Press "Enter" to skip to content

Azərbaycan Dəmir Yolları

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Facebook

Вы используете браузер, который Facebook не поддерживает. Чтобы все работало, мы перенаправили вас в упрощенную версию.

Azərbaycan Dəmir Yolları на Facebook. Если вам интересны новости Azərbaycan Dəmir Yolları, регистрируйтесь на Facebook сегодня!

Azərbaycan Dəmir Yolları на Facebook. Если вам интересны новости Azərbaycan Dəmir Yolları, регистрируйтесь на Facebook сегодня!

Azərbaycan Dəmir Yolları

@AzerbaycanDemirYollari

О пользователе Azərbaycan Dəmir Yolları

1880-ci ilin 20 yanvar tarixində Azərbaycanda ilk dəmir yolu istifadəyə verilib. Bakı–Sabunçu–Suraxanı marşrutu ilə yola çıxan qatar Azərbaycan nəqliyyatı tarixində yeni səhifənin – dəmir yolları dövrünün başlanmasını bəyan etdi. Çox keçmədi ki, qatarlar, vağzallar, dəmir cığırlar Azərbaycan peyzajının ayrılmaz hissəsinə çevrildi. Dəmir yolu xətləri Azərbaycanın hər yerinə uzandı, coğrafi baxımdan uzaq olan bölgələri bir-birinə və eyni vaxtda mərkəzə – Bakıya caladı. Bir müddət sonra ölkəmizin dəmir yolları qonşu regionlarla birləşdirildi, Xəzəri Qara dənizlə, Şimalı Cənubla bağladı.

Bu gün Azərbaycanın dəmir yolları inkişafının yeni mərhələsini yaşayır. Ölkəmizdə və beynəlxalq məkanda dəmir yolu nəqliyyatı sahəsində xidmətlərə tələbatın yüksək səviyyədə təmin olunması, Respublikamızın Avrasiyanın mühüm nəqliyyat və logistik mərkəzlərindən birinə çevrilməsi, regionda əməkdaşlığın, ticarət dövriyyəsinin və rəqabət qabiliyyətliliyinin artırılması, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şimal-Cənub, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti kimi irimiqyaslı və strateji əhəmiyyətli layihələrin yüksək səviyyədə həyata keçirilməsi qarşıya qoyulan mühüm hədəflərdəndir.

“Azərbaycan Dəmir Yolları”:

Bu yaxınlarda Bakı şəhərətrafı dəmir yolu xəttinin Bakı-Sabunçu hissəsinin istismara verilməsi nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın ONA-ya verdiyi məlumata görə, işlər mərhələlərlə aparılır.

Dairəvi dəmir yolunun Sumqayıt-Sabunçu hissəsində işlər sürətlə davam edir. Ümumilikdə genişləndirmə işləri Bakı sərnişin, Nərimanov, Keşlə, Koroğlu dayanacağı, Bakıxanov, Sabunçu, Zabrat, Pirşağı, Goradil, Fatmayi, Saray və Sumqayıt istiqamətində olacaq. Bu yol istismara veriləndən sonra Bakı, eləcə də Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin nəqliyyat problemi qismən aradan qaldırılacaq, dairəvi dəmir yol boyunca yerləşən kəndlərdə yaşayan əhali elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Bakı dairəvi yolunda 14 stansiya və dayanacaq olacaq. İlkin mərhələdə Bakı sərnişin stansiyasından çıxan elektrik qatarları Keşlə, Koroğlu, Bakıxanov və Sabunçu stansiyasında dayanacaqlar. Bakı dairəvi yolunda hərəkət edəcək qatarların sayı, onların hərəkət cədvəli, gediş haqqı barəsində məlumatlar hələ müəyyənləşdirilməyib.

Comments are closed, but trackbacks and pingbacks are open.