Mətbuat tarixi
Mətbuatın sovet dövrü
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində “Bakı Fəhlə Konfransının Əxbarı”, “Azərbaycan gəncləri”, “Hürriyyət”,”Haqq”, “Füqəra sədası”, “Zəhmət sədası”, “Oktyabr inqilabı”, “Gənc işçi”, “Azərbaycan füqərası”, rus dilində “Nabat”, “Molot”, “Proletari”, “Raboçi put”, “Qolos truda”, “Bednota”, “Molodoy raboçi”, “Novı mir”, və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxmışdır. “Kommunist” qəzeti “Hümmət’’, “Qoç-Dəvət”, “Təkamül”, “Yoldaş”, “Hümmət” (1917-1918-ci il-lər), “Bakı Şurasının Əxbarı” kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı.
“Kommunist” 1919-cu il avqustun 29-da həyata gəldi. Azərbaycan bolşevikləri “Kommunist”i hökumət orqanlarından xəbərsiz, gizli buraxmışdılar. “Kommunist” in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə”Kommunist” leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində “Kommunist” və “Bakinski raboçi” qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda “Kəndçi qəzetəsi”nin birinci nömrəsi çapdan çıxdı.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan “Şərq qadını”nın nəşr olunmasını qərara aldı. “Şərq qadını”jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən “Şərq qadını”, “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb.
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılmışdı. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində “Pioner”sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi.Həmin nüsxələr “Pioner” jurnalının ilk qaranquşu oldu. Aradan bir neçə ay keçəndən sonra, yəni, 1927-ci ilin fevralında “Pioner” jurnalı kütləvi tirajla çıxmağa başladı.
1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.
İdman mətbuatımızın ən böyük tarixə malik nəşri olan “İdman” qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932 – ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” (“Fizkulturnik Azerbaydjana”) adı altında işıq üzü görmüş “İdman” qəzetinin artıq 70 – dən çox yaşı var.
Sonrakı illərdə “Ədəbiyyat” (1933)”, Azərbaycan pioneri” (1938), “Kirpi” jurnalı (1952), “Bakı ” (1958) və s. qəzetləri meydana gəlmişdir.
Sovet dovründə şəhər və rayonlarda nəşr olunan qəzetlər: Bakı – “Bakı”, “Baku”; Gəncə – “Kirovabad kommunisti”; Naxçıvan – “Sovet Naxçıvanı”; Xankəndi – “Sovetskiy Karabax”; Mingəçevir – “Mingəçevir işıqları”, “Oqni Minqeçevira”; Sumqayıt – “Sosialist Sumqayıtı”, “Kommunist Sumqaita”; Ağcabədi – “Sürət”; Ağdam – “Lenin yolu”, “Ağdam”; Astara – “Sovet Astarası”; Abşeron – “Abşeron”; Ağdaş – “Əmək”; Ağsu – “Birlik”; Əli Bayramlı – “İşıq”, Mayak”; Bərdə – “Kommunizm yolu”; Balakən – “Şən həyat”; Oğuz – “Lenin bayrağı”; Göyçay – “Yeni həyat”; Daşkəsən – “Daşkəsən”; Cəlilabad – “Yeni gün”; Cəbrayıl – “Kolxozçu”; Dəvəçi – “Qurucu”; Culfa – “Zəfər”; Yevlax – “Təşəbbüs”; Beyləqan – “Yüksəliş”; Zaqatala – “Qırmızı bayraq”; Zəngilan – “Kənd həyatı”; Zərdab – “Pambıqçı”; Şərur – “İşıqlı yol”; İsmayıllı -“Zəhmətkeş”; İmişli – “Qızıl ulduz”; Qazax – “Qalibiyyət bayrağı”; Gədəbəy – “Tərəqqi”; Goranboy – “Mübariz”; Qax – “Şəlalə”; Kəlbəcər – “Yenilik”; Quba – “Şəfəq”; Qubadlı – “Avanqard”; Qusar – ” Qızıl Qusar”; Qəbələ – ” Qalibiyyət”; Kürdəmir – “İrəli”; Laçın – “Laçın”; Lənkəran – “Leninçi”; Lerik – “Bolluq uğrunda”; Masallı – “Çağırış”; Tərtər – “Qızıl bayraq”; Neftçala – “Oktyabr bayrağı”; Ordubad – “Yeni Ordubad”; Biləsuvar – ” Məhsul”; Sabirabad – “Muğan”; Saatlı – “Dönüş”; Salyan – “Qələbə”; Tovuz – “Həqiqət”; Ucar – “Yeni söz”; Füzuli – “Araz”; Xaçmaz – “Dostluq”; Xanlar – “Kommunist əməyi”; Şəmkir – “Ulduz”; Şəki – “Şəki fəhləsi”; Şamaxı – “Yeni Şirvan”, “Novıy Şirvan”; Şuşa – “Şuşa”; Şahbuz – “Qabaqcıl”; Yardımlı – “Yeni kənd”; Babək – “Əmək bayrağı” və s.
Bəzi qəzetlərina adları bir neçə dəfə dəyişmişdir.
XX əsrin əvvəlində Mətbuat
Xeyriyyə cəmiyyəti bağlandıqdan sonra Həsən bəy Zərdabi qəzet çıxarmaq fikrinə düşür. «Həyat» qəzetinin 1905-ci il tarixli 115-ci nömrəsində o yazırdı:
«Bizim „Cəmiyyəti Xeyriyyə“ bina tutmadığından aşkar oldu ki, qəzet çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı və pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmazsa doğru söz yerdə qalsın».
