Azərbaycan mədəniyyəti
Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan mədəniyyəti
Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı özünün tarixi, maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə haqlı olaraq fəxr edir.
Londonun Viktoriya və Albert, Parisin Luvr, Vaşinqtonun Metropoliten, Vyananın, Romanın, Berlinin, İstambulun, Tehranın, Qahirənin zəngin muzey kolleksiyalarında Təbriz, Naxçıvan, Gəncə, Qazax, Quba, Bakı, Şəki, Şamaxı və Qarabağ ustalarının bacarıqlı əlləri ilə yaradılmış sənət nümunələrini nümayiş olunur.
Azərbaycan ərazisində qazıntılar zamanı tapılmış maddi-mədəniyyət nümunələri göstərir ki, hələ eramızdan əvvəl II minillikdə tuncdan zərif formalı qablar, xəncərlər, baltalar, kəmərlər və s. zinət şeyləri düzəldilib həyat və məişətdə istifadə edirlibmiş. Bunlar isə misgərlik və zərgərlik kimi sənət növlərinin qədimliyindən xəbər verir.
Təsviri sənətin ən qədim nümunələri arasında Qobustan qaya təsvirləri, Kəlbəcər rayonunun Zalxa gölü ətrafında Ayıçınqılı və Pəriçınqıl dağlarındakı tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid rəsmlər, Ordubad şəhərindən şimalda Gəmiqaya dağlarındakı qayaüstü təsvirlər müstəsna əhəmiyyətə malikdir. Azərbaycan qədim zamanlardan bəri təsviri sənət əsərləri ilə yanaşı, xalq sənətinin bir qolu olan memarlıq əsərləri ilə də zəngindir. Bakıdakı Qız qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatın və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki xanları sarayının divarındakı rəsmlər və s. memarlıq sənətinin nadir inciləridir.
Qobustan qayaüstü təsvirləri arasında “Yallı” (rəqs) oynayan insanların təsviri xüsusi maraq doğurur. Bu təsvirlər Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağından xəbər verir.
Zəngin mədəni irsə malik olan Azərbaycan xalqının Vətəni Odlar yurdu, eyni zamanda sehrkar musiqi diyarı kimi də məşhurdur.
Dünya musiqi mədəniyyəti xəzinəsini öz nadir inciləri ilə zənginləşdirən Azərbaycan musiqisinin çoxəsrlik ənənələri vardır. Bu ənənələri nəsldən-nəslə yaşadaraq böyük və zəngin bir irs yaradan xalq musiqi yaradıcılarının Azərbaycan musiqisinin inkişafında böyük xidmətləri olmuşdur.
Azərbaycan milli musiqi sənətində xalq mahnıları, rəqslər, aşıq yaradıcılığı da özünəməxsus yer tutur.
Hazırda “Azərbaycan Muğamı”, “Azərbaycan Aşıq Sənəti” , “Novruz”, “Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti”, “Tar və Onun İfaçılıq Sənəti”, “Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu”, “Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması”, “Lahıcın misgərlik sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
Klassiklərimizin və müasirlərimizin yaratdıqları ədəbi əsərlər dünya mədəniyyəti xəzinəsində özünəməxsus şərəfli yer tutur. M.F.Axundovun, N.Vəzirovun, M.S.Ordubadinin, Q.Zakirin, M.Ə.Sabirin, C.Məmmədquluzadənin, M.P.Vaqifin, M.V.Vidadinin və bir çox başqa şair və yazıçılarımızın yaratdığı əsərlər indi də öz yüksək bədii-estetik əhəmiyyətini itirməmişdir.
Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tətbiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.
