Azərbaycan konstitusiyası 2017
B) Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin etmək
Azərbaycan Respublikasının Konstitusiyası – Test Sualları
Azərbaycan Respublikasının Prokurorluğu; 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti; 3. Azərbaycan Respublikasının Prezidenti;4. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi;5. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi; 6. Azərbaycan Respublikasının Ali Məhkəməsi; 7. Azərbaycan Respublikasının Milli Məclisi
A) 1, 3, 4, 6 B) 2, 3, 5, 7 C) 1, 3, 5, 6 D) 3, 4, 5, 7 E) 2, 3, 4, 5
2.Mənzil və mənzil toxunulmazlığı hüququ ilə bağlı aşağıdakı müddəalardan hansı doğru deyildir?
A) Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir
B) Mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz
C) Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır
D) Dövlət insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür
E) Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz
3.Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı nəyə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir?
A) Sosial yönümlü iqtisadiyyata
B) Azad sahibkarlığa
C) Layiqli həyat səviyyəsinə
D) Müxtəlif mülkiyyət növlərinə
E) Bazar münasibətlərinə
4.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin təklif edilməsi təşəbbüsü kimə məxsusdur? Tam və doğru cavabı müəyyən edin.
1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi; 2. Azərbaycan Respublikası Milli Məclisinin azı 42 deputatı; 3. Azərbaycan Respublikasının Prezidenti; 4. Azərbaycan Respublikası Milli Məclisinin azı 63 deputatı; 5. Azərbaycan Respublikası Nazirlər Kabineti; 6. Azərbaycan Respublikası Milli Məclisinin azı 83 deputatı.
A) 1, 3, 6 B) 3 və 6 C) 1, 3, 5, D) 3 və 4 E) 2, 3, 5
5.Azərbaycan Respublikasının Konstitusiyasına görə hakimiyyətin mənimsənilməsi aşağıdakı subyektlərdən birinə qarşı ən ağır cinayətdir:
C) Azərbaycan Respublikasına
E) Dövlət başçısına
6.Azərbaycan Respublikası Konstitusiyasına hansı müddəalarla əlaqədar əlavələr və dəyişikliklər təklif oluna bilməz?
1.Xalqın suverenliyi; 2. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi; 3. Azərbaycan dövlətinin başçısı; 4. Xalqı təmsil etmək hüququ; 5. Hakimiyyətin mənbəyi; 6. Azərbaycan dövləti;7. Ümumxalq səsverməsi-referendum yolu ilə həll edilən məsələlər; 8. Dövlətin ali məqsədi; 9. Xalqın vahidliyi; 10. Azərbaycan dövlətinin rəmzləri.
A) 1, 4, 5, 7, 9 B) 2, 3, 5, 6, 10 C) 1, 2, 3, 5, 6 D) 2, 5, 6, 7, 8 E) 1, 3, 4, 6, 7
7.Azərbaycan Respublikasında dövlət iqtisadi proqramların həyata keçirilməsi və təsdiq edilməsinin hansı subyektin səlahiyyətinə aid olması baxımından nə kimi fərq vardır?
A) Dövlət iqtisadi proqramların həyata keçirilməsinin təmini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, təsdiq edilməsi isə Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətinə aiddir
B) Dövlət iqtisadi proqramların həyata keçirilməsinin təmini Azərbaycan Respublikasının Milli Məclisinin, təsdiq edilməsi isə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə aiddir
C) Dövlət iqtisadi proqramların həyata keçirilməsinin təmini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, təsdiq edilməsi isə Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətinə aiddir
D) Dövlət iqtisadi proqramların həyata keçirilməsinin təmini Azərbaycan Respublikasının Milli Məclisinin, təsdiq edilməsi isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin səlahiyyətinə aiddir
E) Dövlət iqtisadi proqramların həyata keçirilməsinin təmini Azərbaycan Respublikasının Prezidentinin, təsdiq edilməsi isə Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətinə aiddir
8. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən ölkə ərazisinin tərkib hissəsinə daxildir (tam və doğru cavabı müəyyən edin):
1.Azərbaycan Respublikasının daxili və xarici suları; 2. Xəzər gölünün Azərbaycan Respublikasına mənsub olan bölməsi; 3. Azərbaycan Respublikasının üzərindəki hava məkanı; 4. Xəzər dənizinin üzərindəki hava məkanı.
A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 2 D) 1, 2, 3, 4 E) 2, 3
9.Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi qaydası ilə bağlı aşağıdakı müddəalardan hansı biri doğru deyildir?
A) Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Milli Məclisində iki dəfə səsə qoyulur
B) Azərbaycan Respublikası Konstitusiyasına əlavələr Azərbaycan Respublikasının Milli Məclisində 83 səs çoxluğu ilə Konstitusiya qanunları şəklində qəbul edilir
C) Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr haqqında Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən ikinci səsvermədən sonra imzalandıqda qüvvəyə minir
D) Azərbaycan Respublikasının Milli Məclisində ikinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir
E) Konstitusiya qanunları Azərbaycan Respublikası Konstitusiyasının ayrılmaz hissəsidir və Azərbaycan Respublikası Konstitusiyasının əsas mətninə zidd olmamalıdır
10.Azərbaycan Respublikasında dövlət iqtisadi və sosial təminat proqramlarının həyata keçirilməsini təmin edən qurum hansıdır?
A)Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Milli Məclisi
B) Azərbaycan Respublikasının Prezidenti
C) Azərbaycan Respublikası Nazirlər Kabineti
D) Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikası Nazirlər Kabineti
E) Azərbaycan Respublikası Milli Məclisi
11.Torpaq üzərində mülkiyyət hüququ qanunla hansı halda məhdudlaşdırıla bilər?
A) Dövlət ehtiyacları üçün
B) Məhkəmənin qərarı ilə
C) Yerli özünüidarəetmə orqanının xüsusi rəyi əsasında
D) Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə
E) Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
12.Təbii ehtiyatlar hər hansı fiziki və ya hüquqi şəxslərin hüquqlarına və mənafelərinə xələl gətirmədən mənsubdur
B) Fiziki şəxslərə
C) Yerli özünüidarəetmə orqanlarına
D) Azərbaycan Respublikasına
E) Hüquqi şəxslərə
13.Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq, aşağıdakılardan biri Azərbaycan Respublikasının Prezidentinə aid deyil:
A) Azərbaycan Respublikasının Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır
B) Azərbaycan Respublikasının Prezidenti ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir
C) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısıdır
D) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanıdır
E) Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının suverenliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir
14.Azərbaycan Respublikasının Konstitusiyasına görə azad sahibkarlıq hüququ ilə bağlı aşağıdakı müddəalardan hansı yanlışdır?
A) Hər kəs təkbaşına və ya başqaları ilə birlikdə qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər
B) Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək azad sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
C) Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir
D) Hər kəs qanunla nəzərdə tutulmuş qaydada təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər
E) Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər
15.Aşağıdakı bəndlərdən hansı mülkiyyət hüququ ilə bağlıdır?
A) Mülkiyyətin heç bir növünə üstünlük verilmir
B) Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır
C) Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz
D) Azərbaycan Respublikasında mülkiyyət dövlət tərəfindən müdafiə olunur
E) Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər
16.Azərbaycan Respublikasında azadlıq hüququ qanunla nəzərdə tutulmuş qaydada hansı yollarla məhdudlaşdırıla bilər? Tam və doğru cavabı müəyyən edin.
Həbsəalma; 2. Azadlıqdan məhrumetmə; 3. Tutulma; 4. Azadlığın məhdudlaşdırılması.
A) 1, 2, 3, 4 B) 2, 3, 4 C) 1, 2, 3 D) 2, 4 E) 1, 3
17.Ölkəmizdə hansı dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır?
A) İctimai qaydanı və ya ictimai əxlaqı pozan
B) İnsan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan
C) Radikal qruplar tərəfindən təbliğ edilən
D) İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını məhdudlaşdıran
E) Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan
18.Azərbaycan Respublikasının Konstitusiyası ilə insana qarşı silah işlədilməsinə yol verilən halları sadalayın:
Dövlət çevrilişinin qarşısının alınması; 2. Ölkəyə silahlı basqın edilməsi; 3. Dövlətə qarşı qiyamın yatırılması; 4. Həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması; 5. Cinayətkarın yaxalanması və tutulması; 6. Zəruri müdafiə; 7. Son zərurət.
A) 1, 2, 3 B) 1, 2, 3, 4 C) 1, 2, 3, 4, 5 D) 1, 2, 3, 4, 5, 6 E) 1, 2, 3, 4, 5, 6, 7
19.Hansı hallarda mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər?
A) Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün
B) Yalnız ictimai ehtiyaclar üçün
C) Yalnız dövlət ehtiyacları üçün
D) Mülkiyyətin özgəninkiləşdirilməsinə heç bir halda yol verilmir
E) Dövlət və ya bələdiyyə ehtiyacları üçün
20.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyət hüququnun tam mahiyyəti nədən ibarətdir?
A) Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək və əmlakı müdafiə etmək hüquqlarından
B) Mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
C) Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq və əmlakdan istifadə etmək hüquqlarından
D) Mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək, onun barəsində sərəncam vermək və əmlakı müdafiə etmək hüquqlarından
E) Mülkiyyətçinin təkbaşına əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
21.Vətəndaşlıq hüququnun təminatı ilə bağlı aşağıdakı müddəalardan hansı yanlışdır?
A) Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından xarici dövlətə verilə bilməz
B) Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir
C) Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula bilməz
D) Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz
E) Azərbaycan Respublikası onun ərazisindən kənarda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir və onlara hamilik edir
22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının aktlarını hansı subyekt ləğv edir?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) Azərbaycan Respublikası Nazirlər Kabineti
C) Azərbaycan Respublikasının Ali Məhkəməsi
D) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
E) Azərbaycan Respublikasının Prezidenti
23.Hansı kateqoriya şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur?
A) Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin
B) Hakimlərin və dövlət məmurlarının
C) Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin
D) AR Konstitusiyasında və qanunda nəzərdə tutulan digər şəxslərin
E) Din xadimlərinin
24.Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun hansı subyektlərə verilməsi mümkündür?
1.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinə; 2. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına; 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə; 4. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə; 5. Azərbaycan Respublikasının vitse-prezidentinə.
A) 1, 2, 3 B) 2, 4, 5 C) 3, 4, 5 D) 2, 3, 4 E) 1, 2, 5
25.Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan hansı normativ hüquqi aktlar istisna olmaqla, digərləri ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olduqda, həmin beynəlxalq müqavilələr tətbiq edilir?
1.Azərbaycan Respublikasının Konstitusiyası; 2. Referendumla qəbul edilən aktlar; 3. Qanunlar; 4. Fərmanlar; 5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6. Mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları.
A) Yalnız 1 B) 1, 2 C) 1, 2, 3 D) 1, 2, 3, 4 E) 1, 2, 3, 4, 5
26.Azərbaycan Respublikasında normativ hüquqi aktların dərc edilməsi necə qaydası müəyyən edilir?
D) Konstitusiya qanunu ilə
27.Aşağıdakılardan biri Azərbaycan Respublikasının Konstitusiyasına aid deyil:
A) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır
B) Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir
C) Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir
D) Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir
E) Azərbaycan Respublikası Konstitusiyasının mətnində dəyişikliklər yalnız referendumla qəbul edilə bilər
28.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yerli özünüidarəetmə orqanlarının səlahiyyətlərinə aid olan bəndlər hansıdır?
1.Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi; 2. İqtisadi proqramların qəbul və icra edilməsi; 3. Maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər; 4. Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi; 5. Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; 6. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi; 7. Ekoloji proqramların qəbul və icra edilməsi.
A) 1, 4, 5, 6 B) 2, 3, 5, 7 C) 1, 3, 4, 5 D) 2, 3, 5, 6 E) 1, 3, 5, 7
29.Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı ilə bağlı aşağıda qeyd olunan müddəalardan hansı yanlışdır?
A) Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir
B) Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada şikayət edə bilər
C) Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır
D) Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində qanunla müəyyən edilmiş müddətdə baxılsın
E) Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən məhkəməyə şikayət edə bilər
30.Aşağıdakılardan hansı biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətinə aid deyil?
A) Dövlət iqtisadi proqramların həyata keçirilməsini təmin etmək
B) Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin etmək
C) Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələrin bağlanmasını təmin etmək
D) Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək
E) Dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin etmək
31.Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq, qanunvericilik təşəbbüsü hüququnun mənsub olmadığı subyekt:
1. Azərbaycan Respublikasının Prezidenti; 2. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti; 3. Azərbaycan Respublikası Milli Məclisinin deputatları; 4. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi; 5. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi; 6. Azərbaycan Respublikasının Ali Məhkəməsi; 7. Azərbaycan Respublikasının Prokurorluğu; 8. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına.
A) 2, 5 B) 4, 8 C) 5, 6 D) 4, 5 E) 2, 4
32.Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq, bələdiyyələrin statusunun əsasları hansı normativ hüquqi aktla müəyyən edilir?
A) Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə
B) Azərbaycan Respublikasının Konstitusiyası ilə
C) Azərbaycan Respublikası Milli Məclisinin qərarları ilə
D) Azərbaycan Respublikasının qanunvericiliyi ilə
E) “Bələdiyyələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
33.Azərbaycan Respublikasında Konstitusiyanı və qanunları pozan birliklərin fəaliyyətinə necə xitam verilə bilər?
A) İnzibati və məhkəmə qaydasında
B) Yalnız məhkəmə qaydasında
D) Yalnız inzibati qaydada
E) Bir qayda olaraq məhkəmə qaydasında
34.Aşağıdakılardan hansı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin həll etdiyi məsələ deyil?
A) Naxçıvan Muxtar Respublikasının iqtisadi proqramlarının təsdiqi
B) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin işinin təşkili
C) Naxçıvan Muxtar Respublikasının sosial proqramlarının təsdiqi
D) Naxçıvan Muxtar Respublikasının büdcəsinin təsdiqi
E) Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər
35.Fiziki və hüquqi şəxslərin statusu, həmçinin əmək münasibətləri və sosial təminatla bağlı məsələlər Azərbaycan Respublikasında hansı qurum tərəfindən müəyyən olunur?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
B) Azərbaycan Respublikasının Nazirlər Kabineti
C) Azərbaycan Respublikasının Milli Məclisi
D) Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
E) Azərbaycan Respublikasının Ombudsman Aparatı
36.Ölkəmizdə maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edən qurum hansıdır?
