Press "Enter" to skip to content

Azərbaycan i dünya müharibəsi dövründə məqalələr toplusu

1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi şərait yetişdi. Bütün ölkədə tətillər “Rədd olsun mütləqiyyət . “, “Yaşasın demokratik respublika!” şüarları altında keçən kütləvi siyasi nümayişlərlə müşayiət olunurdu. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı üsyana çağırdılar. Petroqrad fəhlələrinin paytaxtın qarnizonu tərəfindən müdafiə olunan üsyanı fevralın 27-də qələbə çaldı, çar hökuməti devrildi.

Azərbaycanlılar I dünya müharibəsi cəbhələrində

Azərbaycan sərkərdələri I dünya müharibəsi cəbhələrində

1886-cı ildən başlayaraq müsəlmanlar Rusiya ordusuna çağırılmasalar da, ali silkin nümayəndələri hərbi-təhsil ocaqlarında oxumaq və zabit olmaq hüququna malik idi.

I dünya müharibəsi illərində Rusiya ordusunun tərkibində 200-dən çox azərbaycanlı fərqlənmişdir. Onlardan ali rütbə və vəzifələrə çatanlar: süvari generalı, general- adyutant Hüseyn xan Naxçıvanski – Qvardiya süvari korpusunun komandiri; artilleriya generalı Səməd bəy Mehmandarov – 2-ci Qarfqaz ordu korpusunun komandanı; general-leytenant Əli ağa Şixlinski – 10-cu ordu komandanı.

Hüseyn xan Naxçıvanski (1863-1919) Paj korpusunda təhsil almışdır. O, 1904-1905-ci illər Rus-yapon müharibəsində Müq.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. I dünya müharibəsi başlananda general-leytenant Naxçıvanski 2-ci süvari divisiyasının komandiri idi. 1914-cü ilin oktyabrında o, 2- ci süvari korpusunun komandanı təyin olunur. 1915-ci ilin iyununda Naxçıvanski imperatorun general-adyutatntı rütbəsinə yüksəlmiş, 1916-cı ildə Qvardiya süvari korpusunun komandiri təyin olunmuşdu. Xidmət illərində Hüseyn xan Naxçıvanski Müq.Georgi ordeninin 3-cü və 4-cü dərəcələri, Müq.Vladimir ordeninin 2, 3, 4 –cü dərəcələri, Müq.Anna və Müq. Stanislav ordenlərinin bütün dərəcələri, Ağ Qartal ordeni (qılınclarla), “İgidliyə görə” yazısı olan Qızıl silah, Prussiya, Rumıniyanın ali ordenləri ilə təltif olunmuşdur.

Səməd bəy Mehmandarov (1855-1931) Bakı gimnaziyasında, 2-ci hərbi Konstantinov məktəbində, daha sonra Zabit artilleriya məktəbində təhsil almışdır. O, 1904- 1905-ci illər Rus-yapon müharibəsində Müq.Georqi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. I dünya müharibəsi başlananda general-mayor Mehmandarov 21-ci piyada diviziyasının komandiri vəzifəsində idi. 1914-cü ilin dekabrında o, 2-ci Qafqaz ordu korpusunun komandanı təyin olunur. Xidmət illərində artilleriya generalı Mehmandarov Müq.Georgi ordeninin 3-cü və 4-cü dərəcələri, Müq.Vladimir ordeninin 2, 3, 4 –cü dərəcələri, Müq.Anna və Müq. Stanislav ordenlərinin bütün dərəcələri, Ağ Qartal ordeni (qılınclarla), Müq.Aleksandr Nevski ordeni (qılınclarla), Brilliant silah, “İgidliyə görə” yazısı olan Qızıl silah, İngiltərə, Fransa, Rumıniyanın ali ordenləri ilə təltif olunmuşdur.