Azərbaycan mədəniyyəti
Azərbaycanda yaşayan xalqların və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti / From Wikipedia, the free encyclopedia
Azərbaycan mədəniyyəti (azərb-ərəb. آذربایجان مدنیتی [qeyd 1] ) — azərbaycanlıların, Azərbaycan etnik qruplarının və tarixən mövcud olmuş dövlətlərin mədəniyyəti. ХI-ХIII əsrlərdə Səlcuqlar və Hülakülər dövründə türk oğuz tayfalarının Şərqi Zaqafqaziya və İran Azərbaycanına gəlişi ilə Azərbaycan xalqı formalaşmağa başlamış və bu proses XV əsrin sonlarına qədər davam etmişdir. [1] [2] Azərbaycan ədəbi dili XIII əsrdə formalaşmağa başlamış, XIV–XV əsrlərdə isə yazılı Azərbaycan ədəbiyyatı ortaya çıxmışdır. [3] XVI əsrdə Azərbaycan türkləri tərəfindən qurulan [4] Səfəvilər imperiyasında Azərbaycan dili dövlət dili olaraq istifadə edilirdi. [5]
Əsrlər boyunca Azərbaycan dili bütün Persiya, Qafqaz və cənub-şərqi Dağıstanda linqva franka kimi ticarətdə və etnik qruplar arası qarşılıqlı münasibətlərdə istifadə edilib. [6] İranda uzun müddət azərbaycandilli sülalələrin hakimiyyətdə olması fars dilinə idarəçilik, titul adları və hərbi terminologiyada bir çox azərbaycanizmlərin daxil olmasına gətirib çıxarmışdır. [3] Azərbaycan ədəbiyyatının geniş inkişaf etdiyi Səfəvi dövründə Azərbaycan dastanları Osmanlı, Çağatay və fars ədəbiyyatlarına nüfuz etmiş, [7] XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq sənəti nümunələrini öz əlifbaları ilə qeydə almışdır. [8] Orta əsrlərdə formalaşmış Azərbaycan xalçaları Asiya və Avropada məşhurlaşmış, [9] Azərbaycan xalçaçılarının ideya və bacarıqları bütün Qafqazda hiss edilmişdir. [10]
XIX əsrdə Azərbaycanın Rusiyanın tərkibinə daxil olmasıyla burada yaşayan insanlar Rusiya mədəniyyəti ilə və onun vasitəsilə də dünya mədəniyyəti ilə tanış olurlar. XIX əsrin sonu-XX əsrin əvvəlləri Azərbaycanda milli oyanış — mədəni Renessans dövrü (maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı) baş vermişdir. [11] [12] Bu dövrün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular. [13] Azərbaycan əlifba islahatı isə Türk yazı inqilabına başçılıq etmiş, bütün Türk dünyasına birbaşa təsir etmişdir. [14] Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkədir. Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlətdir. [15]
Azərbaycanlıların tarixi topluluğu cənubda Qızılüzən çayından şimalda Böyük Qafqaz dağlarına, şərqdə Xəzərdən qərbdə Gürcüstan və Ermənistana qədər olan ərazidə ortaya çıxmışdır. İranda Azərbaycan dili az qala Qəzvinə qədər danışılır, [16] Gəlucah isə Azərbaycan linqvistik ərazisinin ən şərq nöqtəsi sayılır. [17] XV əsrdə Azərbaycan mədəniyyətinin iki mərkəzi formalaşmışdır: Cənubi Azərbaycan və Aşağı Qarabağ. [1] Azərbaycan mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri 2021-ci ildən Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. [18]
Azərbaycanlılar Qafqaz, [19] türk [20] və İran elementləri daşıyan irsə malikdirlər. [21] [22] Azərbaycanda İslamın yayılmasıyla İslam mədəniyyəti inkişaf etmiş, [1] İslam dininin təsiri Azərbaycan mədəniyyətinin mayasına hopmuş, digər mədəni elementlərlə birləşmişdir. [23] XIX əsrin sonu-XX əsrin əvvəlləri milli oyanış dövründə Qərb dəyərləri və təşkilatları Azərbaycanda tətbiq edilmiş, [12] 2001-ci ildən Azərbaycan Avropa Şurasının üzvü olmuşdur. [24] Hal-hazırda, 6 müstəqil türk dövlətindən biri olaraq, Azərbaycan Türk Dövlətləri Təşkilatı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının aktiv üzvüdür.