O dövrdə Azərbaycan dilində qəzet çıxarmaq çox çətin idi. Həsən bəyin özünün yazdığı kimi «pul yox, yazıçı — yoldaş yox, çapxana yox, hürufat yox. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır».
Bu işdə ona yalnız o zaman Bakının general qubernatoru olan Staroselski yaxından kömək edir. Staroselski rus dvoryanlarından olsa da, arvadı gürcü olduğu üçün Qafqaz əhlinə qarşı çox səmimi idi. O Həsən bəyə məsləhət bilir ki, çıxaraçağı qəzetin adını “Əkinçi” qoysun. Hökümətin icazə verməsi üçün də bu düşünülmüş bir yol idi. Guya “Əkinçi” siyasət məsələlərinə qatışmayacaq, ancaq əkin və əkinçilikdən danışacaqdır. Türk dilində hürufat olmadığı üçün Həsən bəyə məsləhət bilirlər ki, qəzeti daşbasması ilə (litoqrafiya üsulu ilə) çıxarsın. Həsən bəy bu fikirlə razılaşmır. Çünki litoqrafiya üsulu ilə qəzeti həftədə ancaq bir və ya iki dəfə çıxarmaq olardı. O isə qəzeti gündəlik etmək fikrində idi.
Uzun müddət düşünüb daşınandan sonra hürufat almaq üçün 1875-ci ilin iyul ayında İstanbula gedir. Hürufatı alıb, qayıdandan sonra əlahiddə bir çapxana açmaq lazım gəlir. Həsən bəyin isə buna gücü çatmır. Staroselski yenə ona kömək əlini uzadır. O Həsən bəyin İstanbuldan gətirdiyi hürufatı quberniya idarəsinin çapxanası üçün satın alır və beləliklə Həsən bəyi çətin vəziyyətdən çıxarır. 1875-ci ilin 22 iyulundan quberniya idarəsinin mətbəəsində “Əkinçi«nin birinci nömrəsi çapdan çıxır. Mürəttib məsələsi də çox çətinliklə həll edilmişdi. O zaman quberniya çapxanasında Minasov adlı bir nəfər erməni mürəttibi işləyirdi. Həsən bəy ondan istifadə etdi. Bir müddətdən sonra Minasov öz bacısı oğlunu da işə qəbul etdirib, ona mürəttibliyi öyrətməyə başladı.
Qəzetin üstündə rəsmi olaraq, „iki həftəlik qəzet“ yazılsa da, Həsən bəy həmin ilin payızından qəzeti həftədə bir dəfə çıxarırdı. Çünki abunəçilərin sayı 400 nəfərə çatmış və qəzetin ətrafında yazıçıların sayı artmışdı. Staroselski özünü qəzetin senzoru təyin etmişdi. O işdən gedəndən sonra isə senzor vitse qubernator oldu. Əlbəttə, Staroselskinin işdən getməsi, Həsən bəyin özünün dediyi kimi, onun üçün bədbəxtçilik idi. Çünki Staroselski gedəndən sonra qəzetin düşmənləri yer-yerdən hücuma keçib, qəzeti bağlatdırmağa çalışdılar. O biri tərəfdən qəzetdə siyasi xəbərləri çap etməyə icazə verilmədiyindən abunəçilərin də narazılığı artırdı. Qəzet barədə danoslar yazılmağa başladı. Jandarm tərəfindən Həsən bəyin hərəkətlərinə göz qoyuldu. Bu barədə Həsən bəy özü belə yazırdı: „Gündə məndən və “Əkinçi»dən danoslar göndərirdilər. Jandarm tərəfdən üstümə qaraulçular qoyuldu… Bununla belə mən qəzeti vaxtında çıxarırdım. Elə ki, Dağıstanda şuluqluq başlandı “Əkinçi«nin də günü dəxi qara oldu. Bir gün Nəcəf bəy Vəzirovun məqaləsini ki, Moskvadan göndərmişdi, vermişdim düzülməyə. Məqalədə bir dərviş bazarda dükanların qabağında qəsidələr oxuyub, onları elm təhsil etməyə çağırırdı. Senzor qol çəkib, çap olunmağa icazə vermişdi. Qəzeti çap olunub paylanandan sonra qubernatorun hökmünə görə o nömrəni bağlayıb, məni istədilər. Gedib gördüm ki, mənim Minasovum oradadır. Qubernator buyurdu ki, Minasov deyir ki, dərvişin sözlərinin qeyri mənası var. Ona görə nömrəni bağlayıb, sənə hökm edirəm ki, bir qeyri nömrə çap edəsən. Cavab verdim ki, qeyri nömrə çıxarda bilmərəm. Mən gedəndən sonra qubernator özü bir nömrə çıxardıb, payladı. Nömrə mənim adımla çıxmışdı. Mən təvəqqe elədim ki, mənim adımdan qəzet çıxarmasınlar».
