Лезгинский культурный журнал
2004-cü il nəşrində kərbalayı şəklində verilən söz 2013-cü il nəşrində isə kərbəlayı kimi verilib.
azərbaycan dilinin orfoqrafiya lüğəti
-
1. sözlərin dilimizdəki düzgün yazılışını göstərən lüğət. sözlük yazarlarının, “`qozumaki` sözündə `ki` ayrı yazılırdı?” kimi suallarında məsləhət ala biləcəkləri lüğətdir. internet versiyası üçün:
http://azerdict.com/orfoqrafiya/
13.10.2013 07:55, acab
2. buradan bezi yeniliklerini, deyişikliklerino görebileceyiniz lüğet.
belke abituriyent yazarımız varsa da işine yarayar.
linki aça bilmeyenler üçün;
“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 2013-cü il nəşrində dəyişikliklər, yeni qaydalar və mübahisəli məqamlar
Yazı işi ilə məşğul olan insanlar həmişə orfoqrafiya qaydalarını izləmək və ona əməl etmək məcburiyyətindədir. Müstəqillik əldə etdikdən sonra dilimizin inkişafı ilə bağlı imzalanan əmr və sərəncamları orfoqrafiya qaydalarının təkmilləşməsinə şərait yaratdı və bu, yeni orfoqrafiya kitablarının çap olunmasına gətirib çıxartdı. Nəşr olunan hər bir kitab isə özü ilə bərabər bir çox mübahisələri də gətirdi. Elmi ağırlığını nəzərə aldıqda bu sahənin nə qədər çətin və məsuliyyətli iş olduğunu başa düşmək olar. Çünki dilimizə elm və texnikanın inkişafı ilə əlaqədar olaraq daxil olan və yaxud yeni yaranan sözlərin orfoqrafik qaydalara uyğunlaşdırılması həm təcrübə, həm də dəqiqlik tələb edir.
Bir çox sözlər uzun müddətdir ki, orfoqrafiya baxımından mübahisə mövzusu olaraq qalıb. “Azərbaycan dilinin orfoqrafiya lüğəti” Azərbaycan Respublikası Dövlət Dil Komissiyası və Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutu tərəfindən hazırlanaraq 2004 və 2013-cü illərdə çap olunub. 2004-cü ildə “Lider” nəşriyyatı tərəfindən çap olunan kitaba 80000-ə yaxın söz daxil edilmişdi. 2013-cü ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr edilən kitaba isə 110563 söz daxil edilib.
Çap olunmuş bu kitablar arasında bir çox fərqlər, yəni yeniliklər var. ikinci kitab bir çox mübahisələri həll etdi və əvvəlki kitabda gedən səhvləri aradan qaldırmaqla müəllimlər, mətbuat işçiləri və rəsmi qurumlarda yazı qaydaları ilə bağlı çaşqınlığı həll etməyə şərait yaratdı.
Bu iki nəşr arasındakı fərqləri və son nəşrdəki yenilikləri birlikdə izləsək, görərik ki, yeni lüğətimizdə xeyli dəyərli və lazımlı məqamlar var.
Belə ki;
2004-cü il nəşrində antena şəklində verilən söz 2013-cü il nəşrində isə anten kimi verilib.
2004-cü il nəşrində kompyuter şəklində verilən söz 2013-cü il nəşrində isə kompüter kimi verilib.
2004-cü il nəşrində kərbalayı şəklində verilən söz 2013-cü il nəşrində isə kərbəlayı kimi verilib.
2004-cü il nəşrində fel şəklində verilən söz 2013-cü il nəşrində isə feil kimi verilib.
2004-cü il nəşrində şeriyyət şəklində verilən söz 2013-cü il nəşrində şeiriyyət kimi verilib.
2004-cü il nəşrində cəfəngiyat şəklində verilən söz 2013-cü il nəşrində cəfəngiyyat kimi verilib.
2004-cü il nəşrində dzü-do şəklində verilən söz 2013-cü il nəşrində cüdo kimi verilib.
