AZƏRBAYCAN ETNOQRAFİYASI
Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və inkişaf etdirmişdir. Heç şübhəsiz, maddi və mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır.
Azərbaycanlıların etnik tarixi
Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas əhalisi, türk qrupunun oğuz qoluna mənsub olan xalq – özlərini azərbaycanlı adlandırırlar. Azərbaycan türkləri azəri türkləri kimi də tanınırlar və müxtəlif dövrlərdə türklər, qafqaz türkləri, tatarlar, Qafqaz tatarları, adlandırılmışdır. Onlar ağ (Avropa) İrqin xəzər (kaspi) tipinə Aid edilirlər. Müsəlmandırlar. Bir həssəsi sünnü, qalaqları isə şiədirlər. Soyköklərində başlıca olaraq iskit (skit, skif) sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar habelə başqa türk etnosları iştirak etmiş və oğuz türkləri (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynamışlar. Sayları təqribən 50 milyondur. O cümlədən Azərbaycan respublikasında –9 milyondan yuxarıdır, Cənubi Azərbaycanda və digər bölgələrində təqribən 30 milyondur.
Azərbaycan ərazisinin Avropanı Asiya ilə, Rusiyanı Yaxın və Orta Şərqlə əlaqələndirən çox əlverişli hərbi-strateji mövqedə yerləşməsi, həm də zəngin yeraltı və yerüstü sərvətlərə malik olması azərbaycanlıların tarixi müqəddaratında dərin iz buraxmışdır. Ayrı-ayrı tarixi dövrlərdə Azərbaycanın torpaqlarını işğal etməyə və burada möhkəmlənməyə çalışan böyük dövlətlərin (İran, Bizans İmperiyası, Ərəb xilafəti, Rusiya imperiyası, SSRİ və b.) Qafqazı azərbaycanlılardan «təmizləmək» siyasəti nəticəsində daim təqiblərə, repressiyalara, sürgünlərə, repressiyalara, soyqırımlara məruz qalan azərbaycanlılar dünyanın müxtəlif ölkələrinə səpələnmişlər.
Hazırda azərbaycanlılar doğma vətənləri olan Azərbaycan respublikası (Şimali Azərbaycan) və Cənubi Azərbaycanla yanaşı,toplu halda ən qədim zamanlardan başlayaraq İranın müxtəlif bölgələrində, İraq, Şərqi Anadolu, Gürcüstan (əsasən ölkənin cənub şərqindəki tarixi Borçalı mahalı ərazisində), Dağıstan və başqa yerlərdə yaşayırlar. Rusiya imperiyasının Cənubi Qafqazda apardığı işğalçılıq müharibələri və müstəmləkəçilik siyasəti nəticəsində azərbaycanlılar, Azərbaycanı Türkiyədən ayrı salmaq məqsədi ilə, Türkiyə ilə həmsərhəd olan qərbi Azərbaycan torpaqlarından zorla sürgün olunmuş, həmin ərazidə əvvəlcə «Erməni vilayəti» , sonra isə erməni dövləti yaradılmışdır.
Azərbaycanlıların vahid bir xalq kimi formalaşması prosesi şimaldan Baş qafqaz dağları, cənubdan Sultaniyyə-Zəncan-Həmədan hüdudları, qərbdən Anadolu aə Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi, şərqdən Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir.
Azərbaycan ərazisi, bu diyarın dünyanın Ən qədim insan məskənlərindənbiri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl yaşamış aşel dövrünə Aid qədim insanın (Azıx Adamı və ya azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi «Avropanın Ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir.
B.e.əvvəl III-II minilliklərdə indiki cənubi Azərbaycan ərazisində Lullubey və Qutilər yaşamışlar. Sonralar bu ərazidə onların varisləri olan Mannalılar məskunlaşmışdır. Onlardan bir qədər cənub-şərq tərəfdə Midiyalılar yerləşirdilər. Lullubeylərin şərq qonşuları kassitlərə qohum olan Kaspilər yaşayırdılar ki, bu ərazi də həmin tayfaların adı ilə Kaspiana adlanırdı. Araz çayının cənub qolu olan Qarasu çayı vadisində kadusi tayfaları yaşayırdılar.
Azərbaycan dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı tənqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk tafa birlikləri, dövlət qürumları hələ e.ə. I minilliyin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit-Skif) şahlığı, albaniya, Atropatena kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanın etnik-siyasi tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.
III əsrdə Azərbaycanı Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. İşğalçılar ölkəyə İranın və Ərəbistanın içərilərində çoxlu İran və ərəb mənşəli əhali köçürüb gətirdilər. Gəlmə əhali mühüm hərbi strateji əhəmiyyətə malik olan məntəqələrdə və məhsuldar torpaqlarda yerləşdirildi. Yadellilər Azərbaycanın yerli əhalisini əridib yox etmək siyasəti yeritməyə başladılar. Lakin təqribən 600 il ərzində aramsız olaraq davam etmiş İran və Ərəb zülmü Azərbaycan xalqının təşəkkülü prosesini dayandıra bilmədi. İşğalçıların yerli əhalini assimilyasiyaya uğratmaq siyasətinə baxmayaraq, uzun tarixi dövr ərzində Azərbaycanın bütöv halda həmin imperiyaların tərkibində olması nəticəsində, ölkənin bütün bölgələri arasında daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi. Azərbaycanın şimal və cənub, şərq və qərb bölgələri arasında etnik siyasi və mədəni birliyin yaranması yolunda mühüm irəliləyiş baş Verdi. İran və ərəb işğalçılarına qarşı uzun sürən birgə azadlıq mübarizəsi ölkənin türk və qeyri türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb qarışmasına müsbət təsir göstərdi. Vahid xalqın yaranması prosesi surətləndi.
Eramızın ilk yüzilliklərində ölkə əhalisinin əksəriyyətini təşkil edən və hərbi siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk etnosları vahid xalqın təşəkkülü prosesində mühüm rol oynayırdılar. Türk etnosları içərisində oğuz türkləri üstünlük təşkil edirdilər. İlk oğuzlar Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədim türklərin Dərbənd keçidi vasitəsilə, habelə Böyük qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışlar.
