Xarici universitetlərdə rektor olmuş Azərbaycan alimləri -MARAQLI
Məsud Əfəndiyev – 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Milli.Az azedu.az-a istinadən bildirir ki, iki il orada oxuduqdan sonra, təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.
Azərbaycan və Qərb alimləri
Bu məqalədə görkəmli alman filosofu Höte (1749-1837) və onun Azərbaycan haqqındakı fikirlərindən bəhs olunur.
Просмотр содержимого документа
«Azərbaycan və Qərb alimləri»
Azərbaycan və Qərb alimləri
Şərq mövzusu-Şərq tarixi, fəlsəfəsi, mədəniyyəti və ədəbiyyatı əsrlərdən bəri Avropa aıim və yazıçılarının nəzər-diqqətini özünə cəlb etmişdir. Qərbi Avropanın bir çox sənətkarları Şərqə sənət məbədi kimi baxmış və Şərqin böyük mütəfəkkirlərindən bəhrələndiklərini gizlətməmişlər. Belə alimlərdən biri İ.V.Höte (1749-1837)olmuşdur. O, Şərqin məhşur şairlərinin, o cümlədən N.Gəncəvinin əsərləri ilə əvvəlcə Avropa şərqşünaslarının tərcümələri vasitəsilə tanış olmuş, sonra ərəb əlifbası və fars dilini öyrənib, 12 il Şərq tarixini və ədəbiyyatını mütailə etmişdir. Şərq tarixi, fəlsəfə və poeziyası ilə maraqlanan şair Firdovsi, Nizami, Rumi, Sədi, Hafiz kimi klassik yazıçıların əsərlərini öyrənir, onlar haqqında müəyyən qeydlər edir, özü də Şərq lirik poeziyası ruhunda aşiqanə əsərlər yazırdı. Hötenin tədqiqatçıları onun mövzu və ideya axtarışını keçmişə,başqa xalqların poeziyasını “Hicrət”adlandirmışlar. Bu isə məhşur “Qərb-Şərq divanı”nın yaranması ilə nəticələnmişdir. Romantizm üçün səciyyəvi olan Şərqə maraq “Divan”da öz dolğun əksini tapmışdır. Şair “Divan”a”qeydlər və tədqiqlər”adlanan böyük bir izah da yazmışdır. Höteyə görə, bütün şərqlilər anadan şair doğulur, onların istedadını isə oxucular yayırlar. Höte Şərq deyəndə müsəlman Şərqini, müsəlman aləmini nəzərdə tuturdu. O, Şərqin müdriklik, kamillik, hikmət ümmanı olduğunu görürdü. ”Qərb-Şərq divanı”nın maraqlı xüsusiyyətlərindən biri də onda N. Gəncəvinin həyat və yaradıcılığına verilən yüksək qiymətdir. Höte “Divan”da Nizami yaradıcılığının əsas mahiyyətinə daha çox diqqət yetirmiş, tədqiqat nəticəsində şairin həyatının bir sıra faktlarını dəqiq göstərməyə müvəffəq olmuşdur. Höte “Qərb-Şərq divanı”nın “Qeydlər”ində yazır: ”O (Nizami-red.) peşəsinə uyğun olaraq, səlcuqilər hökmranlığı altında sakit həyat keçirmiş və doğma şəhəri Gəncədə dəfn edilmişdir. ”Höte Nizaminin gəncəli olmasını söyləyərkən, şairin fəaliyyət dairəsinin Asiya və Avropa arasında yerləşməsinə də xüsusi əhəmiyyət vermiş, məhz bu cəhətin onun kifayət qədər bilik əldə etməsinə göstərdiyi köməyi nəzərə carpdırmağa çalışmışdır. N. Gəncəvi yaradıcılığına böyük əhəmiyyət verən Höte öz şair-müəllimini yüksək yaradıcılıq ilhamına malik olan bir şəxsiyyət kimi səciyyələndirir.
