Press "Enter" to skip to content

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Məsələn, müntəzəm olaraq müvazinət hərəkətləri ilə məşq etmiş və bu sahədə lazımi hərəkət vərdişlərinə yiyələnmiş şagirdlər müxtəlif növ əmək işlərinə ( şəkil çəkmək, yazmaq, toxumaq və s.) daha yaxşı hazır olur və iş prosesində gec yorulurlar. Bundan əlavə bədən tərbiyəsi üzrə nəzəri məlumatların şagirdlərə çatdırılması da həmin hərəkətlərin icrasının effektini artırır, bacarıq və vərdişlərin aşılanmasına kömək edir.

Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə məsələləri

Millətin və dövlətin taleyində xüsusi rol oynayan Böyük Şəxsiyyətlər haqqında yazmaq və ya söz demək çox çətin bir işdi. Çünki bu Şəxsiyyətlər haqqında deyilən və ya yazılan hər hansı söz eyni zamanda onların apardığı mübarizəyə, millətin və dövlətin taleyinə və tarixinə deyilmiş olur. Bir də bu Şəxsiyyətlər haqqında deyilən və ya yazılan istənilən söz birmənalı qarşılanmır, ciddi müzakirələrə səbəb olur. Azərbaycanın yetirdiyi Böyük Şəxsiyyətlərdən biri olan Əbülfəz Elçibəylə bağlı danışmaq isə daha çətindir.

1. Çünki son 20 ildə cəmiyyətdə bütün təbliğat vasitələrindən istifadə edilərək Əbülfəz Elçibəyin nüfuzdan salınması, yaddaşlardan silinməsi üçün aparılan təbliğat, dövlətçiliyimizin möhkəmləndirilməsi, əhalidə vətənsevərlik ruhunun formalaşması və gənclərimizin dövlətçilik və millətçilik ruhunda böyüməsi üçün aparılan təbliğatdan qat-qat çoxşaxəli, geniş miqyaslı və “dərin məzmunlu” olub.

2. Əbülfəz Elçibəy fəaliyyəti dövründə həddən çox insanlarla ünsiyyətdə olub. Bu insanların hər biri Əbülfəz bəyi öz maraq və düşüncəsinə uyğun yadında saxlayıb. Bunun üstünə son 20 ildə Əbülfəz bəy əleyhinə aparılan təbliğatı da gəl. İndi sən Əbülfəz Elçibəy haqqında dediyin hər sözün təsir həddini dərindən-dərin ölçməlisən.

Əbülfəz bəylə tanışlılğım harda, necə və kimin vasitəsi ilə olub dəqiq xatırlamıram. Amma 1982/83-cü illərdə olduğunu bilirəm. Dəqiq yadımdadır 1983-cü ildə tələbə elmi konfransında çıxış etmək üçün “Azərbaycan qəhrəmanlıq dastanlarında fiziki tərbiyə məsələləri” adlı elmi məqalə hazırlayırdım. Əlyazmalar İnstitutunda “Şah İsmayıl” dastanından istifadə etməli idim. Bu dastan ərəb əlifbasında təliq xəttilə yazılıb. Bu dastanı oxumaq və tərcümə etmək üçün Əbülfəz bəyə müraciət etdim. Əbülfəz bəy dastanın oxunmasında və tərcüməsində mənə çox kömək etdi. Onu deyim ki, həmin müddət mən Əbülfəz bəyi yüksək səviyyəli bir millətçi və alim kimi tanıyırdım. Özüm gizli təşkilatda olsam da bu gizli təşkilatın Əbülfəz bəyə bağlandığını bilmirdim. Əbülfəz bəyin fikirləri, milli mövqeyi və tariximizə baxışı çox xoşuma gəldiyindən bu dövrdə bir-neçə dəfə Əlyazmalar İnstitutunda görüşmüşdüm. Amma Əbülfəz bəylə ilk ciddi söhbətim, mübahisəm 1984-cü ildə oldu. 1984-cü ildə Arif Rəhimoğlu f.e.n. alimlik dərəcəsi müdafiə etmişdi. Bununla bağlı banket verirdi. Təxminən 200 adam iştirak edirdi. Qonaqları qarşılamaqla məşğul olduğum üçün məclisə gec gəldim. Yalnız Əbülfəz bəyin qarşısında oturmağa boş yer vardı. Oturdum. Məclisin gedişində Əbülfəz bəy söz deyərkən gəncləri az oxumaqda günahlandırdı. Mən etiraz etmək istədim. Amma oturanların demək olar ki, hamısı mənə qarşı sərt reaksiya verdi. Əbülfəz bəy oturanlara etiraz edərək onları sakitləşdirdi. Bir azdan söz demək növbəsi mənə çatdı. Mən Əbülfəz bəyə etirazımı əsaslandırdım. Həmin dövrdə 1983-cü ildə Azərbaycan jurnalında Əbülfəz bəyin Əl Fərabi adlı məqaləsi dərc olunmuşdu. Mən bu dövrdə Azərbaycanda çap olunan milli-tarixi məzmunlu kitab və məqalələrin demək olar ki, hamısını oxumuşdum. Söz mənə veriləndə mən bu dövrdə Əbülfəz bəyin də məqaləsi daxil olmaqla oxuduğum bütün kitab və məqalələri bir-bir sadalayıb “siz nələri yazdız ki, biz oxumadıq” dedim və əlavə çıxışımı edib oturdum. Əbülfəz bəy mənimlə tam razılaşdı və üzünü oturanlara tutaraq “bəy düz deyir, niyə imkan vermirsiz sözünü desin. Belə eləməynən biz nə iş görə bilərik? Gərək imkan verək gənclər öz sözlərini desinlər, cəsarətli olsunlar. Yoxsa onlar qorxaq və çəkingən böyüyər. Həm də bəy düz deyir axı” dedi. Bu sözlər məni daha da cəsarətləndirdi. Bunu deyim ki, o banketdə mən Əbülfəz bəyin alimlər, aydınlar, yazarlar arasında nə qədər böyük nüfuza malik olduğunu, gənclərə necə önəm verdiyini, gəncləri sərbəst, cəsur və qürurlu yetişməsi üçün yaşlı və nüfuzlu insanların aqressiv hücumlarından necə qoruduğunu, onlara necə inam və umudla yanaşdığını gördüm. Banket təxminən 1-in yarısı qurtardı. Əbülfəz bəy məni söhbəti davam etdirmək üçün əvvəl sahildə gəzməyə dəvət etdi. Sahildə biraz gəzib söhbət edəndən sonra evinə dəvət etdi. Gecə saat 2-də getdik onlara”¦ Həmin gün əvvəl banketdə, sonra sahildə, daha sonra isə gecə saat 5-ə qədər evlərində etdiyimiz söhbətlər və çox sərt mübahisələr”¦ Bir neçə gün sonra Əlyazmalar İnstitutunun qarşısında rastlaşanda mən etdiyimiz mübahisələrdə həddimi aşdığımı düşünərək üzr istəməyə hazırlaşırdım ki, Əbülfəz bəy mənim boynumu qucaqlayıb sərtlik etdiyi üçün bağışlanmasını dedi. Əbülfəz bəyin bu böyüklüyü qarşısında qəhərləndim, gözlərim doldu”¦