YII əsrdə islam dininin qəbul olunması vahid xalqın və Dinin təşəkkülünə təkan verdi və bu prosesin surətlənməsinə həlledici təsir döstərdi.
Xilafət ağıldıqdan sonra IX əsrin ortalarından azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətləri yarandı. Azərbaycan türk dili bütün ölkə ərazisində əsas ünsiyyət vasitəsinə çevrildi. IX əsrin 70-ci illərinin sonlarından başlayaraq (879-941) Azərbaycan torpaqlarının türk dövlətinin- Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin dahainləşməsinə, etn6ik fərqlərin aradan çıxması və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin sürətlənməsinə müsbət təsir göstərmişdir.
XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm dönüş dövrü başlandı. Orta asiyadan aralıq sahillərinə və Dərband keçidindən İran körfəzinə qədər geniş əraziləri əhatə edən böyük səlcuq iperatorluğu yarandı. Səlcuq dövü Azərbaycanın tarixi müqəddaratında tarixi bir rol oynadı. Xristian amili ümumiyyətlə Cənubi Qafqazda tənəzzülə uğradı. Səlcuq axınları zamanı oğuz türklərinin yeni-yeni toplumları Azərbaycanda məskən saldılar.Eyni kökdən olan oğuz səlcuq türkləri ilə Azərbaycan türkləri tez bir zamanda qaynayıb qarışdı. Azərbaycan xalqının təşəkkülü prosesi başa çatdı. Azərbaycan türk dili bütün Cənubi qafqazda, o cümlədən Azərbaycanda başlıca ünsiyyət vasitəsinə çevrildi.
Böyük səlcuq imperatorluğunun süqutundan sonra qüvvətlənən şirvanşahlar və eldənizlər dövlətləri Azərbaycan xalqının dövlətçilik ənənələrinin davam etdirilməsində mühüm rol oynadılar. Yaxın və Orta Şərqin Ən qüdrətli dövlətinə çevrilən Eldənizlər dövləti Azərbaycan xalqının etnik siyasi tarixində xüsusitlə böyük rol oynadı.
XY-XYIII əsrlərdə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi və Əfşar imperiyaları bilavasitə Azərbaycan sülalələri tərəfindən idarə olunurdu. Bu mühüm amil Azərbaycanın daxili və beynəlxalq əlaqələrinə müsbət təsir göstərir, azərbaycanlıların hərba siyasi təsir dairəsini, Azərbaycan dilinin fəaliyyət meydanını genişləndirir, Azərbaycan xalqının maddi və mənəvi tərəqqisinə əlverişli şərait yaradırdı.
XYIII əsrin II yarısında Azərbaycan xırda dövlətlərə- xanlıqlara parçalandı. Ölkənin hərbi siyasi tənəzzül dövrü başlandı. Bundan istifadə edən İran və rusiya Azərbaycanı öz aralarında qanlı müharibələr meydanına çevirdilər. Gülüstan (1813), və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan iki imperiya arasında bölüşdürüldü. Şimali Azərbaycan rusiyaya, Cənubi Azərbaycan isə İrana qatıldı. Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı. Rusiya şərqə doğru daha da irəliləmək üçün azərbaycanlıları Qafqazdan sıxışdırıb çıxartmaq siyasəti yeritməyə başladı. Bunun üçün Cənubi Qafqazın xristian əhalisinə – ermənilərə və gürcülərə arxalandı. Burada xristian amili yenidən dirçəldi. Rusiya Cənubi qafqazda özünə dayaq nöqtəsi yaratmaq üçün Azərbaycan porpaqlarına xüsusən Qarabağın Dağlıq rayonlarına, keçmiş irəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə erməni əhalisini köçürtdü. Qərba Azərbaycan torpaqlarında «Erməni vilayəti» yaradıldı. Bununla da Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Bir çox mubarizələrdən sonra 1918-ci il mayın 28-də Şimali Azərbaycanda Şərqdə ilk Demokratik respublika- Azərbaycan Xalq Cumhuriyyəti yaradıldı. Lakin bolşevik Rusiyası Azərbaycan dövlətini qan içində boğdu. Sovet rusiyası tərəfindən işğal olunan Azərbaycan torpaqlarında Azərbaycan Sovet Sosialist Respublikası, Qərbi Azərbaycan torpaqlarında isə Ermənistan SSR yaradıldı. Beləliklə 1948-1953-cü illərdə azərbaycanlılar – öz torpaqları olan Qərbi Azərbaycandan kütləvi surətdə sürgün olunmağa başladılar. Bundan başqa 1988-1989 cu illərdə yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan qovuldu. Qərbi Azərbaycan ın «azərbaycanlılardan» təmizlənmə prosesi başa çatmış oldu. 1990-cı ilin 19-20 yanvarında Ən müasir silahlarla silahlanmış sovet qoşunları Bakıya yeridildi. İşğalçılar silahsız xalqa divan tutdular. İhğalçılara qarşı ümumxalq nifrəti daha da alovlandı.Bununla da Şimali Azərbaycanda 1991-ci il oktyabrın 18-də – Müstəqil Azərbaycan Respublikası yarandı. Çox təəssüflər olsun ki, hal hazırda torpaqlarımızın 20% erməni işğalı altındadır.
Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası
- Teqlər:
- azərbaycanlılar
- , etnoqrafiya
AZƏRBAYCAN ETNOQRAFİYASI
AZƏRBAYCAN ETNOQRAFİYASI
Azərbaycanlılar Qafqaz regionunda say etibarilə yerli
xalqlar arasında birinci ümumilikdə is,ə ruslardan sonra ikinci
yerdə dururlar. Azərbaycan Respublikası əhalisinin sayı 8,3
milyondur. Azərbaycanda 8 milyondan çox azərbaycanlı yaşa-
yır. Bundan başqa azərbaycanlılar Gürcüstanda, Mərkəzi Asiya
və Qazaxıstanda, Rusiyada, Türkiyədə böyük qruplar halında
yaşayırlar. Dünyada hazırda 50 milyondan çox azərbaycanlı
yaşayır. Azərbaycan çoxmillətli ölkədir. Burada azərbaycan-
lılarla yanaşı çoxlu miqdarda etnik qruplar: ləzgilər, avarlar,
saxurlar, rutullar, udinlər, xınalıqlar, qrızlar, buduqlar,
gürcülər, talışlar, tatlar, türklər, ruslar, ukrainlər, belaruslar və
digər хаlqlаr yaşayırlar. Azərbaycanda subetnoslar еtnоqrаfik
qruplаr da yaşayır: ayrımlar, padarlar, şahsevənlər və s. bu cür
subetnoslara aiddir. Bu subetnosların dili Azərbaycan dilidir.
