Press "Enter" to skip to content

Azərbaycan Müəllimlər Institutu Quba

istiqamətlərdə böyük nailiyyətlər əldə etmişlər.

Baki universitetiNİn xəBƏRLƏRİ №4 Humanitar elmlər seriyası

əməkdaşlıq haqqında aşağıdakı ikitərəfli müqavilə və sazişlər aiddir:

1) Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası ilə Moldova

Respublikası Ali Attestasiya Komissiyası arasında Azərbaycan Respublikası Ali

Attestasiya Komissiyasının və Moldova Respublikası Attestasiya Komissiyasının

alimlik dərəcələrinə və elmi adlara dair verdikləri sənədlərin (diplomların,

attestatların) ekvivalentliyinin qarşılıqlı surətdə etibarlı saymaq haqqında Saziş. Bakı,

18 oktyabr 1993; 2).Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti

arasında elm, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş.

Buxarest, 2 iyul 1995; 3).Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası

Hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası

sahəsində əməkdaşlıq haqqında Saziş. Moskva, 25 iyul 19958; 4) Azərbaycan

Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-

pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 22

dekabr 1995; 5). Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ukrayna Təhsil

Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Kiyev, 24 mart 1997;

6). Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Moskva şəhərinin Təhsil

Komitəsi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 13 iyun 1997;

7). Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında

yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq

haqqında Saziş. Bakı, 27 noyabr 1997; 8). Azərbaycan Respublikası Hökuməti və

Moldova Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında

Saziş. Bakı, 27 noyabr 1997; 9). Azərbaycan Respublikası Hökuməti və Ukrayna

Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və

ekvivalentliyi haqqında Saziş. Bakı, 16 mart 2000;10). Azərbaycan Respublikası

Hökuməti və Belarus Respublikası Hökuməti arasında yüksək ixtisaslı elmi və elmi-

pedaqoji kadrların attestasiyası sahəsində əməkdaşlıq haqqında Saziş. Bakı, 9 avqust

2001;11). Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil

Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol. Bakı, 1 fevral 2002;12).

Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil,

elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində

əməkdaşlıq haqqında Saziş. Moskva, 23 sentyabr 2002;13). Azərbaycan Respublikası

Təhsil Nazirliyi ilə Rumıniya Təhsil və Tədqiqatlar Nazirliyi arasında əməkdaşlıq

haqqında Saziş. Buxarest, 11 oktyabr, 2004; 14). Azərbaycan Respublikası Təhsil

Nazirliyi və Latviya Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində

əməkdaşlıq haqqında Saziş. Riqa, 4 oktyabr 2006; 15). Azərbaycan Respublikası

Təhsil Nazirliyi ilə Belarus Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində

əməkdaşlıq haqqında Saziş. Minsk, 17 oktyabr 2006 və s.[10].

Qeyd etmək lazımdır ki, 2003-cü il 3-4 iyul tarixlərində GUÖAM-ın Yalta

sammiti gedişinə imzalanmış “GUÖAM-a üzv ölkələrin təhsil nazirlikləri arasında

təhsil sahəsində əməkdaşlıq haqqında Müqavi1ə” və həmçinin, “Elm və texnika

sahəsində GUÖAM-a üzv ö1kələrin Elmlər Akademiyaları arasında əməkdaşlıq

haqqında Protokol” bu sahədə qarlşılıqlı münasibətlərin yaranmasına geniş imkanlar

açmışdır. . Əlaqələr MDB çərçivəsində də inkişaf edir.