2004-cü il nəşrində həm genefond, həm də genofond şəklində verilən söz 2013-cü il nəşrində isə sadəcə genofond kimi verilib.
2004-cü il nəşrində həm kamod, həm də komod şəklində verilən söz 2013-cü il nəşrində sadəcə komod kimi verilib.
2004-cü il nəşrində həm minacat, həm də münacat şəklində verilən söz 2013-cü il nəşrində sadəcə minacat kimi verilib. Bununla bərabər münacatlı sözünə də yeni lüğətdə rast gəlmək olar.
2004-cü il nəşrində həm valyuta, həm də volyuta şəklində verilən sözlərə 2013-cü il nəşrində aydınlıq gətirilərək volyuta sözünün memarlıq sahəsinə aid söz olduğuna işarə edilib.
2004-cü il nəşrində metafora şəklində verilən söz 2013-cü il nəşrində metafor kimi verilib.
2004-cü il nəşrində nəqarət şəklində verilən söz 2013-cü il nəşrində nəqərat kimi verilib.
2004-cü il nəşrində ekspress şəklində verilən söz 2013-cü il nəşrində ekspres kimi verilib. Maraqlı budur ki, superekspress sözündə sonda iki ss saxlanılıb.
2004-cü il nəşrində cavahirat şəklində verilən söz 2013-cü il nəşrində cəvahirat kimi verilib.
2004-cü il nəşrində sürtgü şəklində verilən söz 2013-cü il nəşrində sürtkü şəklində düzəldilib.
2004-cü il nəşrində ötgün, ötgünlük şəklində verilən sözlər 2013-cü il nəşrində ötkün, ötkünlük şəklində düzəldilib.
2004-cü il nəşrində qarmaqarışıq şəklində verilən söz 2013-cü il nəşrində qarma-qarışıq şəklində düzəldilib.
2004-cü il nəşrində zirzibil şəklində verilən söz 2013-cü il nəşrində zir-zibil şəklində düzəldilib.
2004-cü il nəşrində ala-toran şəklində verilən söz 2013-cü il nəşrində alatoran şəklində düzəldilib.
2004-cü il nəşrində haqq-səy şəklində verilən söz 2013-cü il nəşrində haqq-say şəklində düzəldilib.
2004-cü il nəşrində yerfıntığı şəklində verilən söz 2013-cü il nəşrində yerfındığı şəklində düzəldilib.
2004-cü il nəşrində yerfısdığı şəklində verilən söz 2013-cü il nəşrində yerfıstığı şəklində düzəldilib.
Orta məktəb dərsliklərində müxtəlif siniflər üzrə vəsaitlərdə naqqaş yoxsa nəqqaş yazılması mübahisə mövzusu olan bu söz 2013-cü il nəşrində nəqqaş şəklində təsdiqlənib.
2004-cü il nəşrində birvariantlı -vari şəkliçisi 2013-cü il nəşrində -varı şəklində təsdiqləndi. Məsələn: bizvarı, qalxanvarı, buynuzvarı, çəlləkvarı və s.
Orta məktəb dərsliklərində orfoqrafiyası mübahisəli olan sözlərdən biri də keşməkeşli sözüdür. Belə ki bu söz müxtəlif dərsliklərdə kəşməkəşli, keşmekeşli şəklində verilməklə mübahisələr yaradıbdır. Həmin söz 2004-cü ilin lüğətində öz yerini tapmasa da, yeni 2014-cü il nəşrində keşməkeşli şəklində öz əksini tapmışdır.
Mürəkkəb sıra saylarının bitişik, yoxsa ayrı yazılması mübahisəsinə də son nəşrdə bir neçə nümunə ilə son qoyulub. Belə ki, həmin saylar sözlə yazıldıqda bitişik yazılır: altıyüzüncü, onbirinci və s.
Orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası sətirdən sətrə (defissiz) şəklində düzgün qəbul edilən söz yeni lüğətdə defislə, yəni sətirdən-sətrə şəklində verilib.
