Press "Enter" to skip to content

Azərbaycan Jurnalistlər Birliyi

Sizə müraciət edirik, aranızda 40, 50 yaşlarında suşalı, xocalılı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı, zəngilanlı jurnalist varmı?

Azərbaycan jurnalistlər birliyi jurnalist etikası

Azərbaycan Parlament Jurnalistlər Birliyi (PJB) Kəlbəcərin işğalının 27-ci ildönümündə Ermənistan jurnalistlərinə müraciət edib.

Unikal.org xəbər verir ki, müraciətdə deyilir: “Jurnalistika elə bir sahədir ki, burada fəaliyyətin təməl prinsipi obyektivlikdir. Jurnalistlik bütün zamanlarda həqiqətin üzünə dik baxmaq, doğrunu yazmaq, yayınlamaq olub, bunsuz əsl jurnalist olmaq mümkün deyil. Əsl jurnalistlərin öz peşə prinsiplərinə sadiq qalmalarına söykənərək sizə müraciət edirik. Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğal edilməsinin 27-ci ildönümü tamam oldu. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan tərəfindən işğal edildi,60 minə yaxın azərbaycanlı öz evindən köçkün düşdü, yüzlərlə mülkü şəxs ya girov götürüldü, ya da öz evində öldürüldü. Məhz BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair ilk qətnaməsi (1993-cü il aprelin 30-da qəbul edilən 822 saylı qətnamə) Kəlbəcər rayonunun işğalını qəti şəkildə pisləyir, ərazinin işğalçı qüvvələr tərəfindən dərhal azad olunmasını tələb edirdi. Təəssüf ki, Ermənistan bu sülh çağırışlarına məhəl qoymadı və nəticə göz önündədir. ”

PJB-nin müraciətində daha sonra bildirilir: “Ermənistan tək Kəlbəcəri deyil, Azərbaycanın Xankəndi, Ağdərə, Şuşa, Xocalı, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrini, Qazaxda, Naxçıvanda isə xeyli yaşayış məntəqələrini işğal edib. Nəticədə günahsız insanlar evlərindən didərgin salınıb, girov götürülüb, qətlə yetirilib. Xocalıda azərbaycanlılara qarşı Ermənistan tərəfindən soyqırımı aktı törədilib. Bütün bunlar danılmaz faktlardır.

Sizə müraciət edirik, aranızda 40, 50 yaşlarında suşalı, xocalılı, kəlbəcərli, laçınlı, ağdamlı, füzulili, cəbrayıllı, qubadlılı, zəngilanlı jurnalist varmı?

Yalnız bizim təşkilatda həmin bölgələrdən olan onlarla jurnalist var. Biz də, siz də Cənubi Qafqazada yaşayırıq, burada insanlar nədən dostluq mühitində yaşamasınlar? Ermənistanın yürütdüyü siyasət regionda insanların əmin-amanlığını pozub, bölgə on illərdir qan içindədir”.

Müraciətdə daha sonra deyilir: “Sülhün bərqərar olmasında biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Siz də sülh istəyirsinizsə, Ermənistanda analara çatdırın ki, öz övladlarının Azərbaycan ərazilərinə hərbi xidmətə göndərilməsinlə qarşı çıxsınlar, onların özgə torpağında ölməsinə imkan verməsinlər. Ermənistan hakimiyyətinə çatdırın ki, işğal altındakı torpaqları azad etsin, yürütdükləri siyasət tək özlərini deyil, erməni cəmiyyətini fəlakətə aparır. Cəbhədə hər yeni insident, hər yeni ölüm xəbəri bizi sülhdən daha da uzaqlaşdırır, yeni nəsillərin belə öhdəsindən gələ bilməyəcəyi dalana aparır. Onsuz da indi bütün dünya, insanlıq koronavirus təhlükəsi ilə üz-üzə qalıb. ”

Azərbaycan jurnalistləri erməni media mənsublarına istinadən çağırış ediblər: “Gəlin birlikdə Ermənistanın işğalçılıq siyasətinə görə Cənubi Qafqazda silahlardan istifadə edilməsinə qarşı çıxaq! Bunun üçün biz jurnalistlərdən tək bir şey tələb olunur: Obyektivlik! Yalançı tarixçilər, hiyləgər siyasətçilər mövsümidir, gəlin, Cənubi Qafqazı mövsümilərin qurbanı etməyək!”

Azərbaycan Jurnalistlər Birliyi

Azərbaycan Jurnalistlər Birliyi 1959 -cu ilin mart – aprel aylarında təsis edilmişdir. O vaxt “Bakı” -“Baku” axşam qəzetlərinin baş redaktoru Nəsir İmanquliyev və yazıçı – publisist Oqtay Salamzadə təsisçilər qrupuna daxil edilmişdilər. Birliyin Rəyasət Heyətinə İsrafil Nəzərov, Ağababa Rzayev, Fazil Sadıqov, Rəşid Mahmudov, Teymur Əliyev (Elçin), Seyfəddin Abbasov (Dağlı), Adil Əfəndiyev, Yefim Qurviç və başqaları daxil idi.