Еtnik qruplаr tаtlаr, tаlışlаr, kürdlərin dilləri – Аvrоpа dil
аiləsinin İrаn budаğınа аiddir. Qafqaz dilli xalqlar isə ləzgilər,
avarlar, saxurlar, udinlər, buduqlar, qrızlar, xınalıqlar,
yengiloylardır ki, bunlar da başlıca olaraq Azərbaycanın şimal-
şərq və şimal-qərb rayonlarında məskunlaşmışlar.
Azərbaycan dili türk dillərinin cənub-qərb qrupuna daxil
olmaqla 4 dialekt toplusuna və bir çox şivələrə bölünür. 4
dialekt qrupu aşağıdakılardır:
1) Şərq qrupu: Quba, Bakı, Şamaxı dialektləri; Lənkəran
və Muğan şivələri daxildir;
2) Qərb qrupu: Qazax, Gəncə, Qarabağ dialektləri; Ayrım
şivəsi daxildir;
3) Şimal qrupu: Şəki dialekti; Zaqatala-Qax şivəsi;
4) Cənub qrupu: Təbriz, Naxçıvan, Ordubad dialektləri;
İrəvan şivəsi.
_______________Milli Kitabxana______________
70
ƏKİNÇİLİK VƏ MALDARLIQ: Azərbaycanın təbii-
coğrafi şəraiti ta qədimdən burada əkinçilik mədəniyyətinin
inkişaf etdirilməsi üçün əlverişli imkan yaratmışdır. Arxeoloji
materiallar təsdiq edir ki, burada dəmyə və süni suvarmaya
əsaslanan dənli bitkilər əkinçiliyi ilə yanaşı bağçılıq,
üzümçülük və digər əkinçilik sahələri inkişaf etdirilirdi.
Əkinçilik sistemi iki üsulla aparılırdı: dəmyə və suvarma
əkinçiliyi. Bir qayda olaraq su çıxarılması mümkün olmayan
əlvеrişli sahələrdə dəmyə əkinçiliyi tətbiq olunurdu. Subasar
ərazilərdə isə suvarma əkinçiliyi geniş yayılmışdı. Qədim
vaxtlardan Azərbaycanda yazlıq və payızlıq əkin sistemi tətbiq
edilirdi. Bu sistem taxil əkinlərinə daha çox tətbiq edilir.
Payızlıq taxıla daha çox üstünlük verilir. Taxıl bitkilərindən,
əsasən, sarı buğda, ağ buğda, qaraqılçıq, xırda buğda, qırmızı
buğda, kərə buğda üstünlük təşkil edir.
Azərbaycanda müxtəlif çəltik növləri yetişdirilirdi. Ən
geniş yayılan çəltik növləri ənbərbu, sədri, çiləyi, çampo,
marağa, əkülə, şabran, şəril sarıqılçıq, qırmızıqılçıq və
başqalarıdır. Çəltik bitkisinin müxtəlifliyi onun qədim tarixə
malik olduğunu sübut edir. Azərbaycanın ayrı-ayrı zonalarında
çəltik becərilən sahələr xır, zəmi, bicar və s. adlar altında
tanınır. Toxum səpilmiş bu sahələr, demək olar ki, məhsulun
yetişməsinə qədər suyun altında olur. Digər dənli bitkilərə
nisbətən çəltiyin suya təlabatı daha böyükdür.
Qədim əkinçilik mədəniyyətinə malik olan Azərbaycan
özünün bostan-dirrik məhsulları ilə də məşhurdur. Bakı, Ərəş
və Göyçay qəzalarında XIX əsrdə bostançılıq daha çox inkişaf
etmişdir. Muğan ərazisində daha çox qarpız yetişdirilməsi ilə
məşhurdur. Lənkəranda 23 adda dadlı qovun yetişdirilirdi.
Abşeronda məşhur Qala və Zirə qarpızları yetişdirilirdi.
Azərbaycanın ənənəvi təsərrüfat bitkilərindən biri də
pambıq olmuşdur. Pambıqçılıq Azərbaycan kənd təsərrüfatının
elə sahələrindən idi ki, burada sahibkarlar artıq muzdlu əməyin
tətbiqinə üstünlük vermişlər. Muzdlu işçilər, əsasən, Cənubi
_______________Milli Kitabxana______________
71
Azərbaycandan və Dağıstandan gələnlər, o cümlədən,
Azərbaycanın öz daxili vilayətlərində yaşayan torpaqsız
kəndlilər olmuşlar.
XIX-XX əsrlərdə tütünçülük də əsas sahələrdən biri
olmuşdur. Azərbaycanda tütünçülüyün inkişafına təsir göstərən
ən əsas amillərdən biri xaricdən gətirilən tütün üzərinə qoyulan
gömrük xərcinin artması olmuşdur.
Abşeron kəndlərində ən qiymətli bitki növlərindən olan
zəfəran yetişdirilməsi əsas sahələrdən biridir. Abşeronun
kəndində bu bitkinin yetişdirilməsinə üstünlük verirlər.
Azərbaycan toxucularının boyaq maddələrinə olan
ehtiyacını ödəmək məqsədilə Quba, Göyçay və Lənkəran
ərazilərində qırmızı boya əkinçiliyi xeyli inkişaf etmişdi. Lakin
XIX əsrin 70-ci illərində alizarinin kəşfi bu bitkiyə olan
ehtiyacı azaltdığından qırmızı boyanın istehsalı sürətlə azaldı.