Yuxarıda qeyd olunan müqavilə və sazişlərdə yanaşı, Azərbaycan və Şərqi

Avropa ölkələrinin müxtəlif ali təhsil müəssisələri arasında birbaşa bağlanmış

ikitərəfli əməkdaş1ığa dair razılaşmaları xüsusilə qeyd etmək lazım gəlir. Azərbaycan

və Şərqi Avropa ölkələrinin tərəfdaş ali təhsil müəssisələri arasındakı əməkdaşlıq

müqavilələri bir sıra vəzifələrin həyata keçirilməsini nəzərdə tuturdu:a) müəllim, elmi

əməkdaş, aspirant, magistr və tələbələrin mübadiləsi; b) müəllim və elmi işçilərin

ixtisaslarının artırılmasına qarşılıqlı yardım; v)qabaqcıl tədris metodları sahəsində

təcrübələrin mübadiləsi; q) qarşılıqlı maraq doğuran sahələr üzrə elmi əməkdaşlığın

yaradılması; d) elmi nəşrlərin, metodik material və müxtəlif faydalı sənədlərin

mübadiləsi; e) müştərək tədqiqatlar, ikitərəfli birgə elmi simpozium, seminar və

konfransların təşkili; ə) elmi layihə və proqramlarda tərəflərin birgə iştirakı; c) elmi

kitabxanalar arasında sıx əlaqənin yaradılmasına səy göstərmək; p) tərəfdaş

universitetin fəaliyyəti haqqında öz bölgəsinin ictimaiyyətini məlumatlandırmaq və s.

Azərbaycanın ali təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Bakı Slavyan

Universiteti, Azərbaycan Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Neft

Akademiyası, Azərbaycan Tibb Universiteti Şərqi Avropa ölkələrinin universitetləri

ilə daha sıx əlaqə telləri qura bilmişlər. Azərbaycanın Avropa elm və təhsil

məkanında tanınan nüfuzlu ali təhsil ocaqlarından biri Bakı Dövlət Universitetidir. Bu

məkanda elə bir proqram, yaxud inteqrasiya prosesi yoxdur ki, onlarda BDU hər

hansı bir dərəcədə iştirak etməsin.Bakı Dövlət Universiteti qloballaşan dünyada elm

və təhsil sahəsində müşahidə edilən prosesləri izləyir, onlarda iştirak etmək üçün

müəyyən edilmiş strategiyaya malikdir. Hazırda Bakı Dövlət Universiteti dünyanın

50-dən artıq aparıcı universiteti ilə ikitərəfli əməkdaşlıq edir[11]. Şərqi Avropa

universitetləri ilə ikitərəfli əməkdaşlıq BDU – nun beynəlxalq əlaqələrinin əsas

istiqamətlərindən birini təşkil edir. Belə ki, BDU Rusiyanın M.V.Lomonosov adına

Moskva Dövlət Universiteti (12 fevral 2000), Moskva Dövlət Beynəlxalq Əlaqələr

İnstitutu, Sankt-Peterburq Dövlət Universiteti, Rusiya Dövlət Humanitar Universiteti

(18 may 2007), Rusiya Elmlər Akademiyasının A.Arbuzov ad. Orqanik və Fiziki

Kimya Elmi Mərkəzi, Həştərxan Dövlət Universiteti(12 fevral 2007); Ukraynanın

T.Şevçenko adına Ukrayna Milli Universiteti (23 mart 2000), Donetsk Dövlət

Universiteti (24 mart 2000), Heydər Əliyev ad. Sosial Elmlər İnstitutu,

Dnepropetrovsk Milli Universiteti, İ.Franko ad. Lvov Milli Universiteti, Vinniski

Dövlət Texniki Universiteti(07 oktyabr 2008); Rumıniyanın Konstansa-Ovidius

Universiteti, Buxarest Universiteti, Ployeşti Neft-Qaz Universiteti, Buxarestin Lazer,

Plazma və Radiasiya Fizikası üzrə Milli İnstitutu; Rolşanın Varşava Universiteti (29

may 2008); Belarusun Belarus Dövlət Universiteti(23 mart 2000) və digər ali təhsil

ocaqları ilə ikitərəfli əməkdaşlıq müqavilələri əsasında əməkdaşlıq edir.[12] Qeyd

olunan universitetlərlə əməkdaşlıq müqavilələri əsasında namizədlık və doktorluq

dissertasiyalarına birgə rəhbərlik, tədris təcrübəsinin, birgə elmi konfrans və

simpoziumların təşkili, elmi tədqiqatların, dərslik və metodik vəsaitlərin birgə

işlənməsi, elmi informasiya mübadiləsi, elmi kitabxanalar arasında əlaqələr həyata

keçirilir. 2001-2004-cü illərdə universitetin 51 nəfər nümayəndəsi (bakalavr,

magistrant, aspirant) təhsillərini Moskva Dövlət Universitetində davam etdirmişlər.

