Azrbaycan multikulturalizmi ali mktblr üçün drslik
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, BBMM-in Himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə ölkəmizdə multikulturalizm sahəsində ortaya çıxan faktların bir araya gələrək “Azərbaycan multikulturalizmi” dərsliyində yer alması baxımdan nəşrin əhəmiyyətini vurğulayıb.
Azrbaycan multikulturalizmi ali mktblr üçün drslik
Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) ali məktəblər üçün nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, ali təhsil ocaqlarında tədris ediləcək “Azərbaycan multikulturalizmi” kitabı BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla və Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin baş məsləhətçisi professor Etibar Nəcəfovun elmi redaktorluğu ilə hazırlanıb. Kitab giriş, üç bölmə və yeddi fəsildən ibarətdir. Dərslik Azərbaycanın və xarici ölkələrin universitetlərində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr, magistr və doktorantlar, həmçinin Azərbaycan multikulturalizmi modelinin aktual məsələləri ilə maraqlananlar üçün nəzərdə tutulub.
BBMM tərəfindən tərtib edilən nəşrin əhəmiyyətindən danışan Kamal Abdulla Azərbaycan muktikulturalizmi fənninin respublikamızda və xarici ölkələrin universitetlərində artıq iki ildir tədris olunduğunu deyib. Bildirilib ki, bu fənnin uğurla tədris edilməsinin əsas şərtlərindən biri fənn üzrə dərsliyin hazırlanmasıdır. Qeyd olunan zərurəti nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planında “Azərbaycan multikulturalizmi” dərsliyinin hazırlanıb nəşr etdirilməsi vəzifəsi qoyulub. BBMM Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi, hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq əlaqələri üzrə tanınmış alimlərin birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini hazırlayıb.
Azərbaycanın dünyanın əsas multikulturalizm mərkəzlərindən biri olduğunu deyən professor Etibar Nəcəfov multikulturalizmin dövlətimizin həm daxili, həm də xarici siyasətində özünü büruzə verdiyini söyləyib. Vurğulanıb ki, Avropa ölkələri belə, multikulturalizm sahəsində Azərbaycan təcrübəsindən faydalanmaq istəyirlər. Bunun əsas səbəbi multikulturalizmin xalqımızın həyat tərzi olmasıdır. Bu təcrübəyə əsasən Azərbaycan multikulturalizmi fənni bir sıra xarici ali təhsil ocaqlarında tədris olunur. Belə ki, həmin universitetlər etnik, dini, irqi müxtəlifliklərin tənzimlənməsi sahəsində Azərbaycanın əldə etdiyi böyük nailiyyəti elmi cəhətdən mənimsəyib onu yaymaq niyyətindədir. Hətta bu sahə üzrə tanınan bir çox xarici mütəxəssislər ölkəmizə gələrək müvafiq istiqamətdə Azərbaycanın qazandığı uğurları elmi cəhətdən tədqiq edirlər. Hazırda bu proses davam etməkdədir. Kitabın Azərbaycan multikulturalizminin dünyada tanınması baxımından əhəmiyyətini vurğulayan Etibar Nəcəfov diqqətə çatdırıb ki, ölkəmizin multikulturalizminə maraq göstərənlər artıq bu dərsliyi oxumaqla təcrübəmizi əldə edə bilərlər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, BBMM-in Himayəçilik Şurasının üzvü Firəngiz Əlizadə ölkəmizdə multikulturalizm sahəsində ortaya çıxan faktların bir araya gələrək “Azərbaycan multikulturalizmi” dərsliyində yer alması baxımdan nəşrin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun elmi işçisi, professor Solmaz Tohidi, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi arxiv sənədləri şöbəsinin baş məsləhətçisi Həcər Verdiyeva, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Rima Qafarzadə, Sumqayıt Dövlət Universitetinin müəllimi Adil Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Cahangir Cahangirli bu gün ölkəmizdə multikulturalizmin siyasət və elm müstəvisindən təhsil müstəvisinə proyeksiya olunduğunu söyləyiblər.