Azərbaycanda UNESCO tərəfindən qeydə alınmış 3 Ümumdünya irsi, 19 qeyri-maddi mədəni irs, 2 əlyazma toplusu, 3 yaradıcı şəhər var. Dağlıq Qarabağ münaqişəsinə görə torpaqlarını tərk etmiş Qarabağ və Şərqi Zəngəzur azərbaycanlılarının repatriasiyası üçün “Böyük Qayıdış” layihəsi davam etdirilir, ərazidə ziyan görmüş Azərbaycan mədəniyyət abidələri bərpa edilir. [25]
Azərbaycan mədəniyyəti XX əsrdə
XX əsrdə Azərbaycanda kulturoloji fikrin inkişaf tarixini və onun əsas istiqamətlərini bilmək cəmiyyətimiz üçün olduqca vacib məsələlərindən biridir.XX əsr Azərbaycan kulturoloji fikir tarixi, yüksələn xətlə inkişaf etmişdir. Bunu biz XX əsr Azərbaycan mədəniyyətin inkişaf tarixi ilə tanış olduqda bir daha onun şahidi oluruq. Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Azərbaycan mədəniyyətinin zənginləşməsində XX əsr məhsuldar bir mərhələ kimi özünəməxsus yer tutmuşdur. Tarixin bu dövrü Xüsusiyyətləri, tarixi – ictimai şəraiti ilə fərqləndiyindən bütün bunlar istər – istəməz mədəniyyət və incəsənət sahəsində də öz dərin izini buraxmışdır.Baş verən ictimai – tarixi, siyasi dəyişmələr milli mədəniyyət və incəsəntdə öz təsirini təzahür etdirsə də, ümumiyyətlə, inkişaf nöqteyi nəzərindən bu dövrü məhsuldar bir mərhələ kimi səciyyələndirmək olar.
Əsrin əvvəllərində milli maarifpərvər qüvvəllərin mədəni inkişaf uğrundakı mübariz fəaliyyətləri, həyata keçirdikləri tədbirlər, mədəniyyət və incəsənətin ayrı-ayrı sahələrinin təşəkkülü, Azərbaycanda kulturoloji fikrin inkişafına çox ciddi təkan verdi . Azərbaycan xalqının görkəmli ziyalıları N.Nərimanov, H.Zərdabi, C.Məmmədquluzadə, R.Əfəndiyev, Ə.Haqverdiyev, N.Vəzirov, Ü.Hacıbəyov, M.Maqamayev, Ə.Əzimzadə, M.M. Nəvvab və onlarla digərləri öz müqəddəs niyyət və arzularında yekdil idilər: ölkənin mədəniyyətini yüksəltmək, kölə vəziyyətində olan savadsızları təlim – təhsilə cəlb etmək, xalqın nümayəndələri içərisindən qabiliyyətli və istedadlı şəxsləri üzə çıxartmaq, Azərbaycan maddi və mənəvi sərvətlərini bütün bəşəriyyətə tanıtmaq və s. Qeyd etmək lazımdır ki, bu müqəddəs tarixi vəzifəni həyata keçirən görkəmli şəxsiyyətlər xalq qarşısındakı bu öhdəçiliyi şərəflə yerinə yetirdilər. Əsrin əvvəllərində Azərbaycan həm iqtisadi, həm siyasi, həm də mədəni cəhətdən geridə qalmış ucqarlardan biri olmasına baxmayaraq mədəniyyətin ayrı-ayrı sahələrində irəliləyişlər hiss edilməkdə idi. Artıq bu dövrdə Azərbaycanda milli dramturgiyanın, teatrın, mətbuatın, professional musiqinin əsası qoyulmuşdur. Hələ milli teatrın qoyuluşundan əvvəl yazılan mükəmməl realist dram əsərlərinin meydana gəlməsi Milli teatrların tarixində nadir hadisələrdən idi.