2004-cü il nəşrində əksini tapmayan, orta məktəb dərsliklərində və TQDK-nın qəbul qaydalarında orfoqrafiyası alğı-satqı şəklində düzgün qəbul edilən söz yeni lüğətdə alqı-satqı şəklində verilib.)
2013-cü il nəşrinə əsasən daha çox sabitləşmiş qaydalar mürəkkəb sözlərin və mürəkkəb adların yazılışında özünü göstərir. Mürəkkəb sözlərdə tərkibində anti, audio, auto, avia, avto, bio, elektro, faqo, foto, infra, hidro, makro, mikro, mono, nano, neyro, paleo, poli, psevdo, stereo, super, trans, ultra, vibro, video, zoo hissəcikləri olanlar bitişik yazılır. Məsələn: antihumanist, audiovizual, autosintetik, aviabilet, avto-nəqliyyat, biokorroziya, elektromaqnit, faqoprofilaktika, fotokamera, infrastruktur, hidrobiologiya, makromexanika, mikrorayon, monoqrafiya, nanotexnologiya, neyrocərrah, paloe-qrafık, polivitamin, psevdorealizm, stereometrik, supermarket, transfaktor, ultradəb, vibroakustika, videomontaj, zoomağaza.
Tərkibində eks (müstəqil söz köklərinə artırıldıqda), elmi, əks (müstəqil söz köklərinə artırıldıqda), kontr, külli, qeyri, ober, vitse sözləri işləndikdə defisdən istifadə olunur. Məsələn: eks-çempion, elmi-kütəvi, əks-hücum, əks-inqilab, külli-ixtiyar, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant, vitse-admiral və s.
Yeni kitabda daha çox konkretləşən mürəkkəb adların yazılışıdır. 2013-cü il nəşrində mürəkkəb adların yazılışı daha çox nümunələrlə verilib və əvvəlki nəşrdən daha aydın izah olunub. Bir neçə nümunəyə diqqət edək;
Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin; respublika, şəhər, rayon tabeliyində olan idarə və təşkilatların; nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, institut, kollec, texnikum, muzey, teatr, siyasi partiya; yüksək dövlət vəzifələrinin tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) ilk hərfi böyük yazılır.
Məsələn:
Azərbaycan Respublikası
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasının Baş Naziri
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Azərbaycan Respublikası Xarici işlər Nazirliyi
Azərbaycan Milli incəsənət Muzeyi
Ağstafa Rayon Təhsil Şöbəsi
Azərbaycan Dövlət Dram Teatrı
Azərbaycan Dövlət Nəşriyyatı
Azərbaycan Maliyyə-iqtisad Kolleci
Bakı Şəhər icra Hakimiyyəti
Bakı Mədəniyyət və incəsənət Texnikumu
Bakı Ali Neft Məktəbi
Beynəlxalq inkişaf Assosiasiyası
Beynəlxalq Qırmızı Xaç Komitəsi
Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı
Heydər Əliyev Mərkəzi
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası
M. Mirqasımov adına Respublika Klinik Xəstəxanası
Məhdud Məsuliyyətli Cəmiyyət
Naxçıvan Muxtar Respublikası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
“Hədəf” Nəşriyyat Evi
“Şərq-Qərb” Nəşriyyat Evi
Yeni Azərbaycan Partiyası
Qeyd 1. Tərkibində gün sözü olan təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.
Qeyd 2. Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri
tipli mürəkkəb adlarda sahə bildirən sözlər böyük, “nazir” sözü kiçik hərflə yazılır.
Qeyd 3. Tərkibində şöbə, lisey, gimnaziya, vəqf, məktəb sözləri olan mürəkkəb adlarda ilk söz
böyük, sonrakı sözlər kiçik hərflə yazılır. Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər gimnaziyası, Humanitar siyasət məsələləri şöbəsi, Uşaq-gənclər şahmat məktəbi və s.
