Azərbaycan dilinin tarixi qrammatikası
Yuxarıdakı türkcə şeirlərdə səyyahın dilinin hələ tam təkmilləşmədiyi hiss olunur.
Azərbaycan dilinin tarixi qrammatikası
(+994 12) 493 30 77
- Fəlsəfə
- Tarix
- Azərbaycan tarixi
- Sosiologiya
- Etnoqrafiya
- İqtisadiyyat
- Dövlət və hüquq
- Siyasət. Siyasi elmlər
- Elm və təhsil
- Mədəniyyət
- Kitabxana işi
- Psixologiya
- Dilçilik
- Ədəbiyyatşünaslıq
- Folklor
- Bədii ədəbiyyat
- İncəsənət
- Kütləvi informasiya vasitələri
Azərbaycan dilinin tarixi qrammatikası
Abunə
Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.
Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.
Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.
Bannerlər
Əlaqə
Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58
Tel.: (+99412) 596-26-13
İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar
Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.
Azərbaycan dili
Azərbaycan dilinin qrammatikası
Azərbaycan dilinin fonetikası, leksikası, morfologiyası, stilistikası.
Yaradılıb 8 fevral 2010 Topik 148 Abunəçi 41 Reytinq 48.38
Administratorlar (2):
2ral Apollon
Moderatorlar (0):
Moderator yoxdur
Sadə, nəqli və nida cümlələri
- Azərbaycan dili
- 1 yanvar 2023, 11:36
Cümlə.
Cümlə məsələsinə gəldikdə, göstərmək lazımdır ki, bu problem çox tədqiq olunduğu qədər, çoxlu mübahisələr də doğurmuşdur. Bir sıra alimlər cümlə haqqında dolaşıq fikirlər irəli sürürdülər. Onlardan bir neçəsinə diqqət yetirək.
Cümlə üzvlərin iştirakına görə sadə cümlənin növləri
- Azərbaycan dili
- 16 dekabr 2022, 00:01
Sadə cümlə. Sadə cümlə baş üzvlərin iştirakına görə müxtəlif qruplara bölünür. Bu meyarla sadə cümlənin aşağıdakı növləri qeyd olunur:
1. Təktərkibli cümlələr.
2. Cüttərkibli cümlələr.
Təktərkibli cümlələr. Baş üzvlərdən hər hansı biri iştirak etməyən cümlə təktərkibli adlanır. Belə cümlələrdə ya xəbər, ya da mübtəda iştirak etmir. Əgər xəbər iştirak etmirsə, cümlə mübtəda kütləsi əsasında formalaşır. Belə cümlələrin aşağıdakı növləri vardır:
Cümlənin üzvləri
- Azərbaycan dili
- 7 dekabr 2022, 22:35
Dilin ən böyük vahidi olaraq cümlə də müəyyən hissələrdən -üzvlərdən ibarətdir. Cümlə üzvü dedikdə nə nəzərdə tutulur? Cümlə mürəkkəb sintaktik-qrammatik və məntiqi semantik əlaqələrin məcmusu olduğu üçün onun konstruktiv elementləri də bir-biri ilə əlaqədar olmalıdır. Cümlənin tərkibinə daxil olan bütün elementlər onun üzvü ola bilməz. Cümlə tərkibində çıxış edən dil elementlərindən yalnız elələri cümlə üzvü olur ki, onlar bu tərkibin hər hansı bir üzvü ilə qrammatik və məntiqi əlaqəyə girmiş olsun. Başqa sözlə, cümlə üzvlərindən heç olmazsa biri ilə sintaktik əlaqəyə girməyən bir vahid həmin cümlənin üzvü hesab edilmir. Məsələn, xitablar, ara sözlər, bağlayıcılar və s. cümlədə bu və ya digər qrammatik məna daşısa da, cümlə üzvü funksiyasını yerinə yetirmir. Cümlə üzvləri ilə uzlaşma idarə və yanaşma əlaqələrindən biri vasitəsilə birləşən hər hansı bir dil vahidi cümlə üzvü hesab edilir.
