Azrbaycan kitabşünaslığı
həmin tələbnaməni fonda ötürür. Fond işçisi kitabın inventar nömrəsi ilə onu axtarmağa başlayır.
6 az?Rbaycan kitabxanalarinda
dövrünü yaşayır, elektron kataloq sistemini qurur, elektron kitabxana üçün baza formalaşdırır.
Lakin yaxın gələcəkdə kitabxanalarımızda elektronlaşma proseslərinin daha mütərəqqi istiqa-
mətlərini müəyyənləşdirmək üçün bir sıra yeniliklərə ehtiyac duyulur.
Məqsəd və vəzifələr
Azərbaycan kitabxanalarında yaradılan elektron kataloq sistemlərinin yaxın 5 il ərzində
inkişafı üzrə vəzifələri aşağıdakı kimi müəyyənləşdirmək olar:
Azərbaycan kitabxanalarında elektron kataloqu inkişaf etdirmək üçün MAKİS yara-
Kitabxanalardakı elektron kataloq sistemi RFID (ing. Radio Frequency Iddentification,
radiotezlik identifikasiyası) texnologiyaları ilə uzlaşdırılmalıdır.
Veb-kataloq sistemi elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edilməlidir.
Elektron kataloqa əlyetərliliyin səviyyəsini yüksəltmək üçün 3G və Web 3.0
texnologiyalarından istifadə olunmalıdır.
Elektron kataloq sisteminin təhlükəsizlik məsələləri həll olunmalı, kibertəhlükələrə
qarşı önləyici tədbirlər görülməlidir.
Nitqin tanınması sistemi və mətnin nitqə çevrilməsi sistemi ilə elektron kataloqun
yaradılması işi uzlaşdırılmalıdır.
Milli Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemi
Azərbaycan kitabxanalarında, əsasən Rusiya və ABŞ istehsalı olan Avtomatlaşdırılmış
Kitabxana-İnformasiya Sistemləri (AKİS) olan IRBIS-64 və VTLS kimi proqram vasitələrindən
istifadə olunur. Bu proqram vasitələri digər ənənəvi kitabxana proseslərini (kitab verilişi, oxucu
qeydiyyatı, komplektləşdirmə və s.) avtomatlaşdırmaqla bərabər, elektron kataloqun yara-
dılmasına da şərait yaradır. MAKİS-in tətbiqi ilə bağlı təkliflər haqqında danışarkən bir haşiyə
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
çıxmaq istərdik: bəzən MARC (maşınla oxunan kataloq formatı) sistemi ilə AKİS eyniləşdirilir.
Halbuki MARC AKİS-in yazı dilidir, yazı formatıdır və bu iki anlayışı eyniləşdirmək doğru
deyil. Məsələn, IRBIS Avtomatlaşdırılmış Kitabxana-İnformasiya Sistemidir və biblioqrafik
yazıları MARC formatının digər variantları olan UNIMARC və ya RUSMARC formatı ilə emal
edir. Beləliklə, aydın olur ki, MARC bir format kimi invariantdır, UNIMARC beynəlxalq,
RUSMARC isə Rusiyanın milli adaptiv formatıdır. MARC-ın Azərbaycan variantı AZMARC-ın
yaradılmaması ölkəmizin müstəqilliyinə qədər bu məsələnin aktual olmaması və ona görə də
həmin problemin aradan qaldırılması üçün təşəbbüslərin göstərilməməsi ilə bağlıdır. Lakin artıq
2008-ci ildə kitabxanaların inkişafı ilə bağlı Dövlət Proqramında bu məsələ öz əksini tapıb və
2013-cü ilədək AZMARC-ın yaradılması məsələsinin həll olunması tapşırığı verilib. Milli
AZMARC formatının yaradılmasının zəruriliyi ondadır ki, milli-mənəvi irsimizə, ədəbiyyatımıza,
incəsənətimizə, musiqi və folklorumuza edilən biblioqrafik istinadlar UNIMARC-ın milli
identifikasiya bölməsi (9-cu bölmə) vasitəsilə deyil, məhz əsas bölmələr vasitəsilə qeyd olunsun.
AZMARC formatının yaradılması bizə, məsələn, Azərbaycanın folklor nümunələrinə dair biblio-
qrafik yazıları altbölmə rəqəmlərindən əsas bölmə rəqəmləri sisteminə inteqrasiya etməyə imkan
verəcək. Lakin nə AZMARC formatının mövcudluğu, nə də UNIMARC-ın Azərbaycan dilinə
tərcüməsi MAKİS-in yaradılması deməkdir. MAKİS bütövlükdə (yalnız interfeysi deyil)
Azərbaycan dilində, milli göstəricilərə müvafiq idarəetmə sistemi milli kitabxana proseslərinin
idarə edilməsi prinsiplərinə uyğun bir proqram təminatı olmalıdır [2]. Əlbəttə, belə bir sistemin
yaradılması gərgin əmək, güclü kadr potensialı (kitabxanaçılar, proqramçılar, dilçilər və digər
zəruri mütəxəssislər), texnoloji və maddi vəsaitlər tələb edir. Bu sahədə uğurlu nəticə əldə etmək
üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, iri kitab-
xanalarımız olan AMEA Mərkəzi Elmi Kitabxanası, Milli Kitabxana, Prezident Kitabxanası,
BDU-nun Elmi Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Kitabxanası və AMEA-nın bir sıra
Elmi Tədqiqat İnstitutları, o cümlədən İnformasiya Texnologiyaları İnstitutu və Dilçilik İnstitutu
birgə fəaliyyət göstərməlidir. Yalnız belə olan təqdirdə milli əhəmiyyətli Avtomatlaşmış
Kitabxana Sistemi qurmaq, onun elmi əsaslarını işləyib hazırlamaq, linqvistik və hüquqi
təminatını bərqərar etmək mümkündür. Son zamanlar informasiya texnologiyaları sahəsində
ixtisaslaşmış bir sıra yerli müəssisələr bu sahədə ilkin addımlar atıblar. Məsələn, MEGA şirkəti
yeni elektron kataloq və kitabxana sistemi yaradıb. Bu sistem ədəbiyyatın elektron formada
kataloqlaşdırılmasını, reyestrinin aparılmasını, sistemləşdirilməsini təmin edən bir proqram
vasitəsidir. Proqramın “Elektron kataloq” adlanan platformasının köməyi ilə kitabxanadakı sənəd
massivləri bir neçə parametr (qeydiyyat nömrəsi, sərlövhə, müəllif, nəşr tarixi, xülasə və s.) üzrə
elektron kataloqa daxil edilir. “Elektron kitabxana” platforması isə elektron kataloqu olan
kitabların tam mətnini verilənlər bazasına yükləməyə imkan yaradır.
Həmin proqram təminatı aşağıdakı imkanlara malikdir:
Kitab haqqında məlumatın kataloqa daxil edilməsi;
Unikal identifikasiya nömrəsinin (UİN) təyin edilməsi (reyestrin aparılması);
Müəllif haqqında məlumat;
Kataloqda olan mövcud məlumatların redaktə edilməsi;
Məlumatların strukturlaşdırılması və qruplaşdırılması;
Məlumatların kataloqdan silinməsi;
Axtarış sistemi (müxtəlif parametrlər üzrə);
İdentifikasiya nömrəsinə görə;
Açar sözlərə (kitabın adı, müəllif, xülasə və s.) görə;
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
Məlumatların düzgünlüyü və saxlanmasının təmin edilməsi baxımından proqramın
aşağıdakı imkanları mövcuddur:
Avtomatik back-up (serverdəki bazanın ehtiyat nüsxəsinin çıxarılması);
Kataloqda aparılmış redaktə əməliyyatlarının tarixçəsinin saxlanması;
Kitabxanaçılar üçün 2 pilləli səlahiyyət bölgüsü.
