Azərbaycan irsi pasportlaşdırma novruz
2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.
Azərbaycan irsi pasportlaşdırma novruz
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə 6308 tarix və mədəniyyət abidəsi dövlət mühafizəsinə götürülüb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması və mühafizə zonalarının müəyyənləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.
2021-ci ildə 110 tarix-mədəniyyət abidəsinin pasportu hazırlanaraq, təsdiq edilib. Son illər pasportları hazırlanan tarixi abidələrin sayı isə ümumilikdə 368-dir.
Pasportlaşdırılan abidələrdən 15-i Azərbaycanın Respublikasının vaxti ilə işğal altında qalmış ərazilərində yerləşən tarix-memarlıq abidələridir. Bu da müstəqilliyimizin bərpasından sonra işğaldan azad olunmuş ərazilərimizdə yerləşən abidələrimizə verilən ilk pasportlardır. Həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib.
Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.
Abidələrin mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə 243 layihə hazırlanıb. Mühafizə zonaları müəyyən edilərkən müvafiq olaraq layihələr Rayon İcra Hakimiyyətləri, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşdırılır və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən təsdiqlənir.
Pasportlaşdırma və mühafizə zonalarının müəyyən edilməsi istiqamətində görülən işlər davam etdirilir. Cari il üçün pasportlaşma üzrə 155, mühafizə zonalarının müəyyənləşdirilməsi üzrə isə 108 layihənin hazırlanması nəzərdə tutulur. Onlardan 42 abidənin pasportunun hazırlanmasına və 10 abidənin mühafizə zonasının müəyyənləşdirilməsinə işğaldan azad edilmiş ərazilərdə yerləşən tarix-mədəniyyət abidələri daxil edilib.
Azərbaycan irsi pasportlaşdırma novruz
İki il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının 30 il ürəyində yaşatdığı ən böyük arzusunu reallaşdırdı. Hələ 1998-ci ildə Ulu Öndər demişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” 2020-ci ilin sentyabr-noyabr aylarında Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsini tarixi Qələbə ilə başa vuran şanlı Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala – qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə yerin günəş ətrafında bir dövr fırlanması ilə əsaslanır. Alimlərin fikrincə bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla, Zərdüşt peyğəmbərin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur.
Novruz bayramının həqiqətən də ümumbəşəri dəyərə malik olduğunu təsdiqləyən daha bir fakt da bu bayramın UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsidir. Əlbəttə ki, ölkəmizin mədəniyyət tarixində mühüm əhəmiyyət kəsb edən bu hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və ciddi səyləri, bu istiqamətdə apardığı gərgin fəaliyyəti nəticəsində baş verib. Qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Ölkənin birinci xanımının 2004-cü ildən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr – 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilən, İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar.
Azərbaycan xalqının milli adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayram süfrələri açmalıdırlar. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır.” Bu gün müasir Azərbaycan dövlətinin milli quruculuq siyasətində mühüm rol oynayan Novruz bayramı artıq bütün dünyada Azərbaycan xalqının mühüm milli simvollarından birinə çevrilib. Novruz Azərbaycan xalqının müqəddəs bayramıdır.
Qabil Nağıyev,
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar
İttifaqının Saatlı rayon komitəsinin sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Unudulan Novruz adətləri
Novruz bayramının gəlişinə sayılı günlər qalıb. “Novruz” farsca “Yeni gün” deməkdir. Novruz bayramının mənşəyi qədimdir. Qədim zamanlardan Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox Şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Novruz Azərbaycanla yanaşı, İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir. Adətə görə, süfrəyə “s” hərfi ilə başlayan 7 növ ərzaq qoyulur.
İranda süfrələrdə fərqli səməni olur və bu səməni ən çox mərcidən göyərdilir. Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı “həft meyvə”, yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ancaq Novruzda hazırlayırlar. “Həft meyvə” ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır.
Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür. Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu, quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir. Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür, ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir. Özbəkistanda Novruz süfrəsi üçün nişala hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.
Azərbaycanda isə adətə görə, Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təsərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla inamını ifadə edib. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim Şərq ənənələrinin davamıdır. Novruz bayramında papaq atmaq, qulaq falına çıxmaq, tonqaldan tullanmaq, səməni yetişdirmək, yumurta döyüşdürmək kimi adətlər var. Ancaq bir sıra adətlər var ki, günümüzə təhrif olunmuş formada çatıb.
Folklorşünas alim, professor Məhərrəm Qasımlı da Bahar qızı, atəşdən od götürüb tonqal qalamaq kimi adətlərin qondarma olduğunu bildirdi: “Novruzla bağlı olduqca çox adətlər var ki, onlar hazırda unudulub. Novruza aid elementlərin, ünsürlərin bu gün bizə ən yaxşı halda üçdə biri gəlib çatıb. Bu dünya folklorunda da var ki, baharın gəlişi münasibəti ilə insanlar kosa ilə keçəli məsxərəyə qoyub ələ salırlar.