Azərbaycanda ipəkçilik də bir təsərrüfat sahəsi kimi
qədim tarixə malikdir. Mingəçevirdə arxeoloji abidələrinin
verdiyi məlumata görə, hələ e.ə. II-I əsrlərdə yerli sakinlər
pambıq, kətan və yun parçalarla yanaşı ipək parçalardan da
istifadə etmişlər. XIX əsrdə ipək istehsalına görə Nuxa qəzası
birinci yeri tuturdu. İpəkçilikdə barama qurduna xidmətin
təşkilinin böyük rolu və əhəmiyyəti olmuşdur.
Azərbaycanda mühüm təsərrüfat sahəsi kimi bağçılıq və
üzümçülük də əsas yer tutur. Bu təsərrüfat sahəsinin tarixi
Tunc dövründən başlayır. Tarixi mənbələrdə Azərbaycan
meyvələrinin şöhrəti haqqında geniş məlumatlara rast gəlinir.
Azərbaycan üzümünün şöhrəti Rusiya və Avropa ölkələrinə
yayılmışdır. Azərbaycanda 4 cür tənək becərmə üsulu
olmuşdur: 1) Tənəklə bilavasitə qumlu sahələrdə öz kökü
üstündə bitib inkişaf edir (Abşeron); 2) Tənəklər ağacların
gövdəsinə, budaqlarına sarınan vəziyyətdə inkişaf edir; 3) Lək
üsulu – tənəklərin üstü qışda torpaqla örtülür (Naxçıvan); 4)
Tənəklər bir-biri ilə əlaqələndirilən yerdə basdırılmış payalara
qaldırılır (Gəncə-Qazax).
_______________Milli Kitabxana______________
72
Əkinçiliklə yanaşı iqtisadiyyatın əsasını təşkil edən
təsərrüfat sahələrindən biri də maldarlıq olmuşdur.
Azərbaycanda ipəkçilik, arıçılıq, ovçuluq və balıqçılıq da
mövcud olmuşdur. Oturaq maldarlıq, əsasən, düzən ərazilərdə
− Kür, Gəncəbasar və Xəzər ovalıqlarında yayılmışdır.
Maldarlığın köçmə otlaq forması da geniş yayılmışdır. Köçmə
təsərrüfat sistemi üç təbii zonanın – düzən, dağlıq və dağətəyi
ərazilərin yem ehtiyatından və iqlim şəraitindən səmərəli
istifadə olunmasına əsaslanır. Azərbaycan maldarları bir qayda
olaraq öz heyvanlarını noyabr ayının ortalarından mart ayının
ortalarına qədər qışlaqlarda saxlayırlar. Bundan sonra
yaylaqlara köç edilir. Köç və onunla əlaqədar olan digər xərclər
maldar əhalinin illik büdcəsinin əhəmiyyətli hissəsini təşkil
edir. Qoyunçuluq təsərrüfatı Azərbaycan maldarlığının ən
gəlirli sahələrindən biridir. İkinci mühüm sahə iri buynuzlu
mal-qaranın saxlanmasıdır. Maldarlıqla atçılıq da mühüm yer
tutur.
Kənd təsərrüfatının mühüm sahələrindən biri arıçılıqdır.
Bu sahə, əsasən, Gədəbəy, Xanlar, Quba, Qusar, Şəki,
Zaqatala, Daşkəsən, Şamaxı və Astara rayonlarında inkişaf
etmişdir.
Ev peşəsi və sənətkarlıqda əsas yeri gön-dəri istehsalı,
dekorativ-tətbiqi sənət, xalçaçılıq, ağacişləmə, metalişləmə,
daşişləmə, dulusçuluq, toxuculuq tutur.
YAŞAYIŞ MƏSKƏNLƏRİ: Azərbaycanın kəndləri 4
tipdir: Yol kənarı; Çay kənarı; Düzən; Şəhər ətrafı kəndləri.
Azərbaycan kəndləri öz quruluşuna görə də 4 qrupa bölünür:
Koma-koma; Yığcam; Küçəvari; Pərakəndə formalı kəndlər.
Bundan başqa yaşayış məskənlərinin kənd, şenlik, oba kimi
tarixən qərarlaşmış ictimai-iqtisadi formaları da vardır.
Geneoloji baximdan yaşayış məskənləri monogen və
poligen xarakterli idi. İri yaşayış məskənləri ayrı-ayrı
məhəllələrə bölünərək, az-çox dərəcədə öz ənənəvi nəsli və
patronimik xüsusiyyətlərini saxlayırdılar.
_______________Milli Kitabxana______________
73
Əhalinin təsərrüfat ənənələri, mövcud inşaat materialı,
iqtisadi güzəran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma
və tip müxtəlifliyinə çox böyük təsir göstərən amillərdir.
Azərbaycan əhalisi qədim dövrlərdən bəri başlıca olaraq
əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə
uyğun olaraq daimi və mövsümi xarakterli yaşayış evləri inşa
edirdilər.
GEYİMLƏR: Azərbaycanda natural və yarımnatural fərdi
kəndli təsərrüfatının uzun müddət ərzində davam etməsi
müxtəlif səciyyəli geyim tiplərinin yaranmasına təsir
göstərmişdir. Bir qayda olaraq qapalı təsərrüfat formasında
istifadə üçün zəruri olan geyim materialları (gön-dəri, ipək,
pambıq, yun) hər bir ailənin öz fərdi təsərrüfatında hazırlanırdı.
Milli qadın geyim kompleksinə üst və can köynəkləri,
cüttuman, taybalaq, darbalaq, zıbını (gödəkcə), çəpgən,
çərkəzi, ləbbadə, nimtənə, küləcə, katıbı, kürdü, çalma, arxalıq,
çutqu, ləçək, örpək, kəlağayı, başmaq, çust, corab, kəmər və
müxtəlif bəzək növləri daxildir. Ənlik, sürmə və vəsmə kimi
kosmetik vasitələr, habelə, xına və rəng Azərbaycan
qadınlarının məişətində az yer tutmamışdır.
Ənənəvi kişi geyimləri tuniki və doğrama biçimli can və
üst köynəklərindən, şalvardan, arxalıq, çuxa və papaqdan,
habelə, müxtəlif ayaqqabı növlərindən ibarətdir. Yapıncı və
kürk geniş yayılmış geyim tipləri olmasa da, əhalinin müəyyən
təbəqələri bundan geniş istifadə etmişdir. Toqqa və qurşaq
geyim kompleksini tamamlayan başlıca mədəni amillərdir.
