Press "Enter" to skip to content

Hər mədəniyyəti və mədəniyyətsizlik – ARAŞDIRMA

Milliyeməklər: Azərbaycan xalq yeməkləri və içkiləri maddi mədəniyyətin mühüm tərkib həssəsi kimi öz müsbət ənənələrinidövrdən-dövrə keçirərək dəyişikliyə məruz qalmış və daha da zənginləşmişdir. Ərzaq məhsulları 2 tərkibdə qruplaşdırılır. 1. Bitki mənşəli yeməklər, 2. Heyvan mənşəli. Azərbaycan mili xörəklərinin xeyli hissəsi düyüdən hazırlanırdı. 50 növ plov mövcuddur. Azərbaycan mətbəxində quş əti və balıq məhsullarından da geniş istifadə edilir.

Azərbaycanlıların maddi və mənəvi mədəniyyəti

Yaşayış məskənləri
Bildiyimiz kimi yaşayış məskənləri maddi mədəniyyətin mühüm tərkib hissəsidir. Məskənlərin tarixi insan kollektivinin tarixi qədər qədimdir.
Azərbaycan kəndləri 4 tipdədir. Yol kənarı, çay kənarı, düzən və ya dağlıq, şəhər ətrafı kəndlər. Azərbaycan kəndləri öz quruluşuna görə də 4 qrupa bölünür. Koma-koma, Yığcam, küçəvari, pərakəndəformalı kəndlər. Bundan başqa yaşayış məskənlərinin kənd, şenlik, oba kimi tarixən qərarlaşan ictimai-iqtisadi formaları da vardır. Əhalinin təsərrüfat ənənələri, mövcud inşaat materialları, iqtisadi güzaran və etnik xüsusiyyətlər yaşayış evlərinin forma və tip müxtəlifliyinə sox böyük təsir göstərən amillərdəndir. Azərbaycan əhalisi qədim dövrlərdən bəri başlıca olaraq əkinçilik və maldarlıqla məşğul olduğundan belə həyat tərzinə uyğun olaraq daimi və mövsümi xarakterli yaşayış evləri inşa edirdilər. XIX-XX əsrin əvvəllərində Azərbaycanın dağlıq və dağətəyi zonalarında qazma evlər, bir mərtəbəli və ya kürsülü, yastı və ya kirəmitli dam örtüklü evlər, düzənlik rayonlarında isə müxtəlif ev tipləri müstəsna olmaqla əsasən Şirvani, Batdadivə Çovustan tipli evlər, habelə kərpic və möhrə evlər üstünlük təşkil edir. Bağdadi, kərtmə, cımğa, cığ, və aradoldurma evlər başlıca olaraq ağac materiallarından inşa edilən ev tipləri idi. Çovustan və daxallar isə bir qayda olaraq qarğı, qamış və çubuq kimi tikinti materiallarından tikilirdi. Bunların üstünə suvaq çəkilirdi. Elat evlərinə gəlincə bunlar adətən alaçıq, coma, dəyə, muxur, qara keçə və s. ev tipləri idi.
Adları çəkilən ev tipləri içərisində qazma evlər ən qədim arxaiq ev tiplərinə aid edilir. Azərbaycanın dağətəyi və çaykənarı kəndlərinin sakinləri bir qayda olaraq öz evlərini təbii çay daşlarından tikirdilər. Bu gün yaşayış evlərinin ən arxaiq ünsürü sayılan qazma evlərdən təsərrüfat məqsədi ilə istifadə olunsa da onlar uzun müddət yaşayış evləri kimi insanlara xidmət etmişlər. Bir çox tədqiqatlar Azərbaycan ərazisində tikilən Qaradamları gürcülərin Dərbaziləri ilə eyniləşdirirlər. Lakin qaradamların öz xarakterik xüsusiyyətləri vardır. Bəzi erməni etnoqrafları bu qaradamları erməniləşdirməyə çalışırlar. Və onların Qlaxatun ev tipi ilə eyni olduğunu göstərirlər. Guya azərbaycanlılar bu ev tipini ermənilərdən mənimsəmişlər. Lakin tarixi-etnoqrafik tədqiqatlar bunu sübut etmir.

GEYİMLƏR. Azərbaycanda natural və yarımnatural fərdi kəndli təsərrüfatının uzun müddət ərzində davam etməsi müxtəlif səciyyəli geyim tipinin yaranmasına təsir göstərmişdir. Bir qayda olaraq qapalı təsərrüfat formasında istifadə üçün zəruri olan geyim materiallar: gön-dəri, ipək, pambıq, yun hər bir ailənin öz fərdi təsərrüfatında hazırlanırdı.Çəpgən, ləbbadə, nimtənə, çərkəzi, çuxa, kürdü, küləcə və s. adda mili geyim növləri mövcuddur.

Milliyeməklər: Azərbaycan xalq yeməkləri və içkiləri maddi mədəniyyətin mühüm tərkib həssəsi kimi öz müsbət ənənələrinidövrdən-dövrə keçirərək dəyişikliyə məruz qalmış və daha da zənginləşmişdir. Ərzaq məhsulları 2 tərkibdə qruplaşdırılır. 1. Bitki mənşəli yeməklər, 2. Heyvan mənşəli. Azərbaycan mili xörəklərinin xeyli hissəsi düyüdən hazırlanırdı. 50 növ plov mövcuddur. Azərbaycan mətbəxində quş əti və balıq məhsullarından da geniş istifadə edilir.

Nəqliyyatvasitələri: Yollar həmişə xalqın həyatına, onların minkişafına, iqtisadi vəziyyətinə çox böyük təsir göstərən maddi-mədəni amillərdən biridir. Əgər müəyyən bir ölkədə rahat və abad yollar varsa, rabitə və nəqliyyat vasitələri nə qədər çoxdursa, həmin ölkə bir o qədər də varlı və mədəni ölkə sayılır ki, bu duradan da onun siyasi əhəmiyyəti ortağığa çıxır. Təkcə yolların vəziyyəti müəyyən bir ölkənin mədəni və iqtisadi inkişafı haqqında fikir yürütməyə imkan verir.
Öz dövrünə görə ən surətli nəqliyyat vasitələrindən biri at olmuşdur. Atdan həm minik, həm də yükdaşıma vasitəsi kimi istifadə olunurdu. Yükdaşıma vasitəsi kimi dəvədən də geniş istifadə edilirdi. Azərbaycanda xalq nəqliyyat vasitələri 4 qrupa ayrılır: Piyada, minik-yük, təkərsiz, təkərli. Dünyanın başqa xalqlarında olduğu kimi, Azərbaycanda da XIX əsrdə müəyyən yükləri yaxın məsafələrə çiyində, başda və kürəkdə daşıyırdılar. Başda yük daşıması əsasən Azərbaycanın Lənkəran-Astara, Quba-Xaçmaz və Abşeron zonalarında yayılmışdır. Minik yüklərində at, öküz, qatır, dəvədən istifadə edilirdi. Təkərli nəqliyyat vasitəsinin meydana gəlməmi ümumiyyətlə nəqliyyat vasitələrinin inkişafı tarixində irəliyə atılmış mühüm addım idi. Burada 2 və ya 4 təkərli arabalardan istifadə olunurdu. 4 təkərli arabalardan istifadə olunması Azərbaycanda III minilliyin axırları II minilliyin əvvəllərinə aid edilir.

