Press "Enter" to skip to content

Azərbaycan Gürcüstanla fəal iqtisadi əlaqələri bərpa edəcək

Prezidenti İlham Əliyev səfər çərçivəsində bir daha dövlətimizin konstruktiv mövqeyini açıq şəkildə ifadə edərək Ermənistanın üçtərəfli Qafqaz məsləhətləşmələrinə hazır olduğu halda, Azərbaycanın buna müsbət baxacağını bəyan etdi. Dövlət başçısının məlum bəyanatı hər şeydən öncə ölkəmizin sülhpərvər siyasətini növbəti nümayişi idi”.

Azərbaycan gürcüstan iqtisadi əlaqələri

Qarabağın azad olunmasından sonra Azərbaycanın nüfuzu bütün Qafqaz regionunda siyasi və iqtisadi proseslərə birbaşa təsir göstərir. Ermənistan hələ də sülhdənqaçma mövqeyinə görə regional layihələrdən kənarda qaldığı halda, Gürcüstan Azərbaycanla bütün sahələrdə əlaqələri genişləndirməklə situasiyanı öz xeyrinə apara bilir.

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı dövlət başçımızın iştirak etdiyi tədbirlər, mətbuat bəyanatı hazırda iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəldiyini göstərir. Azərbaycan-Gürcüstan iqtisadi əlaqələri ilə bağlı statistik məlumat bu haqda aydın təsəvvür yaradır. Belə ki, bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara yaxınlaşması, Azərbaycanın Gürcüstan iqtisadiyyatına 3 milyard dollar sərmayə yatırması ciddi iqtisadi rəqəmlərdir.

“Aparılan danışıqlarda, verilən bəyanatlarda o da açıq görünurdü ki, iki qonşu arasında planlaşdırılan iqtisadi layihələr təkcə bu ölkələr və region üçün deyil, ümumilikdə Avropa üçün önəmlidir.

Qeyd olunanlarla yanaşı, Azərbaycan-Gürcüstan münasibətləri bütövlükdə qitə üçün böyük önəm kəsb edir. Bu, həm də onun göstəricisidir ki, Avropa Qafqazda dayanıqlı sülhün tərəfdarıdır. Çünki istənilən iqtisadi layihənin başlıca təminatı sabitlikdir. Buna görə müzakirələrdə səslənən Azərbaycan-Gürcüstan-Ermənistan məsləhətləşmələri həm də böyük layihələrə təkan verən faktor sayılır.

Prezidenti İlham Əliyev səfər çərçivəsində bir daha dövlətimizin konstruktiv mövqeyini açıq şəkildə ifadə edərək Ermənistanın üçtərəfli Qafqaz məsləhətləşmələrinə hazır olduğu halda, Azərbaycanın buna müsbət baxacağını bəyan etdi. Dövlət başçısının məlum bəyanatı hər şeydən öncə ölkəmizin sülhpərvər siyasətini növbəti nümayişi idi”.

Deputatın sözlərinə görə, bununla bir daha aydın olur ki, Qafqazda yaşanan problemlərin və qeyri-sabitliyin yeganə səbəbkarı Ermənistandır. Çünki həm Azərbaycan, həm də Gürcüstan qitənin böyük iqtisadi layihələrində birgə iştirak edirlər və bunun nəticəsi olaraq enerji və nəqliyyat sahəsində yeni layihələr – Aİ-yə qaz ixracının artırılması, onun 2027-ci ildə ildə 20 milyard kubmetrə çatdırılması, elektrik enerjisi ixracının artırılması və işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücünün 10 gvt, Xəzərdə isə 157 gvt təşkil etməsi, BTQ vasitəsilə yük daşımalarının 5 milyon tona kimi yüksəldiməsi nəzərdə tutulub. Ümumiyyətlə, dünyanın yeni siyasi düzənində enerji resurslarının daşınma xətti və loqistik layihələr iqtisadi sistemin ən mühüm məqamı sayılır və bu baxımdan Asiyadan Qərbə və əksinə yüklərin artması yeni reallıq yaradır:

“Yeri gəlmişkən Azərbaycan tarixi Şərq – Qərb Böyük İpək Yolunun strateji halqasıdır və ölkəmizin gələcək iqtisadi planlarında bu faktor önəmli rol oynayır. Ölkə Prezidenti İlham Əliyevin qüdrətli və inkişaf etmiş Azərbaycan qurulmasına yönəlik mükəmməl xarici iqtisadi siyasətində loqistik məsələlər böyük əhəmiyyət kəsb edir. Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona artırmağı planlaşdırırması da bunun bir göstəricisidir. Bir sözlə, dünyada enerjiyə tələbatın və tranzit yollarının strateji əhəmiyyətinin artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə dayanaraq öz maraqlarını təmin edir”.