Əli ağa Şixlinski (1865-1943) Tiflis kadet korpusunda, Mixaylov artilleriya məktəbində və Zabit artilleriya məktəbində təhsil almışdır. Rus ordusunun “Çin yürüşündə” və Rus-yapon müharibəsində iştirak etmişdir. Port-Arturun müdafiəsi zamanı göstərdiyi igidliyə görə Müq.Georgi ordeninin 4-cü dərəcəsi ilə təltif olunmuşdur. 1907-ci ildə Şixlinski tərəfindən artilleriya nəzəriyyəsinə “Şixlinski üçbucağı” adı ilə daxil olmuş yeni hədəfgöstərmə üsulu icad olunmuşdur. 1908-ci ildən Şixlinski Zabit artilleriya məktəbində dərs deməyə başlamışdır. O, “Divizion tərkibində artilleriya manevrlərinin təşkili təlimatı”, “Səhra artilleriyasının döyüşdə tətbiqi” və “Öz qoşunların başı üzərindən artilleriya atəşi barəsində” əsərlərini hazırlayıb çap etdirmişdir. Bu əsərlər geniş yayılaraq, artilleriya elminin inkişafına böyük təsir göstərmiş, Şixlinski isə “rus artilleriyasının allahı” adını almışdır. 1913-cü ildə ona general-mayor rütbəsi verilmiş, 1914-cü ildən o, Zabit artilleriya məktəbinin rəisi vəzifəsini icra etməyə başlamışdır. 1915-ci ilin yanvarından Şixlinski Şimal-Qərb cəbhəsinin ağır artilleriya rəisi, oktyabr ayından isə Ali Baş komandan yanında artilleriya hissəsi üzrə tapşırıqlar generalı vəzifəsini yerinə yetirərək bütün rus ordusunun ağır artilleriyasının rəisi olmuşdur. 1916-cı ilin aprelindən Şixlinski Qərb cəbhəsi artilleriya inspektoru vəzifəsində çalışaraq, bir sıra əməliyyatların keçirilməsində bilavasitə iştirak etmişdir. 1917-ci ilin aprelində o, general-leytenant rütbəsinə layiq görülərək, 10-cu ordu komandanı təyin edilmişdir. Xidmət müddətində Şixlinski Müq.Georgi ordeninin 4–cü dərəcəsi, Müq.Stanislav ordeninin bütün dərəcələri, Müq. Anna ordeninin bütün dərəcələri, Müq.Vladimir oreninin 2, 3, 4-cü dərəcələri, həmçinin Fransanın Fəxri legion ordeninin Zabit və Komandor xaçları ilə təltif olunmuşdur.

Generallar:

İbrahim ağa Usubov (1872-1920) – Tiflis kadet korpusu və Konstantinov hərbi məktəbində oxumuş, piyada qoşunları zabiti olmuşdur. Rus-yapon müharibəsinin iştirakçısıdır. General-mayor, 133-cü piyada diviziyasının briqada komandiri.

Mir Kazım bəy Talışınski (1855 – 1938) – Bakı realni məktəbi və 2-ci hərbi Konstantinov məktəbində təhsil almışdır. 1877-1878-ci illər rus-türk müharibəsinin iştirakçısı olub. General-mayor, I dünya müharibəsində 3-cü Sibir atıcı alayının komandiri.

Feyzulla Mirzə Qacar (1872-1920) – Tiflis kadet korpusu və Nikolaev süvari məktəbində oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olub. General-mayor, Qafqaz yerli atlı diviziyası 2-ci briqadasının komandiri; 1917-ci il sentyabrın 30-da 1-ci Qafqaz yerli atlı diviziyasının komandiri təyin olunub.

Mir Əsəd bəy Talışxanov (1857-1919) – Bakı realni məktəbi və 2-ci hərbi Konstantinov məktəbi, sonra Zabit artilleriya məktəbində təhsil almışdır. General-mayor, 52-ci artilleriya briqadasının komandiri.

Sadıq bəy Ağabəyzadə (1865-1944) – Bakı realni məktəbi və 2-ci hərbi Konstantinov məktəbində oxumuşdur; Piyada qoşunları, general-mayor rütbəli zabiti

Əmənulla Mirzə Qacar (1857-1937). – Piyada qoşunları zabiti olub. Rus- yapon müharibəsinin iştirakçısıdır. General-mayor, 1-ci Kuban plastun briqadasının komandiri.

General-mayor Əliyar bər Haşımbəyov (1856- 1920) və general-mayor Firuddin bəy Vəzirovun (1850-1925) bioqrafiya və I dünya müharibəsində iştirakları barədə məlumatlar dəqiqləşdirilir.