A) Azərbaycan Respublikasının Mərkəzi Bankı
B) Azərbaycan Respublikası Milli Məclisi
C) Azərbaycan Respublikası Maliyyə Nazirliyi
D) Azərbaycan Respublikası Nazirlər Kabineti
E) Azərbaycan Respublikası Vergilər Nazirliyi
37.Azərbaycan Respubılikasının Konstitusiyasına görə aşağıda qeyd olunan hansı şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər? Tam və doğru cavabı müəyyənləşdirin.
1.Azərbaycan Respublikası ərazisində müvəqqəti qalan əcnəbilərin; 2. Azərbaycan Respublikası vətəndaşlarının; 3. Vətəndaşlığı olmayan şəxslərin; 4. Azərbaycan Respublikası ərazisində daimi yaşayan əcnəbilərin.
A) 1, 4 B) 3, 4 C) 1, 3, 4 D) 1, 2, 4 E) 1, 2, 3, 4
38.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaşın əsas hüquqlarından biri olan əmək hüququ ilə bağlı doğru olmayan bəndləri müəyyənləşdirin:
1.İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır; 2. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir; 3. Tərəflərin razılığı istisna olmaqla, heç kəs zorla işlədilə bilməz; 4. Əmək müqavilələri yazılı bağlanılır; 5. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz; 6. Hər kəsin sağlam şəraitdə işləmək hüququ vardır; 7. Uşaqların dövlətdən sosial müavinət almaq hüququ vardır; 8. Əmək fərdi və ictimai rifahın əsasıdır.
A) 1, 3, 8 B) 3, 4, 7 C) 4, 7, 8 D) 1, 3, 7 E) 3, 5, 8
39.Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar nə zaman qüvvəyə minir?
B) 3 gün ərzində
C) Növbəti gündən
D) 24 saat müddətində
E) Dərc edildiyi gündən
40.Əmək və sosial təminat hüququ ilə bağlı doğru müddəalar hansılardır?
1. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 2. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə,məşğuliyyət və iş yeri seçmək hüququ vardır; 3. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir; 4. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə dövlətin və yaşadığı ərazi üzrə yerli özünüidarəetmə orqanlarının borcudur; 5. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs zorla işlədilə bilməz; 6. Dövlət xeyriyyəçilik fəaliyyətinin, könüllü sosial sığortanın və sosial təminatın başqa növlərinin inkişafı üçün imkanlar yaradır.
A) 2, 3, 6 B) 1, 2, 5 C) 2, 5, 6 D) 1, 3, 5 E) 3, 5, 6
41.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı ilə bağlı aşağıdakı müddəalardan hansı biri yanlışdır?
A) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili həll edir
B) Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir
C) Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır
D) İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz
E) Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır
42.Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq, əsas hüquqlar, azadlıqlar və vəzifələr ilə bağlı düzgün bəndləri müəyyənləşdirin:
1. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər; 2. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; 3. Mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz; 4. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir; 5. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur; 6. Qanunla müəyyən edilən hallardan başqa, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
A) 1, 2, 5 B) 2, 3, 4 C) 3, 4, 6 D) 1, 2, 4 E) 2, 4, 5
43.Aşağıdakı bəndlərdən biri Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququna aid deyil:
A) Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir
B) AR vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır
C) Qanunvericiliklə müəyyən edilən hallar istisna olmaqla, tənqidə görə təqib qadağandır
D) Hərbi qulluqçular müraciət etmək hüququndan yalnız fərdi qaydada istifadə edə bilərlər
E) Təhqir və böhtan tənqid sayıla bilməz
44.Azərbaycan xalqının ümumxalq səsverməsi – referendum yolu ilə həll etdiyi məsələlər hansılardır? Tam və doğru cavabı müəyyən edin.
1.Amnistiya və əfv etmə; 2. Xalqın hüquqları ilə bağlı olan hər bir məsələ; 3. Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi; 4. Vergilər və dövlət büdcəsi; 5. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi; 6. Xalqın mənafeləri ilə bağlı olan hər bir məsələ; 7. Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklər edilməsi.
A) 1, 3, 5, 6 B) 2, 3, 5, 6, 7 C) 2, 3, 6 D) 1, 3, 4, 5, 7 E) 3, 4, 5, 7
45.Azərbaycan Respublikasının Konstitusiyasına görə fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri müəyyən edilir:
A) Konstitusiya ilə
B) Konstitusiya qanunu ilə
46.Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları neçə səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir?