1877-ci üdə başlayan rus-türk müharibəsi qəzetə böyük zərbə oldu. Bütün rus qəzetləri müharibənin gedişindən ətraflı xəbərlər verdiyi halda “Əkinçi«yə müharibə barədə bir sətir də çap etməyə icazə verilmədi. Hətta müharibənin başlanmasını da bildirmək ona qadağan olunmuşdu. Qəzetin üzərində senzor daha da güclənmişdi. Həsən bəy bu barədə belə yazırdı: „Deyil ki müharibənin gedişi, hətta müharibə zamanı Rusiya içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı, Moskvada soyuqdan sərçələrin donub ölməsini də qəzetə yazmağa müsaidə etməmişdilər. Senzorun fikrincə bunu müsəlmanlar “ruslara Allahın qəzəbi keçmişdir» deyə izah edərlər”.
Müharibə barədə heç bir məlumatın verilməməsi abunəçilər içərisində qəzeti xeyli nəzərdən salmışdı.
Həmin bu günlərdə Dağıstanda iğtişaş başladı. Üsyan başçılarından bəziləri güllələndi, bəziləri də sürgün edildi. Bununla “Əkinçi«ni bağlamaq üçün
hökümətin əlinə yaxşı bəhanə düşmüşdü. Bütün Qafqazda üsyanın başlayacağından qorxuya düşən çar höküməti „Əkinçi“nin də bu işdə böyük rol
oynayacağını düşünüb qəzeti bağlatdırdı. Qəzetin axırıncı — 56-cı sayı 1877-ci ilin sentyabrında çıxdı. Qəzet bağlansa da Həsən bəyin özündən əl çəkmədilər. Real məktəbinin direktoru Həsən bəyə təklif etdi ki, o Yekatirinadar və ya Kutaisi gimnaziyasına müəllim getsin. Bu barədə Həsən bəy özü belə yazırdı: „Mən ərizə verib, qulluqdan çıxdım. Çünki mən Bakıdan çıxıb, müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirdim.
Dava qurtardı. Amma mənim Bakıda qalmağım müşkül oldu. Padşahlıq qulluğuna məni götürmədilər və bakılılardan da heç kəs məni qulluğa götürmədi.
. Bakıda daha qala bilməyib öz kəndimizə köçüb getdim“.
»Bakinskaya izvestiya” qəzeti 1878-ci il 29 noyabr tarixli 25-ci sayında belə bir elan vermişdi: «Real məktəbinin keçmiş müəllimi Həsən bəy Məlikov 20 noyabrdan istefaya çıxaraq xüsusi müəssisələrdə işlər müdiri, kontorçu, müəllim və sairə bu kimi vəzifələrdə işləmək üçün yer axtarır».
“Əkinçi” bütün Zaqafqaziyada ilk türk qəzeti idi. Qəzet səhifələrində Həsən bəyin yazdıqları əsasən kənd həyatından, kənd təsərrüfatından olurdu. Ancaq bununla belə qəzetin səhifələrində dövrün bir sıra ictimai məsələləri də işıqlandırılır, bu barədə mübahisələr açılırdı. Mollalar, mövhumatçılar, çar çinovnikləri, yalnız öz mənafelərini güdən duma qlasnıları da Həsən bəyin məqalələrində amansızcasına tənqid olunurdu. Azərbaycan dilinin təmizliyi Həsən bəydən ötrü müqəddəsdi. O fars və ərəb sözləri ilə dolu olan və heç kəsin anlamadığı bir dildən sadə Azərbaycan dilinə keçməyi yanar bir ürəklə təbliğ edirdi. O yazırdı: “İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun — ona dil verin, türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamazlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin”.
Həsən bəy Zərdabinin “Əkinçi«dən sonrakı həyatı da çox ağır keçmişdir. 16 il Zərdabda qaldıqdan sonra iflic xəstəliyinə tutularaq, Bakıya qayıdır. Yenə qəzetlərdə mühərrirliklə məşğul olur. „Kaspi“ qəzeti səhifələrində öz məqalələri ilə müntəzəm iştirak edir. Peterburq qəzetləri də onu öz səhifələrində iştirak etməyə çağırırdılar. Dumaya seçilir və onun komissiyalarında fəal iştirak edirdi. Dumanın iclaslarından birində məsələ qaldırmışdı ki, şəhər yerlərindən keçən neft boruları üçün vergi alınsın. Bu təklif neft sahibkarlarının böyük qəzəbinə səbəb olmuşdu. Onlardan biri öz qəzəbini belə ifadə etmişdi: „Lütün biri lüt. Özünün cibində bir qəpik olmadığı halda bizim cibimizlə oynayır. Biz onu yetimə qəyyum etdik ki, dumaya seçilməyə ixtiyarı olsun. İndi bizimlə belə rəftar edir“.
Həsən bəy iflic olmasına, dilinin tutulmasına baxmayaraq, duma komissiyalarının iclaslarında fəal iştirak edirdi. Hətta dumaya təzə seçki başladığı zaman özünə qutu da qoydurmuşdu. Ancaq xəstə olduğu üçün onu seçməmişdilər və seçilmədiyini də heç kəs ona bildirməmişdi. Bununla belə o özünü əvvəlki kimi qlasnı hesab edirdi. Lakin iclaslara nə üçün çağırılmadığına təəccüblənirdi.
1907-ci il 28 noyabrda Həsən bəy Zərdabi gözlərini əbədi yumur. Onun dəfni zamanı natiqlərdən biri demişdi: „Həsən bəy Bakıya ac gəldi, ac da getdi“.