AİLƏ: Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər patriarxal ailənin güclü qalıqları saxlanılır və bunlar bütünlüklə şəriət qanunları çərçivəsində nizamlanırdı. Başlıca ailə formaları monoqam və patriarxal ailə nigah formaları idi. Azərbaycanlıların ailə nigah münasibətlərində iki forma ekzoqamiya-xarici və endoqamiya-daxili nigah geniş yayılmışdır. Endoqamiya yaxın qohumlar arasında bağlanan nigah formasıdır. Endoqamiyanın kroskuzen- dayı oğlu ilə bibi qızı arasında nigah, Ortokuzen- əmi oğlu ilə əmi qızı arasındakı nigah, sororat — eyni vaxtda bir neçə bacı ilə bağlanan nigah, Levirat — qardaş arvadı ilə nigah kimi nigah qaydalarına riayət edirdi. Ailənin başçısı ailə üzvlərinin bütün iqtisadi mənəvi həyatlarına rəhbərlik edirdilər. Ailənin bütün üzvləri danışıqçız ağsaqqala tabe idilər.
Azərbaycanlıların ailə məişətindəki ekzoqamiya adəti də ən qədim nigah qaydalarından biridir. Bir-birinə qohum olmayan, lakin yaxın qoşuluq münasibətlərində olan ailələr alıb verməklə bir-biri ilə qohumlaşırdılar. Belə ekzoqam nigahlar eyni bir kəndin icma üzvləri, habelə qoşu kənd icma üzvləri arasında da bağlanılırdı. Şəriət qaydaları başqa millətlərdən olan qızlarla evlənməyi qadağa etmirdi: bunun üçün belə bir şərt qoyulurdu ki, gəlin islam dinini qəbul etməlidir. Əlbəttə belə nigahlara nadir hallarda rast gəlinirdi.

MƏNƏVİ MƏDƏNİYYƏT

Mədəniyyət tarixi insanlığın tarixi qədər qədimdir. Dünyanın heç bir yerində və heç bir vaxt mədəniyyətsix xalq olmamış və yoxdur. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq bütün dünya xalqları özlərinə məxsus mədəniyyət yaratmışlar. Etnoqraflar adətən mədəniyyət anlayışını maddi və mənəvi mədəniyyət tiplərinə bölürlər. Maddi mədəniyyət – nəqliyyat vasitələri, yaşayış məskənləri və evlər, yeməklər, geyim və bəzəklər və s. Mənəvi mədəniyyət anlayışına isə insanın zehni əməyi nəticəsində yaranan bütün şeylər daxildir. Bunlar əsasən adət-ən-ənə, elm, din, fəlsəfi görüşlər, xalq yaradıcılığı nümunələri, ədəbiyyat, incəsənət, müxtəlif inam və etiqadlardır.
Mənəvi mədəniyyətin xüsusi sahəsi kimi şifahi xalq yaradıcılığının qədim tarixi vardır. Xalqın keçmiş tarixini, məişətini, təsərrüfat sahəsini əks etdirən folklor materialları əsboyu ağızdan-ağıza keçib dillər əzbəri olmuş və gələcək nəsillər üçün həmişə mühüm tərbiyəli rol oynamışdır. Qədim Azərbaycan nəğmələri də iühüm əhəmiyyət kəsb edir. Bu nəğmələrdə əhalinin məişət və təsərrüfat həyatı xüsusilə öz əksini tapmışdır.
Xalq mili bayramlarda öz adət-ənənələrinidaha yaxşı biruzə verir. Məsələn Novruz bayramında xalq yaradıcılığında səhnələşdirilmiş oyunların tamaşaları böyük rol oynayır. Kosa-kosa, Xan-xan, Maral oyunu, pəhləvanların yarışı və s. Azərbaycanın ayrı-ayrı bölgələrində bu günə qədər də saxlanılmış xalq oyunları qədim mədəni tariximizin formalaşmasında mühüm əhəmiyyətə malikdir. Odur ki, onların bütöv Azərbaycanın ayrı-ayrı bölgələri üzrə tədqiqi həm də mənəvi irsin qorunub saxlanılması baxımından qiymətlidir. İpatdı, Beşdaş, Çovkan qədim xalq oyunlarındandır. Çovkan haqqında N. Gəncəvinin əsərlərində də danışılır. Bu oyunun Azərbaycanda – Gəncə-qarabağ bölgəsində geniş yaılması bildirilir. Xalqımızın mənəvi mədəniyyətində xalq musiqi yaradıcılığının xüsusi yeri vardır.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

  • Teqlər:
  • Azərbaycan mədəniyyəti

Şəhər mədəniyyəti və mədəniyyətsizlik – ARAŞDIRMA

Təmizliyə riayət edilməsinə, ələlxüsus paytaxtın küçələrində, parklarında və digər yerlərdə ətrafın zibillənməməsinə diqqətlə yanaşmaq lazımdır və bu məsələ hər zaman öz aktuallığını qoruyur. Nəzərə almaq lazımdır ki, bu, yəni təmizliyə riayət edilməsi bizim özümüz üçün vacibdir və bilavasitə bizim özümüzdən asılıdır. Bir sözlə, xüsusi inzibati tədbirlər, cəza tədbirləri, cərimələr olmadan belə özümüz təmizliyi qorumalı, hətta buna çox həssas yanaşmalıyıq.

Doğrudur, Bakı dünyanın ən təmiz şəhərləri siyahısındadır və günü-gündən gözəlləşdiyi, abadlaşdığı da göz önündədir. Ümumiyyətlə, paytaxtda abadlıq işlərinin aparılması, təmizliyə nəzarət dövlətin diqqət mərkəzindədir və ən prioritet məsələlərdəndir. Əlbəttə ki, şəhərin təmizliyinin qorunması inzibati qaydalarla mühafizə olunur və ətraf mühitin çirkləndirilməsinə görə inzibati cəza tədbirləri, cərimələr də mövcuddur. Bununla yanaşı, inzibati qaydalar tətbiq olunmadan belə vətəndaşların, paytaxt sakinlərinin ətrafı zibilləməməsi, təmizliyi qoruması təqdirəlayiq hal hesab olunmalıdır. Əfsus ki, bəzən bunun əksini müşahidə edirik və zibil tullantılarına ara-sıra rast gəlinir.