Bu kimi təşəbbüslər təqdirəlayiq olsa da, göründüyü kimi, sistem yalnız kitabxana proses-
lərinin avtomatlaşdırılması işinin bir hissəsini yerinə yetirməyə, elmi-nəzəri əsaslara
söykənmədən məhdud proqram-mexanizm funksiyasını icra etməyə hesablanıb. Çünki proqram
təminatı linqvistik məsələləri, müxtəlif nəşr tiplərinin (notlar, xəritələr, əlyazmalar)
mövcudluğunu və xüsusiyyətlərini nəzərə almayıb. Başqa sözlə, kitabxana fondları yalnız
kitablardan ibarət olmadığından və kitabxana prosesləri, sadəcə elektron kataloq yaratmaqla
məhdudlaşmadığından, bu və buna bənzər təşəbbüslər hələlik milli, vahid AKİS konsepsiyasına
Azərbaycanda MAKİS-in yaradılması aşağıdakı məsələlərin öz həllini tapmasına imkan
Milli elektron kataloqun tezaurus linqvistik təminat məsələsi həll olunar, mətnləri avto-
matik olaraq dilimizin orfoqrafik qaydalarına uyğunlaşdırmaq, biblioqrafik yazıların, mə-
lumatların latın qrafikalı Azərbaycan əlifbası üzrə avtomatik sıralanmasını həyata keçirmək
asanlaşar. (Qeyd: Hazırda kitabxanalarımızda tətbiq olunan AKİS-lərdə bu əməliyyatı yalnız rus
və ingilis dilində yazılmış biblioqrafik yazıları sistemləşdirərkən aparmaq mümkündür. Milli
ədəbiyyatın biblioqrafiyasını elektron kataloq sistemindən köçürmə yolu ilə kitab halında nəşr
edən kitabxanalarımız əlifba üzrə sıralamanı avtomatik yerinə yetirə bilmirlər.)
Müəllif işarələrinin latın qrafikalı Azərbaycan əlifbasına uyğun sıralanması mümkün
olar. Məsələn, adı və ya soyadı “Ə”, “Ö”, “Ü” ilə başlanan müəlliflərimizin əsərlərinin elektron
biblioqrafik təsvirini yaradarkən sistem onları ingilis və ya rus dilinin əlifbasına uyğun deyil,
avtomatik olaraq Azərbaycan əlifbasının qaydalarına uyğun düzər.
Avtomatlaşdırma, o cümlədən elektronlaşdırma prosesləri üzrə tədrisin və tədrisi
mənimsəmənin keyfiyyəti yüksələr. Belə ki, xarici ölkələrdən alınan VTLS və IRBIS AKİS-
lərinin təlimatları həddindən artıq texniki informasiya ilə yükləndiyindən, onu tam mənimsəmək
hələ heç bir kitabxanamıza müəssər olmayıb. Bu səbəbdən, kitabxanalarımızda əlavə xərc çə-
kilərək təlimatlar hissə-hissə (təlimatlar yeniləndikcə) dilimizə tərcümə edilir, bir çox hallarda
isə həmin AKİS-lərin tətbiqi sahəsində təcrübə toplamış kənar mütəxəssislərin köməyinə ehtiyac
duyulur. Belə mütəxəssislərin sayı isə ölkəmizdə olduqca azdır. Bəzən bir mütəxəssis respublika-
mızın bir neçə kitabxanasında çalışmalı, həmin problemləri təkbaşına aradan qaldırmalı olur. Bu
problemin səbəbi təkcə kadr çatışmazlığı deyil, həm də tətbiq olunan avtomatlaşdırılmış
sistemlərin xarici dillərdə olması, texniki məlumatlandırmanın humanitar ixtisas sahibi olan
kitabxanaçıların bilikləri ilə üst-üstə düşməməsidir. Məsələn, Qərb kitabxanalarında çalışan
proqramçılar, informasiya texnologiyaları üzrə mütəxəssislər, ixtisasca, əsasən kitabxanaçı
olurlar. Yaxud da, kitabxanaçılar bir neçə illik təcrübədən sonra asanlıqla AKİS-lərin idarə
olunması, tətbiqi məsələləri üzrə informasiya texnologiyaları mütəxəssisinə çevrilə bilirlər. Bu
isə dil baryerinin olmaması, AKİS-in kitabxanaçı üçün tam açıq və anlaşılan olması ilə
Bütün növ avtomatlaşdırılmış kitabxana əməliyyatlarının yerinə yetirilməsində “Dövlət
dili haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları təmin edilmiş olar.
Bundan əlavə, Azərbaycanda yaradılacaq MAKİS bütün kitabxanalarımızın (sahəvi,
universal, kütləvi, elmi və s.) ümumi iş prinsiplərinə uyğunlaşdırılmalı, həm kitabxanalararası
abonoment, həm korporativ-toplu elektron kataloq, həm də milli elektron kitabxana üçün zəmin
yaratmalıdır. Hazırda kitabxanalarımızda istifadə olunan IRBIS və VTLS AKİS-ləri qapalı
proqram kodlaşmasına malik olduğundan müştəri-kitabxanaların onların arxitekturuna əlavələr,
dəyişikliklər etmək imkanı yoxdur. Bu səbəbdən kitabxanalarımız istifadə etdikləri xarici
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
sistemlərin istehsalçılarına hər yenilənmiş versiya və ya dəyişilmiş modul üçün əlavə pul ödə-
yirlər. Bu kimi halların da aradan qaldırılması üçün MAKİS-in yaradılması olduqca vacibdir.
Qeyd edək ki, 2010-cu ildə Qazaxıstanda “KABIS” MAKİS-i yaradılarkən bu sistemə mü-
nasibət birmənalı olmamışdır. Belə ki, ölkə kitabxanalarının böyük əksəriyyətində tətbiq olunan
IRBIS AKİS-in asanlıqla öz yerini yeni sistemə verəcəyi inandırıcı görünmürdü. Lakin AKİS-in
yaradılmasından bir müddət sonra Qazaxıstan Universitetləri Assosiasiyasının qərarı ilə yeni
sistemin ali məktəb kitabxanalarında tətbiqi icbariləşdirildi. Bu məqam Qazaxıstan kitab-
xanalarının fəaliyyətində dönüş nöqtəsi oldu. Bu ölkənin toplu elektron kataloqu
gözlənildiyindən daha tez istifadəçilərin ixtiyarına verildi, milli elektron kataloqun yaradılması
işində əsaslı dəyişikliklər baş verdi [3]. 2009-cu ildə eyni təcrübədən Özbəkistan da yararlanaraq
“KARMAT-M” adlı MAKİS-ni yaratdı və sistemi uğurla tətbiq etdi [4]. Həm qloballaşmanın,
həm də müstəqilliyimizin tələblərinə müvafiq olaraq ölkəmizdə də bu sahədə ciddi addımların
atılmasına zərurət yaranıb.
Elektron kataloq sistemi və RFID (radiotezlik identifikasiyası) texnologiyaları
RFID texnologiyası vasitəsilə obyektləri, daha dəqiq desək, transporder və ya RFID
çiplərini avtomatik eyniləşdirmək, onların yerini müəyyənləşdirmək, hərəkətini izləmək müm-
kündür. Həmin obyektlərdə mühafizə olunan məlumatlar radiosiqnal vasitəsilə oxunduğundan və
ya yazıldığından onları hətta böyük məsafələrdən pult vasitəsilə də idarə etmək, izləmək
Bəzi mənbələrdə rus ixtiraçısı Lev Termenin (1896-1993) 1945-ci ildə ixtira etdiyi audio-
informasiyanı təsadüfi radiodalğalara yükləyən qurğu RFID texnologiyasının ilk nümunəsi kimi
qələmə verilsə də, M.Bxuptani və Ş.Moradpur kimi tədqiqatçılar bununla razılaşmır və həmin
texnologiyanın yaranma tarixini bir qədər də əvvəlki illərdə axtarırlar [7, 8]. Bu müəlliflərə
görə, müasir RFID texnologiyasının əsasını hələ 1937-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin
tədqiqat laboratoriyasında hazırlanan “doğma-yad” (ing., FFI- Identification Friend or Foe)
prinsipli aşkarlayıcı qurğu təşkil edir. Yeri gəlmişkən, həmin sistem indiyədək həm hərbi, həm
də mülki aviasiyada (səmadakı təyyarələrin kimə məxsus olduğunu müəyyən etmək məqsədilə)
istifadə olunur. Bütün bu iddialara baxmayaraq, RFID termini ilə bağlı ilk patent 1983-cü ildə
Amerika alimi Çarlz Uoltona təqdim olunub [Bax: “Google kitablar” layihəsi-Patent üzrə axtarış
bölməsi. Sorğu: ABŞ Patenti № 4,384,288] və elmi ictimaiyyət həmin texnologiyanın
yaranmasını məhz bu şəxsin adı ilə bağlayır. Lakin yüksək texnologiyalarla təchiz olunmuş
müasir RFID-lərin yaranması bir neçə il bundan öncəyə təsadüf edir. Müasir dövrümüzdə bu
texnologiyanın ən mükəmməl nümunələri hətta inkişaf etmiş ölkələrdə belə məhdud şəkildə
tətbiq olunur. Azərbaycanda da müasir RFID texnologiyaları hələlik istismar mərhələsinə qədəm
qoymayıb. Ölkəmizdə bu texnologiya ilk dəfə 2010-cu ildə Bakutel-2010 İnformasiya Texnolo-
giyaları sərgisi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə “Azercell Telekom” Şirkəti tərəfindən nümayiş olunub. Hazırda həmin şirkət RFID
texnologiyasının tətbiqi istiqamətində işlərini davam etdirir.