Ukrayna Dövlət Universitetinin 12 tələbəsi 2003-cü ildə bir semestr filologiya

fakültəsində, Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin müəllim və

tələbələrinin 22 nəfərdən ibarət qrupu 2005-ci ildə iki həftə ərzində universitetdə

tədris təcrübəsində olmuşlar. Ümumiyyətlə, Rusiyanın Moskva Dövlət və Kazan

Dövlət, Ukraynanın T.Şevçenko ad. Ukrayna Milli Universitetlərində və Heydər

Əliyev ad. Sosial Elmlər İnstitutunda və A.Arbuzov ad. Orqanik və Fiziki Kimya

Elmi Mərkəzində əməkdaşlıq müqaviləsinə əsasən BDU-nun tələbə və aspirantları

təhsillərini davam etdirirlər. Moskva Dövlət Universitetinin coğrafiya və biologiya

fakültələrinin tələbələri müntəzəm olaraq 2 həftədən bir ay müddətinə qədər

Azərbaycan Hirkan Milli Parkının və Qızıl-Ağac qoruğunun ərazisində tədris

təcrübəsini keçirlər. MDU-nun metodik şurası ilə yeni dərslik və metodik vəsaitlərin

işlənməsi üzrə uğurlu əməkdaşlıq edilir.Moskva Dövlət Universiteti ilə kimya üzrə,

Rumıniyanın Konstansa–OvidiusUniversiteti ilə birgə elmi konfranslar təşkil

edilmişdir. T.Şevçenko adına Ukrayna Kiyev Milli Universitetinin «Azərbaycan dili

və ədəbiyyatı ixtisası» tədris olunan şərqşünaslıq fakültəsində BDU–dan yeni

ədəbiyyat, dərslikvə metodik vəsaitlər göndərilmiş, müvafiq mütəxəssislər

göndərilmişdir. Bakı Dövlət Universitetinin «Beynəlxalq münasibətlər və beynəlxalq

hüquq» fakültəsinin 7 nəfər III kurs tələbəsi (Heydərova Afiqə Tofiq qızı, Nurmetova

Xalidə Saleh qızı, Badanina Natalya Aleksandrovna, Hidayətov Fərid Əlihüseyn oğlu,

Muradova Nərgiz Qasım qızı, Nağıyeva Günel Rauf qızı, Əliyev Fərid Bəxtiyar oğlu)

21-25 aprel 2003-cü il tarixlərində Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu tərəfindən təşkil edilmiş «MDB:

beynəlxalq münasibətlərin aktual problemləri» mövzusunda keçirilmiş Beynəlxalq

konfransda iştirak etmişlər [13].

Universitetdə kimya, fizika, tətbiqi riyaziyyat və kibernetika, bilologiya

fakültələrində nanomateriallar, nanotexnologiyalar sahəsidə aparılan elmi

tədqiqatların əlaqələndirilməsi, intensivləşdirilməsi və genişləndirilməsi məqsədi ilə

Nanoaraşdırma Mərkəzi yaradılmışdır[14]. 2007-ci ildə BDU-nun Fizika Problemləri

ETİ-nin əməkdaşları Q.M.Bayramov (layihənin rəhbəri) və A.R.İmaməliyev,

həmçinin «Yarımkeçiricilər fizikası» kafedrasının professoru f.r.e.d.V.M.Salmanov

