Azrbaycan kimyaçıları
Azərbaycanın ilk kimyaçı alimi
Azrbaycan kimyaçıları
Kimyaçı kimyəvi birləşmələr üzərində araşdırma aparır və bu tədqiqatdan yeni dərmanlar, kosmetika, qida və içkilər kimi məhsulların yaradılması və inkişafı üçün istifadə edir.
Kimyaçı – üzvi kimya, qeyri-üzvi kimya, analitik kimya, biokimya, fiziki kimya kimi kimya elmində təhsil alanlardır.
Kimyaçılar hər sahədə işləyə bilən peşəkar qrupdur. Onların vəzifələri işlədikləri və ya ixtisaslaşdıqları sahədən asılı olaraq fərqlənir. Onlar birbaşa tekstil, qida, əczaçılıq, boyalar, plastiklər, metallar, təmizlik və kosmetika kimi sahələrdə işləyirlər. Onlar həmçinin dolayı yolla mədənçıxarma, maşınqayırma və neft-kimya kimi sənayelərdə də iştirak edə bilərlər. Kimyaçılar Səhiyyə Nazirliyi, Gigiyena Laboratoriyaları, Torpaq Bitkiləri İdarəsi, bələdiyyələr, Ekologiya və Şəhərsalma Nazirliyi kimi dövlət qurumlarında işləyə bilərlər.
Azərbaycanda kimyaçı üçün vakansiyalara tələbat son dövlərdə sabitdir.
Kimyaçı vakansiyası üçün maaşlar ortadır. İşəgötürənin tələblərindən, namizədin bilik və bacarığından asılı olaraq iş üçün əmək haqqı dəyişir.
Kimyaçı kimi iş tapmaq istəyənlər üçün ölkədə perspektiv nisbətən yuxarıdır.
İşə düzəlmək istəyənlər nəzərə almalıdır ki, kimyaçı üzrə vakansiya elanlarında iş axtaranlardan gözlənilən bacarıqlar, qabiliyyətlər, texniki bilgilər və s. nisbətən yuxarıdır.
Ümumilikdə, kimyaçı üçün iş elanlarında namizəddən istənilən tələblər işəgötürən şirkətin böyüklüyü, büdcəsi, iş yükü, komandanın tərkibi, menecmenti və şirkətdə bu vakansiyaya ayrılan diqqətdən asılı xeyli dəyişir.
Namizədlər üçün
- Iş elanları
- Ətraflı axtarış
- Şirkətlərin siyahısı
- İş kateqoriyaları
- İxtisaslar
Azrbaycan kimyaçıları
Azərbaycanın ilk kimyaçı alimi
Azərbaycanda neft kimyası elminin inkişafında böyük xidmətləri olan görkəmli alimlərdən biri Şıxbala Əbülfəs oğlu Əliyevdir. Bu il respublikanın ilk kimyaçı alimi, Ş.Əliyevin anadan olmasının 100 ili tamam olur. Zəngin yaradıcılıq yolu keçən Şıxbala müəllim cəmi 50 il ömür sürmüş, elmi fəaliyyəti 1935-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası ilə bağlı olmuşdur.
Görkəmli kimyaçı alimlərin səyi və tükənməz əməyi sayəsində ölkəmizdə neft-kimya sahəsi fundamental və praktiki əhəmiyyətli elmi istiqamət kimi yaranmış və inkişaf etmişdir. Alim və mütəxəssislərimizin uzun müddət qazandıqları uğurlar Azərbaycanı dünyada kimya elminin mərkəzlərindən birinə çevirmişdi. Ölkədə kimya elminin güclü inkişafı nəticəsində bu sahədə dəyərli elmi kəşflər edilmiş, alimlər ordusu yetişmişdir. O dövrdə Moskva, Sankt-Peterburq universitetlərinin məşhur elm xadimləri D.İ.Mendeleyev, V.Y.Tişşenko, A.Y.Favorski və başqaları da istedadlı gənclərin əsl kimyaçı alim kimi yetişmələrinə böyük kömək göstərmişlər.
Onlardan biri də Şıxbala Əliyev idi.