Sənayedə, nəqliyyatda, tibbdə, kənd təsərrüfatında, şəxsiyyəti təsdiq edən sənədlərdə,
ticarətdə olduğu kimi, kitabxana işi sahəsində də RFID texnologiyalarının tətbiqi və onların
elektron kataloq sistemi ilə uzlaşdırılması mümkün və zəruridir.
Kitabxanada həmin sistemdən qeyd edilən ardıcıllıqla istifadə etmək mümkündür: Əvvəlcə
kitabxanadakı hər bir sənəd vahidinə (kitab, jurnal, xəritə, not və s.) radiotezlikləri qəbul edən və
ötürən xüsusi RFID-çip yapışdırılır. Beləliklə, bütün nəşr vahidləri unikal elektron eyniləşdirmə
nömrəsi qazanmış olur. Xüsusi cihaz (oxuyucu) həmin çipi kitabın qəbulu, verilişi, çeşidlənməsi,
inventarlaşdırılması, yerinin müəyyənləşdirilməsi zamanı istifadə edir.
İlk növbədə, bu sistem kitabxanadan kitabın oğurlanmasının, icazəsiz aparılmasının
qarşısını alır. Belə ki, nişanlanmış istənilən nəşr vahidi RFID müəyyən olunmuş ərazidən
keçərək kənara çıxarılarkən həyəcan siqnalı eşidilir və icazəsiz daşınma halı aşkarlanır.
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
RFID texnologiyasının köməyi ilə kitabxanalarımızda aşağıdakı prosesləri həyata keçirmək
Kitabxana daxilində kitabın hərəkətini və yolunu izləmək;
Nəşrlərin verilişini və qəbulunu asanlaşdırmaq;
İnventarlaşdırma proseslərini sürətləndirmək;
Ədəbiyyatın oğurlanmasının və dəyişdirilməsinin qarşısını almaq;
Kitabların çeşidlənməsində, seçimində, axtarışında insan faktorunun rolunu azaltmaq;
Kitab verilişini və qəbulunu kitabxanaçının iştirakı olmadan həyata keçirmək.
Qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki, bütün bunlar hər gün yeni tipli ticarət
mərkəzlərində rastlaşdığımız texnologiyadır. Məsələn, indi Bakının bir çox ticarət mərkəzlərində
müştəri satıcının iştirakı olmadan lazımi malı seçərək kassaya yaxınlaşır, satıcı əlindəki xüsusi
cihaz vasitəsilə malın üzərində əks olunmuş ştrix-koddan həmin məhsulun adını, qiymətini
“alaraq” kompyuterə ötürür və yekunda, bizə alınan malların çeşidi və qiyməti qeyd olunmuş
kassa çeki təqdim olunur. Və yaxud geyim dükanlarında quraşdırılan siqnal aparatları RFID
darvazalarını xatırladır və oğurluğu aşkar edir. Lakin bizim rastlaşdığımız həmin texnologiyalar
ştrix-kodla eyniləşdirmə mexanizmi (bar-kod texnologiyası) olduğundan, RFID-dən əvvəlki
yenilik hesab olunur. Azərbaycan kitabxanalarından fərqli olaraq, dünya kitabxanalarının
əksəriyyəti ştrix-kodla eyniləşdirmə, radiodalğa vasitəsilə ştrix-kodu oxuma texnologiyalarından
istifadə edib və ya etməkdədir. Kitabxanalarımızda ştrix-kodla eyniləşdirmə texnologiyalarından
istifadənin zəruriliyi məsələsini ilk dəfə AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filo-
logiya elmləri doktoru A.Əliyeva-Kəngərli qaldırıb [9]. Əfsuslar olsun ki, yekunda heç bir
kitabxanamız bu yenilikdən bəhrələnməyib. Halbuki kitabxanalarımızda istifadə edilən AKİS-lər
buna imkan verir. Məsələn, kitabxanalarımız IRBIS-64 AKİS-indən istifadə etməklə elektron
kataloq yaradarkən “Kitabın ştrix kodu” bölməsini həmişə boş buraxır, əvəzində “Kitabın
inventar nömrəsi”ni daxil edirlər. Belə ki, birinci əməliyyatı yerinə yetirmək üçün fonddakı
bütün kitablara xüsusi ştrix-kod yapışdırılmalıdır. Kitabxanalarımız isə həmişə vaxt qıtlığını önə
çəkib, bunu etməkdən yayınıblar. Nəzərə alsaq ki, mövcud texnologiyalara yiyələnəndən in-
diyədək kitabxanalarımız əks xronologiya üzrə, milli ədəbiyyatın elektron kataloqunu yaradırlar
və elektronlaşdırma prosesi əsasən, gündəlik daxilolmaları, çox ləng şəkildə isə retrospektiv milli
və xarici ədəbiyyatı əhatə edir, onda deyə bilərik ki, bunlar bəhanədir və kitabxanalarımız, heç
olmasa, yeni daxil olan ədəbiyyatı ştrix-kodla təmin edə bilərlər.
Hazırda kitabxanalarımızda bir kitabxanaçı gün ərzində, ən yaxşı halda, 50-70 ədəbiyyatın
elektron kataloqunu yarada bilir. Yuxarıda da qeyd etdiyimiz kimi, bu zaman o, retrospektiv
əməliyyat aparmadığından, başqa sözlə, kitabın kartotekadakı kartoçkasından istifadə edib
elektron təsvir yaratmadığından, elektronlaşdırdığı biblioqrafik yazıları, əsasən kitabla bilavasitə
təmasdan əldə edir. Demək, haqqında biblioqrafik məlumat toplanılan və elektron kataloqa daxil
ediləcək nəşr, hardasa fondun bir küncündə, uzaqda deyil, kitabxanaçının bilavasitə əlindədir və
belə olan halda kitaba ştrix-kod yapışdırmaq və onun unikal nömrəsini IRBIS-64 AKİS-in
müvafiq bölməsinə yerləşdirmək olduqca asandır. Kitabxanaçılarımız isə bunun əvəzinə köhnə
qaydalara müvafiq olaraq, yenə də kitaba inventar nömrəsi yazırlar. İnventar nömrəsini elektron
kataloqa daxil etməkdə məqsəd, sonradan həmin nəşrin fondun hansı hissəsində, hansı şifrə ilə
yerləşdiyini aşkar etməkdir. Bunun nəticəsidir ki, hazırda kitabxanalarımızda oxucu-fond
münasibətlərində vəziyyət dünya standartları baxımından qənaətbəxş deyil. Belə ki, oxucu
əvvəlcə kitabxanaya gələrək oxu zalındakı kompyuter vasitəsilə lokal elektron kataloqda və ya
ənənəvi kataloqda axtarış aparır, ona lazım olan ədəbiyyatın biblioqrafik təsvirini tapır, həmin
ədəbiyyatın fondda saxlanma şifrəsini özü üçün qeyd edir (bloknotuna və ya vərəqə) və sonra
tələbnaməyə (yenə də kağızda!) eyni şifrəni köçürərək kitabxanaçıya təqdim edir. Kitabxanaçı
həmin tələbnaməni fonda ötürür. Fond işçisi kitabın inventar nömrəsi ilə onu axtarmağa başlayır.
Hesablamalarımıza görə, müxtəlif kitabxanalarımızda hər bir oxucunun, lazımi ədəbiyyatın əldə
olunmasına sərf etdiyi vaxt yarım saatdan iki saata qədər uzana bilir. Əlbəttə, bəzilərinə bu
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
müddət bir qədər şişirdilmiş görünə bilər, lakin nəzərə almaq lazımdır ki, burada söhbət irihəcmli
fondlara malik kitabxanalardan gedir.
Demək, bu vaxta qədər kitabxanalarımızda ştrix-kod texnologiyası tətbiq edilsəydi, oxucu
sorğularının yerinə yetirilməsi zamanı itirilmiş vaxta qənaət etmək mümkün olardı. İndi isə ki-
tabxanalarımız ştrix-kodla identifikasiya sistemi əvəzinə yeni nəsil texnologiyalarla – RFID
sistemləri ilə üz-üzədir və bu sistem ənənəvi ştrik-kod texnologiyasını sıradan çıxarır.
