Azərbaycan milli ensiklopediyası
Qədirov Fəxrəddin Əbülfət oğlu
Библиотека “Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi”
библиотеки отсортированы по количеству просмотров и оценок пользователей. Оцените и Вы! Просто кликните на пальце вверх или вниз. Это легко Вам и полезно всем.
Азербайджан, Баку, Тбилисский проспект, 46
http://qanun.az/
Азербайджан, Баку, улица Магомеда Хади, 51
Азербайджан, Баку, улица Сейфеддин Даглы, 2
Азербайджан, Баку, улица Самеда Вургуна, 88
+994 12 597 08 79
Азербайджан, Баку, проспект Гасан-бека Зардаби, 196
+994 12 433 74 39, +994 12 434 43 62
Азербайджан, Баку, Гянджинский проспект, 105
Азербайджан, Баку, проспект Азербайджана, 38
+994 55 942 84 89
Азербайджан, Баку, улица Магомеда Хади, 63
Азербайджан, Баку, Ясамальский район, улица Казима Казимзаде, 115
Азербайджан, Баку, улица Самеда Вургуна, 88A
Азербайджан, Баку, улица Хагани, 29
+994 12 493 51 75, +994 12 493 81 68, +994 12 493 40 03
Азербайджан, Баку, проспект Наримана Нариманова, 203
+994 12 538 02 47, +994 12 538 54 57
Азербайджан, Баку, Насиминский район
Азербайджан, Баку, посёлок Балаханы
Как отредактировать данные?
Редактировать данные можно в личном кабинете. Он доступен для организаций добавленных через форму на нашем сайте. Если вы утеряли доступ к личному кабинету, Вы можете удалить эту страницу с устаревшими данными вашей организации и добавить ее заново с актуальными данными и созданием нового личного кабинета.
Azərbaycan milli ensiklopediyası
Qısa tanıtım:
Validə İmaməliyeva 1937-ci il aprelin 1-də Bakının Buzovna kəndində ziyalı ailəsində dünyaya gəlib. Həmin gün bu körpə qızın böyük bir həyat eşqi və bir missiya ilə doğulduğunu heç kim bilmirdi. Tezliklə böyüdü, Buzovna qəsəbəsindəki 125 nömrəli məktəbdə orta təhsilini başa vurub o vaxt S.M Kirov adına Azərbaycan Dövlət Universitetinin biologiya-coğrafiya fakültəsinə daxil oldu. Tələbə idi, amma çox cəsarətli, zəhmətsevər bir tələbə. Yəqin elə buna görə də universiteti bitirməyi gözləmədən əmək fəaliyyətinə başlamışdı. Ali təhsillini başa vuranda (1955-1960) artıq iki illik təcrübəsi vardı, çünki o, AKP MK yanında Partiya Tarixi İnstitutunun (Sov. İKP MK yanında Marksizm-Leninizm İnstitutunun filialını) kiçik redaktoru idi.
Respublikanın görkəmli alimlərinin və tərcüməçilərinin çalışdığı bir elm mərkəzində işləmək onda nəşriyyat işinə böyük maraq yaratmışdı. Bu iş sonradan onun əsas missiyası, həyatının mənası olacaqdı. Əlbəttə ki, onun xarakteri qədər diribaşlığı, doğma dilinə bağlılığı və ədəbiyyata olan sevgisi də öz işini görmüşdü. Ixtisasca bioloq – coğrafiyaçı olmasına baxmayaraq, bədii ədəbiyyata marağı çox böyük idi.Həm də taleyini, ixtisasca biblioqraf olan söz – sənət vurğunu, özü kimi həssas və şair təbiətli bir insanla bağlamağa hazırlaşdığından bu sahə də həvəsi iki qat artmışdı. Məhz bu həvəs onu “Azərtədrisnəşr” ə ( indiki “Təhsil, keçmiş “Maarif”) gətirdi. Validə xanım 6 il bu nəşriyyatda çoğrafiya dərsliklərinin redaktoru kimi çalışdı.
Hələ çox gənc olmasına baxmayaraq, öz təşəbbüsü ilə orta məktəblər üçün nəzərdə tutulan çoğrafiya atlaslarını Azərbaycan dilinə ustalıqla tərcümə etməsi rəhbərliyin diqqətindən yayınmadı. Gələcək naşirin zəhmətinin yüksək qiymətləndirilməsi onun işə olan həvəsini birə – beş artırdı. Bu, həm də onun nəşriyyat sahəsində qazandığı ilk uğuru oldu.
