Azərbaycan nağılları
По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше
Uşaqlara zərər vuran nağıllar – VİDEO – FOTO
Biri var idi, biri yox idi. Bir zamanlar nənələrin nəql etdiyi nağıllarla böyüyən uşaqlar var idi. Uşaqlar indi də var. Bəs nağıllara olan maraq necə? Hələ də qalırmı? İndi balacalar hansı nağılları oxuyurlar görən?
Milli.Az bildirir ki, ARB TV-nin “Günə doğru” verilişində mövzu ilə bağlı maraqlı reportaj yayımlanıb.
Texnologiyanın inkişafı və indiki uşaqların dəyişən maraq dairəsini nəzərə alaraq uşaqlığımızın nağıllarını internetdə axtarmaq qərarına gəldik. Axtarışımız nəticəsiz qalmadı. Azərbaycan Milli Kitabxanasının rəsmi internet səhifəsində 5 cildlik “Azərbaycan Nağılları”nın pdf variantını tapdıq və başladıq oxumağa. Diqqətimizi nağılların məzmunundan əvvəl, yazıya alınma şəkli çəkir. Nağıllar başdan-sona ədəbi deyil, danışıq dilində yazıya alınıb. Məsələyə aydınlıq gətirmək üçün professor Mübariz Yusifova müraciət etdik. Professor dedi ki, bu kitabda Azərbaycan dilinin yazı normaları pozulub, özü də kobud şəkildə.
Mübariz müəllim deyir ki, nağıllarda dialektlərdən istifadə oluna bilər, bir şərtlə ki, onun izahı verilsin və ya hər hansı bir qəhrəmanın dilindən səslənsin. Azərbaycan dilinin yazı normalarının pozulması ilə yanaşı, nağılda təsvir olunan səhnələr də başqa bir müzakirə mövzusudur əslində.
“Göy muncuq” nağılından kiçik bir hissə:
“Kişinin balaca bir oğlu var idi. Birdən bu başladı ağlamağa. Kişi nə qədər elədi oğlan kirimədi. Kişi dedi:
– Göy Muncuq dur “mını” çıxart çölə, səsini kəssin.
Göy Muncuq bunu apardı çölə. 2 qılçasından tutub dartdı, 2 bölüb yarısını bu itə atdı, yarısını o biri itə atdı. İtlər başladı boğuşmağa. Kişi dedi:
– Göy Muncuq itlər niyə boğuşur?
Cavab verdi ki, “Uşağdan çoxu o biri itə çatmadı ona görə”. Kişi dedi:
– Ədə nə uşaqdan? Sən nə danışırsan?
Göy Muncuq dedi:
– Sən dedin uşağın səsini kəs, mən də kəsdim, neniyim?”
Onu da deyək ki, “Azərbaycan Nağılları” kitabı 2005-ci ildə nəşr edilib və ölkə kitabxanalarına paylanılıb. Topluda yer alan nağıllar Azərbaycanın dəyişik bölgələrindən yazıya hazırlanıb. Toplunun digər 4 cildindəki nağıllar birinciyə nisbətən daha anlaşılır dildə yazılıb.
Nəzərə alsaq ki, nağıllar və umimilikdə uşaq ədəbiyyatı azyaşlıların dünyagörüşü, habelə nitqinin formalaşmasında önəmli rol oynayır, o zaman vəziyyətin nə qədər acınacaqlı olduğunu xüsusi vurğulamağa ehtiyac qalmır. Belə olan halda sual yaranır: uşaqlar nə oxusunlar? Aləmzər Əlizadə deyir ki, Azərbaycanın uşaq ədəbiyyatı olduqca zəngindir, istər klassik, istərsə də müasir.
Aləmzər Əlizadə – uşaq ədəbiyyatı yazıçısı: “Uşaq ədəbiyyatımız hər bir ailəyə daxil olmalıdır. Əvvəllər “Göyərçin”, “Günəş” jurnalı var idi. Bunlar hər bir evə daxil olurdu”.
Valideynlər arasında apardığımız sorğu da müasir dövrdə uşaq ədəbiyyatı və nağıllara olan marağın yüksək olmadığını göstərdi.
Bir uşaq ana laylası ilə öyrənmə başladığı dili ədəbiyyatla mənimsəyib, ədəbiyyatla inkişaf etdirir, ədəbiyyatla sevir. Odur ki, uşaqlarımızı kitablara yönəldən gərəkdir. Bu isə, əsasən, valideynlər və tədris ocaqları olmalıdır. Bu aydın məsələdir. Axı gərək kitablar da oxumağa dəyər olsun. Ədəbi nəşrlərimiz uşaqlara mükəmməl dilimizi, əvəzsiz ədəbiyyatımızı elə mükəmməl şəkildə tanıtmalı və öyrətməlidir.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Azərbaycan nağılları
Также данная книга доступна ещё в библиотеке. Запишись сразу в несколько библиотек и получай книги намного быстрее.