Polkovniklər:

Cavad bəy Şıxlinski (1874-1959) – Tiflis kadet korpusu və Konstantinov hərbi məktəbində oxumuş, topçu zabit olmuşdur. Polkovnik, 45-ci artilleriya briqadasında divizion komandiri.

Süleyman bəy Əfəndiyev (1864-1919) – Yelizavetpol gimnaziyası və Yelizavetqrad süvari məktəbində oxumuşdur. I dünya müharibəsində DİN süvari hissələrinin general-mayoru rütbəsində iştirak edib.

Davud bəy Yadigarov (1883-?) – Paj korpusunda təhsil almış, süvari hissələrdə polkovnik rütbəsində xidmət etmişdir.

Əbdülhəmid bəy Qaytabaşı (1884-1920)-Pavlov Hərbi Məktəbində oxumuşdur, piyada qoşunları zabiti olmuşdur. 52-ci piyada diviziyanın 205- ci piyada Şamaxı alayının polkovniki

İbrahim ağa Vəkilov (1853-1934) – Tiflisdə geodeziya məktəbi və Peterburq Hərbi- Topoqrafiya məktəbində oxumuşdur. Azərbaycanın ilk hərbi topoqrafıdır. Polkovnik (bu rütbəyə layiq görülmüş Qafqazda ilk hərbi topoqraf).

Mansur Mirzə Qacar (1869-1931)-Vladiqafqaz realni məktəbi və Yelisavetqrad süvari məktəbində, həmçinin Zabit süvari məktəbində oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olmuşdur. Polkovnik, 12-ci qusar Axtır alayının komandiri.

Boris (Əskər) bəy Sofiyev (1872-1934) -Pskov Kadet Korpusunda və 3-cü hərbi Aleksandr məktəbində, həmçinin Zabit artilleriya məktəbində oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olmuşdur. Polkovnik, 57-ci artilleriya briqadasında divizion komandiri.

Teymur bəy Novruzov (1880-1961) – Tiflis kadet korpusunda və Yelisavetqrad süvari məktəbində, həmçinin Zabit süvari məktəbində oxumuşdur. Polkovnik, atlı divizionun komandiri.

Temir- Mirzə Məmmədəlibəyov (1873-1916) -2-ci Moskva Kadet Korpusunda, 3-cü Hərbi Aleksandrov məktəbində, daha sonra Zabit Artilleriya məktəbində və Baş Qərargahın Nikolayev Akademiyasında oxumuşdur. Rus-yapon müharibəsinin iştirakçısı olub. 1916-cı ilin iyununda polkovnik rütbəsinə layiq görülmüş, Həmin ilin sentyabrın əvvəllərində döyüşdə həlak olmuşdur.

Darab Mirzə Qacar (1869-1930) -Tiflis kadet korpusunda və Pavlov hərbi məktəbində oxumuşdur. Kazak qoşunlarının polkovniki rütbəli zabitidir.

Kelbali xan Naxçıvanski (1891- 1931) Tiflis kadet korpusunda və Nikolayev süvari məktəbində oxumuş, Georqi silahı ilə təltif edilmişdir. Əlahəzrət Leyb-qvardiya ulan alayının polkovniki.

Seyfulla Mirzə Qacar (1864-1926). Piyada qoşunları zabiti.Polkovnik, 15-ci Zaamur sərhəd piyada alayının komandiri.

Məmməd Qulu Mirzə Qacar (1872-1920?) -Simbirsk kadet korpusu, Aleksandrovsk hərbi məktəbində, eləcə də Zabit artilleriya məktəbində oxumuşdur. Polkovnik, 5-ci Qafqaz əlahiddə atıcı dağ artilleriya divizionunun komandiri.

Fətəli Mirzə Qacar (1855- ?) -Paj korpusunda oxumuşdur. 1877-1878-ci illər rus- türk müharibəsinin iştirakçısı. 1913-cü ildə istehfaya çıxmış, I dünya müharibəsi başlananda yenidən orduya çağırılmışdır. Polkovnik, Petroqrad şəhəri üzrə müalicə müəssisələrinin inspektoru

Aleksandr Rza Qulu Mirzə Qacar (1869-1943) -Vilno piyada yunker məktəbində oxumuşdur. İmperator mühafizə konvoyunun Kuban yüzlüyünün polkovniki.