1989-cu ildə AXC Naxçıvan MR Şöbəsinin konfransı idi. Əbülfəz bəy də iştirak edirdi. İdarə Heyyətinə 11 nəfər seçildi. Onlardan biri də mən idim ki, 3-cü ya 4-cü səs toplayaraq seçildim. Amma məndən çox yaşlı olan alim dostlarımızdan biri olan Cabbar Cəlilov (Bəydilli) seçilmədi. İdarə Heyyətinə seçilənlər arasında yaşda ən balacası mən olduğumdan Cabbar bəy konfransda bir neçə dəfə mənim seçilməyimə özünün qıraqda qalmasına narazılıq etdi. Bir şey alınmadı. Sonra bir qrup dostumuzla Əbülfəz Elçibəylə birlikdə yeməyə getdik. Bu yaşlı və alim dostumuz da bizimlə getdi. Yemək müddəti dostumuz Cabbar Cəlilov dəfələrlə mənim seçilməyimə və özünün seçilməməyinə deyindi. Axırı Əbülfəz bəy dözməyərək çox sərt şəkildə “Cabbar bəy, bəsdi axı. Nə istəyirsən bu adamdan? Bunu seçdilər səni seçmədilər. Sən bu yaşınla bu savadınla bunun elədiklərinin yarısını edə bilmirsən. İndi nə deyirsən, neyliyək, nizamnaməni-zadı hər şeyi qoyaq qırağa səni İdarə Heyyətinə üzv edək? Bəsdi axı. Əl çək bu adamın yaxasından” deyərək məni yaşlı və alim dostumuz Cabbar Cəlilovun hücumlarından qorudu.

Sonralar dəfələrlə Əbülfəz bəyin belə sərtliyini və qətiyyətini görmüş, çoxlarını elədiyi yanlışlara görə necə sərtlik və qətiyyətlə rədd etdiyinin şahidi olmuşam. İndi Əbülfəz bəyi yumşaq, sadəlöhv adlandıranlara bilmirəm gülüm ya ağlayım. Onları qınamıram, çünki onlar Əbülfəz bəyi bir insan, vətəninə, ulusuna bütün varlığı ilə bağlı bir aydın kimi gördülər. Çünki onlar Əbülfəz bəyi ehtiyacı olan soydaşına hər zaman yanan, qayğı göstərən, aldığı əmək haqqını və ya ona verilən evi qaçqına bağışlayan gördülər. Çünki onlar Əbülfəz bəyin soydaşlarının ağrısına-acısına dayanammadığını gördülər və buna görə də Əbülfəz bəyi yumşaq, sadəlöhv adlandırdılar. Onlar yazı-pozu ilə məşğul olanların cəsarətlənməsi, demokratiyanın inkişafı, millətin düşüncəsində hamının bərabər olduğu fikrinin oturuşması üçün onu haqlı-haqsız tənqid edənlərə, hətta haqsızlıq edənlərə belə dözümünü, mülayimliyini fağırlıq kimi qiymətləndirdilər. Amma onlar Əbülfəz Elçibəyi Vətəni, Ulusu və dövləti üçün bütün dünyanı qarşısına alacaq qədər cəsarətli, qürurlu və qətiyyətli görə bilmədilər. Çünki həm Əbülfəz Elçibəyin əlethinə illərlə aparılan təbliğat, həm də bu insanların maraq və düşüncələri onların Əbülfəz bəyin bu böyüklüyünü görməsinə imkan vermədi.

Əbülfəz bəy əvvəl Bakıda olanda da ( o zaman qaldığı evin nömrəsi indi də yadımdadır ”“ əvvəli 32 sonu 40, ortadakı iki nömrəni qəsdən demirəm), Kələkiyə gələndə də və yenidən Bakıya qayıdanda da mən nə zaman istəmişəm Əbülfəz bəylə rahat görüşmüşəm. Mənim ilk evladım dünyaya gələndə Əbülfəz bəy Kələkidə idi. Uşaq dünyaya gələn günün səhəri Kələkiyə getdim. Əbülfəz bəyə bu xəbəri verəndə adını soruşdu. Adını siz qoyacaqsız dedim. Təxminən iki saat söhbət etdik. Ayrılanda “balaca bəyimizin adını Bayxan qoyarsan” dedi.

Mən Əbülfəz bəyi təkcə bir lider, bir prezident və ya vətəninə, ulusuna varlığı ilə bağlı olan bir siyasətçi kimi yox, həm də çox böyük dəyərlərə sahib bir insan və böyük qardaş kimi sevirdim. Elə buna görədir ki, həbsxanadan çıxan kimi səhər saat 10-da heç kimə heç bir xəbər etməmiş Əbülfəz bəyə zəng etdim. Evdən çıxmışdı. Evdən hava telefonu (ratsiya) vasitəsi ilə Əbülfəz bəyə xəbər verdilər. Qərargahda görüşdük. Çox söhbət etdik. Hər şeylə maraqlandı. Amma həbsxanadakı bütün siyasi qrupların içində ən ağır vəziyyətdə cəbhəçilərin olduğunu deyəndə gözləri doldu”¦ Həbsdə olarkən Əbülfəz bəyə belə bir məktub göndərmişdim.

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Məktəbdə şagirdlərin əməyə hazırlanmasında fiziki hərəkətlərin öyrədilməsinin böyük əhəmiyyəti vardır. Yeriş, qaçış, tullanma, qaməti düzgün inkişaf etdirən və s. hərəkətlərin təlimi şagirdlərdə sürət, çeviklik,

dözümlülük kimi fiziki və psixoloji keyfiyyətlərin tərbiyə olunmasına kömək edir, bu da onları dolayı yolla əməyə hazırlayır. Fiziki hərəkətlərlə müntəzəm məşğul olan şagirdlər fiziki cəhətdən möhkəm və sağlam olur, müəyyən bir işi daha tez və keyfiyyətlə yerinə yetirirlər.

