Press "Enter" to skip to content

Kurikulum. az

Bunlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır. İlk növbədə, məzmunu ifadə edən belə ümumi nəticələr hökumət tərəfindən təsdiq olunur. Onlar respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur.

Kurikulum nədir?

«Kurikulum» latın sözü olub, mənası «kurs», «yol» deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60-70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.

Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar «təhsil planı» kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: «Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir» (Ümumi təhsil sistemində dərslik siyasəti. Azərbaycanın təhsil siyasəti (1998-2005), II kitab. Bakı, «Təhsil», 2005). Azərbaycan Respublikasının Təhsil Qanununda bu anlyış bir daha konkretləşdirilmişdir: “Təhsil prоqramı (kurikulum) – təhsilin hər bir pilləsi üzrə təlim nəticələri və məzmun standartlarını, tədris fənlərini, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqоji prоsesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və mоnitоrinqinin aparılması sistemini özündə əks etdirən dövlət sənədi”(“Təhsil haqqında” Azərbaycan Respublikasının qanunu. Bakı, ”Hüqüq ədəbiyyatı”,2009). Göründüyü kimi, kurikulumlar mahiyyət etibarilə iki mühüm cəhəti əhatə edir. Əvvəla, təhsil sahəsində olan fəaliyyətlər (müəllim, şagird fəaliyyətləri nəzərdə tutulur) əhatə olunur. İkincisi, kurikulum konseptual xarakter daşıyır. Təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olur. Hazırda müstəqil Azərbaycan Respublikasının təhsil sistemi digər prinsiplərlə yanaşı, həm də demokratik və humanist prinsiplər üzərində qurulur. Onun nəticəsidir ki, Azərbaycanda tələbyönümlü kurikulumların yaradılması istiqamətində iş aparılır. Artıq ölkəmizin tarixində ilk dəfə olaraq belə kurikulumlar hazırlanmışdır. 2006-çı ildə «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş, 2010-cu ildə “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmişdir. Ümumi təhsilin fənn kurikulumları Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə təsdiqlənmiş, pedaqoji ictimaiyyətin istifadəsinə verilmişdir. Azərbaycanda hazırlanmış kurikulumlar təhsilin məqsəd və məzmununu, təlim strategiyalarını, qiymətləndirmə mexanizmlərini əhatə edir. Maraqlı tərəflərdən biri olan valideynlərin də tələbatlarına, arzu və istəklərinə uyğun qurulur
Milli Kurikulumun hazırlanmasında nəzərə alınmış tələbyönümlülük prinsipinin mahiyyətini necə başa düşmək olar?

Dünyanın təhsil quruculuğu təcrübəsində iki mühüm prinsipin olduğu məlumdur. Bunlardan birincisi təklifyönümlülükdür. Bu prinsipə əsasən, təhsil sahəsində görülən işlər yuxarıdan verilən tapşırıq və göstərişlər əsasında qurulur. Bu zaman təhsildə maraqlı olan, daha çox ictimaiyyəti təmsil edən tərəflərin ehtiyacları arxa planda qalır. Belə yanaşma qeyri-demokratik xarakter daşıdığından təhsildə şagird marağının aşağı düşməsi, valideyn-məktəb münasibətlərinin formal qurulması ilə nəticələnir.

İkincisi isə tələbyönümlülükdür. Bu prinsip təhsildəki bütün fəaliyyətlərin tələbatlar əsasında qurulmasını zəruri şərt kimi qarşıya qoyur. Bu zaman cəmiyyətin, o cümlədən marağı olan insanların ehtiyac və tələbatlarının öyrənilməsi ön plana çəkilir. Təhsilin məzmun və strateji cəhətdən qurulmasında ona istinad edilir.

Azərbaycanda təhsil islahatının ilk günlərindən bu məsələlərə xüsusi əhəmiyyət verilmiş, təhsildə “. bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” (Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı. Bakı, 1999) mühüm şərt kimi qarşıya qoyulmuşdur. «Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)» hazırlanarkən tələbyönümlülük əsas prinsiplərdən biri kimi nəzərə alınmışdır. Bunun üçün aşağıdakı tələblərin yerinə yetirilməsi istiqamətində işlər görülmüşdür:

•ilkin olaraq, təhsilin bütün sahələrinin, o cümlədən ümumi təhsilin vəziyyəti öyrənilmiş, onun hazırkı durumu müəyyənləşdirilmişdir;

•qloballaşma şəraitində Azərbaycan cəmiyyətinin inkişaf istiqamətləri öyrənilərək ümumiləşdirilmiş, yeni kurikulumlardakı standartların hazırlanmasında onlar nəzərə alınmışdır

•cəmiyyəti, xüsusən təhsildə maraqlı olan tərəfləri təmsil edən işçi qrupları yaradılmış, yeni kurikulumların hazırlanmasında onların qüvvəsindən istifadə olunmuşdur;

•kurikulumların hazırlanmış layihə variantlarının daha geniş miqyasda müzakirə olunmasına diqqət yetirilmişdir.Milli Kurikulumda tələbyönümlülük müəyyənləşdirilərkən Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramında təsbit olunmuş demokratikləşdirmə və humanistləşdirmə prinsiplərinə istinad edilmişdir.