Azərbaycan i dünya müharibəsi dövründə məqalələr toplusu

�� Azərbaycan Birinci Dünya müharibəsi illərində

� � Birinci Dünya Müharibəsi Azərbaycana da ciddi zərbi vurdu. M.İsmayılov yazır ki, Birinci Dünya müharibəsinə qoşulmuş ölkələrin Azərbaycana münasibətdə də planları var idi. Alman imperializmi Qafqaza can atır, Bakı neftini ələ keçirmək istəyirdi. Oktyabrın 31-də Rusiya Türkiyəyə müharibə elan etdi. Müharibənin Qafqaz cəbhəsi yarandı. Türkiyə bu cəbhəyə böyük qoşun hissələri yerləşdirdi. Qafqaz cəbhəsi Batumdan Cənubi Azərbaycanda Urmiya gölünə qədər uzanırdı. Türk qoşunları hücuma keçib Batum vilayətinə, həmçinin, Cənubi Azərbaycana soxuldular, müvəffəqiyyət də qazandılar. Lakin 1916-cı ildə çar qoşunları onları sıxışdırdı.

� Dünya müharibəsi çar Rusiyasının bütün xalq təsərrüfatını yenidən qurmağı, təsərrüfatın bütün ağırlıq mərkəzini müdafiə sənayesinə keçirməyi tələb edirdi: Azərbaycanda bu sahədə neft sənayesi mühüm rol oynamalı idi. Neft sənayesi bu dövrdə böyük çətinliklərlə qarşılaşdı. Bu, neft sənayesinə tələb olunan avadanlığın vaxtında çatdırılmaması, nəqliyyatın işində xeyli pozğunluq yaranması və s.-lə bağlı idi. Bununla əlaqədar olaraq, neft buruqları qazılması işi xeyli ləngiyir, neft hasilatı aşağı düşürdü. Müharibə illərində çıxarılan neftin hamısını hökumət alırdı. Neft emalı sənaye sahəsinin lazımi avadanlıqla təmin olunmasının pisləşməsi, beləliklə, bu sənaye sahəsinin texniki geriliyə məruz qalması çıxarılan neftin hamısını emal etməyə imkan vermirdi. 1917-ci ildə çıxarılmış neftin yalnız yarıdan bir qədər çoxunu emal etmək mümkün olmuşdu.

� Ümumi təsərrüfat düşkünlüyü xalq təsərrüfatının digər sahələrinə də təsirsiz qalmamışdı. Dağ-mədən, ipəkçilik və başqa sənaye sahələrində də geriləmə əmələ gəlmişdi. Gədəbəydə mis çıxarılması 1913-cü ildə 1 ,8 milyon puddan 1915-ci ildə 103 min puda, mis emalı isə 49,7 min puddan 2,5 min puda endi. Şuşa və Nuxada olan ipək emalı fabriklərinin yarıdan çoxu işləmirdi. Müharibə yeyinti, tikinti və başqa sənaye sahələrinə də təsir etmişdi.

Müharibənin başlanması ərəfəsində Azərbaycan fəhlələri ciddi ictimai-siyasi qüvvə idi. Bakı şəhərində 1897-ci ildə fəhlələrin sayı 100 mindən çox idi. Müharibə ərəfəsində isə bütün Azərbaycanda onların sayı 242 minə çatırdı. Kənd təsərrüfatı fəhlələri (istər daimi, istərsə də mövsümi) də nəzərə alınsa, onların ümumi sayı yarım milyona çatırdı.