Fiziki tərbiyə məşğələlərində ritmililiyin gözlənilməsi, bilik, bacarıq və vərdişlərin aşılanması, müvazinət hərəkətlərinin mənimsədilməsi şagirdlərin əməyə hazırlanmasında mühüm rol oynayır.

Məsələn, müntəzəm olaraq müvazinət hərəkətləri ilə məşq etmiş və bu sahədə lazımi hərəkət vərdişlərinə yiyələnmiş şagirdlər müxtəlif növ əmək işlərinə ( şəkil çəkmək, yazmaq, toxumaq və s.) daha yaxşı hazır olur və iş prosesində gec yorulurlar. Bundan əlavə bədən tərbiyəsi üzrə nəzəri məlumatların şagirdlərə çatdırılması da həmin hərəkətlərin icrasının effektini artırır, bacarıq və vərdişlərin aşılanmasına kömək edir.

Fizioloji və psixoloji tədqiqatlardan aydın olur ki, fiziki hərəkətlər şagirdlərin iş qabiliyyətini artırır, sağlamlığını möhkəmləndirir, fiziki inkişafına müsbət təsir göstərir Nəticədə şagirdlər həmin hərəkətlərlə ardıcıl məşğul olmağa, onları düzgün və dəqiq yerinə yetirməyə çalışırlar. Bu həm də ürək fəaliyyətinin yaxşılaşmasına, maddələr mübadiləsinin tədricən sürətlənməsinə, əmək prosesi ilə əlaqədar keyfiyyətlərin yüksədilməsinə, habelə müvafiq hisslərin inkişafına müsbət təsir göstərir. Şagirdlərin əmək qabiliyyətini artıran şərtlərdən biri əmək elementlərinə malik fiziki hərəkətlərin tənəffüslə uyğunlaşdırılmasıdır. Hərəkətlərin tənəffüslə əlaqələndirilməsi şagirdləri əməyə hazırlamağa zəmin yaradır. Nəhayət, təbii amillərin (hava, günəş, su) vasitəsilə bədənin möhkəmləndirilməsi də şagirdlərdə əmək qabiliyyətinin artırılmasına müsbət təsir göstərir.

Şagirdlərin şəxsi həyatında və fiziki inkişafında mütəhərrik oyunların rolu böyük olub, onları əməyə hazırlayır, əmək prosesində lazım olan şərtləri (intizam, qayda-qanun, çeviklik, dəyanətlilik və s.) yerinə yetirməyə alışdırır. Oyunlar təşəbbüskarlıq, müstəqillik, mətanət, işgüzarlıq, yenilməzlik və s. kimi yüksək keyfiyyətlərin mənbəyi olmaqla, uşaqları yaşadıqları cəmiyyətə bağlayır, kollektivin şərəfini üstün tutur və bunu yerinə yetirməyə cəhd edir.

Elə mütəhərrik oyunlar vardır ki, onlar uşaqları bilavasitə əmək işlərinə cəlb edir. Məsələn, «Qalalarla oyun» və «Evcik-evcik» oyunları buna misal ola bilər. «Qalalarla oyun»da uşaqlar kollektiv surətdə qalanı sökmək, hasarları (daşları) səliqə ilə bir yerə yığmaq, sonra sökülmüş daşları divarda öz yerinə qoymaq kimi bir çox işlər görürlər; bu zaman uşaqlardan kollektiv işləmələri, diqqətli olmaları, intizama riayət etmələri tələb olunur. Bu haqda verilən məlumat uşaqları birgə ictimai-faydalı əməyə hazırlayır. Onlarda dostluq, yoldaşlıq hissləri tərbiyə edir, hətta uşaqlara hasarların gözəyarı ölçülməsi, müqayisə edilməsi, qalanın yaraşıqlı, davamlı, yüksək estetik zövqdə tikilməsi kimi anlayış verir. Bu

oyun hər bir uşağa müəyyən vəzifə və tapşırıq verməklə yanaşı, bir sıra nəzəri bilik əldə etməyə hazırlayır, onların yaradıcı təxəyyülünün inkişafına səbəb olur. Beləliklə, şagirdlər qalanın yenidənqurma işlərini müvəffəqiyyətlə başa çatdırırlar.

Fiziki tərbiyənin vəzifələri. Fiziki tərbiyə böyüməkdə olan gənc nəslin ümumi tərbiyəsinin tərkib hissəsi sayılır. Hazırda gənc nəslin ümumi tərbiyəsinin qarşısında duran mühüm vəzifələrdən biri onların hərtərəfli inkişafına nail olmaqdan ibarətdir. Fiziki cəhətdən ahəngdar inkişaf etmiş, bədəncə sağlam, gözəl qamətli, möhkəm, qüvvətli və gümrah bir adam olduqda, bu hərtərəfli inkişaf etmiş insan sayılır. Fiziki tərbiyə həmin keyfiyyətlərin məktəblilərdə yaranmasında mühüm əhəmiyyət kəsb edir. Fiziki tərbiyə ilə müntəzəm və ardıcıl məşğul olanlar qamətli, şən, gümrah, bədəncə sağlam böyüyürlər. Onlar zehni cəhətdən daha yaxşı inkişaf etmiş olur. Fiziki və mənəvi cəhətdən inkişaf etmiş şəxslər ictimai həyatda, təsərrüfat quruculuğunda başqalarından fərqlənir. Onlar daha yaxşı işləyir, işə olan fərəhi, işə olan həvəsi daha güclü olur, işləmək qabiliyyəti, yaradıcılıq və çalışqanlıq hissi yüksəlir, beləliklə, həm də onların əmək məhsuldarlığı lazımi səviyyəyə qalxır. Uşaqlar fiziki tərbiyə ilə müntəzəm məşğul olduqda, müvafiq, həyat üçün zəruri olan hərəki keyfiyyətlər də qazanırlar (sürət, qüvvə, güc, iradə möhkəmliyi və i.a.).

İbtidai məktəbin fiziki tərbiyəsinin qarşısında müasir şəraitdə müvafiq vəzifələr qoyulmuşdur ki, bunlar da əqli, estetik və əmək tərbiyəsi ilə , xüsusən əxlaq tərbiyəsi ilə sıx əlaqədə həyata keçirilir. Həmin vəzifələr bunlardır:

Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təmini.