Görünür, bəzi vətəndaşların, paytaxt sakinlərinin bu barədə, şəhərin təmizliyinin qorunmasının vacibliyi barədə maariflənməsinə ehtiyac var və onlar bilməlidirlər ki, ətraf aləmi zibilləmək, çirkləndirmək olmaz. Məhz sakinlərin təmizliyə riayət etmələri, ətrafı çirkləndirməmələri, zibilləməmələri istiqamətində inzibati tədbirlərdən əlavə, hansısa işlərin, məsələn, maarifləndirmə tədbirlərinin əhəmiyyəti, rolu, bu istiqamətdə fəaliyyətlə əlaqədar Səs İnformasiya Agentliyi olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentindən bildirildi ki, şəhərin təmizliyi hər zaman diqqət mərkəzindədir.

“Bununla əlaqədar səhər saatlarından etibarən komunal xidmətləri əməkdaşları gün ərzində mütəmadi olaraq qrafikə əsasən şəhərin bütün ərazisində təmizlik işləri görürlər. Lakin, onların işində müəyyən çətinliklər, problemlər də yaranır. Bu da bizim vətəndaşlarımız tərəfindən yaradılır. Çümki, zibil qutuları olmasına baxmayaraq, tullantıları, zibilləri hara gəldi atırlar ki, bu da şəhərin çirklənməsinə səbəb olur. Məsələn, atılan selofan torbaları külək qaldırır və tullantılar bütün ətrafa dağılır.

Zibillərin yığılması və utilizasiya edilməsi sahəsində işləri daha da genişləndirmək məqsədi ilə Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti ilə Böyük Britaniyanın “Mott MacDonald” şirkəti arasında 2019-cu ildə müqavilə imzalanıb və pilot layihə kimi Nərimanov rayonu götürülüb. Həmin bu şirkətin hazırladığı layihə əsasında Nərimanov rayonunda məişət tullantılarının yığılması, çeşidlənməsi və utilizasiya üçün göndərilməsi prosesi həyata keçirilir. Bunun üçün yeni məişət kontenerləri alınıb. Həmin məişət kontenerləri plastik materialdan olsa da çox davamlı, dözümlü bir materialdandır. Məişət tullantıları üçün nəzərdə tutulan kontenerlərin ağzı germetik qaydada bağlanılır. Bu ağzı bağlı kontenerlər həm ayaqla, həm də əllə açılan kontenerlərdir və bunlar da güclü külək vaxtı məişət tullantılarının, onların pis qoxularının əraziyə yayılmasının qarşısını alır. Gündəlik olaraq vətəndaşlar tərəfindən atılmış, çeşidlənmiş məişət tullantıları ayrıca, narıncı rəngdə kontenerlərə yığılır və narıncı rəngdə xüsusi nişanlanmış avtomobillər, cənab Prezidentin ayırdığı vəsait hesabına alınan 57 ədəd Bakı şəhəri üzrə məişət texnikası vasitəsi ilə daşınır.

Vətəndaşlarımızdan da xaişimiz odur ki, şəhərimizin gözəlləşməsi, təmizlənməsində öz əməklərini əsirgəməsinlər, bu işlərdə iştirak eləsinlər, şəhəri çirklənməyə qoymasınlar, harda gəldi tullantıları atmasınlar. Ümumilikdə, bunlar hamısı bizim şəhərimizin gözəlləşməsində və xaricdən gələn qonaqlarda, digər insanlarda şəhərimiz barəsində yaxşı təəssürat yaranmasında böyük rol ounayır. Onlar da bizim şəhərin təmizliyini görüb, qoy gedib bunu təbliğ eləsinlər”, deyə qurumdan məlumat verildi.

Təmizliyə riayət olunmasının, şəhərin çirkləndirilməməsinin vacibliyinə münasibətilərini öyrənmək üçün sakinlərə də müraciət etdik. Paytaxt sakini, şair-publisist Fəxri Müslim ilə söhbət etdik və həmsöhbətimiz vurğuladı ki, hər necə olur-olsun təmizlik qorunmalı, ətraf zibillənməməlidir.

“Əvvəllər zibil qabları bir qədər çox idi, amma indi bir qədər azalıb və kimsə oturduğu yerdən durub zibil qabına yaxınlaşmalı, zibili də ora atmalıdır ki, ola bilsin, bəziləri buna görə tənbəllik edirlər. Amma, əlbəttə ki, hər necə olur-olsun təmizlik qorunmalı, ətraf zibillənməməlidir.

Biz gənclərimizdən çox razıyıq və əgər belə gənclik olmasaydı biz müharibədə qələbə çalmazdıq. O soyuqda, çətin şəraitdə sinəsini qabağa verib torpaqlarımızın azad edilməsində gənclərimizin əvəzsiz rolu oldu. Gəncliyimiz çox layiqlidir və heç şübhəsiz ki, onlar normalara, qaydalara riayət edərək ətrafı zibilləməkdən çəkinməlidirlər.

Ətraf aləmi zibilləməmə məsələsində ailə tərbiyəsi çox önəmlidir. Əlbəttə ki, ictimai mühitin də rolu var və insanların düşdükləri mühitin də təsiri danılmazdır. Əgər kiminsə ailə tərbiyəsində, eləcə də düşdüyü mühitdə qüsurlar varsa, bu zaman ətrafını zibilləmək kimi xoşagəlməz hallara yol verəcək. Ailə tərbiyəsi, məktəb tərbiyəsi, cəmiyyətdə görülən tərbiyə böyük şeydir və insanın düşdüyü mühitdən çox şey asılıdır. Tövsiyyəm isə ondan ibarətdir ki, insanlar aldıqları tərbiyədən, tədrisdən, təhsildən, gördükləri cəmiyyətdən bəhrələnsinlər”, deyə Şair-Publisist Fəxri Müslim öz tövsiyyələrini əsirgəməyib.

Digər bir şəhər sakini, Rauf Ələkbərov isə giley-güzar etdi və insanlar tərəfindən təmizliyə riayət edilməməsinə, bəzilərinin ətrafı zibilləməsinə görə şikayətləndi.

“Şəhərdə, küçələrdə, parklarda insanların gəzdikləri, oturduqları, istirahət etdikləri yerləri zibilləməsinə, yerə zibil atmasına mən çox pis baxıram. İnsanlarda etika, tərbiyə olmalıdır. Bəzən görürsən ki, kimsə istifadə etdiyi hər nə isə onun boş qalan qabını yerə atıb. Hətta siqaret kötüklərini belə kimlərinsə yerə atdığının da şahidi oluruq. İstər yaşlı olsun, istərsə də cavan, fərqi yoxdur, belə etmək, zibilləmək olmaz.
Məsləhətim isə ondan ibarətdir ki, insanlar zibilləri zibil qutularına atsınlar. Zibillərini zibil qutularına atan insanlara baxıb digərləri də bundan öyüd götürsünlər, onlar da belə etsinlər. Onlardan qeyri-adi heç nə tələb olunmur və adi normativ qaydalara, etik qaydalara riayət etsinlər, şəhəri zibilləməsinlər”, deyə Rauf Ələkbərov məsələyə öz münasibətini bildirib.

