Press "Enter" to skip to content

Azərbaycan hökumətinin iqtisadi siyasətinin qısa icmalı nəticə

2007-ci ilin yanvar-dekabr ayları ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 9,2 %, o cümlədən idxalda 2,47 %, ixracda isə 15,5 % təşkil etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi siyasəti milli iqtisadiyyatın formalaşdırılmasına yönəlmişdi

Tam olmayan iki il milli iqtisadiyyatın formalaşdırılması, köklü iqtisadi islahatlar aparılması üçün yetərli olmayan bir müddətdir. Bununla belə, Azərbaycan Xalq Cümhuriyyəti çox qısa müddətdə bu istiqamətdə mühüm addımlar ata bildi. Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) beynəlxalq iqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadənin AZƏRTAC-a təqdim etdiyi məqalədə Cümhuriyyət dövründə yürüdülən iqtisadi siyasətdən və onun nəticələrindən bəhs olunur.

Tarixə nəzər salsaq görərik ki, Qafqaz Azərbaycanı XIX əsrin 30-cu illərindən etibarən tam şəkildə çar Rusiyasının müstəmləkəsinə çevrilmişdi və Azərbaycan Xalq Cümhuriyyəti qurulana qədər olan təxminən yüz illik dövr ərzində məmləkətimizdə müstəmləkə iqtisadiyyatı hökm sürürdü. Resursları və təbii sərvətləri istismar edilən Azərbaycan imperiyanın başlıca xammal təchizatçılarından biri kimi çıxış edən müstəmləkə ölkəsi idi. Azərbaycan Xalq Cümhuriyyətinə məhz belə bir iqtisadiyyat miras qalmışdı. Şübhəsiz ki, müstəqil gənc cümhuriyyətin iqtisadi siyasətinin başlıca hədəfi bu mirasın üzərində milli iqtisadiyyatı formalaşdırmaq olmalı idi və o dövrdə Cümhuriyyətin ideoloqları da, onu idarə edənlər də məhz bu yolu seçmişdilər.

Azərbaycan Xalq Cümhuriyyəti çox ağır hərbi-siyasi və qeyri-müəyyən beynəlxalq münasibətlər şəraitində 23 aylıq qısa zaman kəsiyinə milli iqtisadiyyatın formalaşdırılması istiqamətində çox böyük işlər görə bildi. “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır” fəlsəfəsinə əsaslanan Cümhuriyyətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri, ilk növbədə, ölkədə kapitalist münasibətlər sisteminin inkişaf etdirilməsi oldu. Bunun üçün o dövrdə regionumuzda geniş yayılmış bolşevik ideyalarının əksinə olaraq, mülkiyyətin çoxnövlülüyü qanunla təsbit edildi və müstəqil Azərbaycan iqtisadiyyatında iqtisadi subyektlərin başlıca stimul mənbəyi olacaq xüsusi mülkiyyətin üzərində dayanıldı. Bundan başqa, daşnak Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Soveti tərəfindən neft sənayesinin və ticarət donanmasının milliləşdirilməsi ilə bağlı verilən qərarlar ləğv edildi, neft mədənləri, zavodlar, ticarət gəmiləri və onların idarəçiliyi əvvəlki sahiblərinə qaytarıldı. Milliləşdirilən şirkətlərdən biri də məşhur “Nobel qardaşları” şirkəti idi və o da sahibinə geri verildi.