MİLLİ YEMƏKLƏR: Azərbaycan xalq yeməkləri və
içkilər maddi mədəniyyətin mühüm tərkib hissəsi kimi öz
müsbət ənənələrini dövrdən-dövrə keçirərək dəyişikliyə məruz
qalmış və daha da zənginləşmişdir. Ərzaq məhsulları iki
tərkibə qruplaşdırılır: A) Bitki mənşəli məhsullar: 1) Çörək
məhsulları; 2) Meyvə-tərəvəz məhsulları; B) Heyvan mənşəli
məhsullar: 1) Ət xörəkləri; 2) Süd məhsulları. Oturaq həyat
tərzi keçirən əhali, əsasən, əkinçilik bitkilərinə və tərəvəz
_______________Milli Kitabxana______________
74
növlərinə, onlardan hazırlanmış ərzaq məhsullarına üstünlük
verirdisə, maldarlıqla məşğul olan əhali isə ət və süd
məhsullarına üstünlük verirdi.
Undan həm çörək, həm də müxtəlif xəmir xörəkləri
hazırlayırlar. Bunlara misal olaraq xəngəl, xəşil, quymaq,
umac, əriştə, həsi (qındı) və başqalarını göstərmək olar.
Xəngəlin əsas növləri sulu və quru xəngəl növləridir. Gəncə-
Qazax zonasında xəngəl xörəyi daha çox bişirilir. Burada
“qurut xəngəli” adlı xörək quru xəngəl növünün adı kimi
tanınmışdır.
Azərbaycan milli xörəklərinin xeyli hissəsi düyüdən
hazırlanır. Düyüdən 50 növ plov hazırlayırlar. Azərbaycan
mətbəxində quş əti və balıq məhsulları da əhəmiyyətli yer
tutur.
Maldarlıq geniş yayılmış ərazilərdə süd məhsulları, qatıq,
pendir, xama, qaymaq geniş istifadə olunur. Pendirlər müxtəlif
növdə olur. Bakı, Zuvand, Gəncə, Qazax, Qarabağ, Talış,
Quba-Qusar, Şirvan pendirləri bir-birindən fərqləndirilir. Ət
xörəkləri, əsasən, payız və qış aylarında süfrədə əsas yeri tutur.
Yerli qadınlar kəsilmiş heyvanın baş-ayağından kəllə-paça
bozbaşı da hazırlayırlar. Bu xörək xalq təbabətində üstünlük
verilən qida növlərindən biridir.
Azərbaycan yeməkləri iki qrupa ayrılır: mərasim
yеməkləri və gündəlik yeməkləri. Mərasim yeməkləri bayram
günlərində, toylarda, yasda və digər məişət işlərində hazırlanır.
Gündəlik yeməklər isə səhər, günorta və axşam yeməklərindən
ibarətdir.
Azərbaycan süfrəsinin ənənəvi içki növləri də vardır.
Bunlar soyuq və isti içki növləridir. Soyuq içki növlərinə su,
şərbət, ayran, atılama və çeşidli şirələr aiddir. İsti içki növlərinə
daha çox çay aiddir.
NƏQLİYYAT VASİTƏLƏRİ: Azərbaycanda başlıca
olaraq quru və su yolları, dəmir yolları əsas əhəmiyyətlidir.
Azərbaycanda xalq nəqliyyat vasitələri 4 qrupa ayrılır: Piyada;
_______________Milli Kitabxana______________
75
Minik-yük; Təkərsiz; Təkərli nəqliyyat vasitələri. Su nəq-
liyyatının da müxtəlif növləri vardır.
AİLƏ: Azərbaycanda sovet hakimiyyətinin qurulmasına
qədər patriarxal ailə ukladının güclü qalıqları saxlanılır və
bunlar bütünlüklə şəriət qanunları çərçivəsində nizama
salınırdı. Başlıca ailə formaları monoqam və patriarxal ailə
nikаh formaları idi. Azərbaycanın ailə münasibətlərində iki
forma – ekzoqamiya və endoqamiya gеniş yаyılmışdır.
Endoqamiyanın kroskuzen, ortokuzen, sororat kimi nigah
qaydalarına riayət olunur.
ŞƏHƏR MƏDƏNİYYƏTİ:
Azərbaycanda qədim
dövrlərdən bəri şəhər mədəniyyəti formalaşmış və inkişaf
etmişdir. Hal-hazırda Qafqazın ən böyük şəhəri olan Bakıda 2
milyondan çox əhali yaşayır. Azərbaycanda Gəncə, Sumqayıt,
Mingəçevir, Şəki, Şuşa və digər iri şəhərlər də mövcuddur. Bu
şəhərlərdə, əsasən, sənayenin müxtəlif sahələri inkişaf etdirilir.
MƏNƏVİ MƏDƏNİYYƏT: Mədəniyyət tarixi də
insanların öz tarixi qədər qədimdir. Etnoqraflar, adətən,
mədəniyyət anlayışını maddi və mənəvi mədəniyyət tiplərinə
bölürlər. Maddi mədəniyyət elementlərinə yuxarıda qeyd
etdiyimiz nəqliyyat və yükdaşıma vasitələri, yaşayış
məskənləri, evlər və təsərrüfat tikintiləri, yeməklər və içkilər,
geyimlər və bəzəklər, o cümlədən, əmək alətləri, qab-qacaqlar
və s. daxildir. Mənəvi mədəniyyət anlayışına insanın zehni
əməyi nəticəsində yaradılan bütün şeylər daxildir. Bunlar,
əsasən, adət və ənənələr, elm, din, fəlsəfi görüşlər, xalq
yaradıcılığı nümunələri, ədəbiyyat, incəsənət, müxtəlif inam və
etiqadlardır.