Paytaxtımızın qadın sakini Solmaz Səfərova əvvəlki dövrlə hazırki vəziyyəti müqaisə etdi və nizam-intizam qaydalarına, etik normalara riayət etməyin vacibliyini dilə gətirdi.

“Biz Sovetlər vaxtında yaşamışıq və heç zaman küçəyə, parka zibil atmamışıq. Nizam-intizam hər şey deməkdir. Hər adamın daxilindən gəlməlidir ki, bunu etmək, zibil atmaq olmaz. Amma, indi zamanə bir qədər fərqlidir. Mən görürəm ki, bəzən heç də nizam-intizama riayət olunmur, zibil atılır, insanlar tərəfindən öz oturduqları, gəzdikləri yerlər çirkləndirilir.

Qaydalara riayət etmək, zibilləməmək, təmizliyi qorumaq kimi davranışlar ailə tərbiyəsindən də asılıdır. Ailələrdə böyüklər öz övladlarına bunu başa salmalıdır, əgər onlar bunu başa düşmürlərsə. Təmizliyin qorunmasına riayət edilməsində həm ailə tərbiyəsinin böyük rolu var, həm də insanlar təmizliyə riayət edənlərdən nümunə götürməlidirlər”, deyə Solmaz Səfərova şəhərin küçələrini, parklarını, digər yerlərini zibilləyən bəzi insanları şərt şəkildə tənqid etdi.

Digər bir gənc müsahibimiz, Elxan Şahalıyev, şəhəri öz evimiz bilib, onu təmiz saxlamalı olduğumuzu dedi.

“İnzibati tədbirlərdən əlavə, yəni, zibili bura atsaq cərimə olunacağıq, deyə yox, bu şəhəri öz evimiz bilərək, təmizliyə riayət etməliyik. Söhbət təkcə gənclərdən getmir. Hansı yaşda olmasından asılı olmayaraq, bəzi insanlar oturduqları yeri zibilləyirlər ki, belə olmasa, təbii ki, daha yaxşı olar. Eyni zamanda, nəinki siqaret kötüklərini hara oldu atmaq, ümumiyyətlə, harda gəldi siqaret çəkmək də olmaz. Heç şübhəsiz ki, siqaret çəkilməsi üçün də xüsusi yerlər var və zibil qabları olan yerlərdə çəkilməsi daha məqsədəuyğundur.
Ümumiyyətlə, hər birimiz şəhərin zibillənməməsi üçün əlimizdən gələni etməliyik. Ətraf mühiti, təbiəti korlamamaq lazımdır. Xüsusən də məlum virusun, koronavirusun mövcud olduğu bir dövrdə təmizliyə, sanitariya qaydalarına riayət edilməli, çirklənmənin qarşısının alınması üçün hər birimiz səy göstərməliyik”, deyə paytaxtın gənc sakini Elxan Şahalıyev fikirlərini bildirib.

Təmizliyin qorunması, şəhərin küçələrinin çirklənməsinin qarşısının alınmasının məhz inzibati yollarla, inzibati cəza tədbirləri, cərimələrlə deyil, daha fərqli bir şəkildə mümkünlüyü barədə media eksperti Azər Həsrət maraqlı bir yanaşma ortaya qoydu və vurğuladı ki, nəzakətli dildən istifadə daha təsirli üsuldur. Onun sözlərinə görə, bəzi ölkələrdə, məsələn, Türkiyədə bu şəkildə nəzakətli dildən istifadə edilir və yasaq deyil, məhz xatırlatmalar edilərək, insanlar təmizliyi qorumağa, ətrafı zibilləməməyə sövq edilir.

“Tək Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində, hətta bəzən çox inkişaf etmiş Avropa ölkələrində belə ətraf mühitin zibillənməsi ciddi olan bir problemdir. Həqiqətən də ətraf mühitin zibillənməsi, çirkləndirilməsi, özəlliklə də şəhər yerlərində küçələrin çirkləndirilməsi müşahidə edilir və bu çox ağrılı prosesdir. Düzdür, insanların hamısının tərbiyə, ədəb, əxlaq, davranış səviyyəsi yüksək deyil. Əlbəttə ki, kimlərsə, hardasa, nə isə edə bilər və buna, hətta mən deyərdim ki, bəzən anlayışla yanaşmaq mümkündür. Lakin, ümumilikdə götürəndə, insanların böyük əksəriyyəti əgər öz yeridiyi küçəyə zibil atırsa, özünün istirahət etdiyi parka zibil atırsa, özünün çimdiyi dənizə çirkab suları axıdırsa, oranı zibilləyirsə, bu artıq həmin insanların ümumiyyətlə, mahiyyəti ilə bağlı suallar doğurur.

Bəzən mən özüm də müşahidə edirəm ki, bir də görürsən, Bakının tən ortasında, çox bahalı maşından qalstuklu, geyim-keçimli birisi düşür, köşkdən bir siqaret alır, siqaret qutusunun üzərindəki təbəqəni açır, əli ilə küçəyə atır və yoluna davam edir. Yaxud, eyni cür adam görürsən ki, maşınla gedir, siqaret çəkir, çəkdiyi siqareti maşının şüşəsini açaraq küçəyə tullayır. Bax, bu sualın cavabını tapmaqda mən çətinlik çəkirəm, lakin, illər öncə də bununla bağlı yazmışdım. Bu, sadəcə olaraq, mədəni səviyyəsi şəhərə uyğun olmayan, ümumyaşayış məkanına uyğun olmayan, lakin həddən artıq varlanmış adamlardır. Onlar pis örnəkdirlər. Həmin pis örnəyi də özəlliklə yetişməkdə olan nəsil mənimsəyir, uşaqlar düşünürlər ki, o cür geyim-keçimli, bahalı maşında gəzən birisi bunu edirsə, biz niyə etməməliyik. Onlar da eyni pis örnəyi mənimsəyirlər. Bunun qarşısını necə almaq olar?