A) 63 səs çoxluğu ilə B) 42 səs çoxluğu ilə C) 83 səs çoxluğu ilə D) 95 səs çoxluğu ilə E) 62 səs çoxluğu ilə
47.Ölkəmizdə hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə necə təminat verilir?
A) Yalnız məhkəmədə
B) İnzibati qaydada və məhkəmədə
C) İnzibati qaydada
D) Bir qayda olaraq məhkəmədə
E) Müvafiq icra hakimiyyəti orqanında
48.Azərbaycan Respublikasında dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələri bağlamaq səlahiyyətindədir:
A) Azərbaycan Respublikasının Prezidenti
B) Azərbaycan Respublikası Milli Məclisi
C) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
D) Azərbaycan Respublikası Nazirlər Kabineti
E) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
49.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə bağlı aşağıdakı müddəalardan hansı biri doğru deyildir?
A) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər səlahiyyətləri də həyata keçirir
B) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir
C) Qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələr Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin həll etdiyi məsələdir
D) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir
E) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimlərini Azərbaycan Respublikası Milli Məclisinin təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti təyin edir
50.Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hansı normativ hüquqi aktla təsdiq olunur?
A) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə
C) Azərbaycan Respublikasının Konstitusiyası ilə
D) Konstitusiya qanunu ilə
E) Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə
51.Azərbaycan Respublikasının Konstitusiyasına müvafiq olaraq, aşağıdakı məsələlərdən hansının həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətinə aiddir?
A) Cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi
B) Dövlət qulluğu
C) Gömrük işi, maliyyə fəaliyyətinin əsasları, vergilər, rüsumlar və ödənişlər
E) Bələdiyyələrə seçkilər və bələdiyyələrin statusu
Testlərin cavablarını əldə etmək istəyənlər, suallara verdikləri cavab variantları ilə birlikdə [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərlər. Nəticələr qısa zamanda müraciət edənlərə göndəriləcəkdir.
İstifadə edilmiş ədəbiyyat siyahısı:
- Azərbaycan Respublikasının Konstitusiyası;
- Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəsmi saytı.
Azərbaycan Konstitusiyasının inkişaf mərhələləri
Azərbaycan Respublikasının ilk Konstitusiyası 1921-ci il 29 mayda I Ümumazərbaycan Sovetlər Qurultayı tərəfindən qəbul edilmişdir. O, Konstitusiyanın sosialist tipdə inkişafının başlanğıcını qoymuş, Azərbaycanın sonrakı konstitusiyaları SSRİ konstitusiyalarına müvafiq olaraq qəbul edilməklə bu qəbildən olan prinsipləri inkişaf etdirmişdir.
1921-ci il Azərbaycan SSR-in Konstitusiyasından sonra respublikamızda baş verən ictimai siyasi dəyişikliklər nəticə etibarilə 1927, 1937, 1978 və 1995-ci illərdə yeni konstitusiyaların qəbulunu zəruri etmişdir.
1978-ci ildə qəbul edilmiş, 1980-ci illərin ikinci yarısından etibarən çoxsaylı əlavə və dəyişikliklərə məruz qalmış və bunun nəticəsində ilkin redaktəyə nisbətən əhəmiyyətli şəkildə dəyişiklikliyə uğrayan Azərbaycan SSR-in Konstitusiyası, 1995-ci il Azərbaycan Respublikası Əsas Qanunu qəbul edilənədək qüvvədə olmuşdur.
Konstitusiyanın inkişaf mərhələləri Azərbaycanın ictimai və dövlət quruluşunda baş verən dəyişikliklərlə əlaqədardır. Konstitusiya dövrə uyğun dövlətə, hüquqa, onların cəmiyyətdə roluna, iqtisadi və sosial siyasətə, sovet adamının (belə adlandırılan) vəziyyətinə hakim baxışın izlərini özündə daşıyırdı.
Sosialist tipli konstitusiyalar kimi, Azərbaycan SSR-in bütün konstitusiyalarına ümumi əlamətlər, cizgilər xasdır. Belə ki, 1921-ci il Azərbaycan SSR Konstitusiyasının keçid dövrü üçün əsas vəzifəsi mülkədar, burjua siniflərinin, insanın insan tərəfindən istismarının ləğv edilməsi və sosializmin yaranması məqsədilə şəhər və kənd proletariatı, kasıb kəndlilərin diktaturasının qurulması olmuşdur.
1978-ci il Azərbaycan SSR-in Konstitusiyası 1921, 1927 və 1937-ci illər Azərbaycan SSR-in konstitusiyalarının varisi olduğunu təsdiq etdi. Onun preambulasında ölkə həyatı üçün başlıca olan kommunizm ideyaları əks olunurdu. Dövlətdə və cəmiyyətdə 1978-ci il Azərbaycan SSR Konstitusiyası və Sovet İttifaqı Kommunist Partiyasının rəhbər rolunu möhkəmləndirdi. Azərbaycan SSR-in iqtisadi sisteminin əsası kimi o dövlət (ümumxalq) və kolxoz-kooperativi mülkiyyətini təsdiq etdi, ciddi mərkəzləşməyə əsaslanan planlı təsərrüfatı iqtisadi sistemin əsaslarından biri kimi təsbit etdi.
Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbulu ölkədə baş verən köklü ictimai-siyasi və iqtisadi dəyişikliklərin hüquqi cəhətdən təsbit olunması zərurəti ilə şərtlənirdi.
1995-ci ilin yazında Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi hazırlanmışdır. 1995-ci ilin yayında Konstitusiya komissiyasının iclası çağırılmış və 1995-ci ilin payızında Konstitusiya komissiyası Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsi üzərində öz işini davam etdirərək, onu 1995-ci il noyabr ayının 12-də ümumxalq səsverməsinə çıxarmışdı.
Yeni Konstitusiya 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş və 27 noyabr 1995-ci ildə ümumxalq səsverməsinin nəticələri nəşr edildiyi andan qüvvəyə minmişdir. Konstitusiyalı quruluşun əsaslarını möhkəmləndirərək, Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı – respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir. Konstitusiya özündə ümumbəşəri dəyərləri təsbit etməklə aşağıdakı prinsipləri müəyyən etdi:
- İnsan, onun hüquq və azadlıqları ali dəyərlərdir (insan və vətəndaşın hüquq və azadlıqlarının tanınması, riayət olunması və müdafiəsi dövlətin vəzifəsidir);
- Suverenliyin daşıyıcısı və hakimiyyətin yeganə mənbəyi Azərbaycan xalqıdır;
- Sosial siyasət insanın layiqli həyatını və sərbəst inkişafını təmin edən şəraitin yaranmasına istiqamətlənib;
- Dövlət, xüsusi və bələdiyyə mülkiyyət formaları eyni qaydada tanınır və müdafiə olunur;
- Dövlət hakimiyyəti qanunverici, icraedici və məhkəmə hakimiyyəti bölgüsü əsasında həyata keçirilir;
- Yerli özünüidarəetmə demokratik hüquqi dövlətin əsas elementlərindən biri kimi tanınır və ona təminat verilir;
- İdeoloji və siyasi müxtəliflik, çoxpartiyalılıq tanınır. Heç bir ideologiya dövlət və ya məcburi xarakterli ola bilməz;
- Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr onun qanunvericilik sisteminin tərkib hissəsidir.
Azərbaycan Respublikasının Konstitusiyası ali hüquqi qüvvəyə, birbaşa təsirə malikdir və Azərbaycan Respublikasının bütün ərazisində tətbiq olunur. Azərbaycan Respublikasında qəbul olunan qanunlar və qanun qüvvəli aktlar Azərbaycan Respublikası Konstitusiyasına zidd olmamalıdır (Azərbaycan Respublikası Konstitusiyası, maddə 147).
Bir ictimai formasiyadan digərinə keçid bütövlükdə cəmiyyət həyatının müxtəlif sferalarında köklü dəyişikliklərin baş verməsinə səbəb olur ki, bu da Azərbaycan Respublikasının 12 noyabr 1995-ci Konstitusiyasına ilk konstitusion dəyişikliklərin edilməsini zəruri etdi. 24 avqust 2002-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının 24 maddəsində əhəmiyyətli dəyişiklik və əlavələr edildi. Bu əlavə və dəyişikliklərin edilməsi respublikamızda həyata keçirilən demokratik islahatların tələblərindən irəli gəlmişdir.
- Teqlər:
- Azərbaycan Konstitusiyası
- , Konstitusiya
Müstəqil Azərbaycanın ilk Konstitusiyası – 25 il
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin beşinci Konstitusiyasıdır. 1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Ona görə də ilk konstitusiya RSFSR-in konstitusiyası əsasında hazırlanmış və 1921-ci il mayın 19-da qəbul olunmuş Azərbaycan SSR-in Konstitusiyası hesab olunur. Azərbaycanın sayca ikinci konstitusiyası 1927-ci ilin mart ayında qəbul edilib. O zaman Azərbaycan Zaqafqaziya Sovet Federativ Sosialist Respublikasının tərkibində idi və bu şəkildə də SSRİ-yə daxil edilmişdi. 1936-cı ildə SSRİ-nin yeni əsas qanunu qəbul edildikdən sonra ona müvafiq olaraq, 1937-ci ildə Azərbaycanın sayca üçüncü konstitusiyası qəbul olundu. Azərbaycan SSR-in sayca dördüncü konstitusiyası 1978-ci ildə, 1977-ci il SSRİ Konstitusiyası əsasında qəbul edildi. Bu konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilmişdi. Həmin sənəd milli maraqların qorunması baxımından əvvəlkilərdən xeyli fərqlənirdi. Məhz Ümummilli lider Heydər Əliyevin təkidi ilə 1978-ci il konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu əks olundu. Əvvəlki konstitusiyalarda Dağlıq Qarabağ Muxtar Vilayətinə ayrıca fəsil həsr olunmuş, onun hüquqi statusu şişirdillmişdi. Bu konstitusiyada isə, Dağlıq Qarabağ və onun orqanlarının hüquqi statusu “Yerli dövlət hakimiyyəti orqanları” fəslinin içərisinə salınmış, yəni ona müstəsna əhəmiyyət verilməsinin qarşısı alınmışdı.
Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu olduğu kimi, onun milli ideologiyasının – azərbaycançılığın da, azərbaycançılıq ideologiyasına söykənərək yaradılan ilk konstitusiyanın da banisi hesab olunur. 1995-ci il noyabrın 12-də Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. Bu konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa və sərbəst bazar iqtisadiyyatına təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi həyatında tətbiq olunan əsas normaları özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.
Konstitusiya və milli ideologiyanın vəhdətindən bəhs edən ümummilli lider öz çıxışlarında vurğulayırdı ki, milli ideologiyamız, ilk növbədə dövlətimizin konstitusiya normalarına, xalqımızın tarixi keçmişinə, milli-mənəvi dəyərlərinə, mövcud adət-ənənələrə, ölkəmizin bu günü və gələcəyinə bağlı olmalıdır. Görünür, elə bu yanaşmanın nəticəsidir ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq məfkurəsi və onun məzmununu təşkil edən əsas prinsiplər ölkə konstitusiyasında konkret formada öz əksini tapmışdır. Ümummilli lider dövlətçilik maraqlarının qorunmasından danışanda, ilk növbədə ölkənin ali qanununun müddəalarına dönmədən əməl edilməsini xüsusi vurğulayırdı, konstitusiya normalarnın hər bir Azərbaycan vətəndaşının ümummilli vəzifəsi olduğunu qeyd edirdi. Bu normalar, Əsas Qanunun preambula hissəsində təsbit olunub və ilk növbədə: ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini, milli-mənəvi dəyərlərə sadiqliyi, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və digər ümumbəşəri dəyərlərə hörmət hissini ehtiva edir.
Heydər Əliyev həm konstitusiyamızın, həm də azərbaycançılıq ideologiyasının əsasına, ilk növbədə, bütün vətəndaşların sabit, firavan və dinamik inkişafına cavab verən milli dövlətçiliyi – müstəqil Azərbaycan Respublikasını qoyurdu. Ulu öndər çıxışlarında bu məsələyə belə şərh verirdi: “Müstəqil Azərbaycan dövləti bizim üçün ən qiymətli tarixi nailiyyətdir və onun qorunması, əbədiyaşar edilməsi hər bir azərbaycanlının müqəddəs borcudur”. Milli ideologiyadan danışarkən Heydər Əliyev qeyd edirdi ki, “biz, ilk növbədə, bütün xalqımızı, bütün soydaşlarımızı Azərbaycanın müstəqil dövlətçiliyi ətrafında birləşdirməliyik, gənclərimizi, gələcək nəsilləri dövlətçilik prinsiplərinə sadiq ruhda tərbiyə etməliyik”. Məzmunundan da göründüyü kimi, həm Əsas Qanunun, həm də azərbaycançılıq ideologiyasının mərkəzində, hər şeydən əvvəl dövlətçilik maraqları – güclü Azərbaycan dövlətinin yaradılması və bütün sahələr üzrə inkişafının təmin edilməsi prinsipi dayanır. Bəhs olunan güclü Azərbaycan dövləti anlayışı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək onları daim yaşadacaq və zənginləşdirəcək bir siyasi-iqtisadi və sosial-mənəvi idarəçilik institutunun mövcudluğunu ehtiva edir. Bu dövlətin sabit və multikultural ictimai-siyasi həyatı, təkmil mərkəzi və yerli idarəetmə sistemi, işlək qanunları olmalı, hər bir vətəndaşının imkan və bacarıqları hakimiyyət tərəfindən lazımi səviyyədə dəyərləndirilməli, hər bir vətəndaş etnik-dini və sosial mənsubiyyətindən asılı olmayaraq, yalnız şəxsi qabiliyyətinə görə proseslərə cəlb edilməli, ölkədə tam şəffaf və tolerant mühit yaradılmalıdır.
Konstitusiyada və azərbaycançılıq ideologiyasında irəli sürülən digər əsas tələb (norma) ümumazərbaycançılıq (ümumvətəndaşlıq) ideyasına söykənən milli birlik və vətəndaş həmrəyliyi prinsipidir. Bu prinsip müasir Azərbayvan dövlətçiliyinin təməlində dayanır və bütün digər siyasi, sosial-etnik maraqlardan üstün tutulur.