Şagirdlərin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafının təminini əsasən bədən tərbiyəsi dərslərində, dərsəqədər səhər gimnastikasında, bədən tərbiyəsi dəqiqələrində, böyük tənəffüslərdə, sinifdən vəməktəbdənkə-nar məşğələlərdə, turist yürüşlərində həyata keçirilir. Bu o zaman faydalı ola bilər ki, əvvala, həmin məşğələlərin təşkili üçün müvafiq şərait yaradılsın, məşğələlər lazımi ləvazimat və avadanlıqlarla təmin olunsun, ikinci bu iş pedaqoji kollektiv, müəllimlər, valideynlər həmin bədən tərbiyəsi tədbirlərinin həyata keçirilməsində birgə fəaliyyət göstərsinlər. Bir cəhətə də xüsusi diqqət yetirmək lazımdır ki, şagirdlərin sağlamlığının möhkəmləndirilməsi, fiziki inişafı onların təmiz və açıq havada gəzməsi, təbii amillərdən müntəzəm və düzgün olaraq istifadə etməsi də mühüm şərtdir.

Şagirdlərin fiziki bacarıq və vərdişlərinin təkmilləşdirilməsi. İbtidai məktəbdə şagirdlərə aşılanan fiziki bacarıq və vərdişlər aşağıdakılardır: düzgün yerimək, atmaq, tullanmaq və düzgün hoppanmaq, dırmanmaq və s. Bundan əlavə, fiziki bacarıq və vərdişlərin təkmilləşdirilməsində təbii şəraitdə uşaqlara müxtəlif növ hərəkətlərin, oyunların, əyləncələrin öyrədilməsi vacib əhəmiyyət kəsb edir. Göstərilən bacarıq və vərdişlər uşaqların sağlamlığına, fiziki inkişafına xidmət edir. Onların həyat və fəaliyyətinə, fiziki keyfiyyətlərin inkişafına kömək göstərir.

Fiziki tərbiyənin vasitələri İbtidai məktəb şagirdlərinin fiziki tərbiyə vasitələri bunlardır: fiziki hərəkətlər (gimnastika, oyunlar, yüngül atletika, turizm və s.), təbii (hava, su, günəş) və gigiyenik amillər. Həmin vasitələr təcrid olunmuş vəziyyətdə deyil, birlikdə tətbiq olunduqda daha səmərəli olur.

Fiziki hərəkətlər.İnsanın konkret vəzifəsinin həlli ilə bağlı məqsədyönlü hərəki fəaliyyəti hərəkət adlanır. Hər bir hərəki fəaliyyət ayrı-ayrı hərəkətlərdən ibarətdir. İnsanın fiziki təkmilləşməsi üçün tətbiq olunan hərəkətlər fiziki hərəkət adlanır. Fiziki hərəkətlər fiziki tərbiyə qanunauyğunluqlarına uyğun təşkil olunmuş fəaliyyətdir. Məktəbdə əsas fiziki tərbiyə vasitəsi fiziki hərəkətlərdir. Fiziki hərəkətlər hərəki bacarıq və vərdişləri formalaşdırır, hərəkət aparatını inkişaf etdirir. Qan dövranını və maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsə müsbət təsir göstərir. Fiziki hərəkətlər surəti, cəldliyi, gücü, dözümlülüyü artırır, insan həyatı üçün vacib olan yeriş, qaçış, hoppanma, müvazinət və atmalar kimi təbii hərəkətlər üzrə vərdişləri təkmilləşdirir.

Kiçik məktəbyaşlı uşaqların ürək-qan-damar sistemi tələb edir ki, ağır yük qaldırmağa, maneəni müqavimətlə keçməyə və gərginliklə icra olunan hərəkətlərə məhdudiyyət qoyulmalıdır.

İbtidai məktəbdə qamət hərəkətlərinə geniş yer ayrılmalıdır. Çünki qamət hərəkətləri orqanizmin normal həyat sürməsinə, sklet və sklet əzələlərinin inkişafına da kömək göstərir. Uşaqların hərəkət etməyə böyük ehtiyacları vardır. Bu şərtlə ki, hərəkətlər müxtəlif olsun, kiçik fasilələrlə icra olunsun. Fasilə etmədən uzun müddət hərəkətlərin yerinə yetirilməsi ürək əzələlərinə mənfi təsir göstərə bilər.

Kiçik məktəbyaşlarında oğlan və qızların fiziki inkişafında fərqlər mövcuddur. Lakin I-II sinif şagirdlərinin fiziki inkişaf xüsusiyyətləri imkan verir ki, bunlar üçün eyni hərəkətlərdən istifadə edilsin. III sinifdən başlayaraq isə oğlanların hərəkətləri qızlara nisbətən çətinləşdirilir. Onlara müqaviməti dəfetmə, yükün qaldırılması və aparılması, qaçış müddətinin artırılması, hündürlüyün yüksədilməsi, atma məsafəsinin uzadılması verilməlidir. Qızlara rəqs, ritmik, qamət üçün hərəkətlər daha çox verilir.

Təbii amillər.Uşaqların fiziki tərbiyəsində təbiətin təbii qüvvələri mühüm yer tutur. Sudan, havadan və günəş şüalarından düzgün istifadə uşaqların sağlamlığında xüsusi rol oynayır, fiziki inkişafını, dözümlülüyünü artırır.. Su, hava və günəş amilləri fiziki hərəkətlər və milli oyunlarla müşahidə olunduqda bu sağlamlığı möhkəmləndirməklə, fiziki hazırlığı artırır, estetik zövqü inkişaf etdirir. Buna görə də yay aylarında meşədə gəzmək, çay və dəniz sahillərində olmaq, günəş vannası qəbul etmək olduqca faydalıdır. Günəş şüası olmayan yerlərdə xəstəliklər də artır. Bir atalar sözündə deyildiyi kimi «Günəş girməyən evə tez-tez həkim girər». Həmin baxımdan sinif otaqlarına günəş şüaları düşməli, otaqların havası təmiz olmalıdır.

Gün rejimi, qida, yuxu, iş (təhsil), istirahət, idman və gigiyena rejiminin birliyindən əmələ gəlir. Söylənilənlərin hər gün eyni vaxtda icrası məktəblinin gün rejimi kimi qəbul olunur. Belə ki, məktəblinin fəaliyyət növlərinin hər gün eyni vaxtda, eyni ardıcıllıqla təkrarlanması gün rejimidir. Şagirdlərin hərəkət gün rejiminə isə səhər gimnastikası, tənəffüslərdə təşkil olunan oyunlar, idman bölmə məşğələlərinin təşkili daxildir.

