Press "Enter" to skip to content

Irvanşahlar dövləti

Səfəvi taxt-tacı uğrunda mübarizə.

Şirvanşahlar dövləti

VI yüzilin əvvəllərində alban arşakilər sülaləsinin Sasanilər tərəfindən ləğvi qədim Şirvan torpağında, Şabrançay və Gilgilçay hövzələri ərazisində “şirvanşah” titullu hakimlərin idarə etdiyi yeni qurumun təşəkkülü üçün zəmin yaratdı. Onun şimal sərhəddi Dərbənd idi. Tarixi ənənə bu dövlətin əsasının qoyulmasını Sasani hökmdarı I Ərdəşirin (224-241), digər mülahizəyə əsasən isə I Xosrov Ənuşirəvanın (531-579) adları ilə bağlayır. Mənbələrdə ilkin şirvanşahların adları haqqında məlumat yoxdur. Qeyd etmək lazımdır ki, şirvanşahlar tarix boyu istiqlal uğrunda mübarizə aparmış və ölkəni əsasən müstəqil surətdə idarə etmişlər. Lakin Şirvan işğalçıların hakimiyyəti altına düşdükdə, şirvanşahlar vassal asılılığında olmuş və öz süzerenlərinə vergi ödəmişlər.

Ərəblər dövründə (X əsr və sonralar) Şirvanın sərhədləri şimalda Qafqaz dağlarının cənubşərq ətəkləri, cənub-qərbdə onu Arrandan və Muğandan ayıran Kür çayı, şimal-qərbdə Qanıx (Alazan) çayı, şərqdə Xəzər dənizi idi. Şirvanşahlar dövləti on əsr ərzində öz müstəqilliyi uğrunda qəhrəmancasına mübarizə aparmasına baxmayaraq, 1538-ci ildən sonra faktiki olaraq aradan çıxdı.O, tarix səhnəsinə çıxan güclü Azərbaycan Səfəvilər dövləti qoşunlarının zərbələri altında süqut etdi. Şirvan dövlətinin paytaxtı Şamaxı idi. XII əsrdən Bakı şəhəri iqamətgaha çevrildi və sonralar, XV əsrdə paytaxt tamamilə buraya köçürüldü.

«Tarixi Azərbaycan Dövlətləri», Bakı, 2012, s.72

Şirvanşahlar dövləti

Hələ VI əsrin birinci yarısında Şabran və Gilgil çayları arasında yaranmış Şirvanşahlar dövləti təxm. 1000 ilədək (1538-ci il) mövcud olub. Əvvəllər Şirvanşahlar dövlətinin Ərəb Xilafətindən asılı olduğundan bu dövr haqqında məlumat çox azdır. 861-ci ildə ərəb mənşəli Məzyədilər Şirvanşahlar dövlətinin müstəqilliyini əldə etdi. Sərhədləri şimalda Dərbənd və Samur çayı, cənubda Kür çayı, qərbdə Göyçay və Şəki, şərqdə Xəzər dənizi ilə əhatə olunurdu. Uzun illər tarix səhnəsində mövcud olan Şirvanşahlar dövləti müəyyən vaxtlarda ayrı-ayrı sülalələr tərəfindən idarə olunub: Məzyədilər (861-1027), Kəsranilər (1027-1382) və Dərbəndilər (1382-1538). 1538-ci ildə Səfəvilər dövlətinə birləşdirilib.
Paytaxtı əvvəl Şirvan, X əsrin birinci rübündən etibarən Yəzidiyyə (Şamaxı) şəhəri

Hakimiyyətdə olan hökmdarlar:

861-? Heyzəm ibn Xalid
?-? Məhəmməd ibn Heyzəm
?-? Heyzəm ibn Məhəmməd
?-? Əli ibn Heyzəm
918-948 Əbu Tahir Yəzid
948-956 Məhəmməd ibn Yəzid
956-981 Əhməd ibn Məhəmməd
982-991 Məhəmməd ibn Əhməd
991-1027 Yəzid ibn Əhməd
1027-1034 Mənuçehr ibn Yəzid
1034-1043 Abu Mənsur ibn Yəzid
1044-1049 Qubad ibn Yəzid
1049-1050 Buxt-Nəssərəli ibn Əhməd
1050-1063 Sallar ibn Yəzid
1064-1096 I Fəruburz ibn Sallar
1096-1106 II Mənuçehr ibn I Fəriburz
1107-1120 I Əfridun ibn I Fəriburz
1120-1160 III Mənuçehr ibn I Əfridun
1160-1161 II Əfidun ibn III Mənuçehr
1161-1196 I Axsitan ibn III Mənusehr
1196-1204 I Şahənşah ibn III Mənuçehr, I Fərruxzad ibn III Mənuçehr, II Fəriburz ibn II Əfridun
1204-1225 I Gərşasb ibn I Fərruxzad
1225-1244 III Fəruburz ibn I Gərşasb
1244-1260 II Axsitan ibn III Fəriburz
1260-1282 II Fərruxzad ibn II Axsitan
1283-1294 III Axsitan ibn II Fərruxzad
1294-1317 I Keykavus ibn III Axsitan
1318-1335 I Keyqubad ibn II Fərruxzad
1336-1372 Kavus ibn I Keyqubad
1372-1382 Huşənq ibn Kavus
1387-1417 İbrahim ibn Sultan Məhəmməd
1417-1465 I Xəlilullah ibn Şeyx İbrahim
1465-1500 Fərrux Yəsar ibn I Xəlilullah
1500-1501 Bəhrambəy ibn Yəsar
1501-1502 Qazibəy ibn Yəsar
1502 – ? Sultan Mahmud ibn Qazibəy
1502-1524 II Şeyx İbrahim ibn Sultan Məhəmməd¬qazi
1524-1535 Xəlilullah ibn II Şeyx İbrahim
1535-1538 Şahrux ibn Fərrux Yəsar

Azərbaycan Səfəvi dövləti XVI əsrin son rübündə

Şah I İsmayıl tərəfindən başlanmış Azərbaycan torpaqlarının birləşdirilməsi siyasəti onun ölümündən sonra da davam etdirildi. Şah I Təhmasib 1538-ci ildə Şirvanşahlar dövlətinə, 1551-ci ildə isə Şəki hakimliyinə son qoydu. Beləliklə, Azərbaycan torpaqlarının vahid dövlətin tərkibində birləşdirilməsi prosesi başa çatdı.

Eyni soya və dinə mənsub dövlətlər — Səfəvi və Osmanlı arasında sürən müharibələrin birinci mərhələsi XVI əsrin ortalarında başa çatdı. 1555-ci ildə bağlanan Amasya sülh müqaviləsinə görə Şərqi Gürcüstan Səfəvi dövlətinə, Qərbi Gürcüstan isə osmanlılara verildi. Amma sonra osmanlılar Amasya müqaviləsinin şərtlərini pozdular.

Səfəvi taxt-tacı uğrunda mübarizə.

1576-cı ildə Səfəvi şahı I Təhmasibin ölümündən sonra hakimiyyətə II İsmayıl (1576—1577) gəldi. Lakin sui-qəsd nəticəsində II İsmayıl öldürüldü.Hakimiyyət uğrunda mübarizədən sonra Məhəmməd Xudabəndə (1578—1587) hakimiyyətə gəldi.Məhəmməd Xudabəndənin dövründə mərkəzi hakimiyyət zəiflədi. Dövlət xəzinəsi boşaldı. Qızılbaş əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar.

Bu dövlət idarəçiliyində vəziyyəti daha da gərginləşdirdi. Qızılbaş tayfaları arasında ziddiyyətlər var idi.

Osmanlı sultanı III Murad (1574—1595) Səfəvi dövlətində yaranmış vəziyyətdən istifadə etmək qərarına gəldi.

1578-ci ildə Osmanlı ordusu Amasya müqaviləsinin şərtlərini pozub Səfəvi sərhədlərini keçdi. Bununla da Osmanlı—Səfəvi müharibələrinin ikinci mərhələsi (1578—1590-cı illər) başladı. İlk döyüşlərdə Səfəvi qoşunu qalib gəldi. Lakin Osmanlı qoşunu əlavə qüvvələrlə gücləndirildi. 1578-ci ilin avqustunda Çıldır gölü yaxınlığındakı döyüşdə Osmanlı ordusu qalib gəldi. Səfəvilərin məğlubiyyətinin əsas səbəbləri qüvvələr nisbətinin Osmanlı qoşununun xeyrinə olması və qızılbaş tayfaları arasında birliyin olmaması idi. Bu qələbə osmanlıların Gürcüstanı işğal etməsinə şərait yaratdı.

Hərbi əməliyyatları davam etdirən Osmanlı qoşunu Şirvanı ələ keçirdi. Səfəvilərə qarşı müharibədə Osmanlı dövlətindən asılı olan Krım xanları da iştirak edirdilər. Qızılbaşların əsas qüvvələri Şirvanı azad etmək üçün hərbi əməliyyatlara başladı. 1578-ci ilin noyabrında Ağsu çayı sahilindəki Mollahəsən adlı yerdə baş verən döyüşdə qızılbaşlar Krım xanının qoşununu məğlub etdi. Krım xanı əsir alındı. Hücumu davam etdirən qızılbaşlar Şirvanı azad etdilər. Lakin Dərbəndi geri almaq mümkün olmadı. Yalnız Səfəvilər dövlətində güclənən daxili çəkişmələr üstünlüyün yenidən Osmanlı qoşununa keçməsinə səbəb oldu. Şirvan yenidən osmanlıların əlinə keçdi. 1583-cü ildə Niyazabad yaxınlığındakı döyüşdə qızılbaşlar qalib gəldilər.