AMEA-nın Fizika institutu ilə birlikdə Ukrayna Elm və Texnologiya Mərkəzinin

maliyyə dəstəyi ilə qrant müsabiqəsinin qalibi olmuşlar. «Yeni növ foton tipli

cihazların yaradılması üçün kolloid-maye kristall kompozitlərin optiki xassələrinin

tədqiqi» adlı layihə (№4172) 2007-2010 illər ərzində həyata keçiriləcəkdir. Həmin

ildə BDU-nun NANO Araşdırmalar Mərkəzində Ukrayna Elm və Texnologiya

Mərkəzinin maliyyə dəstəyi ilə «Polimer matrisdə formalaşdırılmış halkogenid

yarımkeçirici nanohissəciklərdə ion mübadiləsi və diffuziya prosessləri (№3486) və

«Teflon tullantılarının utilizasiyası beynəlxalq terrorizmlə mübarizə vasitəsi kimi

(№3840») adlı layihələri üzrə elmi-tədqiqat işlər davam etdirilmişdir. Mərkəzdə

Ukrayna Elm və Texnologiya Mərkəzinə «Təbabətdə tətbiq oluna bilən nanohissəcik-

lərin bioloji membranlarla qarşılıqlı təsiri» (biologiya fakultəsi və Xəzər Universiteti

ilə birgə) və «Polimer və Polimer tullantıları əsasında tullantı sularının təmizlənməsi

üçün multifunksional sorbentlərin hazırlanma texnologiyasının inkişafı» (kimya

fakultəsi ilə birgə) adlı layihələr hazırlanıb təqdim edilmişdir [15]. Mərkəzin əsas

vəzifələrindən biri də Universitetin Rumıniyanın Konstansa-Ovidius Universiteti və

Buxarest Lazer, Plazma və Radiasiya Fizikası Milli İnstitutu arasında nanotexnolo-

giyalar, nanomateriallar üzrə bağlanmış üçtərəfli sazişin həyata keçirilməsidir. BDU–

nun NANO mərkəzi Rusiyanın Zelenoqrad şəhərinin elmi araşdırmalar NANO –

mərkəzləri ilə də son 3 ildə sıx əməkdaşlıq yaratmışdır. Bu layihələr çərçivəsində

BDU-da yeni laboratoriyalar açılmış müasir avadanlıqlar alınmış və universitetin

müəllim və tələbələri müxtəlif təlim kurslarında iştirak etmişlər. 2008–2009-cu tədris

ilində BDU-da 12 ölkədən, o cümlədən Belorus, Rusiya Federasiyası və Ukraynadan

1249 nəfər əcnəbi tələbə təhsil almışdır.

BDU–nun rəsmi qonağı olmuş bir çox tanınmış dövlət və ictimai-siyasi

xadimlər, o cümlədən Ukrayna Ali Radasının sədri V.M.Litvin (28.02.2004), Latviya

prezidenti Vike–Freyberqa Vaira (04.10.2005), Litva prezidenti Valdas Adamkus

(09.06.2006), Rumıniya prezidenti Trayan Basesku (12.10.2006) və M.V.Lomonosov

adına MDU–nun rektoru V.A.Sadovniçiy (24.05.2007) Bakı Dövlət Universitetiinin

Fəxri doktoru diplomuna layiq görülmüşlər.

Bakı Dövlət Universiteti TASİS – Tempus proqramı üzrə bir çox nüfuzlu Şərqi

Avropa universitetlərinin də iştirak etdiyi Avroasiya Universitetləri Assosiasi-

yası, Xəzəryanı ölkələr Universitetləri Assosiasiyası və Qara Dəniz hövzəsi ölkələri

Universitetləri Şəbəkəsində bu qurumlara daxil olan universitetlərlə fəal iştirak edir.