Belə ki, 1873-cü ilin mart və aprel aylarında göstərilən “Lənkəran xanının vəziri” və “Hacı Qara” tamaşaları ilə Azərbaycan teatrının tarixi başlayır. XX əsrin əvvəllərində kulturoloji fikrin inkişafının şanlı səhifələrindən birini, ilk növbədə ədəbiyyat təşkil edirdi. Bu əsr milli ədəbiyyatada yeni intibah dövrünün başlanğıcı oldu: inqilabi – demokratik ədəbiyyatın nümayəndələri hesab edilən C.Məmmədquluzadə,M.Ə.Sabir, N.Nərimanov, Ə.Haqverdiyev, Əli Nəzmi, M.S.Ordubadi, Əliqulu Qəmkusar, Mirzə Əli Möcüz, Bayraməli Abbaszadə, realist – maarifpərvər yazıçılar S.Axundov, Ü.Hacıbəyov, A.Şaiq, S.M.Qənizadə, R.Əfəndiyev, Y.B.Çəmənzəminli, İ.Musa-bəyov, Marağam Zeynalabdin, habelə romantik ədəbiyyatın nümayəndələri Məhəmməd Hadi, H.cavid, A.Səhhət, A.Divanbəyoğlu, ədəbiyyatşünas Firudin bəy Köçərli, məhz XX əsrin yetişmələri sayılır. Ədəbiyyatda yumor və satira böyük sənətkarların qələmi ilə kulturoloji səviyyəyə qaldırılmış, bəşəri ideyalar cəhətdən mənalandırılmışdır. Bu cəhətdən C.Məmmədquluzadə, M.Ə.Sabir yaradıcılığı müstəsnalıq təşkil edir, xalqımızın bu mötəbər ziyalıları xalq həyatının bütün sevincli və kədərli, işıqlı və kölgəli, yeni və köhnə mənzərələri ilə ədəbiyyata gətirən, söz sənətini xalq qurtuluş və səadəti üçün səfərbər etməyi vacib vətəndaş vəzifəsi sayan öncül ədiblərdəndir. C.Məmmədquluzadənin yaradıcılığında dramaturji fəaliyyət mühüm yer tutaraq Azərbaycan ədəbiyyatına “Çay dəsgahı” (1889) kimi alleqorik mənzum əsəri, “Ölülər” (1909), “Danabaş kəndinin məktəbi” (1971), “Anamın kitabı” (1920) kimi dəyərli bədii əsərlər bəxş etmişdir. Bu əsərlər hazırda müasir teatr afişalarından düşməyən komediyalar, dramlardır. Bu əsərlərin həmişə yaşarlığı onların mövzularının həqiqi reallıqlardan, ictamai mübarizələrdən, canlı məişətindən götürülməsidir. Ümumiyyətlə, C.Məmmədquluzadə ictimai inkişaf tarixində dramaturqluqla yanaşı, görkəmli jurnalist kimi də məşhurluq tapmışdı. Belə ki, əsrin əvvəllərində milli mətbuatdan formalaşması üçün kulturoloji əhəmiyyət kəsb edən məşhur “MollaNəsrəddin”in nəşri onun adı ilə bağlıdır.
Milli mətbuat tarixində ilk inqilabi – demokratik satirik məcmuə olan “Molla Nəsrəddin” 1906-cı ilin aprelin 7-də Tiflisdə “Qeyrət” Mətbəəsində nəşrə başladı. Məcmuənin belə adlandırılması milli xalq ədəbiyyat – ənənələri, güclə Şərq kaloriti ilə sıx bağlılığı ilə izah edilirdi. Jurnalın çox maraqlı, rəngarəng proqramı vardı: məqalələr, kəskin tənqidlər, felyetonlar, məzhəki şerlər, məzhəki teleqramlar, satirik hekayələr, lətifələr, poçt qutusu, məzhəki elanlar, karikatura və illüstrasiyalar. “Molla Nəsrəddin” satirik məcmuəsi daha sonralar milli Azərbaycan mətbuatının inkişafında, uşaq mətbuatının yaradılmasında möhtəşəm rol oynadı. Əsrin əvvəllərində Molla Nəsrədinçi kimi məşhurluq qazanan görkəmli satirik ustadlardan biri də M.