Mənbə:Kurikulum.az
KuriKulum Dərslikləri:

Kurikulum .az

İlk sınaq dərsi ödənişsizdir,dərs Sizi tam qane etsə davam edə bilərsiniz.Derslər online qaydada zoom və digər texnologiyalar vasitəsilə keçirilir.Keyfiyyətə tam zəmanət var!

Online Kurikulum dərsləri Dərslər həftədə 2 dəfə ZOOM proqramı ilə keçirilir. Ətraflı : Təlimin müddəti :1,5 saat Dərslər facebookda bağlı qrupda canlı yayımlanır və qrupun yaddaşında saxlanılır. İstənilən vaxt

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında ədəbiyyat üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında coğrafiya üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında biologiya üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında tarix üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5 saat

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında fizika üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5 saat

Günümüzdə hər bir fənni daha yaxşı qavramaq üçün eyni zamanda liseylerə qəbul imtahanlarında, olimpiada və ya yarışlarda məntiqə geniş yer verilir. kurikulum tehsil sistemi uşaqlardan yalnız dərsi əzbərləməyi yox,

Eziz ve Deyerli valideyinler övladınızın tedris bünövresini düzgün qurmaq isteyirsiniz? O zaman men PEDAQOQ Resmiyye müellime 25 illlik iş tecrübem ile Mektebeqeder ve ibtidai sinif müellimesi olaraq şagirdlere eyani

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında Fizika üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5 saat

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında kimya üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5 saat

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında riyaziyyat üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında ədəbiyyat üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında azərbaycan dili üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında kimya üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5 saat

Məktəblilər üçün ingilis dili praktiki kurs üçün yeni qeydiyyat başladı Study Languages ​​Today komandası tələbələrə dilin qrammatikasını dərindən öyrənməyə kömək etmək üçün yeni ingilis dili dərsləri təklif

Azərbaycan dili fənnindən hazirlaşmaq istəyində olan şagirdlər buyurub müraciət edə bilər.Dərslər onlayn formada,həftənin 2-günu 1-saat, kurikulum sistemi ilə tərtib edilmiş kitablardan keçirilir.Əlavə olaraq ayda bir

Azərbaycan dili Ədəbiyyat Kurikulum Bu istiqamətlərdə MİQ və müəllimlərin sertifikasiyası imtahanlarına canlı və onlayn hazırlıq keçirəm. 6 il təcrübəm var. İlk dərs ödənişsizdir. Müqəddəs müəllim adını qazanmaq

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında riyaziyyat fənni üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında azərbaycan dili üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1

“ZE ACADEMY” Tədris Mərkəzi IX,X, XI sinif şagirdlər və məzunlar üçün 1 və 2 illik proqramlar əsasında bütün fənlər üzrə hazırlıq kurslarına qəbul elan edir. ● Həftədə 3 dəfə 1 saat və ya həftədə 2 dəfə 1.5

İndi kursa getmək üçün yollarda, marşrutlarda zaman, əlavə xərc itirməyə ehtiyac yoxdu. Bizimlə evinizdə, ofisinizdə, sizə uyğun, rahat istədiyiniz yerdə Skype, Zoom, Whatsapp (və ya digər istənilən görüntülü proqamlar)

Kurikulumdan onlayn hazırlıq.Miq,sertifikasiya ,miq bağça imtahanlarına hazırlaşanlar müraciət edə bilərlər.