Ali məktəblər üçün dərslik: “Azərbaycan multikulturalizmi”
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) fəaliyyət göstərdiyi üç il ərzində Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə müvafiq olaraq, çoxlu sayda regional və beynəlxalq layihələrə imza atıb.
BBMM-dən AZƏRTAC-a bildiriblər ki, bu layihələrə hazırda iyirmi xarici ölkə universitetində, ölkəmizin isə qırx ali təhsil müəssisəsində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi, bu fənni mənimsəyərək Azərbaycanın dostuna çevrilən, onlarla xarici ölkəni təmsil edən yüzlərlə gəncin platforması olan “Azərbaycanın Gənc Dostları Klubu”, Yay və Qış Multikulturalizm məktəbləri, Rusiya, Almaniya, İsrail, Moldova, İtaliya, Portuqaliya və Bolqarıstanda BBMM-in filiallarının açılması da daxildir. Mərkəzin Türkiyə, Rusiya, Almaniya, İndoneziya, Portuqaliya, Bolqarısan, İtaliya, Belarus, Litva, Gürcüstan, Ukrayna, Çexiya və başqa ölkələrin nüfuzlu universitetlərində və ölkəmizdəki ali təhsil ocaqlarında tədris fəaliyyətini elmi ədəbiyyatla təchiz etmək üçün 2016-cı ildə Azərbaycan, rus və ingilis dillərində ilk dəfə Azərbaycan multikulturalizminin qaynaqları seriyasından “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı nəşr olunub. Tədris edilən “Azərbaycan multikulturalizmi” fənninin dərin elmi və tədris vəsaitləri ilə zəngin bazasını formalaşdırmaq işini davam etdirən BBMM-in növbəti fundamental nəşri bu fənnin ilk dərsliyi olub. BBMM-in Himayəçilər Şurasının sədri, Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdullanın ideya müəllifi olduğu bu dərslik ADU-nun elmi şurasının tövsiyəsi ilə nəşr edilib. Azərbaycanın brendi olan multikulturalizm modelini akademik şəkildə dünyaya təqdim etmək kimi ali missiya daşıyan belə bir dərsliyin ilk dəfə nəşri əlamətdar hadisədir.
Belə ki, qırx dörd yerli və əcnəbi müəllifin səkkiz fəsildə hazırladıqları dərslik təkcə Azərbaycan multikulturalizminin ayrı-ayrı istiqamətlərinin, dərin tarixi, mədəni, fəlsəfi, sosial qaynaqlarını, ölkəmizin multikultural təhlükəsizlik konsepsiyasını, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan multikulturalizminin formalaşmasına verdiyi əvəzsiz töhfələrin fərqli aspektlərdən təqdimatını deyil, həm də dünyadakı mütərəqqi multikulturalizm modellərini müqayisəli əsasda tələbələrə təqdim edir. Dərsliyin elmi redaktoru, akademik Kamal Abdullanın qeyd etdiyi kimi bu dərslik Portuqaliyadan İndoneziyayadək müxtəlif ölkələrdə tədris olunan Azərbaycan multikulturalizmi fənni üçün əvəzedilməz mənbədir. Bu baxımdan dərsliyin qisa vaxtda Azərbaycan multikulturalizmi öyrənilən ölkələrin dillərinə tərcümə edilməsi hazırda bu konseptual layihənin qarşısında duran əsas məqsədlərdəndir. Dərsliyin müxtəlif dillərə tərcüməsi Azərbaycan multikulturalizmi fənninin arealının genişlənməsini daha da sürətləndirəcək. Nəfis tərtibatı, zəngin ədəbiyyat göstəriciləri ilə seçilən “Azərbaycan multikulturalizmi” dərsliyi Azərbaycanın dövlət siyasətinin vacib bir istiqamətinin və ölkəmizin multikultural ab-havasının həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda təbliği və təşviqində öz töhfəsini verəcək.
Bizi sosial şəbəkələrdə izləyin
Comments are closed, but trackbacks and pingbacks are open.