»Əkinçi«dən sonra 1873-cü ildə Tiflisdə daş basma üsulu ilə „Ziya“ qəzeti çıxmağa başladı. Qəzetin ilk nömrəsi yanvarın 16-da çıxdı. 2 səhifədən ibarət idi. Naşiri Səid Ünsüzadə, müdir və mühərriri isə Cəlal Ünsüzadə idi. „Ziya“ 1879-cu ildə 46 ədəd, 1880-ci ildə isə 30 ədəd çıxmışdı. 1880-ci il dekabrin 6-dan qəzet „Ziyayi Qafqaziyyə“ adı altında hürufatla çıxmağa başlayır. „Ziyayi Qafqaziyyə“ qəzetinin nəşri 1884-cü ilin 1 iyununadək davam edir. 1881-ci ilin sentyabrın 21- dək 31 nömrə, 1882-ci il 26 oktyabrdan 1883-cü ilin 3 yanvarınadək 32 nömrə, 1893-cü ilin 10 yanvarından dekabrın 6-dək 30 nömrə, 1884-cü ilin yanvarından iyunun 1-dək 11 nömrə çıxmışdır. Axırıncı illərdə qəzeti Səid Ünsüzadə redaktə edirdi.
1883-cü ildən Tiflisdə Azərbaycan dilində „Kəşkül“ adlı bir jurnal da nəşr olunmağa başlayır. Ta 1891-ci ilədək davam edir. Jurnal türk dilindən başqa fars və ərəb dillərində də nəşr edilirdi. Jurnalın səhifələrində siyasət, ticarət, sənaye və ədəbiyyat məsələlərindən müntəzəm bəhs olunurdu.
Adlarını çəkdiyimiz mətbuat orqanları Tiflisdə çap olunsalar da daha çox Bakıda satılırdı. Lakin „Əkinçi“dən fərqli olaraq bu mətbuat orqanlarının heç biri Həsən bəy Zərdabinin xalqdan gələn gözəl ənənələrini davam etdirə bilmədi. Xalqa bağlılıq bunlara tamamilə yad idi. Dərc olunan məqalələrdə cəmiyyətin kəskin ictimai məsələləri qətiyyən öz əksini tapa bilmirdi. Qəzet və jurnal bütün bu məsələlərin yanından sovuşub keçirdi.
1905-ci il inqilabınadək çap edilən qəzetlərdən biri də „Şərqi rus“ idi. 1903- cü ildən Tiflisdə nəşr edilmiş və 1904-cü ilədək davam etmişdir. 1904-cü ildə qəzet bağlanır və redaksiyası Tiflisdən Bakıya köçür. Burada qəzet əvvəllər „Şərqi rusun teleqramları“, sonra 1905-ci ildə „Axşam xəbərləri“ adı ilə nəşrini davam etdirir. Qəzet Məmmədağa Şahtaxtinskinin başçılığı ilə çap edilirdi. Qadın məsələsi, xüsusən, hürufat islahı qəzetin səhifələrində görkəmli yer tuturdu.
Keçən əsrin yetmişinci illərində Bakıda rus dilində çap olunan mətbuat başlıca olaraq, üç qəzetdən ibarət idi. Birinci qəzet 1876-cı ildən çap olunan „Bakinskaya izvestiya“ qəzeti idi. Bu qəzet rəsmi olaraq, Bakı quberniya idarəsinin orqanı idi. 1881-ci ildən isə İmperator Rus Texniki Cəmiyyətinin Bakı şöbəsinin əlinə keçir. O Naruçev tərəfindən redaktə olunurdu. 1888-ci ildə isə qəzetin adı dəyişib, „Bakı ticarət-sənaye vərəqi“ adı ilə öz nəşrini davam etdirir. Bu ad altında o 1888-ci il 15 oktyabradək çap olunur. Redaktor Neruçevin ölümü ilə əlaqədar qəzetin nəşri müvəqqəti saxlanılır. 1889-cu ildən isə qəzet Sokolinskinin redaktəsi altında öz işini davam etdirir. Qəzetin səhifələrində əsasən sənaye, neft istehsalı sahəsi işıqlandırılır, müxtəlif şəhər xəbərləri verilirdi.
Rus dilində ikinci böyük qəzet „Kaspi“ idi. Siyasi-ədəbi qəzet idi. Quberniya idarəsinin katibi Kuzmin tərəfindən təsis edilmişdi. 1887-ci ilin mayında Kuzmin qəzetin çap edilmə hüququnu Svinkinə satır və ona müəllim Liçkus-Xomutov müvəqqəti redaktor təyin olunur. Sonra qəzeti 1888-ci ildə Qoryayevski, 1889-cu ildən isə Sokolinski redaktə edirdi.
XX əsrin əvvəllərində H. Z. Tağıyev „Kaspi“ qəzetini redaksiyası ilə birlikdə alaraq, Ə. M. Topçubaşovun redaktorluğu ilə çap etdirir. Qəzetin ətrafına
H. B. Zərdabi, Əli bəy Hüseynzadə, F. Köçərli, M. A. Şahtaxtlı, M. Mahmudbəyov və başqa azərbaycanlı ziyalılar toplaşaraq öz məqalələri ilə onun həyatında
yaxından iştirak edirdilər. Həsən bəy Zərdabi hətta bir müddət qəzetin əməkdaşı kimi işləmişdir.
Qəzetin səhifələrində artıq Azərbaycanın ictimai və ədəbi həyatı işıqlandırılır. Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərindən parçalar çap olunurdu.