Cümlədə həmcins üzvləri
- Azərbaycan dili
- 1 dekabr 2022, 01:06
Cümlədə eyni qrammatik vəzifə daşıyan üzvlər həmcins üzvlər adlanır. Onlar eyni cür idarə olunur, eyni cür yanaşır (və ya yanaşılır, eyni cür uzlaşır. Buna görə də onlar həmcins adlanır. Cümlənin bütün üzvləri həmcins ola bilər. Məs.:
Qrammatik əlaqə vasitələri
- Azərbaycan dili
- 16 noyabr 2022, 16:59
Təkrarlar
Dünya dillərində geniş yayılan qrammatik vasitələrdən bir də təkrarlardır. Təkrarlar dildə müxtəlif məqsədlər üçün işlədilir. Hansı məqsədlə işlədilməsindən asılı olmayaraq, təkrarlar dildə qrammatik məna ifadə etməlidir. Eyni sözün təkrarı həmişə qrammatik məna daşımır. Məsələn,
Edəmən tərki Füzuli səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim. (Füzuli)
Ümumi qrammatik kateqoriyalar
- Azərbaycan dili
- 16 noyabr 2022, 16:35
Xəbərlik kateqoriyası bilavasitə təfəkkürlə bağlıdır. Obyektiv gerçəkliyin inikası məhz təfəkkürdə xəbərlik kateqoriyası vasitəsilə reallaşır. Obyektiv gerçəklik haqqında hər hansı təsdiq və inkarın qrammatik ifadəsi xəbərlik kateqoriyasının özüdür.
Qrammatik məna, onun ifadə vasitələri. Qrammatik kateqoriyalar
- Azərbaycan dili
- 16 noyabr 2022, 16:29
Fikrin reallaşması üçün — dilin ekspressiv funksiyasının həyata keçirilməsi üçün qrammatik mənanın da çox böyük əhəmiyyəti vardır. Əgər leksik məna dilin nominativ funksiyasını realaşdırırsa, qrammatik məna nominativ vahidlərin ekspressiv ifadəlilik sistemində fəaliyyət göstərməsini şərtləndirir. Əgər qrammatik mənalar olmasaydı, sözlər təkcə adlıq səviyyədə işlənər, ünsiyyət yaratmazdı.
Nitqin əsas keyfiyyətləri
- Azərbaycan dili
- 21 avqust 2022, 22:22
Ritorikanın yüksək mərhələsinə qalxmaq istəyən hər bir natiqin nitqindən aşağıdakı keyfiyyətlər tələb olunur: düzgünlük, aydınlıq, məntiqilik, yığcamlıq, səlislik, zənginlik, canlılıq, ahəngdarlıq, sadəlik, dəqiqlik, anlaşıqlıq, inandıra bilmək.
Yeri gəlmişkən, göstərmək lazımdır ki, bu keyfiyyətlərin bəzisi haqqında ritorikanın başqa elmlərlə əlaqəsindən danışarkən bəhs etmişik. Ona görə də bu keyfiyyətlərin hər biri haqqında qısa məlumat verməklə kifayətlənəcəyik.
Ritorikanın qısa tarixi
- Azərbaycan dili
- 14 avqust 2022, 23:35
1. Yunanıstanda ritorika.
Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır -sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlərdə ritorika — natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi.
Davamı →
Üslubi fiqurlar
- Azərbaycan dili
- 9 avqust 2022, 02:19
Nitq mədəniyyəti müstəqil fənn kimi çox qədim tarixə malikdir. Nitq mədəniyyəti — Ritorika qədim Yunanıstanda, Romada, Ərəbistanda, Çində geniş yayılmışdı (Bu haqda irəlidə bəhs ediləcək). Azərbaycanda isə nitq mədəniyyətinin -ritorikanın bu və ya digər elementi dağınıq halda min ildən bəridir ki, mövcuddur. Azərbaycanın şair və mütəfəkkirləri nitqin gözəlliyi, ekspressivliyi, təmizliyi, konkretliyi və s. cəhətləri haqqında çox bəhs etmişlər. Lakin bir müstəqil sahə olaraq nitq mədəniyyəti Azərbaycanda XX əsrin ortalarında diqqəti cəlb etmiş, Elmlər Akademiyasının Dilçilik İnstitutu nəzdində nitq mədəniyyəti şöbəsi açılmış, 80-ci illərdən başlayaraq bəzi ali məktəblərdə tədris planına salınmışdır.
Davamı →
XVII əsr Azərbaycan dilinin qrammatikası
Azərbaycan dilçiliyinin əsaslı mənbələrinə görə dilimizin ilk elmi qrammatikasının tarixinin başlanğıcı XIX əsrin əvvəllərində yaşayıb-yaratmış Mirzə Kazımbəyin adı ilə bağlıdır. Lakin son apardığımız araşdırmalar göstərir ki, dilimizin qrammatikasının tarixi daha qədimlərə gedib çıxır. Hələ ki, son tədqiqatlar Vatikanın arxivində qorunub-saxlanan, I Şah Abbasın dövründəki Azərbaycan dilini əks etdirən bir qrammatika kitabı üzərində dayanır. Bu, bir neçə dil bilən, hüquqşünaslıq, klassik dillər, musiqi və poeziya üzrə yüksək təhsil görmüş fransız əsilli italyan aristokratı və səyyahı Pietro Della Vallenin 7 kitabdan ibarət “La Grammatica turca” əsəridir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın “XVII əsr Azərbaycan dilinin qrammatikası” məqaləsində yer alıb.