Mənəvi mədəniyyətin xüsusi sahəsi kimi şifahi xalq
yaradıcılığının qədim tarixi vardır. Xalqın keçmiş tarixini,
məişətini, təsərrüfat sahələrini əks etdirən folklor materialları
əsrlər boyu ağızdan-ağıza keçib dillər əzbəri olmuş və gələcək
nəsillər üçün həmişə mühüm tərbiyəvi rol oynamışdır.
_______________Milli Kitabxana______________
76
Xalq yaradıcılığı çox zəngin və geniş əhatəlidir.
Əfsanələr, əsatirlər, lətifələr, xalq mərasim və adətləri, nağıllar,
dastanlar, bayatılar, laylalar, oxşamalar, sayaçı sözləri,
holavarlar, atalar sözləri, məsəllər, tapmacalar və s. bir tərəfdən
xalqın ictimai həyat tərzini, onların sosial zülmə və yadellilərə
qarşı mübarizə motivlərini əks etdirmiş, digər tərəfdən ailə-
məişət məsələlərini, Vətənə, elə-obaya, əməyə dərin məhəbbət
hissini əks etdirmişdir.
Qədim Azərbaycan nəğmələri xüsusi əhəmiyyətlidir. Bu
nəğmələrdə əhalinin təsərrüfat və məişət həyatı xüsusi ilə öz
əksini tapmışdır.
Xalq milli bayramlarda öz adət-ənənəsini daha yaxşı
biruzə verir. Novruz bayramı ərəfəsində həyət-baca təmizlənir,
ev silinib-süpürülür, hamı təzə və şux geyinib bayram əhval-
ruhiyyəsində olur. İnama görə, həmin gün bütün küsülülər
barışmalı, düşmənçilik aradan qaldırılmalıdır.
Xalq yaradıcılığında səhnələşdirilmiş oyunların,
tamaşaların böyük rolu olmuşdur. Açıq havada keçirilən və
böyük tərbiyəvi əhəmiyyət daşıyan bu oyunlara böyük
tamaşaçı kütləsi baxır. “Kos-kosa”, “xan-xan”, “maral oyunu”,
“kosa və gəlin”, “kilim arası” kimi xalq oyunları öz mənşə
kökləri ilə qədim Şərq xalqlarının mədəniyyətləri ilə səsləşir.
Vaxtilə Azərbaycanın Bakı, Şuşa, Şamaxı, Gəncə və Ordubad
şəhərlərində geniş şöhrət qazanmış “zorxana” yarışlarını da
xalq oyunlarına aid etmək olar. Burada pəhləvanlar xüsusi
libaslar geyərək bir-birilə yarışır, qurşaq tutur, güləşir, daş
qaldırır, öz güclərini sınayırdılar.
Azərbaycanın ayrı-ayrı bölgələrində bu günə qədər də bəzi
yerlərdə qorunub saxlanılmış xalq oyunları qədim tariximizin
bir hissəsi olmaqla insanların mənəvi aləminin
formalaşmasında mühüm əhəmiyyətə malikdir. Odur ki,
onların bütöv Azərbaycanın ayrı-ayrı bölgələri üzrə tədqiqi
həm də mənəvi irsin qorunub saxlanılması baxımından
qiymətlidir.
_______________Milli Kitabxana______________
77
Azərbaycanda, əsasən də Gəncə-Qarabağ bölgəsində
yayılmış qədim xalq oyunları içərisində canbaz (akrobat), şatır
(qaçışla məşğul olan adam), ipatdı, sədağ (ox), qolça, kaman,
dozu mərə, beş daş, duvaqtapma, mil oynatmaq, daş qaldırmaq
və s. geniş yayılmışdır. Xüsusilə, Novruz bayramı günlərində
Gəncə-Qarabağ bölgəsinin dağ kəndlərində cıdır, müxtəlif
idman oyunları, güləş, nizə tullamaq, oxatma, tonqal üstündən
hoppanmaq, papaq oyunu və s. yarışlar keçirilir.
Gəncə-Qarabağ bölgəsində çovkan oyunu da geniş
yayılmışdır. Çovkan uzunluğu 1 – 1,25 metrə qədər olan, başı
əyri çömçəvari əl ağacıdır. Bu oyun zamanı oyunçular iki
qrupa ayrılıb əllərinə çomaq götürürlər. Çomaqların ucu qövs
şəklində əyilmiş və nadir ipək torlarla hörülmüş olur.
Meydanın ortasında top yuxarı atılır, oynayanlar qışqıra-qışqıra
topun üstünə atılıb, onu ələ keçirməyə və rəqibin qapısı
(çuxuru) tərəfə aparmağa çalışırlar. Bu oyun meydançada ya at
üstündə, ya da piyada keçirilir. Meydançanın qarşı tərəfində
bir-birindən müəyyən məsafədə aralı oyunçuların topu atması
üçün iki çuxur qazılırdı. Top ağacdan, yaxud içərisinə at tükü
doldurulmuş materialdan hazırlanırdı. Oyunda atla iştirak
edənlər bütün oyun ərzində at üstündə olmalı idilər.
Adətən, yoxsullar, atı olmayanlar piyada oyun keçirirdilər.
Gəncə-Qarabağ bölgəsində piyada oyun daha geniş
yayılmışdır.
Gəncədə yaşayıb yaratmış Nizami Gəncəvinin “çovkan”
oyununu öz əsərində təsvir etməsi bu oyunun Azərbaycanda
geniş yayıldığını təsdiq edir. Bu haqda şair “Xosrov və Şirin”
poemasında yazır:
Dişi aslan kimi yetmiş nəfər qız,
Şirinin yanına gəldi qayğısız.
… Çovkan oynamaqda çox çevikdilər
Göydən qapırdılar topu müxtəsər [30, s.121].
_______________Milli Kitabxana______________
78
Nizami Gəncəvi “Şərəfnamə” əsərində çovkan
oyununun hələ qədimlərdən təşəkkül tapdığını, Əhəmənilər
dövründə isə daha geniş şöhrət tapdığını yazmışdır.
Çovkan oyunu haqqında Dədə Qorqud dastanında,
Əvhədi Marağayi, Qətran Təbrizi, Xaqani Şirvani, Zülfüqar
Şirvaninin, eləcə də səyyah Övliya Çələbinin, “Siyasətnamə”
əsərinin müəllifi Xacə Nizamülmülkün, Nəsiminin,
M.P.Vaqifin, M.V.Vidadinin və başqalarının əsərlərində geniş
məlumatlar vardır.
Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanında
da XII əsrdə Bağdadda “Top və çovkan” oyunu üzrə yarışlar
təşkil edildiyi göstərilmişdir. Bu yarışda dünyanın bir çox
ölkələrindən 200-dən artıq atçapan iştirak etdiyi göstərilmişdir.
Ermitajda saxlanılan və üzərində “çovkan” oyunu təsvir edilən
vaza bu oyunun Azərbaycanın Qərb bölgəsində geniş
yayılmasından xəbər verir. A.Yakubovski “Musiqiçilər təsvir
edilmiş vaza və Polo oyunu” adlı məqaləsində qeyd edir ki, bu
gözəl abidənin Asiyanın hansı vilayətində yaradılmasını demək
çətindir. Ancaq bu XII əsrə aid vaza olduğuna görə üzərində
çomaqla “çovkan” oynayan 6 atlının və oyun zamanı topu
götürən nökərin piyada fiqurunun təsviri Nizami Gəncəvinin
təsvir etdiyi çovkan oyununa yaxın olması belə güman etməyə
əsas verir ki, vaza Gəncə-Qarabağ bölgəsində hazırlanmışdır.
Gəncə-Qarabağ bölgəsində də geniş yayılmış çovkan
oyunu sonradan Azərbaycandan Hindistana və İngiltərəyə
keçmişdir. Elə Avropada da bu oyunu sevən ilk ölkə İngiltərə
olmuşdur. XIX əsrin ortalarında ingilislər Hindistanda çovkan
oynayan atlıları görmüşdülər. Oyun ingilisləri maraqlandırmış,
onlar hindlilərdən oyun qaydalarını öyrənmişdilər. Sonralar
ingilislərin özləri bu oyunla məşğul olmuş və onu “Polo”
adlandırmışdılar. Hətta 1908-1920-ci illərdə keçirilən
olimpiadalarda ingilislər, 1924-1936-cı illərdə keçirilən
oyunlarda isə argentinalılar qalib gəldilər.
_______________Milli Kitabxana______________
79
Azərbaycanda ən geniş yayılmış qədim oyunlardan biri
də “Baharbənd” və “Papaq” oyunudur. Baharın əvvəllərində
atçapanlar xüsusi çəmənliyə toplaşır və “Baharbənd” oyununa
hazırlaşırdılar. Gəncə-Qarabağ bölgəsində bu oyun xüsusi
təmtəraqla keçirilirdi. Şuşada Cıdır düzü adlanan yerin olması
da buna sübutdur. Oyun zamanı atı çapa-çapa papağını,
silahını, kəmərini, xəncərini, çuxasını, arxalığını,
ayaqqabılarını ardıcıllıqla əynindən çıxarır. Atçapan nəzərdə
tutulmuş yerdə atı geriyə sürür və sürəti azaltmadan yerə
atılmış əşyaları yığıb dəyişir. Finişə hamıdan tez çatan qalib
hesab olunur.
“Baharbənd” oyunu, əsasən, kələ-kötürlü yerlərdə
keçirilirdi. Əyri-üyrü dar cığırlarla at çapmaq gəncdən yüksək
məharər və cəsarət tələb edirdi. Gəncə-Qarabağ zonasında bu
oyun daha geniş yayılmışdı.
“Papaq” oyunu maraqlı, zarafatla keçən oyunlardan biri
idi. Bu oyunda öz papağını saxlayan və oyunun digər
iştirakçılarının başından iki və daha çox papaq götürən atlı
qalib hesab edilirdi. 8-12 atlı arasında bir qız olur. O, üzünə
yaylıq örtür və toxunulmaz hesab edilir, lakin öz yoldaşlarının
papağını götürmək hüququna malik olur. Papaqsız qalan
məğlub atlılar atdan düşürlər.
Xalqımızın mənəvi mədəniyyətində xalq musiqi
yaradıcılığının xüsusi yeri vardır. Ustad xanəndələr muğam
musiqisi əsasında şöhrət qazanmışlar. Dahi Nizami hələ orta
əsrlərdə mövcud olan muğam mədəniyyətinə öz münasibətini
“Xəmsə”sində dəfələrlə bildirmiş və 8 qədim muğam növünün
adını çəkmişdir. Nizami Gəncəvi ona bəlli olan yüzə qədər xalq
mahnılarından 30-nun adını çəkmiş, 32 musiqi alətindən bəhs
etmişdir. Azərbaycan xalq musiqi alətləri simli, nəfəsli və zərb
alətləri olmaqla üç qrupa ayrılır. Ən geniş yayılmış simli
alətlərdən qopuz, saz, tar, kamança və s. göstərmək olar.
Azərbaycanda aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
_______________Milli Kitabxana______________
80
Azərbaycan xalq rəqs sənəti də yüksək dərəcədə inkişaf
etmişdir. “Ceyranı”, “İnnabı”, “Uzun dərə”, “Bənövşə”,
“Lalə”, “Mirzeyi”, “Tərəkəmə”, “Vağzalı” kimi oyun havaları
xalqın ruhunu oxşayır. Kollektiv rəqs növlərindən olan “Yallı”
Azərbaycanda qədim rəqslərdən biridir. Yalnız kişilərin iştirak
etdiyi “Cəngi” və “Zorxana” rəqsləri dözümlülük, cəsarət və
çeviklik tələb edən rəqs növləridir.
Azərbaycan etnoqrafiyası
Azərbaycan etnoqrafiyası — Azərbaycanda yaşayan xalqların özünəməxsus xüsusiyyətlərini öyrənir, tarix, arxeologiya, eləcə də başqa elm sahələrinin əldə etdiyi nəticələri araşdırır, tamamlayır, bütövləşdirir. Nəticədə etnik-milli özünüdərkin, özünütanımanın əsasını yaradır. Yəni, maddi və mənəvi mədəniyyət əsasında milli kimlik formalaşır, etnoqrafiya elmi isə minilliklərin bu milli-etnik kimliyini üzə çıxarmaqla məşğuldur.
