Press "Enter" to skip to content

Azərbaycan nazirləri

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ədliyyə orqanları yeni mərhələyə qədəm qoyub. Sovet ideologiyasında azad olan sistem yenidən qurulmağa başlayır.

Xankəndi

Ölkənin müstəqilliyi uğrunda əvəzsiz xidmətləri olan ədliyyə orqanlarının yaradılmasından 97 il ötür. Nazirliyin yaranması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir.

Geridə qalan 97 il.

Azərbacanda ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi var. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də – Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılıb.

Azərbaycan Demokratik Respublikasının 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə ədliyyə Nazirliyi ləğv edilib, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilib. Lakin, 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilib.

1933-cü ildə məhkəmələrin, prokurorluğun, istintaqın birləşdirilməsi, vahid məhkəmə siyasətinin həyata keçirilməsi, bütün hakimiyyət orqanlarının, təsərrüfat müəssisələrinin, ictimai birliklərin və fiziki şəxslərin hərəkətlərinin qanuniliyini müşahidə etmək məqsədilə Xalq Ədliyyə Komissarlığı yenidən təşkil edilib, onun səlahiyyətinə qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, əhaliyə hüquqi yardımın təşkili, penitensiar sistemin idarə olunması, Ali Məhkəməyə, Dövlət prokurorluğuna və vəkillərə rəhbərlik etmək funksiyaları daxil edilib.

1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilib, onun səlahiyyətləri xeyli məhdudlaşdırılıb, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olub.

1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilib, məhkəmə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilib, Nazirlər Soveti yanında Hüquq Komissiyası təşkil olunub və bununla da Ədliyyə Komissarlığının səlahiyyətləri ayrı-ayrı dövlət orqanları arasında bölüşdürülüb.

İfrat mərkəzləşdirilmiş hakimiyyətə alüdəçilik, ayrı-ayrı dövrlərdə ədliyyə orqanlarından repressiya aləti kimi istifadə edilməsinə yönələn dövlət siyasəti, bu orqanların dəfələrlə ləğv edilib yenidən yaradılması ədliyyə sisteminin sabit struktura malik olmasına və işinin təşkilinə maneçilik törədirdi.

Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildi və bununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu.

Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranıb.

Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və ümummilli lider Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu Əsasnamə nazirlik tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir. Son illər ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, Nazirliyin funksiya və səlahiyyətləri genişlənib, yeni struktur qurumlar yaradılıb.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr – 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilib və mərhum Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilib

Prezident İlham Əliyevin 18 aprel 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu və Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli Fərmanı ədliyyə sisteminin inkişafında yeni mərhələyə yol açıb.

Ədliyyə Nazirliyi eyni zamanda Azərbaycan Respublikası adından xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını və onların icrasını təmin edir, müxtəlif sahələrdə hüquqi yardım göstərilməsi, o cümlədən cinayət törətmiş şəxslərin təslim edilməsi, məhkumların verilməsi ilə və digər məsələlərlə məşğul olur.

Azərbaycan bir çox xarici dövlətlərlə, o cümlədən Türkiyə Respublikası, Rusiya Federasiyası, Bolqarıstan Respublikası, Ukrayna, Gürcüstan, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası, İran İslam Respublikası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Litva Respublikası, Çin Xalq Respublikası, Moldova Respublikası və s. hüquqi yardım haqqında ikitərəfli müqavilələr bağlayıb. Bu müqavilələr hüquqi yardımın müxtəlif sahələrini, o cümlədən ekstradisiyanı, məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün verilməsini, cinayət, mülki, ailə və ticarət işləri üzrə hüquqi yardımı əhatə edir.

Yuxarıda qeyd etdiyimiz kimi, ədliyyə orqanlarının tarixi kimi onun keçdiyi inkişaf yolu da zəngin çalarlarla əhatə olunub.

97 yaşlı nazirliyə indiyədək kimlər rəhbərlik edib?

AzVision.az kiçik araşdırma apararaq qurumun gəlmiş-keçmiş rəhbərləri haqda məlumat toplayıb.

Nazirliyin yaranması AXC dövrünə təsadüf etdiyindən ilk rəhbər-nazir də klassiklərdən olub.

İlk nazirlər.

Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədov olub (28.05.1918 – 17.06.1918.),

Daha sonra Fətəli xan Xoyski (17.08.1918-07.12.1918), Teymur bəy Makinski (26. 12. 1918 – 14. 03. 1919.), Aslan bəy Səfikürdski (14. 03. 1919 – 22. 12. 1919.) yüksək postda təyinat alıblar.

AXC dövründə qurumun sonuncu rəhbəri yenidən Xəlil bəy Xasməmmədov olub. (24. 12. 1919 – 01. 04. 1920.)

Lakin Rusiyanın aprel istilasından sonra AXC kimi nazirlikdə müstəqilliyini itirərək SSRİ-nin tərkibində fəaliyyət göstəməyə məhkum olub.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ədliyyə orqanları yeni mərhələyə qədəm qoyub. Sovet ideologiyasında azad olan sistem yenidən qurulmağa başlayır.

2 il nazir işləyən deputat

Milli Məclisin deputatı, Ədalət partiyasının sədri İlyas ismayılov 1992-ci ilin aprelində ədliyyə naziri təyin edilib. O nazir postunda 2 il fəaliyyət göstərə bilib. 1995-ci ilin yanvarında İlyas İsmayılov prezident Heydər Əliyevin sərəncamı ilə nazir vəzifəsindən uzaqlaşdırılıb.

Azərbaycanın xanım naziri.