Rəşad Mahmudov sonda qeyd edib ki, ölkə başçısının Gürcüstan səfəri regionun inkişafı, əməkdaşlığın genişlənmısi baxımından mühum məqamlarla yadda qaldı. Mehriban qonşuluq, səmimi əməkdaşlıq münasibətlərin tərəfdarı olan ölkəmiz fəaliyyəti ilə bu xoş niyyətli siyasətini hər zaman sübut edib. Baş nazir İrakli Qaribaşvilinin “Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Prezident İlham Əliyevin xidmətləri çox böyükdür” bəyanatı da bunun bir daha təsdiqidir.

Azərbaycan Gürcüstanla fəal iqtisadi əlaqələri bərpa edəcək

Gürcüstan və Azərbaycanın xarici işlər nazirləri Bakıda keçirdikləri görüşdə ikitərəfli əlaqələri müzakirə ediblər. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Tərəflər qeyd ediblər ki, strateji tərəfdaşlığın inkişafı və keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi hər iki ölkə üçün əsas prioritetdir. Görüşdə bölgədə baş verən cari proseslər, həmçinin bölgənin inkişafına yönələn Gürcüstan və Azərbaycanın cəlb olunduğu strateji əhəmiyyətli layihələr ətrafında da fikir mübadiləsi aparılıb. XİN başçıları iqtisadi əməkdaşlıq məsələlərinə də toxunublar. Pandemiya ilə mübarizə sahəsində uğurlu əməkdaşlıq xüsusi olaraq vurğulanıb və postpandemiya dövründə turizm sahəsində əməkdaşlıq da daxil olmaqla fəal iqtisadi əlaqələrin bərpası imkanları nəzərdən keçirilib. Nazirlər Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası prosesi və komissiyanın işinin bərpası imkanları barədə də müzakirə aparıblar. Onlar komissiyanın iclasının mümkün olduğu qədər tez təşkilinə hazırlıqlarını ifadə ediblər. XİN başçıları məsələnin strateji tərəfdaşlıq münasibətlərinə və hər iki ölkənin maraqlarına uyğun şəkildə həllinə ümidvarlıqlarını bildiriblər. Görüşdə Gürcüstan və Azərbaycanın müxtəlif beynəlxalq və regional platformalarda uğurlu əməkdaşlıq etdiyi bildirilib və bu kontekstdə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının effektivliyi vurğulanıb.

Azərbaycan gürcüstan iqtisadi əlaqələri

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Nazirlikdən Modern.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələr aparılıb.

Nazir Şahin Mustafayev ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın əsas istiqamətlərindən olan ticarət əlaqələrinin genişləndiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, təkcə 2017-ci ildə Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 17%, ixrac 13% artıb. Azərbaycan və Gürcüstanın beynəlxalq əhəmiyyətli enerji və tranzit layihələrinin iştirakçısı olduğunu qeyd edən Ş.Mustafayev ötən ilin oktyabrında istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun layihənin iştirakçısı olduğu ölkələrin iqtisadiyyatı, eləcə də regionun tranzit və logistika imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu yaxınlarda Pekində Azərbaycanın təşkilatçılığı, Türkiyə, Gürcüstan və Qazaxıstanın iştirakı ilə “Bir kəmər və bir yol” təşəbbüsünün reallaşmasında “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu”na həsr olunmuş Beynəlxalq Konfrans keçirilib, Çin tərəfi Trans-Xəzər dəhlizinə və Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq göstərdiyini və əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. Ş.Mustafayev Konfrans çərçivəsində Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili ilə görüşdüyünü və ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına, tranzit imkanlarına dair fikir mübadiləsi apardıqlarını qeyd edib.

Azərbaycanın iqtisadiyyat naziri Gürcüstanla iqtisadi sahədə əməkdaşlıq imkanlarına dair də fikirlərini bölüşüb.

Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri D.Kumsişvili ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətlərinin olduğunu, iqtisadi sahədə əlaqələrin inkişafından məmnunuluğunu bildirib, Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycanın birinci yerdə olduğunu vurğulayıb. D.Kumsişvili Pekində keçirilmiş Konfransda hər iki ölkənin iştirakçısı olduğu nəqliyyat layihələrinin və regionun tranzit potensialının Azərbaycan tərəfindən yüksək səviyyədə təqdimatını müsbət qiymətləndirib və minnətdarlığını bildirib, belə tədbirlərin digər ölkələrdə də keçirilməsinin əhəmiyyətini qeyd edib.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.