Müharibə illərində kənd təsərrüfatında da gerilik əmələ gəldi. İstər əkinçilik, istərsə də maldarlıq xeyli ixtisara düşdü, pambıq əkini sahələri əsaslı surətdə azaldı, bağçılıq və üzümçülük tənəzzülə uğradı. Məlumdur ki, çar hökuməti müsəlman və türk xalqları nümayəndələrini orduya çağırmırdı. Lakin müharibə zamanı, 1915-ci il iyunun 25-də “Özgə xalqlardan” olan 18 yaşından 43 yaşına kimi şəxslərin müharibə ilə əlaqədar işlərə səfərbərliyə alınması haqqında fərman verildi. Bu tədbir həyata keçirilərkən Qafqazın müsəlman əhalisinin güclü müqavimətinə rast gəldi. Ümümi narazılıqdan ehtiyat edən Qafqaz hökumət orqanları II Nikolaydan “25 iyun” fərmanının ləğv edilməsini xahiş etməyə məcbur oldular. Çar arxa cəbhə işlərinə məcburi səfərbərliyi “könüllü” səfərbərliklə əvəz etməyə razılıq verdi . “Könüllü” səfərbərlik, əslində, ümumi səfərbərlikdən heç bir şeylə fərqlənmirdi. “Könüllü” səfərbərlik nəticəsində Azərbaycanın əmək qabiliyyətli kənd əhalisinin kişilərinin xeyli hissəsi təsərrüfatdan ayrılaraq cəbhə arxasında, xüsusən, cəbhə və cəbhəyə yaxın yerlərdə istehkas tikmək, yol düzəltmək, körpülər salmaq və s. işlərdə işlədilirdi.

İmperialist müharibəsi dövründə kəndin xeyli dərəcədə işçi qüvvəsindən, qoşqu heyvanlarından, əmək alətlərindən, toxumdan, ərzaqdan məhrum edilməsi, Rusiya və xarici bazarlarla əlaqənin kəsilməsi, milli müstəmləkə zülmünün daha da şiddətlənməsi, bütün bunlar – Azərbaycan kəndini təsərrüfat pozğunluğu və iqtisadi fəlakət həddinə çatdırmışdı.

Fəhlələrin iş, məişət şəraiti daha da pisləşmişdi. Bu isə fəhlə çıxışlarına, tətillərə səbəb olurdu. Bakı ilə yanaşı, Azərbaycan qəzalarındakı sənaye müəssisələrinin fəhlələri də tətil etdilər. Bu tətillər 1916-cı ildə xeyli genişləndi. 1916-cı ilin payızında bu tətillər geniş inqilabi vüsət aldı. Fevral inqilabı ərəfəsində isə 1917-ci ilin yanvar tətilləri daha da genişləndi.

“Proqressiv blok” bütün gücünü mütləqiyyətin müdafiəsinə yönəltmişdisə, liberal burjua nümayəndələri çarizmdən güzəştlər gözləyir, ölkənin siyasi həyatında öz mövqelərini möhkəmlətməyə çalışırdılar. Onlar yenə ana dilində məktəblər açmaq və s. kimi qabaqlar irəli sürdükləri tələbləri təkrar edirdilər.

1916-cı ilin sonu-1917-ci ilin əvvəllərində Rusiyada inqilabi şərait yetişdi. Bütün ölkədə tətillər “Rədd olsun mütləqiyyət . “, “Yaşasın demokratik respublika!” şüarları altında keçən kütləvi siyasi nümayişlərlə müşayiət olunurdu. Burjuaziyanın çar II Nikolayla uzun-uzadı danışıqları nəticə vermədi. Bolşeviklər zəhmətkeşləri çarizmə qarşı silahlı üsyana çağırdılar. Petroqrad fəhlələrinin paytaxtın qarnizonu tərəfindən müdafiə olunan üsyanı fevralın 27-də qələbə çaldı, çar hökuməti devrildi.

Çarizmin yıxılması xəbəri Bakıya martın 2-də çatdı, şəhərdə, mədən rayonlarında çoxminli mitinqlər keçirildi. Martın 12-də çarizmin devrilməsi münasibətilə Bakıda bayram oldu, qoşunların rəsmi keçidi, nümayiş təşkil edildi. Azərbaycan qəzaları və şəhərlərində də yığıncaqlar keçirildi. Mitinqlərdə fəhlələr Bakı fəhlə deputatları Sovetini yaratmağı qərara aldılar. Seçkilər keçirildi. Martın 7-də 52 nəfərdən ibarət Bakı Soveti yaradıldı. Sovetlərdə çoxluğu menşeviklər və eserlər təşkil edirdilər.