Azərbaycan dilinin qrammatikasından bəhs edən bu kitab həm dövrünün, həm də sonrakı əsrlərdə bir çox Avropa və türk tədqiqatçılarının müraciət etdikləri tədqiqat mənbəyi idi. Təəssüf ki, Azərbaycanda bu əsər elm və ictimaiyyət aləminə məlum olmayıb. Təvazökarlıqdan uzaq olsa da, həmin əsərin ilk araşdırmaçısı kimi onu deyə bilərəm ki, bu qiymətli əsər Azərbaycan dilinin qrammatikasının daha əvvəllər tədqiqata cəlb olunduğunu, dilimizin hələ XVII əsrin əvvəllərindən elmi qrammatikaya sahib olduğunu sübuta yetirir və əsrlərboyu yaşayan dilimizin zənginliyindən xəbər verir.
Pietro Della Valle 1617-1623-cü illər arasında Səfəvilər dövlətində Vatikan tərəfindən göndərilmiş missioner qismində yaşamışdır. O, ilk dəfə saraya girəndə Şah Abbas ona təmiz türk dilində “xoş gəldin, səfa gəldin” demişdir. Pietro şaha tərcüməçisi olmağı təklif etmiş və təklifi qəbul edildikdən sonra şahın sarayında 1623-cü ilin fevralına qədər fəaliyyət göstərmişdir. O, ivrit, latın, ərəb, fars və türk dillərini gözəl bilmiş, şairlik qabiliyyəti olduğu üçün fars, ərəb, türk, italyan, ispan dillərində tərcüməli şeirlər yazmağa cəhd göstərmiş, hətta Hafizin şeirlərini şərh etmişdir. 1617-ci ildə hələ İstanbulda ikən səyyahın şair təbi ilə italyan dilində qələmə aldığı və qarşısında türkcə transkripsiyasını verdiyi şeirlərindən bir parçaya diqqət edək (mənbə: Nevin Özkan. Pietro Della Valle, Osmanlı topraklarında bir italyan gezgin (Roma 1586–1652) Pietro Della Valle – Onyedinci yüzyıla ait bir not. Ankara Üniversitesi Dil ve tarih-coğrafya fakültesi dergisi 46, 1 (2006) 1-16. s. 10):
Del pastor figlia sua Ciupàn khizì Çoban qızı
Dell´occhio mio luce sua Ghiozùm nurì Gözüm nuru
Vieni, fermati qui Ghiel, dur bundà Gəl, dur burda
Dell´ombra nel sotto suo Ghiulghiè altundà Kölgə altında
Quivi (è) fresca Bundà tazè Burda tazə
Ombra, e fontana Ghiulghè, ve cescmè Kölgə, və çeşmə
Chiara distilla, Safie acàr Safi axar
Quivi rosaio, Bundà ghiulzàr Burda gülzar
Maravigliosi gridi Ageb ifgàn Əcəb əfqan
Rossignuol cominciante Bulbùl basclàn Bülbül başlan
Noi giaceremo Biz iatalùm Biz yatalum
Insieme dormieremo Bile uialùm Birlikdə uyuyalum
Adesso (è) tempo Scemdi zemàn Şimdi zaman
Che tu (se´) giovane Chi sen giuàn Ki sən cavan
Quando vecchia sarai Haciàn cogià sen Haçan qocalsan
Amante non troverai Ascic bulmásen Aşiq bulmazsan
Yuxarıdakı türkcə şeirlərdə səyyahın dilinin hələ tam təkmilləşmədiyi hiss olunur.
Della Valle öz əsərlərində Azərbaycan dilində işlənən söz və ifadələr üçün müəyyən transkripsiya tətbiq edib: Sciah Abbas muradi virsun, sciorba, qizilbasci, chisc misc, begum, chanum, giuàn, dervisc və s. italyan dili və tələffüzü üçün nəzərdə tutulmuş bu transkripsiyanın tədqiqata ehtiyacı var.