Birlik öz Nizamnaməsinə uyğun olaraq nəzərdə tutulan vaxtlarda qurultaylar, plenumlar keçirir, kütləvi məlumat və təbliğat vasitələrinin fəaliyyətini istiqamətləndirir, seminarlar, müsabiqələr, sərgilər, mətbuat konfransları təşkil edir, xarici ölkələrin jurnalistləri ilə əlaqələri genişləndirirdi. Xüsusilə, Türkiyə jurnalistləri ilə tez – tez təmasda olurdu. Birliyin ikiillik jurnalist sənətkarlığı institutu, foto – studiyası, “Jurnalistika” və “Müxbir” kimi dövri nəşrləri vardı. Bütün bunlar Birliyə böyük hörmət qazandırmışdı. 1964-cü il may ayının 5-də O.Salamzadənin təşəbbüsü Azərbaycan Jurnalistlər Birliyi ilə “Qızıl qələm” – media mükafatı təsis edilmişdir. Hal-hazırda Azərbaycan Jurnalistlər Birliyi Azərbaycanda ictimai fikrin formalaşdırılması və ifadə edilməsi üçün jurnalistlərin səylərini birləşdirmək yönümündə öz fəaliyyətini davam etdirir.

Ünvan: Bakı, Bülbül, 18

Azərbaycan jurnalistlər birliyi jurnalist etikası

“Jurnalistikanın ali məqsədi həqiqətdir, obyektivlik isə jurnalistlərin əsas professionallıq meyarıdır. Jurnalist heç bir fakt və fikri saxtalaşdırmamalı və ya qəsdən təhrif olunmuş şəkildə təsvir etməməlidir”. Bu fikirlər Azərbaycan Jurnalistlərinin Peşə Etikası Kodeksində əks olunub. Bəlkə də fikirləşmək olar ki, media əhli bu prinsiplərə əməl etsə, bir çox problemlərdən yan keçmək olar. Ancaq medianın iqtisadi idarəetmə sistemi, daha geniş auditoriya toplamaq iddiası, cəmiyyətdə müxtəlif güc sahiblərinin maraqları fərqli məqamları diktə edir. Bu normal hal olsa da bir hallarda etik prinsiplərdən uzaq düşməyə və məsuliyyətin azalmasına gətirib çıxarır.

Bəzən jurnalistikada peşəkarlığın aşağı düşməsindən, müasir mediamızın geri qalmasından söhbət açılır. Kimlərinsə bu peşəkarlığı və yaxud qeyri peşəkarlığı necə və hansı meyarlarla müəyyənləşdirdiyini bilmirəm. Ancaq onu əminliklə deyə bilərəm ki, istər elektron mediada ciddi proqramlar, istərsə də, çap mətbuatında həmin səpkili yazılar geniş auditoriya tərəfindən o qədər maraqla qarşılanmır.

Cəmiyyət sakit tonda verilən informasiyanı deyil, daha çox radikal, haylı-küylü məlumatları eşitməkdə maraqlıdır. Qəzetdə bir qalmaqal yazısı versən, onu oxuyan daha çox olacaq. Çap mətbuatında dərc olunan əhəmiyyətli yazının, hər hansı tv-də yayımlanan ciddi verilişin reytinqi isə çox aşağı olmaqla yanaşı, hətta bəziləri belə səpkili yazılara və yaxud verilişlərə qeyri-ciddi yanaşır. Təbii ki, bunun səbəbləri çoxdur. Əlqərəz real vəziyyət belədir.

Ona görə də peşəkar bir yazar ya jurnalistikadan uzaqlaşmalıdır, ya da axına qoşulub qalmaqallı, qərəzli yazılar yazmalıdır. Məncə, auditoriyanın darlığından narahat olmağa dəyməz. Əsas odur ki, jurnalist kiminsə diktəsilə deyil, doğru bildiyinin arxasınca gedir və həqiqət olanı yazır. Bir məsələni düzgün anlamaq lazımdır ki, ciddi bir yazı kimisə tərifləmək, kimisə söymək və yaxud ütülənmiş fikirlərdən ibarət söz yığnağı deyil.

Ancaq normal demokratik cəmiyyətin əsas atributlarından sayılan söz azadlığının ictimai və etik məsuliyyətlə vəhdətdə olması birmənalıdır. Etik prinsiplər bir çox hallarda KİV-in probleminə çevrilir. Məhz bu məsələlərin aydınlaşmaması “Diffamasiya haqqında”qanun qəbul edilib edilməməsini müzakirə obyektinə çevirir. Həmin qanun layihəsinin istər tərəfdarlarının, istərsə də, əks cəbhənin nümayəndələrinin öz arqumentləri var. Hər iki tərəfin səsləndirdiyi fikirlərlə razılaşmaq olar. Ancaq bir məsələ var ki, “Diffamasiya haqqında” qanunun qəbul edilib-edilməməsi mətbuatın əsas problemlərini həll etmir. Çünki KİV-ın inkişafını tənzimləyən də, jurnalistin az və ya çox dərəcədə davranışına təsir edən də halal iqtisadi faktordur.

