Press "Enter" to skip to content

Azərbaycan kinosu ensiklopedik lüğəti

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Azərbaycan kino tarixi haqqında ensiklopedik lüğət

Kinoşünas Aydın Kazımzadənin tərtib etdiyi ensiklopediyanın ilk cildi tezliklə çap olunacaq

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadənin tərtib etdiyi “Kino ensiklopedik lüğəti”nin I cildi bu yaxınlarda çap olunacaq.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin verdiyi məlumata görə, Azərbaycan kino tarixini əks etdirən ensiklopediyanın ilk cildi artıq mətbəəyə verilib. Onun sözlərinə görə, ensiklopediyada müxtəlif illəri əhatə edən məlumatlar əlifba üzrə sıralanıb. Nəşrdə yer alan materialların xüsusi CD variantının hazırlanması da nəzərdə tutulur. Bu disk ensiklopediyaya əlavə olunacaq.
Dövlət Film Fondunun direktoru onu da deyib ki, yanvarın sonlarında Azərbaycan kino bülleteninin ikinci buraxılışı işıq üzü görəcək. Bülletenin II buraxılışında 2008 və 2010-cu illər ərzində çəkilmiş Azərbaycan filmləri, eləcə də Azərbaycanın görkəmli kino xadimləri haqqında məlumatlar yer alıb.
Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə isə bizimlə söhbətində bildirdi ki, Azərbaycan kino ensiklopediyasının II cildi üzərində işi davam etdirir.

Azərbaycan kinosu ensiklopedik lüğəti

Dövlət Film Fondu yeni

materiallarla zənginləşir

Ötən il Dövlət Film Fondunun arxivi daha da zənginləşmiş ümumilikdə saxlama vahidləri 65 mini ötmüşdür. Bu barədə fonddan bildirmişlər .

Fondda müasir tələblərə cavab verən xüsusi arxiv server bazası yaradılıb və bütün kino lentində olan filmlərin rəqəmsal formatda server bazasına köçürülməsi prosesinə başlanılıb. Təkcə 2017-ci ildə Dövlət Film Fondunda 21 tammetrajlı, � �O qızı tapın�, �Bəxtiyar�, �Leyli və Məcnun�, �Qaynana�, �Nəsimi�, �Ad günü�, �Bakılılar�, �Telefonçu qız�, �Dağlarda döyüş� və � başqa bədii , həmçinin 30-dan artıq, o cümlədən �Balaban�, �Bizim Nəsibə xanım�, �Köç�, �Polad adalar�, �Haray�, �Estafet�, �Taqanroq-416�, �Sərhəd� və � digər sənədli filmlər də texniki nəzarətdən keçirilərək yüksək keyfiyyətdə kino lentindən rəqəmsal daşıyıcılara yazılıb � və � fondun arxiv server bazasına köçürülüb. � 2017-ci ildə kino lentləri qorunan film saxlanma bokslarında yeni psixometrlər, bakteriyalara qarşı xüsusi lampalar qurulmaqla yanaşı, təlimata uyğun mikroiqlim yaradılıb. Həmçinin fondun muzeyinə yeni eksponatlar daxil edilib.

SSRİ dönəmində istehsal edilmiş və kino lentində Dövlət Film Fondunun arxivində qorunub saxlanılan Azərbaycan filmlərinin köhnəlmiş, eroziyaya məruz qalmış dəmir lent qutularının müasir standartlara və tələblərə cavab verən qorunma şəraitinə uyğun olaraq, davamlı və xüsusi tərkibli plastik qutularla əvəz olunması prosesi davam etdirilib. � İndiyədək � 5 min 600 ədəd dəmir qutu plastik qutularla əvəz olunub.

Ötən � il Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə bir sıra � kinematoqraflarımızın xatirə gecələri, yubiley tədbirləri də reallaşıb. 2017-ci ildə fondun təşkilatçılığı ilə �Heydər Əliyev və Azərbaycan kinosu� mövzusunda elmi-nəzəri konfrans, kinorejissorlardan Fikrət Əliyevin, Əlisəttar Atakişiyevin, kinooperator Arif � Nərimanbəyovun, görkəmli teatr, kino aktyorları Nodar Şaşıqoğlunun, Ağasadıq Gəraybəylinin, tanınmış televiziya rejissoru Əmirhüseyn Məcidovun yubiley tədbirləri keçirilib. Eyni zamanda, 2017-ci ildə fond tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino ixtisaslarında təhsil alan tələbələrə praktiki şərait yaradılaraq mütəxəssislər tərəfindən xüsusi məşğələlər keçirilib. Dövlət və özəl telekanallarda 70-dən artıq kino haqqında televiziya verilişinin çəkilməsinə kömək göstərilib, bir sıra mətbuat orqanları kino haqqında məlumat və fotoşəkillərlə təmin edilib.

Azərbaycan Dövlət Film Fondunun hər il nəşr etdiyi �Kinobülleten� il ərzində respublikada istehsal olunan filmlərin ümumi toplusunu özündə əks etdirir. �Kinobülleten� kino sənəti ilə kino işçiləri, kütləvi informasiya vasitələri arasında bir bələdçi rolunu oynayır. Bir neçə bölmədən ibarət olan �Kinobülleten� kinosevərlər və bundan əyani vəsait kimi istifadə edənlər üçün nəşr olunur. Hər il Dövlət Film Fondunun dəstəyi ilə Əməkdar incəsənət xadimi, tanınmış kinoşünas Aydın Kazımzadə �Azərbaycan kinematoqrafçıları� adlı kitab nəşr etdirir. Kitabda korifey kino sənətkarlarımızın həyat və yaradıcılığı geniş şəkildə əksini tapır. 2017-ci ildə bu ənənə davam edərək müəllifi A.Kazımzadə olan �Azərbaycan kinosu� ensiklopedik lüğəti çapdan çıxıb. Hazırda fondda müəllifin �Azərbaycan salnaməsi� adı ilə ikicildlik kinosalnaməsi çapa hazırlanır.

M. MÜKƏRRƏMOĞLU

Xalq qəzeti .- 2018.- 10 yanvar.- S.6.

Azərbaycan kinosu ensiklopedik lüğəti

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Azərbaycan toponimlərinin ensiklopedik lüğəti: II cild

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.