Məsələn, 1999- 2002- ci illərdə Moskva Dövlət Universitetində BDU-nun 41 tələbə,

magistrant və aspirantları təhsillərini ödənişsiz əsaslarla davam etdirmişlər. TASİS –

Tempus proqramı üzrə Sankt-Peterburq Dövlət Universitetinin şərşünaslıq fakültəsi

ilə böyük miqyaslı müqavilə hazırlanmış və həyata keçmişdir. MDU, Kiyev Milli

Universiteti, Donetsk Milli Universiteti, Sankt-Peterburq Dövlət Universiteti ilə birgə

dərsliklərin yazılmasında, tədris proqramlarının təkmilləşdirilməsi istiqamətində birgə

2002-ci ilin 11-14 sentyabr tarixlərində Bakı Dövlət Universitetində Təhsil

Nazirliyinin böyük köməkliyi ilə Qara Dəniz Universitetləri Şəbəkəsinin (QDUŞ) II

Konqresi keçirilmişdir və bu Konqresin qərarına əsasən Şəbəkəyə rəhbərlik 2 il

müddətinə Bakı Dövlət Universitetinə həvalə olunmuşdur və BDU-nun rektoru

akademik A.Məhərrəmov müvafiq olaraqŞəbəkənin prezidenti seçilmişdir. QDUŞ-un

II Konqresinin Azərbaycanda müvəffəqiyyətlə keçirilməsi Azərbaycanın elm və

təhsili haqqında beynəlxalq aləmdə də xoş əks-səda doğurmuşdur.

Xəzəryanı Ölkələr Universitetləri Assosiasiyasının İran və Rusiya

Federasiyasının Həştərxan şəhərində keçirilən iclaslarında BDU-nun nümayəndələri

fəal iştirak etmiş, bu Assosiasiyanın Azərbaycan Texniki Universitetinin bazasında

keçirilən konqresin hazırlanması və keçirilməsində mühüm rol oynamışdır.

2008-ci ilin oktyabr ayında rus mədəniyyətinin və tarixinin daha da dərindən

öyrənilməsi, rus dili və ədəbiyyatının tədris planını təkmilləşdirmək məqsədilə, Bakı

DövlətUniversitetində «Rus Dünyası» fondunun maliyyə dəstəyi ilə Rus Mərkəzi

yaradılmışdır. Mərkəz rus dili və ədəbiyyatı, Rusiya tarixi, mədəniyyəti sahəsində

müasir kitablar, internet resursları və texniki avadınlıqları ilə təchiz edilmişdir. Rus

Mərkəzinin açılışında BDU–nun rektoru akademik Abel Məhərrəmov, Rusiya

Federasiyasının səfiri V.İstratov, «Rus Dünyası» fondunun idarə heyətinin icraçı

direktoru V.Nikonov iştirak etmişlər. V.Nikonov açılışda nəzərə çarpdırdı ki, Rus

Mərkəzinin gələcək planlarında sərgi, seminar, yaradıcılıq gecələrinin keçirilməsi, rus

dili kurslarının təşkili, həmçinin ali məktəblərdə rus dilini tədris edən müəllimlərin

ixtisaslarının artırılması nəzərdə tutulur [16].

Yuxarıda şərh olunan məsələlər əsasında belə bir nəticəyə gəlmək olar ki,

Azərbaycan – Şərqi Avropa mədəni əlaqələrinin inkişafında ali təhsil müəssisələri

arasındakı əməkdaşlıq mü-hüm rol oynayan faktorlardan biridir. Hər şeydən əvvəl, ali

məktəblər arasında əməkdaşlığın qurulması və inkişafı üçün zəruri siyasi – hüquqi

baza yaradılmışdır. Belə bir qənaətə gəlmək olar ki, müasir mərhələdə ali məktəblər

arasında əməkdaşlıq ildən ilə dərinləşmiş və genişlənmişdir. Bunların içərisində Bakı