Ə.Sabir oldu. Klassik şair S.Ə.Şirvanin şagirdi olmuş Sabir XX əsr ədəbiyyatının zənginləşməsində görkəmli xidmətləri olmuşdur. Belə xidmətlərdən ən önəmlisi onun Azərbaycan şerinə tamamilə yeni bir ruh, yeni həyat, yeni məzmun, yeni söz kəsəri göstərməsidir. Şair M.Ə.Sabir bütün düşüncə, mülahizə və təsvirlərini uca, qəhqəhəli, sağlam bir ictimai mənalı gülüşlə bədii şəkildə ifadə edildi. XX əsr Azərbaycan şeriyyətində xüsusi yeri olan şairlərdən biri Səməd Vurğun hesab edilir. Yaşadığı dövrdə S.Vurğunun “Şairin andı” (1930), “Fanar” (1932), “Könül dəftəri” (1934), “Şerlər (1935), “Azad ilham” (1939), “Talıstan” (1940), “Səadət uğrunda” (1942), “İstiqbal təranəsi” (1947), “Muğan” (1950), “Dünyanın xəritəsi” (1951), “Aygün” (1956) adlı kitabları nəşr olunmuşdur. XX əsr Azərbaycan dramaturgiyasında xüsusi xidmətləri olan sənətkarlardan biri də İlyas Əfəndiyev (1914) idi. Onun “Unuda bilmirəm”(1968), “Məhv olmuş gündəliklər”(1969), “Mahnı dağlarda qaldı”(1971), “Bağlardan gələn səs”(1976), “Xurşudbanu-Natəvan” (1982), “Büllur sarayda”(1984) adlı pyestləri Azərbaycan Dövlət Dram Teatrının repertuarının daimi tamaşalarındandır. İ.Əfəndiyev dramaturgiyada müasir mövzulara dalıb böyük üstünlük verirdi. Bir sıra pyeslərində isə, (“Mahnı dağlarda qaldı”, “Natəvan”) tarixi hadisə və şəxsiyətlərin bədii təcəssümünə də üstünlük verilmişdir. XX əsrin sonlarında baş verən ictimai-siyasi hadisələr, milli şüurun güclü oyanışı əbədi mühitin saflaşmasına demokratik prinsiplərin daha üstünlük kəsb etməsinə güclü zəmin yaratdı. Yeni ədəbi nəsl nümayəndələrinin yaradıcılığı mühüm yer tutdu.
XX əsr Azərbaycan kulturoloji fikirin inkişafının çiçəklənməsində müstəsna əhəmiyət kəsb edən hadisələrdən biri də milli teatr incəsənətinin inkişafda idi. Hələ əsası yuxarıda qeyd etdiyimiz kimi XIX əsrin 70-ci illərində qoyulan Azərbaycan professional teatrının inkişafı üçün yeni- əsr mühüm əhəmiyyət kəsb etməyə başladı. Bu tərəfdən, öz gözəl və rəngarəng istedadları ilə fərqlənən yeni dramaturqların formalaşması digərtərəfdən aktyor rejissor nəslinin yetişməsi teatrın müxtəlif janrlarının Azərbaycanda təşəkkünülə çox əhəmiyətli təsir göstərir. C.Zeynalov, H.