Gigiyenik amillərə – şəxsi və ictimai gigiyena daxildir. Bədənin təmiz saxlanılması, bədənə qulluq edilməsi, geyimin, yataq otağının, dərs ləvazimatlarının səliqəli və təmiz saxlanılması və s. şəxsi gigiyenaya aiddir.

İctimai gigiyena isə sinif otaqlarının, məktəb partalarının, idman ləvazimatlarının, qurğularının münasib və təmiz olması və i.a. daxildir. Bunların təhsil prosesində nəzərə alınması uşaqların sağlam,

gümrah böyüməsində mühüm şərtdir.

Fiziki tərbiyənin təlim prinsipləri.Fiziki tərbiyə – tərbiyənin tərkib hissələrindən biri olmaqla, həm də pedaqoji prosesdir. Buna görə də, fiziki tərbiyə prosesinin optimal təşkili pedaqoji prinsiplərlə sıx əlaqədardır. Fiziki tərbiyə məşğələlərində

istifadə olunan prinsiplər bunlardır.

Hərtərəfli inkişaf prinsipi. Müstəqillik dövründə təlim-tərbiyə işləri vaxtı bu prinsipin tətbiqinə çox böyük ehtiyac vardır. Çünki, müstəqillik digər cəhətlərlə bərabər, həm də əhalinin, xüsusən yetişən gənc nəslin normal, sağlam, gümrah, Vətənin müdafiəsinə hazır olmasını tələb edir. Söylənilənlər fiziki kamilliklə sıx əlaqədardır. Fiziki kamillik dedikdə, müxtəlif növ fiziki hərəkətlər və oyunlar vasitəsilə insanların mədəni və mənəvi səviyyəsini yüksəltməyə, zehni, əxlaqi və estetik tərbiyəsini formalaşdırmağa, hərəki bacarıqlarını, vərdişlərini və keyfiyyətlərini inkişaf etdirməyə nail olmaq deməkdir.

Bədən tərbiyəsi və ya sinif müəllimi fiziki tərbiyə məşğələlərində apardığı təlim-tərbiyə işləri kiçik məktəbyaşlı uşaqların hərtərəfli inkişafına səbəb olmalıdır. Bu vaxt təlim – məşğələlərdə 2 cəhətə diqqət yetirilməlidir:

1. Aparılan təlim-tərbiyə işləri digər fənlərdə göstərilən tədbirlərlə, həmçinintərbiyənin digər tərkib hissələri ilə sıx əlaqədar olmalıdır. Bu prosesdə əmək, estetik, əxlaq, zehni, mənəvi və s. tərbiyəyə fikir verilməli və inkişaf etdirilməlidir.

2. Hərtərəfli fiziki inkişaf və fiziki hazırlıq məşğələdə mühüm yer tutmalıdır. Yəni uşaqların ümumi və xüsusi fiziki hazırlığı artırılmalı, həmçinin orqanizmin forma və funksiyalarında müsbət dəyişikliklər olmalı, fiziki keyfiyyətlər, bilik, bacarıq və vərdişlər daha da formalaşmalıdır.

Ardıcıllıq prinsipi. Fiziki tərbiyə məşğələlərinin ardıcıllıq prinsipi əsasında qurulması fiziki hərəkətlərin və oyunların texniki cəhətdən düzgün yerinə yetirilməsində həlledici əhəmiyyətə malikdir. Buna görə də fiziki mədəniyyət proqramının tədris materialları ardıcıl olaraq öyrədilməlidir. Həmin prinsipə görə yeni öyrədilən fiziki hərəkətlər əvvəllər öyrənilmiş hərəkətlərə və oyunlara istinad olunmaqla öyrədilməlidir. Burada əvvəllər asan, sonralar isə mürəkkəb hərəkətlərin, fəndlərin öyrədilməsini unutmaq olmaz.

Tədricilik prinsipi. Bu prinsipdə dərsdə fiziki yükün tədricən yüklənməsini, məqsəd və qarşıya qoyulmuş vəzifələrin, hərəkət və oyunların, fəndlərin tədricən mürəkkəbləşdirilməsini tələb edir. Təlim prosesində sadədən mürəkkəbə, asandan çətinə, məlumdan məchula prinsipinə əməl etmək nəzərdə tutulur.

Əyanilik prinsipi. Əyanilik prinsipi göstərilən hərəkət və fəndlər üzrə uşaqlarda daha konkret təsəvvür anlayışı yaradır. Fiziki hərəkətlərin və oyunların daha yaxşı öyrədilməsində əyaniliyin əhəmiyyəti əvəzedilməzdir. Hərəkət və fəndləri göstərməzdən əvvəl, göstərilən zaman və göstəriləndən sonra onun yerinə yetirilməsinə dair izahatlar vermək olar. Uşaqlar bu zaman praktik şəkildə hərəkətlərin və fəndlərin necə icra olunmasını müşahidə edirlər. Hərəkətlərin yerinə yetirilməsinin lazımi səviyyədə qavranılmasında şəkillərdən, sxemlər, diaqramlar, rəsmlər, fotoşəkillər və s. istifadə təlim üçün xüsusi əhəmiyyət kəsb edir.

Bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu prinsip dərsin təşkilinə, onun təkrarlanmasına və daha da dərinləşdirilməsinə imkan verir.Bilik və bacarıqların möhkəmləndirilməsi prinsiplərinə riayət edərkən bir cəhətə xüsusi diqqət yetirilməlidir. Bu hər hansı bir hərəkəti və ya fəndi düzgün icra etmədikdə, lazımi səviyyədə öyrənmədikdə digər bir hərəkətin, fəndin təliminə keçməməlidir. Bunun üçün də hərəkətlərin və ya fəndlərin məktəblilər tərəfindən icraetmə qabiliyyəti tədris normativləri və ya testlər vasitəsilə yoxlanılmalıdır.

Fərdi yanaşma prinsipi. Fiziki tərbiyə məşğələlərində ibtidai məktəb şagirdlərinin fərdi xüsusiyyətləri nəzərə alınmalı, məşğələlər onların fiziki hazırlığına, yaş xüsusiyyətlərinə və idman oyunları fəndlərinin yerinə yetirilməsi texnikasının səviyyəsinə uyğun aparılmalıdır. Bu prinsipin başlıca tərəflərindən biri məktəblilərin güclü və zəif cəhətləri nəzərə alınaraq fiziki yük verməklə sıx bağlıdır. Çünki orqanizmin dinamikasının quruluşu, onun fiziki yükə reaksiya vermə qabiliyyəti müxtəlifdir.