Etik məcəllə, jurnalist etikası və digər məqamlarla bağlı bəzi xarici ölkələrin təcrübəsinə diqqət yetirmək pis olmazdı. Ümumiyyətlə, dünyanın 40-a yaxın ölkəsində jurnalist təşkilatları etika məcəlləsini qəbul ediblər. Bu sənədlərdə birmənalı olaraq ən ümumi prinsiplər, faktların doğruluğu, dəqiqliyi, yoxlanması və sairə nəzərdə tutulur. Əcnəbi ölkələrin qəbul etdiyi həmin etika məcəllələrində jurnalist məsuliyyəti və vicdanlığı, təqsirsizlik prezumpsiyası və fərdin müdafiəsi, informasiya azadlığı, məlumatların azad əldə edilməsi, mənbələrin konfidensiallığı peşə sirri və s. məcəllədə əks olunur. Bunun işlənmiş mükəmməl ən son nümunəsi İtaliya Mətbuatının Milli Federasiyası və Milli Jurnalistlər Şurası tərəfindən qəbul edilən Jurnalistlərin Vəzifələri haqqında Xartiyadır. Həmin ölkələrin təcrübəsinə nəzər saldıqda digər maraqlı məqamlara rast gəlmək olar. Hətta bəzi qəzetlər daxili prinsiplər qəbul ediblər. Bunlar bəzi hallarda, xüsusilə, seçki dövründə seçkilərin şəffaf işıqlandırılması və bir çox vaxtlarda ümumi prinsiplər məqsədilə həyata keçirilir.

Media quruluşlarının əsas prinsipləri bunlar olub: ”Etibarlılıq, ədalətlilik, balanslılıq və qərəzsizlik”. Avropa məkanında etibarlı informasiya, bu məlumatın bütün mahiyyətini əhatə edir. Auditoriya verilən məlumata etibar etmirsə bu potensial oxucu itkisi deməkdir. Media biznesini yaxşı həyata keçirmək üçün hətta seçki dövrlərində işıqlandırmanın etibarlılığı önəmlidir. Etimadı qazanmaq bir fürsətdir. Həmin ölkələrin media təcrübəsi göstərir ki,etibarlı informasiya mənbəyi olmaq üçün jurnalist heyəti hər gün sübut etməlidir ki, informasiya ədalətlidir, dəqiqdir və bütün baxışlar üçün açıqdır. Demokratik proseslərə dəstək vermək məqsədilə media ilk növbədə vətəndaşların maraqlarına əsaslanan işıqlandırmanı həyata keçirir.

Xarici medianı ideallaşdırmaq fikrində deyiləm. Çünki müstəqil KİV-in problemsiz olduğunu düşünmək düzgün olmaz. Ancaq Amerikalı jurnalist Coan M.Lisoski maraqlı bir fikrini xatırlayıram. Həmin şəxsin qənaətincə, “Amerika cəmiyyətini düşündürən, narahat edən məsələnin gündəmə gətirilməsi vətəndaşın marağına xidmətdir, ona görə də biz həqiqəti təkrarlamaqdan çəkinmirik”.

Mənim fikrimcə, Azərbaycan KİV-ləri də əsassız qalmaqallardan uzaq olaraq, cəmiyyəti düşündürən, narahat edən məsələləri gündəmə gətirməkdən, ciddi yazıları yazmaqdan, həqiqəti vurğulamaqdan çəkinməməlidir. Media mənsubu diqqəti əsas oyunçuların hərəkətlərindən daha çox, hadisələrin mahiyyətinə yönəltməlidir. Bu yazını Hötenin fikirləri ilə tamamlamaq istərdim: “Həqiqəti həmişə təkrarlamaq lazımdır, çünki ətrafımızda daim yanlış fikirləri təbliğ edənlər olur”.

Похожие статьи

  • Azərbaycan xalq cümhuri yyəti

    Azərbaycan Xalq Cümhuriyyəti – DÖVLƏTÇİLİK ƏNƏNƏLƏRİNİN DAVAMI KİMİ 27 iyun 1918 – Xalq Cümhuriyyətinin hökuməti “Dövlət dili haqqında” qərar qəbul edib….

  • Azərbaycan uşaq ədəbiyyatı

    Azərbaycan uşaq ədəbiyyatı Klassik Azərbaycan ədəbiyyatımızda da uşaq ədəbiyyatı nümunəsi kimi səciyyələndirə biləcəyimiz bədii nümunələr çoxdur. Qədim…

  • Azərbaycan xalq cümhuriyyətinin xarici siyasəti

    AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ silahlı dəstələrinin fəaliyyəti bərpa edildi. 1918-ci ilin ikinci yarısinda müharibə Azərbaycan xalq…

  • Azərbaycan xalq cümhuriyyəti haqqında məlumat

    Azərbaycan xalq cümhuriyyəti haqqında məlumat Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə…

  • Azərbaycan xalq cümhuriyyəti dövrünün iqtisadiyyatı

    Azərbaycan Xalq Cümhuriyyəti Lakin istər daxili, istərsə də xarici siyasət sahəsində kəskin milli mənafe ziddiyyətlərinin olması Zaqafqaziya Seymi və…

Comments are closed, but trackbacks and pingbacks are open.