Müəllimlərin işə qəbul imtahanlarına hazırlıq kursları MİQ Kurikulum hazirligi Hazırlıq üç predmet üzrə aparılır. Qiymət ferdi 220 , Qruppa 150 azn Ünvanlar: Bakı Nerimanov m/t #miq hazirliq kursu #miq #miq

MİQ hazirliq kurslari Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanlarına hazırlıq kursları Müəllimlərin işə qəbulu üzrə hazırlıq üç predmet üzrə aparılır. İxtisas Məntiq Kurikulum Qiymət hər fənn ayri ayrılıqda – 50

Mentiq dersleri Əziz müəllimlər və müəllim olmaq arzusunda olanlar.Imtahana hazirlasanlar Eləcədə Kurikulum və Məntiqdən imtahana hazırlaşanlar Siz də sertifikasıya imtahanlarına mükəmməl şəkildə hazırlaşmaq

Dövlət qulluğu, MİQ, Məntiq və kurikulum hazırlığı Dövlət qulluguna hazirliq Kursumuz dövlət qulluğu üzrə hazırlıq kursları tətbiq etməyə başlamışdır və buna uğurla davam edir. Hazırlıq Dövlət Qulluğu Məsələləri üzrə

Online kurs 1-4 siniflərdə kurikulum proqramına uyğun tədris Həftədə 3 və ya 4 gün 1.5 saat Azərbaycan dili ,riyaziyyat və digər fənlərdən hazırlıq

Digər elanlar

kurikulum .az

kurikulum .az kurslari 2023 , Bakida kurikulum .az kurslar, kurikulum .az dərsləri ucuz qiymete kurikulum .az kurslar keçirilir . kurikulum .az xidmeti. Azerbaycanda ucuz qiymete kurikulum .az . Online hazirliq kurslari.

Kurslar.az Bakida kurslar və Azərbaycanda kurslari bir yerə toplayan onlayn platformadır. Saytda müxtəlif kurslar ve təlimlər tapa bilərsiz. Kurslari saytda yerləşdirmək pulsuzdur. Onlayn Kursu sayta elavə edəndə kurs haqqında ətraflı məlumat və kursun qiymətini yazın. Müxtəlif kateqoriyada olan kursları sayta yerləşdirmək mümkündür. Rus dili, İngilis dili , Xarici dil kursları, Sürücülük kursları, Biznes təlimlər, Seminarlar, Onlayn kurslar, suruculuk kurslari, imtahana hazirliq ve abituriyent kurslari, komputer kurslari, proqramlasdirma ve dizayn kurslari.
© 2016 KURSLAR.AZ | info [@] kurslar.az | Bizimlə əlaqə

Fənn kurikulumlarının səciyyəvi xüsusiyyətləri

şagirdlərin təhsil alarkən,bilikləri qiymətləndirilərkən,savadı artırılarkən müasir texnalogiyalardan istifadə edilməsini nəzərdə tutur; uyğun təlim resurslarına və inzibati yardıma malik olur.

1.Fənn kurikulumları nəticəyönümlü xarakterə malikdir.Bu xüsusiyyət onu əvvəlki proqramlardan kəskin şəkildə fərqləndirir.Nəticəyönümlülük müasir kurikulumların hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsiplərdən biri hesab edilir. Təlim prosesində əldə olunacaq nəticələrin əvvəlcədən müəyyən edilməsi və onun məzmuna gətirilməsi bu prinsipin başlıca cəhətlərindən biri kimi dəyərləndirilir. Nəticəyönümlülüyün olması, ilk növbədə,təlim fəaliyyətlərinə əsaslanır, bütövlükdə təlim prosesinin mahiyyətini təşkil edən son nəticəni görməyə imkan verir.

Fənn kurikulumlarında təlim nəticələri müxtəlifdir: ümumi nəticələr, xüsusi nəticələr.

Bunlar həm məzmunu müəyyənləşdirmək, həm də qiymətləndirmə aparmaq baxımından əhəmiyyət daşıyır. İlk növbədə, məzmunu ifadə edən belə ümumi nəticələr hökumət tərəfindən təsdiq olunur. Onlar respublikada bütün fənlər üzrə ümumi təhsilin məzmununu ifadə edir. Məzmun xətləri və siniflər üzrə hazırlanmış nəticələr isə ümumi nəticələrə uyğun xüsusi nəticələr kimi təsdiq olunur.

2. Fənn kurikulumları şagirdyönümlülüyü ilə seçilən sənəddir. Fənn kurikulumlarında öz əksini tapan bütün nəticələr şagirdlərə, onların inkişafının izlənməsinə yönəldilmişdir. Fənnin ümumi məsələlərindən biri kimi məqsəd və vəzifələrin belə müəyyənləşdirilməsində şagird şəxsiyyətinin formalaşması və inkişafı diqqət mərkəzində saxlanılmışdır. Onların sinifdən-sinfə, bir təhsil pilləsindən digərinə keçməsinin tənzimlənməsi, inkişafının istiqamətləndirilməsi ön planda saxlanılmışdır. Şagirdin idrakı, hissi və psixomotor bacarıqlarının müəyyən olunmuş həddə çatması üçün humanist və demokratik prinsiplərə söykənən iş üsulları və formalarının seçiləcəyi, ən müasir texnologiyalardan istifadə olunacağı göstərilmişdir. Fənn kurikulumlarında şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə işin məzmunu bilavasitə bir subyekt kimi təlim alanlara yönəldilmişdir.