Dahi şairimiz Nizami əsrlər boyu istər öz vətənində, istərsə də digər Şərq və Qərb ölkələrində böyük şöhrət qazanmış, əsərləri haqqında maraqlı faktlar söylənilmişdir. Nizami “Xəmsə”sindən söz açan hər bir tədqiqatçı bu əvəzsiz sənət nümunələrinin umumbəşəri qiymətini verməyə çalışmışlar. Belə tədqiqatçılardan biri də Kembric universitetinin professoru Puben Levidir(1891-1966). Alimin 1970-ci ildə Amerikada nəşr olunan”İran ədəbiyyatına giriş”əsərində ingilis alimi doğru qənaətə gələrək, Nizaminin Gəncədə doğulmasını və azərbaycanlı olmasını vurğulayır. Lakin R. Levinin Nizamini Firdovsi ənənələrini davam etdirən bir şair kimi qələmə verməsi doğru deyil. Məhşur şərqşünas Y.E.Bertels yazır: ”Nizami Firdovsini dərindən öyrənmiş, onu sadəcə oxumaqla kifayətlənməmiş, onu tədqiq etmişdir. Nizaminin üslubu özünəməxsus idi. O, XII əsrin novator şairi olmuşdur. Firdovsi ilə Nizami arasındakı üslub mübarizəsində Firdovsi yox, Nizami qalib gəlmişdir”. R. Levinin bu fikri tamamilə doğrudur ki, Nizami öz əsərlərində həmişə həqiqəti qələmə almışdır. İngilis alimi Nizaminin öz sələflərindən üstünlüyünü düzgün qiymətləndirdiyi kimi, şairimizin sənət aləmində bir zirvə olduğunu da doğru müəyyənləşdirmişdir. O, Nizaminin böyüklüyünü onun əsərlərinin bəşəri məzmununda görür. Levinin Nizami ilə bağlı fikirlərində nəzərə çarpan səhv və yanlışlıqlar olsa da əsər Nizaminin ingilis oxucularına təbliği mənasında müəyyən rol oynayır.
Zəngin və çoxəsrlik Azərbaycan hələ lap qədimdən avropalıları maraqlandırırdı. Xüsusilə, fransızlar bu sahədə daha çox diqqəti cəlb edir. Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyəti, bu xalqın adət-ənənələri və dini görüşləri onların tədqiqat obyektinə çevrilirdi. Konkret olaraq, XVII-XIX əsrlərdə fransız alimlərinin Azərbaycanla bağlı tədqiqatlarına nəzər salaq. Məlumdur ki, hələ e.ə.-dan əvvəl Yunanıstan və Roma elm məktəblərində zərdüştlik əsas fəlsəfi təlim kimi öyrənilirdi. Odur ki, Diogen, Herodot, Strabon, Pompey və başqa mütəkəfirlərin əsərlərində Azərbaycan-onun qədim tarixi, ədəbiyyatı, fəlsəfəsi barədə ilkin məlumatlar verilib. Çox qədimlərdən Fransada yayılan hind və Şərq nağılları,”Avesta”abidəsi də Şərq və Azərbaycan haqqında təsəvvürlərin yaranmasında az rol oynamamışdır.
Sonralar, əsrlər keçdikcə, fransız səyyahları Azərbaycanı gəzib, vətənlərinə qayıtdıqdan sonra təəssüratlarını yazmış, tariximiz, ədəbiyyatımız və mədəniyyatımız haqqında qiymətli məlumatları xalqa çatdırmışlar. Səyyahların apardıqları qeydlər, yazdıqları ilk kitablar Fransada şərqşünaslığın əsasını yaratmışdır. Sözsüz ki, bu əsərlərdə səhvlərə də yol verilib. XVII əsrin ilk fransız səyyahlarından Pirar de Laval, Fransua Martən, de Feyn, de Bovo və başqaları yol qeydlərində Şərq və Azərbaycan haqqında daha geniş bilgilər verilib. Fransalıların Şərq ölkələri ilə əlaqələrinin qədimliyini təsdiqləyən sənədlərdən biri də Fransua Xavyenin 1545-ci ildə Hindistana göndərdiyi məktubdur. Məktubun surəti Fransanın Kral kitabxanasında qorunur. Məlumdur ki, bu ölkələr arasında gediş-gəliş çoxdan mövcud olmuşdur. XVII əsrdə Fransa Kral kitabxanasında işləyən Teveno Azərbaycana dair əlyazmalarını fransız dilinə tərcümə edərək, Şərq haqqında fond yaratmağa cəhd etmişdir. Məhz buna görə, müasir fransızlar Tevenonu “səyyahlar atası”adlandırmışlar. Daha sonrakı illərdə səyyahlardan Jan Şarden, Quz Fransua, Qranje Lui, Pule, Rodes Aleksandr, Tavernye, XVIII əsrdə Rober Porte, Janna Delafua, Vilot Jak, Motre Obri, Ferryer Sovbef, Avril Filipp Azərbaycana gəlmiş, yazdıqları səyahətnamələrində Azərbaycanın təbiəti, mədəniyyəti, yeri gəldikcə, klassik ədəbiyyatı barədə söz açmışlar. XIX-XXI əsrlərdə isə Azərbaycan-Fransa ədəbi, mədəni iqtisadi və siyasi əlaqələrində yeni mərhələ başlandı. Onlar Azərbaycanı yer kürəsinin xalça mərkəzi adlandırırlar. Azərbaycanda 1200 sənət növü olduğunu qeyd edirlər. Fransız səyyahlarının əsərlərində ən maraqlı yerlərdən biri də Azərbaycan musiqisi haqqındadır. Fransız səyyahı Öjen Oben yazır ki, Azərbaycan musiqisində sözsüz çalınan havalara rəng, sözlə çalınan havalara isə təsnif deyilir. Havaların ritmini isə nağara “təyin”edir. Əvvəllər Azərbaycan havalarının hamısı 12 muğamdan ibarət idi. Bunlara birlikdə “Dəsgah”deyilir. Öjen Oben qeyd edir ki, Şimali Afrikada da “Dəsgah”a uyğun “Nuba”musiqi növü mövcuddur. Şərqşünas Şur, Mahur, Humayun, Dügah, Segah və c.muğamların adını çəkir. Amma o, Azərbaycan muğamındakı 6 avaz və törəmə məqamlar olan 24 şöbədən söhbət açmır.