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
- Teqlər:
- mətbuat
- , Bakının tarixi
- , metbuat tarixi
Mətbuat tarixi
Uzun müddət Zaqafqaziyanın inzibati və mədəni mərkəzinin Tiflis şəhəri olması mətbuat və ədəbiyyata da öz təsirini göstərmişdir. Bakıda ilk rus qəzetinin nəşrinədək Azərbaycan xalqının iqtisadi və mədəni həyatına aid faktları Tiflisdə çıxan rus qəzetləri əks etdirirdi. XIX əsrin 20-ci illərindən başlayaraq “Tiflisskiye vedomosti”, “Zakavkazski vestnik”, “Kavkaz”, “Novoye obozreniye” və başqa qəzetlərdə Azərbaycan xalqının ədəbi həyatına aid yazılar əhəmiyyətli yer tuturdu.
“Tiflisskiye vedomosti” Qafqazda rus dilində çıxan ilk qəzet idi. Bu qəzetdə dekabristlərin iştirakı, qəzetin redaktor müavini V.D.Suxorukovun 14 dekabr hadisələri ilə sıx əlaqədar olması və s. haqqında məlumatlar vardır. Rus-Azərbaycan ədəbi əlaqələri haqqında maraqlı tədqiqatlar aparan alimlər “Tiflisskiye vedomosti” qəzeti haqqında da yeri gəldikcə bəhs etmişlər. “Tiflisskiye vedomosti” qəzetinin bəzi məqalələri mərkəzi qəzetlərdə yenidən dərc edilirdi. Bu qəzet 1829-cu ildə gürcü dilində, 1830-cu ildə fars dilində, 1832-ci ildə isə Azərbaycan dilində də buraxılmışdır. Azərbaycanca qəzetin adı “Tiflis əxbarı” idi.
XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edən görkəmli maarifçi Həsən bəy Zərdabi hökumətə müraciət edərək çətinliklə olsa da belə bir qəzetin nəşrinə icazə ala bilmişdi. Qəzetin nəşri üçün Zərdabi İstanbuldan xüsusi ərəb mətbəə şriftləri gətirtməli olmuş və nəhayət, xeyli əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində qəzetin ilk nömrəsinin nəşrinə nail ola bilmişdi. “Əkinçi”nin nəşrilə həm də milli mətbuatımızın əsası qoyulmuşdu. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər nəşr edilən “Əkinçi” qəzetinin ümumilikdə 56 sayı işıq üzü görmüşdür. Qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub.
İlk milli mətbuat orqanı olan “Əkinçi” qəzetinin işıq üzü gördüyü gün – iyulun 22-si respublikada “Mətbuat Günü” kimi qeyd edilir.
“Əkinçi” qəzetində Moskvadan Nəcəf bəy Vəzirov və Əsgər ağa Gorani, Şamaxıdan Seyid Əzim Şirvani və Məhəmmədtağı Əlizadə Şirvani, Dərbənddən Heydəri və Tiflisdən Mirzə Fətəli Axundovun məqalələri və digər yazıları dərc olunurdu.
1877-1878-ci illər Rus-Türk müharibəsi başlanan zaman arxa cəbhədə “türk-tatar” dilində qəzetin mövcudluğundan ehtiyat edən Rusiya hökümətinin göstərişi ilə 1877-ci ilin sentyabrın 29-da “Əkinçi”nin nəşrinə rəsmən xitam verilmişdi. Bundan sonra “Ziya”, “Kəşkül” qəzetləri işıq üzü gördü.
“Kəşkül”, “Əkinçi” ilə “Ziya” arasında orta bir mövqe tutmuşdu, lakin “Əkinçi” yə daha artıq dərəcədə meyli hiss edilir. Ziyalıların şüurunda “Azərbaycan milləti” məfhumunun oyanması “Kəşkül” dövrünə təsadüf edirdi. Onlar başa düşmüşdülər ki, “din” və “millət” məfhumları ayrı-ayrı şeylərdir. “Kəşkül” qəzeti öz səhifələrində bu məsələləri aydınlaşdırmağa səy göstərmiş və ictimai-siyasi şüurun inkişafına kömək etmişdir. “Kəşkül” Azərbaycan millətinin inkişafı və başqa millətlərlə dostluq əlaqələrini möhkəmlətməsi haqqında da müsbət səciyyə daşıyan məqalələr verirdi. Bu məqalələrin bir çoxu mövzusu , ideya istiqaməti, dili və üslubu, ehtiraslılığı ilə fərqlənirdi.
1870-ci ildən 1889-cu ilədək Qafqazda 56 mətbuat orqanı fəaliyyət göstərmişdir. Bunun 20-si rus dilində, 15-i gürcü dilində, 15-i erməni dilində, 3-ü Azərbaycan dilində idi. Əgər ayrı-ayrı elmi cəmiyyətlərin, idarə və təşkilatların rəsmi nəşrlərini də nəzərə alsaq, həmin rəqəm 69-a çatar. Həmin mətbuat orqanlarının bir çoxunun ömrü lap az olmuşdur. Cəmi 23 mətbuat orqanı 5 ildən yuxarı yaşaya bilmişdir. Bunlardan rus nəşrləri aşağıdakılardır: “Qafqaz”, “Tiflisski vestnik”, “Tiflisskiye obyavleniya”, (“Tiflisski listok”), “Kaspi”, “Yuridiçeskoe obozrenie”, “Bakinskiye izvestiya”, (“Bakinski torqovo-promışlennı listok”) və “Severnı Kavkaz”.