Qiymətləndirmə standartlarında şagirdlərin fəaliyyəti, üzərində işlədikləri məzmun və şərait elementləri ilə yanaşı, onların əldə edəcəkləri minimum nailiyyətlər də ifadə edilmişdir. Şagird şəxsiyyətinin bütün parametrlərdə inkişaf istiqamətləri diqqət mər-kəzində saxlanılmışdır.

3. Fənn kurikulumları konseptual sənəddir. “Azərbaycan respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)” sənədindəki müddəalar respublikada hər hansı fənn üzrə fəaliyyətlər sistemini ümumiləşdirmək baxımından konseptual xarakter daşıyır. Ona görə də fənn kurikulumları öz növbələrində həm də çərçivə sənədi hesab edilir. Ondan sonra hazırlanacaq məktəb

və sinif kurikulumlarının ümumi prinsiplərini əks etdirir. Fənn kurikulumları hər bir fənn üzrə məqsəd, vəzifə, məzmun, texnologiya və qiymətləndirmə məsələlərini əhatə etməklə çoxçeşidli iş parametrlərini əlaqəli şəkildə ümumiləşdirir. Nəticələr şəklində olan məzmun təhsil pillələri və siniflərə aid məzmun xətləri üzrə kurikuluma daxil edilir. Standartlar səviyyəsində təqdim olunmuş siniflər üzrə nəticələrin sərhəddi standartlar və altstandartların (bençmarkların) hüdudunda müəyyənləşdirilir.

4. Fənn kurikulumları inteqrativ xarakter daşıyır. Bu, ilk növbədə, onun ümumtəhsil məktəbləri üçün hazırlanması və şagird şəxsiyyətinin formalaşmasına imkan yaratması, şagirdlərdə həyati bacarıqların formalaşdırılması, onların davamlı

fəaliyyət üçün hazırlanması ilə bağlıdır. Ona görə də kurikulumlarda əks olunmuş təlim nəticələri (təlim standartları) biri digərini tamamlamaq, möhkəmləndirmək,davam etdirmək baxımından elə ardıcıllıqla verilir ki, onların vasitəsilə şagird şəxsiyyətinin formalaşmasını və inkişafını izləmək mümkün olur. Bu əlaqələr məzmun və istiqamətinə görə iki yerə ayrılır: şaquli inteqrasiya, üfüqi inteqrasiya.

Şaquli inteqrasiya daha çox fənnin siniflər və mərhələlər arasındakı əlaqəsini,üfüqi isə müxtəlif, lakin uyğun gələn fənlərin əlaqəsini ehtiva edir. Bütün hallarda şagirdlərin inteqrativ standartlar əsasında ölçülə bilən bacarıqlara yiyələnmələri

diqqət mərkəzində saxlanılır.

5. Fənn kurikulumları qabaqlayıcı xarakter daşıyır. Bu, onun konseptuallığından irəli gəlir. Kurikulumlar bütün təlim nəticələrini əks etdirməklə sonrakı nailiyyətləri fərz etməyə imkan yaradır. Öyrənmə prosesində əldə edilən nailiyyətin hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün şərait əmələ gəlir. Bəzən yeni kurikulumların izahedici xarakterə malik olduğu göstərilir. Təbii ki, belə bir yanaşma yeni kurikulumların nəticəyönümlü xarakterini, onun qabaqlayıcı funksiyasını zəiflədir.

Bütün bunlarla yanaşı, fənn kurikulumları həm də:

– müxtəlif bacarıqların öyrənilməsini nəzərdə tutan balanslaşdırılmış və əhatəli yanaşmanı özündə saxlayır;

– təlimin fəal üsullarından istifadə olunmaqla məzmun standartlarının səviyyəsinə çatmağa imkan yaradır;

– şagirdlərin bilik və anlayışlarının daim qiymətləndirilməsini, tədris ili ərzində düzəlişlərin edilməsini nəzərdə tutur;

– şagirdlərin təlimə cəlb olunmasını, davamlı təhsilə hazırlanmasını və həvəsləndirilməsini təmin edir;

– şagirdlərin təhsil alarkən, bilikləri qiymətləndirilərkən, savadı artırılarkən müasir texnologiyalardan istifadə edilməsini nəzərdə tutur;

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.