Qərb alimlərinin əsərlərində Azərbaycana aid digər çoxlu sayda məlumatlara da rast gəlmək olar. Bu bir daha onu sübut edir ki, Azərbaycan istər qədim, istər orta, istərsə də müasir dövrdə dünya şərqşünaslarının diqqətindən yayınmır. Əlbəttə,bu araşdırmalarda ciddi qüsurlara da yol verilib. Onları tədqiq etmək, müasir oxuculara çatdırmaq isə Azərbaycan ziyalılarının mühüm vəzifələrindəndir.
Əsədli Seyyub Əsəd oğlu
Şirvan şəhər T.Bağırov adına 11 №-li tam orta məktəbin tarix müəllimi, 2015 -2016-cı dərs ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
Xarici universitetlərdə rektor olmuş Azərbaycan alimləri -MARAQLI
Ölkə xaricində çalışan alimlərimizin bir çox bilik və bacarıqları sayəsində işlədikləri universitetlərdə böyük etimada layiq görülüblər. İstər qonşu ölkələrdə, istərsə Avropa və ABŞ-da bir çox alimlərimiz laboratoriya müdiri, elmi mərkəz rəhbəri, kafedra müdiri, dekan, prorektor, hətta rektor vəzifələrinə layiq görülüblər.
Yenisabah.az Moderator.az-a istinadla ölkə xaricində rektor səviyyəsinə qədər yüksələn alimlərin bir qismini təqdim edir:
Heydər İmanov
1944-cü ildə Qubadlı rayonunda anadan olub. 1961-ci ildə Bakıda Yerli Sənaye Texnoloji Texnikumunu (indiki Bakı Idarəetmə və Texnoloji Kolleci) bitirib. 1962-ci ildə Sankt Peterburq Lensovet adına Texnologiya İnstitutunda “Keramika və odadavamlı materialların kimyəvi texnologiyası” ixtisası üzrə təhsil almağa başlamış, institutu bitirdikdən sonra, 1966-1976-ci illərdə “Uran” istehsalat birliyində elmi işçi, 1976-1980-ci illərdə “Elektrokeramika” birliyində direktor, 1980-1985-ci illərdə Leninqraddakı fayans istehsalı üzrə təcrübə zavodunda və Ümumittifaq farfor-fayans sənayesinin ETİ-da direktor vəzifələrində çalışıb.
1993-cü ildə yenidən Sankt-Peterburqa qayıdan Heydər İmanov buradakı “Farfor” (1993-1996-cı illər) zavodunun, eyni vaxtda həm də Kornilovdakı farfor zavodunun Baş direktoru vəzifəsində çalışıb.
1996-2003-cü illərdə “Elektrokeramika” QSC-nin prezidenti, 2003-cü ildən isə direktorlar şurasının sədri vəzifəsini icra etməyə başlayıb.
Heydər İmanov texnika elmləri doktoru, Rusiya Təhsil Akademiyasının üzvüdür. Alim 50-dən çox elmi işin müəllifidir. 2004-cü ildən Sankt-Peterburq Smolnı Universitetində fəaliyyətə başlayan akademik Heydər İmanov hal-hazırda həmin universitetin rektorudur.
İmran Əkbərov
1958-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olunsa da respublika rəhbərliyinin göndərişi ilə ali təhsilini Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunda davam etdirib. İnstitutdan sonra 1987-ci ilədək dəmiryolu sistemində işləyib. 1987-ci ildə doğma instituta qayıdıb, pedoqoji və elmi fəaliyyətə başlayıb. İstehsalatın idarə edilməsi kafedrasında idarəetmə sahəsi fənlərini tədris edib.