Bakıda rus dilində çıxan qəzetlər ideya – siyasi nöqteyi-nəzərindən Qafqazın digər şəhərlərində çıxan rus qəzetləri ilə bir cərgədə gedirdi. Azərbaycanda çıxan ilk rus qəzeti “Bakinski listok” hesab edilir. Qəzetin redaktoru Bakı real gimnaziyasının müəllimi Xristian Sink idi. Qəzetin ilk nömrəsi 1871-ci ilin martın 19-da (6-da) çıxmış, iyun ayında bağlanmışdır. 1872-ci ilin yanvarında qəzetin nəşri yenidən bərpa olunmuşdur. Həmin il iyunun 3-dək davam etmişdir.
1876-cı ildə Bakıda rus dilində ikinci bir qəzet “Bakinskiye izvestiya” nəşrə başlamışdır. Bu qəzet quberniya idarəsinin rəsmi orqanı idi və general – qubernator D.S. Staroselskinin təşəbbüsü ilə buraxılmışdı. Staroselski 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrinə də kömək etmişdi. Onun “Bakinskiye izvestiya” qəzetini çıxarmaqda məqsədi Bakı quberniyası haqqında oxuculara geniş məlumat vermək idi. O, hələ qəzet çıxmazdan xeyli əvvəl quberniya idarəsinin nəzdində mətbəə açmışdı, çapçılar dəvət etmişdi. 1888-ci ildən sonra qəzet “Bakinski torqovo – promışlennı listok” adı ilə çıxmışdır.
1894-cü ilin yanvarından “Bakinskiye qubernskiye vedomosti” adlı rəsmi dövlət qəzeti də fəaliyyətə başlamışdır. Qəzet teleqram və elanları olan əlavəsi ilə çıxırdı. Bu teleqram və elanların bir hissəsi Azərbaycan dilində buraxılırdı. Qəzet 1916-cı ilə qədər çıxmışdır.
Adları çəkilən bu qəzetlərin hamısında rəsmi xəbərlər, qərarlar, elanlar və teleqramlar geniş yer tuturdu. Bakıda rus dilində çıxan burjua qəzetləri içərisində “Kaspi” qəzeti daha uzun ömür sürmüş, müxtəlif dövrlərdə cəmiyyətin həyatını öz baxışları nöqteyi-nəzərindən əks etdirmişdir. Qəzetin 1881-ci ildən 1919-cu ilədək müddətdə 10 min 65 nömrəsi çıxmışdır.
“Kəşkül” qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs olmuşdur. Məsələn, Məmmədağa Şahtaxtinski 1896-cı ildə Azərbaycan dilində “Tiflis” adlı, Kamal Ünsizadə isə 1900-cü ildə “Daniş” adlı qəzet çıxarmaq istəmişlər. Lakin onların təşəbbüsü fayda verməmişdir.
M.Şahtaxtinskinin “Şərqi – rus” adlandırdığı qəzetin birinci nömrəsi 1903-cü il martın 30-da çıxmışdır. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilmişdir. “Şərqi – rus” qəzeti XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir.
Azərbaycan mətbuatının qürurverici tarixi nəşrlərindən biri də ideyaları və onların gerçəkləşmə üsulları heç vaxt köhnəlməyən “Molla Nəsrəddin” jurnalıdır. Jurnalın redaktoru Mirzə Cəlilin əsas qayəsi milləti müasir dünyaya uyğun ölçülər səviyyəsində görmək idi. “Molla Nəsrəddin” bu amallar uğrunda mübarizə fonunda yaranmışdı. Jurnalın ilk nömrəsi 1906-cı il aprelin 7-də çıxdı. Jurnalın yazıları bütöv bir millətin başına açılan oyunların, əzab-əziyyətlərin, haqsızlıqların satirik ifadəsi idi.
Jurnalın birinci nömrəsi 1.000 nüsxə tirajla çap olunub yayılandan sonra az müddətdə “Molla Nəsrəddin” adı dillərdə gəzməyə başladı. Nəticədə jurnalın 2-ci nömrəsi 2.000 nüsxə tirajla çıxarıldı.
C.Məmmədquluzadə senzor tərəfindən jurnalda nəşr olunmasına icazə verilməyən şəkillərin və ya materialların yerini ağ saxlayır və yaxud “Bizdən asılı olmayan səbəblərə görə bu yer ağ qaldı” deyə yazırdı.
“Molla Nəsrəddin”in cəsarətli çıxışları onunla nəticələndi ki, 1907-ci il iyunun 8-də Tiflis general-qubernatoru jurnalın bağlanması haqqında əmr verdi. Bu hadisə xalqın böyük narazılığına səbəb oldu. Bakıdan, Şəkidən, Zaqafqaziyanın bir sıra başqa yerlərindən Tiflisə jurnalın nəşrinin bərpasını tələb edən məktublar gəlirdi.
Qısa fasilədən sonra jurnalın 23-cü nömrəsi iyulun 25-də çıxdı. 1908-1909-cu illərdə bir neçə dəfə “Molla Nəsrəddin” jurnalını bağlamağa təşəbbüslər edilmişdir.