Bəli, inzibati cəzalar, cərimələr, tənzimləmələr öz yerində, birincisi, nəzakətli dil məsələsini həll etmək lazımdır. Soruşa bilərsiz ki, dilin zibilə nə dəxli var? Çox dəxli var. Baxın, biz yazırıq ki, burada siqaret çəkmək qadağandır. Məsələn, Türkiyə kimi qardaş ölkədə, “burada siqara içilməz” yazırlar. Qadağandır yox, sadəcə xatırladılır ki, burada siqaret çəkilmir. Bu, artıq nisbətən nəzakətli bir şəkildə deyildiyinə görə, istər-istəməz insana təsirini müsbət yöndə tamam başqa cür göstərə bilir. Yaxud da ki, biz məsələn, nə olsa da yazırıq ki, qadağandır, olmaz və hələ altından bir nida işarəsi də qoyuruq. Təbii ki, bu kobud, qeyri-nəzakətli ifadə tərzi istər-istəməz qarşıdakında qıcıq doğurur, üsyankarlığa çağırır və adam da bunun qarşılığında siqaret də çəkir, küçəyə də tullayır. Ona görə də bu dildən başlamaq lazımdır. Nəyi isə yasaqlayırıqsa, bunun yasaq olduğunu xatırlatmalı deyilik, sadəcə, xatırlatmalıyıq ki, burada bu iş edilmir.

Bununla yanaşı, həm məktəbə qədər ailədə, həm məktəbdə tərbiyə yüksək səviyyədə təşkil edilməlidir. Yəni, insan düşünməlidir ki, bu zibil atdığım küçədə özüm yeriyirəm, öz ayağımın altına atıram axı zibili. Bunu düşünəcək beyni olan adam heç zaman küçəyə zibil atmaz, ətraf mühiti korlamaz.

Bununla bərabər, ümumiyyətlə düşünürəm ki, şəhər mədəniyyəti deyilən şey elə bir şeydir ki, onu insanlar birnəfəsə mənimsəyə bilmirlər. Xüsusən də gəlmələr. Yəni, o gəlmələrin bunu mənimsəyə bilməsi üçün bəlli mərhələlərin keçilməsi lazımdır. O baxımdan, əlbəttə ki, vəziyyəti düzəldə bilərik. Yeri gəlmişkən deyim ki, Bakı dünyanın ən təmiz şəhərləri sırasındadır, baxmayaraq ki, biz ara-sıra bu söhbətləri də edirik. Amma, istənilən halda biz düşünürük ki, böyük bir küçə tər-təmizdir, orada hardasa, səkidə bir siqaret kötüyü varsa, bu artıq zibillənmiş küçədir. Yəni, bu da baş verməməlidir. Adamlara bu cür maarifləndirici, tərbiyəvi müsbət təsir edəcək yöndən yanaşmaq lazımdır. O zaman düşünürəm ki, bir var, “siqaret çəkmək qadağandır”, yazasan, bir də var, yazasan ki, “biz burada siqaret çəkmirik”. Yəni, bu fərqli şeylərdir və anlayanlar üçün çox, hətta o “qadağandır” ifadəsindən daha sərt bir xəbərdarlıqdır. Çünki, adama bir növ hardasa, məsuliyyət yüklənir ki, yəni biz çəkmirik, sən də qanmaz olma və sən də çəkmə. Amma, sərt şəkildə qadağandır deyəndə adam həmin qadağaları sərt şəkildə ayaqlar altına almağı düşünə bilər”, deyə Azər Həsrət maraqlı, yeni bir yanaşma və hətta təklif ortaya qoyub.

Həqiqətən də insanların, ölkə vətəndaşlarının, şəhər sakinlərinin özləri öz məkanlarını qorumaları, mühafizə etmələri, təmiz saxlamaları inzibati tədbirlər, cəza tədbirləri olmadan belə mümkündür. Yəni, hər bir vətəndaş, hər bir sakin ayrı-ayrılıqda normativ qaydalara riayət edərsə, əlavə tədbirlərə ehtiyac belə qalmaz. Əvvəla, bunun etik davranış normalarına, ədəb qaydalarına və digər tərbiyəvi davranışlara aid olduğunu hər kəs dərk etdiyi, qəbul etdiyi təqdirdə, təmizliyin məhz elə hər kəs tərəfindən qorunacağı zərrə qədər şübhə doğurmur. Məhz bu baxımdan, hesab edirik ki, sakinlərin təmizliyə riayət etməsinin etik normalara, ədəb qaydalarına və digər əxlaq normalarına aid olduğunun onlara xatırladılması, media ekspertinin yanaşması ilə desək, nəzakətli dillə çatdırılması istər-istəməz insanlara təsirini müsbət yöndə göstərə bilər.

Digər tərəfdən, nəzərə alsaq ki, özləri tərəfindən zibillənmiş parklarda insanların, sakinlərin elə özləri istirahət edirlər, deməli, təmizliyi qorumaqda insanlar özləri də maraqlı olmalı olduqlarını, bunun onların özlərinə lazım olduğunu dərk etməlidirlər. Zibil atdığı küçədə məhz həm də özünün yeridiyini, bu zibilin onun öz ayağının altında qalacağını dərk edən insan heç zaman bunu etməz, ətrafı zibilləməz, əksinə təmiz saxlayar. Bəli, məhz dərk edən insan. Görünür, dərk etməyənlər üçün bunun xatırladılması lazım gəlir.

Azərbaycan şəhər mədəniyyəti

Dini maarifləndirmə / 20.06.2019

Ərəb fəthləri nəticəsində İslam dininin Şimali Afrikadan Böyük Qafqaz dağlarına, Pireney yarımadasından Yeddisu vilayətinə (Semireçiye), Çinə qədər geniş ərazidə yayılması ilə bu torpaqlarda yaşayan xalqların, tayfaların, o cümlədən Azərbaycan xalqının taleyində tarixi və əsaslı dəyişikliklər baş vermişdir.

İslam dininin yayıldığı areal qədim sivilizasiyaların, oturaq həyat tərzinin, şəhər ənənələrinin güclü olduğu bölgələr idi. Bu isə İslam mədəniyyətinin şəhər mədəniyyəti kimi formalaşmasına böyük təsir göstərmişdir. Digər tərəfdən, İslamı ilk yayanların özlərinə də şəhər mədəniyyəti yad deyildi. Bu din Hicazın başlıca mədəniyyət ocaqları sayılan – Məkkə və Mədinə şəhərlərində zühur və inkişaf etmişdi.

Hər bir sosial-iqtisadi prosesdə olduğu kimi, urbanizasiya prosesinin də əsasında ictimai istehsaldakı dəyişiklər durur. İctimai əmək bölgüsü baxımından kəndin əksinə olaraq, şəhər sənətkarlıq, ticarət ilə bağlı əməyin və intellektual potensialın cəmləşdiyi məkan idi. İslam dininin bu fəaliyyət sahələrinə müsbət münasibəti onların üstün sahələrə çevrilməsini təmin etmişdi. Onun ortaya qoyduğu cəmiyyət üzvlərinin hüquqi bərabərliyi, insanın hərəkət azadlığı, həmçinin fərdin ümumi qanunlara, şəxsi maraqların ümumi rifaha tabeçiliyi ideyası da şəhər həyatının tərəqqisinə təkan vermişdi.