O, 1910-cu il martın 28-də Bakının Binəqədi kəndində fəhlə ailəsində dünyaya gəlmişdir. İlk təhsilini kəndin ibtidai məktəbində almış, sonra şəhərdəki 18 saylı məktəbdə oxumuşdur. 1926-cı ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə qəbul olunmuşdur. 1931-ci ildə universiteti bitirib Ümumi kimya kafedrasında laborant kimi işə başlamışdır. 1931-ci ildə Maarif Komissarlıgı tərəfindən Şuşa Pedaqoji Texnikumuna kimya fənni üzrə müəllim göndərilmişdir.
1931-1934-cü illərdə Leninqrad Dövlət Universitetinin aspiranturasında oxumuş, 1935-ci ildə orada akademik V.Tişşenkonun rəhbərliyi altında, akademik A.Favorskinin sədrlik etdiyi elmi şurada namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi dərəcəsini almışdır. 1934-1954-cü illərdə Azərbaycan EA-nın Kimya İnstitutunda baş elmi işçi vəzifəsində çalışmış, neft kimyası şöbəsinə və Yanacaq kimyası laboratoriyasına rəhbərlik etmişdir. 1934-1936-cı illərdə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunda (indiki Neft Akademiyası) assistent kimi çalışmışdır. 1936-1938-ci illərdə Müəllimlərin İxtisasartırma İnstitutunda və 1938-1940-cı illərdə Azərbaycan Dövlət Universitetinin Üzvi kimya kafedrasında dosent vəzifələrində pedaqoji fəaliyyətini davam etdirmişdir. 1941-1943-cü illərdə AMEA-nın Kimya İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Şıxbala Əliyev 1942-ci ildə SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun elmi şurasında “Buxar fazalı krekinqdə toluolun və stirolun əmələ qəlməsinin mexanizmi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Müharibə illərində strateji məhsul sayılan toluolun sintezi onun doktorluq dissertasiyasının yüksək əhəmiyyət kəsb etməsinə sübut idi. Ş.Əliyev SSRİ Xalq Komissarları Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 1944-cü ildə üzvi kimya ixtisası üzrə respublikada ilk professor olmuşdur.
1950-1960-cı illərdə görkəmli alim EA-nın Neft və Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri və yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunda Ümumi kimya kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, elmi-tədqiqat işlərini xalq təsərrüfatı üçün bir sıra qiymətli məhsulların, yanacaq və inqibator alınması istiqamətinə yönəltmişdir. Onun rəhbərliyi ilə aşağı molekullu karbohidrogenlərin alüminium-xloridin iştirakı ilə doymamış karbohidrogenlərlə alkilləşməsi sahəsində tədqiqatlar aparılmışdır.
Ş.Əliyev neft məhsullarından polistirol lakı, neft quyularının parafinsizləşdirilməsi, yüksək effektivli yanacaq yaradılması sahəsində orijinal elmi işlərin də müəllifidir. 1957 və 1960-ci illərdə onun 13 elmi kəşfi SSRİ Nazirlər Soveti yanında İxtiralar və Kəşflər üzrə Komitə tərəfindən yüksək qiymətləndirilərək şəhadətnamələr verilmişdir.
Üzvi sintezin mühüm monomerlərindən olan allil-xloridin və onun törəmələrinin sintezi tədqiqat obyektlərindən biri olmuşdur. Onun rəhbərliyi ilə respublikamızın yabanı bitkilərindən müxtəlif alkaloidlərin alınması və tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Professor Şıxbala Əliyev 1950-ci ildə Azərbaycan Politexnik İnstitutunun Ümumi kimya kafedrasında geniş elmi-tədqiqat işləri ilə məşğul olmuşdur.
Tezliklə onun şöhrəti respublikanın hüdudlarını aşmış və SSRİ Elmlər Akademiyasında da böyük maraq doğurmuşdur. Bu baxımdan təkcə bir faktı göstərmək kifayətdir ki, SSRİ EA Rəyasət Heyətinin baş elmi katibi akademik A.V.Topçiyev 1957-ci ilin dekabrında SSRİ ali təhsil naziri V.P.Yelyutinə göndərdiyi məktubda yazırdı: “Neft karbohidrogenlərinin kimyəvi emalı sahəsində elmi tədqiqatların koordinasiyası üçün Elmi-Texniki Şuranın neft karbohidrogenlərinin xlorlaşdırılması məsələlərinə həsr olunmuş konfransında aydın oldu ki, Azərbaycan Politexnik İnstitutundan kimya elmləri doktoru, professor Şıxbala Əbülfəs oğlu Əliyev tərəfindən neft karbohidrogenlərinin fotoxlorlaşdırılması; xlornitrokarbohidrogenlərin sintezi; xüsusi təyinatlı yanacağın sintezi sahəsində elmi-tədqiqat işləri aparılır.