Son illər Rusiyanın cənub zonasında olan bir sıra ali məktəblərin birləşməsi nəticəsində yaradılmış Cənubi Rusiya Universitetinin rektorudur. Rusiya üzrə ilk özəl ali məktəb lisenziyası alan universitet Krasnodar, Rostov, Stavropol, Volqoqrad, Vladiqafqaz şəhərlərini əhatə edir. Təhsil ocağının 25 mindən artıq tələbəsi, 5 min nəfərlik professor-müəllim heyəti vardır.
Fəxrəddin Abdullayev
Hazırda Türkiyədə Mersin Universitetinin professoru olan riyaziyyatçı alim bir müddət adıçəkiləm təhsil ocağının rektoru vəzifəsində çalışıb.
Fəxrəddin Abdullayev Mersin Universitetinin xarci ölkə universitetləri ilə əməkdaşlığına böyük töhfələr verib. O, çoxsaylı beynəlxalq riyazi konfransların təşəbbüskarı və təşkilatçısıdır. Alim Ukrayna EA Riyaziyyat İnstitutu ilə elmi əlaqələrin təşkilinə görə 2002-ci ildə Ukrayna EA-nın M.V.Ostroqradski adına qızıl medalı ilə təltif edilmişdir. “Yaxınlaşma və interpolyasiya nəzəriyyəsində müasir metodlar” sahəsində silsilə işlərinə görə 2007-ci ildə Ukrayna EA-nın N.M.Krılov adına mükafatı, 2009-cu ildə isə N.N.Boqolyubov adına qızıl medalı ilə təltif edilib.
Professor Abdullayevin rəhbərliyi ilə 10 namizədlik və 8 doktorluq dissertasiyası müdafiə edilib. Onun 150-dən çox elmi işi dünyanın bir sıra ölkələrinin elmi jurnallarında dərc olunub.
Azərbaycanlı alim 2006-2010-cu illərdə Mersin Universiteti nəzdində Mersin Texniki Məktəbinin direktoru, 2008-2011-ci illərdə Mersin Universitetinin Təbiətşünaslıq və ədəbiyyat fakültəsinin dekanı, 2010-cu ildə universitetinin rektoru vəzifələrində çalışıb. Hazırda Riyaziyyat bölümünün müdiridir.
Aygün Əttar
Qardaş Türkiyədə çox yaxşı tanınan professor Aygün Attar prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvüdür. 2012-2016-cı ildə Giresun Universitetinin rektoru vəzifəsində çalışıb. Professor Aygün Əttar ixtisasca tarixçidir, indiki Bakı Dövlət Universitetini bitirmiş, Rusiya Elmlər Akademiysının tarix şöbəsində doktorluq müdafiə edib. Oksford Universitetinin Sokrat mükafatına layiq görülüb.
5 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Dünyada elmi əsərləri ən çox müzakirə edilən Azərbaycan alimləri – SİYAHI – FOTO
Barələrində qısaca da olsa məlumat verəcəyimiz alimlər bu gün dünyada elmi ideya və əsərləri ən çox müzakirə edilən Azərbaycan elm xadimləridir. Siyahıda təbii ki, hamısını təqdim edə bilməmişik.
Məsud Əfəndiyev – 1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirərək Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olub. Milli.Az azedu.az-a istinadən bildirir ki, iki il orada oxuduqdan sonra, təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib. Aspirantura, doktorantura pilləsinə qalxaraq, uğurla namizədlik, sonra isə doktorluq dissertasiyalarını müdafiə edib.
Artıq 20 ildən çoxdur ki, Almaniyada yaşayan alim, ölkənin müxtəlif universitetlərində, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində “Dinamik sistemlər” şöbəsinin müdiridir. Həmyerlimiz 2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce – JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir. Dünya elmində ən yüksək təltiflərdən (“kiçik Nobel mükafatı”) sayılan, Almaniya hökumətinin təsis etdiyi “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureatı kimi tarixə düşüb.
Rafiq Əliyev – Hazırda həyatda olan Azərbaycan alimləri içərisində dünyada ən tanınanlarından biridir. Onun ali riyaziyyat , süni intellekt, kibernetika, sinergetika elmləri sahəsində apardığı fundamental araşdırmalar modern dünya təfəkkürünün formalaşmasında əsaslı rol oynayıb.