RFID texnologiyası ştrix-kod texnologiyası ilə müqayisədə bir sıra üstünlüklərə malikdir:
RFID-texnologiyaları ştrix-kod texnologiyasından fərqli olaraq, kitabxanada kitab ilə
“oxuyucu cihaz”ın bilavasitə təmasını tələb etmir. Məlumdur ki, əvvəlki tanıma sistemləri
kitabın üzərindəki ştrix-kodu oxumaq və eyniləşdirmək üçün onunla yaxın təmasda olmalı,
“oxuyucu cihaz” kitabın üzərindəki koda paralel şəkildə yaxınlaşdırılmalı və təsviri dəqiqliklə,
ultrabənövşəyi şüa vasitəsilə yaddaşa ötürməlidir. RFID texnologiyalarında isə “oxuyucu
cihaz”la çipin, başqa sözlə, axtaran quğru ilə kitabın bir məkanda olması vacib deyil. Belə
çiplərin 2 növü olur: aktiv və passiv çiplər. Əgər kitaba aktiv çip yapışdırılarsa, həmin çip 10 il
boyunca lazımi “axtarış enerjisini” qoruyub saxlayacaq. Çünki aktiv çiplərin daxili enerji
mənbəyi çox güclü olduğundan və özünü lazımi enerji ilə təmin etdiyindən, belə çiplərin,
“oxuyucu cihaz”ın antenindən əlavə qidalandırıcı impulslar almasına ehtiyac yoxdur. Kitablara
bu cür çiplərin yerləşdirilməsi əlverişli deyil. Əvvəla, bu tip çiplərin əldə olunması olduqca baha
başa gəlir və onlar əsasən, ekstremal vəziyyətlər üçün (məsələn, uzun müddət su altında qalan
qurğuların, orbitdə gəzişən peyklərin, bəzən də yırtıcı heyvanların izlənməsi, vəziyyətlərinin öy-
rənilməsi üçün) istifadə olunur. İkincisi isə, aktiv çiplərin kitabxanada istifadəsi insan orqaniz-
minə mənfi təsir göstərə bilər. Bu səbəbdən, kitabxanada passiv biblio-çiplərin istifadəsi daha –
məqsədəuyğundur. Bu cür çiplər həm ucuz başa gəlir, həm də azhəcmli əməliyyatlar üçün nəzər-
də tutulduğundan onlar vasitəsilə informasiyanı ötürmək və almaq daha sürətlə həyata keçirilir.
RFID texnologiyası ştrix-kod sistemindən fərqli olaraq, məlumata çoxistifadəli
yanaşmanı təmin edir.
Əvvəlcə aşağıdakı misalla ştrix-kodlu nişanvurma ilə elektron kataloq, fond və oxucu
arasındakı üçtərəfli münasibətləri nəzərdən keçirək:
Təsəvvür edək ki, kitabxana əməkdaşı-kataloqlaşdırıcı əvvəlki texnologiya (Ştrix-kodlu
nişanvurma) ilə, məsələn, prof. Səlahəddin Xəlilovun Mərkəzi Elmi Kitabxanaya yeni daxil
olmuş “Elm haqqında elm” adlı əsərinin elektron kataloqunu yaradır. Kitabın biblioqrafik
təsvirini elektronlaşdırarkən o, IRBIS AKİS-in “Kitabın ştrix-kodu” (876 Ştrix-kod) adlı
bölməsinə bir qədər əvvəl həmin kitaba yapışdırdığı ştrix-kodun unikal nömrəsini (məs., 200055)
də daxil edir və kitabı fonda göndərir. Oxucu kitabxanaya gələrək elektron kataloq vasitəsilə
həmin kitaba müraciət etdikdə kitabxanaçı bu sorğunu yerinə yetirmək üçün fonda müraciət
edərək, kitabı məhz ştrix-kod vasitəsilə axtarır və tapır. Daha sonra kitabı ştrix-kodu oxuyan
xüsusi cihaza yaxınlaşdırmaqla onun haqqında məlumatı oxucu biletinə köçürür və kitabı
oxucuya verir. Bir qədər sonra kitaba başqa oxucu da müraciət edərsə, bu dəfə kitabxanaçı
sistemdə qeyd olunmuş ştrix-kod vasitəsilə kitabın əldə (yəni başqa oxucuda) olduğunu görür.
Beləliklə, elektron kataloqu ştrix-kod texnologiyası ilə uzlaşdıran kitabxanaçı kitabın əldə
olub-olmamasını, hansı oxucuda olmasını, həmin kitaba müraciətlərin statistikasını, kitab
haqqında müfəssəl məlumatı tez bir zamanda, avtomatik olaraq (kitabla, xüsusi cihazın yaxından
təması vasitəsilə) əldə edir.
Bu, ştrix-kod texnologiyasının kitabxanalara verdiyi əsas üstünlüklərin məcmusudur və
bundan artığına nail olmaq mümkün deyil.
İndi isə eyni vəziyyəti RFID texnologiyasının tətbiqi fonunda nəzərdən keçirək:
Kataloqlaşdırıcı eyniadlı əsərin elektron kataloqunu yaradarkən “Kitabın RFID kodu”
adlı bölməyə (biz ümid edirik ki, kitabxanalarımızın istifadə etdikləri sistemlər tezliklə belə bir
modulla təmin olunacaqlar) bir qədər əvvəl kitaba yapışdırdığı RFID-çipin unikal nömrəsini
(məs., 200055) də daxil edir və kitabı fonda göndərir. Oxucu müraciəti zamanı kitabxanaçı
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
sorğunu təmin etmək üçün bu dəfə də fonda müraciət edir. Lakin indi o, vizual axtarış
aparmadan, yəni kitabın fiziki axtarışını həyata keçirmədən “oxuyucu cihaz” vasitəsilə uzaq
məsafədən kitabın yerini müəyyən edir və vaxt itkisinin qarşısını alır. Kitabxanaçı bu yolla
oxucuya lazım olan başqa əsərləri də eyni vaxtda tapa bilir. Ştrix-koddan fərqli olaraq, RFID-
çip sərbəst şəkildə informasiya daşıya bilir. Yəni oxucuda və ya rəfdə olmasından asılı
olmayaraq, kitabxanaçı istənilən məsafədən kitabın çipinə məlumat daxil edə və ya məlumatı
redaktə edə bilər. Təsəvvür edək ki, RFID nişanlı kitab əldədir və kitabxanaçı həmin kitabın
elektron kataloquna yeni məlumat daxil edir (məsələn, professorun əsərinin hər hansı bir
mükafata layiq görüldüyü və ya əsərin ikinci cildinin kitabxanaya daxil olması barədə və s.). Bu
zaman kitabxanaçı kitab haqqında elektron kataloqa və müəllifin nüfuz faylına həmin yenilikləri
daxil edərkən, avtomatik olaraq məlumatları kitabın çipinə də yükləyə bilir. Başqa sözlə, ştrix-
kod texnologiyasından fərqli olaraq, RFID nişanlı kitabı məsafədən “idarə etmək” mümkünləşir.
Beləliklə, RFID nişanlı kitab sərbəst şəkildə həm də elektron kataloqa çevrilir. Bu isə o deməkdir
ki, kitab haqqında informasiyanı, o cümlədən kitabın yerini, oxunma tarixçəsini, xüsusiyyətlərini
kitabxanada bütün avtomatlaşdırılmış sistemin fəaliyyəti dayanarsa, elektron kataloq sistemində
problem yaranarsa, kitabxanada elektrik enerjisi olmazsa, kitab uzaq məsafədə olarsa, “oxuyucu
cihaz” vasitəsilə müəyyən etmək mümkündür.
Misallardan aydın görünür ki, müasir kitabxanaların RFID texnologiyaları əsasında
işləməsi, elektron kataloqla bu sistemin uzlaşdırılması daha məqsədəuyğundur və kitabxana-
larımızda bu texnologiyaların tətbiqi ümumi işin xeyrinə olar.
Veb-kataloq sisteminin elektron sənədlərin göndərilməsi mexanizmi ilə təchiz edilməsi
Bu məsələ, ilk növbədə, kitabxananın bilavasitə öz oxucu kontingentinə xidmət işini
təkmilləşdirmək məqsədi daşısa da, toplu elektron kataloqdan istifadə edəcək bütün oxucu
qruplarına (hansı kitabxananın üzvü olmasından asılı olmayaraq) şamil edilməlidir.