Odur ki, geniş müsəlman məmləkətində qədim gələnəklərdən bəhrələnmiş, İslam dəyərlərinə əsaslanan parlaq mədəniyyət formalaşa bildi. Artıq IX-X əsrlərdə müsəlman Şərqində şəhər mədəniyyəti özünün yüksək inkişaf səviyyəsinə çatmışdı. Mədəni nailiyyətlərin və innovasiyaların İslam dünyasının bir bölgəsindən digərinə sürətlə ötürülməsi, mədəni inteqrasiya mütərəqqi hal olub, ümumi inkişafa təkan verdi.

Sosial-iqtisadi inkişaf, ümummüsəlman mədəniyyətinə qovuşmaq, İslam dininin hakim ideologiyaya çevrilməsi, yerli ənənələrin transformasiya olunaraq yeni ideologiyaya uyğunlaşması, ərəb-xəzər qarşıdurmasının şimal ölkələri ilə intensiv ticarət əlaqələri ilə əvəzlənməsi, yerli, müstəqil dövlətlərin yaranması və digər ictimai-siyasi proseslər əsasında IX-X əsrlərdə Azərbaycanda da şəhər həyatının canlanması, sonra isə sıçrayışlı inkişafı baş verdi. Təbii ki, müsəlman Şərqinin bir parçası olan Azərbaycan İslam sivilizasiyasının fenomeni hesab olunan urbanizasiya prosesindən kənarda qala bilməzdi.

IV-VII əsrlərdə əsasən şəhər-qala olan Azərbaycan şəhərləri artıq erkən İslam dövründə iri siyasi-inzibati, ticarət-sənətkarlıq və mədəni mərkəzə çevrilmişdi. Bu da erkən İslam dövrü (VIII-X əsrlər) şəhər mədəniyyətinin bütün sahələrində innovasiyaların artması və şəhərin statusunun dəyişməsi ilə əlaqədar idi. Zəruri sosial-psixoloji şəraitin bərqərar olması və şəhər həyat tərzinin möhkəmlənməsi müxtəlif şəhərlərdə əhalinin fəallığının və təşəbbüskarlığının güclənməsini şərtləndirdi, cəmiyyətin istehsal, demoqrafik və inkişafına müsbət təsir göstərdi. Şəhərlər istehsal, mədəni və intellektual potensialın cəmləşdiyi məkana, tərəqqi ocağına çevrildilər. Əgər erkən İslam dövrünü (VIII-X əsrlər) Azərbaycanda müsəlman şəhərinin formalaşması dövrü hesab etmək mümkündürsə, klassik İslam dövrünü (XI-XII əsrlər) şəhər həyatının yüksəliş, çiçəklənmə dövrü adlandırmaq olar.

Şamaxı, Dərbənd, Bərdə, Gəncə, Beyləqan, Şəmkir, Naxçıvan, Kiran, Təbriz, Ərdəbil və digər Azərbaycan şəhərləri Yaxın və Orta Şərqin müsəlman şəhərlərinin keçdiyi inkişaf yolunu keçmiş, oxşar səciyyəvi topoqrafik hissələrə malik olmuşdur. Şəhərlərdə monumental tikililərin yeni tipləri: şəhər sakinlərinin elliklə namaz qılmasına imkan verən came məscidləri, məhəllə sakinlərinin başlıca ibadət yeri olan məhəllə məscidləri, göylərə ucalan minarələr, təhsil ocaqları olan mədrəsələr, zəngin kitabxanalar, örtülü bazarlar, ictimai hamamlar və s. inşa edilirdi. Dini binalar – məscidlər, mədrəsələr, türbələr şəhər landşaftında hakim mövqeyə malik idilər. Məhz bu binalar müsəlman şəhərinin simasını müəyyənləşdirirdi. Müsəlman Şərqinin digər ölkələrində olduğu kimi, Azərbaycanda da şəhər topoqrafiyası üçün üçpilləli – narınqala, şəhristan və rabaddan ibarət quruluş səciyyəvi idi və qaynar iqtisadi həyat şəhristandan rabada keçmişdi. Şəhristandan bayırda sənətkar məhəllələrinin cəmləşdiyi rabadın formalaşması prosesinin ərəb istilasından sonra – VII əsrin ikinci yarısından başlanıldığı və IX əsrə qədər davam etdiyi bildirilir. Artıq X əsrdə Azərbaycan şəhərləri üçün rabad xarakterik topoqrafik hissə idi.

Müsəlman şəhərinin səciyyəvi əlamətlərdən biri onda idi ki, əgər iqtisadi həyatın nəbzi bazarda vururdusa, ideoloji mərkəz came məscidi idi. İslama görə, yaşayış məntəqəsinin şəhər statusunun almasının vacib şərtlərindən biri burada came məscidinin olması idi. Təsadüfi deyildir ki, IX-XII əsrlərin ərəbdilli müəllifləri yaşayış məntəqəsinin tipinin müəyyənləşdirilməsində came məscidinin mövcudluğunu başlıca meyar seçmişdilər.

Yazılı mənbələrin təhlili və arxeoloji qazıntıların nəticələri orta əsr Azərbaycan şəhərlərini üç tipə ayırmağa imkan verir. İstehkamlı sahəsi 100 hektara yaxın və daha artıq olan iri şəhərlər ayrı-ayrı dövrlərdə Azərbaycan dövlətlərinin paytaxtı və ya mühüm mərkəzi olmuşdur. Onların iqtisadiyyatı sənətkarlıq və ticarətə əsaslanırdı. Bu şəhərlər ölkənin istehsal və intellektual potensialının cəmləşdiyi başlıca mərkəzlər idi. Bərdə, Gəncə, Naxçıvan, Təbriz, Ərdəbil, Marağa, Şamaxı, Dərbənd belə şəhərlərdən idi. Həmin şəhərlərin əhalisinin sayı 100 minə yaxın və ya daha çox idi. İstehkamlı sahəsi 20-60 hektara qədər ərazini əhatə edən, əsasən vilayət mərkəzləri olmuş orta dərəcəli şəhərlər sırasına Beyləqan, Zəncan, Bakı, Qəbələ, Şabran, Şəmkir və başqalarını aid edilirdi. Ümumi sahəsi 20 hektardan çox olmayan şəhərlər isə yerli əhəmiyyətə malik mahal mərkəzləri idi.

