Press "Enter" to skip to content

AZƏRBAYCAN MUZEYLƏRİ

– katib

Azərbaycan incəsənəti

Azərbaycanda e.ə. müxtəlif binalar mövcud olmuşdur. Qəbələ şəhərində inşa edilmiş Dəyirmi Qala, Qax rayonundakı “Dördbucaqlı məbəd” (hal-hazırda qalıqları mövcuddur). Dərbənd Qalası 5-8 əsrlərə aiddir. Orta əsrlərdə Azərbaycanda Memarlıq sənəti bir-neçə qala Təbriz-Abşeron, Şirvan, Gəncə və Naxçıvan memarlıq məktəblərinə ayrılırdı. Bu dövrün əsas memarlıq abidələri türbələr, məscidlər, mədrəsə və saraylar idi. Türbələr adətən, dəyirmi və dörkünc bürc formasında tikilir, üstdən günbəzlə örtülürdü. Bunlardan ən məşhurları Azərbaycan memarı Əcəmi Əbubəkir oğlunun yaratdığı “Yusif Küseyir” (1162) və “Möminə xatun” (1186) türbəsidir. Həmin dövrdə tikilmiş qalalar forma müxtəlifliyi ilə seçilirdi. Dörkünc və dəyirmi qalaları Bakıdakı “Qız qalası” və “Nardaran” qalaları, “Ramana Qəsri” Azərbaycan memarlığının qiymətli inciləridir. Məscidlərə gəlincə isə onlar adətən. Dörkünc, üstü tağla bağlı və günbəzli olur. Onların yanında minarələr ucalırdı. Belə minarələrdən ən qədimi Bakıda “Sınıq qala” minarəsi, “Cümə məscid”inin minarəsi və başqalarıdır. Azərbaycan memarlığını saray tikinti nümunələrindən Şirvanşah I Xəlilullah dövrünə aid “Şirvanşahlar sarayı” həm tarixin şahidi kimi, həm də sənət əsəri kimi qiymətləndirilirdi.Divanxana, türbə, məscid və hamam daxildir. Azərbaycanda xalq sənəti növləri ta qədim zamanlardan mövcud olmuşdur. Xalq sənəti növləri daim inkişaf etmişdir. Xalq sənətinin yaratdığı “bosma naxış”, təkəmüllər, toxumalar, zərgərlik məmulatları, ağac və daşdan hazırlanmış mqxtəlif bədii sənət əsərləri yüksək səviyyəsi ilə insanı valeh edir. Orta əsr Azərbaycan incəsənətində Miniatür boyakarlığı əsas yer tutur. Qədim əl yazmaları işlənilən kiçik ölçülü rəsmlər instruasiyalar bütün dünyada şöhrət qazanmışdır. Həmin dövrdə Təbriz şəhərində baş vəzir Rəşidəddinin təşəbbüsü ilə “Cami-ət-Təvarix” (Qədim ümumdünya tarixi adlanır) yaranıb. Həmin əsərin bütün miniatürləri dünyada şöhrət qazanmışdır. Sonralar isə “Şahnamə” əsərlərindən nüsxələr işləmişdir. Azərbaycan miniatürünün ən məşhur rəssamları Soltan Məhəmməd, Mir Seyid Əli, Müzəffər Əli və b. olmuşdur

Sovet hakimiyyəti qurulduqdan sonra, yəni, 1920-ci illərdə Azərbaycan təsviri sənətində mühüm yeniliklər verdi. Əvvəllər olmayan yeni sənət növləri – dəzgah boyakarlığı və qrafikası, dairəvi heykəltaraşlıq və s. yaranır və az bir vaxtda sürətlə inkişaf etməyə başlayır. Görkəmli xalq rəssamı Azərbaycanda satirik qrafikanın təməlini qoymuş və realist üslubun banisi Əzim Əzimzadə “Molla Nəsrəddin” və bir sıra başqa jurnallarda yüzlərlə əsərini çap etmişdir. Rəssamın “Varlı evində Ramazan bayramı”, “Kasıb evində Ramazan bayramı”, “Qurban bayramı” və başqa əsərlərində xalqın ruhunu, məişətini və s. təsvir etmişdir.
1930-1940-cı illərdə boyakarlıq sahəsində çox istedadlı rəssamlar öz uğurlu lövhələrini yaratmışlar. Salam Salamzadə “Toxuculuq kombinatı” , Şərifzadə “Üzüm yığımı” və s. əsərləri diqqətə layiqdir

  • Teqlər:
  • Azərbaycan incəsənəti

Azərbaycan Milli İncəsənət Muzeyi

Azərbaycan Milli İncəsənət Muzeyi Respublikamızın ən nüfuzlularından birisi və incəsənət sahəsində aparıcı muzeyidir. 1920-ci ildən Azərbaycan Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən incəsənət bölməsi Azərbaycan Xalq Komissarları Şurasının 1936-cı il 264 №-li qərarı ilə müstəqil muzey kimi ayrıldı. 6 may 1937-ci ildə ekspozisiyasının ilk təntənəli açılışı keçirildi. 1943-cü ildən muzey rəssam Rüstəm Mustafayevin adını daşımağa başladı, 2011-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilmişdir. Muzey iki qonşu tarixi tikilidə – “De Burun malikanəsi” və “Mariinski Qadın Gimnaziyası” binalarında yerləşir. Binalar bir-birilə müasir üslubda tikilmiş şüşəli korpus vasitəsilə birləşmişdir.