SON DƏQİQƏ

Uşaqların sağlamlığı və fiziki cəhətdən inkişafı qloballaşan dünyada ən vacib məsələlərdən biridir. Azərbaycanlı uşaqların həyatı idmana sıx bağlıdır. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir.

İdmanın insana təsiri çox böyükdür. Belə ki, 2000-ninci illərin əvvəllərində baş vermiş bir hadisə bunu çox bariz şəkildə göstərmişdir. Hindistanın ucqar bir kəndində cinayətkarlıq səviyyəsi çox yüksək olsa da son dövrlərdə bu səviyyə kəskin düşmüşdü. Dövlət rəsmiləri bu irəliləmənin səbəbini bilmək üçün kəndə heyət göndərmişdir. Nəticədə məlum olmuşdur ki, həmin kənddən olan bir tələbə kənd camaatına şahmat oyununu öyrətmiş, məhz bundan sonra oyuna maraq o dərəcə artmışdır ki, kənddə olan hər bir fərd şahmat oynamağa və aralarında yarış keçirməyə başlamışlardır. Nəticə etibari ilə idmanın insan psixologiyasına müsbət təsiri özünü göstərmiş və kənddə zorakılıq, quldurluq halları maksimal səviyyədə aşağı düşmüşdür. Bu fakt idmanın möcüzələr yaratmağa qadir olduğunun ən yaxşı nümunələrindən biridir.

İdman həm də insanları psixoloji sarsıntılardan qoruyan vasitədir. Mütəxəssislərin fikrincə, mənfi elementlərin orqanizmə təsiri bəzən o qədər böyük olur ki, orqanizmin özünü bu təsirlərdən qorumağa gücü çatmır. Bu cür hallarla rastlaşan on minlərlə insanın təcrübəsi sübut edir ki, mənfi təsirlərə qarşı ən yaxşı mübarizə üsulu məhz idman, fiziki tərbiyədir. İdman hərəkətləri orqanizmin bərpasına, möhkəmlənməsinə yardım edir. İdman həm də tərbiyəvi əhəmiyyət daşıyır. Təhlillər göstərir ki, idmanla müntəzəm məşğul olan insanlar öz davranışları ilə də fərqlənirlər. Bu, yaşından, sosial vəziyyətindən peşəsindən asılı olmayaraq, idmana maraq göstərən bütün insanlarda rast gəlinən müsbət xüsusiyyətdir.

Tibb sahəsində yazılmış sinirlərin məşqi kitabında Nevrozların müalicəsində idmanın istifadəsi haqda geniş məlumat verilmişdir.

Təsadüfi deyil ki, idman mənəvi tərbiyənin, etikanın əsasını təşkil edən vasitələrdən biri hesab olunur. O, fiziki və mənəvi tərbiyənin formalaşmasında, sağlamlığın qorunması və bərpası yolunda cəmiyyət üçün “yaşıl işıq” rolunu oynayır. Uşağın sağlamlığına göstərilən diqqət çox erkən – uşaq bağçasından başlanır. Uşaqların tərbiyəsi, onların sağlamlığının qorunması, ümumilikdə onların gələcək həyata hazırlanmalarında uşaq bağçalarının rolunu yüksək qiymətləndirən Azərbaycan dövləti bu müəssisələrə xüsusi qayğı ilə yanaşır, uşaqların fiziki və mənəvi tərbiyəsi üçün orada hər cür şərait yaradır. Bu sahədə işlər üç istiqamətdə aparılır: əvvəlcə balacaların idmana cəlb olunmasına başlanılır. Bu iş müntəzəm davam etdirilir və nəhayət, uşaqlara fərdi yanaşılır. Metodist və tərbiyəçi pedaqoqların iştirakı ilə uşaq bağçasında, hər şeydən əvvəl, uşaqların düzgün fiziki inkişafına, gündəlik rejim və gigiyenik tələblərə cavab verən şərait yaradılıb. Bağçalarda fiziki tərbiyə məşğələləri üçün müvafiq avadanlıqlarla təchiz edilmiş idman salonu, meydança var. Hər dərs ilinin əvvəlində uşaqların sağlamlıq səviyyəsini öyrənmək məqsədi ilə müayinə aparılır. Onların sağlamlığının və fiziki inkişaf səviyyələrinin hərtərəfli qiymətləndirilməsi fiziki tərbiyə işinin əsasını təşkil edir. Uşaqların sağlamlığı öyrənilərkən onların boylarına, çəkilərinə, fiziki inkişafına, sağlamlığına, keçirdikləri xəstəliklərə, valideynlərin uşaqlara hansı formada nəzarət etdiklərinə, uşaqların əsəb sisteminin hansı formada olmasına və s. fikir verilir. Bu cür müayinələrin aparılmasında məqsəd bağçaya qəbul edilən uşaqların problemlərini öyrənməkdir.

Bu gün Azərbaycan ailəsində fiziki tərbiyə münasibətləri sırf məişət problemi çərçivəsindən çıxıb daha geniş məna və məzmun kəsb edir, ictimai xarakter alır. Bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısı uşaq, yeniyetmə və gənclərin təkcə idman ocaqlarında deyil, ailələrdə də bu qayğını hiss etməsinə zəmin yaradıb. Ailə şəraitində uşaqların fiziki tərbiyəsinin təşkili məsələləri müxtəlif sosial, psixoloji, fizioloji və digər amillərlə şərtlənir. Ailədə uşaqların fiziki tərbiyə məsələlərinin müvəffəqiyyətli həlli tərbiyə prosesinin təşkilindən və imkanlarından, şərait və vasitələrdən səmərəli şəkildə istifadə olunmasından asılıdır.Ailədə fiziki tərbiyə ilə bağlı iş planlı surətdə, müntəzəm və məqsədyönlü aparılarsa, onun keyfiyyət və səmərəsi xeyli yüksələr. Ən başlıcası isə, valideynlər fiziki tərbiyənin sağlamlıq və sosial əhəmiyyətini öz övladlarına inandırıcı şəkildə başa salar, uşaqların idmana olan münasibəti xeyli yaxşılaşar. Bu yolla valideyn uşaqda idmana fəal münasibət yarada bilər. Bundan əlavə, ailədəki ümumi əhval-ruhiyyə və fiziki tərbiyə üzrə aparılan əməli işlər qarşıya çıxan bütün çətinlikləri aradan qaldırmağa imkan verər.