Azərbaycanın orta əsr şəhərləri müsəlman sivilizasiyasının daha bir səciyyəvi xüsusiyyətini – şəhərlərin, xüsusilə böyük şəhərlərin inkişafının siyasi hakimiyyətlə sıx bağlılığını özündə qabarıq əks etdirir. Belə ki, dövlətin yüksəlişi, qüdrəti şəhərlərin sürətlə genişlənməsində, böyüməsində, şəhər həyatının yüksəlişində, paytaxt şəhərlərin misli görünməmiş inkişafında öz təcəssümünü tapırdı. VIII-IX əsrlərdə xilafət canişinin mərkəzi olmuş Ərdəbil, Bərdə inkişaf sürətinə görə digər Azərbaycan şəhərlərini geridə qoymuşdu. “Arranın anası” adlandırılan Bərdə şəhərinin X əsrin ortalarından tənəzzül edərək əvvəlki əhəmiyyətini itirməsi və ikinci dərəcəli şəhər sırasına enməsi yalnız slavyanların qarətçi yürüşləri ilə deyil, həm də onun paytaxt statusunu itirməsi, yaxınlıqdakı Gəncə şəhərinin Şəddadilər dövlətinin paytaxtına çevrilməsi ilə bağlı idi. Bunu biz Təbriz şəhərinin timsalında da aydın görürük. Şəhər Elxanilər dövlətinin paytaxtı olduqdan sonra sürətlə böyüyərək XIII əsrin sonu – XIV əsrin əvvəllərində Şərqin nəhəng şəhərinə çevrilmiş, bu mərhələni çiçəklənmə çağı kimi keçirmişdir. Oxşar proseslər müsəlman Şərqinin digər bölgələrində də qeydə alınmışdır. Məsələn, IX əsrdə Abbasi xəlifələrinin Bağdaddan 120 km aralıda, Dəclə çayı sahilində saldırdıqları Samirə qısa müddətdə nəhəng şəhərə çevrilmişdi. Lakin paytaxt statusunu itirdikdən sonra şəhərin əhəmiyyəti sürətlə azalmış və tənəzzülə uğramışdır.

Yazılı mənbələr, zamanəmizədək salamat qalmış memarlıq abidələri və arxeoloji qazıntıların nəticələri Azərbaycan şəhərlərində ictimai-dini və yaşayış binalarının çoxluğunu və onların tikintisində müsəlman memarlığı üçün səciyyəvi konstruktiv elementlərin: tağ tavanların, günbəzlərin, çatma tağlı portalların, şəbəkəli daş pəncərələrin, stalaktit karnizlərin geniş tətbiqini təsdiqləyir. Binaların memarlıq bəzəyində müsəlman incəsənəti üçün səciyyəvi olan oyma gəc lövhələrdən, terrakotlardan, şirli kərpiclərdən, kaşılardan geniş istifadə olunurdu. İstər dini, istərsə də mülki binaların, tikililərin bədii tərtibatında xəttatlıq geniş tətbiq edilir, Qurandan və hədislərdən nümunələr həkk olunurdu. Müqəddəs kitabın sehrkar gücünə inam bəzi ayə və surələrin xüsusilə məşhurlaşmasını şərtləndirmişdi.

Müsəlman Şərqində monumental memarlığın yaşayış, ictimai və dini binalarının interyerinin bədii tərtibatında gəc üzrə bədii oyma geniş yayılmışdı. Mövcud İslam bədii ənənələri Azərbaycan gəctəraşları tərəfindən mənimsənilərək şəhərlərin mülki və dini binalarının bədii tərtibatında geniş tətbiq olunmuş və daha da inkişaf etdirilmişdi. Dərbənd, Şəmkir, Xaraba-Gilan, Dəbil və Ərdəbildə arxeoloji qazıntılar nəticəsində gəc üzrə bədii oymanın gözəl nümunələri aşkarlanmışdır. Xaraba-Gilanda gəc üzrə bədii oyma sənətində nəbati naxışlar və xəttatlıq nümunələrinə üstünlük verilmişdir. Belə tapıntılardan birinin üzərində, xonçanın yuxarısında “La ilahə illallah” ifadəsi həkk olunmuşdur. Şəmkir şəhər yerindən tapılmış kərpic üzərində isə gəc üzrə kufi xətlə “ . hakimiyyət Allaha məxsusdur. ” sözləri həkk edilmişdir.

Bəhs edilən dövrdə Azərbaycan şəhərlərində, xüsusilə Şirvan-Abşeron memarlıq məktəbi mərkəzlərində daş üzərində oyma üsulu ilə naxış salmaq özünün yüksək səviyyəsinə çatmışdı. Şəhər memarlığında bədii tərtibata diqqətin artması dövrün xarakterik əlamətlərindən biri idi. Şəhər tikililərinin bədii tərtibatında ornamentalizmə və xəttatlığa üstünlük verilirdi. Ornament təkcə bədii-estetik təsvir vasitəsi olmayıb, həm də ideya-məzmun yükü daşıyırdı. İncə duyuma malik cəmiyyət ornamentlərdəki simvollarla verilən informasiyanı qəbul etməyə, ornamenti oxumağa qadir idi. Dini məzmunlu, gözəl xətlə binaların üzərinə həkk olunmuş kitabələr ideya yükü daşımaqla, informasiyanın ötürülməsi ilə yanaşı, həm də dekorativ təyinata malik olub göz oxşayırdı.

İslam dininin gigiyena ilə bağlı tələblərinə riayət edilməsi Azərbaycanda şəhər abadlığına diqqətin artmasını şərtləndirmişdi. Beyləqan, Şəmkir, Gəncə, Dərbənd, Şamaxı, Bakı, Şabran və digər orta əsr şəhərlərinin arxeoloji qazıntıları zamanı üzə çıxarılan mühəndis qurğuları küçə və meydanların döşəndiyini, şaxələnmiş su təchizatı sisteminin yaradıldığını, ümumşəhər və məhəlli kanalizasiya xətlərinin, o cümlədən digər qurğuların mövcudluğunu göstərir.

Azərbaycanın orta əsr şəhərlərində sənətkarlıq istehsalının bütün sahələri müsəlman Şərqi üçün ənənəvi sənət sahələri idi. Xüsusilə bədii sənət sahələrinin müxtəlifliyi və istehsal olunan məhsulun yüksək bədiiliyi diqqətəlayiqdir. İslamın hakim ideologiyaya çevrilməsi ilə dekorativ-tətbiqi sənət sahəsində də yeni üslub təşəkkül tapıb inkişaf edirdi. Bədii sənətkarlıq məmulatında ornament, kalliqrafiya və təsviri motivlər kamilliklə və ahəngdarlıqla uzlaşırdı.