Ərəblinski, M.A. Əliyev, H.Sarabski, Əbülfət Vəli, Əlvəndi kimi ilk aktyorlar əsrin əvvəllərində milli teatrın inkişafına zəmanət verənlər olmuşlar. Daha sonralar, sovet dövründə Azərbaycan teatr sənəti mədəniyyətin ən aparıcı sahələrindən birinə çevrildi. Sovet hakimiyyətinin ilk illərində Şərqdə ilk teatr kimi tanınan “Tənqid və Təbliğ” teatrı (1921-ci il 13 noyabr) öz ətrafında S.S. Axundov, M.S. Ordubadi, A. Şaiq, Ə. Haqverdiyev, C.Cabbarlı, C. Məmmədquluzadə kimi görkəmli ədibləri ətrafında birləşdirdi. 1926-cı ildə isə, professional milli teatrı “Dövlət Türk Akademik teatrı” adlanmağa başlayaraq fəaliyyətini davam etdirdi. Həmin teatırda uzun illər rejisorluq edən A.Tuqanovun fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Yaradıcılığı bu illərdən başlayaraq həmin teatr bir sıra milli, rus, gürcü, digər bəşəri müəllif dramaturqların pyeslərini səhnələşdirən tamaşaya qoymuşlar. “Küləklər şəhəri”, “Relslər uğuldayır”, “Konstantin Terexin”, “Hücum”, “Siqnal”, “İnqa”, “Qəzəb”, “Hind qızı”, “Paris Notrdam kilsəsi”, “Yanğın”, “Yollar”, “Gizli əl”, “Kölgə” və s. əsərləri müvəffəqiyyətlə səhnələşdirmişdir. Artıq XX əsrimn 30-cu illərində respublikada digər yeni teatr – kimi tamaşaçılar teatrı öz fəaliyyətinə boşlayaraq Azərbaycan teatr sənətinin yüksəlişinə əhəmiyyətli tövhələrini bəxş etdi.Teatr təkcə bakıda deyil, Azərbaycanın digər regionlarnıda yaranmağa başlayır: Gəncədə, Naxçıvanda, Lənkərandə, Ağdam, Şamaxı, Ağdaşda da teatrlar fəaliyyət göstərməyə başlayır. XX əsr Azərbaycan kulturoloji fikir tarixindən danışarkən professional musiqinin formalaşması, inkişafını da nəzərdən keçirmək mütləq vacibdir. Bu sahədə xüsusi xidmətləri olan görkəmli bəstəkarlar Ü. Hacıbəyov, M. Maqomayevin adlarını qeyd etmək lazımdır. Şərq aləmində ilk professional musiqi, məhz Azərbaycan xalqına məxsus olmuşdur.
Folklorumuzun bönövrəsini təşkilləri muğam adları üzərində ilk operanan müəllifi xalqımızın görkəmli sənətkarı Ü. Hacıbəyova məxsusdur. “Leyli və Məcnun”, “Koroğlu” kimi operaları, “Məşədi İbad”, “Arşın mal alan” operettaları XX əsrin mədəniyyətinin Azərbaycan dünya sivilizasiyasına bəxş etdiyi ən görkəmli sənət nümunələridir. Ü. Hacıbəyov, M. Maqamayev özlərindən sonra XX əsrdə çox böyük və zəngin musiqi məktəbi yaradaraq milli musiqinin gözəl ardıcıllarını yetirmişlər: Bülbül, Ş.Məmmədova, Ş.Ələkbərova, c.cahangirov, Q.Qarayev, F.Əmirov, A.Məlikov, S.Hacıyev, T.Quliyev, R.Hacıyev, Niyazi və digərləri kimi rəngarəng miqyaslı musiqiçilər dəstəsi bu dövrün ən məhsuldar sənətkarları sırasına daxildirlər. Professional musiqidə əldə edilən müvəffəqiyyətlər bütün dünyada öz əks sədasını tapdı. Qara Qarayevin “Yeddi gözəl”, “İldırımlı yollarla” baleti, F. Əmirovun “Sevil operası”, “Kürd ovşarı”, “Bayatı şiraz” simfonik əsərləri, S. Hacıbəyovun “Karvan” simofonik lövhəsi XX Azərbaycan musiqisinin şah əsərləri sırasına daxildir.