1920-ci ildə C.Məmmədquluzadə öz ailəsi ilə köçüb Cənubi Azərbaycana getmişdir. 1921-ci ilin fevralında o, jurnalın nəşrini Təbrizdə yenidən bərpa etmişdir. Təbrizdə “Molla Nəsrəddin” jurnalının 8 nömrəsi çıxmışdır. Sovet hökumətinin təşəbbüsü ilə “Molla Nəsrəddin”in nəşri 1922-ci ilin noyabrında Bakı şəhərinə köçürülmüş və jurnal 1931-ci ilə qədər burada çıxmışdır. Jurnalın sonuncu nömrəsi 1931-ci il yanvarın 7-də buraxılmışdır.
Ümumiyyətlə, “Molla Nəsrəddin”in Tiflisdə 370 nömrəsi, Təbrizdə 8 nömrəsi və Sovet hakimiyyəti qurulduqdan sonra Bakıda 398 nömrəsi çıxmışdır.
“Mola Nəsrəddin” çap edilib yayıldıqdan sonra onun təsiri altında Qafqazda, Orta Asiyada, Volqa-boyunda, İranda və İran Azərbaycanında, Dağıstanda və başqa yerlərdə bir sıra satirik və yumoristik jurnallar çıxmışdır. Bu jurnalların bir çoxu “Molla Nəsrəddin”in layiqli ardıcılları olmuş, inqilabi-demokratik ideyaları yaymışdır. Bəzi satirik jurnallar isə liberal görüşlərdən irəli getməmiş, aşağı səviyyədə çıxmışdır.
1911-ci il noyabrın 29-dan Bakıda “Məktəb” adlı yeni bir uşaq jurnalı nəşrə başladı. (Bu haqda bax: uşaq mətbuatı)
1920-ci ildə Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra 1921-ci ildə nəşrə başlayan “Maarif” (cəmi 2 nömrəsi çıxmışdır) və “Qırmızı günəş” (sonra “Qızıl cavanlıq”), 1923-cü ildən çıxan “Gənc pioner”, 1927-ci ildən çıxan “Pioner” jurnalları, “Azərbaycan pioneri” qəzeti və s. mətbuat orqanları yeni nəslin tərbiyə olunmasında mühüm rol oynayırdılar.
Mətbuatın sovet dövrü
1919-cu ildə 20-dən çox bolşevik qəzeti nəşr olunmuşdur. Azərbaycan dilində “Bakı Fəhlə Konfransının Əxbarı”, “Azərbaycan gəncləri”, “Hürriyyət”,”Haqq”, “Füqəra sədası”, “Zəhmət sədası”, “Oktyabr inqilabı”, “Gənc işçi”, “Azərbaycan füqərası”, rus dilində “Nabat”, “Molot”, “Proletari”, “Raboçi put”, “Qolos truda”, “Bednota”, “Molodoy raboçi”, “Novı mir”, və başqaları Azərbaycan bolşeviklərinin nəşr etdikləri qəzetlər idi. Doğrudur, bu qəzetlərin ömrü çox az olmuş, bəzilərinin cəmi bir və ya bir neçə nömrəsi çıxmışdır. “Kommunist” qəzeti “Hümmət’’, “Qoç-Dəvət”, “Təkamül”, “Yoldaş”, “Hümmət” (1917-1918-ci il-lər), “Bakı Şurasının Əxbarı” kimi bolşevik qəzetlərinin davamçısı olaraq meydana atıldı.
“Kommunist” 1919-cu il avqustun 29-da həyata gəldi. Azərbaycan bolşevikləri “Kommunist”i hökumət orqanlarından xəbərsiz, gizli buraxmışdılar. “Kommunist” in 1919-cu il gizli çıxan nömrəsini Ruhulla Axundov redaktə etmişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci il aprelin 30-da Əliheydər Qarayevin redaktorluğu ilə”Kommunist” leqal şəkildə öz nəşrinə başladı.
Azərbaycanda sovet hakimiyyətinin ilk illərində “Kommunist” və “Bakinski raboçi” qəzetlərinin səhifələrində qəzalardan tez-tez materiallar dərc olunurdu. 1923-cü il iyunun 16-da Bakıda “Kəndçi qəzetəsi”nin birinci nömrəsi çapdan çıxdı.
Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsi (KPMK) 1923-cü il iyulun 2-də Bakıda Şərq qadınlarının, xüsusilə Azərbaycan qadınlarını ictimai-siyasi həyata alışdırmaq məqsədilə aylıq, ədəbi, ictimai və siyasi jurnal olan “Şərq qadını”nın nəşr olunmasını qərara aldı. “Şərq qadını”jurnalının 1-ci nömrəsi 1923-cü ilin noyabrında 40 səhifədən ibarət 1000 nüsxə tirajla çapdan çıxmışdır. Jurnalın ilk redaktoru Ayna Sultanova olmuşdur. 1938-ci ildən “Şərq qadını”, “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başlayıb.
1926-cı ildə Bakı şəhər komsomol təşkilatının konfransı çağırılmışdı. Konfransın keçirildiyi gün bir dəstə fəal məktəbli üzərində “Pioner”sözü yazılmış 28 səhifəlik jurnal hazırlamışdı. Uşaqların xətti ilə yazılmış cəmi 50 nüsxə jurnal konfrans iştirakçılarının çox xoşuna gəldi.Həmin nüsxələr “Pioner” jurnalının ilk qaranquşu oldu. Aradan bir neçə ay keçəndən sonra, yəni, 1927-ci ilin fevralında “Pioner” jurnalı kütləvi tirajla çıxmağa başladı.