O dövrün iqtisadi siyasətinin digər bir istiqaməti maliyyə sisteminin yenidən qurulması və yeni əsaslarla tənzimlənməsi idi. Qısa müddət ərzində Azərbaycan Dövlət Bankı adlanan Mərkəzi Bank quruldu və bu bankın sədrliyinə Azərbaycanın ilk iqtisadçılarından olan Məhəmmədhəsən bəy Baharlı gətirildi. Mərkəzi Bank pul kütləsinin və bank fəaliyyətinin tənzimlənməsinə və inflyasiyanın nəzarət altına alınması işinə başladı. Bu arada Azərbaycan “Bakı bondları” adlanan milli valyuta dövriyyəyə buraxıldı. Dövlət büdcəsinin dayanıqlılığını təmin etmək məqsədilə birbaşa və dolayı vergilər, eləcə də gömrük rüsumları tətbiq edildi. Maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addım isə Bakı bələdiyyə idarəsinin istiqrazlar buraxmağa başlaması oldu. Bütövlükdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti fəaliyyət göstərdiyi müddət ərzində maliyyə, vergi, bank sahələrini əhatə edən 82-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi.

Azərbaycan Xalq Cümhuriyyəti qısa müddətdə acınacaqlı vəziyyətə düşmüş neft sənayesini və nəqliyyat sistemini də yenidən canlandırdı. İlk növbədə, dağıdılmış Bakı-Batumi neft kəməri bərpa edildi, Bakı-Culfa dəmir yolu inşa olundu, Kür çayı üzərindən körpü salındı və Xəzər Dəniz Gəmiçiliyinin işi yenidən qurulmağa başlandı. Bütün bunlar Azərbaycanın xarici iqtisadi əlaqələrinin bərpası və inkişaf etdirilməsi baxımından fövqəladə əhəmiyyət daşıyırdı.

Yüz il əvvəl məmləkətimizin ən böyük sıxıntılarından biri təhsilli insanların azlığı idi. Demək olar ki, ölkə həyatının bütün sahələri üzrə ali təhsilli insanların sayı barmaqla sayılacaq qədər idi. Azərbaycan Xalq Cümhuriyyəti bu problemi aradan qaldırmaq məqsədilə ilk növbədə bir çox ibtidai məktəblər açdı, Azərbaycanın ilk universiteti sayılan Bakı Universitetini təsis etdi, bundan sonra isə Kənd Təsərrüfatı İnstitutunu təsis etmək üçün fəaliyyətə başladı. Bu istiqamətdə görülən mühüm işlərdən biri də heç şübhəsiz ki, 100 Azərbaycan övladının parlamentin qərarı ilə dünyanın qabaqcıl universitetlərində dövlət hesabına təhsil almağa göndərilməsi oldu. Bu gənclərdən 49-u Almaniyaya, 27-si Fransaya, 4-ü İtaliyaya, 1-i İngiltərəyə və 6-sı Türkiyəyə göndərildi. 13 gənc isə Rusiyada davam edən vətəndaş müharibəsi səbəbindən həmin ölkəyə gedə bilmədi. Xaricə təhsil almağa göndərilən bu gənclərin əsas hissəsi məhz iqtisad, maliyyə və ticarət ixtisaslarına yiyələnməli idi.

Cümhuriyyət hökuməti ölkə iqtisadiyyatının inkişafı baxımından xarici investisiyaların əhəmiyyətini dərk edir və əcnəbi sahibkarlar üçün əlverişli şərait yaratmağa çalışırdı. Bu yanaşmanın bariz nümunəsi kimi, Böyükşor gölünün bir hissəsinin “Nobel qardaşları” şirkətinə icarəyə verilməsi haqqında müddəti başa çatmış müqavilənin vaxtının uzadılması haqqında qərarı göstərmək olar. Belə ki, müqavilə bəzi dəyişikliklərlə yenidən bağlandı və şirkətin öz fəaliyyətini davam etdirməsinə şərait yaradıldı.