Onun dünya çaplı kəşflərindən bir qisminin adını çəkirik: AL11, AL12 və AL13 qeyri-səlis məntiqlərinin yaradılması; Qeyri-səlis modellərin adekvatlıq şərtlərinin formalaşdırılması; Qeyri-səlis intellektual robotların nəzəriyyəsi və qurulma prinsiplərinin işlənməsi; ESPLAN da daxil olmaqla qeyri-səlis ekspert sistemlərin işlənməsi.
Alimin son iki nəzəriyyəsi – Ümumiləşdirilmiş qərarqəbuletmə və Dayanıqlıq nəzəriyyələri dünya alimlərinin ən çox müraciət etdiyi elmi ideyalardır;
Qərib Mürşüdov – bioinformatika sahəsində tanınmış mütəxəssis, Böyük Britaniya Birləşmiş Krallığı Kembric Universitetinə dəvət olunmuş ilk azərbaycanlı alim.
Professor Qərib Mürşüdovun “Makromolekulyar rentgen kristalloqrafiyası və zülal verilənlər bankı: etibarlı informasiyanın toplanması və istifadəsi” bioinformatika üzrə ən çox istinad olunan vəsaitlərdəndir. Alim bu kitabı ilə bioinformatikanı modern biologiya elminin zirvəsi olduğunu Avropaya sübut edə bilib.
Googlescore axtarış portalında əsərlərinə ən çox müraciət edilən azərbaycanlı alimdir;
Novruz Allahverdiyev – hazırda Türkiyənin ən çox tələbəsi olan (71000) Səlcuq Universitetində çalışır. Nəhəng Universitetin “bilgisayar başqanı” adlandırılan professor haqqında Kembric Universitetinin təsis etdiyi “Min böyük intellektual” ensiklopediyasında böyük məqalə yazılıb. Həmin ensiklopeduyaya adı daxil edilən yeganə alimimizdir;
Bəxtiyar Siracov – Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin kompüter təminatı şöbəsinin müdiridir. 1992-ci ildən Avstriyada yaşayır. 2005-ci ildə Nobel sülh mükafatı uğurlu işlərinə və dünyada sülhün təminatına görə Siracovun çalışdığı Agentliyə verilir. Mükafatın təqdim olunduğu komandada əsas fiqurlardan biri də Azərbaycan alimi olur. Beləliklə, Bəxtiyar Siracov qrup halında da olsa, bu mükafata layiq görülən ilk və hələlik yeganə azərbaycanlı kimi tarixə düşür;
Vərqa Kələntərov – fizika-riyaziyyat elmləri doktoru, professordur. Yuxarıdakı həmkarlarından həm də vətəndə çalışdığı üçün fərqlənir. Türkiyənin Koç Universitetində matematik uzmanı kimi tanınan Kələntərov vətəndə Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnstitutunda da fəaliyyətinə xitam verməyib.
Elman Həsənoğlu -1971-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini “Lenin təqaüdü” ilə bitirib. Ondan cəmi bir il sonra elmlər namizədi elmi dərəcəsini alıb. Sonradan Ukraynanın Xarkov Universitetində çalışan E.Həsənoğlu fizika””riyaziyyat və radiofizika üzrə sanbalı mütəxəssis kimi tanınır. 1991-ci ildə elə bu universitetdə doktorluq dərəcəsini qazanır. Hazırda qardaş ölkənin İşıq Universitetində fənn-ədəbiyyat fakültəsində matematik bölüm başqanı vəzifəsində çalışır.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Похожие статьи
-
V sinif. Azərbaycan tarixi. BSQ № 2 Azərbaycan xalqı bu geniş ərazidə yaşayan türk etnoslarından və qonşu ölkələrdən gəlib burada məskunlaşan türkdilli…
-
Azərbaycan tarixi ziya bunyadov
Azərbaycan tarixi ziya bunyadov Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron…
-
Azərbaycan tarixi akademik nəşr 1ci cild
Azərbaycan tarixi akademik nəşr 1ci cild Aryailər əfv edici, isti, qonaqpərvər insanlardır və getdikləri hər yerdə dostluq, elm və sevgi toxumu əkirlər….
-
Azərbaycan tarixi.sənədlər və nəşrlər üzrə
Azərbaycan Milli Elmlər Akademiyası Hər şeydən əvvəl Şavrov 1819-cu ildə Vyurtemberq almanlarının 500 ailəsinin köçürdüklərini qeyd edir. Hansı ki,…
-
Azərbaycan iii-ix əsrlərdə Azərbaycanın görkəmli şairi, dramaturqudur. Naxçıvanda ruhani ailəsində doğulmuş, ibtidai təhsilini Naxçıvanda mollaxanada,…
Comments are closed, but trackbacks and pingbacks are open.