XX əsrdə Azərbaycan kulturoloji fikir tarixinə zənginlik gətirən hadisələrdən biri də incəsəntdəki irəliləyişlər idi. Xüsusilə, boyakarlıq, tətbiqi sənət, heykəltaraşlıq, memarlıqda böyük naliyyətlər əldə edilir. Rəngarlıq incəsənətində bu dövrə şöhrət qazanmış S.Şərifzadə, M.Abdullayev, B.Mirzəzadə, B.Əliyev digərlərinin adlarını qeyd etmək vacibdir. Bu rəssamlar naturanı, təbiəti, işığı, havanı, rəng münasibətlərini öyrənmək üçün səylə çalışır, müxtəlif mövzulu təsviri sənət yaradırlar. Ə.Əzimzadənin Abşeron təbiətinə həsr olunan lirik akvarelləri, S.Şərifzadənin “Üzüm bağı”, M. Abdullayevin “Mərdəkanda”, B.Mirzəzadənin “Çəmən” (1939) adlı əsərləri təbiət mövzusunda işlənmiş ən dəyərli əsərlər sırasına daxildir. Təbiət rəsimlərinin görkəmli sənətkarlarından formalaşarkən S. Bəhlulzadənin adını xüsusilə qeyd etmək lazımdır. Xüsusilə, mənzərə janrında yaratdığı lirik, poetik təsvirlər Abşeron, Quba, Qarabağ, Lənkəran və digər yerlərin təsvirlərinə həsr olunub. Rəssamı ilhama gətirən təbiət motivləri rəngarənglik təşkil edir. 1953-cü ildə rəssam Qubaya gedərək “Qudyalçayın sahili”, “Qızbənövşə yolu” kimi əsərlərini yaratmış, daha sonralar rəssam torpağa can verən insan əməyini “Yaşıl xalı”, “Bağlar arasında”, “Bülbül baharı”, “Çiçəklənən torpaq” (1954- 60) əsərlərində tərənnüm etmişdir. Mavi, göy, yaşıl, çəhrayı, ağ rəng çalarlarında işlənmiş həmin mənzərələr tamaşaçıda intim hisslər, həyəcan doğurur. “Doğma düzənliklər”, “Gölməçələrdə ördəklər” (1955) kimi şairin mənzərələrində Lənkəranın təbiətini əks etdirən rəssam, “cıdır düzü”, “Dumanlı dağlar”(1957) lövhələrində Qarabağın səfalı yerlərini fırçaya almışdı. Meyvələrin, çiçəklərin, qabların, məişət avadanlığı, və əmək alətlərinin təsviri vasitəsilə insanın varlığa münasibətinin əks etdirən natürmot janrında Azərbaycan rəssamları həvəslə işləyirlər. T.Salanovun, T.Nərimanbəyovun, T.Tağıyevin, B.Mirzəzadənin, M.Abdullayev, T.Sadığzadənin bu janırdakı əsərləri Azərbaycan torpağına bərəkəti, meyvələrinin, çiçəklərin gözəlliyi, təbiətin zəngin boyaların haqqında canlı təsəvvür verir. Müxtəlif janırlarda əsərlər yaradan ötən əsrin təşkil edilən sərgilərdə iştirak edən və rəssamlığın inkişafı naminə axtarışlar aparan rəssamlardan F.Bağırov, T.Şıxəliyev, R.Ülvi, B.Maratlı, Ə.Muradoğlu O.Ağababayev, H.Cabbarlının da adlarını qeyd etmək lazımdır.
XX əsr Azərbaycan incəsənətinin ayrılmaz qollarından birini də heykəltaraşlıq təşkil edirdi. Bu əsr heykəltaraşlığın monumental formaları reallaşdırılır. Bununla yanaşı, dəzgah və portret heykəltaraşlığı üzrə bir sıra qiymətli nümunələr meydana çıxır, məişətimizə bədilik gətirən dekorativ heykəltaraşlığı inkişaf edir. Azərbaycan monumental heykəltaraşlığının inkişafında istedadlı sənətkar F.Əbdürrəhmanovun xidmətləri böyükdür. Onun fərdi yaradıcılıq üslubu dahi Nizaminin Gəncəyə (1946) və Bakıya (1948) inşa edilmiş abidələrdə parlaq şəkildə təzahür edir. Hər iki abidə olduqca əzəmətli aydın və ahəngdar plastik formalarda həll olunmuşdur. F.