Dövlət Universiteti xüsusilə diqqəti cəlb edir. BDU-nun beynəlxalq fəaliyyətində

Rusiyanın, Ukraynanın, Belarusun, Polşanın və Rumıniyanın ən nüfuzlu ali təhsil və

elmi müəssisələri ilə ikitərəfli əməkdaşlıq mühüm və aparıcı yer tutmuşdur. BDU və

tərəfdaş universitetlərmüəllim, elmi əməkdaş, aspirant, magistr və tələbələrin

mübadiləsi, müəllim və elmi işçilərin ixtisaslarının artırılması; qabaqcıl tədris

metodları sahəsində təcrübələrin mübadiləsi; elmi əməkdaşlığın yaradılması, elmi

nəşrlərin, metodik material və müxtəlif faydalı sənədlərin mübadiləsi;müştərək

tədqiqatlar, ikitərəfli birgə elmi simpozium, seminar və konfransların təşkili və başqa

istiqamətlərdə böyük nailiyyətlər əldə etmişlər.

ƏDƏBİYYAT

Azərbaycan beynəlxalq aləmdə. II c. Bakı: 1997, 761 səh.

Məmmədov H.N. Bolqarıstan tarixi //Dərslik. Bakı: 2009, 272 səh.

Məmmədov H.N. Ukraynanın müasir tarixi (XX əsrin sonları – XXI əsrin əvvəlləri) // Dərs

vəsaiti. Bakı: 2009, 180 s.

Həsənov Ə. Azərbaycanın ABŞ və Avropa dövlətləri ilə münasibətləri (1991-1996). Bakı:

Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti //

Dərslik.Bakı: 2005, 752 c.

Чернявский С.И.Новый путь Азербайджана. М.: 2002, 352 s.

Azərbaycan Respublikası və Rusiya Federasiyasının Bakı Bəyannaməsi// Azərbaycan, 10

Раджабли А.А. Национальные интересы и международная безопасность (анализ

внешнепо-политического поведения). Баку: 2004, 400 s.

Московская декларация Российской Федерации и Азербайджанской Республики.

М.: Кремль, 6 февраля 2004 года // Азербайджан–Россия: саммит в Москве. Баку:

Təhsil sahəsində beynəlxalq əməkdaşlığın hüquqi bazası // http: // www. edu. gov. az /

view. php? lang =az&menu=127.

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələri http: // bsu. edu. Az / az / content /

Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələr şöbəsinin cari arxivi.

Bakı DövlətUniversitetinin Konsul – Protokol şöbəsinin 2003–cü il üçün Hesabatı http: //

nanocenter. bsu. edu.az/az/.

2007-ci ildə BDU əməkdaşlarının beynəlxalq proqramlarda iştirakı // http: // eth. bsu. edu.

az /az/content / 2007.

BDU-da Rus Mərkəzi açıldı // Azərbaycan, 30 noyabr 2008.

РОЛЬ МЕЖВУЗОВСКОГО СОТРУДНИЧЕСТВА В РАЗВИТИИ

АЗЕРБАЙДЖАНО-ВОСТОЧНОЕВРОПЕЙСКИХ КУЛЬТУРНЫХ СВЯЗЕЙ

(на примере БГУ)

Статья посвящена роли межвузских сотрудничеств в развитии культурных

отношений Азербайджана со странами Восточной Европы.

Заключенные межгосударственные и отраслевые двухсторонные соглашения и

договоры между Азербайджаном и странами Восточной Европы создали основательную

юридическую базу дальнейшего развития взаимных отношений во всех сферах

Наряду свыше перечисленными договорами и соглашениями, регулирующими

азербайджано-восточноевропейского сотрудничества в области науки и образования,

существуют целый ряд соглашений, заключенных между различными высшими

учебными заведениями Азербайджана и восточноевропейскими странами. Одним из

основных вузов Азербайджана является Бакинский Государственный Университет,

который осуществляет двустороннее сотрудничество с ведущими университетами

России (Московский государственный университет, Московский государственный

государственный университет и т.д.), Украины (Институт социальных наук им. Гейдара

Алиева, Киевский национальный университет им. Т.Шевченко, Днепрепетровский

национальный университет, Львовский национальный университет им. И.Франко и

т.д.), Белоруссии (Белорусский государственный университет), Польши (Варшавский

университет),Румынии (Университет Констанца-Овидиуса, Бухарестский университет,

Плоштинский нефтегазовый университет, Национальный Институт Плазмы и

адиационной Физики) и др. С указанными университетами ведется сотрудничество в

различных направлениях(пропаганда и распространение азербайджанского языка и

литературы, деятельность профессорско-преподавательского состава БГУ научно-

учебных центрах, взаимное обучение студентов, магистрантов и аспирантов в

университетах Азербайджана и восточноевропейских стран и т. д.)