Sovetlər yaranmamışdan qabaq şəhər Duması ictimai təşkilatları icraiyyə komitəsini yaratdı. Martın 17-də isə müvəqqəti hökumətin orqanı olan ictimai təşkilatların Soveti təşkil edildi. Onun tərkibi, əsasən, burjuaziya nümayəndələrindən ibarət idi. Bu orqan 1917-ci ilin martında müvəqqəti hökumətin yaratdığı xüsusi Zaqafqaziya Komitəsinə tabe edildi. Beləliklə, Bakıda iki hakimiyyət orqanı yaradıldı: bir tərəfdən fəhlə deputatları Soveti, digər tərəfdən isə, ictimai təşkilatların icraiyyə Komitəsi. Azərbaycanın qəza və şəhərlərinin bir çoxunda da ikihakimiyyətlilik meydana çıxdı. Lakin onların bəzisində əks qüvvələrin müqavimətini qırıb fəhlə və əsgər deputatları Sovetlərini yaratdılar.

1917-ci il martın 10-da RSDFP-nin 5 nəfərdən ibarət birləşmiş Bakı Komitəsi (2 bolşevik və 3 menşevik) və “Hümmət”in müvəqqəti Komitəsi seçildi. Martın 27-də müsəlman ictimai təşkilatlarının yığıncağında Bakı müsəlman ictimai təşkilatları Sovetinin müvəqqəti Komitəsi təşkil edildi. Onun tərkibinə neft sənayeçisi Ş.Əsədullayev və başqaları seçildilər.

ABŞ tarixçisi T.Svyatoçovski “Rusiya və Azərbaycan” əsərində yazır ki, Qafqazda gedən müharibə Rusiyanın xeyrinə döndüyündən, Azərbaycan elitası çarizmin Zaqafqaziya müsəlmanları ilə əlaqələri möhkəmlətmək kimi təşəbbüsünü razılıqla qarşıladı. Bu yeni münasibət 1915-ci ilin payızında antimüsəlman meyillərinə və 1915-ci ildəki açar qırğınına görə tanınmış Vorontsov-Daşkovun istefası ilə yarandı. Onun yerinə Böyük knyaz Nikolay Nikolayeviç təyin olundu ki, o özünü yaxşı cəhətdən göstərmək üçün bir sıra tədbirlər həyata keçirdi, o cümlədən, köhnə inqilabçı Rəsulzadəyə “Açıq söz” gündəlik qəzetini nəşr etmək icazəsini verdi . İlk dəfə 1915-ci ilin oktyabrında nəşr olunan “Açıq söz” qəzeti özünü türk qəzeti adlandırırdı ki, “tyurkski” kəlməsi artıq Rusiyada bəraət qazanmış olduğundan, bu ad hakim dairələrin heç bir narazılığına səbəb olmadı. Rəsulzadə müəllifi olduğu qəzetin 1-ci sayının baş məqaləsində həmin vaxt azərbaycanlı kimliyi haqqında təsəvvürlərini belə ifadə edirdi:

Dil baxımından biz türkük, türkçülük bizim milliyyətimizdir. Din baxımından biz müsəlmanıq. Hər bir din öz daşıyıcıları arasında xüsusi bir sivilizasiya yaradır, bu sivilizasiya isə beynəlmiləlçiliyin müəyyən bir formasını əmələ gətirir. Bir müsəlman və türk kimi biz islamın yaratmış olduğu beynəlmiləlçiliyin tərkib hissəsiyik.

Başqa sözlə desək, “Açıq söz” Rusiyanın müharibə cəhdini və çarizmin maraqlarını dəstəkləyirdi.