Qeyd 2-də göründüyü kimi vəzifə adlarında naziri (Azərbaycan Respublikasının Təhsil naziri, Azərbaycan Respublikasının Səhiyyə naziri) sözü balaca hərflə yazılıb. Yuxarıda mürəkkəb adlara aid verilmiş nümunələrdə isə Azərbaycan Respublikasının Baş Naziri mürəkkəb adında fərqli məqam ortaya çıxır. Göründüyü kimi burada Naziri sözü böyük hərflə yazılıb. Elmi izahının mübahisə doğuracağını qəbul etsək də, bunu orfoqrafiya qaydalarında nəzərə almaq lazımdır.
Göründüyü kimi, yeni lüğət söz ehtiyatının çoxluğu və düzəlişləri ilə olduqca əhəmiyyətlidir. Amma bununla belə müəyyən mübahisəli məqamlar hələ də qalır. Belə ki, alqı-satqı sözünün alğı-satqı şəklində yazılması, fikrimcə, daha doğru olardı. Çünki cingiltili samitlərdən sonra -gi, -ğı, -gü, -ğu, kar samitlərdən sonra isə -ki, -qı, -kü, -qu şəkilçilərinin artırılmalı olduğu qrammatik qaydaların tələbidir. Ona görə də burada sözün kökündə (al) l cingiltili samit olduğu üçün alğı-satqı olmalıdır.
Bundan əlavə, bir çox elmi ədəbiyyatda quruluşca sadə bağlayıcı hesab edilən yaxud, çünki, həmçinin və hərçənd bağlayıcıları 2013-cü il nəşrində mürəkkəb bağlayıcılar hesab edilib. Mürəkkəb sözlərin tərkib hissələri baxımından yanaşıldıqda bu bağlayıcılar mənşə baxımından mürəkkəb hesab edilsə də, indiki vəziyyətdə morfoloji quruluşu baxımından sadə bağlayıcılardır.
Başqa bir məqam isə sətirdən-sətrə sözündə özünü göstərir. Bu söz son dövrlər orta məktəb dərsliklərində defis qoyulmadan ayrı-ayrı morfoloji və sintaktik suala cavab verən iki sadə söz kimi götürülür. Bunun izahı da olduqca məntiqli verilib. Həmin sözü cümlədə analoji olaraq digər sözlə əvəz edək. Məs:. Yazını sətirdən-sətrə keçirtdim. Yazını kitabdan kitaba köçürtdüm. Bu cümlələrdə “sətirdən-sətrə” sözü ilə “kitabdan kitaba” sözləri eyni funksiyaya malikdirlər. Əlbəttə kitabdan kitaba şəklində olanda defis qoymaq lazım olmadığı kimi, sətirdən sətrə olanda da defis qoymaq düzgün olmazdı.
Qeyd etmək lazımdır ki, kiçik qüsurlarına baxmayaraq, 2013-cü il nəşrini yazı işlərimizin orfoqrafik normalara uyğunlaşması baxımından əhəmiyyəti olduqca böyük olacaq. Ümid edirik ki, bu gözəl işin davamı olaraq mükəmməl bir “Orfoepiya lüğəti” də tezliklə nəşr edilib stolüstü kitablarımızdan birinə çevriləcəkdir.
_____________________________
yadıma arazın sınaqlarının birin dzü-do sözüne göre 124/1 yazmağım düşdü. bir çox sözü, qaydanı bikarçılıqdan deyişirler, iyrenclikdi resmen.
Azərbaycan dilinin orfoqrafiya lüğəti
«AZƏRBAYCAN DİLİNİN ORFOQRAFİYA LÜĞƏTİ»
kitabında verilmiş bəzi ləzgi mənşəli toponimlərin düzgün yazılışı haqqında mülahizələrim.
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin 2004-ci ildə imzaladığı məlum fərmana əsasən çap edilmiş yuxarıda adı çəkilən kitabın xalqımızın gündəlik həyatında əvəzsiz xidməti olacağı şübhəsizdir. Bununla belə, kitaba əlavə edilmiş «Azərb.Respub.-da kənd və şəhər adlarının düzgün yazılışı» başlıqlı hissəsi bizdə böyük maraq doğurdu.
