyyətçilərin, ziyalıların dövlət dilinin paytaxt küçələrində, ictimai iaşə obyektlərində (özəlliklə, turistlərin gur olduğu mərkəzi yerlərdə) dövlət dilindən istifadənin ən adi qaydalarının kobud şəkildə pozulması ilə bağlı ölkə başçısına müraciəti yayıldı. Müraciətin surəti Milli Məclisin Mədəniyyət komitəsinə də ünvanlanmışdı; fürsətdən istifadə edib, ziyalıların haqlı mövqeyini qəbul etdiyimi, narahatçılıqlarını bölüşdüyümü bildirmək istərdim. Bir daha, belə bir məsuliyyətli və şərəfli iş üçün əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni uğurlar diləyirəm! Qənirə PAŞAYEVA Milli Məclisin Mədəniyyət Komitəsinin sədri EDNews.net
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır. Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary
Haqqinda.az
Azərbaycanda ilk dəfə orfoqrafiya lüğəti latın qrafikası ilə 1929-cu ildə nəşr edilib. Bundan sonra 1940, 1960, 1975-ci ildə orfoqrafiya lüğətləri nəşr olunub. 29 illik fasilədən sonra sonuncu dəfə orfoqrafiya lüğəti 2004-cü ildə işıq üzü görüb. İlk orfoqrafiya lüğətinin həcmi çox kiçik olub. 1975-ci ilin lüğətində isə artıq 58 min söz var idi.
2004-cü ilin nəşrində, yəni hazırkı lüğətdə sözlərin sayını 22 min söz artıraraq 80 minə çatdırılb[2]. “Azərbaycan dilinin orfoqrafiya qaydaları” “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2 yanvar 2003-cü il tarixli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 may 2004-cü il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası ilə razılaşdırıldıqdan sonra Nazirlər Kabinetinin 5 avqust 2004-cü il tarixli qərarı ilə təsdiq edilmişdir. Orfoqrafiya lüğəti AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Elmi Şurasının 10 mart 2004-cü il tarixli qərarı ilə təsdiq olunmuşdur.[3]
Azərbaycan Respublikasında dövlət dili haqqında Azərbaycan Respublikasinin Qanununa görə Azərbaycan dilinin təsdiq olunmuş orfoqrafiya normalarına hüquqi, fiziki və vəzifəli şəxslər əməl etməli, Azərbaycan Respublikasının ərazisindəki bütün kütləvi informasiya vasitələri (mətbuat, televiziya, radio və s.), kitab nəşri və digər nəşriyyat işi ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına riayət olunmasını təmin etməlidirlər.[4] Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.[5]
“Azərbaycan Respublikasının Dövlət Dili haqqında” Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. 2004-cü ildə nəşr olunmuş lüğətdən sonra, növbəti lüğət 2012-ci ildə nəşr olunsa da, Prezident Administrasiyası tərəfindən kitabdakı ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib və Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilmişdir
Tarix: 13.03.2013 / 20:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Kitablar elm
Təklif olunan digər məqalələr
- Tərbiyət kitabxanası
- Səhihi Müslim
- Konqres Kitabxanası
- Vətən dili, II hissə
- Əl İrşad
- Dünya Elektron Kitabxanası
- Azərbaycan Milli Kitabxanası
- Britaniya Milli Kitabxanası
- Akuku Danger
- Qrey Anatomiyası (dərslik):
- Elektron kitabxana
- Pekin Milli kitabxanası
- İsgəndəriyyə kitabxanası
- Əl-Kafi
- Səhifeyi Səccadiyyə
- 2008
- “Fərhəngi-türki” lüğəti
- Fatimə lövhəsi hədisi
- Efes Kelsus Kitabxanası
- İngilis dilinin Oksford lüğəti
- Səhihi Buxari
- Biblioqrafiya
- Harvard Universitetinin Kitabxanası
- Dünya iradə və təsəvvür kimi
- Astaranin ilk ictimai kitabxanasi
- Vətən dili
- Fransa milli kitabxanası
- Dərslik
- Həyat bilgisi
- Respublika Elmi-Texniki Kitabxanası
- Dörd kitab
- Altı kitab
- Kitabxana
- Təbriz Milli Kitabxanası
- Sünəni Əbu Davud
- Sünəni Tirmizi
- Sünəni İbn Macə
- Ginnesin Rekordlar Kitabı
- Dehxuda lüğəti
- Almaniya Milli Kitabxanası
- Kopenhagen Kral Kitabxanası
- Vikitap
- Biharul Ənvar
- Vətən dili, I hissə
- Nəhcül Bəlağə
- Rusiya Dövlət Kitabxanası
- Azərbaycan Respublikası Milli Məclisinin kitabxanası
Comments are closed, but trackbacks and pingbacks are open.