Şıxbala Əbülfəs oğlu Əliyev tərəfindən indiyədək ədəbiyyata məlum olmayan, sənayedə çox mühüm əhəmiyyət kəsb edən məhsullar almağın orijinal və yeni metodları təklif olunub.
Azərbaycan Politexnik İnstitutunun rektoruna Şıxbala Əbülfəs oğlu Əliyevin işlərini həyata keçirmək üçün müvafiq şərait yaradılması haqqında göstəriş vermənizi xahiş edirəm. İndi həmin işlər SSRİ Neft İnstitutunda mənim rəhbərlik etdiyim laboratoriya ilə birgə həyata keçiriləcək”.
Görkəmli alim A.V.Topçiyevin xahişinə əsasən SSRİ Ali Təhsil Nazirliyinin Politexnik və Maşınqayırma Ali Məktəbləri Baş İdarəsi 1957-ci il dekabrın 27-də Azərbaycan Politexnik İnstitutunun rektorunun adına müvafiq məktub ünvanlamışdı.
Professor Şıxbala Əliyevin apardığı tədqiqatların nəticələri 70-dən çox elmi əsərdə, 13 müəllif şəhadətnaməsi və patentlərdə, 25-dən çox nəşr olunmamış tədqiqatda öz əksini tapmışdır. Onun əldə etdiyi yüksək elmi nəticələr müxtəlif yerli və ölkəmizdən kənarda xarici jurnal və kitablarda, o cümlədən “Chemıcal abstracts” (the amerıcan chemıcal socıety) və Almaniyanın nüfuzlu jurnallarında dəfələrlə çap olunmuşdur.
Professor Şıxbala Əliyev qazandığı yüksək elmi nailiyyətlərə görə və anadan olmasının 50, elmi-pedaqoji fəaliyyətinin 30 illiyi ilə əlaqadər Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif olunmuşdur. SSRİ Ali Soveti tərəfindən “Şərəf nişanı” ordeni, Azərbaycan Respublikasının 25 illiyi münasibətilə “Rəşadətli əməyə görə” medalı və digər təltiflərə layiq görülmüşdür. 1945-ci ildə Azərbaycan Respublikası Ali Soveti tərəfindən müdafiə işlərinin yüksək səviyyədə icrasına görə mükafatlandırılmışdır.
Ş.Əliyev ölkənin ictimai həyatında da fəal iştirak edirdi. O, D.İ.Mendeleyev adına Ümumittifaq Cəmiyyətin Azərbaycan bölməsinin sədr müavini kimi çalışmış, müxtəlif beynəlxalq konfransların iştirakçısı və məruzəçisi olmuşdur.
Amansız ölüm onun bir çox arzularını yarımçıq qoydu. Görkəmli alim yaradıcılığının ən məhsuldar çağında – 1960-cı il iyulun 9-da həyatdan köçdü. Lakin qədirbilən Azərbaycan xalqı, elmi ictimaiyyət Ş.Əliyevi unutmur, onun xatirəsi daim yad edilir.
2000-ci ilin mart ayında onun anadan olmasının 90 illiyi təntənəli şəkildə qeyd edildi, elmi və pedaqoji fəaliyyəti haqqında məruzələr və xatirələr dinlənildi.
Azərbaycanda kimya elminin inkişafına böyük töhfələr verən Şıxbala Əliyevin vəfatından 50 ilə yaxın vaxt keçsə də, yenə də unudulmur, adı daim hörmətlə çəkilir, xatirəsi hər il yad edilir.
kimya elmləri doktoru
Azərbaycan.- 2010.- 10 � aprel.- S. � 7.
Comments are closed, but trackbacks and pingbacks are open.