Onlar sırf məsğərə obrazlarıdır. Kosa da Keçəl də qışın rəmzidir. Fikir versəniz, görərsiniz ki, onların əyni-başı tör-töküntüdür, pay dilənirlər və sairə. Burada əslində tarixi mərasim təhrif olunub. Tarixi mərasimdə kosa, keçəl, bir də keçi olmalıdır. Keçmiş rəsm əsərlərinə baxsanız ,görə bilərsiniz. Keçi yeni ilin, yazın rəmzi hesab edilir. Hazırda Keçini ortaya çıxarmaq çətinləşib deyə çıxarmırlar. Tarixi mərasimdə Kosa ilə Keçəl savaşır, meydana gələn keçi isə Kosanın qarnını vurur dağıdır, Keçəli isə qovub uzaqlaşdırır. Yəni köhnə ili, qışı qovub uzaqlaşdırır və özünün gəlişi ilə yazı, baharı gətirir.
Tonqal yandırma mərasiminə gəlincə bu odun-ocağın şəfaverici, aydınlaşdırıcı gücü ilə bağlıdır ki, adamlar öz dərdlərini, ağırlığını, uğurluğunu tonqalın üstündə yandırır. Arınmış, durulmuş bir rolla yeni günə, yeni həyata başlayırlar. Bunun atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Çünki atəşpərəstlərdə tonqal, od müqəddəs idi. Müqəddəs odun üstünə də adam atılıb deyər ki, ağırlığım tökülsün?! Ona görə atəşpərəstlikdəki odla Novruz bayramındakı od ayrı-ayrı şeylərdir. Novruz bayramındakı tonqalın atəşpərəstliklə heç bir əlaqəsi yoxdur”.
Xatırladaq ki, bir müddət öncə papaq atmanın yığışdırılması ilə bağlı müzakirələr aparılırdı. Folklorşünas alim isə bunun tamamilə yanlış düşüncə olduğunu deyərək papaq atma mərasiminin qədimlərə söykəndiyini bildirdi: “Papaq atma uşaqların əylənməsi üçün olan bir şeydir. Adamlar gəzişir, papaq atırdılar. Onların papağı isə qırmızı boyanmış yumurta, qorğa, konfetlə doldurulardı. Deyirlər ki, böyüklərin papağını qapıya atmaq olmaz. Bu düz fikirdir. Ancaq qapıya atılan böyüklərin yox, uşaqların papağı olur.
Kimlərsə özündən nəsə uydurur ki, papağın yerinə kağız və torba atılsın, bu gülməlidir. Tarixə nəzər salsaq bu adətin olduğunu görərik. Qeyrət rəmzi böyüklərin papağı sayılır, uşaqların yox. Novruz bayramında gedib atəşdən od gətirirlər. Bu, qondarma, uydurma bir şeydir. Bu bizim mədəniyyətimizə yamaqdır. Bahar qızı da sovet hökuməti dövründə uydurulmuş və Novruz bayramına yamanmış bir şeydir. Azərbaycan ailəsində kim öz qızını qoyar ki, bahar qızı kimi çıxıb ortada oynasın. Milli mentalitet tarixi ona uyğun deyildi”.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Похожие статьи
-
Azərbaycan irsi pasportlaşdırma novruz balaban
Azərbaycan irsi pasportlaşdırma novruz balaban По народным поверьям, в первую среду обновлялась вода, стоячие воды приходили в движение. Во вторую –…
-
Azərbaycan irsi pasportlaşdırma xalq oyunları novruz balaban
Necə az pul xərcləyib, Novruz bayramına hazırlaşa bilərik? ARAŞDIRMA Novruz bayramından söhbət açan bəzi müəlliflər “kosa-kosa�, “kəndirbaz�, “sim…
-
Azərbaycan irsi pasportlaşdırma
Azərbaycan irsi pasportlaşdırma Nəşr olunan fundamental ampeloqrafik əsərlərdə əsas elmi yenilik ondan ibarətdir ki, burada ilk dəfə olaraq becərilən…
-
Azərbaycan teatr tarixi Truppa öz tərkibində dram, opera və operetta artistlərini birləşdirirdi. Qabaqcıl, demokratik ideyalarla sıx bağlı olan…
-
Azərbaycan (tarixi ərazi) 1937-ci ildə Sovet Azərbaycanının IX qurultayında Azərbaycan hökümətinin Baş naziri Rəhmanov yeni Sovet konstitusiyasına dair…
Comments are closed, but trackbacks and pingbacks are open.