Dekorativ-tətbiqi sənətdə kalliqrafiya bəzən ornamentin bir forması kimi çıxış edir. İnformasiyanın rəmzlərlə verilməsi, həndəsi, nəbati və epiqrafik elementlərdən mürəkkəb kompozisiyaların yaradılması, abstraktlığa meyl orta əsr Azərbaycan incəsənəti üçün səciyyəvidir. Keramika üzərində ərəb dilində xeyir-duaların yazılması geniş yayılmışdı. 14 məsumun adı ilə bağlı yazılara da rast gəlinir. Misal üçün, Şəmkir şəhər yerindən tapılmış şirli qabın oturacağında “qara rəngli mürəkkəblə 14 məsuma – Məhəmməd peyğəmbərə, Həzrət Fatiməyə və 12 imama – Allahın salamı olan mətndən “Məhəmməd peyğəmbərə (s) Allahın salamı olsun” sözləri yazılmışdır”.

Bəzən keramika üzərində xeyir-dua sözlərlə deyil, ayrı-ayrı hərflərdən ibarət simvollarla verilirdi. Misal olaraq, Şəmkir şəhər yerindən arxeoloji qazıntılar nəticəsində tapılan şirli keramika üzərində simvol olaraq “mim”, “nun” və “sin” hərfləri həkk edilmiş nümunələri göstərmək olar.

Müsəlman şəhərlərinin bir mühüm əlaməti də intellektual potensialın burada cəmləşməsi, şəhərlərin elmi, ədəbi və bədii yaradıcılıq mərkəzləri olmasında idi. İslamın yayılması ilə əlaqədar Azərbaycanda, ilk növbədə şəhərlərdə yayılan ərəb dili kargüzarlıqda, dini mərasim və ayinlərdə, elmi yaradıcılıqda hakim dilə çevrilirdi. Ərəb əlifbası üzərinə düşən funksiyanı uğurla yerinə yetirərək nəhəng ərazili, polietnik Xilafətdə birləşdirici qüvvə kimi çıxış edirdi. IX əsrdə Azərbaycanda yerli dövlətlər yarandıqdan sonra da ərəb dili ünsiyyət dili, din və elmin dili olaraq əhəmiyyətini saxlamaqda idi. Yalnız Səlcuqlar dönəmində fars dili kargüzarlıqda, poeziya və elmi yaradıcılıqda tətbiq olunmağa başlandı. Ərəb işğalından sonra Azərbaycanda yayılan ərəb əlifbasının iki – rəsmi, monumental və adi, kursiv xətləri IX-X əsrlərdə geniş tətbiq olunurdu.

Azərbaycan şəhərlərinin arxeoloji tədqiqindən məlum olan ən qədim ərəb dilli, “kufi” xətli kitabə Dərbənd istehkamlarının tədqiqi zamanı aşkarlanmışdır. Bu kitabə hicri 176-cı ildə (793-cü il) tərtib olunmuşdur.

Tədqiqatçılar müsəlman cəmiyyətində elmə, biliyə, təhsilə xüsusi önəm verildiyini yekdilliklə qəbul edirlər. Müəyyən olunmuşdur ki, Müqəddəs Kitabda elm, bilik sözlərinə 811 dəfə rast gəlinir. Məhəmməd peyğəmbər (s) biliyə, təhsilə, elmə yüksək qiymət vermişdir: “Bilikli adamın ibadət edəndən üstünlüyü Ayın digər səma cisimlərindən üstünlüyünə oxşayır. Həqiqətən, bilikli adamlar peyğəmbərlərin varisləridir. Peyğəmbərlər isə miras olaraq dinarlar, dirhəmlər deyil, yalnız bilik miras qoyur, kim ona sahib olarsa, böyük səadətə çatacaq”.

Azərbaycan şəhərlərində keçirilən elmi məclislərdə yerli alimlərlə yanaşı müsəlman dünyasının müxtəlif bölgələrindən gəlmiş alimlər də iştirak edir, fikir mübadiləsi, diskussiyalar aparılırdı. Misal üçün, XI əsrin məşhur ilahiyyatçısı, tarixçisi, ədibi Əbu Nəsr Əli ibn Hibbətullah ibn Makula Beyləqan, Bərdə və Gəncə şəhərlərində elmi məclislərdə iştirak etmişdir. O, Gəncə şəhərinə səfəri zamanı ziyarət etdiyi yerlər arasında Gəncə camesi və kitabxanasının adını xüsusi qeyd etmişdir.

Orta əsr şəhərlərinin arxeoloji tədqiqinin nəticələri yazılı qaynaqların məlumatını təsdiqləyərək Azərbaycan şəhərlərində mədəni mühitin yüksək səviyyəsini nümayiş etdirir. Öz cahanşümul əsərləri ilə dünya mədəniyyəti xəzinəsini zənginləşdirən Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Xətib Təbrizi, Əcəmi Əbubəkr Naxçıvani məhz orta əsr Azərbaycan şəhər mühitinin yetirmələri idi.

İslamın yayılması və möhkəmlənməsi, müsəlman mədəniyyətinin formalaşması ilə Azərbaycanda müsəlman dəfn adəti yayılmış, şəhərlərin ərazisində müsəlman nekropolları salınmış, qəbirüstü xatirə abidələri ucaldılmışdır. Erkən müsəlman qəbiristanlıqları Dərbənddə, Şabran, Qəbələ, Bəndəvan şəhər yerlərində arxeoloji qazıntılarla tədqiq olunmuşdur.

Beləliklə, Azərbaycanda İslam dininin yayılması və hakim ideologiyaya çevrilməsi, müsəlman Şərqi ilə intensiv iqtisadi və mədəni əlaqələr maddi və mənəvi mədəniyyətdə ümummüsəlman xüsusiyyətlərini formalaşdırmış, İslam sivilizasiyası üçün səciyyəvi olan urbanizasiya prosesləri Azərbaycanda da sürətlənmiş, İslam dəyərlərinə əsaslanan, istehsal, mədəni və intellektual potensialın cəmləşdiyi, tərəqqi ocağı olan yeni tip şəhər – müsəlman şəhəri formalaşıb inkişaf etmişdi.

Tarix DOSTİYEV,

Bakı Dövlət Universiteti,

tarix üzrə elmlər doktoru

Похожие статьи

  • Azərbaycan geyim mədəniyyəti tarixi

    Azərbaycan milli geyimləri XVI yüzildə Azərbaycan geyimləri içərisində ən maraqlısı baş geyimləri idi. İnsanın geyim mədəniyyəti necə formalaşır?…

  • Azərbaycan və islam mədəniyyəti

    Azərbaycanda islam İslam dünyanın ən böyük ilahi dinlərindən biridir. VII əsrin əvvəllərində Qərbi Ərəbistanda (Hicaz əyaləti, Məkkə şəhəri) Allah…

  • Azərbaycan etnoqrafiyası

    AZƏRBAYCAN ETNOQRAFİYASI Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və…

  • Azərbaycan mədəniyyəti və incəsənəti

    Azərbaycan mədəniyyəti və incəsənəti AMEA Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan haqqında Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan…

  • Azərbaycan mədəniyyəti

    Azərbaycan mədəniyyəti Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu…

Comments are closed, but trackbacks and pingbacks are open.