ROLE OF INTERUNIVERSITY COOPERATION IN DEVELOPMENT

AZERBAIJAN–EASTERN EUROPE CULTURAL CONNECTIONS

(on example BSU)

Azerbaijan – Eastern Europe science and education relations are growing in the form of

joining to international and regional education programmers, educational cooperation.The

higher school of Azerbaijan””” has been holding relations with many Universities of the

Eastern Europe region and these relations are being continued nowadays. There were signed

documents meaning the development of the relationship between Azerbaijan and Eastern

Europe republics in the field of science and educational cooperation includes the agreement

signed between the Ministries of Education of Azerbaijan and Eastern Europe republics.

Baku State University has bilateral collaboration with Moscow State University,

Moscow State International Relations Institute, Saint-Petersburg State University of Russia;

BelorussiaStateUniversity; Social Sciences Institute named after Heydar Aliyev, Named after

T.Shevchenco Kiyev National University, Doneck National University, Dnepropetrovsk Na-

tional University, Named after I.Franko Lvov National University of Ukraine;

Warsaw UniversityPoland;Konstansa-Ovidius University, Bucharest University, Ployeshti Oil

and Gas University, Bucharest National University on Laser, Plasma and Radiation Physics

Romania and other universities Eastern Europe.The cooperation is based on agreements bet-

ween the universities and embraces different exchange programs for teaching staff and stu-

dents, collaborative academic researches, conducting, conferences,symposia, seminars, profes-

sional retraining of specialists and students, informational exchange and exchange of scientific

and methodical literature. According to the bilateral cooperation agreements the students of

Baku State University study at the Moscow State of Russia, , Named after T.Shevchenko

Ukrainian National University, Named after Heydar Aliyev Social Sciences Institute and

Named after A.Arbuzov Organic and Physics Chemistry Science Center of Ukraine.

Azərbaycan Müəllimlər Institutu Quba

Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı[2] ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır.

AMİ-un fəaliyyəti

1929-cu ildən pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması sahəsində ali təhsili mütəxəssis hazırlığı ilə fəaliyyətə başlayan indiki AMİ hal-hazırda müxtəlif istiqamətlər, bakalavr, magistratura, aspirantura və dissertantura, ixtisasartırma və yenidənhazırlanma təhsil istiqamətləri üzrə kadr hazırlığı mərkəzinə çevrilmişdir. Azərbaycan Müəllimlər İnstitutunda 2013-cü ildə əlavə olaraq 2 ixtisas açılmışdır: sosial iş, tarix-coğrafiya müəllimliyi.

Filiallar

  • Ağcabədi filialı
  • Cəlilabad filialı
  • Qazax filialı
  • Quba filialı
  • Şamaxı filialı
  • Şəki filialı
  • Zaqatala filialı

Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşuldu

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb.

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalayıb.

Dövlət başçısı pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə tutaraq qərara alıb ki, Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulsun.

Sərəncama əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunur.

Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Azərbaycan Təhsil Nazirliyi Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə birlikdə bu sərəncamın icrası nəticəsində qənaət olunan maliyyə vəsaitinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi-pedaqoji potensialının gücləndirilməsinə yönəldilməsini, həmçinin azad olmuş maddi-texniki bazadan təhsil sisteminin məqsədləri üçün istifadə olunmasını təmin edəcək.

  • Prezident İlham Əliyev
  • Azərbaycan Müəllimlər İnstitutu
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.