Artıq ailə qurmuş, Rəhimağa İmaməliyevlə əl- ələ verərək arzularla dolu uzun bir yola çıxmışdılar. Ailədəki səmimiyyət, sədaqət, ənənələrə və zəhmətə bağlıllq uzun illər hər ikisi üçün stimul oldu. Validə xanıma ailəsi və zəhmətsevərliyi bütün çətinlikləri və yorğunluqları unutdurdu. Məhz buna görə də 1966 -1992 -ci illərdə elmi redaktor və böyük elmi redaktor olduğu, həm də həyat yoldaşı ilə birlikdə çalışdığı Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasına gələrkən Buzovnadan şəhərə gələn yol boyu söhbətləri elmdən, sənətdən olur, həmin gün hansı məqaləni necə işləyəcəyi haqda düşünə bilirdi. Bu düşüncələr, elmi müzakirələr sonralar çox sayda əsərlərin yaranmasına səbəb oldu. Burada işlədiyi 26 il ərzində 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” və 2 cildlik “Uşaq Ensiklopediyası”nda nəşr olunan yüzlərlə məqalənin tərtibçisi və müəllifi oldu.
1993-cü ildə təqaüdə çıxsa da fəaliyyətini Rəhimağa müəllimin unudulmuş qələm sahiblərinin əlyazmalarını nəşr etmək məqsədilə yaratdığı, 2003-cü ildən Validə xanımı tərk edərək ona əmanət qoyduğu “Boz oğuz” nəşriyyatında “Klassik irs və tərcümə ədəbiyyatı” şöbəsinin müdiri kimi, Azərbaycan Respublikası Xatirə Kitabı və “Qanun nəşriyyatlarında redaktor olaraq davam etdirmiş, çoxlu sayda müxtəlif janrlı kitabların redaktoru (1993-2002) olmuşdur. “Azərbaycan salnaməsindən səhifələr”, “Hikmət və kəlam” ensiklopedik-məlumat kitablarının, dövrü mətbuatda dərc olunan elmi-publisistik yazıların müəllifidir. “İslam Ensiklopediyası”, “Azərbaycan naşirləri, poliqrafçıları və jurnalistləri”, “Bakı kəndləri” ensiklopedik kitablarını birlikdə hazırlayıb çap etdirdilər. Bu işlər gecəli-gündüzlü fasiləsiz zəhmətin bəhrəsi idi. Onlar bunu təmənnasız, xalqımızın mədəni irsininin, tarixinin yaşaması, gələcək nəsillərə yadigar qalması naminə edirdilər.
“Azərbaycan Milli Ensiklopediyası” elmi mərkəzinin fəaliyyətə başladığı 2004-cü ildən rəhbərlik tərəfindən işə dəvət edilmişdir və hazırda “Kimya, biologiya, tibb, mikrobiologiya və torpaqşünaslıq” redaksiyasında çalışır. Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin aparıcı böyük elmi redaktoru, Biologiya, tibb redaksiyası müdirinin müavinidir.
Validə İmaməliyeva 50 ildən artıqdır ki, həyatının mənasına çevrilən nəşriyyat işi ilə, ensiklopediya, lüğətşünaslıq və tərcüməçiliklə məşğuldur. O, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Həsən bəy Zərdabi mükafatı laureatı, əmək veteranıdır. Dövlətimiz tərəfindən xidmətləri yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür.
Validə xanım İmaməliyeva XX əsr Azərbaycan ziyalılarının o nəslinə mənsubdur ki, onlar mədəniyyətimizin, mətbuatımızın inkişafı, mətbuat tariximizin, klassik irsimizin öyrənilməsi, tədqiqi naminə böyük xidmətlər göstərmişlər.
Onun adının mənası – Ana deməkdir. Validə xanım sözün əsl mənasında Sözü ana kimi qoruyub, onun qayğısını çəkib və zərif çiyinlərində Sözün yükünü mətanətlə, ləyaqətlə daşıyıb. Bu zəriflik müqabilində güclü xarakterə malik qadındır. O, yarım əsrə yaxındır ki, Azərbaycan Milli Ensiklopediyasına yorulmadan, usanmadan, sonsuz məhəbbətlə xidmət edir. Bu fədakarlığın arxasında milli mədəniyyətimizə, klassik irsimizə, Xalqa, Vətənə, Sözə böyük bir Vətəndaş bağlılığı dayanır.