Təbrizin müdafiəsi.

1583-cü ildə osmanlılar yeni qüvvə ilə Çuxursədə hücum etdilər. Qızılbaş tayfaları arasında çəkişmələr, mərkəzi hakimiyyətə qarşı qiyam Səfəvilərin qüvvələrini birləşdirə bilməməsinə səbəb oldu. Bu amil Osmanlı qoşununun işğallarını asanlaşdırdı. 1585-ci ildə Sufiyan döyüşündə qüvvələr bərabər olmadığı üçün qızılbaşlar geri çəkildi.

Bundan sonra Osmanlı ordusu Təbrizə yaxınlaşdı. Amma dəfələrlə şəhərə hücum etsələr də, Təbriz əhalisi onları geri çəkilməyə məcbur etdi. Osmanlı əsgərləri yalnız güclü top atəşlərinin köməyi ilə şəhərə daxil ola bildilər. Hər ev uğrunda şiddətli döyüş baş verirdi. Şəhər əhalisinin osmanlılara qarşı güclü müqavimətindən qəzəblənən Osman paşa yeniçərilərə şəhərin qarət olunması haqqında əmr verdi. Əzəmətli evlər, binalar, məscid və dükanlar qarət olundu, dünyada məşhur olan Qeysəriyyə bazarı yandırıldı. Lakin Təbriz əhalisinin qəhrəmanlığı osmanlıları ruhdan saldı. Osmanlı ordusu bir aydan sonra Təbrizi tərk etdi. Qızılbaşlar Təbriz yaxınlığında iki dəfə Osmanlı qoşununu məğlub etdilər.

Müharibə hər iki tərəf üçün böyük itkilərə səbəb olmuşdu. Ona görə də sülh danışıqları başlandı. Osmanlı sultanı işğal edilmiş torpaqların onlarda qalması şərti ilə sülh təklif etdi. Lakin Səfəvi qoşunlarının baş komandanı, şahın oğlu Həmzə Mirzə Təbrizin Osmanlı dövlətinə verilməsi ilə razılaşmaq istəmirdi. Danışıqlar Həmzə Mirzənin sui-qəsd nəticəsində öldürülməsi ilə nəticəsiz qaldı. Bundan istifadə edən Osmanlı qoşunu 1586—1589-cu illərdə hərbi əməliyyatlar nəticəsində Azərbaycanın böyük bir hissəsini işğal etdi. Ölkənin şərq sərhədlərində də vəziyyət gərginləşmişdi. Səfəvi dövlətinin zəifləməsindən və Osmanlı ilə müharibə aparmasından istifadə edən Şeybanilər Xorasanı işğal etmişdilər. Səfəvilər dövləti iki cəbhədə müharibə aparmağa məcbur idi.

  • Teqlər:
  • Səfəvi dövləti
  • , Səfəvilər
  • , Səfəvilər və Osmanlı

Похожие статьи

  • Azərbaycan atabəylər dövləti

    Azərbaycan atabəylər dövləti Əkbər Nəcəf: Bu mövzu dar çərçivədə araşdırılırdı. Erməni olmasına baxmayaraq Sovet dövründə Sergey Aqacanov bu sahəni…

  • Azərbaycan səfəvilər dövləti

    Səfəvilər dövləti Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar…

  • Azərbaycan tarixi uzaq keçmişdən 1870-ci ilə qədər

    Liyarlı S. S. (red. ) Azərbaycan tarixi: uzaq keçmişdən 1870–ci ilə qədər (2009) 1160-cı ildə III Mənuçöhrün ölümü ilə Şirvanda vəziyyət yenidən…

  • Azərbaycan tarixi mədəniyyət qoruqları serbest

    Azərbaycan tarixi mədəniyyət qoruqları serbest Qeyd edək ki, 2016-cı ildə qoruğu 65 min nəfərdən çox turist ziyarət etmişdi. Azərbaycan qoruqları…

  • Azərbaycan ədəbiyyat tarixi ııı cild

    Azərbaycan ədəbiyyat tarixi ııı cild Əzilmiş xürrəmilərin 14 min nəfərdən ibarət olan qalıqları Bizansa qaçdılar. Mənbələrin məlumatından görünür ki,…

Comments are closed, but trackbacks and pingbacks are open.