İlyas İsmayılovun yerinə ədliyyə orqanlarında yetərincə tanınan şəxs Südabə Həsənova təyinat alıb. O, 1995-1998-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsini icra edib. Vikipediya yer alan məlumata görə, Südabə Həsənova 2000-ci ildə yerini hazırki ədliyə naziri Fikrət Məmmədova verib.

O daha sonra prezidentin fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi nin sədri təyin edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsi bülleteninin baş redaktoru olub. 2005-ci ilin 19 aprelindən sədr vəzifəsindən azad edilib Ali Məhkəmənin hakimi saxlanılıb.

Fikrət Məmmədov.

Azərbaycanın hazırda ədliyyə naziri Fikrət Məmmədovdur. O, 2000-ci ildən indiyədən bu vəzifəni icra edir.

Fikrət Məmmədov 1955-ci ildə Bakı şəhərində anadan olub.1977-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetininhüquq fakültəsini, 1989-cu ildə BAPM-ni bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda şöbə prokuroru, respublika prokurorluğunda böyük prokuror və Təşkilat-nəzarət şöbəsinin rəisi vəzifələrində işləyib, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilib. Sonralar respublika Baş prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olub, 2000-ci ilin aprel ayından Azərbaycan Respublikasının Ədliyyə Naziri təyin edilib.

2005-ci ilin fevral ayından Məhkəmə-Hüquq Şurasının sədri seçilib. 2005-ci ildən Dövlət Qulluğu İdarəetmə Şurasının yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın və Azərbayjan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyanın üzvüdür.

Azərbaycan Respublikasının ədliyyə orqanlarının inkişafında xidmətlərinə görə respublika Prezidentinin 30 iyun 2005-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.

Evlidir, 3 uşağı var.

Anar Rüstəmov

Azərbaycan nazirləri

Vəzifəsi: Nazirin birinci müavini

Adil Kərimli 1979-cu ildə Bakı şəhərində anadan olub.

1999-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr, 2001-ci ildə isə magistratura pillələrini bitirib.

Əmək fəaliyyətinə 1999-cu ildə hüquq məsləhətçisi olaraq başlayıb. 2001-ci ildən Bakı Dövlət Universitetində müəllim, baş müəllim kimi elmi-pedaqoji fəaliyyətə başlayıb.

2007-ci ildən Avropa Yayımları Birliyinin Hüquq və ictimai işlər Komitəsinin, 2011-ci ildən isə Avropa Yayımları Birliyinin “Eurovision” Mahnı Müsabiqəsi üzrə Məşvərət Qrupunun üzvü olub.

2007-2011-ci illərdə “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Bakı şəhərinin ev sahibliyi etdiyi “Eurovision” Mahnı Müsabiqəsi-2012 İşçi qrupunun rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin olunub.

“Milan Ekspo”, “Dubay Ekspo” və digər beynəlxalq tədbirlərdə mədəniyyət bölümünə rəhbərlik edib, Moskva şəhərində Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki Azərbaycan pavilyonunun Təşkilat Komitəsinin rəhbəri olub.

Heydər Əliyev Fondunun işğaldan azad edilən ərazilərdəki bərpa-quruculuq layihələri, Fondun bir sıra ölkələrdə təşkil etdiyi Azərbaycan mədəniyyəti günləri üzrə İşçi qrupunun üzvü olub. Heydər Əliyev Fondunun Almaniya, Böyük Britaniya, İtaliya və Fransadakı mədəniyyət layihələrinin kuratoru kimi çalışıb.

Azərbaycan Avtomobil Federasiyasının İdarə Heyətinin üzvüdür.

2004-2010-cu illər ərzində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub. 2022-ci ilin 1 iyul tarixindən yenidən Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2022-ci il tarixli Sərəncamı ilə mədəniyyət nazirinin birinci müavini təyin olunub.

Hüquq üzrə fəlsəfə doktorudur. Ailəlidir, 3 övladı var.

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub

Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında növbəti telefon danışığı olub Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub.

15 Sentyabr , 2022 08:57

https://static.report.az/photo/36d73907-f174-3c3f-86dd-633308a5524b.jpg

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında növbəti dəfə telefon danışığı olub. Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. General-polkovnik Z.Həsənov həmkarını Azərbaycan-Ermənistan dövlət sərhədində mövcud əməliyyat şəraiti barədə ətraflı məlumatlandırıb və Ermənistan silahlı qüvvələrinin bütün təxribatlarının qarşısının qətiyyətlə alındığını bildirib. H.Akar öz növbəsində Türkiyə silahlı qüvvələrinin daim Azərbaycan Ordusuna mənəvi dəstək olduğunu vurğulayıb. Telefon danışığı zamanı Azərbaycan-Ermənistan dövlət sərhədində yaranmış vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Похожие статьи

  • Azərbaycan respublikasi konstitusiyası

    Azərbaycan respublikasi konstitusiyası – Vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq; VERGİLƏR Bu gün Azərbaycan Respublikası Konstitusiyasının…

  • Azərbaycan tarixi derslik

    Dərslik Azərbaycan tarixi 1922-27-ci illər Azərbaycanda əsasən, xalq təsərrüfatının bərpası, yerlərdə kənd sovetlərinin yaradılması və sosializm…

  • Azərbaycan respublikasının konstitusiyası 12 noyabr 1995-ci il

    Azərbaycanda Konstitusiya Günüdür Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da…

  • Azərbaycan konstitusiyası 2017

    Azərbaycan konstitusiyası 2017 B) Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin etmək Azərbaycan Respublikasının Konstitusiyası – Test…

  • Azərbaycan konstitusiyası 2018

    Azerbaycan Konstitusiyasi – Wikipedia 1995-ci ilin mayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın…

Comments are closed, but trackbacks and pingbacks are open.