Onun əsərlərinin əksəriyyəti dövrün ənənəsinə uyğun olaraq məktublardan ibarət səyahətnamə şəklindədir. Della Valle ümumilikdə Romaya Osmanlı İmperiyasından 10, Səfəvi Dövlətindən 18 və Hindistandan 8 məktub göndərib. Bunların əksəriyyəti elə Dalle Vallenin sağlığında, hətta ölümündən 10 il sonra (Viaggi di Pietro Della Valle, il Pellegrino, Roma 1662) Romanın “Mascardi” Nəşriyyat evində çap olunsa da, müəllifi olduğu “Türk dilinin qrammatikası” (“La Grammatica turca”) əsəri, əfsuslar olsun ki, işıq üzü görməyib. Avropada Şərqin tanıdılması ilə bağlı Vallenin fəaliyyətini və rolunu araşdıran Piter Bitenholz qeyd edir ki, müasir türk dili daşıyıcıları böyük təəssüf hissi keçirməlidirlər ki, bu cür yüksək səviyyədə işlənmiş qrammatika kitabı hələ də nəşr olunmamışdır (Peter G.Bietenholz, Pietro Della Valle (1586-1652). Studien zur Geschichte der Orientkenntnis und des Orientbildes im Abenlande, Basel und Stuttgart 1962, s. 81). Həmin kitab ilk dəfə XIX əsrdə Beynəlxalq Şərqşünaslar Konqresində məşhur türkoloq Ettore Rossi tərəfindən elm aləminə tanıdılıb (Rossi Ettore, “Importansa dell’inedita grammatica turca di Pietro Della Valle”, Atti del XIX. Congresso Internazionale degli Orientalisti, Roma 1938, s. 202-209).
Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).
Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi şərq ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olub və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (İran şahı Abbasın şərtləri haqqında) adlı kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdığına, şahı çox müdrik və adil hesab etdiyinə görə, Roma senzurası tərəfindən bu kitabın çapına icazə verilməyib (Vitalone Mario. Il Diario di viaggio in Persia di Pietro Della Valle: un confronto con le Lettere. s. 3).
Dalle Valle 1614-cü ildə İstanbula gəlib, qrammatika kitabını yazmağa elə orada olarkən başlayıb, lakin osmanlı dilində türk sözlərinin azlığını görüb. 1617-ci ildə İsfahan, Mazandaran və Gilana üz tutan səyyah 1623-cü ilə qədər Səfəvilər dövləti ərazisində yaşayıb. O, qrammatika kitabını 1621-ci ildə İsfahanda bitirib.
1643-cü ilin avqust ayında öz missioner səfərindən İtaliyaya qayıdan Pietro kitabı haqqında Roma senzurasına məlumat verir. Senzura tərəfindən təyin edilmiş Padre Macio “mən dinə və mənəviyyata zidd bir şey görmədim” (Et nihil in eo repperi, quod fidei, aut bonis moribus adversetur) sonluğu ilə bitən bir rəy verir. Lakin əsər yenə nəşr olunmur.
Ömrünün sonlarını Pietro, demək olar, cəmiyyətdən təcrid olunmuş şəkildə keçirib. Pietro Della Vallenin ölümündən sonra 1652-ci ildə kitabın əlyazması onun varisi Markiz Del Bufaloya çatır. O isə öz növbəsində qrammatikanı Papa XI Klimenteyə təqdim edir. 1718-ci ildə Papa XI Klimente “Vat. Turco 40” kimi tanınan bu kitabı müəllifin digər 8 əsəri ilə birlikdə Vatikan Apostol Kitabxanasına verir. Qrammatika kitabı 1900-cü ilə qədər diqqətdən kənarda qalır. Məşhur şərqşünas Ettore Rossi tərəfindən yenidən kəşf edilən bu elmi əsərin yüksək keyfiyyəti alimi heyran edir və 1935-ci ildə o, şərqşünasların konvensiyasında bu barədə elmi ictimaiyyətə məlumat verir.
2017-ci ildə keçirilmiş Beynəlxalq Türk Dili Tədrisi Konfransında (noyabr) yer almış Nevin Özkan və Raniero Speelmanın müəllifi olduğu “İtalyan tələbələri və türkcə təhsil: XVI və XVIII əsrlər arası dövrlərdə dərslər. Tarixdən bir nümunə: Pietro Della Valle” adlı konfrans materialında bu qrammatika kitabı haqqında ətraflı məlumat öz əksini tapmışdır (Nevin ÖZKAN, Raniero SPEELMAN. Italiani studenti e studiosi del turco: lezioni tra il cinque e il settecento. Un esempio storico: Pietro Della Valle. Uluslararası İtalyanca Dil Öğretimi Konferansı. Rumelide Dil ve edebiyat araştırmaları dergisi. Journal Of Language And Literature Studies. S. 50-59).