Ailədə tərbiyə funksiyasını yerinə yetirən zaman valideynlər bədən tərbiyəsi və idmanın təbliğatçılarına çevrilirlər. Bu funksiya valideynlərin fiziki tərbiyə və idmana böyük maraq bəsləyən uşaqların mənəvi və hətta, maddi baxımdan həvəsləndirmələrini nəzərdə tutur. Hər bir uşaq idmanın bu və ya digər növünə yararlı olub-olmaması baxımından, özünəməxsus xüsusiyyətlərə malikdir. Ona görə də valideyn bədən tərbiyəsi müəllimi və məşqçinin köməyi ilə oğlunun (qızının) bu və ya digər idman növündə qabiliyyətini müəyyən etməlidir. Təcrübə göstərir ki, uşağın qabiliyyətinin hansı səviyyədə olması ilə bağlı dəqiq məlumat toplamaq üçün üç metoddan (anket sorğusu, müsahibə və müşahidə) ən münasibi müşahidə və müsahibədir. Burada əldə edilən subyektiv qiymətlər anket sorğusuna nisbətən daha güclüdür.

Müasir dövr bədən tərbiyəsi və idmanın yeniyetmələrin gündəlik məişətinə geniş daxil edilməsini, bu işdə ailənin oynadığı rolu nəzərə almağı tələb edir. Bunların uğurlu həlli bir sıra şərtlərin və vasitələrin həyata keçirilməsini tələb edir, həm də ailənin pedaqoji imkanları ilə sıx bağlıdır. Bura ailənin güzəranı, ailə üzvlərinin idmana münasibəti, ailənin idman təşkilatları ilə əlaqəsi, bu əlaqənin xarakteri və sistemi; valideynlərin peşə təcrübəsi xüsusiyyətləri və s. daxildir. Ata-anaların pedaqoji mədəniyyətinin səviyyəsi pedaqoji maariflənmənin istiqamətindən, onun düzgün aparılmasından da çox asılıdır. Pedaqoji maariflənmə sahəsində aparılan məqsədyönlü iş nəticəsində ölkədə valideynlərə fiziki tərbiyə məsələlərinə dair elmi-pedaqoji biliklər, bədən tərbiyəsi və idmana dair müəyyən bacarıq və vərdişlərin aşılanması yolları öyrənilir və tətbiq edilir. Pedaqoji mədəniyyətin səviyyəsini bu və ya digər dərəcədə ata-ananın fərdi xüsusiyyətləri, həyat təcrübəsinin zənginliyi müəyyən edir. Ailə şəraitində fiziki tərbiyənin təşkili sahəsində müvafiq səriştəyə malik olmaq, övladlarının fiziki tərbiyəsinə dair zəruri biliklərə yiyələnmək ailədə idmana marağı artırır. Ailə şəraitində fiziki tərbiyənin təşkili üzrə iş pedaqoji hazırlıq məsələsi ilə qırılmaz surətdə bağlıdır. Ata-anaların pedaqoji hazırlığı isə onların nəzərdən keçirdiyimiz məsələyə münasibətləri və bu istiqamətdə praktik fəaliyyətləri ilə sıx əlaqədardır. Öz övladının sağlamlığını düşünən hər bir valideyn övladında fiziki hərəkətlərin yerinə yetirilməsinə maraq yaratmalıdır. Mütəxəssislər hesab edirlər ki, ata-analar övladlarına elə təsir göstərməlidirlər, onların idmana olan ilkin maraqları sönməsin. Bəzən uşaq bu və ya digər fiziki hərəkətləri düzgün yerinə yetirməyən zaman lağa qoyulur, nəticədə, həvəsdən düşür. Bu, ailə şəraitində fiziki tərbiyənin inkişafını əngəlləyən amillərdən biridir. Ailədə valideynlər oğul və qızlarının fiziki tərbiyəsi ilə məşğul olarkən, eləcə də bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən onun pedaqoji ustalığı, səriştəsi daha da təkmilləşir, nəticədə yeni bacarıq və vərdişlər qazanırlar. Əlbəttə, bunun başlıca səbəbi odur ki, ata-anaların əksəriyyəti bədən tərbiyəsi və idmandan sağlamlıq vasitəsi kimi istifadə etməyi bacarmır. Validenylərə kömək göstərmək, bədən tərbiyəsi və idmana dair bilik və məlumat vermək vacibdir. Bu məsələnin müsbət həlli ata-anaların bədən tərbiyəsi və idman haqqında düzgün maarifləndirilməsidir.

Əlbətdəki idman sadəcə uşaqların və gənc nəslin məşğul ola biləcəyi bir məşğuliyyət deyil.Müasir dövrümüzdə idman yaşlı əhali arasındada güclü mövqe tutub. İdman klubları, fitness klubları və s. açılır.Bəziləri üçün idman yalnız hobbi deyil, həm də həyatın bir hissəsinə çevrilir. İdman üçün müxtəlif cihazların bolluğuda bu sahəyə marağı günü-gündən artırır. Çox sevindirici haldır ki, bu gün istəyimizə və imkanlarımıza uyğun idman seçə bilərik. Hərəkət həyatdır!Əslində, bütün həyatımız bir hərəkətdir və idman haqqında danışırıqsa, bu hərəkət aktivdir və buna görə sağlam bir həyatdır. Ancaq ən başlıcası, idman bir yük deyil, bir zövq olmalıdır, ən yaxşı sevdiyiniz idman növünü seçməlisiniz. Məsələn, kimsə roller və ya konkisürmə, bəziləri tennis və ya üzgüçülüyə üstünlük verir, kimsə həqiqətən təqaüdə çıxmaq və evdə velosiped sürmək istəyir. Və həqiqətən bir çox variant var, bir insan hərəkətli oturaq həyat tərzindən daha yaxşı olduğunu özü başa düşməlidir.

İdman bizi nəinki sağlamlaşdırır, həm də özünə inam hissi verir. Ümumiyyətlə, sağlamlıq üçün əsas komponent fiziki fəaliyyətdir. Məşq nəinki qan təzyiqini azaldır, həm də ümumi yorğunluğun yaranmasının qarşısını alır və insan dəyişməyə qarşı daha stresə davamlı olur. Həmdə, aktiv bir həyat tərzi ilə, daha enerjili oluruq ki, bu da hüceyrələrin cavanlaşmasına və metabolizmasına təsir göstərir. Vücudumuz fəal deyilsə, deməli, xəstəliklər pisləşir, toxunulmazlıq azalır və qan durğunlaşır. Əlbətdə bu o qədər də sürətli baş vermir, ancaq zaman keçdikcə bir insan yaşına görə tamamilə xarakterik olmayan xəstəlikləri dəf etməyə başlayır. Məsələn, oturaq bir həyat tərzi və daim həddindən artıq işlə kifayət qədər gənc yaşda təzyiq problemi qazana bilərsiniz və bu daim baş ağrısı, gün ərzində zəifliklə müşahidə olunacaq.