Əbdürrəhmanov öz monumental əsərlərin sürətin mahiyyətindən daxili qayəsindən doğan plastik formalarda həll edir, orijinal kompozisiya variasiyalarına əl atırdı.Bu baxımdan simvolik səpkidə verilən “Azad Azərbaycan qadını” (1960) heykəli çox ehtiraslı və dinamiktir. Heykəltaraşın digər əsəri xalq şairi S.Vurğunun (1965) heykəlində isə romantik əhval ruhiyə vardır. Portiret və monumental heykəltəraşlıq janrlarında C.Qaryağdının və müstəsna xidmətləri vardır. O, öz əsərlərində döyüş və əmək qəhramanlığına görə xalqın rəğbətini qazanmış müasirlərimizin surətlərini ümumiləşdirməyə xüsusi əhəmiyyət verir. Onun general – mayor H.Aslanov (1948), Bülbül (1948), R.Behbudovun (1953), M.Ə.Sabirin (1958) portret heykəlləri Bakı şəhərinin ən dəyərli sərvətləri hesab edilir. Portret janrında görkəmli xidmətləri olan sənətkarlardan P.Sabçay, H.Əhmədov, S.Quliyevin adlarını çəkmək olar. XX əsrin 50 -60-cı illərindən respublikada ardıcıl axtarışları ilə heykəltaraşlığa gələn sənətkarlar – Ö.Eldarov, M.Mirqasımov, H.Abdullayev, E.Hüseynov, E.Şamilov, F.Nəcəfov, K.Ələkbərov, İ.Zeynalov novator səpkili sənət əsərləri ilə milli mədəniyyətimizi zənginləşdirirlər. T.Məmmədov və Ö.Eldarovun əlbir əməyi sahəsində dahi Füzulinin 1962-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrının binası qarşısında abidəsi qoyuldu. 6 metrlik boz qranit postament üzərində yüksələn tünc – heykəl olduqca cazibədardır. Ö.Eldarov portret sahəsində ciddi axtarışlar apararaq M.Qorki, M.F.Axundov (1951 – 54), Natəvanın (1954) mərmərdən obrazlarını yaratmışdı. Ümumiyyətlə, XX əsr Azərbaycan incəsənəti özünün yüksəlişinə çataraq dünya sivilizasiyasına mükəmməl sənət nümunələrini bəxş edərək xalqın yaradıcılıq istedadını bütün bəşəriyyətə sübut etmişdir. XX əsr Azərbaycan kulturoloji fikirin inkişaf tarixi ilə yaxından tanış olduqda ,Azərbaycanın teatr tarixinin,ədəbiyyat tarixinin, heykəltaraşlıq tarixinin və rəssamlıq tarixinin zəngin və məhsuldar olduğunu birdaha görüruk. Azərbaycanın XX əsr kulturoloji fikrin inkişaf tarixini izlədikdə onun nə qədər zəngin olduğunu və özünəməxsusliyi ilə seçildiyini görürük.Biz burada kulturoloji fikirin inkişaf istiqamətləri ilə milli şüurun əsas inkişaf göstəriciləri ilə yaxından tanış oluruq.Və onların cəmiyyətimizin mədəni inkişafında nə dərəcədə örnək olduğunun şahidi kimi deyə bilərik ki, kulturoloji fikirin və milli şüurun inkişafı mədəni irsimizin zənginləşməsində rolları əvəzedilməzdir.
- Teqlər:
- Azərbaycan mədəniyyəti
Похожие статьи
-
Azərbaycan iii-ix əsrlərdə Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada,…
-
Azərbaycan çekistləri Heydər Əliyev hələ o zaman müstəqil yaşadığımız bu günləri görürdü, doğma Vətənini bu günlər üçün hazırlayırdı. Böyük düha sahibi…
-
Azərbaycan xalq yaradıcıllığı Gülara, saya gəlməz, yazsaq dəftərə Şifahi xalq yaradıcılığı Xalqımızın zəngin şifahi ədəbiyyatı vardır. Söz sənətimizin…
-
Azərbaycan multikulturalizmi Ölkəmizdə mədəniyyətlərarası dialoqun formalaşmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycanın coğrafi baxımdan…
-
Azərbaycan mədəni irsinin qeyd alınması xalq mahnıları dastan muğam
Zbək alimlərin “Özbəkistan – Azərbaycan: qardaş xalqlar arasında mədəni mənəvi əməkdaşlığın tarixi aspekti” mövzusunda monoqrafiyaları çap olunub 2008-ci…
Comments are closed, but trackbacks and pingbacks are open.