Burada göstərilir ki, Pietro Della Valle kitabını türk dili dərsliyi kimi tərtib etmişdir. Girişdə türk dilini öyrənməyin əhəmiyyətindən bəhs edən, üç əsas dili müqayisə edən Valle 38 səhifədən ibarət I Kitabın əvvəlində, türk dilinin fonetikası, səslərin tələffüzü, transliterasiya və əlifbanın quruluşunu verir. Ardından saitlərin tələffüz xüsusiyyətlərini izah edir.
II Kitab 60 səhifədən çoxdur. Burada isim, sifət və feildən bəhs olunur. Sözlərin sonluqlarındakı səslərin dəyişməsi, sifətin müqayisə və üstünlük dərəcələri haqqında məlumat verilir. بِلْمَكْ Bilmək feilindən danışarkən kök olaraq əmr şəkli göstərilir بِلْ Bil, düzəltmə olaraq بِلِشْ Biliş sözü misal gətirilir.
Başqa bir nümunədə “qalxan” və ya “təkər” mənasını verən ərəb mənşəli تَرسْ Tərs sözündən yaranan تَرسْخَانَه (tersħāne) Tərsxanə (qalxan evi) mürəkkəb sözünü göstərir.
Valle burada rəqəmlərə, hesablamalara və əbcəd hesabına ayrıca diqqət yetirir.
III Kitab ən qısa olub 11 səhifədən ibarətdir: əvəzliklərin növləri haqqında əyani misallarla məlumat verilir.
IV Kitab (50 səhifədən çox) feillərə həsr olunub. Valle sadə feilləri düzəltmədən fərqləndirir, -maq, -mək şəkilçili məsdərlərdən çoxlu miqdarda misallar gətirir.
V Kitab 34 səhifədən ibarət olub feillərin inkarı, qarşılıq, icbar növləri və köməkçi feillər, indiki zaman haqqında geniş məlumat verilir.
VI Kitabda (30 səhifə) zərf, Vallenin türk dilində zəngin olduğunu qeyd etdiyi nida və şəkilçilər təhlil edilir.
Sonuncu 40 səhifəlik VII Kitab cümlə quruluşu haqqındadır.
Pietro Della Vallenin bu əsəri (La Grammatica turca. di Pietro Della Valle (1586-1652) contenuta nel manoscritto Vaticano Turco 40 della Biblioteca Apostolica Vaticana) həm tarixi qrammatika baxımından, həm də Azərbaycan dilinin elmi qrammatikasının tədrisinin tarixi nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyət daşıyır. Vatikanın kitabxanasından onun tapılaraq üzünün çıxarılması və ölkəmizdə italyan mütəxəssisləri tərəfindən tərcümə edilərək nəşr edilməsi çox vacibdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, Vallenin Şah Abbasla bağlı məktublarının da Azərbaycana üzünün çıxarılaraq gətirilməsi tariximizin öyrənilməsinə yeni faktlar gətirə bilər.
Похожие статьи
-
Azerbaycan dilinin tarixi qrammatikasi
Azərbaycan dilinin ilk elmi qrammatikası Azərbaycan dünya mədəniyyəti xəzinəsinə çox dahilər vermişdir: Əbülhəsən Bəhmənyar Azərbaycani, Nizami Gəncəvi,…
-
Azərbaycan dilinin tarixi qrammatikası azizxan tanriverdi
Tanrıverdi Əzizxan. Azərbaycan dilinin tarixi qrammatikası 1989-cu ildə Özbəkistan onomastikası konfransında iştirak edib. 7–10 oktyabr 2014-cü ildə…
-
Azərbaycan tarixi kurikulumla 6-11
Azərbaycan tarixi kurikulumla 6-11 9. 1863-cü il Zaqatala üsyanına aid deyil: Azərbaycan tarixi. XI sinif. KSQ №2 1.Rusiyada təhkimçilik hüququ ləğv…
-
Azərbaycan tarixi 2014 “Kim Tərtərçay dərəsini seyr etməyibsə, yalnız o adam İsveçrənin gözəlliyinə məftun ola bilər”. Bu sözləri Qafqaz geologiyasının…
-
Azərbaycan tarixi və coğrafiyası
Azərbaycan tarixi və coğrafiyası Antarktida materiki 1820-ci ilin yanvarında rus səyyahları F. Bellinshauzen və M. Lazarev tərəfindən kəşf edilmişdir….
Comments are closed, but trackbacks and pingbacks are open.