Qafqazın cənub-şərqində geniş ərazini əhatə edən Azərbaycan əlverişli təbii-coğrafi və iqtisadi-strateji məkanda yerləşmişdir. Ona görə də burada maddi mədəniyyətin təşəkkül tapması, inkişafı və yayılması üçün hər cür imkan və mövcud şərait olmuşdur.
Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və inkişaf etdirmişdir. Heç şübhəsiz, maddi və mənəvi mədəniyyətin qarşılıqlı əlaqəsi hər iki sahənin yüksək səviyyəyə çatmasına zəmin yaratmışdır. Azərbaycan haqlı olaraq bəşər sivilizasiyasının ilkin ocaqlarından sayılır.
Azərbaycan ərazisinin son dərəcə əlverişli iqlim şəraiti, zəngin flora və faunası, yerli əhalinin qədimliyi, təsərrüfat məişəti, çoxsahəli sənətkarlığı, maddi və mənəvi dünyası onun etnoqrafik baxımdan daha çeşidli və məzmunlu olmasına əsaslı zəmin yaratmışdır. O da həqiqətdir ki, xalq minilliklərdən başlayaraq Qafqaz, Yaxın Şərq və başqa ölkələrin xalqları ilə davamlı və arasıkəsilməyən sıx iqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan bu qarşılıqlı təmasdan çox şey əxz etmiş, faydalanmış və zənginləşmişdir. Xalqın etnoqrafiyası Qafqaz, bir qədər də geniş mənada, Yaxın və Orta Şərq xalqlarının etnoqrafiyasının ayrılmaz tərkib hissəsidir. Hər bir xalqın maddi mədəniyyəti yalnız onun özünəməxsus spesifik-lokal cəhətləri və fərdi xüsusiyyətləri ilə seçilir. Bu isə bir etnosa məxsus mədəniyyəti digər etnosun mədəniyyətindən əsaslı surətdə fərqləndirilir. Bu baxımdan Azərbaycan xalqının çoxəsrlik empirik təcrübə, bilik və vərdişlərə əsaslanan maddi mədəniyyət tarixi zəngin olub, özünün spesifikasını və milli xüsusiyyətlərini maddi mədəniyyətin bütün sahələrində bariz şəkildə nümayiş etdirir.
Əsasən, XIX əsrin ortalarında maldar elatların oturaq həyata keçməsi nəticəsində salınan kəndlərdə icma münasibəti qalıqları daha çox mühafizə olunduğundan, oturaqlaşma zamanı qohumluq prinsipi üzrə yerləşmə ənənəsinə ciddi əməl edilmişdir. Oturaqlaşma prosesi isə nəsli icmalardan ibarət olan qışlaqlar arasında getdiyindən, yeni yaranan kəndlər, müstəsna olaraq qohum patronimik qruplardan təşkil olunmuşdur. Nəticədə formalaşan adət-ənənələr bütün xalq üçün xarakterik olmuşdur.
Azərbaycan ərazisinidə ailənin təşəkkül prosesinin Eneolit dövrünü sonunda baş verdiyi ehtimal edilir.
Azərbaycan ailəsi və ailə məişəti haqqından mənbələrdə, yazılı abidələrində və qaynaqlarda, XIII əsr böyük Azərbaycan alimi Nəsrəddin Tusinin, Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərində, şifahi xalq ədəbiyyatını nümunələri olan dastanlarda əhəmiyyətli məlumatlar vardır. Azərbaycanlıların ailə və ailə məişətinə dair maraqlı materiallar XI-XVIII əsrlərə aid mənbələrdə öz əksini tapmışdır. Azərbaycanda ailə və ailə məişəti məsələləri XVIII əsrin sonundan başlayaraq XIX əsr və XX əsrin başlanğıcında yazılmış etnoqrafik səpkili rusdilli ədəbiyyatda da öz əksini tapmışdır. Həmin materialların müqayisəli təhlili aydın surətdə göstərir ki, Azərbaycanda orta əsrlərin ailə məişəti ilə yeni dövrün ailə məişəti arasında kəskin fərqlər olmamışdır, yəni Azərbaycan xalqının ailə məişətində varislik ənənələri müşahidə edilir. Deməli, Azərbaycan xalqı ailə və ailə məişəti ilə bağlı olan adət-ənənələrini əsrlər boyu qoruyub saxlaya bilmiş, onları təkmiləşdirmiş, inkişaf etdirmiş və bu ənənələr tarixin sınaqlarından keçərək zamanımızadək gəlib çatmışdır.
Azərbaycan etnoqrafiyası nəninki Qafqazın, ümumilikdə dünya etnokulturologiyasını zənginləşdirən bir məxəzdir. Məhz buna görə də Azərbaycan dövləti maddi və mənəvi mədəniyyətin qorunmasına, inkişafına və təbliğinə yüksək səviyyədə diqqət yetirir. Bu Azərbaycan Etnoqrafiya Muzeyinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 iyul 2008-ci ildə imzaladığı sərəncamda bir daha qeyd olunmuşdur.
Похожие статьи
-
Azərbaycan multikulturalizmi Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan…
-
Azərbaycan xalqının yaranması Qazax xalça məntəqəsinə Azərbaycanın qədim şəhərlərindən olan Qazax və onun ətraf kəndləri, Ağstafa və Tovuz rayonları…
-
Azərbaycan haqqında bilmədiyiniz maraqlı faktlar “Ucuz ətin şorbası olmaz”, “Mərifət bazarda satılmır”, “Qaş qayırdığı yerdə gözü də çıxartdı” kimi…
-
Azərbaycan mədəni irsinin qeyd alınması xalq mahnıları dastan muğam
Zbək alimlərin “Özbəkistan – Azərbaycan: qardaş xalqlar arasında mədəni mənəvi əməkdaşlığın tarixi aspekti” mövzusunda monoqrafiyaları çap olunub 2008-ci…
-
Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri
Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri Gəncədə 1993-cü il 4 iyun qiyamı vəziyyəti daha da ağırlaşdırdı. Ölkə vətəndaş müharibəsinə sürükləndi….
Comments are closed, but trackbacks and pingbacks are open.