1934-cü il sentyabrın 2-də “Kommunist maarifi” qəzeti nəşrə başladı. 1938-ci ildə adı dəyişdirilərək “Müəllim qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək bu adla nəşr olundu. 1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də bu adla yaşadı.
İdman mətbuatımızın ən böyük tarixə malik nəşri olan “İdman” qəzeti həm də Azərbaycan mətbuatının ən qocamanlarından biri sayılır. 1932 – ci ildə ilk dəfə “Azərbaycan bədən tərbiyəçisi” (“Fizkulturnik Azerbaydjana”) adı altında işıq üzü görmüş “İdman” qəzetinin artıq 70 – dən çox yaşı var.
Sonrakı illərdə “Ədəbiyyat” (1933)”, Azərbaycan pioneri” (1938), “Kirpi” jurnalı (1952), “Bakı ” (1958) və s. qəzetləri meydana gəlmişdir.
Sovet dovründə şəhər və rayonlarda nəşr olunan qəzetlər: Bakı – “Bakı”, “Baku”; Gəncə – “Kirovabad kommunisti”; Naxçıvan – “Sovet Naxçıvanı”; Xankəndi – “Sovetskiy Karabax”; Mingəçevir – “Mingəçevir işıqları”, “Oqni Minqeçevira”; Sumqayıt – “Sosialist Sumqayıtı”, “Kommunist Sumqaita”; Ağcabədi – “Sürət”; Ağdam – “Lenin yolu”, “Ağdam”; Astara – “Sovet Astarası”; Abşeron – “Abşeron”; Ağdaş – “Əmək”; Ağsu – “Birlik”; Əli Bayramlı – “İşıq”, Mayak”; Bərdə – “Kommunizm yolu”; Balakən – “Şən həyat”; Oğuz – “Lenin bayrağı”; Göyçay – “Yeni həyat”; Daşkəsən – “Daşkəsən”; Cəlilabad – “Yeni gün”; Cəbrayıl – “Kolxozçu”; Dəvəçi – “Qurucu”; Culfa – “Zəfər”; Yevlax – “Təşəbbüs”; Beyləqan – “Yüksəliş”; Zaqatala – “Qırmızı bayraq”; Zəngilan – “Kənd həyatı”; Zərdab – “Pambıqçı”; Şərur – “İşıqlı yol”; İsmayıllı -“Zəhmətkeş”; İmişli – “Qızıl ulduz”; Qazax – “Qalibiyyət bayrağı”; Gədəbəy – “Tərəqqi”; Goranboy – “Mübariz”; Qax – “Şəlalə”; Kəlbəcər – “Yenilik”; Quba – “Şəfəq”; Qubadlı – “Avanqard”; Qusar – ” Qızıl Qusar”; Qəbələ – ” Qalibiyyət”; Kürdəmir – “İrəli”; Laçın – “Laçın”; Lənkəran – “Leninçi”; Lerik – “Bolluq uğrunda”; Masallı – “Çağırış”; Tərtər – “Qızıl bayraq”; Neftçala – “Oktyabr bayrağı”; Ordubad – “Yeni Ordubad”; Biləsuvar – ” Məhsul”; Sabirabad – “Muğan”; Saatlı – “Dönüş”; Salyan – “Qələbə”; Tovuz – “Həqiqət”; Ucar – “Yeni söz”; Füzuli – “Araz”; Xaçmaz – “Dostluq”; Xanlar – “Kommunist əməyi”; Şəmkir – “Ulduz”; Şəki – “Şəki fəhləsi”; Şamaxı – “Yeni Şirvan”, “Novıy Şirvan”; Şuşa – “Şuşa”; Şahbuz – “Qabaqcıl”; Yardımlı – “Yeni kənd”; Babək – “Əmək bayrağı” və s.
Bəzi qəzetlərina adları bir neçə dəfə dəyişmişdir.
Müasir mətbuat
Bütün Sovet Sosialist Respublikası İttifaqında (SSRİ) başlayan yenidənqurma havası Azərbaycana da çatdı və ictimai mühitə kəskin təsir göstərdi. Millətin dirçəliş dövrü kimi tarixdə qalan 1989-cu ildə “Azərbaycan” qəzeti yaradıldı. Müstəqil mətbuatın qaranquşu hesab edilən “Azadlıq” qəzeti də 1989-cu ilin 24 dekabr tarixində işıq üzü görüb. Qəzetə tanınmış jurnalist Nəcəf Nəcəfov rəhbərlik edib.
1990-cı ildə “Zerkalo”, “Səs”, 1991-92-ci illərdə “Yeni Müsavat”, “İki Sahil”, “525-ci qəzet”, “Yeni Azərbaycan” qəzetləri nəşr olunmağa başladı.
1998-ci ilin avqust ayının 6-da prezident Heydər Əliyevin imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzura götürüldü. Həmçinin, 1999-cu ildə Kütləvi İnformasiya Vasitələri (KİV) haqqında Azərbaycan Respublikasının Qanununun (ARQ), digər hüquqi-normativ aktların qəbulu həyata keçirilib.
Prezident İlham Əliyevin 31 iyul 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin (KİV) inkişafına Dövlət Dəstəyi Konsepsiyası (DDK) kimi mühüm bir sənəd təsdiq olunmuşdur. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (DDF) yaradılmışdır.
Hazırda ölkədə 4500-ə yaxın mətbuat orqan Ədliyyə Nazirliyində (ƏN) qeydiyyatdan keçib.
Comments are closed, but trackbacks and pingbacks are open.