Press "Enter" to skip to content

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan türkcəsi əlifbasının bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Ərəb əlifbası ilə tanışlıq

Maraqlı və mühüm bölümü öyrənməzdən öncə, aşağıdakı suallara cavab verək:

  • Hansı nəticələri gözləyirik?
  • Bölümü bitirdikdən sonra hansı bacarıqlar əldə edəcəyik?
  • Nə etmək lazımdır?

“Ərəb əlifbası” bölümünü bitirdikdən sonra mən nə biləcəyəm?
Hansı çalışmaları həll etmək lazımdır.

Gəlin, ərəb əlifbası ilə tanış olaq. İlk hərf “əlif” adlanır. Bu şəkildədir: ‎ا‎

ا hərfinin tələffüzü və yazılışı
Şparqalka ا
ا hərfinin yazılışı
“ا hərfi” mövzüsunda materialın təsbiti
‎ب‎ ‎ت‎ ‎ث‎ hərfləri

Bu bölüm ərəb əlifbasının ‎ب‎ ‎ت‎ ‎ث‎ hərflərinə həsr olunub. Sizin də gördüyünüz kimi, onlar bir-birlərinə bənzəyir. Sadəcə nöqtələrə görə fərqlənirlər.

ب hərfinin tələffüzü və yazılması
Köçürmək ب hərfi
ت hərfinin tələffüzü və yazılması
Köçürmək ت hərfi
ت hərfinin tələffüzü və yazılışı
Köçürmək ث hərfi
ب ت ث hərflərinin yazılışında bənzərlik
ب ت ث hərflərinin yazılışı
Mövzunun təsbiti: ب ت ث hərfləri
‎ج‎ ‎ح‎ ‎خ‎ hərfləri

Bu bölümdə siz növbəti hərfləri – ‎ج‎ ‎ح‎ ‎خ‎ öyrənəcəksiniz. Siz onların necə düzgün yazılmasını, tələffüzündəki bəzi xüsusiyyətləri biləcəksiniz. ‎ج‎ ‎ح‎ hərfləri incədir, ‎خ‎ hərfi isə qalındır. Bundan başqa ‎ح‎ və ‎خ‎ hərflərinin tələffüzlərini çox zaman qarışdırırlar.

ج hərfinin tələffüzü və yazılışı
Köçürmək ج hərfi
ح hərfinin tələffüzü və yazılışı
Köçürmək ح hərfi
خ hərfinin tələffüzü və yazılışı
Köçürmək خ hərfi
ج ح خ hərflərinin yazılışında bənzərlik / ح خ hərflərinin tələffüzündə bənzərlik
ج ح خ hərflərinin yazılışı
Mövzunun təsbiti: ج ح خ hərfləri
‎د‎ ‎ذ‎ hərfləri

Bu bölümdə siz ərəb əlifbasının iki hərfi – ‎د‎ ‎ذ‎ öyrənəcəksiniz. Siz bu hərflərin yazılışı və tələffüzü haqqında ətraflı məlumat alacaq, onların tələffüzü ilə bağlı geniş yayılmış səhvlərdən xəbərdar olacaqsınız. Bölümün sonundakı test tapşırıqları sizə əldə edilmiş biliklərin yoxlanılması imkanı verəcək.

د hərfinin tələffüzü və yazılışı
Köçürmək د hərfi

ذ hərfinin tələffüzü və yazılışı/ dişlər arası tələffüz olunan ث ذ hərflərinin tələffüzünün müqayisəsi

Köçürmək ذ hərfi
د ذ hərflərinin yazılışında bənzərlik
د ذ hərflərinin yazılışı
Mövzunun təsbiti: د ذ hərfləri
‎ر‎ ‎ز‎ hərfləri

Bu bölümdə siz əlifbanın daha 2 hərfi – ‎ر‎ və ‎ز‎ öyrənəcəksiniz. Bu hərflər yazılışda çok bənzərdirlər, sadəcə nöqtəyə görə fərqlənirlər. Tələffüzlə bağlı hər iki hərfin özünəməxsus xüsusiyyətləri var. Məsələn, ‎ز‎ hərfi vıyıltılı hərflərə aiddir.

