Press "Enter" to skip to content

Rabçılıq məhsullarının istehsal texnologiyaları ilk dəfə toplu şəkildə nəşr olunub

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Şəbəkə texnologiyaları

Daha aşağı səviyyənin vəzifəsi verilənləri qəbul etmək, öz informasiyasını (məsələn: başqa kompüterdəki uyğun səviyyə ilə düzgün qarşılıqlı əlaqədə olmaq üçün formatlama və ya ünvan) əlavə etmək və verilənləri sonrakı səviyyəyə ötürməkdir. İnformasiya yalnız şəbəkə modelinin ən aşağı səviyyəsinə — fiziki səviyyəyə çatdıqdan sonra ötürmə mühitinə düşür və alan kompüterə çatır. İnformasiya göndərildiyi səviyyəyə alan kompüterdə çatanadək onun bütün səviyyələrini əks ardıcıllıqla keçir.
Göründüyü kimi, şəbəkədə proqramların “ünsiyyəti” sizin tanışınızla poçt vasitəsilə ünsiyyətinizə çox bənzəyir. Mətni yazdığınız kağız vərəqi yuxarı səviyyədən bir sıra zəruri mərhələni keçərək aşağıya ötürülür. Bu zaman o, xidməti informasiya (müəyyən növ zərf, zərfin üzərində ünvan, poçt indeksi) ilə “örtülür” və müəyyən emala məruz qalır (poçt şöbəsindəki poçtalyon məktubu götürür, zərfin üzərinə markalar yapışdırır, ştempel vurulur, çeşidləmədən sonra isə məktub başqa şəhərə göndərilmək üçün poçt konteynerinə düşür). Bu qayda ilə sizin informasiya ən aşağı səviyyəyə — poçt nəqliyyatına çatır ki, oradan da təyinat məntəqəsinə daşınır. Orada əks proses baş verir: konteyner açılır, məktub çıxarılır, ünvan oxunur və poçtalyon məktubu tanışınıza çatdırır. Sonra isə tanışınız zərfi açıb məktubu çıxarır və mətni oxuyaraq sizin ona vermək istədiyiniz ilkin informasiyanı alır.
İndi gəlin OSI modelinin səviyyələri ilə yaxından tanış olaq.
1-ci səviyyə — Fiziki (Physical). Burada 2-ci səviyyədən (kanal səviyyəsindən) alman strukturlaşdınlmamış verilənlər axınının fiziki mühitlə (elektrik və ya işıq siqnalları şəklində) ötürülməsi həyata keçirilir. Fiziki səviyyə bağlantını (link) dəstəkləməyə cavabdehdir və elektrik, optik, mexaniki və funksional interfeysləri ətraflı (məsələn: gərginliyi, tezliyi, dalğa uzunluğunu, bağlayıcıların növlərini, siqnalların kodlaşdırılma sxemini və s.) təsvir edir.
2-ci səviyyə — Kanal (Data-link). Özündən yuxarıdakı şəbəkə səviyyəsindən (3-cü səviyyədən) aldığı verilənlərin səviyyəyə xətasız ötürülməsini təmin edir. Çünki fiziki səviyyə özü xətaların yoxluğuna zəmanət vermir və verilənləri təhrif edə bilər. İnformasiya bu səviyyədə kadrlara (frame) yerləşdirilir: kadrın başlanğıcında alanın və göndərənin ünvanlan, idarəedici informasiya, sonunda isə ötürülmə zamanı yaranan xətalan aşkarlamağa imkan verən yoxlama cəmi (checksum) olur.
3-cü səviyyə — Şəbəkə (Network). Şəbəkənin istənilən (hətta dünyanın müxtəlif yerlərindəki) nöqtələri arasında rabitənin təmin edilməsinə cavabdehdir. Şəbəkə çoxlu sayda rabitə xətləri ilə birləşdirilmiş ayrı-ayrı şəbəkələrdən ibarət ola bilər. İnformasiya göndərəndən alana həmişə birbaşa marşrutla ötürülmür, yolda o, bir şəbəkədən başqasına yönələ bilər və ya bir adresata müxtəlif marşrutlarla göndərilə bilər. Bu səviyyənin məqsədi informasiyanın verilməsi üçün marşrutu qurmaq, dəstəkləmək və açıq saxlamaqdır.
4-cü səviyyə — Nəqliyyat (Transport). İnformasiyanın bir kompüterdən başqasına çatdırılmasına zəmanət verir. Bu səviyyədə göndərən kompüterdə böyük verilənlər blokları daha kiçik paketlərə bölünür və lazım olan ardıcıllıqla alan kompüterə göndərilir. Alan kompüterdə paketlər yenidən ilkin verilənlər blokları şəklində yığılır.
5-ci səviyyə — Seans (Session). Şəbəkənin müxtəlif kompüterlərindəki iki şəbəkə proqramı arasında bağlantını qurmağa, saxlamağa və bitirməyə imkan verir. Belə bağlantıya şəbəkə seansı deyilir. Bu səviyyə yarımçıq kəsilmiş rabitə seanslarının bərpasına da cavabdehdir. Bundan başqa, insanlar üçün əlverişli olan kompüter adlarının şəbəkə ünvanlarına çevrilməsi (adların tanınması) da beşinci səviyyədə yerinə yetirilir.
6-cı səviyyə — Təqdimat (Presentation). Kompüterlər arasında ötürülən informasiyanın formatını müəyyənləşdirir. Verilənlərin yemdən kodlaşdırılması (informasiyanın mübadilədə iştirak edən bütün kompüterlərin anlayacağı şəklə salınması), sıxlaşdırılması və açılması, şifrləmə və şifrin açılması, şəbəkə fayl sistemlərinin dəstəklənməsi kimi məsələlər burada həll olunur.
7-ci səviyyə — Tətbiqi proqram (Application). Şəbəkədəki kompüterlərdə işləyən tətbiqi proqramlar arasında qarşılıqlı əlaqə interfeysini təmin edir. İstifadəçi məhz bu proqramların köməyi ilə faylların mübadiləsi, elektron poçtun göndərilməsi, uzaqdan erişim və başqa şəbəkə xidmətlərinə çıxış əldə edir.

Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 11 — Ümumtəhsil məktəblərinin 11-ci sinfi üçün İnformatika fənni üzrə DƏRSLİK

  • Teqlər:
  • Texnologiya
  • , proqram təminatı

Şərabçılıq məhsullarının istehsal texnologiyaları ilk dəfə toplu şəkildə nəşr olunub

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda Almaniyada ingilis dilində nəşr olunmuş “Azərbaycan şərabçılıq məhsullarının texnologiyası” adlı kitabın təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Çexiyanın üzümçülük sahəsində tanınmış mütəxəssisi, bu ölkənin Direktorlar Şurasının sədri, “Vinselekt Mikhlovsky” şirkətinin təsisçisi Milloş Miklovski, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin üzümçülük və şərabçılıq sahəsində aparıcı alimləri, üzüm emalı zavodlarının mütəxəssisləri, Elmi-Tədqiqat İnstitutunun elmi işçiləri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar institutun Avropanın ən müasir avadanlıqları ilə təchiz olunmuş laboratoriyaları və şərab kolleksiyası ilə tanış olublar.

Tədbirdə çıxış edən institutun direktoru Tariyel Pənahov iştirakçılara Azərbaycanda istehsal olunan üzüm sortları, şərab növləri, elmi müəssisənin beynəlxalq əlaqələri və struktur quruluşu barədə məlumat verib.

“Azərbaycan şərabçılıq məhsullarının texnologiyası” adlı kitabda süfrə, desert, tünd, oynaq üzüm şərablarının, konyakların, tünd meyvə içkilərinin, vakuum-şirə, konsentrat təbii üzüm şirəsi və üzüm sirkəsinin istehsalı ətraflı təsvir edilib. Bildirilib ki, müxtəlif növ şərabçılıq məhsullarının istehsal texnologiyaları toplu şəkildə Azərbaycanda ilk dəfə nəşr olunub.

Sonra Çexiyanın üzümçülük və şərabçılıq sahəsində tanınmış dünya şöhrətli alimi Milloş Miklovski Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Tariyel Pənahovun 2016-cı ildə Almaniyanın Hannover şəhərində Avropa Təbiət Elmləri Akademiyasına həqiqi üzv seçilməsi haqqında diplom və döş nişanını təqdim edib.

Sonda institutun alimləri, üzümçülük və şərabçılıq üzrə mütəxəssislər respublikada üzümçülüyün daha da inkişaf etdirilməsinə dair geniş fikir mübadiləsi aparıblar.

Azərbaycan şərablarının texnologiyası

(+994 12) 493 30 77

  • Fəlsəfə
  • Tarix
  • Azərbaycan tarixi
  • Sosiologiya
  • Etnoqrafiya
  • İqtisadiyyat
  • Dövlət və hüquq
  • Siyasət. Siyasi elmlər
  • Elm və təhsil
  • Mədəniyyət
  • Kitabxana işi
  • Psixologiya
  • Dilçilik
  • Ədəbiyyatşünaslıq
  • Folklor
  • Bədii ədəbiyyat
  • İncəsənət
  • Kütləvi informasiya vasitələri

Meyvə-giləmeyvə şərablarının texnologiyası

Abunə

Lokal şəbəkədə oxucuların istifadəsinə “Rusiya Federasiyasının Qanunvericilik Bazası” təqdim olunur.

Lokal şəbəkədə oxucuların istifadəsinə bütün elm sahələri üzrə 5 000 e-kitabdan ibarət elektron kitabxana – Elektron Kitabxana Sistemi İPR Books təqdim olunur.

Polpred.com Medianin İcmalı. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu.

Bannerlər

Əlaqə

Ünvan: AZ1005, Azərbaycan Respublikası, Bakı şəhəri,
Nizami küçəsi 58

Tel.: (+99412) 596-26-13

İş vaxtı:
Bazar ertəsi – Cumə: 9:00-18:00
Fasilə: 13:00-14:00
İstirahət günləri: Şənbə, Bazar

Copyright © 2013 Prezident Kitabxanası. Bütün hüquqlar qorunur.
Məlumatlardan istifadə zamanı istinad vacibdir.

Похожие статьи

Comments are closed, but trackbacks and pingbacks are open.