AZƏRBAYCAN MUZEYLƏRİ
Muzeyin 4 filialı var:
Azrbaycan musiqi dbiyyatı
Musiqi ədəbiyyatı
Azərbaycan musiqi mədəniyyətinin ətraflı tədqiqi xalqın zəngin tarixinin , bütövlükdə mədəniyyətinin öyrənilməsi deməkdir . Xalqımız əsrlər boyu zəngin maddi və mənəvi mədəniyyət yaratmışdır .
Ötən yüzillikdə Azərbaycan bütün Şərq aləmində ilk opera yaratdı , teatr və dramaturgiyamız yeni inkişaf mərhələsinə qədəm qoydu . Əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş Azərbaycan bəstəkarlıq məktəbinin istedadlı nümayəndələri öz dəyərli əs ərləri ilə musiqi sənətimizi həm respublikamızda , həm də xarici ölkələrdə məharətlə nümayiş etdirdilər .
Ali və orta ixtisas musiqi məktəblərində incəsənətimizin bu mühüm sahəsinin öyrədilməsi yolunda son illər uğurlu addımlar atılır , araşdırmalar aparılır , yeni dərsliklər yaradılır . Bu baxımdan ” Adiloğlu ” nəşriyyatı tərəfindən çap edilmiş ” Azərbaycan musiqi ədəbiyyatı ” ikihissəli dərsliyin çapı təqdirəlayiqdir .
Yeni nəşrin birinci hissəsinin müəllifi Solmaz Qasımovadır . Təqdim olunmuş musiqi ədəbiyyatı dərsliyi Təhsil Nazirliyinin təsdiq etdiyi proqram əsasında hazırlanıb . Burada Azərbaycan musiqi mədəniyyəti tarixinin əsas inkişaf mərhələlərinin şərhi və qısa icmalı verilib . Dərslikdə görkəmli bəstəkarlar – Ü. Hacıbəylinin , M.Maqomayevin , Ə. Bədəlbəylinin , A. Zeynallının , Q.Qarayevin , F. Əmirovun , C. Hacıyevin həyat və yaradıcılıqları işıqlandırılıb . Müəllif Azərbaycan şifahi musiqi mədəniyyətinin janrlarına da toxunaraq mahnı , rəqs , muğam , zərbi-muğamlar , eləcə də aşıq sənətindən söz açır .
” Azərbaycan musiqi ədəbiyyatı ” dərsliyinin ikinci hissəsinin müəllifi Zemfira Abdullayevadır . Bu nəşrdə də XX əsr Azərbaycan musiqi mədəniyyətinin ümumi şərhi verilib və Niyazi , S. Hacıbəyov , C.Cahangirov , A. Məlikov , V. Adıgözəlov , X. Mirzəzadə , S. Rüstəmov , T.Quliyev və R. Hacıyevin həyat və yaradıcılıqları monoqrafik prinsip əsasında təqdim olunub . Müəllif göstərir ki , XX əsri Azərbaycan incəsənəti tarixində yeni yüksəliş dövrü kimi səciyyələndirmək olar . Çünki məhz bu əsrdə hər iki dərslikdə adları qeyd olunan sənətkarlar təkcə Azərbaycan incəsənətinə deyil , ümumilikdə bəşər mədəniyyətin ə böyük töhfələr veriblər .
Hər iki dərsliyin redaktoru fəlsəfə elmləri doktoru , əməkdar incəsənət xadimi , professor Gülnaz Abdullazadədir .
Azərbaycan.- 2010.- 25 may.- S. � 14.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
Azәrbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildә yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir. Muzeyin fondunda 60 minə yaxın çox eksponat toplanmışdır. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildən 1996-cı ilə qədər İçərişəhərdə, Karvansarayda, Həqiqət Rzayeva küç., 9, 1996-cı ildən 2015-ci ilə qədər Rəşid Behbudov küç., 7 ünvanında fəaliyyət göstərmişdir. 2015-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə, Neftçilər prospekti, 49 ünvanına köçmüşdür.
Muzeyin zəngin kolleksiyalarında 60 minə yaxın eksponat saxlanılır.
Muzeydə cəmi 297 ədəd musiqi aləti qorunub saxlanılır. Bunlardan 211-i Azərbaycan, 86-i isə qeyri-Azərbaycan alətidir. Bundan əlavə, 12 ədəd nadir musiqi qutusu mühafizə olunur. Bununla yanaşı muzeydə Keçəçioğlu Məhəmmədin, Xan Şuşinskinin qavalları, Şirin Axundovun, Qurban Pirimovun, Məmmədağa Muradovun, Bəhram Mansurovun, Həbib Bayramovun, Səid Rüstəmovun, Qasım Qasımovun, Kamil Əhmədovun, Ramiz Quliyevin,Valid Fərzəliyevin tarları, Aşıq Hüseyn Saraclının, Aşıq Xanların, Pənah Qurbanovun, Rəhilə Həsənovanın sazlarını, Qılman Salahovun kamançası və s. saxlanılır.
Muzeydə 800-dən çox şəxsi arxiv var. Bunlar Azərbaycan bəstəkarlarından Soltan Hacıbəyovun, Cövdət Hacıyevin, Qara Qarayevin, Niyazinin, Fikrət Əmirovun, Zakır Bağırovun, Əşrəf Abbasovun, Hacı Xanməmmədovun, Tofiq Quliyevin, Süleyman Ələsgərovun, Şəfiqə Axundovanın, Oqtay Zülfüqarovun, Xəyyam Mirzəzadənin və başqa mədəniyyət xadimlərinin arxiv materiallarıdır.
Muzeydə toplanan bu zəngin arxiv materialları Azərbaycanın musiqi tarixini daha da dərindən öyrənilməsinə və araşdırılmasına imkan yaradır.
Muzeyin 4 filialı var:
– Niyazinin Mənzil Muzeyi
– Vaqif Mustafazadәnin Ev-Muzeyi
– Qara Qarayevin Ev-Muzeyi
– Xalq çalğı alətləri şöbəsi
Muzeyin nәzdindә 15 musiqiçini özundә birlәşdirәn Qәdim Musiqi Alәtlәri Ansamblı fәaliyyәt gostәrir.
Comments are closed, but trackbacks and pingbacks are open.