Ümumiyyətlə, elektron sənəd (informasiya sistemində istifadə üçün elektron formada təqdim
edilən sənəd) təqdimat formasına görə iki formaya – daxili və xarici təqdimat formalarına
bölünür. Elektron sənədin informasiya daşıyıcısında (CD, Fləş yaddaş qurğusu və s.) yazılmış
şəkli onun daxili təqdimat formasıdır. Elektron sənədin informasiya daşıyıcısından fərqli digər
maddi obyektdə (displeydə, kağızda və s.), əyani qavranılan (vizual) şəkildə əks etdirilməsi isə
onun xarici təqdimat formasıdır. Əlbəttə, hələlik elektron sənədlərin daxili təqdimat forması
kitabxana işi sahəsində öz aktuallığını tam itirməyib. Lakin informasiya cəmiyyətinin tələbləri
oxucu ilə kitabxana arasındakı fiziki əlaqələri minimuma endirməyi şərtdləndirdiyindən, bu növ
təqdimatdan çox nadir hallarda istifadə olunur. Məsələn, oxucu kitabxanaya gəlir və onu
maraqlandıran ədəbiyyatın elektron variantını fləş yaddaş qurğusuna köçürərək tələbini ödəyir.
Bu, qabaqcıl təcrübədə çox az istifadə olunan metoddur. Elektron sənədin xarici təqdimat
forması isə müasir kitabxana işinin tələblərinə tam cavab verir. Tutaq ki, AMEA MEK-in
Naxçıvan Dövlət Universitetində müəllim kimi çalışan bir oxucusu kitabxanada fəaliyyət
göstərən “Azərbaycan dövlətçiliyi və Heydər Əliyev kitabxanası”nın fondu ilə tanış olmaq
nənəvi formada – (Bakıya) kitabxanaya gələrək fondda axtarış aparır. Ona lazım olan
ədəbiyyatı əldə edib-etməməsindən asılı olmayaraq vaxt və maliyyə vəsaiti itirir.
Müasir formada – İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub, lazımi
ədəbiyyatın fondda olub-olmadığını yoxladıqdan sonra kitabxanaya (Bakıya) gələrək ədəbiyyatı
əldə edir. Birinci variantdan fərqli olaraq, tələbini ödəyəcəyinə əmin olduqdan sonra da vaxt və
maliyyə vəsaiti itirir.
n müasir formada – İnternet vasitəsilə kitabxananın elektron kataloquna daxil olub
lazımi ədəbiyyatı tapdıqdan sonra onun elektron variantını elektron poçt və ya xüsusi hiperkeçid
vasitəsilə əldə edir (Bakıya gəlmədən). Əvvəlki variantlardan fərqli olaraq, o, nə vaxt, nə də
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
maliyyə itkisi ilə üzləşir. Lakin bu məqamda başqa bir sual ortaya çıxır: bəs “Azərbaycan
dövlətçiliyi və Heydər Əliyev kitabxanası”nda oxucuya lazım olan ədəbiyyat yoxdursa, onda nə
etməli? Bu halda, yenidən ədəbiyyatın axtarışını ənənəvi üsulla, əvvəlkindən daha çox vaxt itkisi
ilə, ayrı-ayrı kitabxanaların fondlarına müraciət etməklə axtarıb əldə etmək lazım gələcək.
Demək, oxucuya ən təkmil xidmət növü 3-cü formada da həyata keçirilə bilməz.
Təklif etdiyimiz formada isə respublika kitab fondlarını özündə cəmləyən Milli Elektron
Kitabxana yaradılır və ölkə üzrə vahid, milli toplu elektron kataloq məhz həmin kitabxananın
biblioqrafik təsvirini əks etdirir. Eyni zamanda, xarici elektron toplu kataloqlar (məsələn, OCLC
kimi) milli toplu kataloqumuza inteqrasiya olunur (və əksinə). Belə olan təqdirdə, oxucu vaxt
itirmədən, zamanından və məkanından asılı olmayaraq, mənbənin hansı şəhərdə, hansı kitabxa-
nada yerləşməsini problemə çevirmədən ona lazım olan ədəbiyyatı əldə edə bilər.
Elektron kataloqun əlyetərlilik səviyyəsini yüksəltmək üçün 3G və Web 3.0 texnologiyaları
Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə elektron kataloqa
əlyetərliliyin artırılması üçün ən son texnologiyalardan istifadə etmək zəruridir. Fikrimizcə, bu
gün mobil rabitədə istifadə olunan müasir 3G texnologiyası elektron kataloqa əlyetərlilik vasi-
tələrindən biri kimi nəzərdən keçirilə bilər. Üçüncü nəsil mobil kommunikasiya texnologiyası
olan 3G (ing. “Third Generation”) yüksəksürətli İnternet və məlumatın ötürülməsi üçün kanal
rolunu oynayan radiorabitə texnologiyalarının məcmusundan ibarət bir xidmət növüdür. Bu
mobil rabitə paket məlumatlarının ötürülməsi üzərində qurulub. Bu tip şəbəkələr desimetrlik
tezlik (adətən, 2Ghz ətrafında) diapazonunda işləyir. 3G şəbəkəsi mobil telefonda video-konfrans
yaratmaq, kino və TV verilişləri izləmək və s. kimi imkanları yaratdığı kimi, ümumiyyətlə, mo-
bil rabitədə yüksək səviyyəli interaktivliyi də təmin edir. Belə bir texnologiyanı kitabxana
işində, xüsusən də, veb-kataloqa giriş, ondan istifadə prosesində tətbiq etmək kitabxananın
istifadəçiləri üçün çox geniş imkanlar açar. Hələlik dünyanın heç bir kitabxanasında bu mövzu
aktual olmasa da, bu barədə danışılmasa da, düşünürük ki, kitabxanalar, başqa sözlə, iri
informasiya massivlərini mühafizə edən, istifadəçiyə çatdıran mərkəzlər, ən yaxın gələcəkdə bu
yüksək texnologiyanın üstünlüklərindən yararlanacaqlar. Məsələn, təsəvvür edək ki, nəqliyyatda
hərəkət edən və ya portativ kompyuteri yanında olmayan istifadəçi öz mobil telefonu vasitəsilə
hər hansı bir kitabxanada ona lazım olan informasiyanın olub-olmamasını öyrənmək istəyir. Şərti
olaraq istifadəçinin müraciət etdiyi informasiya mərkəzi kimi – Bakı Müsiqi Akademiyasının
kitabxanasını, daha dəqiq, kitabxanın fonoteka bölməsini götürək və bu zaman meydana gələn
tələb-təklifin mümkün ardıcıllığına baxaq:
İstifadəçi 3G texnologiyasını dəstəkləyən mobil telefonundan (İnternet vasitəsilə) Bakı
Müsiqi Akademiyasının kitabxanasının veb-kataloquna daxil olur və məsələn, 1965-ci ildə
Moskvada nəşr olunmuş “Песня и музыка Азербайджана» (Azərbaycan mahnısı və musiqisi)
adlı kitabı axtarır. Kitabın kitabxanada olduğunu müəyyən edən istifadəçiyə məlum olur ki,
nəşrin elektron biblioqrafik təsvirindəki açar sözlərdən biri də “Cabbar Qaryağdıoğlu”dur. Bu isə
o deməkdir ki, istifadəçi görkəmli Azərbaycan bəstəkarı, xanəndəsi, musiqi xadimi Cabbar
Qaryağdıoğlu haqqında əlavə məlumat əldə edə biləcək. Beləliklə, istifadəçi 3G texnologiyasının
köməyi ilə (yüksək sürətli İnternet vasitəsilə) ona lazım olan kitabı mobil telefonunun yaddaşına
köçürmək və üstəlik, xarici keçid vasitəsilə Cabbar Qaryağdıoğlunun nüfuz faylına daxil olmaq
imkanı əldə edir. Həmin kitabda qeyd olunub ki, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli
nümayəndələrindən biri olan Cabbar Qaryağdıoğlu hələ 1906-cı ildə Varşavada konsert verib.
(Təqdirəlayiqdir ki, xanəndə bu konsertdən topladığı pul vəsaitini Zaqafqaziyanın müsəlman
tələbələrinə paylayıb – müəllif). Ən maraqlısı və bəlkə də ən əsası budur ki, mobil telefonu
vasitəsilə kitabxananın elektron kataloquna daxil olan istifadəçi lazımi ədəbiyyatı kitabxanaya
getmədən əldə etməklə yanaşı, həm də Varşava konsertinin Bakı Müsiqi Akademiyasının fono-
tekasında mühafizə edilən lent yazısını dinləmək, videogörüntüsünü izləmək imkanı qazanır.