Məlumdur ki, respublikamızın şimal rayonlarında digər xalqlarla yanaşı, mənsub olduğum ləzgi xalqı da yaşayır. O da məlumdur ki, hər bir etnos özünün məskun olduğu yerə öz ana dilində ad verir, toponim də həmin adla tanınır və yazıya köçürülür.
Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən ləzgi mənşəli yer adları onları yazıya alan şəxsin savadından, ləzgi dilinə yiyələnmə dərəcəsindən və işinə olan münasibətindən asılı olur… Bu sovet dövründə də belə olmuş, təəssüf ki, indi də belə olaraq qalmaqdadır. Fikrimi sübuta yetirmək üçün adı çəkilən kitaba müraciət edək. Təkcə bir rayonun-Qusar rayonu kəndlərinin timsalında yol verilmiş təhrif və xətalar haqqında, gəlin, ətraflı danışaq. Bu işdə «Ləzgi dilinin orfoqrafiya lüğəti» (Bakı,2011) kitabı yardımçımız olacaqdır.
- Aşağı Qələnxur. Ləzgi dilində kəndin adı- Ağa Kalunxür. Kəndin adı LDOL-in 13-cü səhifəsində də belə yazılmışdır. Əgər «xür»-«kənd» deməkdirsə, «xur»-döş», «sinə»mənasını verir. «Kkal»-«düzən yer»deməkdir. Deməli, kəndin adı Ağa Kalunxür»yazılmalıdır.
- Atlıxan. Ləzgicə kəndi Atluxanuba adlandırırlar. Bu toponim Atluxanuba yazılmalıdır.
- Lüğətdə Bala Qusar formasında getmiş kəndin adı Balaqusardır, beləcə də yazılmalıdır.
- Böyük kənd. Rayonda belə bir kənd yoxdursa, bu ad haradan peyda olmuşdur?
- Caqar formasında yazılmış kəndin adı Cağar kimi yazılarsa, daha məqsədəmüvafiq olardı.
- Çətgün adı ləzgi dilində Çetkkün kimi tələffüz edilir. Buna görə də Çetkün formasında yazılmalıdır.
- Əlix adı yerli əhali tərəfindən İlixъ kimi deyilir. Bu toponim İlix formasında yazılmalıdır.
- Əniq. Əhali bu adı Ünüğ kimi tələffüz etdiyinə görə, belə də yazılmalıdır.
- Əcəxur əhali tərəfindən Eççexür kimi deyilir. Bu toponim Ecexür yazılmalıdır.
- Əvəcuk adı ləzgilər tərəfindən Evecuğ kimi tələffüz olunursa, belə də yazılmalıdır.
- Gican. Görəsən Kçan adının bu cür yazılışını kim icad edib? Bəyəm bu kənddə yalnız giclər (xalqımdan üzr istəyirəm ifadəmə görə)yaşayırlar? Görün kəndin tarixi adını nə günə qoyublar?
- Girik adı Kkiriq kimi tələffüz edilir, Kiriq formasında yazılmalıdır.
- Gədəzeyxur adı Qadaziyixür kimi yazılmalıdır.
- Kəndin adı Haçatala olduğu halda, niyə Hacatala yazılmalıdır?
- Kənərçay ləzgicə Ğenervats kimi tələffüz edilir, mənası»Həyətlərdən yığılan çay»deməkdir. Ğenerçay münasib variant sayıla bilər.
- Quxur, Quxuroba. Bu adlar ləzgi dilindəki»qve»və»xür»sözlərinin(«iki+»kənd») birləşməsindən törənib, mənası «İkikənd»deməkdir. Qüxür, Qüxüruba kimi yazılmalıdır.
- Ləngi sözü heç bir dildə bir məna vermır. Ləzgi dilində Lanqu kimi tələffüz olunur,»düzəngah»mənasındadır.