Çarizm və Azərbaycan icması arasındakı əlaqələrdəki irəliləyiş neftin satış qiymətlərinin təzələnməsi ilə eyni vaxta düşdü. Bu, Bakı neft istehsalçılarının ürəyindən olan bir tərəqqi idi, onlar Qara dəniz gəmiçiliyi üçün təhlükə yaranması ilə əlaqədar müharibənin əvvəlində qiymətlərin kəskin düşməsinin şahidi olmuşdular. Yaranmış təhlükə rusların Qafqaz cəbhəsindəki uğurları ilə sovuşdu və 1916-cı il ruslar üçün bir-birinin ardınca qazanılan böyük zəfərlər ili oldu. Bakı sakinləri Nargin adası sahillərində yerləşən əsir düşərgəsinə aparılan və şəhərin içi ilə addımlayan türk hərbi əsirlərinin uzun sıralarına öyrəşmişdilər. Psixoloji alışmanı nümayiş etdirərək, Azərbaycanın din rəhbərləri rusların Ərzurumu ələ keçirməsi münasibətilə şükranlıq duaları oxudular. Aydın idi ki, Qafqaz cəbhəsində gedən müharibə Türkiyənin əleyhinə yönəlirdi və 1917-ci il rus inqilabı həm arxa, həm də ön cəbhədə tamamilə yeni vəziyyət yaradana qədər osmanlıların bəxti heç cür gətirmədi. Bundan sonra da Türkiyənin təşəbbüsü yenidən ələ alması 1917-ci ilin martında çarizmin devrilməsi ilə başlanan rus siyasi çevrilişinin birinci mərhələsində bir o qədər də hiss olunmayacaqdı.

Türkiyə ordusunun komandanı Ənvər Paşanın məqsədi Rusiya-Qafqaz cəbhəsinin Qars və Sarıqamış arasındakı əsas ehtiyat qüvvələrini məhv etməkdən ibarət idi. Bundan sonra Zaqafqaziyanın işğalı nəzərdə tutulurdu. İran Azərbaycanına, sonra Bakıya keçmək üçün əməliyyata kömək məqsədilə cinah yürüşündən istifadə olunacaqdı. Üç yardımçı diviziyanın xüsusi qrupu bu böyük məqsəd üçün nəzərdə tutulmuş və Ənvər Paşanın gənc əmisi Xəlil Paşanın komandanlığı altında yerləşdirilmişdi. Baş hücum dekabrın 22-də başlandı və türklərin hücumları əvvəlcə uğurlu oldu. Cəbhənin Şimal xəttində ruslar Ərdəhanı tərk etməli oldular. Rus məmurları tələsik şəkildə Zaqafqaziyanı boşaltmağa hazırlaşdıqlarından, çar hökuməti hücuma başlamaq üçün öz Qərb müttəfiqlərinə müraciət etdi və bu xahiş Qallipoli əməliyyatının keçirilməsi üçün zəmin hazırladı.

Bununla belə, yaranmış böhranlı vəziyyət yanvarın ortalarında Sarıqamışa əks-hücum nəticəsində doqquzuncu qoşun korpusunun darmadağın edilməsilə Rusiyanın xeyrinə həll olundu. Döyüşlərdə, eləcə də soyuqdan, xəstəlikdən və aclıqdan əldən-ayaqdan düşən Üçüncü Türk Ordusu canlı qüvvəsinin 85 faizini – 90000-ə yaxın əsgərini itirdi. Sarıqamışda qazanılan nəticələr Qafqaz cəbhəsindəki müharibənin gələcək gediş xəttini müəyyənləşdirdi. Bu müharibədə Türkiyə strateji təşəbbüsü itirdi və münaqişənin aradan qaldırıldığı axır aylara qədər öz əvvəlki vəziyyətinə qayıda bilmədi. 1915-ci ilin yazında rus qüvvələri erməni başıpozuqlarının köməyi ilə Şərqi Anadoluya girdilər. Ermənilərin düşmənçiliyi üzündən yaranan təhlükə Türkiyə hökuməti tərəfindən məhəlli döyüşlər və qətllərlə müşayiət olunan kütləvi deportasiyalara dair sərəncam verilməsinə səbəb oldu.