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
Göstərdiyimiz misaldan aydın görünür ki, 3G texnologiyasından elektron kataloqa
əlyetərlilik vasitəsi kimi istifadə olunmasının üstünlükləri kifayət qədərdir. 2012-ci ildən
etibarən Azərbaycanın mobil rabitə seqmentində 3G texnologiyasından istifadə olunmağa
başlanıldığından, artıq bu tip texnologiyaların istismarı deyil, məhz kitabxana işi sahəsində
tətbiqi yeniliyin əsas məzmununu təşkil edir. Başqa sözlə, milli İnternet seqmenti və rabitə
sektoru texnoloji baxımdan təklif etdiyimiz xidmət növünün göstərilməsinə tam hazırdır. Qarşı
tərəfin, yəni kitabxanaların öz oxucularına 3G texnologiyaları vasitəsilə xidmət göstərə bilməsi
üçün bir çox texniki məsələlərin həll olunması gərəkdir.
Oxucuların elektron kataloqla işini rahatlaşdırmaq və eyni zamanda, elektron kataloqun
keyfiyyət göstəricilərini yaxşılaşdırmaq baxımından vacib olan texnologiyalardan biri də Web
3.0 platformasıdır. İndiki şəraitdə müasir Azərbaycan kitabxanaları üçün Web 1.0 texnologiyası
tanış olsa da, sonrakı nəsil şəbəkə platformaları istifadə etmədiyimiz yeniliklərdir. İnternet saytı
olan və həmin sayt vasitəsilə veb-kataloqu oxucularının ixtiyarına verən hər bir kitabxanamız,
demək olar ki, Web 1.0 texnologiyasının bütün üstünlüklərindən istifadə edir. Web 1.0
texnologiyasının şərtlərinə uyğun olaraq kontenti (informasiyanı, mətni və s) onu hazırlayan
tərəf təqdim edir. Yəni kitabxana elektron kataloqunu hazırlayıb, oxucusunun ixtiyarına verir. Bu
prosesi şərh etməyə ehtiyac görmürük. Daha sonrakı texnologiya sayılan Web 2.0 vasitəsilə
oxucular da informasiya təklif edən tərəfə çevrilə bilirlər. Lakin bu zaman məlumatların idarə
olunmasına nəzarəti yenə də kitabxanalar həyata keçirir. Bu halda oxucu kitabxananın veb-
kataloqunda hər hansı bir yanlışlığa rast gələrsə, onu düzəltmək imkanına malik olur. Həmin dü-
zəliş kitabxanaçı tərəfindən qəbul və təsdiq olunandan sonra veb-kataloqda öz əksini tapır. Web
3.0 texnologiyası isə kitabxanaçının elektronlaşdırma prosesinə müdaxiləsini tələb etmir və
oxuculara tam səlahiyyət verir. Bu səlahiyyətdən istifadə edən hər hansı bir oxucu-müəllif
müstəqil şəkildə, məsələn, öz kitabını kitabxananın elektron bazasına yerləşdirə və onun elektron
kataloqunu yarada bilər (əvvəlcədən müəyyən edilmiş parametrlər üzrə). Bu isə kitabxananın
işinin asanlaşmasına, elektronlaşdırma prosesinin sürətlənməsinə, maliyyə vəsaitinə qənaət
olunmasına şərait yaradar.
Elektron kataloq sisteminin təhlükəsizlik məsələləri
Elektron kataloq sisteminin təhlükəsizliyi informasiya təhlükəsizliyi məsələsinin tərkib
hissəsi kimi çox ciddi aktuallıq kəsb edir. İnternet məkanında günbəgün artan kibertəhlükə,
kibercinayət halları digər İnternet resursları kimi, kitabxanaların da veb-kataloquna ciddi təhdid
hesab olunur. Bu kimi hallara qarşı önləyici tədbirlər görülməli, kitabxananın elektron kataloqu
təhlükəsizliyinin qorunması, kiber-hücumlara qarşı dayanıqlı sistemin qurulması üçün, texniki-
texnoloji, maliyyə və kadr resursları qaydasına salınmalıdır.
Son dövrlərdə milli İnternet seqmentinə kiber-hücumların artması, dövlət saytlarının, eləcə
də kitabxanaların, elektron informasiya resurslarının hazırlanmasına qarşı sərt tələblərin qoyul-
masını zəruri edir [10]. Belə saytları təftiş edəcək ciddi audit sisteminin yaradılmasına,
kibercinayətkarlıqla bağlı dövlət qurumlarının səlahiyyətlərinin konkretləşməsinə, təkcə
nazirliklərin deyil, bütün dövlət qurumlarının, o cümlədən, kitabxanaların saytlarının, veb-
kataloqlarının vahid, təhlükəsiz serverdə saxlanılmasına olan ehtiyacı artırır.
Nitqin tanınması və mətnin nitqə çevrilməsi sistemi ilə elektron kataloqun yaradılması və
istifadəsi işinin uzlaşdırılması
Müasir dövrdə elektron kataloqların yaradılması işində nitqin tanınması sistemindən
faydalanmaqla müvafiq prosesin xeyli sürətlənməsinə nail olmaq mümkündür. Nitqin tanınması
sistemi dedikdə, mikrofona deyilmiş nitqi kompyuterdə yazıya çevirən proqram nəzərdə tutulur.
Belə sistemlər kompyuterlərin, avtomobillərin, robotların və digər qurğuların (məsələn, məişətdə
istifadə edilən qurğuların) Azərbaycan dilində daha təbii və asan yolla – nitq vasitəsilə idarə
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 50-60
olunmasını təmin edə bilər. Bununla yanaşı, nitqin tanınması sistemindən elektron kataloqun
yaradılması işində də tam səmərəli şəkildə yararlanmaq olar.
Aydın məsələdir ki, biblioqrafik yazının əl üsulu ilə, yəni klaviaturanın köməyi ilə AKİS
Sisteminə daxil edilməsi nitqin tanınması sistemi ilə daxiletmədən qat-qat çox vaxt tələb edən
prosesdir. Kataloqlaşdırıcı biblioqrafik yazını üzündən oxumaqla nitqin tanınması sistemi va-
sitəsilə elektron kataloqa daha sürətlə daxil edə bilər. Əgər bir biblioqrafik yazının klaviatura ilə
elektronlaşdırılması üçün orta hesabla 2-4 dəqiqə vaxt sərf olunursa, nitqin tanınması sistemi
vasitəsilə bunu 30-40 saniyə ərzində yerinə yetirmək mümkündür. Bu isə öz növbəsində,
təklifimizin səmərəliliyinə dəlalət edir. Yaxın gələcəkdə Azərbaycan kitabxanalarında elektron
kataloqların nitqin tanınması sistemi vasitəsilə yaradılması işinə başlanıla bilər. Belə ki, artıq
bunun üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyilə “Dilmanc” adlı nitqin
tanınması sistemi yaradılır. “Dilmanc” nitqin tanınması sistemi Azərbaycan dili üçün ilk belə bir
sistemidir. Yaradılmaqda olan bu sistem maşın tərcüməsi sisteminin tərkib hissəsi olmaqla
yanaşı, həmçinin digər proqramlara da mətni mikrofon vasitəsilə daxil etməyə imkan verəcək.
Lakin Azərbaycan dilinin morfoloji cəhətdən zəngin olması – bir söz kökünə şəkilçilər artırmaqla
çoxlu sayda sözlər düzəltməyin mümkünlüyü – nitqin tanınması sistemlərinin yaradılmasında bir
sıra çətinliklər yaradır. Şübhəsiz ki, sistemin tam şəkildə fəaliyyətə başlaması daha dərin elmi
araşdırma, elmi analiz tələb edir. Bütün bunlara baxmayaraq, artıq sistemin pilot variantı elmi
ictimaiyyətin, dilçilərin, filoloqların, texnoloqların, kitabxanaçı və tərcüməçilərin müzakirəsinə
Nitqin tanınması sisteminin mövcudluğu gələcəkdə nitqin digər nitqə sinxron tərcüməsi
sisteminin yaradılmasına da imkan verəcək. Belə ki, mikrofona deyilmiş mətn avtomatik yazıya
çevrilərək maşın tərcüməsi proqramına ötürüləcək. Proqram mətni tərcümə etdikdən sonra isə
mətnin səsləndirilməsi (yazılı mətnin nitqə çevrilməsi) sistemi vasitəsilə yenidən nitqə
çevriləcək. Əgər Azərbaycan kitabxanalarında yazılı mətni nitqə çevirən sistemlər də tətbiq
olunarsa, bu bir sıra problərin həllinə yol açar. Xüsusilə, marqinal oxucu qruplarının – görmə
qabiliyyəti olmayan və ya məhdud olan oxucuların kitabxanalardan istifadə edə bilməsi (elektron
kataloqa müraciət etməsi) reallığa çevrilə bilər.