Xarici investisiyalarla yanaşı, xarici ticarət də Azərbaycan Xalq Cümhuriyyətinin diqqət mərkəzində olan sahə idi. Bu istiqamətdə milli iqtisadiyyatın tələblərinə uyğun olaraq, ixracın stimullaşdırılması, idxalın isə milli iqtisadi mənafelərə uyğun şəkildə məhdudlaşdırılması istiqamətində qanunlar qəbul edildi. İxracı qadağan olunan bir sıra məhsulların ixracına sərbəstlik verildi, ölkə üçün zəruri olan 200-dən çox məhsulun idxalı gömrük rüsumlarından azad edildi və gömrük qaçaqmalçılığı ilə ciddi mübarizəyə başlanıldı. Bununla yanaşı, xarici ticarəti maliyyələşdirmək məqsədilə qısa müddət ərzində 20 milyon manatlıq fond yaradıldı və bu fonddan xarici ticarət əməliyyatlarının kreditləşdirilməsində istifadə edilməyə başlandı.

Azərbaycan Xalq Cümhuriyyəti xarici iqtisadi siyasətində bütövlükdə əvvəllər qurulmuş iqtisadi əlaqələrin qorunub saxlanılmasına və yeni ölkələrlə səmərəli əlaqələrin yaradılmasına çalışırdı. Bunun üçün ilk növbədə diqqət Azərbaycanın inkişaf etmiş dünyaya tranzit çıxışını təmin edən Gürcüstanla iqtisadi əlaqələrin bərpasına yönəldildi. Belə ki, Gürcüstanla birillik müddətinə ticarət və nəqliyyat üzrə müqavilə imzalandı və bu müqaviləyə əsasən iki ölkə arasında xarici ticarət kifayət qədər liberallaşdırıldı və Bakı neftinin Batumi üzərindən dünyaya ixracı təmin edildi. O dövrdə Azərbaycan Gürcüstana da neft ixrac etməyə başladı. Neftin bir hissəsi tranzit istifadəyə görə Gürcüstana pulsuz verilir, bir hissəsinin əvəzinə isə ağac kömürü, lobya, kələm, şəkər, avtomobil şini kimi məhsullar alınırdı. Gürcüstan yolunun açılması Azərbaycanın digər ölkələrlə də ticarət əlaqələri üçün imkanlar yaratdı. Belə ki, o dövrdə Azərbaycan əsasən Gürcüstan yolu ilə Ukraynadan taxıl idxal edir, Türkiyə və digər Qərb ölkələrinə isə neft və neft məhsulları göndərirdi. Məsələn, İtaliyaya ixrac edilən ağ neft və mazutun əvəzinə bu ölkədən sənaye malları, eləcə də ayaqqabı idxal olunurdu. Habelə ABŞ, Fransa, İngiltərə, Almaniya kimi ölkələrlə də neft ixracı, əvəzində isə sənaye məhsullarının idxalı üzrə müvafiq razılaşmalar əldə edilmişdi.

Təbii ki, xarici iqtisadi əlaqələrdə Azərbaycan Xalq Cümhuriyyəti üstünlüyü qonşu ölkələrə verirdi. Qısa müddət ərzində İran, Dağıstan və Orta Asya ölkələri ilə iqtisadi əlaqələr qurulmuşdu. Hətta özünün ağır maliyyə vəziyyətinə baxmayaraq, o dövrdə Dağıstana 50 milyon manat məbləğində yardım əlini də uzatmışdı və bu məbləğ Cümhuriyyətin dövlət büdcəsinin təxminən 12 faizindən çoxunu təşkil edirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi platforması bütövlükdə sosialyönümlü platforma idi. Əhalinin rifah halının, əmək şəraitinin yaxşılaşdırılmasına xüsusi önəm verilirdi. Qısa müddət ərzində dövlət bölməsində çalışanların əməkhaqları artırıldı, ailəli vətəndaşlara ayda 360 manat, digərlərinə isə 120 manat məbləğində əlavə pul vəsaitinin verilməsi haqqında qərar qəbul edildi, əmək şəraitinin və iş saatlarının tənzimlənməsi ilə bağlı qaydalar tətbiq olunmağa başlandı.

