Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin baş sponsorluğu ilə “İnsan Resursları Sammiti – Bakı 2017” keçirilir
2004-2007-ci illərdə İqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
“Azərbaycan Dəmir Yolları” QSC-də yeni vakansiyalar
“Azərbaycan Dəmir Yolları” QSC-də insan resursları potensialının yüksək ixtisasa və müasir dünyagörüşünə malik mütəxəssislər hesabına gücləndirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində işə qəbulun mərkəzləşdirilmiş və kollegial qaydada obyektiv və şəffaf prosedurlarla vahid mexanizm əsasında həyata keçirilməsi məqsədilə yeni işə qəbul sistemi formalaşdırılıb.
QSC-dən SİA-ya verilən məlumata görə, “Azərbaycan Dəmir Yolları”nda sahə üzrə geniş təhlillər aparılaraq müasir beynəlxalq təcrübəyə və nəzəri əsaslara uyğun olaraq işə qəbul qaydaları hazırlanıb və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin müvafiq əmri ilə təsdiq edilib.
“Azərbaycan Dəmir Yolları” QSC üzrə elan edilmiş vakansiyalara namizədlər rəsmi internet səhifəsinin (www.ady.az) “Karyera” bölməsinə daxil olmaqla müraciət edə bilərlər. Müraciət edən namizədlər ilk öncə vakansiyanın təsviri forması ilə tanış olmalı və işə qəbul üzrə müraciət formasını doldurmaqla göndərməlidir.
“Azərbaycan Dəmir Yolları” QSC-də müsabiqə bir qayda olaraq, qulluqçu vəzifələri üzrə test və müsahibədən və fəhlə peşələri üzrə isə test və peşə imtahanından ibarət müsabiqə yolu ilə həyata keçirilir.
Bakıda “Azərbaycan Dəmir Yolları” QSC-nin baş sponsorluğu ilə “İnsan Resursları Sammiti – Bakı 2017” keçirilir
Dekabr ayının 8-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr edilən “İnsan Resursları Sammiti – Bakı 2017” adlı tədbir keçirilir. 300 nəfərin iştirakı ilə keçiriləcək bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker – insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə edəcək. Sammitin əsas mövzusu “Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu”dur. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun tədbirdə giriş nitqi ilə çıxış edib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 29 noyabr 2011-ci ildə imzalanan sərəncamla qüvvəyə minmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında kadr hazırlığı məsələlərinə ciddi əhəmiyyət verilməkdədir. Ümumiyyətlə təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin əsas tərkib hissələrindən biri də məhz insan kapitalının inkişafı, gənc kadrların hazırlanması, intellektual sərmayənin tərəqqisidir. Biz də, “Azərbaycan Dəmir Yolları” olaraq bu siyasətin, bu konsepsiyanın tələblərinin icrasından irəli gələrək insan resurslarının və onun idarəedilməsinin inkişafına öz tövhəmizi vermək niyyətindəyik. Bu baxımdan Dövlət, xalq və onun gələcək müqəddəratı qarşısındakı ictimai məsuliyyətimizi bilərək belə bir tədbirin ərsəyə gəlməsi üçün öz dəstəyimizi əsirgəməmişik. Çünkü insan resursları idarəçiliyinin funksional, iqtisadi və fərdi olduğu kimi, ictimai məqsədləri də vardır. Çünkü bu sahə, həm də milli kadrların inkişafına, hazırlanmasına imkan yaradır. Tədbirin əsas dinləyici hədəfi insan resurslarının idarə edilməsi sahəsi üzrə peşəkarlar və insan resursları idarəçiliyi funksiyalarının tətbiqilə təmasda olan, həmçinin bu sahə üzrə qərar verən rəhbər şəxslərdir. Sammitin spikerləri yerli və xarici olmaqla yüksək imicə və statusa malik qurumların, əsasən, insan resursları strukturları üzrə rəhbərləri, həmçinin insan resursları sahəsini kurasiya edən yüksək vəzifəli şəxslər, habelə qurum rəhbərləridir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin yeni sədri kimdir? – DOSYE
BAKU.WS yeni sədrin bioqrafiyasını təqdim edir.
O, 1980-ci ildə anadan olub. 1997-2001-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq Dövlət və bələdiyyə idarəetməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək bakalavr dərəcəsi alıb.
Daha sonra, 2001-2003-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alaraq İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisasını fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsinə yüksəlib.
2004-2007-ci illərdə İqtisadiyyatın davamlı inkişaf problemləri mövzusunda dissertasiya müdafiə edib və iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2004-2012-ci illərdə “Azərpoçt” MMC-də Biznesin inkişafı şöbəsində müdir müavini, Əməliyyatlar şöbəsinin müdiri, 2012-2014-cü illərdə isə “Azərkosmos” ASC-də Korporativ idarəetmə üzrə müşaviri vəzifələrində çalışıb.
2014-cü ildə Təhsilini Biznesin Davamlılığı İnstitutunda (the Business Continuity Institute) davam etdirərək “Biznesin davamlılığının planlaşdırılması proqramı”nı bitirən R.Rüstəmov 2014-cü ildən etibarən Biznesin Davamlılığı İnstitutunun həqiqi üzvüdür.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 iyun tarixli Sərəncamı ilə “Azərkosmos” ASC-nin sədr müavini təyin edilib.
2021-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyun tarixli Sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini təyin edilib.
Похожие статьи
-
Azərbaycan respublikasında təhsilin inkişafı üzrə
YENİ AZƏRBAYCAN PARTİYASI – Leyla xanım, təhsil sahəsinin inkişafı Azərbaycan dövləti üçün prioritet istiqamətlərdən biridir. Siz həm bir təhsil işçisi,…
-
Azərbaycan respublikasının müasir inkişaf strategiyası
TƏHSİLİN İNKİŞAF STRATEGİYASI: nailiyyətlər və əsas hədəflər – Nazir yazdı Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası…
-
Azərbaycan nazirləri Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ədliyyə orqanları yeni mərhələyə qədəm qoyub. Sovet ideologiyasında azad olan sistem…
-
Dəmir yolu nəqliyyatı Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yollarının texniki tərəqqi və…
-
AZƏRBAYCAN MUSİQİSİ Azərbaycan caz musiqisinin inkişafında bəstəkar və pianoçu V.Mustafazadənin müstəsna rolu olmuşdur. V.Mustafazadə təşkil etdiyi…
Comments are closed, but trackbacks and pingbacks are open.