Tale elə gətirib ki, bu mütəvazi insan mənim də taleyimdə mühüm rol oynayıb. Mən onu ən böyük müəllimlərimdən biri hesab edirəm. Validə xanımın həyat yoldaşı, ensiklopedist alim, naşir, jurnalist Rəhimağa İmaməliyev də kitab nəşri sahəsində ölçüyəgəlməz xidmətlər göstərib. Bu haqda ayrıca yazı da yazmışam. Mən “Məşədi Azər təzkirəsi” kitabımı unudulmaz müəllimim Rəhimağa İmaməliyevin ruhuna həsr etmişəm. Özümü xoşbəxt hesab edirəm ki, yazı-pozuya başladığım ilk illərdə “Boz Oğuz” nəşriyyatında onlarla birlikdə çalışmışam və böyük məktəb keçmişəm. Rəhimağa müəllimin, Validə xanımın mənə inanması, etimad göstərməsi üzərimə böyük məsuliyyət qoyurdu və var qüvvəmlə onların bu etimadını doğrultmağa çalışırdım. Bu gün qazandığım bütün uğurlarıma görə özümü məhz onlara borclu hesab edirəm. Hər uğurumda onların danılmaz payı var. Bu gün Azərbaycan mətbuatında, ədəbiyyatında “Kənan Hacı” imzası mövcuddursa, bu, birbaşa İmaməliyevlərin xidmətidir. Bunu dəfələrlə yazmışam, demişəm, bu yubiley yazısında da təkrarlamağı özümə vicdan borcu sayıram.
Bu gün Validə xanımın 85 yaşa gəlib çatması mənə inanılmaz görünür. Çünki bu gün də sonsuz bir entuziazmla, şövqlə öz işinin başındadır. Lap günlərdə çapdan çıxmış “Buzovna ensiklopediyası” onun titanik fəaliyyətinin nəticəsidir. Mən Validə xanıma uzun ömür, can sağlığı arzulayıram! Onun yubileyi mənim üçün də şəxsi bayramdır. Çünki hər dəfə onunla ünsiyyətdə olanda, onun görüşünə gedəndə, o doğma, məhrəm münasibəti görəndə yeniyetməlik çağlarımdan etibarən əhatələrində olduğum, sonralar birgə çalışdığımız, təkcə ədəbi-mətbu deyil, səmimi insani münasibətlərdə olduğum görkəmli ziyalılarımızı, qələm sahiblərimizi, o cümlədən, Rəhimağa İmaməliyevi də görürəm və onların hərarətini hiss edirəm. Əlbəttə, onların ruhu şaddır. Xüsusən, görəndə ki, gördükləri iş yarımçıq qalmayıb, bu işləri davam etdirənlər var.
Bu mənada Validə xanım bu gün mənim həyatımda ən doğma, ən munis hesab etdiyim insanlardan birincisidir. Buna görə onun yubileyi mənim üçün də şəxsi bayramdır!
Çox yaşayın, Validə ana!
Azərbaycan milli ensiklopediyası
Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Modern.az xəbər verir ki, fərmanla “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibinin və Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 aprel tarixli 86 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 231) 1-ci hissəsi ləğv edilib.