Bu gün olduğu kimi, o dövrdə də məmləkətimiz qaçqın və məcburi köçkün problemi ilə üzləşmişdi. Təkcə İrəvan quberniyasından 150 min soydaşımız Azərbaycana pənah gətirmişdi və Cümhuriyyət bu insanların da sosial-iqtisadi problemlərini həll etməklə məşğul olur, digər tərəfdən, Gürcüstan, Ermənistan və digər ölkələrdə yaşayan soydaşlarımıza müvafiq yardımlar göstərirdi.

Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə mikrokreditlərin verilməsinə başlanıldı, torpaq islahatı haqqında qanun işlənib hazırlandı. Qısa müddətdə hazırlanan bu qanun torpaqsız və aztorpaqlı kəndliləri yetərincə torpaqla təmin etmək məqsədi daşıyırdı. Qanunun hazırlanmasında “torpağın onu becərənə verilməsi” prinsipi əsas götürülmüşdü.

Sahibkarlığın, xüsusən milli sahibkarlığın inkişafı daim diqqət mərkəzində idi. Sahibkarların parlamentin və hökumətin işində aktiv iştirak etməsinə şərait yaradılırdı. Böyük ədibimiz Yusif Vəzir Çəmənzəminli özünün “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsərində o dövrdə milli sahibkarlığın inkişafı haqqında belə yazırdı: “Bu təşəbbüskar və zəkalı millət milli istiqlalı sayəsində əcnəbi sərmayədarlar ilə rəqabət edəcək səviyyədə bir qüvvəyə çevrildi: bir çox milli fabriklər açıldı, şirkətlər meydana gəldi”.

Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqının milli hakimiyyəti idi, iqtisadi siyasəti də milli iqtisadiyyatın formalaşdırılmasına yönəlmişdi. Onu da unutmamalıyıq ki, bu hakimiyyətin xüsusilə də iqtisadi sahədə atdığı addımları biz 70 il sonra yenidən davam etdirməyə başladıq.

siyasielmler

Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələri

Posted on Noyabr 24, 2010 by siyasielmler

Xarici iqtisadi əlaqələrin inkişafı ayrı-ayrı ölkələrin mil­li iqtisadiyyatının beynəlxalq təsərrüfat miqyasında inteqrasiyasının sürətləndirilməsinin əsas şərtidir. Ölkələr iqtisadi inteqrasiya axınlarına qoşularaq bu yolla öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bun­ların nəticəsində isə əhalinin ümumi rifah səviyyəsini ar­tırmağa çalışırlar. Beynəlxalq əmək bölgüsünün üs­tünlüklərindən maksimum istifadə edilmədən, xarici iq­tisadi əlaqələrin bütün formaları intensiv şəkildə geniş­ləndirilmədən ölkə iqtisadiyyatının inkişafında əsas­lı dönüş aparmaq mümkün deyildir. Dünya ölkələrindən heç biri öz inkişafını xarici ölkələrdən təcrid olunmuş şəkildə təmin edə bilmədiyinə görə öz aralarında bey­nəlxalq və regional səviyyədə iqtisadi əlaqələr yaratmağa çalışırlar.

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra xarici iqtisadi siyasətini artıq özü müəyyən etməyə başlamışdır. Ölkəmizin Asiya və Avropanın kəsişməsində çox əlverişli coğrafi mövqedə yerləşməsi bu siyasətin uğurla həyata keçirilməsinə müsbət təsirini göstərmişdir.

Müstəqil Azərbaycan Respublikasında müxtəlif mül­kiyyət formalarının inkişafı, iqtisadiyyatın yüksək maddi-texniki bazaya malik olması, əmək bölgüsü və kooperasiyasının geniş vüsət alması və s. milli iqti­sa­diya­tımızın beynəlxalq əməkdaşlıqda mövqeyinin daha da artmasına obyektiv zərurət yaradır.