İki Azərbaycandan İrana aid olan hissə öz-özlüyündə mühüm əhəmiyyətli strateji məqsəd daşımasa da, hərbi döyüşlər burada dərin işlər buraxmışdı. Çünki İran Azərbaycanı Bakı üzərinə tuşlanmış cinah və ya diversiya yürüşləri üçün dəhliz rolunu oynayırdı. 1915-ci ilin baharında son məqamda ixtiyarında ekspedisiya qüvvəsi olan Xəlil Paşa Mosuldan Təbrizə hərəkət etdi, lakin Van rayonunda böyük erməni üsyanı başlandığından, Anadoluya geri çəkilməyə məcbur oldu. Baş vermiş digər iki hadisə vaxtı Ömər Naci, sözsüz, dost kimi qarşılanacaqları İran Azərbaycanında antirus çıxışlarını yaymağa çalışdı.

� Vahid ÖMƏROV,

fəlsəfə üzrə fəlsəfə doktoru

Səs .- 2012.- 14 noyabr.- S.14.

Azərbaycan i dünya müharibəsi dövründə məqalələr toplusu

AMEA Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanan “Azərbaycan Birinci dünya müharibəsi dövründə” məqalələr toplusu işıq üzü görmüşdür. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə toplanan məcmüənin elmi redaktoru Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarovdur.

Topluya daxil edilmiş elmi məqalələr Azərbaycanın I Dünya müharibəsindəki yeri və roluna yenidən baxmağa imkan verir. T.ü.f.d. Zərifə Dulayevanın “Birinci dünya müharibəsinin səbəbləri, başlanması və gedişi” məqaləsi oxucuya müharibə ilə bağlı ümumi məlumat verir. Z.Dulayeva və t.ü.f.d. Məmməd Məmmədovun “Bakı Birinci dünya müharibəsi illərində”, “Müharibə dövrü Gəncə tarixindən az məlumat olan fakt” məqalələri, t.ü.f.d. Bəhmən Kərimovun ” I Dünya müharibəsi mövzusu “İqbal” və “Yeni iqbal” qəzetlərinin səhifələrində” və Əli Fərhadovun “Birinci Dünya müharibəsi illərində Azərbaycan-Osmanlı münasibətlərinə dair” məqalələrində Azərbaycanda müharibə dövründə mövcud olan vəziyyət barəsində məlumat verilir. T.ü.f.d. Səbuhi Əhmədovun “Tatar atlı alayı müharibə cəbhələrində”, t.ü.f.d. M.Məmmədovun “İlk Azərbaycan təyyarəçiləri- müharibə iştirakçıları”, Eldar Elxan oğlu İsmaylovun “Azərbaycan hərbi hissələri Rusiya imperator ordusunun tərkibində”, E.E.İsmaylovun “I Dünya müharibəsi illərində Mq. Georgi və Georgi silahı ilə təltif olunmuş azərbaycanlılar”, İnna Kostinanın “Azərbaycan həkimləri hərbi hospitallarda”, Nərmin Bağırovanın “Ilk Azərbaycanlı şəfqət bacısı Nigar Şıxlinskaya” məqalələrində müharibədə iştirak etmiş azərbaycan hərbi hissələri və azərbaycanlı hərbiçilər barəsində məlumat verilir. Rəna Səfərovanın “General Əliağa Şıxlinskinin Milli Azərbaycan Tarixi Muzeyində qorunan memorial kolleksiyası” və Nərmin Bağırovanın “Birinci dünya müharibəsinin yadigarları Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasında” məqalələrində Muzeydə qorunan eksponatlar barəsində məlumat verilir. T.ü.f.d. Məhfuzə Zeynalovanın “Azərbaycan Birinci Dünya müharibəsi illərində” bölməsinin yenidən qurulması” məqaləsində müharibənin Muzeyin yeni ekspozisiyasında nümayiş olunması vasitələri barədə məlumat verilir. Z.Dulayevanın “İstənilən müharibə sülhlə nəticələnir” və S.Əhmədovun “Birinci Dünya müharibəsinin Azərbaycan üçün nəticələri” məqalələrində müharibənin Azərbaycan üçün nəticələri barəsində məlimat verilir.

Topluda mövzularla bağlı fotoşəkillər təqdim edilmişdir.

I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib

I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.

Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib

Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak.

Muzeyə Qarabağ şəhidinin materialları daxil olub

II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar.

Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib

MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç.

Muzeydə Lütfi Zadə irsi təbliğ edilir

Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-.

Hörmətli izləyicilər!

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid.

Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib

Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (.

Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.

AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.