Siyahı:
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri
Əliyev İlham Heydər oğlu
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini
Mehdiyev Ramiz Ənvər oğlu
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin müavinləri
Quliyev İbrahim Said oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Neft və Qaz İnstitutunun direktoru
Həbibbəyli İsa Əkbər oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru
Rzayev Anar Rəsul oğlu
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı
Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru
Əlizadə Akif Ağamehdi oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, AMEA-nın Geologiya və Geofizika İnstitutunun direktoru
Azərbaycan Milli Ensiklopediyasının məsul katibi
Nağıyev Tofiq Murtuza oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru
Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri
Abiyev Ağacan Qulam oğlu
texnika elmləri namizədi, professor
Bilalov Bilal Telman oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun şöbə müdiri
Budaqov Tahir Yaqub oğlu
Dövlət Statistika Komitəsinin sədri
Bünyadov Teymur Əmiraslan oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri
Cəlilov Namiq Sərdar oğlu
AMEA-nın müxbir üzvü, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru
Eldarov Ömər Həsən oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru
Ələkbərov Urxan Kazım oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Əliquliyev Rasim Məmməd oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik-katibi, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru
Əliyev Kamran İmran oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri
Əliyev Telman Abbas oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Əşrəf Hüseynov adına İdarəetmə Sistemləri İnstitutunun direktoru
Əliyeva Fərəh Şirməmməd qızı
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri
Əlizadə Firəngiz Əliağa qızı
AMEA-nın müxbir üzvü, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti
Fərzəliyev Vaqif Məcid oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru
Hacıyev İsmayıl Muxtar oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Naxçıvan bölməsinin sədri
Hüseynova İradə Məmməd qızı
AMEA-nın həqiqi üzvü, AMEA-nın vitse-prezidenti, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru
Xəlilov Fərhad Qurban oğlu
Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı
İsmayılov Amin İsmayıl oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri
İsmayıl-zadə Arif Cəfər oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri
Kərimov Kərim Məmmədxan oğlu
AMEA-nın müxbir üzvü
Kərimov Teymur Həşim oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru
Qədirov Fəxrəddin Əbülfət oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın Geologiya və Geofizika İnstitutunun şöbə müdiri
Qəribov Adil Əbdülxalıq oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi”nin sədri
Mahmudov Yaqub Mikayıl oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru
Məhərrəmov Abel Məmmədəli oğlu
AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin rektoru
Məlikov Arif Cahangir oğlu
AMEA-nın həqiqi üzvü, xalq artisti
Məmmədəliyev Vasim Məmmədəli oğlu
AMEA-nın həqiqi üzvü, Bakı Dövlət Universitetinin kafedra müdiri
Məmmədov Qərib Şamil oğlu
AMEA-nın həqiqi üzvü
Məmmədov Nazim Timur oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın akademik Həsən Abdullayev adına Fizika İnstitutunun direktoru
Məmmədova Fəridə Cəfər qızı
AMEA-nın müxbir üzvü, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri
Muradov Şahbaz Musa oğlu
AMEA-nın müxbir üzvü, AMEA-nın İqtisadiyyat İnstitutunun şöbə müdiri
Mustafayev Şahin Məcid oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini
Paşayev Arif Mir Cəlal oğlu
AMEA-nın həqiqi üzvü, Milli Aviasiya Akademiyasının rektoru
Rəsulov Əsgər Adil oğlu
Milli Arxiv İdarəsinin rəisi, filologiya elmlər doktoru, professor
Rüstəmov Musa İsmayıl oğlu
AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun şöbə müdiri
Salahov Tahir Teymur oğlu
Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, xalq rəssamı
Səmədzadə Ziyad Əliabbas oğlu
AMEA-nın həqiqi üzvü
Vəlixanlı Nailə Məmmədəli qızı
AMEA-nın həqiqi üzvü, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru
Yusifzadə Xoşbəxt Bağı oğlu
AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Похожие статьи
-
Azərbaycan milli ensiklopediyası i cild
Azərbaycan milli ensiklopediyası i cild 1987-90-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi…
-
Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası i cild
TARİX İNSTİTUTU Azərbaycan xalq cümhuriyyəti ensiklopediyası [Текст] : iki cilddə / Baş red. Yaqub Mahmudov ; [Red. heyəti İslam Ağayev, Tofiq Babayev…
-
Azərbaycan milli ensiklopediyasi
Национальная энциклопедия Азербайджана – National Encyclopedia of Azerbaijan В 2012 году специальный сборник на русском языке был издан в Германия….
-
Azərbaycan sovet ensiklopediyası i cild bakı 1976
Азербайджанская Советская Энциклопедия -Azerbaijani Soviet Encyclopedia Азәрбајҹан Совет Енсиклопедијасы. IX ҹилд: Спутник–Фронтон. Баш редактop: Ҹ. Б….
-
Milli geyimlər Onun sözlərincə, bəyin kostyumu isə yalnız ağ rəngi ilə seçilirdi. Azərbaycan milli geyimləri –onun qeyri-adiliyi nədədir? Azərbaycanın…
Comments are closed, but trackbacks and pingbacks are open.