Beləliklə, Azərbaycanın neft sənayesinin yaxın onilliklərdə inkişafı Azərbaycan Respublikası Prezidentinin Neft Strategiyası çərçivəsində imzalanmış müqavilələrlə təmin edilmişdir. Neft sektorunun bütün əhəmiyyətinə baxmayaraq, ümumi daxili məhsulun formalaşmasında onun payı hələlik 18-19 %-dir. Bundan əlavə, Azərbaycanda xarici investisiya bank sektoruna da yatırılmışdır. Belə ki, respublika ərazisində xarici kapitalın iştirakı ilə 23 bank fəaliyyət göstərməkdədir. Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 14 bankın nizamnamə kapitalının isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir. Bundan əlavə “Nabukko” layihəsinin gündəmdə olması ölkə ərazisinə xarici investorların marağını daha da artırır.

Son illərdə xarici ticarətin inkişafında yüksək göstəricilərə nail olunmuşdur. 2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsinin həcmi 11766,9 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 5708,6 milyon ABŞ dolları, ixracın həcmi isə 6058,3 milyon ABŞ dolları təşkil etmişdir.

Bu dövr ərzində Azərbaycan Respublikası 137 xarici ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq etmişdir.

İxrac-idxal əməliyyatlarının 28,5 %-i Avropa Birliyi, 25,5 %-i MDB ölkələri ilə, 46 %-i isə digər dövlətlərlə aparılmışdır.

Xarici ticarət əlaqələrinin 47,4 %-i Avropa, 44,6 %-i Asiya, 7,7 %-i Amerika, 0,2 %-i Afrika qitəsi ölkələri, 0,1 %-i isə Okeaniya ilə aparılmışdır. Azərbaycana xarici ölkələrdən 61,4 milyon dollarlıq humanitar və texniki yardım daxil olmuşdur.

Azərbaycanın xarici ticarət dövriyyəsinin strukturuna nəzər salsaq, burada İtaliya, İngiltərə, Almaniya və Fransanın xüsusi çəkisinin böyük olduğunu görərik:

2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Fransa Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 110,3 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 35,1 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 75,2 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz 40,1 milyon ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının Almaniya Federativ Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 199 milyon 721 min ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 192 milyon 509 min ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 7 milyon 213 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 185 milyon 296 min ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə ümumi ticarət dövriyyəsinin həcmi 81,8 milyon ABŞ dolları, o cümlədən Azərbaycan Respublikasına idxalın həcmi 81,3 milyon ABŞ dolları, Azərbaycan Respublikasından ixracın həcmi isə 506,2 min ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində ikitərəfli ticarətdə saldomuz mənfi 80,8 milyon ABŞ dolları olmuşdur.

2007-ci ilin yanvar-dekabr ayları ərzində İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 9,2 %, o cümlədən idxalda 2,47 %, ixracda isə 15,5 % təşkil etmişdir.

2007-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Respublikasının İtaliya Respublikası ilə ümumi ticarət dövriyyəsinin həcmi 1 milyard 82 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 141 milyon ABŞ dolları, ixracın həcmi isə 941 milyon ABŞ dolları təşkil etmişdir. Bu dövr ərzində xarici ticarət saldosu müsbət 800 milyon ABŞ dolları olmuşdur.

2000-2007-ci illərdə xarici investisiyalar 6,9 dəfə artmışdır. Xarici investisiyalar ölkə üzrə bütün investisiyaların 58,3%-ni təşkil etmişdir. Azərbaycan iqtisadiyyatına qoyulmuş xarici investisiyaların mənbələrini maliyyə kreditləri, neft sənayesinə qoyuluşlar, birgə müəssisələr və xarici firmalara investisiyalar təşkil edir. Xarici investisiyaları yönəldən dövlətlər içərisində Türkiyə, ABŞ, Almaniya, Böyük Britaniya üstün mövqeyə malikdirlər. Xarici investisiyalar əsasən mədənçıxarma sənayesinə (90,6%) yönəldilmişdir. Gələcəkdə qeyri-neft sektorunun payının artırılması onun səmərəliliyini yüksəldə bilər.