Как слушать книгу после покупки
- Чтение только в Литрес «Читай!»
Посоветуйте книгу друзьям! Друзьям – скидка 10%, вам – рубли
По вашей ссылке друзья получат скидку 10% на эту книгу, а вы будете получать 10% от стоимости их покупок на свой счет ЛитРес. Подробнее
Стоимость книги: 377,36 ₽
Ваш доход с одной покупки друга: 37,74 ₽
Чтобы посоветовать книгу друзьям, необходимо войти или зарегистрироваться Войти
- Длительность: 11 ч. 16 мин. 38 сек.
- Жанр:к ниги для детейРедактировать
Эта и ещё 2 книги за 399 ₽
По абонементу вы каждый месяц можете взять из каталога одну книгу до 700 ₽ и две книги из персональной подборки. Узнать больше
Оплачивая абонемент, я принимаю условия оплаты и её автоматического продления, указанные в оферте
Оплатить Отмена
Описание книги
Azərbaycan nağılları – Azərbaycanın şifahi xalq ədəbiyyatının epik növünə aid janr. Azərbaycan nağılları Azərbaycan xalqının dünya görüşünü, həyata münasibətini, zülmə qarşı mübarizəsini, gələcək üçün arzularını və inamını əks etdirən şifahi xalq ədəbiyyatının çox qədim və geniş yayılmış növlərindəndir. Azərbaycan nağıllarını mövzularına görə bir-neçə hissəyə bölmək olar: Heyvanlar haqqında olan nağıllar: M.Təhmasibin fikrincə bu növ nağıllar ən qədim nağıllardır. Qədim insanlar bəzi heyvanlara ecazkar varlıq kimi baxıb onları müqəddəsləşdirmişlər. Totem və tetemizim də belə yaranmışdır. Azərbaycan nağıllarının çoxunda totem heyvanlara rast gəlmək olar. ’’Göyçək Fatma’’, ’’Fatmanın inəyi’’, ’’Ovçu Pirim’’ və qeyri. «„Göyçək Fatma“» , «„Fatmanın inəyi“» Heyvanlara aid olan nağılların içərisində böyük bir qismini alleqorik nağıllar təşkil edir. ’’Şəngilim, Şüngülüm, Məngülüm’’ və s. Sehirli nağıllar – Bu nəğıllarda qəhrəmanlar sehr, cadu, əfsun və əfsanəvi köməkçilərlə düşmənə qarşı mübarizə aparır. Məs. ’’Sehirli üzük’’, ’’Şəms və Qəmər’’, ’’Məlikməmməd’’ və s. Tarixi nağıllar – Bu nağılların qəhrəmanı tarixi şəxsiyyət, hökmdar, xalqın qəhramanı və ya məşhur bir sənətkardır. Məs. ’’İsgəndər və fağır’’ ’’Saleh və Valeh’’, ’’Üç bacı’’ və s. Məişət nağılları – bu növ nağıllar daha real və xalqın ictimai və məişət problemləri ilə daha bağlıdırlar. Məs. ’’Hacının köpəyi’’, ’’Yeddi qardaş bir bacı’’, ’’Dərzi şagirdi Əhməd’’ və s. lk xalq nağılları e.ə. 6-7-ci əsrlərdə yaranmışdır. Azərbaycanın müxtəlif mədəniyyətlərin kəsişdiyi bir coğrafi məkanda yerləşməsi nəticəsində yaranan özünəməxsus xüsusiyyət özünü xalq nağıllarında daha aydın surətdə əks etdirir. Azərbaycan nağıllarında həm şərq, həm də yunan-ellin və ərəb mədəniyyətlərinin izlərinə rast gəlmək mümkündür. Azərbaycanda nağıllar əsrlər boyu şifahi formada nəsildən-nəslə ötürülmüş və yalnız 20-ci əsrin əvvəlllərində yazılı şəkildə qeydə alınmışdır. Avropa nağıl mədəniyyətində olduğu kimi, Azərbaycan nağılları da nəsihətverici xarakter daşıyır. Qəhrəmanları heyvanlar olan nağıllarla yanaşı, mifik xarakterlər və fantastik elementlərlə zəngin nağıllara da rast gəlmək mümkündür. Nağıllarda hər zaman Azərbaycan xalqının gündəlik məişət həyatı əks olunur.
Подробная информация
Возрастное ограничение: 0+ Дата выхода на ЛитРес: 09 февраля 2023 Длительность: 11 ч. 16 мин. 38 сек.
Чтец: Правообладатель: Аудиокитаб ООО
«Azərbaycan nağılları» — читать онлайн бесплатно фрагмент книги. Оставляйте комментарии и отзывы, голосуйте за понравившиеся.
Comments are closed, but trackbacks and pingbacks are open.