ر hərfinin tələffüz və yazılışı / ر د hərflərinin yazılışında bənzərlik
Köçürmək ر hərfi
ز hərfinin tələffüz və yazılışı / ز ذ hərflərinin yazılışında bənzərlik
Köçürmək ز hərfi
ر ز hərflərinin yazılışı
Mövzunun təsbiti: ر ز hərfləri
‎س‎ ‎ش‎ hərfləri

Bu bölümün dərsləri ‎س‎ ‎ش‎ həsr olunub. Bu hərflər tələffüzdə bəzi xüsusiyyətlərə malikdir. ‎س‎ hərfi vıyıltılı, ‎ش‎ hərfi isə fışıltılı hərfdir. Həmçinin, yazılışa görə bu hərflər bənzərdir.

س hərfinin tələffüzü və yazılması
Köçürmək س hərfi
ش hərfinin tələffüz və yazılışı / س ش hərflərinin yazılışında bənzərlik
Köçürmək ش hərfi
س ش hərflərinin yazılışı
Mövzunun təsbiti: س ش hərfləri
‎ص‎ ‎ض‎ hərfləri

Bu bölümdə siz əlifbanın növbəti hərfləri ‎ص‎ və ‎ض‎ öyrənəcəksiniz. Bu hərflər qalındır. ‎ض‎ hərfi sadəcə ərəb dilində mövcud olan unikal səs verir. Buna görə bəzən ərəblər deyir ki, ərəb dili ” ‎ض‎ hərfinin dilidir”.

ص hərfinin tələffüzü və yazılması
Köçürmək ص hərfi
ض hərfinin tələffüz və yazılışı / ص ض hərflərinin yazılışında bənzərlik
Köçürmək ض hərfi
ص ض hərflərinin yazılışı
Mövzunun təsbiti: ص ض hərfləri
‎ط‎ ‎ظ‎ hərfləri

‎ط‎ və ‎ظ‎ hərfləri bu bölümün mövzusudur. ‎ط‎ hərfi ərəb dilinin ən qalın və möhkəm hərfidir. Yeni başlayan tələbələr çox zaman bu hərfi ‎ت‎ ilə qarışdırırlar.

‎ظ‎ hərfi də qalın hərfdir. Yazılışa görə ‎ط‎ hərfinə bənzəyir və sadəcə nöqtə ilə fərqlənir. Bu hərfin bir başqa xüsusiyyəti budur ki, dişlər arası tələffüz olunur və onun tələffüzündə vıyıltı olmamalıdır.

ط hərfinin tələffüz və yazılışı / ط ت hərflərinin tələffüzünün müqayisəsi
Köçürmək ط hərfi

Произношение и написание буквы ظ / схожесть в написании букв ط ظ/ сравнение произношения межзубных букв ث ذ ظ

Köçürmək ظ hərfi
ط ظ hərflərinin yazılışı
Mövzunun təsbiti: ط ظ hərfləri
‎ع‎ ‎غ‎ hərfləri

Bu bölümün mövzusu ‎ع‎ ‎غ‎ boğaz hərfləridir. Yazılış və tələffüzünə görə bənzər olduqlarından yeni öyrənənlər tez-tez bu hərfləri qarışıq salır. ‎ع‎ hərfi incə, ‎غ‎ hərfi isə qalındır.

ع hərfinin tələffüzü və yazılışı
Köçürmək ع hərfi
غ hərfinin tələffüzü və yazılışı
Köçürmək غ hərfi
ع غ hərflərinin yazılış və tələffüzündə bənzərlik.
ع غhərflərinin yazılışı
Mövzunun təsbiti: ع غ hərfləri

Bu bölüm ərəb əlifbasının növbəti hərfi – ‎ف‎ həsr olunub. Bu bölümü öyrəndikdən sonra siz, ‎ف‎ hərfini düzgün tələffüz edib, yaza biləcək, onun bəzi xüsusiyyətlərini yadda saxlayacaqsınız.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

Türkiyədə də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı

01.08.2021 ~ 09.03.2023

Ulu əcdadlarımız olan albanların 52 hərfdən ibarət əlifbası var idi. Ölkədə İslam dininin yayılması ilə əlaqədar ərəb əlifbasından geniş istifadə olundu, yüz illər boyu ərəb dili din, elm və təhsil dili rolunu oynadı. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikası Azərbaycan türkcəsinin səs sistemini dolğunluğu ilə əks etdirə bilmir, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmırdı. Bu çatışmazlıqlar Mirzə Fətəli Axundzadə başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarında əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Amma o vaxt bu ideyanı həyata keçirmək mümkün olmadı.

1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu, yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi.

Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı. 1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan türkcəsi əlifbasının bərpası üçün tarixi şərait yarandı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı.

Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzaladı. Bu fərmanla 1 Avqust Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edildi.

Comments are closed, but trackbacks and pingbacks are open.