Bəzi insanlar idmanı sağlamlıqlarını qorumaq üçün vəzifə, bir borc hesab edirsə, idmanın bir əyləncə növü olduğuna inanan insanlar da var, çünki çox böyük fiziki səy tələb etməyən çox sayda idman növü var. Həqiqətən sağlamlığından narahat olan bir insan üçün idman oynamaq üçün heç bir maneə yoxdur, çünki idmanla nəinki stadionda, idman zalında həmçinin evdə də məşğul ola bilərlər.Əlbətdə ki, komanda şəklində idmanda daha çox motivasiya olduğu aydındır. Müasir həyatda idman stresli vəziyyətləri və mənəvi stressləri aradan qaldırmaq üçün çox faydalı köməkçidir. Fiziki fəaliyyət və mənəvi təmizlik qarışığı olan yoga kimi istiqamətlər müasir dövrümüzdə geniş yayılır.

Hərəkət insanın əsas bioloji ehtiyaclarından biridir. Qədim dövrlərdən bəri orqanizm homo sapiens, canlı fəaliyyətə görə yaşamağa uyğunlaşdırılmışdır. Yemək axtarışı, yırtıcılardan xilas olmaq, bütün bunlar daim hərəkət tələb edir. İndiki dövrdə bəşəriyyətin belə aktiv gündəlik həyat tərzinə ehtiyacı yoxdur, ancaq hərəkətə ehtiyac yoxa çıxmadı. Həkimlərin fikrincə, orta hesabla bir adam üçün gündəlik gəzinti norması ən azı on kilometrdir. Hazırkı ofis həyatında hər kəsin belə məsafələri qət etmək imkanı yoxdur, amma alternativi var – bu fitnessdir.

İdman insan üçün niyə bu qədər zəruridir və laqeyd yanaşsanız nə olacaq? Hər kəsi isti bir divandan qalxmağa və idman salonuna getməyə təşviq edən on səbəb var:

İdman özünə inam yaratmağa kömək edir.

İdman salonuna müntəzəm səfərlərin ən xoş nəticələrindən biri arıqlamaqdır. Fiziki fəaliyyət əzələ kütləsinin böyüməsini və yağ miqdarının azalmasını stimullaşdırır.

İdman canlılıq təmin edir. Bu sürət əsri olan müasir dünyamızda bizim üçün zəruridir.

Məşq, endorfinlərin ifrazını artırır və bu da öz növbəsində iştaha nəzarət etməyə kömək edir. Nəticədə artıq çəki itirilir. Bu isə insan orqanizmini artıq yükdən azad edir.

Daimi idman dərsləri sağlam və dərin bir yuxuya kömək edir. Hərəkətsizlik və yuxusuzluq yan-yana gəzən iki bacıdır.

Bir insan ciddi bir xəstəlik və ya əməliyyat keçirmişsə, o zaman fitness mərkəzinə davamlı səfərlər onun tez sağalmasına və tam həyata qayıtmasına kömək edəcək, həm də ona əlavə güc verəcəkdir.Lakin bu məşqlər zamanı mütləq peşəkar idman mütəxəssisinin köməyi mütləqdir. Çünki həddən artıq və düzgün qurulmamış məşq xeyirdən çox zərər gətirər.Həkimlər uzun müddətli müalicədən sonra idman fəaliyyətini zəruri hesab edirlər.

Siqaretdən imtina etmək istəyən, lakin özlərində güc tapmayan insanlar, həftədə ən azı bir dəfə idman zalına baş çəkmək məcburiyyətindədirlər. İdman maddələr mübadiləsini sürətləndirməyə kömək edir, yəni asılılıqdan çıxma daha sürətli olur.

İdman sağlam bir nüvənin qorunmasına kömək edir. Yüklər ürək əzələsinin tonunu qaldırır və qan təzyiqini normallaşdırır.

Daimi idman məşqləri qanın incəlməsinə kömək edir və bu, qan laxtalarının rezorbsiyasına səbəb olur. Bu fakt infakt riskini əhəmiyyətli dərəcədə azaldır, həmçinin bədənin yaşlanmasını yavaşlatmağa kömək edir. İnsanın idman salonuna getməsinə hansı səbəblərin səbəb olduğunu dəqiq bilmək olmur, ancaq nəticə yalnız bir olacaq: sağlam bədən və sağlam düşüncə .

Mütəmadi olaraq idmanla məşğul olan insanların daha uğurlu olduğu doğrudurmu? İdman, güclü bir şəxsiyyəti meydana gətirən, rəqabət platformasına girən bir mühitdir: çətinliyi qəbul edirsən, gücünü sınayırsan. Daha çox rəqabət ilə birləşən bu komponentlər bizi daha yaxşı edir.

Tarix boyu Azərbaycan xalqının həyatında idmanın özünə məxsus, böyük yeri olmuşdur. Dahi yazıçımız Yusif Vəzir Çəmənzəminli “Qızlar Bulağı” romanında idmanın xalq məişətinə daxil olub geniş kütlə arasında yayılması haqqında çox geniş məlumat vermişdir. Həmin tarixi dövrdə nəinki kişilər həmdə qadınlar idmanla kütləvi şəkildə məşğul olmuşlardır.

“Oh idman, sən barışıqsan” dedi baron Pierre De Coubertin. Unutmaq olmaz ki, tarix boyu keçirilən idman yarışları bəşəriyyətə müvəqqəti də olsa sülh gətirmişdir. İdman sülhün ,əmin-amanlığın, dostluğun rəmzidir.

Hal-hazırda, idman dünyanın çox sayda sakini üçün həyat tərzinin ayrılmaz hissəsidir. Ölkəmizdə idmana dövlət qayğısı günü-gündən artır. Bizdə dövlətimizin idmana göstərdiyi bu qayğıdan yararlanıb böyük nailiyyətlər, idman uğurları əldə etməyə çalışmalıyıq.

Sonda Pavlovun “Təbiətin ən ali məhsulu olan insan ən mürəkkəb və ən zərif sistemdir. Lakin təbiətin sərvətindən istifadə etmək üçün insan sağlam qüvvətli və ağıllı olmalıdır. Bunun üçün də mütəmadi olaraq idmanla məşğul olmalıdır” fikirlərini oxucuların unutmamasını tövsiyyə edərdik.

Ağayeva Xatın

Naxçıvan Müəllimlər İnstitutunun müəllimi

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.