2009-cu ildə ölkənin həm iqtisadi həm də sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə 7358,7 mln. manat investisiya yönəldilmişdir. Bunların 5881,4 mln. manatı daxili investisiyalar, 1477,3 mln. manat isə xarici investisiyalar təşkil etmişdir. Xarici investisiyanın 73% qeyri neft, 27% isə neft sektorunun payına düşür. Xarici investisiyanın 87,3%-i Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç, Çexiya və Türkiyə investorlarının payına düşür.

Əli-zadə Firdovsi Cavid oğlu Qərb Universitetinin Siyasi elmlər-politologiya fakültəsinin 2-ci kurs tələbəsi (119-cu qrup)

AZƏRBAYCANIN İQTİSADİ SİYASƏTİNİN ƏSAS XÜSUSİYYƏTLƏRİ

2 İQTİSADİ SİYASƏT VƏ ƏSAS NÖVLƏRİ İqtisadi siyasət, makroiqtisadi tarazlıqların hansı istiqamətdə və necə dəyişdiriləcəyi ilə bağlı yanaşmaların məcmusudur. İqtisadi siyasətin əsas növləri aşağıdakılardır: Maliyyə siyasəti: Vergi siyasəti Xərc siyasəti Borc siyasəti Monetar siyasət: Açıq bazar əməliyyatları Məcburi ehtiyat normasının müəyyən edilməsi Uçot dərəcəsinin dəyişdirilməsi Məzənnə siyasəti Faiz siyasəti Xarici ticarət siyasəti

3 İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN ƏSAS QURUMLAR İqtisadiyyat Nazirliyi: Azərbaycan Respublikasının iqtisadi siyasətini, iqtisadi və sosial proqnozlarını işləyib hazırlayan, iqtisadiyyatın ayrı-ayrı sahələrinin, o cümlədən sənayenin inkişafı, ölkə iqtisadiyyatında struktur və innovasiya, investisiya fəaliyyəti, investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi, sahibkarlığın inkişafı, sahibkarlığa dövlət dəstəyi, rəqabətin qorunması, inkişafı və təşviqi, haqsız rəqabətin aradan qaldırılması, istehlakçıların hüquqlarının qorunması, daxili ticarət, xarici iqtisadi və ticarət əlaqələri, regionların sosial-iqtisadi inkişafı və mənzil-kommunal təsərrüfatı sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Mərkəzi Bank: Dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir, nağd pul dövriyyəsini təşkil edir, pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir, manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir, valyuta tənzimini və nəzarətini həyata keçirir, sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir, hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir.

4 İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN ƏSAS QURUMLAR Maliyyə Bazarlarına Nəzarət Palatası: qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və ona nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin edir. Maliyyə Nazirliyi: Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Vergilər Nazirliyi: Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

5 İQTİSADİ SİYASƏTİ HƏYATA KEÇİRƏN ƏSAS QURUMLAR Dövlət Gömrük Komitəsi: Gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır. Dövlət Statistika Komitəsi: Statistika sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən və ölkədə sosial, iqtisadi, demoqrafik və ekoloji vəziyyət ilə bağlı rəsmi statistik məlumatları vahid metodologiya əsasında formalaşdıran mərkəzi icra hakimiyyəti orqanıdır.

6 İLLƏR ÜZRƏ DÖVLƏT BÜDCƏSİNİN GƏLİR VƏ XƏRCLƏRİ

7 DÖVLƏT BÜDCƏSİNİN GƏLİR VƏ XƏRCLƏRİNİN TƏRKİBİ (2017) Gəlirlər 16516,7 mlyon manat Xərclər milyon manat 1. Vergilər 56,6% 1. İqtisadiyyat 25,0% 2. Dövlət Neft Fondundan daxilolmalar 43,4% 2. Təhsil 9,9% 3. Səhiyyə 4,0% 4. Sosial müdafiə və sosial təminat 13,4% 5. Mədəniyyət, incəsənət, onformasiya, bədən tərbiyəsi və digər sahədə fəaliyyət 1,4% 6. Elm 0,6% 7. Məhkəmə hakimiyyəti,hüquq-mühafizə və prokurorluq 6,7% 8. Qanunvericilik və icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının saxlanmasına 3,1% 9. Sair xərclər 35,7%