Bu sahədə millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu
ciddi işlər görür və uğurlu nəticələr əldə edir. Məhz bu Fondun təşəbbüsü ilə gözdən əlil olan
oxuculara, Brayl əlifbası ilə yeni tipli klaviatura və nəşrlər təqdim olunur, görüntünü dəfələrlə
böyüdən xüsusi qurğular vasitəsilə mütaliə şəraiti yaradılır. Bu işlər həm gərgin əmək, həm çox
vaxt, həm də külli miqdarda maliyyə vəsaiti tələb edir. Haqqında danışdığımız sistem
yaradılarsa, yəni mətni nitqə çevirən proqamımız olarsa, biz görmə qabiliyyətini itirmiş
oxucularımıza daha çevik və daha geniş şəkildə xidmət göstərə bilərik. Təsəvvür edək ki, görmə
qabiliyyətini itirmiş oxucu kitabxanaya gəlmək və yeni kitab “oxumaq” istəyir. İndiki şəraitimiz
buna imkan vermir. Əgər dediyimiz şəraiti yarada bilsək, həmin oxucu kitabxanaya gələr, nitqi
yazıya çevirən sistem vasitəsilə elektron kataloqa müraciət edər (kitabın adını mikrafona demək
kifayətdir) və nəticəni (tapılmış elektron təsviri) yazını nitqə çevirən sistem vasitəsilə eşidə
bilər. Bununla da, həmin oxucunun sonradan istənilən kitaba qulaq asmaq imkanı yaranar
(əvvəlcədən mikrofon vasitəsilə kitablar sistemin yaddaşına “oxunubsa”).
Beləliklə, təklif olunan yeniliklər tətbiq olunarsa, Azərbaycan kitabxanalarının elektron
kataloquna əlyetərliliyin səviyyəsi yüksələcək, oxuculara göstərilən effektiv informasiya
xidmətinin keyfiyyəti artacaq, kitabxanalararası intellektual informasiya mübadiləsi və elmi
kommunikasiya imkanları genişlənəcək, milli kitab fondlarının elektronlaşdırılması və idarə
Sufilik və onun Azərbaycanda yayılması
«Mistik düşüncə» bəşəriyyət tаriхi bоyu mövcud оlаn bir məfhumdur. İlаhi bilik və sirlərlə bаğlı mənаlаrı özündə əks еtdirən yunаn mənşəli bu söz (mystikоs) tədricən fəlsəfi-dini tеrmin mаhiyyətini qаzаnmışdı. Mistik təcrübə və аnlаyış yunаn fəlsəfəsində, brаhmаnizm, buddizm, mаniхеizm, iudаizm və хristiаnlıqdа müхtəlif fоrmаlаrdа mövcud оlmuşdur.
İslаm dininin isə mistik təlimlərini, оnun mənəvi həyаtını və əхlаqi dəyərlərini tаriх bоyu fоrmаlаşdırаn fəlsəfi-dini cərəyаnlаr «sufilik» və «təsəvvüf» аnlаyışı ətrаfındа birləşirlər. Bu təlimlərin əsаsındа insаnın nəfsi ilə mubаrizə аpаrıb sаflаşdırmаsı və sоndа tərbiyə еdilmiş nəfsin öz vаrlığındаn uzаqlаşаrаq Аllаhа qоvuşmаsı idеyаsı durur.
Sufi və təsəvvüf sözünün hаnsı kökdən mеydаnа gəlməsiylə bаğlı tədqiqаtçılаr müхtəlif fikirlər irəli sürürlər. Lаkin bu mövzudа ümumi qənаət оnun «yun» mənаsınа gələn ərəbcə «suf» kökündən törəməsi fikridır. Pеyğəmbərlərin və zаhidlərin yundаn tikilmiş pаltаrlаr gеyinmələri zöhd və təqvа nişаnəsi kimi qəbul еdilmiş və simvоlik mаhiyyət qаzаnmışdır. Həmçinin bu kəlmənin yunаn dilində hikmət mənаsınа gələn «sоphiа» sоzündən аlındığını irəli sürənlər də аz dеyildir.
Süfilərin əksəriyyətinə görə, təsəvvüf öz mənbəyini Qurаni-Kərimdən və Həzrət Pеyğəmbərin (s.ə.s) hədislərindən götürür. İslam mistisizminin Həzrət Pеyğəmbər (s.ə.s) dövründə аdı оlmаsа dа, məzmun еtibаrilə mövcud оlduğu bildirilir. Həzrət Məhəmməd (s.ə.s) və səhаbələr zаmаnında təsəvvüfün məzmununа ən yахın аnlаyış zöhd və zаhidlik оlmuşdur. Bəzi müəlliflər zаhidliyin müəyyən mənаdа еlə təsəvvüfün özü оlduğunu bildirir və Qurаni-Kərimdə bəhs оlunаn təqvа, zikr, xüşu, tövbə, rizа kimi qəlblə bаğlı əməllərin məhz zаhidlər tərəfindən inkişаf еtdirildiyini qеyd еdirlər. Zаhidliyi təsəvvüfün təməli, ibаdəti isə zöhdün nəticəsi kimi qiymətləndirirlər. Ibаdətlərin məqsədi nəfsi tənzimləyərək Аllаhа yахınlаşmаqdır. Təsəvvüf ilə ibаdət аrаsındа münаsibət də bu bахımdаn önəmlidir. Həmçinin zöhddə qоrхu, təsəvvüfdə еşq ünsürünün priоritеt mövqеdə оlduğu dа məlumdur.
Sufilik tаriхinin inkişаf mərhələləri
Tədqiqаtçılаr sufiliyin üç mərhələ- zöhd, təsəvvüf və təriqət dövrü kеçirdiyini qеyd еdirlər. Müəlliflərə görə, zöhd dövrü İslаmın yаrаndığı ilk illərə düşür. Bu dövrdə mistik həyаt Pеyğəmbərin yаşаdığı kimi yаşаmаq аnlаyışını əhаtə еdirdi. Zаhidin həyаt tərzi аzlа qənаətlənmək, nəfsin istəklərini nəzərə аlmаmаq, оnlаrlа mübаrizə аpаrmаq, səbir, təvəkkül və Аllаh qоrхusu kimi tipik хüsusiyyətləri özündə əks еtdirirdi. Zаhidlər dövrünün sоnu VIII əsrin оrtаlаrınа- İslаm tаriхinin tаbiun (səhаbələri görənlər) dövrünə təsаdüf еdir.
Sufilik müstəqil bir fəlsəfi təlim kimi ilk dəfə Bəsrədə mеydаnа çıхmışdır. İlk sufi аdını аlаn Əbu Hаşim əs-Sufidir (v. 150/767). Оnun Suriyаnın Rəml şəhərindəki təkyəsi ilk sufi təkyəsi hеsаb еdilir. Əbu Hаşim ilə bаşlаyаn sufi cərəyаnlаrı qısа müddət ərzində digər İslаm ölkələrində də yаyıldı. Məlumdur ki, İslаm dilləri, dinləri, mədəniyyətləri, həyаt tərzləri аyrı оlаn bir sırа хаlqlаrı vаhid mədəniyyət, incəsənət və hüquq qаnunlаrı ilə bir-birinə bаğlаmışdı. Bеlə bir şərаit sufizmin yаyılmаsı üçün dаhа əlvеrişli оlmuş, sоnrаlаr оnun İspаniyаdаn Çinə, Bаlkаn yаrımаdаsındаn Аfrikаnın cənubunа kimi böyuk bir ərаzidə nüfuz qаzаnmаsınа kömək еtmişdir. Hər bölgədə sufi idеоlоgiyаsı öz хüsusiyyətlərini sоsiаl-siyаsi inkişаfın səviyyəsinə uyğun fоrmаlаşdırmаğı bаcаrmışdı.
Milаdi IX əsrdən еtibаrən sufilik sistеmləşmə mərhələsinə qədəm qоydu. Sistеmləşmə zöhd dövründən nisbətən fərqli хüsusiyyətləri mеydаnа gətirmişdi. Bir yаndаn sufiliyin prinsipləri, qаydа və mеtоdаrı fоrmаlаşdı, digər tərəfdən də sufi düşüncəsinin prаktik həyаtа kеçirildiyi yеrlər (təkyələr) qurulmаğа bаşlаdı.