Muzeyin kolleksiyasında 18000 yaxın eksponat qorunub saxlanmaqdadır. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür. Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.

Muzey müxtəlif sərgilər, xarici ölkələrin tanınmış muzeylərinin əsərlərindən təşkil olunmuş ekspozisiyalar və digər mədəni-kütləvi tədbirlərin keçirildiyi möhtəşəm məkandır. Eyni zamanda muzey geniş miqyaslı araşdırma və təbliğat fəaliyyəti ilə də məşğuldur. Burada elmi əsərlər, kataloqlar, bukletlər və albomlar nəşr etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycan memarlıq və sənətşünaslıq elminin yeni fəaliyyət mərhələsi müstəqillik illərində başlamışdır. Son iyirmi ildə institutun kollektivi bir tərəfdən Azərbaycan incəsənətinin bütün növ və janrlarının tarixinin yaradılması, digər tərəfdən isə Azərbaycan incəsənətinin nəzəri və metodoloji problemlərin araşdırılması üzərində çalışmışdır. Bu dövrdə yekün xarakteri daşıyan əsaslı əsərlər işıq üzü görmüşdür. Onların sırasında ak. R.Əfəndiyevin «Azərbaycan incəsənəti» (B., 2001) və «Azərbaycan incəsənəti dünya muzeylərində» (B., 2009), m.ü. Z.Səfərovanın «Azərbaycan musiqi tarixi» (B., 2012), m.ü. İ.Kərimovun «Azərbaycan teatr tarixi» (B., 2 cilddə, 2008, 2010), m.ü. Ş.Fətullayevin «Bakı memarlıq ensiklopediyası» (B., 2013), prof. Ə.Salamzadənin «Azərbaycan sənətşünaslığı. XX əsr» (B., 2001) və digər dəyərli tədqiqatları geyd etmək lazımdır.

Müstəqillik illərində institutun beynəlxalq fəaliyyətidə güclənmişdir. Son iyirmi ildə burada «Yaxın və Orta Şərq memarlığı və incəsənəti» (1992), «Böyuk İpək yolu: Avrasiya mədəniyyətləri dialoqu» (2002), «Azərbaycan xalçası və xalq tətbiqi sənəti» (2003), «İnformasiya mədəniyyəti problemləri» (2004), «Avrasiya informasiya mədəniyyəti» (2009), «Fəlsəfə və sənətşünaslıq: fənnlərarası qarşılıqlı əlaqələrinin metodologiyası» (2010), «Tarixi-mədəni irsin qorunması və təbliği problemləri» (2010), «Qlobal mədəniyyətin təşəkkülü dövründə Avrasiya ideyası» (2012) mövzularında beynəlxalq elmi konfranslar keçirilmişdir. Eyni zamanda İnstitutun əməkdaşları Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Moldova, Polşa, İtaliya, Macarıstan, İspaniya, Fransa, Böyuk Britaniya, İsveçrə, Tunis, İordaniya və İranda keçirilən elmi və yaradıcılıq forumlarında iştirak etmişlər.

Son illərdə beynəlxalq fəaliyyət çərçivəsində aparılan mühüm istiqamətlərdən biri YUNESKO xətti ilə görülən işlərdir. 2000-ci ildən etibarən institutun əməkdaşlarının bilavasitə iştirakı ilə Azərbaycanın bir sıra tarix və mədəniyyət abidələri YUNESKO-nun Dünya irsi siyahısına daxil edilmişdir. Bu siyahıda ilk Azərbaycan abidəsi İçəri Şəhər tarixi-memarlıq qoruğu olmuşdur. Sonra isə Azərbaycanın birinci xanımı, millət vəkili, YUNESKO və İSESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan qeyri-maddi irsinin Reprezentativ siyahıya təqdim olunması prosesi başlamışdır. Beləliklə, 2000-2012-ci illərdə sözügedən siyahıya muğam, tar, aşıq və xalça sənətləri daxil edilmiş, hal-hazırda isə şəbəkə sənətinin Reprezentativ siyahıya təqdim olunması üzrə hazırlıq işləri görülür.

Elmi şura

– sədr

– sədr müavini

– katib

– üzvləri

Похожие статьи

  • Azərbaycan mədəniyyəti və incəsənəti

    Azərbaycan mədəniyyəti və incəsənəti AMEA Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan haqqında Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan…

  • Azərbaycan incəsənəti

    Azərbaycan incəsənəti Azərbaycan musiqisini dinləyən, şer və qəzəllərini oxuyan, Azərbaycan rəssamlarının sənət əsərlərinə tamaşa edən, nəqqaşlıq,…

  • Azərbaycan tarixi və mədəni həyatı

    Azərbaycan tarixi və mədəni həyatı Məlumat üçün deyək ki, təkcə 2011-ci ildə ABŞ, Almaniya, İsveç, İsveçrə, Belçika, Niderland və Rusiyada böyük…

  • Azərbaycan etnoqrafiyası

    AZƏRBAYCAN ETNOQRAFİYASI Xalq bu zənginliklərdən bəhrələnərək minilliklər boyu özünün çoxşaxəli və dərin məzmunlu maddi mədəniyyət sahələrini yaratmış və…

  • Azərbaycan tarixi intibah dövrü

    Azərbaycan intibah mədəniyyəti (IX – XIII əsrin əvvəlləri) İntibah dövründə yaşayan Azərbaycan ustaları metal məmulatları hazırlamaqda çox mahir idilər….

Comments are closed, but trackbacks and pingbacks are open.