8 DÖVLƏT BÜDCƏSİ KƏSİRİ VƏ MALİYYƏLƏŞMƏSİ 2017-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi ,0 min manat məbləğində təsdiq edilmişdir. Kəsrin maliyyələşdirilməsinin aşağıdakı mənbələr hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur: Özəlləşdirmə; Daxili və xarici borcalanma; Xarici qrantlar; Keçən ilin dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı.

9 XARİCİ DÖVLƏT BORCU 01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları (15,978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsul`a (ÜDM) olan nisbəti 22.8 faiz (2017-ci il üçün hesablanmış 70,135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir. Borc vəsaitlərinin 7.4%-i 10 ilə qədər, 61.3%-i 10 ildən 20 ilə qədər, 31.3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunmuşdur.

10 MƏRKƏZİ BANKIN HƏYATA KEÇİRDİYİ SİYASƏT Hazırda Mərkəzi Bankın həyata keçirdiyi siyasətin əsas hədəfləri aşağıdakılardır: Makroiqtisadi və maliyyə sabitliyi; Aşağı inflyasiya; Sabit məzənnə; Aşağı faiz dərəcələri; Bank-maliyyə sektorunda dayanıqlıq; Maliyyə vasitəçiliyinin inkişafı.

11 MƏRKƏZİ BANKIN HƏYATA KEÇİRDİYİ SİYASƏT Mərkəzi Bankın istifadə etdiyi əsas siyasət alətləri aşağıdakılardır: Açıq bazar əməliyyatları; Məcburi ehtiyat normasının müəyyən edilməsi (hazırda manat üçün 0,5%, xarici valyuta üçün 1%); Uçot dərəcəsinin dəyişdirilməsi (hazırda 11%-dir); Valyuta intervensiyası.

12 XARİCİ TİCARƏT SİYASƏTİ Azərbaycana idxal olunan əmtəələrə bir neçə gömrük rejimi tətbiq edir. Bunlardan vacib olanları aşağıdakılardır: tranzit, gömrük saxlanılması, gömrük anbarı, müvəqqəti idxal, gömrük zonalarına giriş və çıxış. Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu 0-15% ədəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ idxal olunan əmtəələrə tətbiq olunur (tütün və alkoqol məmulatları).

13 XARİCİ TİCARƏT SİYASƏTİ Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib (hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan gömrük rejimindən asılı olaraq, idxal rüsumu və həmçinin aksiz vergisi). Bəzi kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq olunur. İxrac olunan bütün məhsullar (metal ixracından başqa) gömrük rüsumlarından azad edilmişdir.

14 XARİCİ TİCARƏT SİYASƏTİ Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçılar, onların agentləri və subpodratçılar idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər. HPBS rejimli idxala 0% ƏDV tətbiq olunur. Eyni zamanda İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında Qanuna əsasən, neftqaz sahəsində podratçıların və subpodratçıların ixrac məqsədli fəaliyyətinə 0% dərəcəsi ilə ƏDV tətbiq olunur.

15 İSTİFADƏ OLUNAN MƏNBƏLƏR Aras O. N., Süleymanov E. (2016), Azərbaycan iqtisadiyyatı, Bakı: Şərq-Qərb. Azərbaycanın statistik göstəriciləri. Bağırzade E. (2011), Bağımsızlığının XX. Yılında Azerbaycan Cumhuriyeti Ekonomisi, Hacettepe Üniversitesi Türkiyat Araştırmaları Dergisi, Güz (15), s nin-20-yilinda.pdf AR-nin 2017-ci il dövlət büdcəsi haqqında, qanun. – Mərkəzi Bank İqtisadiyyat Nazirliyi Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyi

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.