- Mucuq, Muruq, Xuluq kimi lüğətdə verilmiş toponimlər Muruğ, Mucuğ, Xülüx formasında yazılsa, daha düzgün olardı.
- Nəcəfkənd kəndinin adı ləzgi dilində Necefxür kimi tələffüz edilirsə və bunun yazılışında heç bir maneə yoxdursa, adın tərcüməsinə nə ehtiyac varmış?
- Qusar rayonunda Palasa adında kənd yoxdursa, niyə kitaba yazılmışdır?
- Rayon ərazisində Naqvadmüğ kəndi vardır. Sual olunur: Kəndin adını kim və niyə tərcümə etmişdir (Torpaqkörpü kəndi)?
- Rayonda Dubur adlı kənd vardır, onu Yeni Həyat şəklinə hələ Sovet dövründə, özü də bir nəfərin təklifi ilə salmışlar. Təklif edirəm, kəndin əvvəlki tarixi adı özünə qaytarılsın.
- Yuxarı Zeyxurun adı ləzgi dilində Ziyixür şəklində tələffüz edilir(«Yenikənd»), ona görə də sonuncu kimi yazılmasını təklif edirik.
- Xürəl sözü heç bir məna kəsb etmir, onun Xürel formasında yazılması məqbuldur.
- Yerği kek kənd adı Yarği kek kimi yazılarsa, daha məqsədəmüvafiq olardı.
- Yarqun kəndinin adı səhvən olaraq Həzrə formasına salınıb. Buna heç ehtiyac vardırmı?
Azərbaycan orfoqrafiya lüğəti
(+994 12) 493 30 77
- Философия
- История
- История Азербайджана
- Социология
- Этнография
- Экономика
- Государство и право
- Политика. Политические науки
- Наука и образование
- Культура
- Библиотечное дело
- Психология
- Языкознание
- Литературоведение
- Фольклор
- Художественная литература
- Искусство
- Средства массовой информации
- Информатика
- Религия
- Естественные науки
- Нефть
- Связь
- Технология. Технические науки
- Архитектура
- Сельское и лесное хозяйство
- Туризм
- Таможенное дело
- Медицина и здравоохранение
- Военное дело
- Спорт
- Статистика
- Экология
- Справочные издания
Azərbaycan dilinin orfoqrafiya lüğəti
Подписка
В локальной сети в пользование читателей предоставляется “Законодательная база Российской Федерации”..
В локальной сети в пользование читателей предоставляется Электронно Библиотечная Система IPR Books – электронная библиотека по всем отраслям знаний, содержащая более 5 000 э-книг.
Polpred.com Обзор СМИ. Ежедневно тысяча новостей, полный текст на русском языке, миллион лучших сюжетов информагентств и деловой прессы за 15 лет.
Похожие статьи
-
Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlandı Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən ləzgi mənşəli yer adları onları yazıya alan şəxsin…
-
Azərbaycan dilinin frazeologiya lüğəti qulu məhərrov
Qulu Məhərrəmliyə yeni VƏZİFƏ VERİLDİ Bildirilib ki, frazeolojiya lüğətinin tərtib edilməsi ilə bağlı uzun illər müxtəlif cəhdlər göstərilib, bu sahədə…
-
Azərbaycan dilinin frazeologiya lüğəti
Azərbaycanın yeni orfoqrafiya lüğətində bəzi sözlərin yazılış forması dəyişdirilib O, əvvəlki lüğətdə mürəkkəb söz kimi verilən bəzi birləşmələrin də…
-
Azərbaycan dilinin orfoqrafiya lüğəti 2013
Azərbaycan dilinin orfoqrafiya lüğəti 2013 Direktor lüğətin yeni nəşrinin hazır olma vaxtının nəşriyyatdan asılı olduğunu da söyləyib. Azərbaycan dilinin…
-
Azəaycan dilinin orfoqrafiya lüğəti
Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil edilməsi təklif olunub – SİYAHI Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil…
Comments are closed, but trackbacks and pingbacks are open.