Ümumazərbaycançılıq qayəsinin təməlində ədalətli və hamı üçün məqbul sayılan ictimai həyat normalarına əməl edilməsi, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətinə bağlılığı, onu özünün güvənc yeri sayması, doğma Vətəni qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla multikultural birgəyaşayış normalarının bərqərar olması və s. kimi tələblər dayanır. Bu tələblərin həyata keçirilməsi və qorunması Azərbaycanda yaşayan, fəaliyyət göstərən, bu dövlətin idarəçiliyinə iddia edən hər bir vətəndaş və təşkilat üçün əsas olmalıdır. Əgər hər hansı şəxs və yaxud təşkilat yaşadığı cəmiyyəti, təmsil etdiyi dövləti, konstitusiya ilə müəyyənləşdirilmiş ölkədaxili münasibətlər və dəyərlər sistemini qəbul edirsə, deməli, dövlətin də bu sistemin təminatçısı olmasını mütləq qəbul etməlidir. Bir sözlə, bu rakursdan baxdıqda, konstitusiya normaları və azərbaycançılıq ideologiyası artıq hansısa bir siyasi liderin, partiyanın, yaxud siyasi təşkilatın deyil, ölkənin milli maraqlarına söykənərək, bütün Azərbaycan xalqının ümumi mənafelərinin ifadəsinə çevrilib. Belə olan halda, bu ideologiyaya müxalifətdə durmaq ümumxalq maraqlarına, ümumxalq fikrinə və mövqeyinə müxalifətdə durmağa bərabərdir.
Bir faktı da xüsusi vurğulamaq istərdik ki, başqa sahələrdə olduğu kimi, milli-ideoloji baxışlar sisteminin formalaşmasında da Heydər Əliyev həm tarixilik prinsipini, həm də varislik ənənələrini qoruyub saxladı. Ulu öndər Azərbaycanın XlX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış milli-vətənpərvər və maarifçi-demokrat ziyalılarının, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının birləşdirici ideya kimi irəli sürdükləri azərbaycançılıq ideologiyasına müraciət etdi. Və həm də, nəinki sadəcə müraciət etdi, onu real və dolğun məzmunla zənginləşdirərək dövlət siyasəti səviyyəsinə qaldırdı.
Konstitusiyamızda və milli ideologiyamızda dövlətçilik maraqları, milli birlik və vətəndaş həmrəyliyi prinsipləri ilə yanaşı, həm də yeni vətəndaş amilinə – millətini və xalqını sevən, dövlətinin yolunda hər bir fədakarlığa hazır olan, milli-mənəvi dəyərlərini yaşadan, dövlət dilini bilən və sevən, ədalətli və təşəbbüskar, fəal mövqeli və iradəli Azərbaycan vətəndaşı yetişdirilməsi ideyasına xüsusi önəm verilib. Heydər Əliyev Azərbaycan gənclərini sərbəst düşüncə tərzinə malik, cəmiyyətdə və dünyada gedən proseslərdən baş çıxara bilən, vətənpərvər, dövlətçilik təfəkkürü güclü olan savadlı, bacarıqlı, fəal insanlar kimi görürdü. Ümummilli lider deyirdi: “Biz elə bir nəsil yetişdirməliyik ki, o, öz dövlətini sevsin, onu qorumağı, yaşatmağı və bütün dünyada layiqincə təmsil etməyi bacarsın. Gənc nəsil öz milli adət-ənənələrinə sadiq olmalı, ana dilini, milli mədəniyyətimizi dərindən öyrənməli, eyni zamanda, bəşəri dəyərləri mənimsəməlidir”.
Beləliklə, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş ulu öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoylmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Azərbaycan dövləti quruldu, 1995-ci ildə müstəqil dövlətin Konstitusiyası qəbul edildi, dövlətçiliyin ideoloji əsasları – azərbaycançılıq məfkurəsi formalaşdırıldı. Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.
Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.
Похожие статьи
-
Azərbaycan respublikasının konstitusiyası
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür I. Hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan respublikasinin konstitusiyasi…
-
Azərbaycan respublikasının konstitusiyası və hüququn əsasları
Azərbaycan respublikasının konstitusiyası və hüququn əsasları 1.0.21. lokal normativ hüquqi akt — qüvvəsi bir və ya bir neçə dövlət orqanının çərçivəsi…
-
Azərbaycan konstitusiyası 2018
Azerbaycan Konstitusiyasi – Wikipedia 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın…
-
Azərbaycan respublikası konstitusiyası
Azərbaycan respublikası konstitusiyası 31.3.1. mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsü (qaydaları); Azərbaycan respublikası…
-
Azərbaycan konstitusiyası 2019
Azərbaycan konstitusiyası 2019 Azərbaycan dövlətinin konstitusiya statusu Konstitusiya quruluşunun əsasları Azərbaycan Respublikasının Konstitusiyasının…
Comments are closed, but trackbacks and pingbacks are open.