Böyük sufi və zаhidlərin yеtişdiyi IX-X əsrlərdə təsəvvüflə bаğlı bir sırа əsərlər yаzıldı. Müəlliflər həmin əsərlərdə sufiliyin əsаslаrını müəyyənləşdirdilər. «Təsəvvüf» sözünü ilk dəfə istifаdə еdən Məruf Kərхi, sufi düşüncəsində mərifət ünsürünü mеydаnа gətirən Zinnun Misri, təsəvvüf hаllаrını ilk dəfə tədqiq еdən Səri əs-Sаqаti, zöhd və sufiliyə yеni mеyаrlаr gətirən Bəyаzid Bistаmi, Bаğdаd sufilərinin ustаdı sаyılаn və Qəzаlini yеtişdirən Cünеyd Bаğdаdi kimi zаhid və sufilər öz dövrlərinin tаnınmış şəхsiyyətləri sаyılmаqlа yаnаşı, sufiliyin inkişаfındа əvəzsiz хidmətləri оlmuşdur. Оnlаrın аrаsındа İslamın ən böyük sufi qаdını оlаn Rəbiyə əl-Ədəviyyəni хüsusi qеyd еtmək lаzımdır. Çünki təsəvvüf tаriхində ilаhi еşq (əl-Hubb) fikri məhz оnun аdıylа bаğlıdır.
İlk təriqətin mеydаnа çıхdığı XII əsrə qədər sufilik gеniş mənаdа prаktikаyа əsаslаnаn, nəzəriyyələrə çох yеr vеrməyən, sаdə, lаkin dərin mənаlı həyаt tərzi kimi diqqəti çəkir. Mütəхəssislər Bəyаzid Bistаmi, Cünеyd Bаğdаdi kimi zöhd dövrünün məşhur sufilərinin mеydаnа gətirdikləri fikirlərin bu dövrdə Qəzаli tərəfindən sistеmləşdirildiyini qеyd еdirlər. Qəzаli kəlаm, fiqh və təsəvvüfü birləşdirdiyi kimi, Ibn Ərəbi də sufiliklə fəlsəfəni birləşdirərək «fəlsəfi təsəvvüf»ün qurucusu оlmuşdur. Оnun fikir və düşüncələrinin əsаsı vəhdəti-vücud fəlsəfəsiylə bаğlı оlduğundаn, dövrünün bir çох аlim və mütəfəkkirləri tərəfindən tənqidə məruz qаlmışdır. Bunа bахmаyаrаq оnun düşüncələri хеyli sufinin dünyа görüşünə öz təsirini göstərmişdi.
XII əsrin ikinci yаrısındаn bаşlаyаrаq təsəvvüf təşkilаtlаnmа mərhələsinə dахil оldu. Bəzi fərqlər nəzərə аlınmаqlа sufiliyin qаydа və mеtоdlаrını yеnidən işləyən təsəvvüf аlimələri öz аdlаrı ilə tаnınаn təriqətləri qurdulаr. Təriqətlər İslam dünyаsındа dаhа sürətlə yаyıldı və müаsir dövrə kimi mövcudiyyətini qоruyа bildi.
Təriqətin lüğəti mənаsı «yоl» dеməkdir. Lаkin təsəvvüf nöqtеyi-nəzərdən bu, Аllаhа yеtişmək üçün riаyət оlunаn qаydа və аyinlərin sistеmli icrаsını təmin еdən bir yоldur. Təsəvvüf strukturu içində mövcud оlаn təriqətlərin hər birinin özünəməхsus görünüş, tаc (bаş gеyimi), хirqə və şеyхə bаğlılıq kimi ədəb-ərkаnı vаrdır. Bunlаrın ən əsаsı isə hər bir təriqətin Həzrət Pеyğəmbərə (s) qədər qırılmаyаn «Şеyх və mürşid» silsiləsinə sаhib rəhbəri оlmаlıdır. Təriqətin məhz təsəvvüf mаhiyyəti dаşımаsı оnu məzhəbdən fərqləndirən əsаs аmillərdəndir.
Аzərbаycаndа sufilik
Аzərbаycаnın tаriх bоyu Qərbi Şərq ilə birləşdirən ticаrət yоllаrının əsаs qоvşаqlаrındаn birində yеrləşməsi, burаnın həm cоğrаfi, həm mədəni, həm də hərbi-strаtеъi əhəmiyyətli məkаn оlmаsı, İslamın ilk dövrlərindən (20-22 h./641-643 m.) burаnın müsəlmаnlаr tərəfindən fəth еdilməsinə səbəb оlmuşdur. İslаm dini zаmаn kеçdikcə yеrli əhаli tərəfindən qəbul еdildi. Bu dа dаnılmаz fаktdır ki, burаdа yаşаyаn хаlqın müsəlmаn оlmаsındа ən böyük təsir göstərən аmillərdən biri sufilik оlmuşdur. Sаdəcə, sufilərin хоşmərаmlı İslam аnlаyışının insаnlаrın qəlbinə təsir еtmək хüsusiyyətini nəzərə аlsаq, bu dinin qəbul еdilməsində təzyiqin tətbiq оlunmаdığını аydın görə bilər və sufiliyin əhəmiyyətini dərk еtmiş оlаrıq.
Sufiliyin Аzərbаycаndа ilk dövrlərdən mövcud оlduğunu göstərən bir sırа dəlillər mövcuddur. Əvvəlа, оnu qеyd еdək ki, bəzi mənbələrdə Həzrət Məhəmməd (s.ə.s) dövründə yаşаmış, sufi tаriхinin mühüm şəхsiyyətlərindən sаyılаn Vеysəl Qаrаninin (v. 675) qəbrinin Аzərbаycаn ərаzisində оlduğu bildirilir. Bundаn əlаvə, türk хаlqlаrının ulu dаstаnı hеsаb еdilən Kitаbi-Dədə Qоrquddа sufilikdən bəhs еdilən mоtivlərə rаst gəlirik. Аzərbаycаn ərаzisində dövrümüzədək qаlmış «pir» qəbir və аbidələrin, еyni zаmаndа bir sırа kitаbələrin öyrənilməsi göstərir ki, sufilik bu bölgədə ən gеniş yаyılmış ictimаi-fəlsəfi cərəyаnlаrdаn biri оlmuşdur. Tədqiqаtçılаr kitаbələrə əsаsən sufi təşkilаtlаrının mərkəzlərini, оnlаrın şеyхlərini аşkаr еdərək müəyyənləşdirmiş və həmin mərkəzlərin fəаliyyətinin хrоnоlоъi çərçivəsini və təsir sаhəsini göstərmişlər. Bütün bunlаr Аzərbаycаndа İslamın inkişаfındа sufiliyin təsirindən хəbər vеrir.
Аzərbаycаndа təsəvvüfün tаriхinə dаir mənbələrə nəzər sаlsаq, burаdа sufi hərəkаtlаrının X əsrdən bаşlаndığının şаhidi оlаrıq. Sufiliyi tədqiq еdən tаriхçilərin «təsəvvüf dövrü» аdlаndırdıqlаrı bu tаriхə аid kitаblаrdа аzərbаycаnlı sufilərin аdlаrınа rаst gəlirik. Hələ sufiliyin inkişаfının ilk mərhələlərində Kufə, Bəsrə, Bаğdаd şəhərləri, sоnrаlаr isə Nişаpur mühüm rоl оynаmışdır. Nişаpurdа sufi cəmiyyətinə Şеyх Əbu Səid Əbulхеyr bаşçılıq еtdiyi zаmаn оnun ətrаfınа Əbi Аbdullаh ibn Хəfifin оğlu və dаvаmçısı Ibn Bаkuyyə Bаbа Kuhi (v. 442/1050-51) və оnun qаrdаşı Hüsеyn Şirvаni (v. 467/1074) kimi Аzərbаycаn sufiləri də tоplаşmışdılаr.
Tаriхçi Məhəmməd İbn Münəvvərin məlumаtınа görə, Əbu Səid Əbulхеyrin nəzəriyyəsini yаyаn müridlərin təkcə Şirvаndа 400-dən аrtıq хаnəgаhı оlmuşdur. Оnun dаvаmçısı Şirvаn şеyхi Pir Hüsеynin хаnəgаhı Bаkının 127 kilоmеtrliyində yеrləşir. Bütün bu məlumаtlаr İslam dünyаsındа qurulаn ilk təkyə yеrlərindən birinin Аzərbаycаn ərаzisi оlduğunu göstərir.
Müəllif: Əliheydər ZÜLFÜQAROV
Mənbə: İrfan jurnalı
Comments are closed, but trackbacks and pingbacks are open.